Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-300/2020 19.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Rövşən İntiqam oğlunun katibliyi, Dövlət İttihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Kamil oğlunun, Zərərçəkmiş şəxs- “xxxx” MMC-nin nümayəndəsi X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili – Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili – Müdafiəçi2 12 oktyabr 1994-cü il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, Balakən rayonu, Qazma kəndndə qeydiyyatda olan, barəsində « həbs » qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə 01 aprel 1989-cu il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, evli, işləməyən, Quba rayonu,İkinci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Mürşüd oğlu özgənin əmlakını ələ keçirmək niyyəti ilə 11 mart 2020-ci il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs2 oğlu və Hacıyev Tofiq Kamil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, N.Hüseynov küçəsi 25G ünvanında yerləşən « xxxx» mağazasından oğurluq etmək barədə onun təklifinə əsasən, hər üçü birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə yuxarıda göstərilən vaxtda həmin mağazanın yaxınlığına gəlmiş və orada Təqsirləndirilən şəxs2 mağazadan kənarda qalaraq gələn olarsa xəbər vermək məqsədi ilə gözləmiş, Tofiq Hacıyev və Təqsirləndirilən şəxs1 isə mağazanın qapısını özləri ilə gətirdikləri dəmir alətlə(montirovka) sındırmaqla mağazaya qanunsuz daxil olub oradan içərisində 1213 manat pul olan 296 manat dəyərində dəmir seyfi gizli yolla talamaqla bayırda pusquda duraraq onları gözləyən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Hövsan qəsəbəsi, dəniz kənarına apararaq orada seyfi sındırmaqla əldə etdikləri pulu öz aralarında üç yerə bölüb ələ keçirərək, mağazanın mülkiyyətçisi zərər çəkmiş hüquqi şəxs « xxxx » MMC –yə ümumilikdə 1509 ( min beş yüz doqquz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Mürşüd oğlu özgənin əmlakını ələ keçirmək niyyəti ilə, təkrarən, 16 mart 2020-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, Bakı şəhəri, Binəqədi rayonu, F.Rüstəmov küçəsi 36 ünvanında yerləşən « xxxx» mağazasına mağazadakı seyfdə satışdan əldə edilmiş 1.000 (min) manat məbləğində nəğd pul ola biləcəyini ehtimal edib, həmin miqdarda pulu gizli yolla talamaq məqsədi ilə yuxarıda göstərilən vaxtda həmin mağazanın qapısını sındıraraq hər ikisi mağazaya qanunsuz daxil olmuş, bu zaman ətrafdakı şəxslər mağazanın qapısının açıq vəziyyətdə olduğunu görüb, Təqsirləndirilən şəxs2 içəri daxil olarkən saxlamış, Təqsirləndirilən şəxs1 isə qaçmağa nail olmuş, beləliklə də Təqsirləndirilən şəxs1 Mürşüd oğlu öz iradəsindən asılı olmayan səbəblərə görə biləvasitə cinayət törətməyə yönəldilmiş hərəkətini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək niyyəti ilə 11 mart 2020-ci il tarixdə saat 05 radələrində Hacıyev Tofiq Kamil oğlu və Təqsirləndirilən şəxs1 Mürşüd oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, N.Hüseynov küçəsi 25G ünvanında yerləşən « xxxx» mağazasından oğurluq etmək barədə Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşıb, hər üçü birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə yuxarıda göstərilən vaxtda həmin mağazanın yaxınlığına gəlmiş və orada Təqsirləndirilən şəxs2 mağazadan kənarda qalaraq gələn olarsa xəbər vermək məqsədi liə gözləmiş, Tofiq Hacıyev və Təqsirləndirilən şəxs1 isə mağazanın qapısını ozləri ilə gətirdikləri dəmir alətlə(montirovka) sındırmaqla mağazaya qanunsuz daxil olub oradan içərisində 1213 manat pul olan 296 manat dəyərində dəmir seyfi gizli yolla talamaqla bayırda pusquda duraraq onları gözləyən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Hövsan qəsəbəsi, dəniz kənarına apararaq orada seyfi sındırmaqla əldə etdikləri pulu öz aralarında üç yerə bölüb ələ keçirərək, mağazanın mülkiyyətçisi zərər çəkmiş hüquqi şəxs « xxxx » MMC –yə ümumilikdə 1509 ( min beş yüz doqquz) manat maddi ziyan vuraraq oğurluq etmişdir.Bundan başqa Təqsirləndirilən şəxs2 oğlu özgənin əmlakını ələ keçirmək niyyəti ilə, təkrarən, 16 mart 2020-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 Mürşüd oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək Bakı şəhəri, Binəqədi rayonu, F.Rüstəmov küçəsi 36 ünvanında yerləşən « xxxx» mağazasına mağazadakı seyfdə satışdan əldə edilmiş 1000 ( min) manat məbləğində nəğd pul ola biləcəyini ehtimal edib, həmin miqdarda pulu gizli yolla talamaq məqsədi ilə yuxarıda göstərilən vaxtda həmin mağazanın qapısını sındıraraq hər ikisi mağazaya qanunsuz daxil olmuş, bu zaman ətrafdakı şəxslər mağazanın qapısının açıq vəziyyətdə olduğunu görüb, Təqsirləndirilən şəxs2 içəri daxil olarkən saxlamış, Təqsirləndirilən şəxs1 isə qaçmağa nail olmuş, beləliklə də Təqsirləndirilən şəxs2 oğlu öz iradəsindən asılı olmayan səbəblərə görə biləvasitə cinayət törətməyə yönəldilmiş hərəkətini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Mürşüd oğlu ona Azərbaycan Respublikası CM-nin 177.2.1., 177.2.3 və 29,177.2.1., 29, 177.2.2., 29., 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həmin cinayət əməlini törətmişdir. Qeyd olunan cinayətlərdən savayı başqa heç bir cinayət törətmədiyini bildirmişdir.Hazırda əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1., 177.2.3 və 29,177.2.1., 29, 177.2.2., 29., 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həmin cinayət əməlini törətmişdir. Qeyd olunan cinayətlərdən savayı başqa heç bir cinayət törətmədiyini bildirmişdir. Hazırda əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş hüquqi şəxs «xxxx»-in nümayəndəsi Bəşirov Bayram Əvəz oğlu ifadəsində bildirmişdir ki, o, «xxxx» MMC-də hüquqşünas vəzifəsində işləyir. Hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində və digər qurumlarda «xxxx» MMC-ni hüquqi şəxsi təmsil etmiş, həmin MMC-nin etibarlı nümayəndəsidir. xx xxxx 2020-ci il tarixində saat 04 radələrində «xxxx» MMC-nin ünvan 3 ünvanında yerləşən mağazasından oğurluq hadisəsi baş vermişdir. Belə ki, xx xxxx 2020ci il tarixdə səhər saatlarında həmin ünvanda yerləşən mağazanın işçisi işə gələndə mağazanın qapısının sındırıldığını və oradan oğurluq olmasını aşkar etmişdir. Bununla bağlı həmin işçi Xəzər RPİ-nə və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etmişdir. O, həmin mağazaya gələrkən həqiqətən də mağazanın şkafının içərisindən dəmir seyfin oğurlandığının şahidi olmuşdur. Belə ki, 296 manat qiymətində olan dəmir seyf içərisindəki 1213 manat pulla birlikdə oğurlanmışdır. Oğurluq nəticəsində mağazaya dəymiş maddi ziyanı 1509 (min beş yüz doqquz) manat qiymətləndirmişdir. Bundan əlavə xx xxxx 2020-ci il tarixində saat 02 radələrində «xxxx» MMC-nin ünvan 4 ünvanında yerləşən mağazasından da oğurluğa cəhd olunmuşdur. Belə ki, iki nəfər şəxs əvvəlcə mağazanın divarındakı elektrik qutusundan elektrik xəttini kəsmiş, sonra isə mağazanın qapısını sındıraraq içəri daxil olmuşlar. Ətrafdakı şəxslərin və polisin köməyi ilə həmin şəxslərdən biri yaxalanmış, digəri isə qaçmağa müvəffəq olmuşdur. Belə ki, onlar həmin mağazadan heç nə oğurlaya bilməmişlər.Hal hazırda şirkətə dəymiş zərər tam olaraq ödənilmişdir.Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2015-ci il tarixdən DİO-da xidmət edir. Hal-hazırda Azərbaycan Respublikası DİN-in X5 polis nəfəri kimi işləyir.Bakı şəhəri, Binəqədi rayonu üzrə dislokasiyaya əsasən gecə növbəsindədir. xx xxxx 2020-ci il tarixdə saat 02.30 Binəqədi rayonu, S.S.Axundov küçəsində xidmətdə olarkən yerli kanalla Azadlıq prospektində «Mələk» şadlıq sarayının yanındakı «xxxx»-dən oğurluq olması barədə məlumat daxil olmuşdur. Birlikdə xidmət apardığı sürücü polis nəfəri Fərid Musayevlə xidməti polis avtomobili ilə həmin ünvanına getmişdir. Həmin ünvana çatanda «Mələk» şadlıq sarayı ilə «xxxx»-in arasında bir neçə şəxsi maşını saxlayıb düşmüşlər. Həmin şəxslər polisə zəng etmişlər və «xxxx»-dən oğurluq etdiyi şəxsi ona göstərmişlər. Həmin şəxs də onların yanında durmuşdur. Bu zaman həmin şəxslər demişlər ki, oğurluq edən şəxslər iki nəfərdirlər, biri isə «xxxx»-in içərisinə girmiş, oradan da qaçmışdır. O, mağazaya baxsa da ikinci şəxsi tapa bilməmişlər, həqiqətən də qaçmışdır. Saxlanan şəxsi isə avtomobilə mindirərək Binəqədi RPİ 4-cü Polis Bölməsinə gətirmişlər. Həmin şəxsi növbətçi hissəyə təhvil verərək raportla məruzə etmişlər. Saxlanılan şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Saxlanılan şəxsi bölmədə təhvil verdikdən sonra o, Fəridlə yenidən xidmətə qayıtmışlar. O, hadisə yerinə gələrkən saxlanılan şəxs, yəni Təqsirləndirilən şəxs2 sakitcə onu saxlayan şəxslərin yanında durmuş, heç kimə müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs2 demişdir ki, tanışı içəriyə oğurluğa girmiş şəxsi bayırda gözləyirmiş, bu zaman həmin mağazaya kənar şəxslərin gəlməsini görəndə o tanışına bu barədə dərhal məlumat vermiş, bu zaman mağazada olan şəxs qaçmağa nail olmuş, özü isə qaça bilməmiş və saxlanılmışdır. Sonradan ona məlum olmuşdur ki, Elşən həmin tanışı ilə «xxxx»-in yanına gəlmiş, Elşən öz avtomobilində tanışını orada gözləmiş, tanışı isə «xxxx»-ə girmiş və oradan da qaçmışdır. Eyni zamanda onlar sonradan bilmişlər ki, Elşənin üzərindən polis bölməsində narkotik vasitə aşkarlanmış və barəsində inzibati həbs seçilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, N.Hüseynov küçəsi 25G ünvanında yerləşən Al market mağazasında həm inzibatçı , həm də satıcı vəzifəsində çalışır. xx xxxx 2020-ci il tarixdə səhər işə gələrkən mağazanın qapısının sındırıldığını aşkar etmişdir. Mağazaya daxil olanda şkafda yerləşən seyf oğurlandığını görmüşdür. Belə ki, həmin seyfə gündəlik alverin pulunu yığırlar. Seyfdə 1213 manat pul olmuş və baş vermiş oğurluq hadisəsi lə bağlı rəhbərliyə, xxxxlər şəbəkəsinin bölgə nümayəndəsi X3 və mağazanın hüquqşünası Bayram Bəşirova məlumat vermişdir. Sonra isə Xəzər RPİ 1-ci PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Şahid1 Kamran oğlunun şahid qismində elan olunmuş ifadəsindən görünür ki, o, Bakı şəhəri,Binəqədi rayonu,F.Rüstəmov küçəsi 36 ünvanında yerləşən «xxxx» mağazasında həm inzibatçı, həm də satıcı işləmişdir. 16 mart 2020-ci il tarixdə saat 22 radələrində Rasimlə mağazanı bağlayaraq çıxıb getmişdir. Rasim də mağazada satıcı işləmişdir. Gecə saat 04 radələrində “Mələk” şadlıq sarayının inzibatçısı Tahir ona zəng vuraraq bildirmişdir ki, mağazanın qapısını sındıraraq oğurluq etmək istəmişlər. O, səhərə yaxın mağazaya gəlmiş, görmüşdür ki, həqiqətən də mağazanın qapısını sındırmışlar, eyni zamanda da mağazanın divarındakı elektrik qutusudan naqilləri kəsmişlər ki, siqnalizasiya sistemi işləməsin. Ona bildirmişlər ki, mağazadan iki nəfər şəxs oğurluq etmək istəmişdir. Belə ki, birini “Mələk” şadlıq sarayının işçiləri saxlamış, digər şəxs isə qaçmağa müvəffəq olmuşdur. O, mağazanın içərisinə baxmış və şkafın içində olan seyfin içində pulun olmadığını görmüşdür. Belə ki, həmin seyf qırıq olmuş və onunla Rasim gündəlik alverin pulunu çox vaxt ora qoymuşlar. Belə ki, həmin gün 1000 manatlıq alver olduğunu o, bilmişdir. Seyfin içərisində pulun olmadığını görmüş, buna görə də o, səhərə yaxın 4-cü Polis Bölməsinə çağırılanda və ərizə yazanda mağazadan 1000 manat pulun oğurlandığını bildirmişdir. Lakin sonradan Rasim mağazaya gələndə ona demişdir ki, gündəlik alverin pulu olan 1000 manat pulu özü ilə aparmış və seyfə qoymamışdır. Rasim aradabir mağazanın pullarını özü ilə götürüb aparmış və onun da bundan məlumatı olmuşdur. Həmin gecə də Rasim pulları özü ilə aparmışdır. Mağazadan heç nə oğurlanmamışdır. Mağazanın divarındakı elektrik naqilləri kəsilmiş, o, usta çağırmış və naqilləri yenidən birləşdirmişdir. Qapının qıfılını digər ehtiyat qıfılla dəyişmiş, buna görə də ona heç bir maddi ziyan dəyməmişdir.Pullar da Rasimdə olduğu üçün həmin şəxslər mağazadan heç nə apara bilməmişlər. Məhkəmə iclasında Şahid3 şahid qismində elan edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri,Binəqədi rayonu,F.Rüstəmov küçəsi 36 ünvanında yerləşən «xxxx» mağazasında satıcı işləmişdir. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində o, mağazanı bağlayaraq çıxıb getmişdir. Səhər ona mağazanın inzibatçısı, həm də satıcısı olan İlkin zəng vuraraq bildirmişdir ki, mağazanın qapısını sındıraraq oğurluq etmək istəmişlər. O, səhərə yaxın mağazaya gəlmiş, görmüşdür ki, həqiqətən də mağazanın qapısını sındırmışlar, eyni zamanda da mağazanın divarındakı elektrik qutusudan naqilləri kəsmişlər ki, siqnalizasiya sitemi işləməsin. Ona bildirmişlər ki, mağazadan iki nəfər şəxs oğurluq etmək istəmişlər. Belə ki, birini “Mələk” şadlıq sarayının işçiləri saxlamış, digər şəxs isə qaçmağa müvəffəq olmuşdur. O, İlkinə bildirmişdir ki, mağaznın gündəlik alver pulu olan 1000 manat pulu özü ilə aparmışdır. Belə ki, o, çox vaxt mağazanı bağlayıb evə gedəndə pulu da özü ilə aparmışdır. Belə ki, mağazanın şkafın içərisində olan seyf qırıq olduğu üçün o, çox vaxt pulları seyfə qoymamışdır, özü ilə aparmışdır.O, mağazaya baxış keçirmiş və görmüşdür ki, mağazadan heç nə oğurlanmamışdır. Mağazanın divarındakı elektrik naqilləri kəsilmiş, o, ustanı çağırmış və naqilləri yenidən birləşdirmiş, qapının qıfılını digər ehtiyat qıfılla dəyişmişdir, heç bir maddi ziyan dəyməmişdir.Pullar da onda olduğu üçün həmin şəxslər mağazadan heç nə apara bilməmişlər. O, mağazadan çıxanda qapının qıfılını özündəki açarla bağlamış və siqnalizasiya sistemini də qoşmuşdur. Mağazaya daxil olan şəxslər biri qapısını sındırmaqla mağazanın içərisindəki digər qapıdan qaçmışdır. Həmin şəxslər mağazanın divarındakı elektrik qutusunun içərisindəki məftili də kəsmişlər ki, siqnalizasiya işləməsin. Məhkəmə iclasında Şahid2 oğlunun şahid qismində elan edilmiş ifadəsindən görünür ki o, Bakı şəhəri,Binəqədi rayonu, Azadlıq prospektində yerləşən“Mələk” şadlıq sarayında işləmişdir. xx xxxx 2020-ci il tarixdə «Mələk» şadlıq sarayında toy olmuş, toy bitdikdən sonra şadlıq sarayının inzibatçısı Tahir müəllim onu mağazaya göndərmişdir. Belə ki, şadlıq sarayının arxasında bir mağaza olmuş və gecələr də işləmişdir. Həmin mağazaya getmək üçün şadlıq sarayının yanındakı “xxxx”-in qabağından keçəndə o, görmüşdür ki, “xxxx”-in qapısı açıqdır. Belə ki, «xxxx”-in gecələr işləmədiyini bilmiş, oranın işçilərini də tanımışdır. Mağazanın içərisindən səs eşitmiş və mağazaya girəndə görmüşdür ki, bir nəfər şəxs mağazanın içindəki qapıdan qaçmış, lakin yanındakı şəxs qaça bilmədiyi üçün o, həmin şəxsin əlindən tutub saxlamışdır. Həmin şəxs demişdir ki, oğurluq etməmişdir. O, həmin şəxsin əlindən bərk yapışaraq şadlıq sarayına gətirmişdir. Tahir müəllim də şadlıq sarayının qabağında durmuşdur. Baş verən hadisə barədə ona bildirmişdir. Tahir müəllimə demişdir ki, onlar iki nəfər olmuşlar, biri qaçmışdır.Tahir müəllim “xxxx”-ə tərəf getsə də ikinci şəxsi tapa bilməmişdir. Tahir müəllim eyni zamanda DİN-in 102 xidmətinə zəng vurmuşdur ki, polislər də gəlsin. Çox keçmədən polis əməkdaşları ora gəlmişlər. Müəyyən olunmuşdur ki, onun mağazadan oğurluq etmək istəyərkən saxladığı şəxsin adı Elşəndir. Polis əməkdaşları həmin şəxsi 4-cü Polis Bölməsinə aparmışlar. Sonra onları də polis bölməsinə çağırmışlar. Beləliklə o, Elşəni mağazanın içində saxlamışdır. Elşən ona heç bir müqavimət göstərməmişdir, demişdir ki, o, oğurluq eləməmişdir. Bundan sonra o, Elşəni sakitcə «Mələk» şadlıq sarayına tərəf gətirmişdir. Elşən polislərə də müqavimət göstərməmişdir. O,«xxxx»-in içinə daxil olanda ikinci şəxs əlindəki dəmir alətlə qaçmışdır, o, həmin şəxsi saxlaya bilməmişdir. Həmin şəxs «xxxx»-in içindəki digər qapıdan çıxmışdır. Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli ifadənin hadisə yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 işin hallarını ətraflı izah vermiş və hadisə yerini tam dəqiqliyi ilə göstərmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli ifadənin hadisə yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 işin hallarını ətraflı izah vermiş və hadisə yerini tam dəqiqliyi ilə göstərmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş və cinayət əməli ilə bağlı verdikləri ifadələrini bir daha təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən və “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş 3004№-li xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, şirkətə dəymiş ziyan tam olaraq ödənilmişdir və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri öz ifadələri, ifadənin yerində yoxlanılması protokolları, zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarında olan protokollar, ekspertiza rəyi və digər istintaq hərəkətləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 29,177.2.1, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Onların hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsirləri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Mürşüd oğlu törətdiyi az ağır cinayət əməlinə görə Tərtər hərbi məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə üç il üç ay müddətinə azadlıqdan məhrum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014cü il tarixli qərarı ilə hökm dəyişdirilərək barəsində bir il şərti sınaq müddəti təyin edilmiş və cəza müdəti başa çatmışdır. Hazırda Təqsirləndirilən şəxs1 oğlu məhkumluğu ödənilmiş şəxs sayılır.Təqsirləndirilən şəxs2 isə əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməklə səmimi peşmanlığı, habelə zərərçəmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini, öz əməlinə mənfi münasibətini ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsi, təqsirini etiraf etməklə səmimi peşmanlığı, habelə zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsi, öz əməlinə mənfi münasibəti ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının CM-nin 61 -ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 8 və 9-cu maddələrinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı, cinayət törətmiş şəxsə cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşımamalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Balakən rayonu hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Bu səbəbdən hökmün icrası Bakı şəhəri Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə faktiki olaraq tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarı ilə onun barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama yeri kimi Azərbaycan Respublikası Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs2 oğluna təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Hökmün icrası Bakı şəhəri Quba Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə faktiki olaraq tutulmuşdur. xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı MSY-dən azad edilmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxlərə müvafiq olaraq hər birinə 66 saat (Təqsirləndirilən şəxs2) və 66 saat (Təqsirləndirilən şəxs1) müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onunn hüquqlarını müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 8 (səkkiz) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq (cəmi 1 il 4 ay 4 gün) üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 06°°-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Baləkən rayonu hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən tutulduğu 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq (cəmi 04 gün) üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 23 00-dan səhər saat 06°°-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 66 (altmış altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 396 manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 66 (altmış altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 396 manat xidmət haqqı ödənilsin. Xidmət haqqının ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-300/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-300/2020
19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver