Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-300/2023 29.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasına sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci tarixdə Yevlax rayonu Varvara kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsili, evli, əvvələr məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 16 oktyabr 2022-ci il tarixdə saat 18:34 radələrində texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes E klass» markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili 50 km/saat sürətilə idarə edərkən ünvan 3 ünvanın qarşısında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmçinin avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək surətlə idarə etməməli olduğu halda, bunlara əməl etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək hərəkətdə olduğu yolu ayıran xətdin üzərində dayanmış piyada Əfəndiyeva Sürayyǝ Avdal qızını avtomobilin sol qanad hissəsi ilə vurması nəticəsində ona sol diz oynağı, sol dirsək sümüyünün qapalı sınıqları, sol sağrı, sol bud, sol diz oynağının sıyrıqları yetirdikdən sonra bədənin ətalət qüvvəsi təsirindən piyada sola atılmış və yer örtüyünə çırpılma nəticəsində sağ təpə və ənsə nahiyəsində əzilmiş-cirilmiş yara, sağ təpə-gicgah, ənsə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, baş beyin və beyinciyin yumşaq qişaları altına, beyin toxumasına və mədəciklərə qansızma, alın, sağ yanaq, sağ çənə cismi, çənə bucağı, sol almacıq, boyun, sağ çiyin qurşağı, sağ bazu, sağ dirsək oynağının sıyrıqları, sol üst göz qapağının qançırı və həyatı olan, dərəcəsinə görə ümumilkdə ağır dərəcəli xəsarətlər yetirilməsinə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Həmin əməlin törədilməsinə görə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmiş, barəsində Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi X7 tərəfindən xx.xx.2023-cü il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Binəqədi rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı məhkəməyə yazılı vəsatət təqdim edib, vəsatətə uyğun izahat verərərk bildirdi ki, cinayət işinin materiallarına əsasən, X5 yol hərəkət qaydalarını pozması nəticəsində zərərçəkmiş şəxs X6 cinayət hadisəsi baş verən tarixdə, yəni 16 oktyabr 2022-ci il tarixdə ölmüşdür. İbtidai istintaq zamanı müstəntiq tərəfindən X8 CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilsə də, ona elan edilmiş ittihamın məzmununda zərərçəkmiş şəxs X1 ölməsi deyil, ağır dərəcəli xəsarət alması göstərilmişdir. Halbuki, CPM-nin 223.3.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb etmənin əsası və qaydası kimi cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması cinayətin motivi və tövsifedici əlamətlər göstərilməlidir. Habelə, CPM-nin 289.3.1-ci maddəsinə əsasən ittiham aktında cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Bundan başqa, iş materiallarında olan təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış etmə protokolundan görünür ki, müstəntiq onu 01 cild 245 vərəqədən ibarət olan cinayət işi ilə tanış edir, halbuki həmin cinayət işi 01 cild 144 vərəqədən ibarət olmuşdur. Göründüyü kimi, müstəntiq tərəfindən CPM-nin 303.3.8-ci maddəsində göstərilən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq həmin Məcəllənin 284- 286-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, CPM-nin 286.3cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmçinin, CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməklə onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Bundan başqa, CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq həmin Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməklə onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Bundan başqa, təqsirləndirilən şəxs X9 08 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir, lakin cinayət işinin materiallarında olan iltizamın təqsirləndirilən şəxsə 08 aprel 2023-cü il tarixdə elan edilməsi göstərilmişdir. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmədən X5 Azərbaycan Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına CPM-nin 303.3.6 və 303.3.8-ci maddələrinə əsasən xitam verilməsi və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X3 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəmə iclasındakı izahatında dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Təqsirləndirilən şəxs müdafiəçisi ilə eyni fikirdə olduğunu, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə belə qənaətə gəlir ki, işə məhkəmə hazırlıq iclasında baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verilmişdir. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmin pozuntular aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Belə ki, CPM-nin 289.3.1-ci maddəsinə göstərilmişdir ki, ittiham aktında cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir Halubki hazırki iş üzrə ittiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Əfəndiyeva Sürayyǝ Avdal qızına dərəcəsinə görə ümumilkdə ağır dərəcəli xəsarətlər yetirilməsinə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Lakin müstəntiq tərəfindən təqsirləndirilən şəxsə CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Halbuki cinayət işinin materiallarından görünür ki, X5 yol hərəkət qaydalarını pozması nəticəsində zərərçəkmiş şəxs X6 cinayət hadisəsi baş verən tarixdə, yəni 16 oktyabr 2022-ci il tarixdə ölmüşdür. Lakin şəxsin təqsirləndirilən şəxs qismində cəlbetmə qərarında, o cümlədən ittiham aktında baş vermiş yol nəqliyyat hadisəsi ilə ölüm arasında hər hansı səbəbli əlaqənin olub-olmaması barədə heçnə göstərilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaya görə məsuliyyət 263-cü maddədə nəzərdə tutulmuşdur. Lakin avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda AR CM-nin 263.1-1-ci maddəsi ilə məsuliyyət yarandığı halda, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda AR CM-nin 263.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Belə olan halda müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Əfəndiyeva Sürayyǝ Avdal qızına dərəcəsinə görə ümumilkdə ağır dərəcəli xəsarətlər yetirilməsinə səbəb olan yol hərəkəti qaydalarını pozması göstərildiyi halda, AR CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilməsi törədilmiş cinayət əməli ilə tətbiq olunmuş xüsusi norma arasında ziddiyyət yaratmaqdadır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.8ci maddəsində məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması halında cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması nəzərdə tutulmuşdur. Belə ki, CPM-nin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Hazırki iş üzrə isə iş materiallarında olan təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda müstəntiqin Təqsirləndirilən şəxs və Müdafiəçi 01 cild 245 vərəqədən ibarət olan cinayət işi ilə tanış etməsi göstərilsə də, halbuki sözügedən cinayət işi tanış etmə anında 01 cild 144 vərəqədən ibarət olmuşdur. Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında protokol ilə faktiki cinayət işi materialları arasında 101 vərəqədən ibarət ziddiyyət olması onu göstərir ki, müstəntiq tərəfindən AR CPM-nin 286.3cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Xüsusi ilə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın dəqiq olmaması təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına dəlalət edir. Belə ki, CPM-nin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə ittiham elan edildikdə nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu-verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ vardır. Hazırki iş üzrə ittihamın mahiyyətində olan qeyrimüəyyənlik təqsirləndirilən şəxsin öz müdafiə hüququnu tam şəkildə həyata keçirməsinə mane olur, təqsirləndirilən şəxsin konkret hansı əməli törətməkdə ittiham olunduğunu bilməməsinə səbəb olur, bununla da təqsirləndirilən şəxs düzgün müdafiə qurmaq hüququndan mərhum olur. AR CPM-nin 303.1-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verildikdə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Əlavə olaraq təqsirləndirilən şəxs X9 08 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə, həmin tarixdə də barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsinə baxmayaraq cinayət işinin materiallarında iltizamın təqsirləndirilən şəxsə 08 aprel 2023-cü il tarixdə elan edilməsi göstərilmişdir Qeyd olunan əsasən məhkəmə belə hesab edir ki, AR CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. ********* nömrəli cinayət işi üzrə Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X7 tərəfindən ittiham aktında cinayətin nəticələri konkret göstərilmədiyindən AR CPM-nin 289.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmçinin faktiki olaraq 144 vərəqədən ibarət olan cinayət işinin “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda” 245 vərəqə kimi göstərilməsi isə AR CPM-nin 286.3-cü maddəsinin pozulmasına səbəb olmuşdur Bundan başqa təqsirləndirilən şəxsə elan edilmiş ittihamın qeyri-müəyyən olması təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu-verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququndan məhrum etməklə AR CPM-nin 91.5.1-ci maddəsinin tələbləri pozulmuşdur. Sadalanan hallar CPM-nin 303.1, 303.3 və 303.3.8-ci maddələrinin tələblərinin pozulmasına dələlət etdiyindən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə həmin Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, həmin qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.5, 303, 306-cı maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-300/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-300/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver