Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-300/2025 09.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Videokonfrans əlaqə sistemi vasitəsilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Gəncə şəhərində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xanlar rayonu, Quşqara qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxx 2003-cü il tarixdə Gəncə şəhərində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Samux rayonu, Əhmədbəyli ərazi dairəsi, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni 12 iyul 2024-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən “Robinzon” istirahət mərkəzinin çimərlik sahəsində yerləşən taxta və pərdədən əhatələnmiş istirahət üçün nəzərdə tutulan otaq tipli saxlanc yeri hesab olunan sahəni icarəyə götürən Zərərçəkmiş şəxs məxsus 1 ədəd “İphone 14” markalı mobil telefon aparatının stolun üzərində olmasını və ətrafında heç kimin olmadığını görərək bu barədə məlumatlı olduqdan sonra özünün həmin saxlanc yerinə daxil olaraq mobil telefonu götürməsi və Təqsirləndirilən şəxs2 da həmin vaxt yaxınlıqda dayanaraq kənar şəxsin gəldiyi təqdirdə ona məlumat verməsindən ibarət razılaşmalarına uyğun davranaraq həmin saxlanc yerinə qanunsuz daxil olaraq orada stolun üzərində olan dəyəri 2800 manat təşkil edən 1 ədəd “İphone 14” markalı mobil telefonu və daxilində 10 manat dəyərində 1 ədəd +**********8 saylı mobil nömrəni gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 2810 (iki min səkkiz yüz on manat) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ona edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun xalası oğlu olmaqla, onunla əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. O, 05 iyul 2024-cü il tarixdə əsgərlikdən təxris olunub yaşadığı ünvana gəlmişdir. Bir neçə gündən sonra evdə qonaqlıq təşkil olunmuşdur. Həmin qonaqlıqda təxminən 200 manat pul yığılmışdır. O özü üçün iş axtardığına həmin pulu götürüb 11 iyul 2024-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhərinə gəldikdən sonra həmin gün əvvəlcədən tanıdığı xanımla görüşmüşdür. Onunla yemək yedikdən sonra Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Continental” otelə getmişlər. Orada otaq sifariş vermiş və istirahət etmişdir. Həmin gün axşam xalası oğlu Amin onunla əlaqə saxlamışdır. O, ona oteldə olduğunu demiş və ünvanı başa salmışdır. Xalası oğlu Amin həmin otelə getmişdir. Xalası oğlu Amin gəldiyi üçün o yanında olan xanımı yaşadığı Nərimanov rayonu Montin qəsəbəsinə aparmışdır. Amin isə oteldə onu gözləmişdir. Xanımı evinə düşürdükdən sonra geri otelə qayıtmışdır. Oteldə olan zaman Aminlə iş barədə danışmışlar. Aralarında olan razılaşmaya əsasən Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində istirahət mərkəzlərindən birində ofsiant kimi işləmək olmuşdur. Sabah, yəni 12 iyul 2024-cü il tarixdə Aminlə birlikdə Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən “Robinzon” istirahət mərkəzinə getmişlər. Orada ofisiant işi axtardıqlarını izah etmişlər. Lakin onlara işçi lazım olmadığını bildirmişlər. Artıq iş tapa bilməyəcəklərini bildikdən sonra orada oğurluq edib pul əldə etməyi qərara almışlar. Onlar oğurluq etmək məqsədi ilə həmin istirahət mərkəzinin dəniz qırağındakı çardağda (besedkada) heç kimin olmadığını görmüşlər və Aminlə razılaşmışlar ki, həmin çardaqdan oğurluq etsinlər. Həmin çardaqda paltarlar, qab-qacaq və masanın üzərində mobil telefon aparatı var idi. Onlar ətrafa baxıb heç kimin olmamasına tam əmin olduqdan sonra o həmin çardağa tərəf getmişdir. Amin isə bir az kənarda dayanmışdır ki, gələn olsa xəbər etsin. O çardaqda masanın üzərində olan 1 ədəd “İphone 14” markalı mobil telefon aparatını götürüb qaçaraq Aminin yanına qayıtmış və onlar tanımadığı taksiyə əyləşib oradan Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq” metrostansiyasınm yaxınlığına gəlmişlər. Aminlə birlikdə ayranla dönər alıb yemişlər. Həmin vaxt o Aminə mobil telefonu sındırıb tullamağı təklif etmişdir. Lakin Amin həmin telefonu lazım olarsa öz şəxsiyyət vəsiqəsi ilə satıb pul əldə edəcəyini izah etmiş və onun təklifi ilə razılaşmışdır. Daha sonra onun telefonu ilə dostu Vaqifə zəng etmişdir. Amin Vaqifə onlara getmək istədiyini, lakin pulu olmadığı üçün ondan borc qismində pul istəmişdir. Vaqif isə taksi ilə gəlməsini, qarşılayıb taksinin pulunu verəcəyini bildirmişdir. Daha sonra Aminlə birlikdə Vaqifgilə getmişlər. Vaqif onları qarşılamış və taksinin pulunu vermişdir. Lakin həmin vaxt о polisin onları tutacağını bildiyi üçün Vaqifgildə qalmayacağını bildirmişdir. Oradan birbaşa Badamdar qəsəbəsində yerləşən “Continental” otelə getmişdir. Otaqda olan paltarlarını götürüb oradan çıxmışdır. Gəncə şəhərinə getmək üçün pulu olmadığı üçün anası Şəlalə ilə əlaqə saxlamış, оna pul göndərməsini izah etmişdir. O isə ona 25 manat pul göndərmişdir. 12 iyul 2024-cü il tarixdən 13 iyul 2024-cü il tarixə keçən gecə Vaqif ona zəng edərək, yaşadığı evə polislərin gəlməsini, Amini mobil telefonla birlikdə izahatının alınması üçün Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə aparmalarını bildirmişdir. О, artıq Aminin polislər tərəfindən tutulmasını bilmişdir. Ona görə də qorxduğu üçün həmin gecə saat 5 radələrində Bakı Beynəlxalq Avtovağzalına, оradan isə Gəncə şəhərinə getmişdir. Həmin gün Gəncə şəhərində əmisigilə getmişdir. 13 iyul 2024cü ildə xalası qızı Nəzrin Bayramova onunla əlaqə saxlamışdır. O, şəhər ərazisinə çıxıb gəzmək istəməsini bildirmiş, о onunla razılaşmış və birlikdə şəhər ərazisində gəzməyə başlamışlar. Bu zaman polis əməkdaşları onu saxlamışlar, ondan mobil telefonla bağlı soruşduqda о etdiyi oğurluq cinayətini səmimi etiraf etmişdir. Daha sonra о izahatının alınması üçün оnu Bakı şəhərinə aparmışlar. Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən “Robinzon” istirahət mərkəzində Zərərçəkmiş şəxs məxsus 1 ədəd “İphone 14” markalı mobil telefon aparatını oğurladıqları yerə hamının daxil olması mümkün olmuş, çünki həmin ərazi çimərlik olmuş, sadəcə olaraq çimərlikdə çardaqda (besedka) olan şəxs həmin vaxt dənizdə çimdiyi üçün orada olmamasından istifadə edib oğurluq etmişlər. Xalası oğlu Aminlə artıq iş tapa bilməyəcəklərini bildikləri üçün rahat yoldan gəlir əldə etmək istəmişlər. Aralarında olan razılaşmaya əsasən, çardaqdan telefonu о götürməli olmuş, Аmin ondan bir qədər aralıda dayanıb ətrafa baxmış, həmin telefondan əldə edəcəkləri gəliri aralarında böləcəkdilər. Şahid Aminin dostu kimi tanımışdır. Amin Vaqifə üzərində 1 ədəd “İphone” markalı mobil telefon olmasını, həmin mobil telefonu satmaq istəməsini bildirmiş, Vaqif isə imkanın olmadığını, həmin telefonu ala bilməyəcəyini bildirmiş, həmin vaxt Amin Vaqifə qeyd olunan mobil telefonun özünə məxsus olmasını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən оnа hər hansı formada zor tətbiq olunmamışdır. İşə məhkəmədə baxıldığı dövrdə zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəmişlər, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Vurduğu ziyanı ödədiyini nəzərə alıb, ona yüngül növdə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun xalası oğlu olmaqla, onunla əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Cəfər 2024-cü ilin iyul ayının 5-də hərbi xidmətini başa vurub evinə gəlmişdir. O, Gəncə şəhərində yaşayır. Özü aradabir onunla telefonla əlaqə saxlamışdır. Cəfər ona iş axtardığını və buna görə də Bakı şəhərinə gəlmək istəməsini bildirmişdir. 11 iyul 2024-cü il tarixdə o Cəfərlə əlaqə saxlayarkən, sonuncu Bakı şəhərində olduğunu, tanıdığı xanımla Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən “Continental” oteldə istirahət etdiyini bildirmişdir. O da onun yanına getmək qərarına gəlmişdir. O həmin otelə getdikdə Cəfər və adını bilmədiyi bir nəfər xanım vardı. Cəfər həmin xanımı yaşadığı Nərimanov rayonu Montin qəsəbəsinə aparıb gələcəyini bildirmişdir. O isə oteldə gözləmişdir. Təxminən 1 saatdan sonra Cəfər həmin otelə gəlmişdir. Onlar iş barədə danışmışlar və sabah, yəni 12 iyul 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində bir neçə istirahət mərkəzinə ofsiant kimi iş axtarmaq üçün getmək qərarına gəlmişlər. Həmin gecəni oteldə qalmışlar. 12 iyul 2024-cü il tarixdə saat 11 radələrində artıq Novxanı qəsəbəsi ərazisində yerləşən “Robinzon” istirahət mərkəzinə getmişlər. Orada ofisiant işi axtardıqlarını izah etmişlər. Lakin onlara işçi lazım olmadığını bildirmişlər. Artıq iş tapa bilməyəcəklərini bildikdən sonra orada oğurluq edib pul əldə etməyi qərara almışlar. Onlar oğurluq etmək məqsədi ilə həmin istirahət mərkəzinin dəniz qırağındakı çardağda (besedkada) heç kimi olmadığını görmüşlər və Cəfərlə razılaşmışlar ki, həmin çardaqdan oğurluq etsinlər. Həmin çardaqda paltarlar, qab-qacaq və masanın üzərində mobil telefon aparatı var idi. Onlara ətrafa baxıb heç kimin olmamasına tam əmin olduqdan sonra Cəfər həmin çardağa tərəf getmişdir. O isə bir az kənarda dayanmışdır ki, gələn olsa xəbər etsin. Cəfər orada masanın üzərində olan 1 ədəd “İphone 14” markalı mobil telefon aparatı götürmüş və qaçaraq onun yanına gəlmişdir. Onlar birlikdə tanımadıqları taksiyə əyləşib oradan uzaqlaşmışlar. Oradan birbaşa Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq” metrostansiyasının yaxınlığına getmişlər. Həmin yerdə dönər və ayran almışlar. Daha sonra Cəfər ona həmin telefonu sındırıb tullamağı təklif etmiş, lakin o onun dedikləri ilə razılaşmamışdır. O ona həmin telefonu lazım olsa öz şəxsiyyət vəsiqəsi ilə sata biləcəyini bildirmişdir. Bundan sonra mobil telefonu Cəfərin əlindən almışdır. O dostu Vaqifə zəng edərək, ona yaşadığı evə gəlmək istədiyini, lakin pulu olmadığı üçün gələ bilmədiyini bildirmişdir. Vaqif istənilən taksiyə əyləşib gəlməsini, onu qarşılayıb taksinin pulunu verəcəyini bildirmişdir. O Cəfərlə birlikdə Vaqifin yaşadığı evə getmişdir. Vaqifi xalası oğlu Cəfərlə tanış etmişdir. Vaqifin evində olan zaman Cəfər ona polisin onları tutacağını bildirmişdir. Bundan sonra o, Gəncə şəhərinə getmək qərarına gəldiyi üçün Vaqifin evindən getmişdir. Özü isə Vaqiflə birlikdə onun iş yerinə getmək üçün evindən çıxmışdır. Vaqifin iş yerinə çatdıqda onun müdiri onu iş yerinə buraxmamışdır. Vaqif isə evin açarlarını ona vermiş və o onun yaşadığı evə getmişdir. 12 iyul 2024-cü il tarixdən 13 iyul 2024-cü il tarixə keçən gecə saat 1 radələrində Vaqif polis əməkdaşları ilə evə gəlmişdir. Polis əməkdaşları ondan telefon oğurlayıb-oğurlamadıqlarını soruşmuşdur. O həmin vaxt həyəcanlı olduğu üçün polislərdən qaçmaq istəmiş, bu zaman ehtiyatsızlığından ayağı ilişmiş və o üz üstə yerə yıxılaraq sifəti yerə dəymişdir. Nəticədə o bədən xəsarətləri almışdır. Həmin xəsarətləri özü ehtiyatsızlıq nəticəsində aldığından, məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmiş, onunla bununla bağlı heç kimə qarşı heç bir şikayət və tələbi olmamışdır. Bundan sonra o, Cəfərlə birlikdə etdiyi oğurluq barədə polisə məlumat vermişdir. Onlarla birlikdə izahatının alınması üçün Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə gəlmişlər. «İphone 14» markalı mobil telefonu onda olduğu üçün o, Bölmədə təqdim etmişdir. Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən “Robinzon” istirahət mərkəzində Zərərçəkmiş şəxs məxsus 1 ədəd “İphone 14” markalı mobil telefon aparatını oğurladığı həmin yerə hamının daxil olması mümkün olmuş, çünki həmin ərazi çimərlik olmuş, sadəcə olaraq çimərlikdə çardaqda (besedka) olan şəxs həmin vaxt dənizdə çimdiyi üçün orada olmamasından istifadə edib oğurluq etmişlər. Aralarında olan razılaşmaya əsasən çardaqdan telefonu Cəfər götürməli olmuş, özü isə bir qədər aralıda dayanıb ətrafa baxmış, həmin telefondan əldə edəcəkləri gəliri aralarında böləcəklər. Şahid onun dostu olmuş, Vaqifə üzərində 1 ədəd “İphone” markalı mobil telefon olmasını, həmin mobil telefonu satmaq istədiyini bildirmiş, Vaqif isə imkanın olmadığını, həmin telefonu ala bilməyəcəyini bildirmişdir. Həmin vaxt o Vaqifə qeyd olunan mobil telefonun özünə məxsus olmasını demişdir. O polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı formada zor tətbiq olunmamışdır. Sadəcə olaraq, polis əməkdaşları onu saxlayarkən onlardan qaçmaq istəmiş, lakin ayağı ilişib yıxılmış və sifəti yerə çırpılmışdır. İşə məhkəmədə baxıldığı dövrdə zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəmişlər, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Vurduğu ziyanı ödədiyini nəzərə alıb, ona yüngül növdə cəza təyin edilməsini xahiş etmişdir. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasında iştirakı təmin edilmiş zərər çəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, o, işləri ilə bağlı o Qazaxıstan Respublikasında yaşayır. 08 iyul 2024-cü il tarixdə istirahət etmək üçün Bakı şəhərinə gəlmişdir. 12 iyul 2024-cü il tarixdə o, dostları ilə birlikdə istirahət etmək üçün Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən “Robinzon” istirahət mərkəzinə getmişlər. Orada dəniz qırağında çardaq sifariş verib bütün əşyalarını həmin çardaqda qoyub dənizə girmişlər. Qayıtdıqda ona məxsus “İphone 14” markalı mobil telefon aparatının orada olmamasını aşkar etmişdir. Çox axtarsa da, həmin mobil telefon aparatını tapa bilməmişdir. Bundan sonra yanındakı Nail adında dostu baş vermiş oğurluq hadisəsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Daha sonra hadisə yerinə Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları gəlmişlər və hadisə yerinin müayinəsi həyata keçirilmişdir. “İphone 14” markalı mobil telefon aparatının oğurlanması nəticəsində ona 2800 manat maddi ziyan dəymişdir. Habelə həmin telefon aparatının üzərində Qazaxıstan Respublikasına məxsus +**********8 saylı mobil nömrədə olmuşdur. Həmin mobil nömrənin oğurlanması nəticəsində ona 10 manat ziyan dəymişdir. Ona ümumilikdə 2810 manat maddi ziyan dəymişdir. Həmin vaxt qeyd etdiklərindən başqa heç nə oğurlanmamışdır. Təqsirləndirilən şəxslər ona dəymiş maddi ziyanı ödəyiblər, ona görə onlardan hər hansı şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi cinayət işi başlanmışdır (cild 1, i.v.1). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 21:50-də Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 36). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 22:40-da Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 54). Zərərçəkmiş şəxs qismində tanıma haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs maddi zərər vurulduğu üçün o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 19). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CMin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.68-69). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CMin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.81-82). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həmin tarixdə MSY-dən azad edilmişdir (cild 1, i.v.97-98). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həmin tarixdə MSY-dən azad edilmişdir (cild 1, i.v.104-105). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 avqust 2024-cü il tarixli 9/5827 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 01 ədəd 2022-ci il istehsallı, “iphone 14” markalı mobil telefonun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1050 manat dəyərində müəyyən olunur (cild 1, i.v.127-129). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, i.v.149-150). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, i.v.162-163). Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən tərtib edilmiş arayışdan görünür ki, hazırki cinayət işi üzrə həbsdə olan yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “i phone 14” markalı telefon saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, habelə xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə Zərərçəkmiş şəxs 2810 manat maddi ziyan dəymişdir. İş üzrə məhkəmə xərci 50 manat təşkil edir (cild 1, i.v.191). Sübutların qiymətləndirilməsi haqqında 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi içərisində mobil telefon nömrəsi olan 01 ədəd “İphone 14” markalı mobil telefon maddi sübut kimi tanınmış, həmin telefon saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir (cild 1, i.v.138-145). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyi öz ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin və işin digər materialları ilə tam sübuta yetirilir və onlara düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 1, i.v.112-115). Məhkəmə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yerləri üzrə İcra və Probasiya şöbələrinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində onların üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadıqları rayonların hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 iyul 2024-cü il tarixdən 17 iyul 2024-cü ilə tarixədək şübhəli şəxs qismində tutulduqları cəmi 2 (iki) gün onlara təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut – 01 ədəd “i phone 14” markalı telefonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçilər Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 təqsirləndirilən şəxslərə ayrı-ayrılıqda cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 iyul 2024-cü il tarixdən 17 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə (Xanlar rayonu, Quşqara qəsəbəsi, nömrəsiz fərdi yaşayış evi) Göygöl rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 2200-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Göygöl rayonunun hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 15 iyul 2024-cü il tarixdən 17 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə (Samux rayonu, Əhmədbəyli ərazi dairəsi, Əhmədbəyli kəndi) Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 2200-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Samux rayonunun hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut – 01 ədəd “iphone 14” markalı telefonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdikləri cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ayrı-ayrılıqda xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-300/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-300/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver