Məhkəmə qərarları › İş №1(001)-301/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-301/2020

02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-301/2020 02.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1988-ci il il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli - himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Abşeron rayonu Nübar qəsəbəsi, Yeni yaşayış massivi fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən “Məscidin” qarşısından naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 04 ədəd şəffaf rəngli bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,660 qram, 0,392 qram, 0,536 qram, 0,410 qram, ümumi təmiz çəkisi 1,998 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin, ümumi təsiredici maddəsinin miqdarı 0,04 qram olan 01 həb narkotik vasitə - metodon və ümumi çəkisi təxminən 0,5 qram olmaqla 02 ədəd şəffaf rəngli bükümdə, ayrı - ayrılıqda birinin təmiz çəkisi 0,231 qram, digərinin isə həmin günü istifadə etdiyi üçün çəkisi dəqiq məlum olmayan narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, «DSK yolu» ərazisində yerləşən “Elmar” marketin qarşısına daşımış, həmin günü saat 11:00 radələrində Binəqədi RPİ-in 6-cı PB-in əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu ərazisində yerləşən “Elmar” marketin qarşısında saxlanılaraq 6-cı PBnə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd üzərində “Victory” sözləri yazılmış kibrit qutusunun içərisindən 04 ədəd şəffaf rəngli bükümdə, ayrı- ayrılqıda təmiz çəkisi 0,660 qram, 0,392 qram, 0,536 qram, 0,410 qram, ümumi təmiz çəkisi 1,998 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin, 01 ədəd təsiredici maddəsi 0,04 qram olan 1 həb narkotik vasitə olan metodon və 01 ədəd şəffaf rəngli bükümdə,təmiz çəkisi 0,231 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki,Laçın rayonundan məcburi köçkündür. Himayəsində üç azyaşlı uşağı var. Rəsmi olaraq heç bir yerdə işləməsə də fəhləliklə məşğul olaraq beş nəfərdən ibarət ailəsini dolandırır. Bədənində ağrılar olduğuna görə az müddətdir ki, narkotik və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitəni adətən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi “qarabala” ləqəbli şəxsdən alır. xx.xx.2020ci il tarixdə günorta saat 13 radələrində narkotik vasitə almaq üçün Hökməli qəsəbəsində yerləşən “Məscidin” yanına gedib “qarabala” ilə görüşmüş, sonuncu hazırda narkotik vasitəsinin olmadığını, həmin gün axşam saat 20-21 radələrində bir nəfərin gələcəyini və satmaq üçün özü ilə narkotik vasitə gətirəcəyini bildirmişdir. Həmin gün axşam saat təxminən 21 radələrində yenidən Hökməli qəsəbəsində yerləşən “Məcidin” yanına gəlmiş və orada “qarabala” ləqəbli şəxsin yanında təxminən 55-60 yaşlı bir nəfərin olduğunu görmüşdür. Onlara yaxınlaşdıqdan sonra “qarabala” həmin şəxsə onun narkotik vasitə olan heroin almaq istədiyini bildirmişdir. Belə ki, o, “qarabaladan” demək olar ki, həmişə narkotik vasitə olan heroin almışdır. Adını bilmədiyi həmin şəxs ondan nə qədər narkotik vasitə olan heroin istədiyini soruşarkən ona 1,5 qram heroin almaq istədiyini bildirmişdir. Həmin şəxs ona həmin çəkidə heroinin olmadığını, təxminən 0,5 qram heroinin olduğunu, bundan başqa təxminən 2 qram psixotrop maddə metamfetamin və 1 həb metodunun olduğunu, həmin narkotikləri ona sata biləcəyini bildirmişdir. Həmin şəxsə qeyd edilən narkotik vasitələri neçəyə satdığını soruşarkən o, hamısını alacağı təqdirdə 120 manata satacağını bildirmişdir. Həmin şəxsin qeyd edilən narkotik vasitələri ümumi satış qiymətindən ucuz satdığını görüb onların hamısını almışdır. Evinin yaxınlığında aldığı narkotik vasitə olan heroinin bir bükümünü inyeksiya yolu ilə damarına vurmuş, qalan narkotikləri isə növbəti istifadə üçün əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuşdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 11:00 radələrində Şahid3 adlı tanışı ilə təsadüfən Binəqədi rayonu, DSK yolu deyilən yerdə yerləşən “Elmar” marketin qarşısında görüşüb söhbət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməyini xahiş etmişlər. Özünü onlara təqdim etdikdən sonra, polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib üzərinə baxış keçirilməsi üçün onlarla birlikdə Binəqədi RPİ-in 6-cı PB-nə getməyi təklif etmişlər. Polis əməkdaşlarının bu təklifi ilə razılaşmış və onlarla birlikdə Binəqədi RPİ-in 6-cı PB-nə gəlmişdir. Polis Bölməsinə gəldikdən sonra müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşları ondan üzərində qanunla saxlanması, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və maddə varsa çıxarıb təqdim etməyini bildirmiş və o, əynində olan gödəkçənin sağ yan cibindən bir gün öncə Hökməli qəsəbəsindən aldığı içərisində 1 büküm narkotik vasitə heroin, 4 büküm psixotrop maddə metamfetamin və 1 ədəd narkotik vasitə metodon həbi olan kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt polis əməkdaşları ondan həmin bükümlərin içərisində nə olduğunu və haradan aldığını soruşan zaman onlara həmin narkotikləri 1 gün öncə Hökməli qəsəbəsindən tanımadığı şəxsdən öz istifadə etməsi üçün aldığını bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, hamının iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Əməlindən səmimi peşmançılıq çəkir. Himayəsində üç azyaşlı uşağın olmasını, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, məcburi köçkün düşdüyünü, öz əməlinə mənfi münasibətini, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Binəqədi RPİ-in 6-cı PB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxx 2020-ci il tarixdə “Azər” adlı şəxsin narkotik vasitələri əldə edib üzərində saxlamaqla istifadə etməsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra məlumat əsasında xx xxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Elmar” marketin yanına gələrək əməliyyat mövqeyi seçmişlər. Həmin vaxt Azər adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və başqa bir şəxslə “Elmar” marketin qarşısında söhbət etdiyini görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və Azərə üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirib üzərinə baxış keçirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin 6-cı PBnə dəvət etmişlər. O, da heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmiş və bölmədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Azər bölmədə xidməti iş otaqlarının birinə dəvət edilmiş və həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi bildirilmiş və Azər də əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində 5 ədəd şəffaf sellofanabükümünü vəaçıq vəziyyətdə olan 1 ədəd dərman kapsulu olan 01 ədəd üzərində “Victory” sözləri yazılmış kibrit qutusunu çıxarıb masa üzərinə qoymuşdur. Bundan əlavə o, əynində olan cins şalvarının arxa cibindən 1 ədəd qara rəngli elektron tərəzini, şalvarının qabaq sol cibindən 2 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinazını da çıxararaq masa üzərinə qoymuşdur. Azərdən həmin bükümlərin içərisində nə olduğu və haradan əldə etdiyini soruşan zaman Azər həmin bükümlərin birinin içərisində narkotik vasitə olan heroin, digər 4 bükümün içərisində psixotrop maddə olan metamfetamin, dərman kapsulunun isə narkotik vasitə olan metodon olduğunu və həmin narkotik vasitə və maddələri xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsindən Lənkəran şəhərindən olan üzdən tanıdığı şəxsdən 120 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Azərin üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra baxış iştirakçılarının iştirakları ilə Azərin üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan cinayət işi başlanması barədə xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir. (cild 1, i.v 1) Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v 24) Cinayət işinin materiallarında olan şəxsin üzərinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, «DSK yolu» ərazisində yerləşən “Elmar” marketin qarşısında Binəqədi RPİ-in 6-cı PB-in əməkdaşları tərəfindən saxlanılaraq 6-cı PB-nə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd üzərində “Victory” sözləri yazılmış kibrit qutusunun içərisindən 04 ədəd şəffaf rəngli bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd həb və 01 ədəd şəffaf rəngli bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. (cild 1, i.v 36-38) Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 6/390 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 175” möhür əksi və imzalar olan 01 ədəd bükümdə təmiz çəkisi 0.231 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.660 qram, 0.392 qram, 0.410 qram ümumi təmiz çəkisi 1.998 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixortop maddə metamfetamindir. 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş dərman tabletinin tərkibində ümumi təsiredici maddəsi 0.04 qram olan narkotik vasitə metadondur. (cild 1, i.v 49-50) Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0.231 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.660 qram, 0.392 qram, 0.410 qram ümumi təmiz çəkisi 1.998 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixortop maddə metamfetamin, 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş dərman tabletinin tərkibində ümumi təsiredici maddəsi 0.04 qram olan narkotik vasitə metadon və baxış zamanı aparılımış video çəkilişin köçürüldüyü bir ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitələrin qalıq hissəsi saxlanılması üçün Binəqədi RPİ-nə təhvil verilmişdir. (cild 1, i.v 109-110) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın xx xxxx 2020ci il tarixli, 1599 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 1, i.v.99-100) Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir. (cild 1, i.v 112- 113) Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X1 İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (cild 1, i.v.127) Cinayət işinin materiallarında olan AZ-İ seriyalı № 577674 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2010-cu il tarixdə X2 ilə nikaha daxil olmuşdur. (cild 1, i.v.127) Cinayət işinin materiallarında olan AZE 12861290 nömrəli, AZE 18110590 nömrəli və AZE 18110583 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Zeynəb, xx.xx.2011-ci il təvəllüdlü Eldəniz və xx.xx.2013cü il təvəllüdlü Mədinə adlı uşaqları var. (cild 1, i.v.128-130) Cinayət işinin materiallarında olan AA 219750 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan məcburi köçkündür. (cild 1, i.v.133) Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs məcburi köçkün olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, beş nəfərdən ibarət ailəsində yeganə qazanc gətirən şəxs olmasını, səmimi peşmançılığını, öz əməlinə mənfi münasibətini və cavanlığını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun ilk dəfə az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən şəxsiyyəti barədə işin konkret hallarını, sözügedən cinayət işi üzrə beş aya yaxın müddətdə həbsdə qaldığını və həmin müddətin onun islah prosesinə mümkün müsbət təsirini nəzərə alaraq hesab edir ki, onun bundan sonra cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və bu mənada ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Abşeron rayonu və Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 25 (iyirmi beş) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 1599 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,958 qram qalmış psixotrop maddə olan metamfetamin, 0,181 qram narkotik vasitə olan heroin və 0,02 qram narkotik vasitə olan 0,5 həb metodon məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən istintaq orqanında onun hüquqlarını müdafiə etmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 4 (dörd) ay 25 (iyirmi beş) gün həbsdə saxlanıldığı müddət CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq (cəmi 9 ay 20 gün) üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Abşeron rayonunun və Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,958 qram psixotrop maddə olan metamfetamin, 0,181 qram narkotik vasitə olan heroin və 0,02 qram narkotik vasitə olan 0,5 həb metodon məhv edilsin. Bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22)köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar