Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-301/2022 29.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,
1. xx.xx.1987-ci il tarixdə Quba rayonu, İspik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, İspik ərazi dairəsi, İspik kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları adlanan yaşayış sahəsi, “DSK-2” adlanan ərazidə yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,
2. xx.xx.1987-ci il tarixdə Quba rayonu, İspik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, İspik ərazi dairəsi, İspik kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları adlanan yaşayış sahəsi, “DSK-2” adlanan ərazidə yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
müəyyən etdi:
1. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə təkrarən oğurluğa cəhd etmişdir. Belə ki, o, 2021-ci ilin iyul ayının ikinci on günlüyünün əvvəllərində ünvan 1 ünvanında tikilməkdə olan iki mərtəbəli fərdi yaşayış-bağ evinin həyətindən və bağ evinin içərisindən xeyli miqdarda tikinti materialları və digər özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talama məqsədi ilə əkiz qardaşı Təqsirləndirilən şəxs2 və talayacaqları əmlakı daşıyıb satmaqla bağlı əvvəlcədən razılaşdıqları qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, 11 iyul 2021-ci il saat 17 radələrindən 24 iyul 2021-ci il saat 17 radələrinə qədər olan müddət ərzində həmin fərdi yaşayış-bağ evinin sahibinin evdə olmaması fürsətindən istifadə edərək qabaqcadan nəzərdə tutduqları niyyətlərinə tam nail olmaq üçün bir neçə dəfə əsasən səhər saatlarında həmin ünvan 1 ünvanında tikilməkdə olan fərdi yaşayış-bağ evinin həyətinə xəlvətcə daş hasardan qalxıb düşməklə qanunsuz daxil olub həyətin içərisindən giriş darvazasını qardaşı Təqsirləndirilən şəxs2 və qrupun digər üzvləri üçün açaraq qrupun digər üzvlərinin də həmin həyətə qanunsuz daxil olmalarına nail olduqdan sonra həmin fərdi yaşayış-bağ evinin birinci mərtəbəsindəki nəfəsliyin pəncərə şüşəsini ilk dəfə çərçivəsi ilə birlikdə qrupun digər üzvü Təqsirləndirilən şəxs2la bərabər söküb yerindən çıxardaraq hər dəfə həmin yerdən fərdi yaşayış-bağ evinin içərisinə, yəni yaşayış sahəsinə qrupun digər üzvləri ilə qanunsuz daxil olub, həmin fərdi yaşayış-bağ evinin həyətindən, habelə bağ evinin içərisindəki otaqlar və saxlanc yeri sayılan zirzəmidən həmin fərdi yaşayış-bağ evində təmir işləri aparan Zərərçəkmiş şəxs məxsus 1 m2-nin dəyəri 30 manat təşkil edən, ümumilikdə 200 m2 ölçüdə 6000 manat dəyərində yerli istehsal olan üzlük daşı (aqlay), 1 ədəd 500 manat dəyərində oymaqlı, şəbəkə naxışlı, yerli istehsal olan üzlük daşı (aqlay), hər birinin dəyəri 08 manat təşkil edən, ümumilikdə 40 ədəd 320 manat dəyərində yerli istehsal olan, sürahinin altına vurulmaq üçün nəzərdə tutulmuş daş sütunu (balyastr), 1 metrinin dəyəri 05 manat təşkil edən, ümumilikdə 200 metr 1000 manat dəyərində yerli istehsal olan, divar karnizi üçün nəzərdə tutulan üzlük (aqlay) daşı, hər birinin dəyəri 38 manat təşkil edən, ümumilikdə 46 ədəd 1748 manat dəyərində Rusiya Federasiyasının istehsalı olan 18 ölçülü “dikt” deyilən taxta, 01 ton həcmdə suyun saxlanılması üçün nəzərdə tutulmuş, 01 ədəd 195 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan plastik materialdan su çəni, 0,5 ton həcmdə suyun saxlanılması üçün nəzərdə tutulmuş, 01 ədəd 140 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan plastik materialdan su çəni, 01 tonun dəyəri 800 manat təşkil edən, ümumilikdə 02 ton 1600 manat dəyərində Ukrayna Respublikasının istehsalı olan dəmir armatur, 1 m2-nin dəyəri 26 manat təşkil edən, qalınlıqları 18 mm olan, ümumilikdə 250 m2 ölçüdə 6500 manat dəyərində İran İRnın istehsalı olan mərmər qranit, habelə saxtexnika malları, yəni 1 m3 (kubu) 285 manat təşkil edən, 2 m3 (kub) ölçüdə 570 manat dəyərində Rusiya Federasiyasının istehsalı olan 5x10-luq taxta, 1 metrinin dəyəri 2 manat təşkil edən, hər bağlamada 20 ədəd 6 m-lik olmaqla, ümumilikdə 02 bağlamada 40 ədəd cəmi 480 manat dəyərində, Türkiyə Respublikasının istehsalı olan kiçik 16-lıq “kompazit” kimi adlanan santexnika borusu, bir kisədə 50 ədəd olmaqla 52 manat dəyərində, ümumilikdə 04 kisə 208 manat dəyərində santexnika boruları üçün nəzərdə tutulan, Türkiyə Respublikasının istehsalı olan 100x45 və 90 dərəcəli dirsəklər, həmçinin mufta və aksessuarlar, 1 metrinin dəyəri 2 manat təşkil edən, ümumilikdə 400 metr 800 manat dəyərində “100-lük” dəmir santexnika boruları, hər birinin dəyəri 7 manat təşkil edən, ümumilikdə 16 ədəd 112 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan trap, 1 metrinin dəyəri 2 manat təşkil edən, ümumilikdə 200 metr 400 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan izolyasiyalı istilik sistem boruları, bundan əlavə elektrik malları, yəni 1 metri 45 qəpik təşkil edən, ümumilikdə iki bağlamada, hər bağlamada 800 metr olmaqla 1600 metr uzunluğunda 720 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan elektrik naqili, 1 ədədi 50 qəpik təşkil edən, ümumilikdə 50 ədəd 25 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan plastik elektrik qutusu, 1 bağlamanın dəyəri 20 manat təşkil edən, ümumilikdə 04 bağlamada 400 metr uzunluğunda 80 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan “spiral” şəkilli naqil borusu, 1 ədədinin dəyəri 10 manat təşkil edən, ümumilikdə 10 ədəd 100 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan elektrik işıq avtomatı, 1 ədədinin dəyəri 15 manat təşkil edən, ümumilikdə 02 ədəd 30 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan mərkəzləşdirilmiş elektrik qutusu, 1 bağlamanın dəyəri 272 manat 50 qəpik təşkil edən, 02 bağlamada 545 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan mis materialdan olan naqil, o cümlədən hər birinin dəyəri 160 manat təşkil edən, ümumilikdə 16 ədəd 2560 manat dəyərində «Weber» markalı Almaniya FR-nın istehsalı olan izolyasiya materialı, hər birinin dəyəri 30 manat təşkil edən, ümumilikdə 08 ədəd 240 manat dəyərində yerli istehsal olan tikinti tolu, hər birinin dəyəri 06 manat təşkil edən, ümumilikdə 06 ədəd 36 manat dəyərində yerli istehsal olan maye qır (mastika), vedrənin birinin dəyəri 33 manat təşkil edən, 25 kq-luq, ümumilikdə 30 vedrə 990 manat dəyərində “Fab” markal yerli istehsal olan emulsiya (tarsovka üzlük-astar), 01 ədəd 600 manat dəyərində şüşəsi ilə bərabər yerli istehsal olan plastik pəncərə, hər birinin dəyəri 50 manat təşkil edən, ümumilikdə 03 ədəd 150 manat dəyərində şüşəsi ilə bərabər yerli istehsal olan nəfəslik pəncərəni, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin 26649 (iyirmi altı min altı yüz qırx doqquz) manat məbləğində sadalanan əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən ünvan 1 ünvanında tikilməkdə olan iki mərtəbəli fərdi yaşayış-bağ evindən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə əkiz qardaşı Təqsirləndirilən şəxs2 və talayacaqları əmlakı daşıyıb satmaqla bağlı əvvəlcədən razılaşdıqları qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, 30 iyul 2021-ci il tarixdə saat 10 radələrində həmin fərdi yaşayış-bağ evinin sahibinin evdə olmaması fürsətindən istifadə edərək qrupun digər üzvü olan qardaşı Təqsirləndirilən şəxs2la xəlvətcə həmin ünvan 1 ünvanında tikilməkdə olan fərdi yaşayış-bağ evinin həyətinə, oradan da həmin fərdi yaşayış-bağ evinin birinci mərtəbəsindəki pəncərə şüşəsi ilə birlikdə çərçivəsini yerindən çıxartdıqları nəfəslikdən həmin fərdi yaşayış-bağ evinin içərisinə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub, həmin fərdi yaşayış-bağ evində təmir işləri aparan Zərərçəkmiş şəxs məxsus evin ikinci mərtəbəsinin tavanında təmirlə bağlı düzülmüş 1 ədədinin dəyəri 35 manat təşkil edən, 5x15 sm ölçülü, Rusiya Federasiyasının istehsalı olan 11 ədəd 385 dəyərində taxta milləri qrupun digər üzvü olan qardaşı Təqsirləndirilən şəxs2la bərabər yerindən söküb döşəməyə yığmaqla gizli talamaq istəmiş, lakin əmlakın sahibi Zərərçəkmiş şəxs həmin günü saat 12 radələrində evə gəldiyindən o, bunu görüb dərhal qrupun digər üzvü olan qardaşı Təqsirləndirilən şəxs2la birlikdə həmin məkanı pəncərə şüşəsi ilə birlikdə çərçivəsi çıxarılmış nəfəslikdən çıxaraq tərk edib həyətdəki hasardan qalxaraq küçəyə doğru qaçıb arxalarınca gələn Zərərçəkmiş şəxs təqibindən yayınmaq üçün yaxınlıqdakı Binəqədi rayonu, “DSK-2” adlanan ərazidə gizlənsə də, Zərərçəkmiş şəxs xəbər verməsinə əsasən həmin yerə gələn Binəqədi RPİ-nin 43-cü PBnin əməkdaşları tərəfindən saxlanıldığından, yəni bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin, yəni Zərərçəkmiş şəxs 385 (üç yüz səksən beş) manat məbləğində sadalanan əmlakını gizli olaraq talama yolu ilə oğurlamağa cəhd etmişdir.
2. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə təkrarən oğurluğa cəhd etmişdir. Belə ki, o, 2021-ci ilin iyul ayının ikinci on günlüyünün əvvəllərində ünvan 1 ünvanında tikilməkdə olan iki mərtəbəli fərdi yaşayış-bağ evinin həyətindən və bağ evinin içərisindən xeyli miqdarda tikinti materialları və digər özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talama məqsədi ilə əkiz qardaşı Təqsirləndirilən şəxs1 və talayacaqları əmlakı daşıyıb satmaqla bağlı əvvəlcədən razılaşdıqları qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, 11 iyul 2021-ci il saat 17 radələrindən 24 iyul 2021-ci il saat 17 radələrinə qədər olan müddət ərzində həmin fərdi yaşayış-bağ evinin sahibinin evdə olmaması fürsətindən istifadə edərək qabaqcadan nəzərdə tutduqları niyyətlərinə tam nail olmaq üçün bir neçə dəfə əsasən səhər saatlarında həmin ünvan 1 ünvanında tikilməkdə olan fərdi yaşayış-bağ evinin həyətinə, xəlvətcə daş hasardan qalxıb düşməklə həyətin içərisindən giriş darvazasını qrupun üzvləri üçün açan qrupun digər üzvü olan qardaşı Təqsirləndirilən şəxs1 yardımı ilə qanunsuz daxil olduqdan sonra həmin fərdi yaşayış-bağ evinin birinci mərtəbəsindəki nəfəsliyin pəncərə şüşəsini ilk dəfə çərçivəsi ilə birlikdə qrupun digər üzvü Təqsirləndirilən şəxs1la bərabər söküb yerindən çıxardaraq hər dəfə həmin yerdən fərdi yaşayış-bağ evinin içərisinə, yəni yaşayış sahəsinə qrupun digər üzvləri ilə qanunsuz daxil olub, həmin fərdi yaşayış-bağ evinin həyətindən, habelə bağ evinin içərisindəki otaqlar və saxlanc yeri sayılan zirzəmidən həmin fərdi yaşayış-bağ evində təmir işləri aparan Zərərçəkmiş şəxs məxsus 1 m2-nin dəyəri 30 manat təşkil edən, ümumilikdə 200 m2 ölçüdə 6000 manat dəyərində yerli istehsal olan üzlük daşı (aqlay), 1 ədəd 500 manat dəyərində oymaqlı, şəbəkə naxışlı, yerli istehsal olan üzlük daşı (aqlay), hər birinin dəyəri 08 manat təşkil edən, ümumilikdə 40 ədəd 320 manat dəyərində yerli istehsal olan, sürahinin altına vurulmaq üçün nəzərdə tutulmuş daş sütunu (balyastr), 1 metrinin dəyəri 05 manat təşkil edən, ümumilikdə 200 metr 1000 manat dəyərində yerli istehsal olan, divar karnizi üçün nəzərdə tutulan üzlük (aqlay) daşı, hər birinin dəyəri 38 manat təşkil edən, ümumilikdə 46 ədəd 1748 manat dəyərində Rusiya Federasiyasının istehsalı olan 18 ölçülü “dikt” deyilən taxta, 01 ton həcmdə suyun saxlanılması üçün nəzərdə tutulmuş, 01 ədəd 195 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan plastik materialdan su çəni, 0,5 ton həcmdə suyun saxlanılması üçün nəzərdə tutulmuş, 01 ədəd 140 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan plastik materialdan su çəni, 01 tonun dəyəri 800 manat təşkil edən, ümumilikdə 02 ton 1600 manat dəyərində Ukrayna Respublikasının istehsalı olan dəmir armatur, 1 m2-nin dəyəri 26 manat təşkil edən, qalınlıqları 18 mm olan, ümumilikdə 250 m2 ölçüdə 6500 manat dəyərində İran İR-nın istehsalı olan mərmər qranit, habelə saxtexnika malları, yəni 1 m3 (kubu) 285 manat təşkil edən, 2 m3 (kub) ölçüdə 570 manat dəyərində Rusiya Federasiyasının istehsalı olan 5x10-luq taxta, 1 metrinin dəyəri 2 manat təşkil edən, hər bağlamada 20 ədəd 6 m-lik olmaqla, ümumilikdə 02 bağlamada 40 ədəd cəmi 480 manat dəyərində, Türkiyə Respublikasının istehsalı olan kiçik 16-lıq “kompazit” kimi adlanan santexnika borusu, bir kisədə 50 ədəd olmaqla 52 manat dəyərində, ümumilikdə 04 kisə 208 manat dəyərində santexnika boruları üçün nəzərdə tutulan, Türkiyə Respublikasının istehsalı olan 100x45 və 90 dərəcəli dirsəklər, həmçinin mufta və aksessuarlar, 1 metrinin dəyəri 2 manat təşkil edən, ümumilikdə 400 metr 800 manat dəyərində “100-lük” dəmir santexnika boruları, hər birinin dəyəri 7 manat təşkil edən, ümumilikdə 16 ədəd 112 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan trap, 1 metrinin dəyəri 2 manat təşkil edən, ümumilikdə 200 metr 400 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan izolyasiyalı istilik sistem boruları, bundan əlavə elektrik malları, yəni 1 metri 45 qəpik təşkil edən, ümumilikdə iki bağlamada, hər bağlamada 800 metr olmaqla 1600 metr uzunluğunda 720 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan elektrik naqili, 1 ədədi 50 qəpik təşkil edən, ümumilikdə 50 ədəd 25 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan plastik elektrik qutusu, 1 bağlamanın dəyəri 20 manat təşkil edən, ümumilikdə 04 bağlamada 400 metr uzunluğunda 80 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan “spiral” şəkilli naqil borusu, 1 ədədinin dəyəri 10 manat təşkil edən, ümumilikdə 10 ədəd 100 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan elektrik işıq avtomatı, 1 ədədinin dəyəri 15 manat təşkil edən, ümumilikdə 02 ədəd 30 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan mərkəzləşdirilmiş elektrik qutusu, 1 bağlamanın dəyəri 272 manat 50 qəpik təşkil edən, 02 bağlamada 545 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan mis materialdan olan naqil, o cümlədən hər birinin dəyəri 160 manat təşkil edən, ümumilikdə 16 ədəd 2560 manat dəyərində «Weber» markalı Almaniya FR-nın istehsalı olan izolyasiya materialı, hər birinin dəyəri 30 manat təşkil edən, ümumilikdə 08 ədəd 240 manat dəyərində yerli istehsal olan tikinti tolu, hər birinin dəyəri 06 manat təşkil edən, ümumilikdə 06 ədəd 36 manat dəyərində yerli istehsal olan maye qır (mastika), vedrənin birinin dəyəri 33 manat təşkil edən, 25 kq-luq, ümumilikdə 30 vedrə 990 manat dəyərində “Fab” markal yerli istehsal olan emulsiya (tarsovka üzlük-astar), 01 ədəd 600 manat dəyərində şüşəsi ilə bərabər yerli istehsal olan plastik pəncərə, hər birinin dəyəri 50 manat təşkil edən, ümumilikdə 03 ədəd 150 manat dəyərində şüşəsi ilə bərabər yerli istehsal olan nəfəslik pəncərəni, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin 26649 (iyirmi altı min altı yüz qırx doqquz) manat məbləğində sadalanan əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən ünvan 1 ünvanında tikilməkdə olan iki mərtəbəli fərdi yaşayış-bağ evindən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə əkiz qardaşı Təqsirləndirilən şəxs1 və talayacaqları əmlakı daşıyıb satmaqla bağlı əvvəlcədən razılaşdıqları qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, 30 iyul 2021-ci il tarixdə saat 10 radələrində həmin fərdi yaşayış-bağ evinin sahibinin evdə olmaması fürsətindən istifadə edərək qrupun digər üzvü olan qardaşı Təqsirləndirilən şəxs1la xəlvətcə həmin ünvan 1 ünvanında tikilməkdə olan fərdi yaşayış-bağ evinin həyətinə, oradan da həmin fərdi yaşayış-bağ evinin birinci mərtəbəsindəki pəncərə şüşəsi ilə birlikdə çərçivəsini yerindən çıxartdıqları nəfəslikdən həmin fərdi yaşayış-bağ evinin içərisinə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub, həmin fərdi yaşayış-bağ evində təmir işləri aparan Zərərçəkmiş şəxs məxsus evin ikinci mərtəbəsinin tavanında təmirlə bağlı düzülmüş 1 ədədinin dəyəri 35 manat təşkil edən, 5x15 sm ölçülü, Rusiya Federasiyasının istehsalı olan 11 ədəd 385 dəyərində taxta milləri qrupun digər üzvü olan qardaşı Təqsirləndirilən şəxs1la bərabər yerindən söküb döşəməyə yığmaqla gizli talamaq istəmiş, lakin əmlakın sahibi Zərərçəkmiş şəxs həmin günü saat 12 radələrində evə gəldiyindən o, bunu görüb dərhal qrupun digər üzvü olan qardaşı Təqsirləndirilən şəxs1la birlikdə həmin məkanı pəncərə şüşəsi ilə birlikdə çərçivəsi çıxarılmış nəfəslikdən çıxaraq tərk edib həyətdəki hasardan qalxaraq küçəyə doğru qaçıb arxalarınca gələn Zərərçəkmiş şəxs təqibindən yayınmaq üçün yaxınlıqdakı Binəqədi rayonu, “DSK-2” adlanan ərazidə gizlənsə də, Zərərçəkmiş şəxs xəbər verməsinə əsasən həmin yerə gələn Binəqədi RPİ-nin 43-cü PBnin əməkdaşları tərəfindən saxlanıldığından, yəni bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin, yəni Zərərçəkmiş şəxs 385 (üç yüz səksən beş) manat məbləğində sadalanan əmlakını gizli olaraq talama yolu ilə oğurlamağa cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının ikinci on günlüyünün əvvəllərində o, Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində fərdi yaşayış bağ evləri olan ərazini piyada tək gəzərkən hasarla əhatə olunmuş, tam hazır olmayan iki mərtəbəli ev nəzərini cəlb etmişdir. Həmin evin həyətində və içərisində xeyli sayda tikinti materialları ola biləciyini düşünmüş, hasardan baxdıqda evin həyətində və içərisində heç kimin olmadığını görüb hasardan həyətə düşmüş və həyəti nəzərdən keçirdikdə evin həyətində xeyli sayda dəmir, armatur, dəmir borular olduğunu görmüşdür. Evin giriş qapısı bağlı olmuş, evin həyətini nəzərdən keçirdikdə videomüşahidə kamerasının olmadığını görmüşdür. O, həyətdə həmin materialları görəndən sonra evin birinci mərtəbəsində kənarda üzərində çərçivəsi olmayan, təxminən 60-70 sm enində nəfəslik yeri görmüşdür. Evin pəncərələrində şüşə olsa da, birinci mərtəbədə kənarda nəfəslik olan yer açıq olmuşdur. O, həmin açıq nəfəslik olan boşluqdan evin içərisinə daxil olduqda giriş qapısından sağdakı otaqda yerdə xeyli sayda, yəni təxminən 100 m2 mərmər qranitləri görmüş, həmin mərmər qranitləri və həyətdəki dəmirləri oğurlamaq qərarına gəlmişdir. Həmin evdən çıxıb yaşadığı yataqxanaya gəlib qardaşı Vüqara birlikdə oğurluq etməyi təklif etmiş, sonuncu onunla razılaşmışdır. Vüqar ondan oğurlayacaqları əşyaları harada sata biləcəyini soruşduqda o, bu işdə onlara mərmər ustası olan tanışları Pərvinin yardımçı ola biləcəyini demişdir. Bundan sonra o tək Görədil kəndindəki həmin evə gedib eyni qaydada həyətə daxil olaraq boş nəfəslik olan yerdən evin içərisinə daxil olmuş, həmin mərmər qranitin kiçik bir hissəsini götürüb evi tərk etmiş və çöldən Pərvinin telefon nömrəsinə zəng edib onda təxminən 100 m2 mərmər qranit olduğunu, həmin mərmər qranitlərin ona gördüyü işin qarşılığında pulun əvəzində verildiyini, həmin mərmər qranitləri satmaq istədiyini demişdir. Pərvin ona Binəqədi yolunda sexlər olduğunu, oradan maraqlana biləcəyini demişdir. O, X1 çıxan yol kəsişməsində görüşmüş və Pərvinin göstərməsinə əsasən “White Palace” şadlıq sarayının yaxınlığında yerləşən, əvvəllər tanımadığı Elvin adlı şəxsin işlədiyi obyektə getmişlər. Həmin obyektdə işləyən Elvini heç Pərvin də əvvəl tanımırmış, əlində həmin mərmər qranit hissəsi ilə həmin obyektə daxil olduqda Pərvin Elvinə yaxınlaşıb onlarda həmin mərmər qranitdən 100 m2 olduğunu və satmaq istədiklərini demişdir. Elvin adlı şəxs onun təqdim etdiyi mərmər qranitin kiçik hissəsini nəzərdən keçirdikdən sonra bildirmişdir ki, mərmər qranitin 1 m2-ni 10 manat pula ala bilər. Razılıq verdikdən sonra o, Elvinə həmin mərmər qranitləri dediyi qiymətə gətirib satacağını demişdir. 2021-ci ilin iyul ayının ikinci on günlüyünün əvvəllərində səhər saat 09-10 radələrində qardaşı Vüqarla oğurluq etmək üçün yaşadıqları yerdən təxminən bir kilometr aralıda Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində yerləşən ünvana piyada yollanmışlar. O, oğurluq edəcəkləri ünvanın daş hasarından qalxaraq həyətə daxil olmuş və içəridən giriş darvazasını ümumi böyük cəftəsindən açmış, Vüqar da onun açdığı həmin darvazadan həyətə daxil olmuşdur. Darvazada kilidi bağlı giriş qapısı olsa da, o, həmin darvazanın yuxarı cəftəsini açmış və bununla da darvazanın qapısı bütövlükdə açılmışdır, bundan sonra qardaşı Vüqar da həyətə daxil olmuşdur. O, həyətdəki dəmirləri, armaturları, dəmir boruları göstərib həmin materialları rahat şəkildə “lom” kimi sata biləcəklərini demişdir. Həmin günü hava isti olduğundan qardaşı su və siqaret almağa getmiş, həmin vaxtı oğurluq etdikləri evin qarşısından təsadüfən bir şəxs “dəmir alıram” deyə qışqıraraq ona tərəf gəldiyindən o, həmin şəxsə həyətdəki dəmirləri göstərib satmaq istədiyini bildirmişdir. Həmin dəmir alan şəxsə yalandan evin qohumlarına aid olduğunu, dəmirlərin də ona məxsus olmasını bildirmişdir. Həmin şəxs dəmirlərə baxıb hamısını 80 manata ala biləcəyini ona bildirmişdir. O, razılaşdıqdan sonra həmin şəxslə bərabər oğurluq etdiyi ünvandakı dəmirləri, boruları, armaturları, yəni həyətdə olan bütün dəmirləri dövlət qeydiyyat nişanını xatırlamadığı “Qazel” markalı yük avtomobilinə yüklədikdən sonra həmin şəxs ona 80 manat pul vermişdir. Qardaşı gələnə qədər həmin şəxs artıq ona 80 manat pul verib dəmirləri də, götürüb getmiş, Vüqar gələndən sonra baş verənləri sonuncuya danışmışdır. Qardaşı gələndən sonra evin içərisinə daxil olmaq qərarına gəlmişdir. Evin birinci mərtəbəsinin kənarında təxminən 60-70 sm enində olan həmin nəfəslik olan boşluq yerdən evin içərisinə daxil olmuşlar. Evin birinci mərtəbəsində olan otaqda yerdə xeyli mərmər qranitlərin olduğunu görüb oğurlayıb aparmaq üçün yarısından çoxunu, yəni təxminən 60 m2 olan hissəsini həmin yerdən köməkləşib götürərək içəridən evin giriş qapısının yanına yığmağa başlamışlar. Qərara gəlmişlər ki, bunları satıb yerdə qalanını bir neçə gün sonra yenə gəlib götürüb satarlar. Evin giriş qapısı bağlı olsa da, tutqacı olmamış, o, həmin tutqac yerinə mismar salıb tutqac kimi burub qapını itələyib açmağa nail olmuşdur. Mərmər qranitləri qapının içəridən yanına yığdıqdan sonra qardaşı ilə aralarında olan razılaşmaya əsasən sonuncu evə getmişdir. O, piyada tək gəzərək Pirşağı dairəsinə doğru getmiş və həmin dairəyə çatmamış yolun kənarında dayanmış dövlət qeydiyyat nişanına fikir vermədiyi, sürücüsünü tanımadığı “Qazel” markalı yük avtomobilinə yaxınlaşıb maşın sifariş etmişdir. Həmin “Qazel” markalı yük avtomobili ilə oğurluq etdikləri ünvana yollanmış, qardaşına zəng edib onu həmin yerə çağırmışdır. “Qazel” markalı yük avtomobilini evin həyətinə saldırmış və yük yerinə həmin qapının qarşısına toplayıb yığdıqları təxminən 60 m2 mərmər qranitləri yığıb həyətdən çıxmışdır. “Qazel” həyətdən çıxdıqdan sonra o, həmin yük avtomobilini bir az kənara sürdürüb saxlatdırmış, darvazanı bağlamaq adı ilə həmin “Qazel”-dən düşüb həyətə qayıtmış, darvazanı içəridən bağlayıb hasardan tullanıb küçəyə çıxmış və geri qayıdıb yalandan sürücüyə darvazanı açarla bağladığını demişdir. Yolda Pərvinə zəng etmiş və Pərvini yolüstü Mehdiabaddan Binəqədiyə çıxan yol tərəfdə yolun kənarından götürmüş, daha sonra bərabər Binəqədi yolunda “White Palace” şadlıq sarayının yaxınlığındakı Elvin adlı şəxsin obyektinə gəlmişlər. Oğurladıqları mərmər qranitləri Elvin adlı şəxsin obyektinə boşaltdıqdan sonra o, “Qazel”-in sürücüsünə 40 manat pul verib yola salmışdır. Oğurladıqları mərmər qranitlərin hamısını Elvin nəzərdən keçirmiş və onlara hesablayıb təxminən 60 m2 mərmər qranitlərə görə 600 manat pul vermişdir. O və qardaşı Elvinə mərmər qranitləri oğurladıqlarını deməmiş, iş gördükləri adamın onlara pulun əvəzinə verdiyini demişlər. Bunları Pərvin də demişdir. Elvin də onlara inanmış və həmin mərmər qranitləri onlardan alıb 600 manat pul vermişdir. Oğurladıqları evdə hələ yenə də mərmər qranitlər qaldığından o, həmin mərmər qranitləri nəzərdə tutub Elvinə bir-iki günə yenə də gətirəcəyini demişdir. Elvin də etiraz etməyib onları Pərvinə görə tanıdığından mütləq Pərvinlə gəlməli olduqlarını demişdir. Elvindən aralandıqdan sonra o, Pərvinə siqaretə, taksiyə görə təxminən 50-60 manat pul vermiş və Vüqarla birlikdə yaşadıqları evə getmişlər. Oğurladıqları dəmirlərin, boruların, armaturların, mərmər qranitlərin pulundan onlara həmin günü ümumilikdə 680 manat pul qalmışdır. Həmin pulun 40 manatını “Qazel”-in sürücüsünə, bir az qismini də Pərvinə vermişlər. Onlar qalan puldan 300 manata yaxın hissəsini borclarını ödəyib, digər qismini də şəxsi məsrəflərinə sərf etmişlər. Təxminən 3-4 gün sonra, səhər saat 09-10 radələrində Vüqarla oğurluq məqsədi ilə yenidən həmin ünvana yollanmışlar. Yenə də o, eyni qaydada həmin həyətə hasardan aşmaqla daxil olmuş, həyətin giriş qapısını eyni qaydada içəridən açmış və bundan sonra Vüqar həyətə daxil olmuşdur. Oradan da eyni qaydada, yəni açıq nəfəslikdən evin içərisinə daxil olmuşlar və evin içərisində qalan mərmər qranitləri götürüb evin giriş qapısının içəridən yanına yığmağa başlamışlar. Təxminən 50 m2 mərmər qranitləri də otaqdan götürüb oğurlayaraq aparmaq üçün evin giriş qapısının içəri tərəfdən qarşısına yığmışlar. Yenə də Vüqar evə gedib onu gözləməyə başlamış, o da “Qazel” markalı yük avtomobili tapmaq üçün Pirşağı dairəsinə tərəf yollanmış, yenə də həmin yerdən bu dəfə başqa, dövlət qeydiyyat nişanına fikir vermədiyi, sürücüsünü tanımadığı “Qazel” markalı yük avtomobili tapıb sifariş edərək həmin oğurluq etdikləri ünvana gəlmişlər. Vüqara zəng etdikdə sonuncu da oğurluq etdikləri ünvana gəlmişdir. O, “Qazel” markalı yük avtomobilin yük yerinə oğurladıqları mərmər qranitləri qardaşı ilə bərabər yığıb oranı tərk etmişdir. Yenə də darvazanı bağlamaq üçün “Qazel” markalı yük avtomobili ilə həyətdən çıxıb dönəndən sonra saxlatdırmış, darvazanı bağlamaq adı ilə maşından düşüb geri qayıdaraq darvazanı içəridən bağlamış və hasardan qalxıb küçəyə çıxmış, maşına geri qayıtmış və oradan birlikdə yenə də Pərvinlə zəngləşib Mehdiabaddan Binəqədiyə çıxan yolda sonuncunu götürərək mərmər ustası Elvinin obyektinə gəlmiş və orada “Qazel”-in sürücüsünə 40 manat pul verib yola salmışdır. Elvin həmin mərmər qranitlərə görə onlara 500 manat pul vermişdir. Həmin 500 manatdan o, Pərvinə xatırlamadığı miqdarda pul, yəni taksi pulu və xırda pul verib yola salmış, özü isə Vüqarla təsadüfi, dövlət qeydiyyat nişanına və markasına fikir vermədiyi, sürücüsünü tanımadığı yol taksisi ilə evə getimişdir. Həmin 500 manatı da, yenə, siqaretə, əyləncələrinə, yəni şəxsi məsrəflərinə sərf etmişlər. Həmin oğurluq etdikləri Görədil kəndində evdə hələ də bir sıra tikinti materialları qalmışdır. Lakin əsas bahalı əşyaları oğurladıqlarından həmin evdən daha oğurluq etmək fikrində olmamışlar. Tutulana qədər həmin evdən Vüqarla o, cəmi iki dəfə oğurluq etmişdir. 30 iyul 2021-ci il tarixdə səhər saatlarında o, Vüqara başqa bir yerdə iş tapıb orada qalmağı təklif etmişdir. Həmin niyyətlə 30 iyul 2021-ci il tarixdə səhər saat 10 radələrində evdən çıxmışlar. Gəzərək yenidən həmin Görədil kəndindəki evin qarşısına gəlmişlər. O, həmin evə bir dəfə də baxmağı, həmçinin dincəlməyi təklif etmişdir. Bu minvalla o, yenə də daş hasardan həyətə tullanmış, bu dəfə Vüqar da onun ardınca daş hasardan həmin oğurluq etdikləri həyətə tullanmışdır. Həmin evin kənarındakı açıq nəfəslikdən evin içərisinə daxil olduqda evdə bir az dəyişiklik olduğunu, yəni kiminsə gəldiyini görmüşdür. Evin ikinci mərtəbəsinin tavanındakı təxminən 5-6 metrlik bir neçə uzun taxtaların yarısı tavandan açılaraq yerə qoyulmuş, yarısı da, yerə doğru sallanmışdır. Yola baxan pəncərə yerində olmamışdır. Evi nəzərdə keçirdikdə evdə heç kimin olmadığını görüb biz az dincəlmək qərarına gəlmişlər. Təxminən 10-15 dəqiqədən sonra evin həyətinin giriş darvazası döyüldükdə Vüqarla evdən heç bir oğurluq etmədən evin zirzəmisinə düşüb arxa tərəfdəki başqa açıq nəfəslikdən çıxaraq evi tərk edib həyətə, oradan da daş hasardan qalxıb çölə çıxmışlar və qaçaraq yolun əks tərəfinə doğru keçmişlər. Həmin vaxtı arxalarınca kiminsə “dayan” deyərək qaçdığını görmüşlər. O, qardaşı ilə yolun əks tərəfindəki ”SOCAR” yanacaq doldurma məntəqəsi ilə üzbəüz «DSK-2»-də köhnə sanatoriyanın ərazisindəki köhnə, istifadə olunmayan evlərdən birində gizlənmiş və onları həmin yerdə post patrul xidmətinin əməkdaşları tutub Binəqədi rayon Polis idarəsinin 43-cü Polis bölməsinə gətirmişlər və onlara məlum olmuşdur ki, arxalarınca qaçan şəxs evin sahibi və sonuncunun qardaşı olmuşdur. Onlar həmin ev sahibinə, yəni əvvəl tanımadıqları ilk dəfə həmin günü gördükləri adları sonra onlara məlum olan Zərərçəkmiş şəxs, qardaşı Kamrana həmin evdən əvvəl oğurluq etdiklərini etiraf etmişlər. Törətdiyi cinayət əməlindən peşman olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının ikinci on günlüyünün əvvəllərində qardaşı İlqar yaşadıqları yataqxanada ona qaldıqları yerə yaxın Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində yerləşən bağların birinin həyətinə xəlvətcə daxil olduğunu və həmin həyətdəki tikintisi gedən bağ evini nəzərdən keçirdikdə birinci mərtəbənin çölə baxan nəfəslik pəncərəsinin açıq olduğunu, yəni üzərindəki çərçivəsinin olmadığını görüb həmin boşluqdan evin içərisinə daxil olduqda evin içərisində təmirlə əlaqədar xeyli sayda tikinti materialları, mərmər qranit daşlar olduğunu gördüyünü demişdir. İlqar həmçinin ona həmin evin həyətində xeyli dəmir, tikinti materialları olduğunu da demişdir. Beləliklə İlqar həmin evdəki mərmər qranitləri birlikdə oğurlayıb sataraq pul əldə etməyi təklif etmişdir. O, İlqarın oğurluqla bağlı təklifini qəbul etmiş və sonuncudan həmin oğurlayacaqları mərmər qranitləri harada sata biləcəklərini soruşduqda İlqar tanışları, mərmər ustası olan Pərvinlə danışacağını demişdir. O, razılaşmış və bundan sonra İlqar Pərvinlə telefonla danışıb görüşməyə getmişdir. İlqar ona həmin oğurluq edəcəkləri evə yollanıb oradan mərmər qranitin kiçik bir hissəsini götürüb Pərvinlə bərabər həmin hissəni aparıb mərmər qraniti alan adama göstərəcəklərini demişdir. Beləliklə İlqarla bu qaydada aralarında razılaşma baş tutduqdan sonra İlqar oğurluq edəcəkləri ünvana yollanıb oradan kiçik bir mərmər qranit hissəni götürərək həmin hissəni aparıb Pərvinlə bərabər mərmər qraniti alacaq adama göstərmiş və sonra gəlib evdə ona həmin adamın mərmər qranitin kvadratını 10 manatdan almağa razılıq verdiyini demişdir. Beləliklə artıq oğurlayacaqları əşyaları satmaq üçün yeri də müəyyənləşdirdikdən sonra, 2021-ci ilin iyul ayının ikinci on günlüyünün əvvəllərində səhər saat 09-10 radələrində qardaşı İlqarla oğurluq etmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində yerləşən ünvana yollanmışlar. Həmin oğurluq etdikləri ünvanla evlərinin arasındakı məsafə təxminən 1 kilometr olmuş, həmin yerə onlar piyada gəzərək getmişlər. Həmin evdən oğurluq etmək məqsədi ilə İlqar daş hasara qalxaraq oradan həyətin içərisinə düşmüş, içəridən giriş darvazasını ümumi böyük cəftəsindən açmış və o həmin darvazadan həyətə daxil olmuşdur. Darvazanın özünün giriş qapısı açarla bağlı olmuşdur. Qardaşı İlqar həmin qapını deyil, darvazanın yuxarıdan cəftəsini açmış və bununla da darvaza bütövlükdə açılmışdır. Həmin zaman evdə heç kim olmamışdır. O, həyətə daxil olduqdan sonra hələ evin içərisinə daxil olmamışdan əvvəl qardaşı İlqar həyətdəki armatur və dəmirləri göstərib həmin materialları dəmir satanlara “lom” kimi sata biləcəklərini demişdir. Həyətin içərisində xeyli sayda armaturlar, dəmir borular, yəni dəmirlər olmuşdur. Həmin günü çox isti olduğundan o, su almaq qərarına gəlmiş və həyətə daxil olduqdan sonra artıq açdıqları darvazadan çölə çıxıb 200-300 metr aralıdakı mağazaya tək yollanmış və oradan su, siqaret almışdır. Mağazaya gedib geri qayıtmağı təxminən 20-30 dəqiqə davam etmişdir. O, artıq oğurluq edəcəkləri həyətə qayıtdıqda dəmirlər, armaturlar və boruların həyətdə olmadığını görmüşdür. İlqar ona həmin dəmir materialları 80 manata metal alan şəxsə satdığını demişdir. Evin giriş qapısı içəridən bağlı olduğu üçün hər ikisi rahat şəkildə təxminən 60-70 sm enində olan həmin nəfəslik olan boşluq yerdən evin içərisinə daxil olmuşlar. O, İlqarla evin birinci mərtəbəsində giriş qapısından düz içəri girəndə soldakı otaqda yerdə xeyli mərmər qranitlərin olduğunu görüb onları oğurlayıb aparmaq üçün yarısını, yəni təxminən 60 m2 olan hissəsini həmin yerdən köməkləşib götürərək içəridən evin giriş qapısının kənarına yığmağa başlamışlar. Mərmər qranitləri qapının içəridən yanına yığdıqdan sonra qardaşı ilə aralarında olan razılaşmaya əsasən o, evə getmişdir. Qardaşı həmin oğurladıqları mərmər qranitləri aparıb satmaq üçün “Qazel” markalı yük avtomobili tapmağa yollanmışdır. Təxminən 30 dəqiqə sonra qardaşı İlqar ona zəng edib demişdir ki, “Qazel” markalı yük avtomobili sifariş etdiyini, oğurladıqları malları yükləmək üçün həyətə getdiklərini demişdir. O da yenidən evdən həmin oğurluq etdikləri ünvana qayıtmışdır. Qardaşı İlqar “Qazel” markalı yük avtomobilini artıq evin həyətinə saldırmış və arxa tərəfini evin giriş qapısının qarşısına idarə etdirmişdir. O, İlqarla həmin oğurladığı mərmər qranitləri “Qazel” markalı yük avtomobilinə yükləmişdir. Giriş qapısını İlqar yenidən bağlamış, yəni qapını elə çöldən vurduqda qapı özü-özünə bağlanmış və darvazanı sonra içəridən cəftə ilə bağlayıb hasardan tullanıb çölə çıxmışdır. “Qazel”-in sürücüsü həyətdən çıxıb yük avtomobilini sola döndərəndən sonra qardaşı İlqar sürücüyə yalandan guya qapını bağlayıb çıxacağını demişdir. Həmin vaxtı İlqar həyətə daxil olub həyətin darvazasını içəridən cəftə ilə bağlayıb hasardan qalxaraq “Qazel” ə geri qayıtmışdır. Qardaşı yolda Pərvinə zəng etmiş və onlar Pərvini yolüstü Mehdiabaddan Binəqədiyə çıxan yol tərəfdə yolun kənarından götürmüşlər, daha sonra bərabər Binəqədi yolunda “White Palace” şadlıq sarayının yaxınlığındakı Elvin adlı şəxsin obyektinə gəlmişlər. Elvin adlı şəxsi o, ilk dəfə həmin günü görmüş, sonuncunu Pərvin tapıb qardaşı İlqarla tanış etmişdir. Oğurladıqları mərmər qranitləri bərabər həmin Elvin adlı şəxsin obyektinə boşaltdıqdan sonra qardaşı İlqar “Qazel”-in sürücüsünə 40 manat pul verib yola salmışdır. Oğurladıqları mərmər qranitlərin hamısını Elvin nəzərdən keçirib onlara təxminən 60 m2 mərmər qranitlərə görə 600 manat pul vermişdir. O və qardaşı Elvinə guya iş gördüyü adam onlara pulun əvəzinə bu mərmər qranitləri vermişdir. Elvin də onlara inanmış və həmin mərmər qranitləri onlardan alıb 600 manat pul vermişdir. Elvin həmin pulu onun və Pərvinin iştirakı ilə İlqara vermişdir. Oğurladıqları evdə hələ yenə də mərmər qranitlər qaldığından İlqar Elvinə bir-iki günə yenə də gətirəcəklərini demişdir. Oğurladıqları dəmirlərin, boruların, armaturların, mərmər qranitlərin pulundan onlara həmin günü ümumilikdə 680 manat pul qalmışdır. Həmin pulun 40 manatını “Qazel”-in sürücüsünə, bir az da Pərvinə vermişlər. Qalan puldan 300 manatı yaxın borclarını ödəmişlər və bundan sonra qalan 300 manata yaxın pulu yeməyə, siqaretə, əyləncəyə sərf etmişlər. Bundan təxminən 3-4 gün sonra səhər saat 09-10 radələrində İlqarla o, yenidən həmin ünvana yollanmışlar. Yenə də eyni qaydada İlqar həmin həyətə hasardan aşmaqla daxil olmuş, həyətin giriş qapısını eyni qaydada içəridən açmış və o, həyətə, oradan da eyni qaydada, yəni açıq nəfəslikdən evin içərisinə daxil olmuş və evin içərisində qalan mərmər qranitləri götürüb evin giriş qapısının içəridən yanına yığmağa başlamışdır. Təxminən 50 m2 mərmər qranitləri də həmin günü oğurlamışlar. Evdə başqa mərmər qranitlər qalmamış, yalnız kiçik hissələri qalmışdı Təxminən yerdə qalan 50 m2 mərmər qranitlərin olduğu otaqdan götürüb oğurlayaraq aparmaq üçün evin giriş qapısının içəri tərəfdən qarşısına yığmışlar. Yenə də qardaşı “Qazel” markalı yük avtomobili tapmaq üçün “Pirşağı” dairəsinə tərəf yollanmış, o isə evə getmişdir. Təxminən 40 dəqiqədən sonra qardaşı ona zəng edib oğurluq etdiyi ünvana gəlməsini demişdir. O da həmin ünvana yollanmış və orada bərabər oğurladıqları mərmər qranitlərin qalanını həmin “Qazel” markalı avtomobilə yükləyib həyəti tərk etmişlər. Həmin “Qazel” markalı avtomobil başqa “Qazel” olmuş, dövlət qeydiyyat nişanına fikir verməmişdir. Onu da qardaşı yolun kənarından tapıb tutmuşdur. Həmin “Qazel” markalı avtomobilin sürücüsünə də qardaşı yalandan öz həyətləri olduğunu demişdir. “Qazel” markalı avtomobil həyətdən çıxdıqdan sonra qardaşı evin darvazasını bağlamaq adı ilə “Qazel”-i bir az qabaqda saxlatdırıb düşmüş və həyətin darvazasını eyni ilə içəridən bağladıqdan sonra daş hasardan qalxıb onların yanına “Qazel”-ə qayıtmışdır. Daha sonra qardaşı İlqar Pərvinə zəng etmiş, onlar X2 çıxan yolun kənarından götürmüşlər və Elvinin obyektinə bərabər yollanmışlar. “Qazel”-dən oğurladıqları mərmər qranitləri həmin obyektə boşaldıb “Qazel”-in sürücüsünə 40 manat pul verib onu yola salmışlar. Oğurladıqları həmin mərmər qranitləri yenə də Elvinə satmışlar. Həmin mərmər qranitlər təxminən 50 m2 olmuşdur. Elvin həmin mərmər qranitlərə görə onlara 500 manat pul vermişdir. Həmin 500 manatdan İlqar Pərvinə “taksi” pulu və xırda pul verib yola salmış, özləri ilə dövlət qeydiyyat nişanına və markasına fikir vermədiyi, sürücüsünü tanımadığı təsadüfi yol taksisi ilə öz evlərinə getmişlər və həmin 500 manatı da, yenə, siqaretə, əyləncəyə sərf etmişlər. 30 iyul 2021-ci il tarixdə səhər saat 10 radələrində qardaşı İlqarın təklifi ilə iş tapmaq üçün evdən çıxmışlar. Bu niyyətlə gəzərək yenidən həmin Görədil kəndindəki evin qarşısına gəlmişlər. Qardaşı İlqar həmin evə girib bir dəfə də baxmağı, həmçinin dincəlməyi təklif etmişdir. Bu minvalla qardaşı İlqar yenə də daş hasardan həyətə tullanmış, bu dəfə o da qardaşının ardınca daş hasardan həmin oğurluq etdikləri yerə tullanmışdır. Həmin evin kənarındakı açıq nəfəslikdən evin içərisinə daxil olduqda evdə bir az dəyişiklik olduğunu görmüşlər. Evin ikinci mərtəbəsinin tavanındakı bir neçə təxminən 5-6 metrlik uzun taxtaların yarısı tavandan açılaraq yerə qoyulmuş, yarısı da, yerə doğru sallanmışdır. Yola baxan pəncərə yerində olmamışdır. Təxminən 10-15 dəqiqə evdə oturduqdan sonra ki, evin həyətinin giriş darvazası döyülmüş, ona görə İlqarla evdən heç bir oğurluq etmədən evin zirzəmisinə düşüb arxa tərəfdəki başqa açıq nəfəslikdən çıxaraq evi tərk edib həyətə, oradan da, evin hasarından qalxaraq çölə çıxmışlar və qaçaraq yolun əks tərəfinə doğru keçmişlər. Həmin vaxt, arxalarınca bir nəfər qaçaraq “dayan” deyə qışqırmışdır. O, qardaşı ilə yolun əks tərəfindəki “SOCAR” yanacaq doldurma məntəqəsi ilə üzbəüz «DSK-2» ərazisində köhnə sanatoriyanın həyətində köhnə, istifadə olunmayan evlərdən birində gizlənmişlər və onları həmin yerdə post patrul xidmətinin əməkdaşları tutub Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə gətirmişlər, onlara məlum olmuşdur ki, arxalarınca qaçan şəxs evin sahibi, həmçinin sonuncunun qardaşı, adı sonradan onlara məlum olan Kamran olmuşdur. Onlar ev sahibinə əvvəllər həmin evdən oğurluq etdiklərini etiraf etmişlər. Törətdiyi cinayət əməlindən peşman olmasını bildirərək və doğuşdan fiziki qüsurlu olmasını nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və həmin sahədəki ev onun özünə məxsusdur. Həmin evdə tikinti işləri aparılsa da, tam yaşayışa hazır olmadığı üçün həmin ünvanda yaşamamışdır. 11 iyul 2021-ci il tarixdə həmin evə gedərək baş çəkmiş evin həyətində və evin içərisində yığılan bütün tikinti materiallarının yerində olduğunu görmüşdür. 24 iyul 2021-ci il tarixdə saat 17 radələrində o, təklikdə həmin Görədil kəndindəki bağ evinə gəldikdə evin həyətinə girəndən sonra görmüşdür ki, evin ikinci mərtəbəsinin pəncərəsi çərçivə və şüşəsi ilə birlikdə yoxdur. Həmçinin evin ətrafını nəzərdən keçirdikdə görmüşdür ki, evin birinci mərtəbəsindəki kiçik nəfəsliyin də pəncərə şüşəsi yerində yoxdur. Anlamışdır ki, kimsə həmin çərçivələri çıxarıb oğurlamışdır. Evin həyətinə baxdıqda görmüşdür ki, evin həyətində qoyduğu aqlay, balyastr və digər tikinti materialları da yoxdur, yəni oğurlanmış, evin giriş qapısının tutqacı qırılmışdır. Hətta oğrular qapının arasına dəmir qoymuşlar ki, külək qapını aça bilməsin. Qapıdan içəri keçdikdə görmüşdür ki, evin birinci mərtəbəsində qoyduğu armaturlar, mərmər qranitlər yoxdur, yəni oğurlanmışdır. Zirzəmiyə düşdükdə görmüşdür ki, oradan da oğurluq hadisəsi baş vermiş, yəni zirzəmidə qoyduğu tikinti materialları da oğurlanmışdır. Həmin hadisəni ondan öyrənən, qaynı X5 onun xahişi ilə «102» xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. O, həmin oğurluq hadisəsindən sonra həmin bağ evinin mühafizəsi ilə bağlı əlavə tədbir görməmişdir. Demək olar ki, evdə heç bir tikinti materialı qalmamışdır. Bundan sonra artıq o, demək olar ki, hər gün müxtəlif saatlarında həmin bağ evinə gəlib kənardan müşahidə etməyə başlamışdır. Oğurlqu edən şəxslərin evinə yenə gəlib yerdə qalan taxta və materialları da oğurlaya biləcəyini düşünmüşdür. Ona görə evi daim nəzarətdə saxlamağa başlamışdır. 30 iyul 2021-ci il tarixdə saat 12 radələrində o, qardaşı Kamranla bərabər ünvan 1 ünvanda yerləşən bağ evini yoxlamağa gəldikdə evin damından səs-küy eşitmişdir. O, həmin vaxtı darvazanı açıb həyətə daxil olduqda qardaşı da evin digər hissəsindən hasardan qalxaraq həyətə daxil olmuşdur ki, kimsə qaçsa görsün. Həmin vaxtı qardaşı həyətə daxil olduqda görmüşdür ki, evin arxa tərəfindən iki nəfər çıxaraq hasardan aşıb küçəyə doğru qaçır. O dəqiqə anlamışdır ki, həmin şəxslər oğrudurlar. Qardaşı Kamran onların arxasınca “dayan” deyərək qaçmağa başlamışdır. Kamran oğruları, yəni adları sonradan onlara məlum olan İlqar və Vüqarı tutmaq istəmişdir. Onun özü də oğruların arxasınca qaçmağa başlamışdır. Kamran qaçarkən ərazinin sahə inspektoru Kənan adlı polis əməkdaşına zəng edib hadisə barədə məlumat vermişdir. Həmin iki nəfər qaçıb yolun əks tərəfindəki “SOCAR” yanacaq doldurma məntəqəsi ilə üzbəüz köhnə sanatoriyanın həyətinə girib orada gizlənmişlər. Qardaşı Kamranın telefon zənginə əsasən hadisə yerinə gələn polis əməkdaşları həmin ərazini əhatəyə alıb yoxladıqda oğruların hər ikisini saxlamağa nail olmuşlar. Onlara yaxınlaşdıqda görmüşlər ki, həmin şəxslər əkizdir, soruşduqda birinin adı İlqar, digərinin adı isə Vüqar olduğunu bilmişlər. Həmin şəxslər əvvəllər həmin bağ evindən oğurluq etdiklərini etiraf emtişlər. Onları polis əməkdaşları ərazi üzrə Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə aparmışlar. Həmin günü, yəni 30 iyul 2021-ci il tarixdə oğrular saxlanılan günü evə qayıdanda görmüşdür ki, oğrular həmin günü evin ikinci mərtəbəsindəki tavanda olan taxtalar söküb aparmaq istəmişlər. Həmin taxtaların yarısı artıq sallanmışdır, yarısı isə artıq yerə qoyulmuşdur. Saxlanılan günü oğrular evdən 1 ədədinin dəyəri 35 manat təşkil edən, 5x15 sm ölçülü, Rusiya Federasiyasının istehsalı olan 11 ədəd 385 dəyərində taxta milləri oğurlamaq istəmişlər. Çünki həmin taxta milləri o, sonuncu dəfə 2021-ci ilin iyul ayının 28-29 tarixlərində evi təkrarən yoxladıqda tavanda yerində görmüşdür, artıq 30 iyul 2021-ci il tarixdə oğrular tutulan gün həmin taxta millərin yarısı yerdə olmuşlar, yəni tavandan sökülüb yerə qoyulmuşdur, yarısı da tavandan aşağı doğru yarı sallanmışdır. Həm də həmin günü damdan səslər gəldiyindən və evdən onların ikisi qaçdığından dəqiq əmin olmuşdur ki, həmin taxta milləri tutulan oğrular, yəni Vüqarla İlqar oğurlamaq istəmişlər. 11 iyul 2021-ci il tarixdən 24 iyul 2021-ci il tarixə qədər olan müddət ərzində ona məxsus evin həyətindən 1 m2-nin dəyəri 30 manat təşkil edən, ümumilikdə 200 m2 ölçüdə 6000 manat dəyərində yerli istehsal olan üzlük daşı (aqlay), 1 ədəd 500 manat dəyərində oymaqlı, şəbəkə naxışlı, yerli istehsal olan üzlük daşı (aqlay), hər birinin dəyəri 08 manat təşkil edən, ümumilikdə 40 ədəd 320 manat dəyərində yerli istehsal olan, sürahinin altına vurulmaq üçün nəzərdə tutulmuş daş sütunu (balyastr), 1 metrinin dəyəri 05 manat təşkil edən, ümumilikdə 200 metr 1000 manat dəyərində yerli istehsal olan, divar karnizi üçün nəzərdə tutulan üzlük (aqlay) daşı, hər birinin dəyəri 38 manat təşkil edən, ümumilikdə 46 ədəd 1748 manat dəyərində Rusiya Federasiyasının istehsalı olan 18 ölçülü “dikt” deyilən taxta, 01 ton həcmdə suyun saxlanılması üçün nəzərdə tutulmuş, 01 ədəd 195 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan plastik materialdan su çəni, 0,5 ton həcmdə suyun saxlanılması üçün nəzərdə tutulmuş, 01 ədəd 140 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan plastik materialdan su çəni, həmin evin içərisindəki birinci mərtəbədə qonaq otağı kimi nəzərdə tutulmuş otaqdan 01 tonun dəyəri 800 manat təşkil edən, ümumilikdə 02 ton 1600 manat dəyərində Ukrayna Respublikasının istehsalı olan dəmir armatur, 1 m2-nin dəyəri 26 manat təşkil edən, qalınlıqları 18 mm olan, ümumilikdə 250 m2 ölçüdə 6500 manat dəyərində İran İRnın istehsalı olan mərmər qranit, habelə həmin evin zirzəmisindən- 1 m3 (kubu) 285 manat təşkil edən, 2 m3 (kub) ölçüdə 570 manat dəyərində Rusiya Federasiyasının istehsalı olan 5x10-luq taxta, o cümlədən 2000 manatlıq santexnika malları, yəni 1 metrinin dəyəri 2 manat təşkil edən, hər bağlamada 20 ədəd 6 m-lik olmaqla, ümumilikdə 02 bağlamada 40 ədəd cəmi 480 manat dəyərində, Türkiyə Respublikasının istehsalı olan kiçik 16-lıq “kompazit” kimi adlanan santexnika borusu, bir kisədə 50 ədəd olmaqla 52 manat dəyərində, ümumilikdə 04 kisə 208 manat dəyərində santexnika boruları üçün nəzərdə tutulan, Türkiyə Respublikasının istehsalı olan 100x45 və 90 dərəcəli dirsəklər, həmçinin mufta və aksessuarlar, 1 metrinin dəyəri 2 manat təşkil edən, ümumilikdə 400 metr 800 manat dəyərində “100-lük” dəmir santexnika boruları, hər birinin dəyəri 7 manat təşkil edən, ümumilikdə 16 ədəd 112 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan trap, 1 metrinin dəyəri 2 manat təşkil edən, ümumilikdə 200 metr 400 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan izolyasiyalı istilik sistem boruları, bundan əlavə elektrik mallarını, yəni 1 metri 45 qəpik təşkil edən, ümumilikdə iki bağlamada, hər bağlamada 800 metr olmaqla 1600 metr uzunluğunda 720 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan elektrik naqili, 1 ədədi 50 qəpik təşkil edən, ümumilikdə 50 ədəd 25 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan plastik elektrik qutusu, 1 bağlamanın dəyəri 20 manat təşkil edən, ümumilikdə 04 bağlamada 400 metr uzunluğunda 80 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan “spiral” şəkilli naqil borusu, 1 ədədinin dəyəri 10 manat təşkil edən, ümumilikdə 10 ədəd 100 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan elektrik işıq avtomatı, 1 ədədinin dəyəri 15 manat təşkil edən, ümumilikdə 02 ədəd 30 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan mərkəzləşdirilmiş elektrik qutusu, 1 bağlamanın dəyəri 272 manat 50 qəpik təşkil edən, 02 bağlamada 545 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan mis materialdan olan naqil, habelə hər birinin dəyəri 160 manat təşkil edən, ümumilikdə 16 ədəd 2560 manat dəyərində «Weber» markalı Almaniya FR-nın istehsalı olan izolyasiya materialı, hər birinin dəyəri 30 manat təşkil edən, ümumilikdə 08 ədəd 240 manat dəyərində yerli istehsal olan tikinti tolu, hər birinin dəyəri 06 manat təşkil edən, ümumilikdə 06 ədəd 36 manat dəyərində yerli istehsal olan maye qır (mastika), vedrənin birinin dəyəri 33 manat təşkil edən, 25 kq-luq, ümumilikdə 30 vedrə 990 manat dəyərində “Fab” markalı yerli istehsal olan emulsiya (tarsovka üzlük-astar), 01 ədəd 600 manat dəyərində şüşəsi ilə bərabər yerli istehsal olan plastik pəncərə, hər birinin dəyəri 50 manat təşkil edən, ümumilikdə 03 ədəd 150 manat dəyərində şüşəsi ilə bərabər yerli istehsal olan nəfəslik pəncərə oğurlanmış və baş vermiş oğurluq nəticəsində ona 26649 (iyirmi altı min altı yüz qırx doqquz) manat məbləğində ziyan dəymişdir. Baş vermiş hadisədən sonra öyrənmişdir ki, oğurlanmış mərmər qranitləri oğrular Elvin adlı şəxsin işlədiyi obyektə satmışlar. Elvinin işlədiyi obyektdən oğurlanmış ona məxsus mərmər qranitin kiçik bir parçaları polis tərəfindən maddi sübut kimi götürüldükdə o da iştirak edib 18 mm qalınlığı olan mərmər qranitlərini tanımışdır. Evindən oğurlanan mərmər qranitlər 13 mm, 16 mm və aşağı mm qalınlıqda deyil, üzəri “cilli” naxışlı, 18 mm qalınlıqda olan mərmər qranitlər olmuşdur. Evindən oğurlanmış mərmər qranitlər, 1 m2-nin dəyəri 26 manat təşkil edən, qalınlıqları 18 mm olan, ümumilikdə 250 m2 ölçüdə 6500 manat dəyərində İran İR-nın istehsalı olan mərmər qranitlər olmuşdur. Dəymiş zərər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona ödənilmədiyi üçün o, sonunculardan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs ünvan 1 ünvanda yerləşən torpaq sahəsində yerləşən evi təmir etmiş, evdəki bütün təmir tikinti əşyaları Süleymana məxsusdur. Süleyman oğurluqdan qabaq sonuncu dəfə 11 iyul 2021-ci il tarixdə həmin evdə olmuş və həmin vaxtı hələ evdən heç bir oğurluq hadisəsi baş verməmişdir. 24 iyul 2021-ci il tarixdə qardaşı Süleyman ona bildirmişdir ki, həmin günü saat 17 radələrində təklikdə həmin bağ evinə gəldikdə evin həyətinə girəndən sonra görmüşdür ki, evin ikinci mərtəbəsinin pəncərəsi çərçivə şüşəsi ilə birlikdə yoxdur və ardınca evə baxdıqda görmüşdür ki, evin birinci mərtəbəsindəki kiçik nəfəsliyin də çərçivəsi pəncərə şüşəsi ilə bərabər yoxdur. Anlamışdır ki, kimsə həmin çərçivələri çıxarıb oğurlamışdır. Evin həyətinə baxdıqda görmüşdür ki, evin həyətindəki su çənləri, aqlay və digər tikinti materialları, evin içərisindən və zirzəmisindən isə mərmər qranitlər, təmir üçün nəzərdə tutulan santekxnik, elektrik malları, digər tikinti materialları oğurlanmışdır. Bundan sonra qardaşı demək olar ki, hər gün müxtəlif saatlarında bağ evinə gedib evi kənardan müşahidə etmişdir. Hərdən o da qardaşı ilə bağa gedib evə baxmışdır. 30 iyul 2021-ci il tarixdə saat 12 radələrində o, Süleymanla bərabər həmin evi yoxlamağa gəldikdə evin damından səs-küy eşitmişdir. Süleyman həmin vaxtı darvazanı açıb həyətə daxil olduqda o da evin digər hissəsindən hasardan qalxıb həyətə daxil olmuşdur ki, kimsə qaçsa görsün. Həmin vaxtı o, hasardan həyətə daxil olduqda görmüşdür ki, evin arxa tərəfindən iki nəfər çıxaraq hasardan qalxıb küçəyə doğru qaçmışdır. O, anlamışdır ki, həmin şəxslər oğrudurlar. O, adları sonradan ona məlum olan İlqar və Vüqar qardaşlarının arxalarınca “dayan” deyərək qaçmağa başlamışdır. Süleyman da, oğruların arxasınca qaçmışdır. O, oğruların arxasınca qaçarkən ərazinin, yəni 43-cü polis bölməsində sahə inspektoru işləyən Kənan adlı polis əməkdaşının mobil telefon nömrəsinə zəng edib hadisə barədə məlumat vermişdir. Həmin oğurluq edənlər, yəni İlqarla Vüqar qaçıb yolun əks tərəfindəki ”SOCAR” yanacaq doldurma məntəqəsi ilə üzbəüz köhnə sanatoriyanın həyətinə girib orada gizlənmişlər. Onun telefon zənginə əsasən hadisə yerinə gələn polis əməkdaşları ərazini əhatəyə alıb yoxladıqda oğruların hər ikisini saxlamağa nail olmuşlar. O, həmin qaçan şəxslərə yaxınlaşdıqda görmüşdür ki, onlar əkizdirlər, soruşduqda bildirmişlər ki, birinin adı İlqar, digərinin adı isə Vüqardır. Onlar etiraf etmişlər ki, əvvəllər Süleymanın həmin bağ evindən oğurluq etmişlər. Onları polis əməkdaşları ərazi üzrə Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə aparmışlar. Həmin günü saxlanılan şəxslər evdən bir ədədinin dəyəri 35 manat təşkil edən, 5x15 sm ölçülü, Rusiya Federasiyasının istehsalı olan 11 ədəd 385 dəyərində taxta milləri oğurlamaq istəmişlər. Çünki həmin taxta millərini qardaşı Süleyman sonuncu dəfə 2021-ci ilin iyul ayının 28-29 tarixlərində evi birdə yoxladıqda tavanda yerində görmüşdür, artıq 30 iyul 2021-ci il tarixdə oğruları tutan günü həmin taxta millərin yarısı tavandan sökülüb yerə qoyulmuşdur, yarısı da tavandan aşağıya doğru yarı sallanmışdır. Oğrular 11 iyul 2021-ci il tarixdən 24 iyul 2021-ci il tarixə qədər qardaşı Süleymana məxsus son bildirməsinə əsasən 26649 məbləğində əmlakı oğurlamışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru vəzifəsində işləyir. Həmin bölmənin əməkdaşı kimi bilirmiş ki, 2021-ci ilin iyul ayının 11-dən 24-nə qədər olan müddət ərzində ünvan 1 ünvanında tikilməkdə olan iki mərtəbəli fərdi yaşayışbağ evinin həyətindən və bağ evindən Zərərçəkmiş şəxs məxsus tikinti materialları, əşyalar, mərmər qranitlər, dəmirlər oğurlanmışdır. Həmin oğurluq etmiş şəxsləri müəyyən etmək istiqamətində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən əməliyyataxtarış tədbirləri həyata keçirilirmiş. 30 iyul 2021-ci il tarixdə saat 12 radələrində istifadəsində olan mobil telefon nömrəsinə Zərərçəkmiş şəxs qardaşı Şahid1 zəng edərək bildirmişdir ki, Süleymanın evindən iki nəfər cavan oğlan oğurluq edərkən onlar oğruları cinayət başında aşkar etmişlər, həmin oğrular onları görüb qaçmışlar və “DSK-2” adlanan ərazidə köhnə sanatoriyanın ərazisinə daxil olmuşlar. Kamran ondan xahiş etmişdir ki, həmin oğruların tutulmasında polis əməkdaşı kimi ona yardımçı olsun. Şahid1 qaçaraq telefonla danışırmış və cinayəti törətmiş şəxsləri təqib edirmiş. O, dərhal yaxınlıqdakı həmin yerə gəlmiş, əlavə olaraq post-patrul xidmətinin əməkdaşlarını köməyə çağırmışdır. Şahid1lə görüşdükdə məlum olmuşdur ki, həmin iki nəfər oğurluq etmək istədikləri evlə üzbəüz yolun əks tərəfindəki “DSK-2” adlanan yerdə köhnə sanatoriyanın ərazisinə qaçıb gizlənmişlər. O, həmin vaxtı yaxınlıqdakı “SOCAR” yanacaq doldurma məntəqəsinin videomüşahidə kamerasındakı görüntüləri nəzərdən keçirdikdə görmüşdür ki, uzaqdan iki nəfər qaçaraq sanatoriyanın ərazisinə daxil olur və oradan çıxmırlar. Anlamışlar ki, həmin iki nəfər həmin köhnə sanatoriyanın ərazisində gizlənmişlər. Bundan sonra o, digər polis əməkdaşları ilə həmin ərazini əhatəyə alıb axtarmağa başladıqda həmin yerdə köhnə tikilidə gizlənən əkiz qardaş olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edib saxlamışlar. Həmin şəxslər onları görüb onlara heç bir müqavimət göstərməmişlər və ev sahibindən qaçan şəxslərin olduqlarını bildirmişlər. Həmin iki nəfərin əllərində heç bir əşya olmamış, əmlak oğurlamağa macal tapmamışlar. Həmin iki nəfəri onlar polis bölməsinə gətirdikdə məlum olmuşdur ki, onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2durlar. İlqar və Vüqar onlara əvvəllər həmin evdən oğurluqlar etdiklərini etiraf etmişlər. Sonra onların barəsində toplanmış materiallar İstintaq Şöbəsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən beş ilə yaxındır, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ərazisində “White Palace” şadlıq sarayının yaxınlığında yerləşən “ELESTEYİN 66” mərmər sexində mərmər ustası işləyir. Əvvəllər İlqar və Vüqar adlı şəxsləri tanımırmış, həmin şəxsləri ilk dəfə mərmər ustası kimi tanıdığı Pərvin adlı şəxsin yanında görmüşdür. 2021-ci ilin iyul ayında Pərvin onun işlədiyi sexə yaxınlaşaraq söhbət zamanı bildimişdir ki, onda satdıq mərmər qranitlər var, həmin mərmər qranitləri ona gördüyü işin əvəzində pulun yerinə vermişlər. O, həmin mərmər qranitləri almağa razılıq verdikdən təxminən üç gün sonra Pəvrin onun işlədiyi sexə İlqar və Vüqar adlı şəxslərlə bərabər gəlib ona mərmər qranitlər təqdim etmişlər O, həmin mərmər qranitləri nəzərdən keçirdikdə görmüşdür ki, təxminən 50 m2-dir. Beləliklə o Pərvin, İlqar və Vüqardan həmin mərmər qranitləri kvadratı 10 manatdan almağa razılaşmış və ilk dəfə Pərvin, İlqar və Vüqardan 50 m2 mərmər qranit alıb 500 manat, növbəti dəfə isə həmin mərmər qranitdən yenə də alıb 400 manat pul vermişdir. Həmin mərmər qranitləri Pərvin, İlqar və Vüqar ayrı- ayrılıqda dövlət qeydiyyat nişanına fikir vermədiyi “Qazel” markalı yük avtomobilində gətirmişlər. O, Pərvin, İlqar və Vüqarın ona satdığı mərmər qranitlərin oğurluq olmasını həmin mərmər qranitlər tam yeni olduqlarından, həmçinin Pərvin, İlqar və Vüqar ona gördükləri işin qarşılığında pulun yerinə verildiyini dediklərindən bilməmişdir. Həmin 500 və 400 manatlıq mərmər qranitləri aldıqdan sonra o, həmin mərmər qranitləri başqa müştərilərin sifarişlərinə uyğun olaraq doğrayıb satmışdır. Ona Pərvin, İlqar və Vüqar 2021-ci ilin iyul ayında iki dəfə mərmər qranitlər satmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evində baş vermişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsinin mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsinin mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 avqust 2021ci il tarixdə saat 19:21-dən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 01 avqust 2021ci il tarixdə saat 19:21-dən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Binəqədi RPİ-nin MSYdən azad edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Binəqədi RPİ-nin MSYdən azad edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-cü maddəsi ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-cü maddəsi ilə nəzərə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-802/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-803/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 01 avqust 2021-ci il tarixdən hesablanmışdır. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fortoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, “White Palace” şadlıq sarayının arxasında yerləşən mərmər sexinə baxış keçirilərkən oradan Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən oğurlanmış mərmərlər aşkar edilmiş, həmin sexdə işləyən Şahid3 mərmərləri ona Vüqar və İlqar adlı şəxslərin satdığını bildirmiş və mərmər qranitlərdən boz rəngli, “çilli” naxışlı, həmçinin 18 mm qalınlığında olan 4 ədəd kiçik hissələri götürülmüşdür. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs1 digər üç nəfər şəxslə birlikdə tanınmaya təqdim edilmiş və iş üzrə şahid Şahbazov X4 İlqar Azər oğlunu tanıyaraq həmin şəxsin 2021-ci ilin iyul ayında ona mərmər qranit satan şəxslərdən biri olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs2 digər üç nəfər şəxslə birlikdə tanınmaya təqdim edilmiş və iş üzrə şahid Şahbazov X4 Vüqar Azər oğlunu tanıyaraq həmin şəxsin 2021-ci ilin iyul ayında ona mərmər qranit satan şəxslərdən biri olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-1155/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 1 (bir) ay 20 (iyirmi) gün müddətində uzadılmışdır. xx.xx.2021-ci il tarixli, 9/8339 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına nümunə qismində təqdim edilmiş, İran istehsalı olan mərmərlərin istifadədə olmaması nəzərə alınaraq 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir : - qalınlığı 13 mm ölçüdə olan qranitin 1 kvadrat metri - 21,00 manat - qalınlığı 18 mm ölçüdə olan qrantin 1 kvadrat metri - 26, 00 manat Digər tədqiqata təqdim edilməyən, lakin qərarın təsviri hissəsində göstərilən mallar haqqında kifayət qədər məlumat ( markası, modeli, istehsal yeri, istismar müddəti, ölçüləri, materialı və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-1290/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətində uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-133/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə, yəni 19 fevral 2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-167/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 2 (iki) ay, yəni 19 aprel 2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyrilərinin 11 iyul 2021-ci il saat 17 radələrindən 24 iyul 2021-ci il saat 17 radələrinə qədər olan müddət ərzində ünvan 4 ünvanda yerləşən fərdi yaşayış-bağ evinin həyətindən və bağ evindən oğurladıqları Zərərçəkmiş şəxs məxsus mərmər qranitlərdən boz rəngli, “çilli” naxışlı, həmçinin 18 mm qalınlığında olan 4 ədəd kiçik hissələri ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanımış boz, üzəri çilli mərmər qranitlərin 4 ədəd kiçik hissəsi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-398/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətində uzadılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilərək ünvan 1 ünvanında tikilməkdə olan iki mərtəbəli fərdi yaşayış-bağ evinin həyətdəki armatur və dəmirlərdən, eləcə də, təxminən 100 m2 mərmər qranitlərdən başqa digər əmlaklar oğurlamamaları, həmçinin 30 iyul 2021-ci il tarixdə həmin evə istirahət etmək məqsədi ilə daxil olmaları ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxslərin fadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən elan edilmiş həmin ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxslərin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri həmin ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş həmin ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CMin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 01 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-802/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)- 1155/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 4(001)-1290/2021 nömrəli, xx.xx.2022-ci il tarixli, 1(001)-133/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 4(001)-167/2022 nömrəli və xx.xx.2022-ci il tarixli, 4(001)-398/2022 nömrəli qərarları ilə uzadılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 01 avqust 2021-ci il tarixdən 03 avqust 2021-ci il tarixədək, yəni iki gün müddətinə şübhəli şəxs qismində tutulmuş, 04 avqust 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi ilə bağlı 01 avqust 2021-ci il tarixdən 03 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CMin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları adlanan yaşayış sahəsi, “DSK-2” adlanan ərazidə yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxananı axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 01 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-803/2021 nömrəli qərarı ilə barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 01 avqust 2021-ci il tarixdən hesablanmış, xx.xx.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 01 avqust 2021-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək, yəni 3 (üç) ay müddətinə həbsdə olmuşdur. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 avqust 2021-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, mərmər qranitlərdən boz rəngli, “çilli” naxışlı, həmçinin 18 mm qalınlığında olan 4 ədəd kiçik hissələrinin saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 və qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 41 (qırx bir) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 avqust 2021-ci il tarixdən 03 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 04 avqust 2021-ci il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 01 avqust 2021-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları adlanan yaşayış sahəsi, “DSK-2” adlanan ərazidə yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxananı axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, mərmər qranitlərdən boz rəngli, “çilli” naxışlı, həmçinin 18 mm qalınlığında olan 4 ədəd kiçik hissələrinin saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 və qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutularaq, X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Vüsal Tağıyev