Məhkəmə qərarları › İş №1(001)-301/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-301/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-301/2023 08.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Böyükdüz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, məhkumluğu olmayan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Böyükdüz kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 33, mənzil 38-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə dostu X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək, sonuncunun Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə həbs edilmiş tanışları X7 və X5 həbsdən azad etdirəcəyini yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 2021-ci ilin dekabr ayının birinci on günlüyündə, günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Pink House” restoranında 15000 manat, Camal İsmayılovun həyat yoldaşı X2 “Kapital bank”a aid kart hesabına 15 dekabr 2021-ci il tarixdə, saat 20:19-da Binəqədi rayonu, C.Xəndan küçəsi, Cudo peçkanın yanında olan terminaldan göndərdiyi 100 manat və 16 dekabr 2021-ci il tarixdə, saat 18:28-də ünvan 1 ünvanında olan terminaldan göndərdiyi 100 manat, özünün “Kapital bank”a aid kart hesabına 22 dekabr 2021-ci il tarixdə, saat 14:50-də ünvan 2 ünvanında olan terminaldan göndərdiyi 2000 manat, 23 dekabr 2021-ci il tarixdə, saat 20:56-da ünvan 3 ünvanında olan terminaldan göndərdiyi 600 manat, X1 hesabına 26 dekabr 2021-ci il tarixdə, saat 15:41-də Yasamal rayonu, Mətbuat prospekti, Nəşriyyatın qarşısında olan terminaldan göndərdiyi 100 manat, özünün kart hesabına 08 yanvar 2022ci il tarixdə, saat 00:02-də Binəqədi rayonu, ünvan 4 ünvanında olan terminaldan göndərdiyi 2000 manat, 13 yanvar 2022-ci il tarixdə, saat 17:33-də Binəqədi rayonu, Binəqədi şossesi 308 C ünvanında olan terminaldan göndərdiyi 3000 manat, 03 aprel 2022-ci il tarixdə Binəqədi rayonu, Ə.ünvan 6 ünvanında olan terminaldan göndərdiyi saat 22:09-da 800 manat və saat 22:12-də 1500 manat, 2022-ci ilin aprel ayının ortalarında, günorta saatlarında 8-ci mikrorayonda yerləşən “Pink House” restoranında 600 manat və həmin ayın sonlarında eyni ünvanda 3000 manat, 2022-ci ilin may ayının ortalarında Qaradağ rayonu, Lökbatan dairəsində 1500 manat və növbəti 2-3 gün ərzində 8-ci mikrorayonda yerləşən «Pink house» restoranında 250 manat, 450 manat və 2000 manat olmaqla cəmi 2700 manat, özünün kart hesabına 10 iyun 2022-ci il tarixdə, saat 10:20-də ünvan 8 ünvanında olan terminaldan göndərdiyi 2000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 35000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özü əvvəllər heç vaxt rəsmi işdə işləməmişdir. X8 təxminən 15 ildir ki, həmyerli kimi tanıyır, aralarında dostluq münasibəti var. Camalla birlikdə səyyari şəkildə metal alqı-satqısı ilə məşğuldur. Zərərçəkmiş şəxs isə təxminən 10 ildir ki, ortaq tanışlar vasitəsilə tanımış və onunla da aralarında dostluq münasibəti var. 2022-ci ilin əvvəllərində, dəqiq tarix yadında deyil, Sənan və Camalla birlikdə Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən «Pink House» restoranında çay içən zaman söhbət əsnasında Sənan onun iki nəfər tanışının həbsdə olmasını və Sumqayıt Ağır Cinayətlər Məhkəməsində işlərinə baxıldığını, həmin şəxslərin həbsdən buraxılmaları üçün kiməsə pul verdiyini, lakin iş alınmadığından pul ona qaytarıldığını və hazırda 15000 manatın üzərində olduğunu bildirmişdir. Həmin zaman Sənan Camaldan onun hansısa dövlət qurumunda vəzifədə işləyən tanışından bu işi xahiş etməyin mümkün ola biləcəyini soruşmuş, Camal da həmin tanışından bu iş barədə maraqlanacağını bildirmişdir. Camalın vəzifədə işləyən tanışının olmasından Sənan da məlumatlı olmuşdur. Bu zaman Sənan cibindən 15000 manat pul çıxarıb stolun üstünə qoymuş, Camal ona pulu götürüb onda qalmasını demişdir. O, da pulu sayıb 15000 manat olduğunu görmüş və cibinə qoymuşdur. Ondan sonrakı müddətdə Sənan onun kartına hissə-hissə olmaqla ümumilikdə 15500 manat da pul göndərmişdir. O, da uzaq qohumu Xancan adlı şəxsə Sənanın tanışlarının həbsdən buraxılması üçün müvafiq adamlardan xahiş etməsini demiş, lakin Xancan müəllim bu sahədə tanışlarının olmadığını bildirmişdir. Bundan 3-4 gün sonra Camal Sənanın tanışlarının işi ilə maraqlandığını və həmin işi həll etməyin mümkün olmadığını bildirmişdir. Həmin zaman Camal onun yanında Sənana zəng edib onun tanışlarının həbsdən buraxılması işini həll etməyin mümkün olmadığını, lakin istəyirsə onlarda olan 15000 manatını metal işinə yatırıb əlavə qazanc əldə etmək olacağını bildirmişdir. Sənan pul lazım olan anda ona qaytara biləcəklərsə o halda pulunu metal biznesinə yatıra biləcəklərini demiş, onlar da narahat olmamasını və istəyəcəyi halda onun pulunu qaytara biləcəklərini bildirmişlər. Onlar həmin pulla bir neçə dəfə metal alıb-satmış, Sənana ümumilikdə təxminən 4-5 min manat gəlir vermişlər. Həmin ərəfədə Sənan məhkəmədə olan tanışlarının məhkəmə baxışlarını uzatmaq lazım olmasını bildirmişdir. O da bu məqsədlə vəkillik fəaliyyəti ilə məşğul olan tanışı Dilbər xanıma zəng vurmuş və Camal, Sənan, Dilbər xanım və o birlikdə «Elmlər Akademiyası» metrosunun yaxınlığında kafedə görüşmüşlər. Dilbər xanım isə işin mahiyyətini biləndən sonra bu işdə köməklik edə bilməyəcəyini demişdir. Lakin sonrakı vaxtda onlar yenə də metal işi görmək istəsələr də, işləri alınmamış və 30500 manat pul ortalıqda xərclənib getmişdir. Həmin pul xərclənəndə Sənan onların yanında olmamışdır. Yəni o, Camalla birlikdə ikisi əlavə iş görmək istəmiş, lakin alındıra bilməmişlər. Sonra Sənana onun pulunu qaytaracaqlarını bildirmişlər, lakin pul tapa bilmədiklərindən Sənanın pulunu qaytara bilməmişlər. Sonradan Sənan pulunu geri tələb etdiyindən Camal maşınını sataraq Sənana 18000 manat pul ödəmiş və Camal ona qalan pulu da onun ödəyəcəyini demişdir. Lakin Sənan sonradan polisə şikayət edəndə onlara ümumilikdə 55000 manat pul verməsi barədə ərizə yazmış və bu barədə maraqlananda Sənan bildirmişdir ki, 30500 manat puldan əlavə 25000 manat da Camala vermişdir. Camal isə həmin məbləği etiraf etməmişdir. O, Zərərçəkmiş şəxs ilə barışmış, dəymiş ziyanı ödəmiş, sonuncunun ondan heç bir şikayəti, tələbi yoxdur. O, deyilənlərin nəzərə alınaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər dövlət idarələrində işləsə də, hazırda rəsmi olaraq heç yerdə işləmir. 2021-ci ilin təxminən oktyabr ayının ilk günlərində Şamaxıda yaşayan dostu Fərid Ədilov ona zəng edərək ortaq dostları olan X9 və X3 Sumqayıt Apellyasiya Məhkəməsində olan cinayət işləri ilə bağlı onların həbsdən azad olunmalarına köməklik məqsədilə vəkil axtardığını bildirmişdir. Bu söhbətdən təxminən 3-4 gün sonra Fəridlə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən «Pink House» restoranında görüşmüşlər. Həmin zaman təxminən 5-6 ildir ki, tanıyıb dostluq etdiyi X10 və Təqsirləndirilən şəxs da onunla birlikdə olmuşlar. Camalla ilkin tanış olduqları vaxtlardan Camal özünü Azərbaycan Respublikası Xarici X12 üzrə müavini Mahmud Məmmədquliyevin qardaşı oğlu kimi təqdim etmişdir ki, o, da ona inanmışdır. Lakin sonradan Camalın bu məsələdə ona yalan dediyini öyrənmişdir. «Pink House» restoranında həmin görüşləri zamanı Camalla Elsevərin də dostlarının məhkəmədə olan cinayət işindən məlumatları olmuşdur. Odur ki, Camal guya ki, əmisi Mahmud Məmmədquliyevin vasitəsilə dostlarının həbsdən buraxılması məsələni həll edə biləcəyini və bunun üçün də əmisi ilə danışıb ona məlumat verəcəyini demişdir. Növbəti gün Camal özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən onun 077 *** ** ** saylı nömrəsinə zəng edərək axşam saatlarında «Pink House» restoranında görüşmələrini təklif etdiyindən razılaşdıqları vaxt da orada görüşmüşlər. Həmin görüşlərində o, dostları Şahid2, Şahid1, Camal və onun Elnur adlı dostu olmuşdur. Elsevər həmin görüşdə olmamışdı. Söhbət zamanı Camal əmisi Mahmud Məmmədquliyevlə dostlarının həbsdən azad olunması məsələni danışıb razılaşdığını, bu işin yekun həlli üçün ümumi olaraq təxminən 55-60 min manat xərclərinin çıxacağını və işə başlanılması məqsədilə əmisi Mahmud Məmmədquliyevə vermək üçün 15000 manat pul lazım olduğunu bildirmişdir. O, razılaşmış və üzərində olan puldan 15000 manatını həmin görüşlərində iştirak edən şəxlərin yanında şəxsən Camala vermiş, Camal da pulu sayıb cibinə qoymüş və təxminən bir ay müddətində dostlarının həbsdən azad olunacaqlarına söz vermişdir. Bundan sonrakı bir neçə gün ərzində dəfələrlə Camalla telefonla danışanda o, dostlarının məhkəmədə olan cinayət işinin gedişatı barədə ona məlumat vermişdir. Artıq 4-5 gün keçmişdir ki, Camal ona zəng edib məhkəmə prosesinin təxirə salınması məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimova vermək üçün 3000 manat pul istəmişdir. O, da razılaşmış və növbəti gün, yəni 2021-ci il oktyabr ayının təxminən 15-16da saat təxminən 12 radələrində Camalla Binəqədi rayonu, 8-ci mikrorayondakı «Pink House» restoranında görüşüb 3000 manat pulu ona vermişdir. Həmin zamanı onun dostları Şahid2, Şahid1 və Camalın Elnur adlı dostu da yanlarında olmuşdur. Təxminən 2 gün sonra Camal yenidən ona zəng edib dostlarının məhkəmə prosesinin təxirə salınması məqsədilə bu dəfə dövlət ittihamçısına vermək üçün 2000 manat pul istəmişdir. O, razılaşmış və növbəti gün, yəni 2021-ci il oktyabr ayının təxminən 19-20-də saat təxminən 12 radələrində Camalla Binəqədi rayonu, 8-ci mikrorayondakı «Pink House» restoranı ilə üzbəüz olan «Kübar» restoranında görüşüb 2000 manat pulu Camala vermişdir. Həmin zamanı yenə də onun dostları Şahid2, Şahid1 və Camalın Elnur adlı dostu da yanlarında olmuşdur. Həmin 2000 manat pulu olduqları yerə qardaşı X13 gətirib ona vermişdir. Bundan sonra həqiqətən də dostlarının məhkəmə prosesi 2021-ci il noyabr ayının əvvəllərinə təxirə salındığından o, Camala inanmışdır. Mütəmadi Camalla telefonda danışanda, eyni zamanda vatsapda yazışanda o, hər dəfəsində işin çox yüksək səviyyədə getdiyini və narahat olmamağını ona demişdir. Lakin noyabr ayının ortalarında Camal ona zəng edib əmisi Mahmud Məmmədquliyevin vasitəsilə ilə işin həllinin alınmadığını və digər şəxslərin vasitəsilə həll olunmasını təklif etmişdir. Belə ki, əvvəlcə Camalla Elsevərin ortaq dostları olan Şıx qəsəbəsindəki «Dostluq» restoranının sahibi Xanların 15000 manat müqabilində işi həll edəcəyini dediklərindən üçü birlikdə Xanlarla «Dostluq» restoranında görüşüb 15000 manat pulu ona vermişlər. Xanlara verdiyi 15000 manat onun Camala verdiyi 20000 manatdan əlavə pul olmuş, yəni o, artıq 35000 manat xərcləmiş olmuşdur. Lakin 3-4 gün sonra Xanlar işin alınmadığını bildirmiş və ona verdikləri 15.000 manat pulu geri almış və pul onda qalmışdır. Bundan sonra Camalla Elsevər ona həmin işi Elsevərin bacısının həyat yoldaşı Xancan müəllimin vasitəsilə həll etmələrini təklif etmişlər. Belə ki, X19 müəllimi Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin Bakı şəhəri üzrə Ərazi İdarəsinin müavini kimi təqdim etmişlər. Camal və Elsevər Xancan müəllimin danışıb razılaşdığı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində şöbə rəisi vəzifəsində işləyən Dilbər adlı xanımın dostlarının həbsdən azad olunmasına köməklik edəcəyini bildirmişlər. Bu məqsədlə də 2021-ci il noyabr ayının sonlarında o, Camal və Elsevərlə birlikdə Ədliyyə Nazirliyinin inzibati binasının yaxınlığında olan kafedə Dilbər adlı xanımla görüşmüşlər. Dilbər özünü Ədliyyə Nazirliyinin şöbə rəisi, həmçinin Xancan müəllimin bibisi qızı kimi təqdim edərək işin həlli üçün Camalla Elsevərin deyəcəklərini etməyini, yəni lazım olan pul məbləğini Camal və Elsevərə verməyini ona bildirmiş, Xancan müəllimin də lazımi tapşırıqları ona verdiyini demişdir. 2021-ci il dekabr ayının ilk on günlüyündə günorta saatlarında dostları Aydın və Rəşadla Binəqədi rayonu, 8-ci mikrorayondakı «Pink House» restoranında olarkən Camalla Elsevər də ora gəlmişlər. Söhbət əsnasında onlar dostlarının həbsdən azad olunmaları üçün Xancan müəllimin təcili 15000 manat pul istədiyini dediklərindən o, da üzərində olan həmin məbləği onlara vermişdir. Pulu ondan Camal götürüb sayaraq Elsevərə vermiş, o, da cibinə qoymuşdur. Sonralar o, mütəmadi olaraq Camal və Elsevərlə telefonda danışmış, hər dəfəsində də onlar işin getdiyini bildirmişlər. Sonrakı müddətdə Camalla Elsevər dostlarının həbsdən azad olunmaları üçün əlavə xərclər adı ilə ondan pul istəmişlər ki, o, da ümumilikdə 20000 manat pulu hissəhissə olmaqla Elsevərin, Camalın həyat yoldaşı Kəmalə xanımın və oğlu Məhəmmədin adlarına olan bank kartlarına, həmçinin nəğd şəkildə Camalla Elsevərə ödəmişdir. Belə ki, Kəmalə xanımın hesabına 15,16 və 26 dekabr 2021-ci il tarixlərinin hər birində 100 manat, Təqsirləndirilən şəxs hesabına 23 dekabr 2021-ci il tarixdə 600 manat, 22 dekabr 2021-ci il tarixdə 2000 manat, 08 yanvar 2022-ci il tarixdə 2000 manat, 13 yanvar 2022-ci il tarixdə 3000 manat, 03 aprel 2022-ci il tarixdə 800 və 1500 manat, 10 iyun 2022-ci il tarixdə 2000 manat ödənişlər etmişdir. Həmçinin o, Camalla Elsevərə əlavə olaraq 3600 manat pulu nəqd vermiş, belə ki, 2022-ci ilin təxminən aprel ayının ortalarında «Pink house» restoranında 600 manat, həmin ayın axırlarında isə yenə həmin yerdə 3000 manat pul vermişdir. Bundan başqa o, 2022-ci ilin mayın ayının ortalarında Camal və Elsevərlə Gəncədən qayıdanda Lökbatan dairəsində Camala 1500 manat pul vermişdir. Bundan başqa yenə may ayının ortalarında o, 2-3 gün ərzində «Pink house» restoranında Elsevərin iştirakı ilə Camala 250 manat, 450 manat və 2000 manat pul vermişdir. Bununla da o, Camalın özünə ilkin olaraq 20000 manat vermiş olmuş, həmçinin ailə üzvlərinin kartına 300 manat göndərmiş, hansı ki, həmin zaman Elsevər hələki söhbətə qoşulmamış, sonra isə Camalla Elsevərə birlikdə əlavə 34700 manat pul vermişdir. Bundan sonra o, Camalla Elsevərin dostlarının həbsdən azad olunması üçün heç bir iş görmədiklərini başa düşmüşdür. Onlardan bu iş barədə maraqlananda isə onlar hər dəfəsində müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışlar. Nəhayət onlardan pulunu geri tələb eməyə başlamışdır. Həmin 55000 manat pul həbsdə olan şəxslərin qohumları Fərid və Hacı Amir tərəfindən ona verilmişdir ki, o, da həmin məbləği qeyd etdiyi kimi Camal və Elsevərə vermişdir. Onun çoxsaylı təkidlərindən sonra təxminən 2022-ci ilin iyul ayının axırlarında Camal öz maşınını sataraq 18000 manat pul əldə etmiş və həmin pulu özünün tanışı Zamiq vasitəsilə Fəridə ödəmişdir. Qalan 37000 manatı isə o, özünə məxsus olan «Porcshe» markalı ** HN *** nömrəli maşını sataraq 37000 manat pul düzəldib Fərid və Amirə ödəmişdir. Yəni Camal və Elsevərin dələduzluğu nəticəsinə ona maddi ziyan dəymişdir. Camal və Elsevər işi həll edə bilməyib aldıqları pulu da qaytarmadıqları vaxtda pulu düzəldib ona qaytarmaları üçün guya hansısa dəmir işi görmək istədiklərini ona yalandan demişlər. Bir-iki dəfə Camalgillə birlikdə dəmir işi ilə bağlı bir neçə rayona getsələr də, o, ortada real bir işin olmadığına əmin olub onların bu hərəkətlərini sadəcə vaxt udmaq cəhdi hesab edərək hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Elsevər və Camala verdiyi puldan onların hansısa vəzifəli şəxsə pul vermələri barədə onun dəqiq bir məlumatı yoxdur. Mahmud Məmmədquliyev və ya Xancan adlı şəxslərlə onun görüşü olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza veriməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. Sənana görə Camalla Elsevəri də tanımış və onlarla normal münasibəti olmuşdur. 2021-ci ilin payızında Sənanın hansısa 2 nəfər dostlarının cinayət işləri ilə bağlı onların həbsdən azad olunmalarına köməklik məqsədilə adam axtardığını bilmişdir. Belə ki, görüşləri zamanı Sənan bu barədə Camala dediyindən Camal da guya ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işləyən əmisi Mahmud Məmmədquliyevin vasitəsilə bu məsələni həll edə biləcəyini bildirmişdir. Sonradan isə X4 əmisi olmasını yalan dediyini öyrənmişlər. 2021-ci il oktyabr ayının ilk günlərində də Binəqədi rayonu, 8-ci mikrorayon ərazisindəki «Pink House» restoranında Sənan, o, Aydın və Camal görüşmüşlər. Söhbət zamanı Camal qohumu Mahmud Məmmədquliyevin vasitəsilə Sənanın tanışlarının həbsdən azad olunması məsələni danışıb razılaşdığını və bunun üçün 55-60 min manat pul lazım olacağını və ilkin olaraq da 15000 manat pul lazım olduğunu bildirmişdir. Sənan da razılaşmış və 15000 manat pulu həmin görüşlərində hamının yanında Camala vermiş, Camal da pulu götürmüş və yaxın vaxtlarda məsələnin həll olunacağını bildirmişdir. 2021-ci il oktyabr ayının ortalarında «Pink House» restoranında təkrarən Sənan, o, Aydın və Camal görüşmüşlər. Söhbət əsnasında Camalın məhkəmə işi ilə əlaqədar Sənandan 3000 manat pul istədiyini bilmiş və Sənan həmin pulu orada da Camala vermişdir. Ondan bir müddət sonra «Pink House» restoranı ilə üzbəüz olan «Kübar» restoranında Sənan və Aydınla birlikdə olarkən Camal ora gəlmişdir. Camal yenə məhkəmə işi ilə əlaqədar 2000 manat pul istədiyindən Sənanın qardaşı Seyid həmin pulu gətirib Sənana vermiş, Sənan da Camala təqdim etmişdir. Sonradan Sənanla görüşərkən o, tez-tez Camalla telefonla danışdığını və Camalın işi həll edəcəyini bildirmişdir. Lakin sonradan isə Sənan bildirmişdir ki, Camal qohumu Mahmud Məmmədquliyevin vasitəsilə ilə işi həll edə bilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Camal dostu Elsevərin qohumu Xancanın vasitəsilə işi həll edəcəyini Sənana söz vermişdir. Həmçinin sonradan Sənan onlara demişdir ki, Camalla Elsevər onun tanışlarının həbsdən azad olunmaları üçün əlavə xərclər adı ilə ondan ümumilikdə 20000 manat pul almışlar. Bütün bunlara baxmayaraq X18 tanışlarını həbsdən azad etdirmədiklərindən və hər dəfəsində müxtəlif bəhanələr gətirdiklərindən Sənan da aldanılaraq pulunun ələ keçirildiyini başa düşüb hüquq-mühafizə orqanlarına şikayət etmişdir. O suallara cavab olaraq bildirmişdir ki, onun yanında 3000 manat və 2000 manat Camala verilmişdir. Camal və Sənan bir-birlərini çoxdan tanıyırdılar. Elsevər ilə Sənan söhbət etdikləri vaxt o, həyətdə olmuşdur. O, Sənana pulu Camala verməməsini bildirmişdir. 3000 manat pulu Sənan Camala vermiş və həmin vaxt Elsevərdə onların yanında olmuşdur. Sənandan kimin nə qədər pul aldığını bilmir. Məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır. (i.v. 1) xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus bank kartına 600 manat məbləğində ödəniş edilmişdir. (i.v. 7) xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus bank kartına 2000 manat məbləğində ödəniş edilmişdir. (i.v. 8) xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus bank kartına 3000 manat məbləğində ödəniş edilmişdir. (i.v. 9) xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus bank kartına 800 və 1500 manat məbləğində ödənişlər edilmişdir. (i.v. 10-11) xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus bank kartına 2000 manat məbləğində ödəniş edilmişdir. (i.v. 12) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir. (i.v. 19) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Əlişov X11 Əhmədova və Camal İsmayılovun həyat yoldaşına göndərdiyi pullara dair qəbzlərin surətlərini, mesaj mətnlərini və məhkəmə qərarını könüllü olaraq təqdim etmişdir. (i.v. 34) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənən kimi dayandırılmışdır. (i.v. 62) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Pink House” restoranında baş vermişdir. (i.v. 70-74) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnərək icraata qəbul olunmuş və istintaqı davam etdirilmişdir. (i.v. 88) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə həmin tarixə, saat 18.30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 105) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.v. 114- 115) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1378/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v 132-136) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və müvafiq hökmdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)- 304/2015 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 sınaq müddəti ilə şərti hesab edilmişdir. xx.xx.2017-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 137- 147) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş içərisində onunla Təqsirləndirilən şəxs və X10 arasında “Whatsapp” proqramı vasitəsilə göndərilən və qəbul edilən səsli mesajların və digər danışıqların səs yazısı olan bir ədəd “SP 8 GB” markalı USB yaddaş kartına baxış keçirilmiş və məlum olmuşdur ki, səs yazılarında Zərərçəkmiş şəxs Camala 55000 manat pul verdiyini, həmin pulun 33700 manatını Elsevərin iştirakı ilə verdiyini, lakin işi həll etmədikləri üçün pulu geri istədiyini, Camalın maşın sataraq ona 18000 manat qaytardığını bildirir. Təqsirləndirilən şəxs bir neçə səsli mesajda bildirir ki, Mahmud müəllim Camalın xahişindən imtina edib, lakin o, özü başqa bir “müəllim”lə görüşəcəyini və işin həlli üçün danışacağına söz verir, daha sonra Təqsirləndirilən şəxs Camal İsmayılovla birlikdə Zərərçəkmiş şəxs səsli mesaj göndərib bildirirlər ki, Xancan müəllim deyir ki, vəkil prosesə girməsin, əgər girməsə həmin şəxslərə iş oxumayacaqlar, əgər vəkil prosesə girsə onda bu iş daha onluq deyil. Camal İsmayılov digər səsli mesajda bildirir ki, 4 il iş versələr yaxşıdı, sonra da apellyasiyaya verib işi azaldarlar. (i.v. 160) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (i.v. 174-179) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş içərisində onunla Təqsirləndirilən şəxs və X10 arasında “vatsap” proqramı vasitəsilə göndərilən və qəbul edilən səsli mesajların və digər danışıqların səs yazısı olan bir ədəd “SP 8 GB” markalı USB yaddaş kartı, bundan başqa zərər çəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Camal İsmayılovun həyat yoldaşı X2 “Kapital bank”a aid kart hesabına 15 dekabr 2021-ci il tarixdə, saat 20:19-da Binəqədi rayonu, C.Xəndan küçəsi, Cudo peçkanın yanında olan terminaldan 100 manat və 16 dekabr 2021-ci il tarixdə, saat 18:28-də ünvan 1 ünvanında olan terminaldan 100 manat, Təqsirləndirilən şəxs “Kapital bank”a aid kart hesabına 22 dekabr 2021-ci il tarixdə, saat 14:50-də ünvan 2 ünvanında olan terminaldan 2000 manat, 23 dekabr 2021-ci il tarixdə, saat 20:56-da ünvan 3 ünvanında olan terminaldan 600 manat, X1 hesabına 26 dekabr 2021-ci il tarixdə, saat 15:41-də Yasamal rayonu, Mətbuat prospekti, Nəşriyyatın qarşısında olan terminaldan 100 manat, Təqsirləndirilən şəxs kart hesabına 08 yanvar 2022-ci il tarixdə, saat 00:02-də Binəqədi rayonu, ünvan 4 ünvanında olan terminaldan 2000 manat, 13 yanvar 2022-ci il tarixdə, saat 17:33-də Binəqədi rayonu, Binəqədi şossesi 308 C ünvanında olan terminaldan 3000 manat, 03 aprel 2022-ci il tarixdə Binəqədi rayonu, Ə.ünvan 6 ünvanında olan terminaldan saat 22:09-da 800 manat və saat 22:12-də 1500 manat, Təqsirləndirilən şəxs kart hesabına 10 iyun 2022-ci il tarixdə, saat 10:20-də ünvan 8 ünvanında olan terminaldan 2000 manat göndərilməsi barədə qəbzlərin surətləri cəmi 10 ədəd iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (i.v. 180-190) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərədə tutulmuş ittiham elan edilmişdir.(i.v. 193-194) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X6 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ayrı icraata ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. (i.v. 205-206) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-171/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2023cü il tarixədək uzadılmışdır. (i.v 231-235) Zərərçəkmiş şəxs 1304.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza veriməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-1176/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2ci maddələri ilə təqsirləndiirlməsinə dair cinayət işi üzrə sonuncunun barəsində məhkəmənin hazırlıq iclasında həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.1 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.12, 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CMnin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-nin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1378/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-171/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəmi xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən, saat 18:30-dan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş içərisində onunla Təqsirləndirilən şəxs və X10 arasında “vatsap” proqramı vasitəsilə göndərilən və qəbul edilən səsli mesajların və digər danışıqların səs yazısı olan bir ədəd “SP 8 GB” markalı USB yaddaş kartı, bundan başqa zərər çəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Camal İsmayılovun həyat yoldaşı X2 “Kapital bank”a aid kart hesabına 15 dekabr 2021-ci il tarixdə, saat 20:19-da Binəqədi rayonu, C.Xəndan küçəsi, Cudo peçkanın yanında olan terminaldan 100 manat və 16 dekabr 2021-ci il tarixdə, saat 18:28-də ünvan 1 ünvanında olan terminaldan 100 manat, Təqsirləndirilən şəxs “Kapital bank”a aid kart hesabına 22 dekabr 2021-ci il tarixdə, saat 14:50-də ünvan 2 ünvanında olan terminaldan 2000 manat, 23 dekabr 2021-ci il tarixdə, saat 20:56-da ünvan 3 ünvanında olan terminaldan 600 manat, X1 hesabına 26 dekabr 2021-ci il tarixdə, saat 15:41-də Yasamal rayonu, Mətbuat prospekti, Nəşriyyatın qarşısında olan terminaldan 100 manat, Təqsirləndirilən şəxs kart hesabına 08 yanvar 2022-ci il tarixdə, saat 00:02-də Binəqədi rayonu, ünvan 4 ünvanında olan terminaldan 2000 manat, 13 yanvar 2022-ci il tarixdə, saat 17:33-də Binəqədi rayonu, Binəqədi şossesi 308 C ünvanında olan terminaldan 3000 manat, 03 aprel 2022-ci il tarixdə Binəqədi rayonu, Ə.ünvan 6 ünvanında olan terminaldan saat 22:09-da 800 manat və saat 22:12-də 1500 manat, Təqsirləndirilən şəxs kart hesabına 10 iyun 2022-ci il tarixdə, saat 10:20-də ünvan 8 ünvanında olan terminaldan 2000 manat göndərilməsi barədə qəbzlərin surətləri cəmi 10 ədəd cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 45 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən, saat 18:30-dan hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş içərisində onunla Təqsirləndirilən şəxs və X10 arasında “vatsap” proqramı vasitəsilə göndərilən və qəbul edilən səsli mesajların və digər danışıqların səs yazısı olan bir ədəd “SP 8 GB” markalı USB yaddaş kartı, bundan başqa zərər çəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Camal İsmayılovun həyat yoldaşı X2 “Kapital bank”a aid kart hesabına 15 dekabr 2021-ci il tarixdə, saat 20:19-da Binəqədi rayonu, C.Xəndan küçəsi, Cudo peçkanın yanında olan terminaldan 100 manat və 16 dekabr 2021-ci il tarixdə, saat 18:28-də ünvan 1 ünvanında olan terminaldan 100 manat, Təqsirləndirilən şəxs “Kapital bank”a aid kart hesabına 22 dekabr 2021-ci il tarixdə, saat 14:50-də ünvan 2 ünvanında olan terminaldan 2000 manat, 23 dekabr 2021-ci il tarixdə, saat 20:56-da ünvan 3 ünvanında olan terminaldan 600 manat, X1 hesabına 26 dekabr 2021-ci il tarixdə, saat 15:41-də Yasamal rayonu, Mətbuat prospekti, Nəşriyyatın qarşısında olan terminaldan 100 manat, Təqsirləndirilən şəxs kart hesabına 08 yanvar 2022-ci il tarixdə, saat 00:02-də Binəqədi rayonu, ünvan 4 ünvanında olan terminaldan 2000 manat, 13 yanvar 2022-ci il tarixdə, saat 17:33-də Binəqədi rayonu, Binəqədi şossesi 308 C ünvanında olan terminaldan 3000 manat, 03 aprel 2022-ci il tarixdə Binəqədi rayonu, Ə.ünvan 6 ünvanında olan terminaldan saat 22:09-da 800 manat və saat 22:12-də 1500 manat, Təqsirləndirilən şəxs kart hesabına 10 iyun 2022-ci il tarixdə, saat 10:20-də ünvan 8 ünvanında olan terminaldan 2000 manat göndərilməsi barədə qəbzlərin surətləri cəmi 10 ədəd cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar