Məhkəmə qərarları › İş №1(001)-302/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-302/2020

04.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-302/2020 04.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçı və zərərçəkmiş şəxsin nümayəndələri Zərərçəkmiş şəxs, Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ucar şəhəri, Pambıq Zavod yaşayış evi ev 6-da pasport qeydiyyatında olan, Binəqədi Rayon Məhkəməsinin 1(001)-203/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 1(bir) il 3 (üç) ay, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanması yolu ilə qəti olaraq 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 05:15:56-dan 05:43:19-a qədər olan müddət ərzində ünvan 1 D saylı ünvanda yerləşən “xxxxxxxxx” marketin zirzəməsində yerləşən anbarına qapının zəncirini açma yolu ilə qanunsuz daxil olub anbardan 24 ədəd “Yaguar”, 48 ədəd “Bingo”, 24 ədəd “Bizon” enerji içkilərini, 12 ədəd “Baltika Kuller” 2L, 48 ədəd “Baltika” 0,5L pivələri, 1 kisə 50 kq şəkər tozunu, 4 ədəd “Restorex” şampunu, 2 ədəd “Elidor şampunu”, 76 ədəd “Pringles” 170 qr cips və 500 ədəd “Maccoffee” 20 qr qəhvə, 4 ədəd “Ariel” 5 kq yuyucu tozunu gizli olaraq talayıb zərərçəkmiş “xxxxxxxxx” MMC-yə 820,48 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 05:00:00-dan 06:23:28-ə qədər olan müddət ərzində ünvan 1 D saylı ünvanda yerləşən “xxxxxxxxx” marketin zirzəməsində yerləşən anbarına qapının zəncirini açma yolu ilə qanunsuz daxil olub anbardan 96 ədəd “Bizon”, 96 ədəd “Go” enerji içkilərini, 20 ədəd “Beliy volk” araq, 9 ədəd “Baltika Kuller” 2L, 9 ədəd “Xırdalan” 2L pivələri, 300 ədəd “Maccoffee” 20 qr qəhvə, 1 qutuda 240 ədəd “xxxxxxxxx” kapiçino, 57 ədəd “Pringles” 170 qr çips, 18 ədəd “Lays” çips, 4 ədəd “Ariel” 5 kq yuyucunu tozunu gizli olaraq talayıb zərərçəkmiş “xxxxxxxxx” MMC-yə 979,28 manat maddi ziyan vurmaqa oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 05:03:21-dən 05:33:05-ə qədər olan müddət ərzində ünvan 1 D saylı ünvanda yerləşən “xxxxxxxxx” marketin zirzəməsində yerləşən anbarına qapının zəncirini açma yolu ilə qanunsuz daxil olub anbardan 72 ədəd Bizon”, 48 ədəd “Go” enerji içkisi, 20 ədəd “Kuller” 0,5L pivə, 1000 ədəd “Maccoffeee” 20 qr qəhvə, 2 kisə 100 kq şəkər tozu, 30 ədəd “Selpak” salfet, 12 ədəd “Pampers”, 4 ədəd “Molfiks”, uşaq bezləri, 2 ədəd “Restorex” şampun, 3 ədəd “Ariel” 5 kq yuyucu tozunu gizli olaraq talayıb zərərçəkmiş “xxxxxxxxx” MMC-yə 1054 manat maddi ziyan vurmaqa oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 05:28:29-dan 06:07:26-a qədər olan müddtə ərzində ünvan 1 D saylı ünvanda yerləşən “xxxxxxxxx” marketin zirzəməsində yerləşən anbarına qapının zəncirini açma yolu ilə qanunsuz daxil olub anbardan 3 kisə 150 kq şəkər tozu, 6 ədəd “Banketnaya” araq, 120 ədəd Bizon” enerji içkisi, 4000 ədəd “Maccoffee” 20 qr qəhvə, 24 ədəd “Baltika” 0,5L pivə, 24 ədəd,”Snikers” 95qr, 30 ədəd “Selpak” salfet, 4 ədəd “Ariel” 5 kq yuyucu tozunu gizli olaraq talayıb zərərçəkmiş “xxxxxxxxx” MMC-yə 1451,68 manat maddi ziyan vurmaqa oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 05:26:16-dan 06:01:08-ə qədər olan müddət ərzində ünvan 1 D saylı ünvanda yerləşən “xxxxxxxxx” marketin zirzəməsində yerləşən anbarına qapının zəncirini açma yolu ilə qanunsuz daxil olub anbardan 2 kisə 100 kq şəkər tozu, 10 ədəd “Banketnaya” araq, 10 ədəd “Beliy volk” araq, 24 ədəd “Efes” pivə, 48 ədəd “Əfsanə” böyük pivə, 48 ədəd “Əfsanə” kiçik pivə, 20 ədəd “Heineken” pivə, 24 ədəd “Jaguar” 48 ədəd “Bizon” enerj içkilərini, 3000 ədəd “Maccoffee” 20 qr qəhvə, 120 ədəd “xxxxxxxxx” kapiçino, 4 ədəd “Pampers” uşaq bezi, 2 ədəd “Elidor” şampun, 2 ədəd “Ariel” 5 kq yuyucu tozunu gizli olaraq talayıb zərərçəkmiş “xxxxxxxxx” MMC-yə 1826,58 manat maddi ziyan vurmaqa oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat saat 05:11:35-dən 05:59:24-ə qədər olan müddət ərzində ünvan 1 D saylı ünvanda yerləşən “xxxxxxxxx” marketin zirzəməsində yerləşən anbarına qapının zəncirini açma yolu ilə qanunsuz daxil olub anbardan 72 ədəd Bizon”, 48 ədəd “Go” enerji içkilərini, 100 ədəd “Əfsanə” pivə, 20 ədəd “Heineken” 330ml pivə, 10 ədəd “Zim daroqa” 1L araq, 20 ədəd “Selpak” salfet, 19 ədəd “Pringles” 170 qr çipsini gizli olaraq talayıb zərərçəkmiş “xxxxxxxxx” MMC-yə 600,15 manat maddi ziyan vurmaqa oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 05:01:58-dən 05:51:17-ə qədər olan müddət ərzində ünvan 1 D saylı ünvanda yerləşən “xxxxxxxxx” marketin zirzəməsində yerləşən anbarına qapının zəncirini açma yolu ilə qanunsuz daxil olub anbardan ümumilikdə 854,08 manat dəyərində - 3 kisə 150 kq şəkər tozu, 72 ədəd “Bizon”, 24 ədəd “Full” enerji içkisi, 1 ədəd “Hages” 5 ədəd “Molfix” uşaq bezlərini, 800 ədəd” Maccoffee” 20 qr qəhvə, 24 ədəd “Kotex” bez, 40 ədəd “Lays” çipsi, 6 ədəd “Ariel” 5 kq yuyucu tozunu gizli olaraq talamağa cəhd edib anbarın qapısının qarşısına yığmış, lakin marketin işçiləri onu gördüyündən özündən aslı olmayan səbəblərdən cinayətini başa çatdıra bilməyərək marketi tərk edib getməklə oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2017-ci ildən 2020-ci ilin əvvəllərinə kimi “xxxxxxxxxxxxxx” MMC-də texniki işçi kimi işləmişdir. Bu müddətdə həm MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən “xxxxxxxxx” marketdə, həm də marketin yanındakı ofisdə işləmişdir. 2020-ci ilin əvvələrində işdən çıxdıqdan sonra maddi imkanı zəif olduğundan “xxxxxxxxx” marketin anbarından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə səhər saat 05 radələrində “xxxxxxxxx” marketin zirzəmisinin arxa tərəfdən olan dəmir qapısının zincirini açaraq anbara daxil olmuş və anbardan 24 ədəd “Yaguar”, 48 ədəd “Bingo”, 24 ədəd “Bizon” enerji içkilərini, 12 ədəd “Baltika Kuller” 2L, 48 ədəd “Baltika” 0,5L pivələri, 1 kisə 50 kq şəkər tozunu, 4 ədəd “Restorex” şampunu, 2 ədəd “Elidor şampunu”, 76 ədəd “Pringles” 170 qr cips və 500 ədəd “Maccoffee” 20 qr qəhvə, 4 ədəd “Ariel” 5 kq yuyucu tozunu oğurlamışdır.Həmin malları satıb pulunu xərcləyib qutardıqdan sonra yenə pula ehtiyacı olduqda anbara gedib oradan malları oğurlamağa qərar vermiş, bu məqsədlə təkrarən xx.xx.2020-ci il tarixdə səhər saat 05 radələrində “xxxxxxxxx” marketin zirzəmisinin arxa tərəfdən olan dəmir qapısının zincirini açaraq anbara daxil olmuş və anbardan 96 ədəd “Bizon”, 96 ədəd “Go” enerji içkisi, 20 ədəd “Beliy volk” araq, 9 ədəd “Baltika Kuller” 2L, 9 ədəd “Xırdalan” 2L pivələri, 300 ədəd “Maccoffee” 20 qr qəhvə, 1 qutuda 240 ədəd “xxxxxxxxx” kapiçino, 57 ədəd “Pringles” 170 qr çips, 4 ədəd “Ariel” 5 kq yuyucu toz oğurlamışdır. Həmin malları satıb pulunu xərcləyib qutardıqdan sonra yenə pula ehtiyacı olduqda anbara gedib oradan malları oğurlamağa qərar vermiş, bu məqsədlə təkrarən xx.xx.2020-ci il tarixdə səhər saat 05 radələrində “xxxxxxxxx” marketin zirzəmisinin arxa tərəfdən olan dəmir qapısının zincirini açaraq anbara daxil olmuş və anbardan 72 ədəd Bizon”, 48 ədəd “Go” enerji içkisi, 20 ədəd “Kuller” 0,5L pivə, 1000 ədəd “Maccoffee” 20 qr qəhvə, 2 kisə 100 kq şəkər tozu, 30 ədəd “Selpak” salfet, 12 ədəd “Pampers”, 4 ədəd “Molfiks”, uşaq bezləri, 2 ədəd “Restorex” şampun, 3 ədəd “Ariel” 5 kq yuyucu tozunu oğurlamışdır. Həmin malları satıb pulunu xərcləyib qutardıqdan sonra yenə pula ehtiyacı olduqda anbara gedib oradan malları oğurlamağa qərar vermiş, bu məqsədlə təkrarən xx.xx.2020-ci il tarixdə səhər saat 05 radələrində “xxxxxxxxx” marketin zirzəmisinin arxa tərəfdən olan dəmir qapısının zincirini açaraq anbara daxil olmuş və anbardan 3 kisə 150 kq şəkər tozu, 6 ədəd “Banketnaya” araq, 120 ədəd Bizon” enerji içkisi, 4000 ədəd “Maccoffee” 20 qr qəhvə, 24 ədəd “Baltika” 0,5L pivə, 24 ədəd,”Snikers” 95qr, 30 ədəd “Selpak” salfet, 4 ədəd “Ariel” 5 kq yuyucu toz oğurlamışdır. Həmin malları satıb pulunu xərcləyib qutardıqdan sonra yenə pula ehtiyacı olduqda anbara gedib oradan malları oğurlamağa qərar vermiş, bu məqsədlə təkrarən xx.xx.2020-ci il tarixdə səhər saat 05 radələrində “xxxxxxxxx” marketin zirzəmisinin arxa tərəfdən olan dəmir qapısının zincirini açaraq anbara daxil olmuş və anbardan 2 kisə 100 kq şəkər tozu, 10 ədəd “Banketnaya” araq, 10 ədəd “Beliy volk” araq, 24 ədəd “Efes” pivə, 48 ədəd “Əfsanə” böyük pivə, 48 ədəd “Əfsanə” kiçik pivə, 20 ədəd “Heineken” pivə, 24 ədəd “Jaguar” 48 ədəd “Bizon” enerj içkisi, 3000 ədəd “Maccoffee” 20 qr qəhvə, 120 “xxxxxxxxx” kapiçino, 4 ədəd “Pampers” uşaq bezi, 2 ədəd “Elidor” şampun, 2 ədəd “Ariel” 5 kq yuyucu toz oğurlamışdır. Həmin malları satıb pulunu xərcləyib qutardıqdan sonra yenə pula ehtiyacı olduqda anbara gedib oradan malları oğurlamağa qərar vermiş, bu məqsədlə təkrarən xx.xx.2020-ci il tarixdə səhər saat 05 radələrində “xxxxxxxxx” marketin zirzəmisinin arxa tərəfdən olan dəmir qapısının zincirini açaraq anbara daxil olmuş və anbardan 72 ədəd Bizon”, 48 ədəd “Go” enerji içkisi, 60 ədəd “Əfsanə” pivə, 20 ədəd “Heineken” 330ml pivə, 20 ədəd “Əfsanə” pivə, 10 ədəd “Zim daroqa” 1L araq, 20 ədəd “Əfsanə” pivə, 20 ədəd “Selpak” salfet, 19 ədəd “Pringles” 170 qr çips oğurlamışdır. Uşaq bezlərindən və şampunlardan başqa digər oğurladığı malları “Rent a car”-dan kirayə götürdüyü “Hyundai Elantra” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobillə 3-cü mkr dairəsi yaxınlığında yerləşən Şərab evinə aparıb satmışdır. Həmin malları satıb pulunu xərcləyib qutardıqdan sonra yenə pula ehtiyacı olduqda anbara gedib oradan malları oğurlamağa qərar vermiş, bu məqsədlə təkrarən xx.xx.2020-ci il tarixdə səhər saat 05 radələrində “xxxxxxxxx” marketin zirzəmisinin arxa tərəfdən olan dəmir qapısının zincirini açaraq anbara daxil olmuş və anbardan 3 kisə 150 kq, şəkər tozu, 72 ədəd “Bizon”, 24 ədəd “Full” enerji içkisi, 1 ədəd “Hages” 5 ədəd “Molfix” uşaq bezi, 800 ədəd” Maccoffee” 20 qr qəhvə, 24 ədəd “Kotex” bez, 40 ədəd “Lays” çipsi, 6 ədəd “Ariel” 5 kq yuyucu tozunu anbardan çıxarıb qapının qarşısına yığmış, ancaq işçilər onu gördüyündən həmin malları oğurlaya bilməyərək marketi tərk edib getmişdir. Anbardan malları oğurlayarkən ətrafdan onu kimsə görməmiş, tək olmuş, ona köməklik edən olmamışdır. Məhkəmə iclasında mülki iddiaçı və zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş “xxxxxxxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci ildən “xxxxxxxxx” MMC-də müdir müavini vəzifəsində çalışır. Marketin idarəçiliyini o, həyata keçirir. Marketin iş rejimi 2 növbəliliklə təşkil edilmişdir. Gündüz növbəsi saat 08-dən 23-ə kimi, gecə növbəsi saat 23-dən 08-ə kimi. Gecə növbəsində inzibatçı, nəzarətçi, satıcı və kassir olmaqla ümumilikdə 10 nəfər işləyir. O, əsasən demək olar ki, gündüzlər marketdə olur, bəzi hallarda gecələrdə işləyir. Bəzi vaxtlarda gecə evdə olarkən özü mobil telefonum vasitəsi ilə marketin kameralarını izləyir. Təqsirləndirilən şəxs MMC-də işlədiyi müddətdən tanımışdır. Kamil MMC-də texniki işçi olaraq çalışmışdır. xx xxxx 2020-ci il tarixdə səhər saat 05 radələrində evdə olarkən mobil telefonundan kameraları izləyərkən anbarda başında kepka papaq olan tanımadığı bir şəxsin hərəkət etdiyini görmüş, dərhal bu barədə inzibatçı Fəqana məlumat vermişdir. Təxminən 5-6 dəqiqə sonra Fəqan ona zəng edib anbardakı şəxsin Kamil olduğunu bildirmişdir. Təxminən 2-3 dəqiqə sonra Fəqan yenidən ona zəng edib anbarın arxa qapısının qarşısında mallar yığıldığını, Kamilin anbardan oğurluq etmək istədiyini demişdir. O, Fəqana Kamili saxlamalarını və polisə məlumat vermələrini, ora gəldiyini demişdir. O, marketə çatdıqda artıq Kamil işçilərin başının qarışıq olmasından istifadə edib çıxıb getmişdir. O, özüdə kameralara baxmış, Kamilin yeməkxanada su içdikdən sonra işçilərin başının qarışıqlığından istifadə edib anbardan marketə çıxan pilləkənlərdən çıxaraq marketin giriş qapısından çıxıb getdiyini görmüşdür. Fəqan hadisə barədə DİN-nin 102 xidmətinə müraciət etmiş və daha sonra Binəqədi RPİ-nin 7-ci polis bölməsinə ərizə vermişdir. Bu hadisədən sonra kameraların əvvəlki tarixlərdə olan görüntülərinə baxdıqda Kamilin bundan öncəki günlərdə də marketin anbarından xeyli miqdarda ərzaq, qida, içki və qeyri qida mallarını oğurladığını aşkar etmişlər. Təqsirləndirilən şəxs oğurluq əməllərindən sonra anbarda apardıqları ilkin sayım və yoxlama nəticəsində anbardan ümumilikdə xx xxxx 52406,84 manat dəyərində mal oğurlandığını hesablamışlar. Təqsirləndirilən şəxs anbardan oğurluq etdiyi günlərdə qeydə alınmış görüntülərə baxaraq müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs anbardan xx.xx.2020-ci il tarixdə - 24 ədəd “Yaguar”, 48 ədəd “Bingo”, 24 ədəd “Bizon” enerji içkilərini, 12 ədəd “Baltika Kuller” 2L, 48 ədəd “Baltika” 0,5L pivələri, 1 kisə 50 kq şəkər tozunu, 4 ədəd “Restorex” şampunu, 2 ədəd “Elidor şampunu”, 76 ədəd “Pringles” 170 qr cips və 500 ədəd “Maccoffee” 20 qr qəhvə, 4 ədəd “Ariel” 5 kq yuyucu toz , xx.xx.2020-ci il tarixdə - 96 ədəd “Bizon”, 96 ədəd “Go” enerji içkisi, 20 ədəd “Beliy volk” araq, 9 ədəd “Baltika Kuller” 2L, 9 ədəd “Xırdalan” 2L pivələri, 300 ədəd “Maccoffee” 20 qr qəhvə, 1 qutuda 240 ədəd “xxxxxxxxx” kapiçino, 57 ədəd “Pringles” 170 qr çips, 4 ədəd “Ariel” 5 kq yuyucu toz, xx.xx.2020-ci il tarixdə - 72 ədəd Bizon”, 48 ədəd “Go” enerji içkisi, 20 ədəd “Kuller” 0,5L pivə, 1000 ədəd “Maccoffee” 20 qr qəhvə, 2 kisə 100 kq şəkər tozu, 30 ədəd “Selpak” salfet, 12 ədəd “Pampers”, 4 ədəd “Molfiks”, uşaq bezləri, 2 ədəd “Restorex” şampun, 3 ədəd “Ariel” 5 kq yuyucu toz, xx.xx.2020-ci il tarixdə - 3 kisə 150 kq şəkər tozu, 6 ədəd “Banketnaya” araq, 120 ədəd Bizon” enerji içkisi, 4000 ədəd “Maccoffee” 20 qr qəhvə, 24 ədəd “Baltika” 0,5L pivə, 24 ədəd,”Snikers” 95qr, 30 ədəd “Selpak” salfet, 4 ədəd “Ariel” 5 kq yuyucu toz, xx.xx.2020-ci il tarixdə - 2 kisə 100 kq şəkər tozu, 10 ədəd “Banketnaya” araq, 10 ədəd “Beliy volk” araq, 24 ədəd “Efes” pivə, 48 ədəd “Əfsanə” böyük pivə, 48 ədəd “Əfsanə” kiçik pivə, 20 ədəd “Heineken” pivə, 24 ədəd “Jaguar” 48 ədəd “Bizon” enerj içkisi, 3000 ədəd “Maccoffee” 20 qr qəhvə, 120 “xxxxxxxxx” kapiçino, 4 ədəd “Pampers” uşaq bezi, 2 ədəd “Elidor” şampun, 2 ədəd “Ariel” 5 kq yuyucu toz, xx.xx.2020-ci il tarixdə - 72 ədəd Bizon”, 48 ədəd “Go” enerji içkisi, 60 ədəd “Əfsanə” pivə, 20 ədəd “Heineken” 330ml pivə, 20 ədəd “Əfsanə” pivə, 10 ədəd “Zim daroqa” 1L araq, 20 ədəd “Əfsanə” pivə, 20 ədəd “Selpak” salfet, 19 ədəd “Pringles” 170 qr çips oğurlamış, 19. 03.2020-ci il tarixdə anbardan 3 kisə 150 kq, şəkər tozu, 72 ədəd “Bizon”, 24 ədəd “Full” enerji içkisi, 1 ədəd “Hages” 5 ədəd “Molfix” uşaq bezi, 800 ədəd” Maccoffee” 20 qr qəhvə, 24 ədəd “Kotex” bez, 40 ədəd “Lays” çipsi, 6 ədəd “Ariel” 5 kq yuyucu toz oğurlayaraq arxa qapının qarşısına yığmış ancaq işçilər gəldiyindən malları apara bilməmişdir. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2015-ci ildən 2020-ci ilə qədər “xxxxxxxxx” marketdə gecə növbəsində, saat 23-dən 08dək olan müddətdə inzibatçı vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs marketdə işləyən müddətdə tanımışdır. Kamil orada texniki işçi kimi çalışmışdır. xx xxxx 2020-ci il tarixdə saat 23-də işə gəldikdə səhər növbəsində olan işçilər Kamilin marketin zirzəmisində yerləşən anbardan oğurluq etdiyini aşkar etdiklərini, ancaq Kamilin marketi tərk edib aradan çıxdığını, bu barədə polisə məlumat verdiklərini bildirmişlər. O, Kamilin işdən çıxarıldığını xeyli müddət əvvəldən bilmiş, ancaq işçilərin çoxu bundan xəbəri olmamışdır. Ona da maraqlı olduğundan kameralara baxmış və Kamilin anbardan müxtəlif ərzaq və qida məhsullarını oğurladığını görmüşdür. O, əvvəllər binanın arxa tərəfindən anbarın giriş qapısının olduğunu bilməmişdir. Onun işi marketin daxilində satıcıya, kassirə nəzarət etməkdən ibarət olmuş, zirzəmiyə cavabdeh olmamışdır. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2015-ci ildən “xxxxxxxxx” marketdə inzibatçı vəzifəsində işləmiş, 2017-ci ildə işdən çıxıb hərbi xidmətə getmiş, qayıtdıqdan sonra yenidən marketdə işləmişdir. Çox vaxt gecə növbəsində, saat 23-dən 08-dək olan müddətdə kamerala nəzarət edir. Təqsirləndirilən şəxs marketdə işləyən müddətdə tanımışdır. Kamil orada texniki işçi kimi çalışmışdır. xx xxxx 2020-ci il tarixdə səhər saat 06 radələrində işdə olarkən inzibatçı Fəqan ona yaxınlaşıb Zamiqin zəng etdiyni, telefonla kameralara baxdığını marketin zirzəmisində yerləşən anbarda kiminsə hərəkət etdiyini, ərzaq məhsulları daşıdığını gördüyünü dedyini bildirmişdir. Onlar ilkin olaraq kameralara baxmış ancaq anbarda kiminsə olduğunu görməmişlər, daha sonra o, Fəqan və fırınçı Azad birlikdə zirzəmiyə düşmüşlər. Anbarda Kamili görmüşlər, nə etdiyini soruşduqda Kamil kanalizasiyanı təmir etdiyini demiş və yeməkxanaya tərəf getmişdir. Fəqan zirzəmidə qalmış, Azad marketə, işin başına qayıtmış, o, isə Kamilin arxası ilə yeməkxanaya girmişdir. Yeməkxanada olarkən onun başının qarışdığından istifadə edib Kamil oradan çıxıb getmişdir. Fəqan ona zəng edib anbarın arxa hissəsində qapı olduğunu, həmin qapının açıq olduğunu və qarşısında malların yığıldığını demiş, həmin vaxt onlara məlum olmuşdur ki, Kamil malları oğurluq məqsədi ilə ora yığıb ancaq onları gördüyünə görə oğurlaya bilməmişdir. O, Kamilin hara getdiyini bilmək üçün kameralara baxmış və Kamilin yeməkxanadan çıxıb anbardan marketə çıxan pilləkanlardan qalxaraq marketin giriş qapısından çıxaraq qaçıb getdiyini görmüşdür. Daha sonra Fəqan 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Onlar kameralara baxdıqda Kamilin əvvəlki günlərdə də marketin anbarından malları yığıb oğurladığını görmüşlər. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 10 ildən artıq müddətdir ki, ünvan 1D saylı ünvanda yerləşən “X3” MTK-də mühafizəçi işləyir. İş rejimi olaraq gündəlik 24 saat xidmət aparır, binaların girişində mühafizəçi üçün nəzərdə tutulmuş otaqda və qazanxanada olur. Təqsirləndirilən şəxs təxminən 3-4 il müddətdir ki, tanıyır. Kamil onların binasının 1-ci mərtəbəsində yerləşən “xxxxxxxxx” marketdə fəhlə işləmişdir. 2020-ci ilin mart ayının sonlarında səhər işə gəldikdə “xxxxxxxxx” marketin işçilərinin binanın həyətində toplaşdığını görmüş, nə baş verdiyini soruşduqda onlar Kamilin marketdən oğurluq edib malları bina tərəf zirzəmidən çıxardığını demişlər. Ona onların binaları tərəfdən olan kameralara baxmaq istədiklərini bildirmişlər, ancaq avadanlıqlar xarab olduğundan həmin müddətdə kameralar işləmədiyini onlara söyləmişdir. Təqsirləndirilən şəxs marketdən oğurluq etdiyini o, görməmişdir. Belə ki, adəti üzrə səhərə yaxın o, binaların bloklarına girib təmizliyə, işıqların yanıb yanmadığına baxdığına görə ola bilər ki, Kamil malları həmin vaxt oğurladığından o, Kamili görməmişdir. O, Kamili marketin işçisi kimi tanımış, hətta 2019-cu ilin sonlarında o Kamilin digər ustalarla birlikdə zirzəminin qapısını təmir edərkən də görmüşdür. Onun həmin qapının marketin anbarına açılmasından məlumatı olmamışdır. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 7 aydır ki, Nəsimi rayonu, A.Mustafayev küçəsi 3 saylı ünvanda yerləşən “Şərab” marketdə işləyir. Həmin market Əli Ağayevə məxsusdur. O, marketdə malların qəbulu işinə baxır. Son iki aydır ki, atası Bəkir də həmin mareketdə gündüz növbəsində satıcı işləyir. Təqsirləndirilən şəxs təxminən 15-20 gündür ki, tanıyır. Kamil marketdən alışveriş edirmiş, təxminən 15 gün əvvəl Kamillə söhbət zamanı ona onda ərzaq malları olduğunu ona sata biləcəyini demişdir. O, Kamildən harada işlədiyini soruşmuş, Kamil topdan satışda işlədiyini, ona ucuz qiymətə mal gətirəcəyini demişdir. O, bu barədə müdir Əliyə məlumat vermiş, Əli özü Kamillə danışıb, ona Kamildən mal götürməsini söyləmişdir. Bundan sonra Kamil marketə bir neçə dəfə 5 ya da 6 dəfə mal gətirmişdir. Gətirdiyi malların konkret sayı yadında deyil, ancaq Kamil marketə 2 kisə şəkər tozu, 7-8 paket “Bizon” enerij içkisi, 1 qutunun yarısı qədər “Full” enerji içkisi 1 qutu “Prengles” çipsi, 5-6 bağlama “Maccoffee”, 3 bağlama “Tribiko” qəhvələri, təxminən 150 manat dəyərində 12- 13 ədəd müxtəlif markalı araqlar, 3 paket pivə, 3 paket salfetka, 1 qutu “Lipton” soyuq çay və 3 ədəd “Ariel” yuyucu toz gətirimişdir. Ümumilikdə Kamildən təxminən 1200 manat dəyərində mal almışdır. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid7 Sürəddin oğlu ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin mart ayının əvvəllərindən Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində, 3-cü mkr dairəsi yaxınlığında yerləşən “Şərab” marketdə satıcı işləyir. Market 24 saat işləyir, o, gecə növbəsində axşam saat 21-dən səhər saat 09a kimi işləyir. Şahid6 marketdə malların bazaya vurulması işinə baxır. 2020-ci ilin mart ayının ortalarında səhər saatlarında bir nəfər adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs “Hyundai Elantra” markalı avtomibillə marketə gələ bilmədiyi malları gətirib marketə yığmış və ona müdriyyətin xəbəri olduğunu demişdir. Səhər Süleyman işə gəldikdə ona bu barədə məlumat vermişdir. Bundan sonra Kamil yenə səhər saatlarında marketə “Hyundai Elantra” markalı avtomibillə marketə gəlib bilmədiyi malları gətirib marketə yığmışdır. O, da malları kompyuterdə bazaya vurması üçün Süleymana təhvil vermişdir. Kamilin marketə verdiyi malların oğurluq olmasından məlumatı olmamış, Kamil onlara mallarıın firmaya məxsus olduğunu, böyük maşınlarla mal payladığını demişdir. Sonradan polis əməkdaşları marketə gəldikdə o, Kamilin marketə verdiyi malların oğurluq olduğunu bilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, “xxxxxxxxx” MMC ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması, “xxxxxxxxx” MMC-nin istintaq orqanına təqdim edilmiş etibarnamə üzrə nümayəndəsi X1 təqdim edilməklə hüquq və vəzifələrinin elan olunması qərara alınmışdır. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Üadigar oğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2020ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə “xxxxxxxxx” marketin anbarında oğurlamağa cəhd etdiyi 03 kisə şəkər tozu, 03 qutu “Bizon” enerji içkisi, 01 qutu “Full” enerji içkisi, 01 bağlama “Hages”, 05 bağlama “Molfix” uşaq bezi, 08 bağlama qəhvə, 03 qutu qadın bezi, 02 qutu “Lays” çipsi, 06 ədəd “Ariel” yuyucu tozunun iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi hesab edilməsi və qeyd edilən malların zərərçəkmiş “xxxxxxxxx” MMC-də saxlanılması qərara alınmışdır. İş materiallarında olan “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2020ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Şahid6 istintaqa təqdim etdiyi 02 qutu “Bizon” enerji içkisi, 02 qutu “Baltika” şüşə pivə, 01 qutu “Xırdalan” pivə, 02 bağlama “Selpak” salfet, 12 ədəd “Pringles” çips, 03 ədəd “Ariel” yuyucu toz, 03 sellofan bağlamada “Maccoffeee” qəhvə, 01 sellofan bağlama “xxxxxxxxx” kopiçino iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və qeyd edilən malların saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 011-3467-1220 №-li xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Binəqədi RPİ-nin xx.xx.2020-ci il tarixli, 059-14004-1220 №-li məktubu vasitəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi 1-d “Safa Store” marketin saxlanc yerində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2020-ci il tarixdə KTİ-yə daxil olmuş, həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-nin məlumat bankına Binəqədi RPİ-dən daxil olmuş, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2020ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin maddi sübut hesab edilməsi və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2020ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə videogörüntülərin köçürüldüyü 03 ədəd DVD diskin maddi sübut hesab hesab edilməsi və saxlanıması üçün cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2020ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə ideogörüntülərin köçürüldüyü 02 ədəd DVD diskin maddi sübut hesab hesab edilməsi və saxlanıması üçün cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2020ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə ideogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskin maddi sübut hesab hesab edilməsi və saxlanıması üçün cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan “Həbs edilmiş şəxsin istintaq təcridxanasından X2 keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs 04(dörd) gün müddətə Binəqədi RPİ-nin X2 keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 29, 177.2.2, 29, 177.2.3-cü maddələrinə tövsif olunması, Təqsirləndirilən şəxs həmin maddələrdə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona həmin maddələrdə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilməsi və aparılmış istintaqla əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.3.2, 179 və 180-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində həmin maddələrlə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə olan sənədlərin saxlanılması üçün Binəqədi rayon prokurorluğuna göndərilməsi və s. qərara alınmışdır. İş materiallarında olan “Yenidən təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməsi və qərarın ona elan olunmaqla surətinin təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-517/2020 №-li xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin 20(iyirmi) gün müddətinə, yəni xx xxxx 2020-ci il tarixədək uzadılması barədə təqdimatının təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-302/2020 №-li, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə hazırlıq iclası keçirilənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsin əsasən 1 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İş materiallarıda olan mülki iddiaçı-zərərçəkmiş “xxxxxxxxx” MMC məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs 6732,17 (altı min yedi yüz otuz iki manat on yeddi qəpik) manat pulun tutularaq “xxxxxxxxx” MMC-yə ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.2, 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu zərərçəkmiş şəxsin, eləcə də şahidlərin verdiyi ifadələrlə, ekspertiza rəyi və cinayət işinin bütün materialları ilə tam sübuta yetirililmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin şərh edilməsi haqqında xx xxxx 2013-cü il tarixli Qərarında olan hüquqi mövqeyindən məlum olur ki, şəxsiyyətin, cəmiyyətin və dövlətin müdafiəsinə, habelə cinayətlərin qarşısının alınmasına yönəlmiş cinayət-hüquq institutları ümumi (publik) hüquq münasibətlərinin sözügedən sahəsində şəxsin konstitusiya təminatlarına sözsüz riayət edilməklə, ədalət və cinayət məsuliyyətinin cinayət qanunvericiliyi ilə müdafiə olunan dəyərlərə mütənasibliyi prinsiplərinə əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşimançılın hisləri keçirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.2, 29, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini 2020-ci ilin mart ayında yəni, məhkum olunduğu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(001)-203/2020 saylı hökm qəbul olunduğu tarixdən əvvəl törətdiyindən ona cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi ilə, yəni cinayətlərin məcmusuna əsəsən təyin edilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə hesab edir ki, hazırki məqamda mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 6732,17 (altı min yedi yüz otuz iki manat on yeddi qəpik) manat pulun tutularaq “xxxxxxxxx” MMC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisində çəkməlidir. İş üzrə Binəqədi rayon Pİ-nin növbətçi hissəsinə təhvil verilmiş maddi sübut olan 3 kisə şəkər tozu, 3 qutu “Bizon” enerli içkisi, 1 qutu “Full” enerji içkisi, 1 bağlama “Hages “, 5 bağlama “Molfix” uşaq bezi, 8 bağlama qəhvə, 3 qutu qadın bezi, 2 qutu “Lays” çipsi, 6 ədəd “Ariel” yuyucu tozu zərərçəkmiş “xxxxxxxxx” MMC-də saxlanılması, 2 qutu “bizon” enerji içkisi, 2 qutu “Baltika” şüşə pivə, 1 qutu “Xırdalan” pivə, 2 bağlama “Selpak” salfet, 12 ədəd “Pringles” çips, 3 ədəd “Ariel” yuyucu toz, 3 sellofan bağlamada “Maccofe” qəhvə, 1 sellofan bağlama “xxxxxxxxx” kopiçino Səfastor MMC təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-357, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(001)-203/2020 saylı hökmuü ilə ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi şəkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm ilə ona təyin edilmiş cəzaya qismən toplanaraq üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını “ümumi” rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Mülki iddia tam həcmdə təmin edilsin, Təqsirləndirilən şəxs 6732,17 (altı min yedi yüz otuz iki manat on yeddi qəpik) manat pulun tutularaq “xxxxxxxxx” MMC-yə ödənilsin. İş üzrə Binəqədi rayon Pİ-nin növbətçi hissəsinə təhvil verilmiş maddi sübut olan 3 kisə şəkər tozu, 3 qutu “Bizon” enerli içkisi, 1 qutu “Full” enerji içkisi, 1 bağlama “Hages “, 5 bağlama “Molfix” uşaq bezi, 8 bağlama qəhvə, 3 qutu qadın bezi, 2 qutu “Lays” çipsi, 6 ədəd “Ariel” yuyucu tozu zərərçəkmiş “xxxxxxxxx” MMC-də saxlanılması, 2 qutu “bizon” enerji içkisi, 2 qutu “Baltika” şüşə pivə, 1 qutu “Xırdalan” pivə, 2 bağlama “Selpak” salfet, 12 ədəd “Pringles” çips, 3 ədəd “Ariel” yuyucu toz, 3 sellofan bağlamada “Maccofe” qəhvə, 1 sellofan bağlama “xxxxxxxxx” kopiçino Səfastor MMC təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış əl barmaq izlər, 07 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işi materialında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar