Məhkəmə qərarları › İş №1(001)-302/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-302/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-302/2025 30.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Soltanlı ərazi dairəsi, Keçəl Məmmədli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işi üzrə istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bilavasitə tanıdığı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOC'AR) işə qəbul olunmasında köməklik göstərilməsi barədə özünə müraciətindən sonra özünün də həmin qurumda məsul vəzifədə işləməklə yüksək vəzilədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd verərək, həmin məsələnin müsbət həlli üçün 7 iyul 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən «Göyəzən» adlanan restoranın qarşısında 3.500 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 3.500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, boş vaxtlarında sosial şəbəkədə tanışlıq saytına daxil olur. 2024-cü ilin iyun ayının əvvəlində sosial şəbəkədə olan “Azar” tanışlıq saytında Nazilə adlı qadınla tanış olmuş və onunla üzbəüz görüşməsə də whatsapp və sosial şəbəkə vasitəsi ilə danışmış və aralarında dostluq münasibəti yaranmışdır. Nazilə ona bildirmişdir ki, o, da ailəli olub və boşandıqdan sonra qardaşı Vüqar ilə birlikdə yaşayır və xəstəxanaların birində kiçik tibb bacısı işləyir. Nazilə ilə müəyyən müddət sosial şəbəkə vasitəsi ilə danışdıqdan sonra onunla birlikdə qərara gəlmişlər ki, aralarında sevgi münasibəti olmasına baxmayaraq ailə qurmasınlar, çünki, Nazilə ona 22-23 yaşlarında övladlarının olduğunu bildirmişdir. Nazilə ilə aralarında olan danışıqlar zamanı sonuncuya özünə iş qurub pul qazanmaq istədiyini, lakin əslində onun iş qurmaq məqsədi olmamış, sadəcə olaraq borcları olduğu üçün fikirləşmişdir ki, Nazilədən bu yolla pul alsın və borclarını qaytarsın. Nazilə də ona aralarında olan sevgi münasibətinə görə ona köməklik etməyə hazır olduğunu bildirmişdir. O, da bunu bildiyi üçün Naziləyə bu barədə demişdir. Çünki, Nazilə onu sevmiş və inanmışdır. Bundan sonra Nazilə ona 3.500 manat məbləğində pulunun olduğunu və həmin pulu ona verə biləcəyini, lakin həmin puldan qardaşının da məlumatı olduğunu, pulu özü verdiyi halda qardaşı bunu biləcəyini demişdir. Onlar birlikdə pulu ona qardaşının yəni Vüqarın verməsi və onun da mənlumatının olması üçün qərara gəlmişlər ki, özünü Nazilənin qardaşı Vüqara “SOCAR”ın işçisi kimi təqdim edərək onu buna inandırsın və Vüqarı “SOCAR”-a işə düəldəcəyinə dair yalan vəd verərək ondan 3.500 manat pulu alsın. Nazilə ona bildirmişdir ki, qardaşı Vüqar işsizdir və o, da özünə iş axtarır. Bununla da 2024-cü ilin iyun ayının sonunda Vüqar ona zəng edib Nazilənin qardaşı olmasını bildirmişdir. Nazilə də onu Vüqara onun iş yoldaşının xalası oğlu kimi təqdim etmişdir. Həmin vaxt Vüqar ilə danışıb və Vüqar işə düzəlməyi ilə bağlı maraqlanmış ona bildirmişdir ki, o, “SOCAR”-da mühəndis vəzifəsində işləyir və onu işə qəbul olunmasında köməklik edə bilər və bunun üçün ondan 3.500 manat pul istəmişdir. Vüqar həmin danışıq zamanı bildirmişdir ki, pul bacısı Nazilədədir və Nazilə pulu ona verən zaman o, da həmin pulu gətirib verəcəkdir. O, Vüqara Bakı şəhərində yaşadığını bildirmişdir. Bununla da Vüqar ona “SOCAR”-da işləməyinə və onu işə qəbul edilməsində köməklik edəcəyinə inanmışdır. xx.xx.2024-cü il tarixdə o, Vüqardan pulu ala bilmək üçün Bakı şəhərinə gəlmiş və Vüqara zəng edib pulu gətirməsini istəmişdir və onu inandırmaq üçün pulu gətirən zaman şəxsiyyət vəsiqəsinin surətini və yaşayış yerindən arayış da gətirməsini istəmişdir. Həmin gün yəni xx.xx.2024-cü il tarixdə o, Vüqar ilə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən “Göyəzən” kafesində ilk dəfə görüşmüş və Vüqar ona əlbəəl olaraq 3.500 manat pul, şəxsiyyət vəsiqəsinin surətini və yaşayış yerindən arayışı təqdim etmişdir. O,Vüqarı inandırmışdır ki, 1 ay müddətinə işə qəbul olunacaq və SOCAR-da fəhlə kimi işləyəcək. Bundan sonra o, pulu götürüb Kürdəmir rayonuna getmiş və həmin 3.500 manat pulu borclarına və şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan sonra o, Nazilə ilə danışan zaman ona bildirmişdir ki, Vüqar iş barəsində soruşan zaman ona nə deyəcək. Nazilə də bildirmişdir ki, o, özü qardaşı ilə danışacaq və bu məsələni özü həll edəcəkdir. Bundan təxminən 15-20 gün sonra o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini ləğv etmiş və həmin vaxt mobil nömrəsinin yaddaşında olan əlaqə nömrələri silindiyi üçün Vüqar ilə və Nazilə ilə danışa bilməmişdir. 2024-cü ilin avqust ayının əvvəlində Vüqar onun yaşadığı Kürdəmir rayonuna ünvanına gəlmiş və onu nə üçün aldadaraq işə düzəltmək adı ilə 3.500 manat pulunu almağını bildirdib pulunu tələb etmişdir. O, ona həqiqətləri deyib və Nazilə ilə sosial şəbəkə vasitəsi ilə tanış olduğunu bildirib pulunun olmadığını və pulu olan zaman ona geri qaytaracağını bildirmişdir. Vüqar ona bildirmişdir ki, onun barəsində DİN-nin 102 xidmətinə zəng edib şikayət etmişdir. Lakin heç bir yerdə işləmədiyi üçün Vüqarın pulunu ona geri qaytara bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs əlavə olaraq hazırda törətdiyi əməldən peşman olmaqla, Zərərçəkmiş şəxs ilə barışdığını və ona dəymiş ziyan tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək qeyd edilən halların nəzərə alınaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “Hundai-İ30” markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobili kredit yolu ilə alıb fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Bacısı Şahid boşandıqdan sonra iki övladı ilə birlikdə onunla yaşadığı ünvanda birlikdə yaşayır və tibb müəssisəsində kiçik tibb bacısı işləyir. O, taksi fəaliyyəti ilə məşğul olan zaman qazancının az olması səbəbindən özünə iş axtarıb və bunu onun bacısı Nazilə də bilmişdir. 2024-cü ilin iyun ayının ortalarında bacısı Nazilə ona bildirmişdir ki, onun iş yoldaşının qardaşı var və həmin şəxs “SOCAR”-da anbar rəisi işləyir və onu “SOCAR”-da anbar rəsinin yəni özünün köməkçisi kimi işə qəbul olunmağında köməklik göstərə bilər və bunun üçün 3.500 manat ona pul verməlidir ki, işə qəbul ola bilsin. Bundan sonra Nazilə həmin şəxsin adının Yaşar olduğunu və əlaqə nömrəsinin ***-***-**-** olmasını bildirmişdir ki, o, özü onunla əlaqə saxlasın. O, da həmin gün istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Yaşarın istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə əlaqə saxlayıb və özünü təqdim edərək Nazilənin qardaşı olduğunu və işə düzəlmək istədiyini ona bildirmişdir. Yaşar da ona özünü təqdim edib “SOCAR”-da anbar rəsi işləməsini, 10 il orada işləməsini, yaxşı işçi olduğuna görə rəhbər şəxslə münasinətinin yaxşı olmasını, bir neçə nəfər də şəxsin işə qəbul olunmasında onun köməyinin olmasını və onun da işə qəbul olmağında köməklik gösətər biləcəyini deyib, bunun üçün 7.000 manat pul lazım olmasını, lakin onu 3.500 manat pulun müqabilində işə düzəldəcəyini bildirmişdir. Danışıq əsnasında ondan işin hansı müddətə düzələcəyini soruşduqda, Yaşar demişdir ki, şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayış və hərbi biletinin surətini, 3.500 manat pul ilə birlikdə ona verdikdən sonra 1 ay müddətinə işə qəbul olacaq. Yaşar bildirmişdir ki, o, özü onunla əlaqə saxlayıb pulu və sənədləri ona harada və nə zaman verəcəyi barədə məlumat verəcəkdir. O, da onunla razılaşmışdır. Bundan sonra Yaşar bir neçə dəfə ona zəng edib və pulu ona gətirməyini istəmişdir. O, da işləri olduğu üçün həmin müddətdə onunla görüşə bilməmişdir. xx.xx.2024-cü il tarixdə Yaşar yenidən ona zəng edib və Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən “Göyəzən” kafesində olmasını bildirib ora gəlməyini istəmişdir. O, da 3.500 manat pulu və Yaşarın bildirdiyi sənədləri götürüb həmin ünvana getmişdir. Orada Yaşar ilə görüşüb və onun idarə etdiyi avtomobildə əyləşib, 3.500 manat pulu və sənədləri ona əlbəəl təqdim etmişdir. Həmin vaxt orada Yaşar və o, olmuşdur. Orada Yaşar iş haqqında yenidən məlumat verib və bildirib ki, 1 ay müddətinə onu işə çağıracaqlar və işə balşayacaqdır. Bundan sonra onunla sağollaşıb oradan çıxıb getmişdir. Bir müddət Yaşar ilə əlaqə saxlayıb işin gedişatı barədə maraqlanmış, Yaşar da artıq işi barədə sənədlərini təqdim etdiyini və qısa müddətə işə qəbul olacağını bildirmişdir. O, da Yaşara inanaraq onu gözləyib. Lakin xx.xx.2024-cü il tarixdən etibarən Yaşarın istifadəsində olan 070-437-3437 saylı mobil nömrəyə nə qədər zəng etsə də həmin nömrəyə zəng çatmamışdır. Bundan sonra o, Yaşarı axtarmağa başlamış və öyrənmişdir ki, o, Kürdəmir rayonunda yaşayır. O, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonuna gedib orada yerləşən Qaçqın və məcburi köçkünlər üçün tikilimiş binada yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Yaşar ilə orada görüşüb nə üçün onu aldatmasını ondan soruşan zaman o, tanımadığını və işə düzəltmək adı ilə pul almadığını bildirmişdir. Bu zaman o, Yaşarın Nazilənin iş yoldaşının qardaşı olmasını bildiyi üçün ona demişdir ki, bacısını tapıb pulunu ondan alacaq. Həmin vaxt Yaşar ona bildirmişdir ki, o, Nazilənin iş yoldaşının qardaşı deyil və Nazilə ilə sosial şəbəkədə tanış olubdur. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Daha sonra Bakı şəhərinə geri qayıdan zaman bacısı Nazilədən nə üçün Yaşarı ona iş yoldaşının qardaşı olaraq təqdim etməsini soruşduqda o, ona bildirmişdir ki, Yaşar ilə sosial şəbəkədə tanış olublar lakin utandığı və qardaşı olduğu üçün Yaşarı iş yoldaşının qardaşı olaraq təqdim edibdir. Əlavə olaraq da bildirmişdir ki, Yaşar özünü ona “SOCAR”-da anbar rəisi olaraq təqdim edib və onun özünə iş axtradığını bildiyi üçün o. Yaşara onu işə düzəldə bilib bilməyəcəyini soruşduqda Yaşar ona onu işə düzəldə biləcəyini bildirib və bunun müqabilində 7.000 manat pul lazım olduğunu lakin Naziləyə görə ondan 3.500 manat pul alacağını bildirmişdir. Həmin müddətdən sonra o, Yaşar ilə əlaqə saxlamamışdır və onun ünvanına getməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə də təqdim edərək hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və tədqiq edilmiş hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 2 ünvanında yerləşən «Göyəzən» adlanan restoranın qarşısında baş vermişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş 3500 manat məbləğində maddi ziyandan 500 (beş yüz) manat pulu Zərərçəkmiş şəxs təqdim edilməsi üçün təhvil vermiş və Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı İlkin İsmayılov tərəfindən Zərərçəkmiş şəxs təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, onlar barışmış, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar