Məhkəmə qərarları › İş №1(001)-303/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-303/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-303/2020 15.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinə məhkəmədə baxılarkən Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs Valeryeviçin hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Valeryeviçin xx.xx.2020-ci il tarixdə saat 11 radələrində tanışı Dövlətov Dövlət Vəkilağa oğlu ilə hər biri 150 manat pul qoymaqla ümumilikdə 300 manat pulu elektron ödəmə vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının hesabına köçürdükdən sonra Binəqədi rayonu, DSK yolu ərazisində daşın altından satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd sellofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,970 qram və 9,752 qram olmaqla ümumilikdə təmiz çəkisi 19,522 qram təşkil edən narkotik vasitə olan heroini əldə edərək, üzərində saxlamaqla daşıyarkən, xx xxxx 2020-ci il tarixdə saat 19:40 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsinin giriş hissəsində saxlanılaraq Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən 02 ədəd sellofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,770 qram və 9,752 qram olmaqla, ümumilikdə təmiz çəkisi 19,522 qram qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində Təqsirləndirilən şəxs Valeryeviç Bakı şəhəri Binəqədi rayonu, Hökməli qəsəbəsi ərazisində saxlanılaraq Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə baxış keçirilərkən əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən 02 ədəd sellofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,770 qram və 9,752 qram olmaqla ümumilikdə təmiz çəkisi 19,522 qram qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Valeryeviçdən aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə olub-olmamasını müəyyən etmək üçün məhkəməkimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/46 saylı nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “(imza) Təqsirləndirilən şəxs Valeryeviç...” sözləri olan bir ədəd zərfdəki iki ədəd kiçik ölçülü polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,770 qram, 9,752 qram, ümumi təmiz çəkisi 19,522 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və hər iki paketdəki maddələr komponent tərkiblərinə görə eynidirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1432 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Valeryeviçdə tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə etməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs Valeryeviç ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Gilan Holdinqdə sürücü işləyir. Bundan əlavə santexnik kimi də işləyərək ailəsini dolandırır. Təxminən 9 aydır ki, narkotik vasitələrdən istifadə edir. O, narkotik vasitə olan marixuananı çəkir və narkotik vasitə olan heroini isə iynə vasitəsi ilə damara vurur. X1 onun tanışıdır və o da narkotik vasitə istifadəçisidir. Əvvəllər birlikdə “Pepsi- Cola” şirkətində iş yoldaşı olmuşlar. Ağəli avtomobil yuyucusu, o isə sürücü işləmişdir. Təxminən 3 ay qabaq Bakı şəhəri, Binəqədi rayonu DSK yolu deyilən ərazidə yaşayan “Dövlət” adlı şəxsin evində sanitexnik kimi işləmiş, işin az bir hissəsi qalmış, buna görə də xx.xx.2020-ci il tarixdə saat 08 radələrində Dövlətin evində yarımçıq qalmış işlərini tamamlamaq üçün onun yaşadığı evə getmiş və həmin günün saat 10 radələrinə kimi evdə olan yarımçıq işləri görüb qutarmışdır. Dövlətlə aralarında olan razılaşmaya görə Dövlət yarımçıq qalmış işləri tamamlamağına görə ona 30-40 manat pul verməli imiş. Dövlət də onun kimi narkotik vasitələrdən istifadə edir və Dövlət onun da narkotik vasitələrdən istifadə etdiyini bilirdi. İşlərini yekunlaşdırdıqdan sonra Dövlət onun yanında İranlı tanışına “Whatsap” proqramında zəng vurmuş və iranlı şəxsdən heroin istəmişdir. Həmin şəxs də Dövlətə bildirmişdir ki, onun verəcəyi bank hesabına 300 manat pul köçürtsün, bundan sonra narkotik vasitə olan heroini onun dediyi yerdən götürsün. Buna görə də Dövlətlə o, birlikdə DSK yolunda yerləşən “Grant” marketə getmiş və marketin içərisində olan “Milli Ön” aparatından həmin İranlı şəxsin Dövlətə verdiyi bank hesabına 300 manat pul ödəmişlər. Həmin 300 manat pulun 150 manatını o, 150 manatını isə Dövlət qoymuşdur. Bundan sonra Dövlət yenidən “Whatsap” proqramı vasitəsi ilə İranlı şəxslə əlaqə saxlamış və həmin şəxs telefonda heroini qoyduğu yeri onlara deyərək həmin yerin fotoşəkilini onlara göndərmişdir. Bundan sonra Dövlətlə birlikdə onun Honda markalı avtomobili ilə DSK yolundan Baş Dövlət X3 istiqamətinə gedən yolun kənarında İranlı şəxsin onlara fotoşəkilini göndərdiyi yerə gəlmiş və həmin yerdə bir daşın altından təxminən 20 qram çəkidə olan iki ədəd şəffaf sellofan bükümdə olan heroini aşkar edərək götürmüşlər. Həmin vaxt Dövlət ona payına düşən heroin də onda qalmasını, sonra gəlib ondan götürəcəyini və bir yerdə istifadə edəkcəklərini bildirmişdir. Heroini götürdükdən sonra onlar ayrılmışlar. Dövlətin avtomobili isə onda qalmışdır. Həmin günü saat 18 radələrində tanışı Ağəli Əsgərovla zəngləşərək onunla birlikdə narkotik vasitə qəbul etmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Pepsi Cola” şirkətinin yanında görüşmüşlər. Ağəli ilə zəngləşərkən o, özündə psixotrop maddə olan metamfetamin və metodon olduğunu bildirsə də Ağəliyə heroindən istifadənin daha çox həzz verdiyini və özündə olan heroindən istifadə etməklərini bildirmişdir. Həmin vaxt Ağəliyə özündə olan heroindən damarlarına vurmaq üçün Hökməli Qəsəbəsində yaşayan tanışı Anarın evinə getməyi təklif etmişdir. Ağəli də onunla razılaşmış və onlar birlikdə idarə etdiyi tanışı Dövlətə məxsus “Honda” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Anarın yaşadığı Hökməli qəsəbəsində yerləşən evinə getmişlər. Orada üzərində olan heroinin bir qədərini Ağəli, Anar və özü damarına vurmuşar. Həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə təxminən saat 19:30 radələrində Ağəli ilə birlikdə Anarın evindən küçəyə çıxaraq oradan uzaqlaşmaq istədikdə yolun kənarında dayanmış mülki geyimli 3 nəfər şəxs onlara yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onlardan özlərini təqdim etməklərini xahiş etmişlər. Ağəli ilə birlikdə özlərini polislərə təqdim etdikdən sonra, polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduqlarını bildirib üzərilərinə baxış keçirilməsi üçün onlarla birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə getməyi təklif etmişlər. Onlar polis əməkdaşlarının bu təklifi ilə razılaşmış və polislərlə birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə gəlmişlər. Polis Bölməsinə gəldikdən sonra müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra polis əməkdaşlarının və ona təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərlərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşları ondan üzərində qanunla saxlanması, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və maddə varsa çıxarıb təqdim etməyimi bildirmişlər. Həmin vaxt əynində olan tünd göy rəngli gödəkcəsinin sağ cibindən tanışı Dövlətlə birlikdə daşın altından götürdüyü 02 ədəd sellofan torbada olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt polis əməkdaşları ondan həmin torbaların içərisində nə olduğunu və haradan aldığını soruşan zaman onlara həmin iki ədəd torbaların içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroini tutulmamışdan bir qədər öncə tanışı Dövlətlə birlikdə İranlı şəxsə 300 manat pul göndərdikdən sonra DSK yolunda daşın altından götürdüyünü, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və imzalarla protokolun doğruluğu təsdiq edilmişdir. Təqsirləndirilən şəxs verilmiş sullara cavab olaraq heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, gündəlik 1 qram heroin istifadə etdiyini, Anar və Ağəliyə də narkotik vasitələri satmadığını, pay olaraq verdiyini, Ağəli Əsgərovun üzərindən aşkar edilmiş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 02 ədəd metadon həblərini də onun ona satmadığını, Dövlət adlı şəxsin yaşadığı ünvanı bilmədiyini, Dövlətin anket məlumatlarını dəqiq bilməsə də, onun ***-***-**-** saylı mobil nömrəni istifadə etdiyini, həmişə Dövlətlə qeyd olunan mobil nömrə ilə əlaqə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs Valeryeviçin ifadələrində həmin narkotik vasitəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etməsi barədə göstərməsi işin obyektiv hallarına uyğun deyil. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Valeryeviçin əldə edərək saxladığı narkotik vasitə olan heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 130 dəfə, külli miqdardan isə təxminən 10 dəfə artıq olmuşdur. Lakin iş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Valeryeviçin istifadəsində hər hansı mobil nömrələrin olub-olmaması müəyyənləşdirilməmiş, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər, SMS-lər müəyyənləşdirilməmiş, abonentlər işin mahiyyəti üzrə dindirilməmiş, ondan aşkar edilərək götürülmüş narkotik maddənin məhz satış məqsədi ilə əldə etməsinin təsdiq olunması ilə bağlı əhəmiyyət kəsb edən həmin hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Qanunun həmin tələbindən göründüyü kimi, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət ittihamçısının vəsatəti imperativ normadır. Belə ki, məhkəmə qanunvericiliyin tələblərinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə (şəxslərə) başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bununla yanaşı məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(001)-208/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmış və sonuncu hazırkı vaxtadək, yəni 6 ay 11 gün müddətinə həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 155 və 159-cu maddələrinin tələblərini rəhbər tutaraq, iş materiallarını tədqiq edib Təqsirləndirilən şəxs azadlıqda qalacağı təqdirdə cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə istintaqın normal gedişinə mane olacağı ehtimallarının mövcudluğunu nəzərə alınaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti xx xxxxxxx 2020-ci il tarixədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159, 318 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti xx xxxxxxx 2020-ci il tarixədək uzadılsın.

3. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, müdafiəçiyə təqsirləndirilən şəxsə və həbsdə saxlanma yerinin müdiriyyətinə göndərilsin.

Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar