Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-303/2023 30.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatında olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə 23 may 2020-ci il tarixində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra özünü yaxşı əlaqələri olan bağca müdiri kimi təqdim edib inandıraraq, sonuncunun övladı Şahid1 "xxxx" ASC-yə mütəxəssis düzəltməyə dair yalan vədlər verib vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 25 may 2022-ci il tarixində saat 16 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 397, mənzil 65-də Zərərçəkmiş şəxs 1200 (bir min iki yüz) manat, 01 iyun 2022-ci il tarixində gündüz radələrində qızı Şahid2 vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 397, mənzil 47-də 2000 (iki min) manat və 22 iyun 2022-ci il tarixində axşam radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 397, mənzil 65-də Şahid1 700 (yeddi yüz) manat nağd pul vəsaitlərini tamah niyyəti ilə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs, ümumilikdə 3900 (üç min doqquz yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayından etibarən o, Zərərçəkmiş şəxs tanımış və eyni yaşayış binasının fərqli mənzillərində yaşamaqla qonşu olmuşlar. Həmin vaxtlar övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 397-nin 9-cu mərtəbəsində yerləşən 65-ci mənzildə yaşamış, Zərərçəkmiş şəxs isə həmin binanın 7-ci mərtəbəsində yerləşən 47 nömrəli mənzildə yaşamışdır. O, Yasəmənin işsiz oğlu Muradı bank sektorunda işə düzəltmək adı ilə Yasəmənlə ünsiyyəti zamanı əvvəllər baxça müdiri vəzifəsində çalışdığını və yaxın əlaqələrinin olduğunu deyib onu inandırmışdır. Yasəmənin oğlu Muradı işlə təmin edəcəyini bildirmiş, lakin heç vaxt buna görə Yasəməndən pul istəməmişdir. Həmin görüşdən təxminən bir neçə gün sonra o, Yasəmənlə telefon vasitəsi ilə əlaqə saxlayıb bildirmişdir ki, o, bank sektorunda çalışan tanışlarından Muradı işə düzəltmək barədə maraqlanmış və bunun mümkün olduğunu demişlər. Yasəmən də buna çox sevinmiş və bunun üçün nə lazım olduğunu soruşduqda o bildirmişdir ki, 1200 (bir min iki yüz) manat pul lazımdır. Bundan təxminən bir neçə gün sonra Yasəmən qeyd etdiyi 1200 (bir min iki yüz) manat məbləğində pulu yaşadığı mənzildə ona vermişdir. Bundan 3- 5 gün sonra isə o, Yasəməndən oğlu Muradın sənədlərini istəmişdir ki, müvafiq şəxslərə göstərib işini həll etsin. Yasəmən də «WhatsApp» proqramı vasitəsi ilə oğlunun şəxsiyyət vəsiqəsi və medallarının şəklini, habelə CV-ni ona göndərmişdir. O isə öz növbəsində həmin sənədləri bəzi tanışlarına göstərib maraqlananda ona bildirmişlər ki, bu mümkündür, amma hazırda müvafiq vakansiya yoxdur. Bundan başqa Yasəmənə bildirmişdir ki, 1200 (bir min iki yüz) manat məbləğində pul azlıq edir və işin alınması üçün əlavə yenə pul vermək laımdır. Ona görə də, işin tam müsbət həll olunması üçün 2000 (iki min) manat verməsini bildirmişdir. Lakin həmin vaxt evdə olmadığından qızının gedib pulları götürəcəyini bildirmişdir. O, Yasəmənə telefonla yığıb qızı Nuridənin artıq onun mənzilinin qapısında durub gözlədiyini demiş və bundan sonra Yasəmən 2000 (iki min) manat pulu onun qızına vermişdir. Bir müddət keçdikdən sonra Yasəməndən iş üçün əlavə şirinlik kimi 500 (beş yüz) manat, kadrlar şöbəsi üçün 200 (iki yüz) manat pul istəmişdir. Elə həmin gün axşam saatlarında Murad 700 (yeddi yüz) manat pulu mənzilinə qalxaraq ona vermişdir. Sonralar Yasəmən onunla əlaqə saxlayıb oğlunun işi ilə maraqlandıqda o demişdir ki, hələlik vakansiya olmadığından Muradı işə düzəldə bilmir. Onda Yasəmən verdiyi bütün pulları, yəni cəmi 3900 (üç min doqquz yüz) manatı ondan tələb etməyə başlamışdır. O da Yasəməndən bir az gözləməsini xahiş etdikdə sonuncu təxminən bir həftə gözləməyə razılaşmış, lakin həmin vaxt gəlib çatanda o, pulları qaytara bilməmişdir. Bundan sonra da Yasəmən ondan pulunu tələb etdikdə o, vaxt almağa çalışmışdır. Sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ondan polisə şikayət etmişdir. O, Yasəməndən aldığı, ümumilikdə 3700 (üç mi yeddi yüz) manat pulun 1200 (bir min iki yüz) hissəsini oğlu Muradı bank sektorunda işlə təmin edəcəyinə vəd verərək almış, qalan 2500 (iki min beş yüz) manat olan hissəsini isə iki ay ərzində üstündə əlavə 200 (iki yüz) manat vermək şərti ilə borc olaraq almışdır. Lakin sonradan planlaşdırdığı işləri istədiyi kimi alınmadığından o, qeyd etdiyi pulları Zərərçəkmiş şəxs qaytara bilməmişdir. Hazırda törətdiyi əməldən peşmandır və baş vermiş cinayət hadisəsi nəticəsində vurulmuş ziyanı Zərərçəkmiş şəxs tam şəkildə ödənmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələb yoxdur. Qeyd edilən halların nəzərə alınaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 may 2022-ci il tarixində yaşadığı binanın sakinlərinin ümumi iclasının başlanmasını çoxları kimi həyətdə dayanıb gözləyərkən sonradan Təqsirləndirilən şəxs kimi tanıdığı bir qadınla tanış olub söhbət etməyə başlamışdır. Söhbət əsnasında məlum olmuşdur ki, həmin qadının da onun kimi iki övladı vardır və oğlu onun övladı Murad kimi cəhbədə olmuşdur. Söhbət əsnasında oğlu Muradın işləmədiyini, ona bir iş tapamasını demişdir. Cavabında Təqsirləndirilən şəxs ona heç nə təklif etməmiş və iclasdan sonra o, ayrılıb öz mənzilinə getmişdir. Ünsiyyətlərinin gedişində Şəlalənin Bakı şəhərində «Xalqlar dostluğu» metrostasiyası tərəfində bir bağçada müdir vəzifəsində işləməsindən xəbəri olmuşdur. Ona görə də, onlar bir-birilərinə öz telefon nömrələrini vermişlər ki, gələcəkdə bir qonşu kimi əlaqə saxlaya bilsinlər. Elə həmin gün təxminən 2-3 saat sonra Şəlalə «WhatsApp» sosial şəbəkəsi vasitəsi ilə ona zəng edərək hal-əhval tutduqdan sonra maraqlanmışdır ki, oğlu Murada iş tapmışdır, ya yox. Sualına mənfi cavab aldıqda isə Şəlalə Murada hansı iş axtardıqlarını soruşmuşdur. O bildirmişdir ki, hazırda Rusiyada proqramistliyi oxuyan Murad üçün mühasibatlıq işi tapmaq məqsədəmüvafiqdir. Sonra Şəlalə bildirmişdir ki, onun "xxxx"da tanışları vardır və həmin tanşları vasitəsi ilə oğlu Muradı həmin bankda yaxşı bir işə düzəltməyə çalışacaqdır. O da çox sevinib xahiş etmişdir ki, əgər bu mümkündürsə kömək etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, yaxşı vəzifədə işləyən Mürsəl adlı tanışı vardır və maraqlanıb ona cavabını deyər. Şəlalə ondan həmçinin oğlunun sənədələrini də istədiyindən o, Muradın şəxsiyyət vəsiqəsini, medallarının şəklini, habelə CV-ni də göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona bildirmişdir ki, "xxxx"da çalışan Nazim adlı bir tanışı ilə məsləhətləşib cavabını deyər. 25 may 2022-ci il tarixində Şəlalə yenə onunla «WhatsApp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb Muradın işə düzəldilməsi ilə maraqlanıb hər şeyin yaxşı olacağını demişdir. Lakin çəkindiyindən ona necə deməsini bilməmişdir. Sonra isə 1200 (manat) pulun müqabilində onun oğlu Muradı "xxxx"da mütəxəssis kimi işə düzəldəcəyini bildirmişdir. O da bunu eşidib çox sevinmiş və evdə saxladığı pullardan 1200 manat götürüb iki mərtəbə qalxaraq şəxsən sayıb Təqsirləndirilən şəxs özünə vermiş, sonuncu da, həmin pulları sayıb götürmüşdür. 01 iyun 2022-ci il tarixində gündüz radələrində Təqsirləndirilən şəxs telefon vasitəsi ilə əlaqə saxlayıb ona bildirmişdir ki, oğlu Muradın işə düzəldilməsi prosesi artıq gedir, lakin ondan aldığı 1200 manat pul bunun üçün azlıq edir. Ona görə də, işin tam müsbət həll olunması üçün 2000 (iki min) manat da gərəkdir. O yenə də Şəlalə ilə razılaşdıqda isə sonuncu bildirmişdir ki, özü həmin vaxt evdə olmadığından qızı gəlib pullları götürəcəkdir. Bir müddət sonra Şəlalə yenə onu telefonla yığıb qızı Nuridənin artıq onun mənzilinin qapısında durub gözlədiyini demişdir. Odur ki, o dərhal qapıya çıxıb evdən götürdüyü 2000 (iki min) manat pulu Təqsirləndirilən şəxs qızına vermiş, Nuridə isə həmin pulları sayaraq götürüb getmişdir. Vaxt ötdükcə o, arada-bir Şəlalə ilə əlaqə saxlayıb Muradın işi ilə maraqlandıqda ona hər şeyin qaydasında olduğu və ən yaxın vaxtlarda sonuncunun artıq işə çıxacağı bidirilmişdir. Həmçinin Şəlalə demişdir ki, Nazim adlı tanışı bank və mühasibatlıq sahəsində təcrübəsi və səriştəsi olmayan Muradı Türkiyədən qayıtdıqdan sonra öz yanına götürüb hər şeyi tez bir zamanda öyrədəcəkdir. Nəhayət 22 iyun 2022-ci il tarixində telefon vasitəsi ilə Şəlalə xanımla növbəti ünsiyyətləri zamanı sonuncu bildirmişdir ki, artıq hər şey hazırdır, lakin bankda müdir Muradın əmrini vermək üçün şirinlik kimi 500 (beş yüz) manat, kadrlar şöbəsi isə 200 (iki yüz) manat pul istəyirlər. Qeyd edilən pullar həmin şəxslərə çatan kimi artıq Muradın əmri veriləcəkdir. O bu dəfə də Şəlaləyə inanmış və həmin vaxt özü evdə olmadığından bildirmişdir ki, oğlu həmin 700 (yeddi yüz) manat pulu gətirib verəcəkdir. Sonra o bunu Murada buyurmuş və oğlu elə həmin gün axşam radələrində evdən 700 (yeddi yüz) manat pul götürüb 9-cu mərtəbəyə qalxaraq şəxsən Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra o, yenə hərdənbir Şəlalə ilə əlaqə saxlayıb Muradın işi ilə maraqlandıqda Təqsirləndirilən şəxs hər dəfə onu arxayın etmişdir ki, «bu gün, ya sabah» Muradın əmri çıxacaqdır. Lakin vaxt ötdükcə bununla bağlı rəsmi bir məlumat olmadığından o, şübhələnməyə başlamış və ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadır. Çünki ilk öncə o, öyrənmişdir ki, Şəlalə heç bir bağçada müdir işləmir və ona yalan danışır. Həmçinin günlərin birində o, balkondan görmüşdür ki, Şəlalə yaşadığı mənzildən köçür, lakin sonuncu bunu danaraq heç yana köçmədiyini, mənzili təmir edib oğlunu evləndirdikdən sonra oraya gəlin gətirmək üçün sadəcə olaraq mənzildən əşyalarını apardığını bildirmişdir. Daha sonra o, Şəlalənin artıq həmin mənzildə yaşamadığını görüb qeyd edilən mənzilin sahibi ilə maraqlanmış və sonuncu ona bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin mənzildə kirayədə yaşamış, lakin son vaxtlar kirayə pulunu verə bilmədiyindən həmin mənzili tərk etməli olmuşdur. Ona görə də o, Şəlalə tərəfindən aldanıldığını dərk edib verdiyi pulları tələb etmiş, lakin sonuncu yenə də onu aldadıb pulunu qaytarmamışdır. Ona görə də, sonda o, məcbur qalıb polisə şikayətlə müraciət etməli olmuşdur. Həmçinin həmin ərəfədə Təqsirləndirilən şəxs ondan dəfələrdə borca müxtəlif məbləğlərdə pul da istəmiş, lakin pulu olmadığından o, borca pul verə bilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs onu aldatmaqla və etibarından sui-istifadə etməklə guya oğlum Muradı "xxxx"a işə düzəltmək vədi ilə ondan aldığı, ümumilikdə 3900 (üç min doqquz yüz) manat pulu ələ keçirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən, onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, onlar barışmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Təqsirləndirilən şəxs isə əvvəllər onların qonşuluqda yaşamışdır. Anası və qardaşı Arazla birlikdə həmin vaxtlar o, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 397-nin 7-ci mərtəbəsində yerləşən 47 nömrəli mənzildə, Təqsirləndirilən şəxs isə həmin evin 9-cu mərtəbəsində yerləşən 65-ci mənzildə yaşamışdır. Onun Şəlalə xanımla heç bir şəxsi münasibətləri olmasa da, sonradan bildiyinə görə anası ilə Təqsirləndirilən şəxs münasibətləri olmuşdur. Amma şəxsən o, Şəlalə xanımı öz evlərində görməmişdir. İndi vaxtı xatırlamadığı bir gün təxminən saat 16- 17 radələrində anası ona pul vermişdir ki, qalxıb həmin pulu Şəlalə xanıma versin. O da həmin pulları anasından alıb saymış və bu 7 (yeddi) ədəd 100-lük əskinazlarla, cəmisi 700 (yeddi yüz) manat pul olmuşdur Sonra da o, anasının tapşırığını yerinə yetirmək üçün pilləkənlərlə 9-cu mərtəbəyə qalxıb Şəlalə xanımın o vaxt yaşadığı mənzilin qapısını döymüş, qapını Təqsirləndirilən şəxs özü açmış və o, həmin pulları sonuncuya vermişdir. Şəlalə xanım da pulları alıb təşəkkür etmişdir. O zaman həmin pulların nə üçün verildiyini bilməsə də, sonradan anasından bilmişdir ki, Təqsirləndirilən şəxs onu bank sektoruna işə düzəltməyi anasına vəd edərək bunun müqabilində anasından hissə-hissə cəmisi 3900 (üç min doqquz yüz) manat pul almışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Maddi sübutun könüllü olaraq təqdim edilməsi və götürülməsi haqqında xx.xx.2022ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaq zmanı izahat verdikdən sonra əlavə olaraq onunla Təqsirləndirilən şəxs arasında baş tutmuş telefon danışıqları və «WhatsApp» proqramında olan səs yazılarının köçürüldüyü bir ədəd CD disk könüllü olaraq təqdim edilmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və iş materiallarına əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs guya "xxxx"da çalışan tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs övladı Şahid1 həmin bankda yaxşı bir işə düzəltməyi vəd edərək inandırdıqdan sonra əvvəlcə müxtəlif vaxtlarda Yasəmən Teymuravadan 1200 manat və 2000 manat, daha sonra isə müəyyən şəxslərə “şirinlik” və “hörmət etmə” adı ilə hissə-hissə 500 manat və 200 manat almış, Zərərçəkmiş şəxs onunla əlaqə saxlayıb oğlunun işi ilə maraqlandıqda isə hər dəfə «bu gün, ya sabah» Muradın əmri çıxacağını deyib sonuncunu arxayın edərək aldatmışdır. Baxışda iştirak etmiş Təqsirləndirilən şəxs diskdəki fayllarda olan səsyazılarının onun özünə və Zərərçəkmiş şəxs məxsus olduğunu da təsdiq etmişdir. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görnür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 (bir) ədəd CD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarında saxlanılmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində “iltizam” qətimkan tədbirinin tətbiqi ilə bağlı saxlanıldığı müvəqqəti saxlama yerindən azad olunması haqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyindən saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Könüllü ödənilmiş maddi ziyanın təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ümumilikdə 2900 (iki min doqquz yüz) manat məbləğində pul qaytarılmışdır. Üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, eləcə də barəsində CM-in 73-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə tədim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3900 (üç min doqquz yüz) manat zərər tam şəkildə ödənilmiş, ona qarşı heç bir iddiası və tələbi yoxdur, Təqsirləndirilən şəxs ilə barışmışdır. Həmçinin zərərçəkmiş şəxs ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin tamamilə ödənilməsini göstərib, sonuncu barəsində olan iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, vurulmuş maddi ziyan tam ödənildiyindən barəsində olan cinayət işinə bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.1-ci maddəsinə əsasən bu bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 132, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-303/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-303/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver