Məhkəmə qərarları › İş №1(001)-304/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-304/2024

15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-304/2024 15.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi- Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Göyçay rayonu, Kürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Kürd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla üzərində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Məscidin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 15 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,199 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib saxlamaqla üzərində daşımış, həmin tarixdə Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı həmin tarixdə saat 17:00-da Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci korpusda yerləşən yeni sahədə saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ 43-cü PB-nin inzibati binasına gətirilmiş və orada xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,199 qram olan kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, 2009-cu ildən narkotik vasitədən istifadə etməyə başlamış, ara-sıra istifadə etməsə də, tam şəkildə tərgidə bilməmiş, lakin təqribən 3 ay müddətdir narkotik vasitədən istifadə etmir. Üzərindən aşkar olunmuş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə təxminən günorta saat 12:00 radələrində İkram adlı şəxsdən Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Məscidin yaxınlığında 17 manat müqabilində almışdır. Həmin İkramla onu hazırda rəhmətə getmiş qonşusu tanış etmişdir. Həmin 17 manat pul vəsaitini İkramın kartına göndərmişdir. Lakin polis əməkdaşlarına nakrotik vasitəni 15 manata almasını, həmçinin İkramın adını vermədiyi üçün müstəntiqə yalandan tanımadığ şəxsdən almasını söyləmişdir. X4 bacısının qeyri-rəsmi münasibətdə yaşadığı şəxsdir. Sergey ondan əvvəl tutulmuşdur. Onu isə narkotik vasitəni götürdükdən 20-25 dəqiqə sonra polis əməkdaşları saxlamışdır. Onu bölməyə təqribən saat 14:00 radələrində aparmışlar, gecə saatlarında isə Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil vermişlər. Üzərinə ilk dəfə günorta saatlarında bölmədə olan zaman baxış keçirilmiş, həmin çəkilişdə nəsə problem olduğundan ikinci dəfə video-çəkilişlə baxış keçirilmişdir. İkinci çəkiliş isə o müvəqqəti saxlama yerində olan zaman həyata keçirilmişdir, belə ki, gecə saat 02 radələrində onu oyadaraq otaqların birində çəkiliş aparılmaqla üzərinə baxış keçirmişlər. Müdafiəçisi əvvəl orada olmuşdur, şəxsi axtarış zamanı müdafiəçisinin iştirakından özü imtina etmişdir. 17 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid2 dediklərinə münasibətdə bildirməlidir ki, onu X6 birlikdə saxlamışlar, həmin günü polis əməkdaşları evə daxil olaraq baxış keçirmişlər. Şahid2 da həmin zaman orada olmuş və əynində polis forması olmuş, digər əməkdaşlar isə mülki formada olmuşlar. X10 məxsus evdən bəzi qanunla qadağan olunmuş maddələr aşkar olunmuş, lakin Sergey özü həmin zaman orada “Fuadla bağlı nəsə olmadığını” bildirmişdir. Lakin polislər ona hədə-qorxu gələrək, istifadəçi kimi narkotik vasitəni “boynuna götürməyini” təklif etmişlər, əks halda bacısının oraya gətiriləcəyini bildirdiklərindən, o da məcbur olaraq üzərində narkotik vasitə olduğunu boynuna götürmüşdür. Bacısının gətirilməyi ilə bağlı kim tərəfindən hədələnməsini polis əməkdaşları çox olduğundan xatırlamır, lakin həmin şəxs Şahid2 olmamışdır. 24 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 yalan danışır, çünki əməliyyat tədbirində cəmi iki nəfər polis əməkdaşı olmamış, təqribən 6-7 nəfər polis əməkdaşı olmuşdur. Şahidin bildirdiyinin əksinə o Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci korpusda yerləşən yeni sahənin yanında saxlanılmamış, polislər gəlib onu evdən götürərək aparmışlar. Onu bacısının Sergeylə birlikdə narkotik vasitə satması ilə təhdid etmişlər. Lakin həmin hədə-qorxunu gələn şəxs Şahid1 olmamışdır. 31 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, onu bacısını bölməyə gətirməklə təhdid etmişlər. Həmin zaman X14 “onlarlıq bir şey olmadığını, özünün narkotik vasitə istifadəçi olmasını” bildirmişdir. Həmin hadisə günü o, bacısı və Sergey evdə olmuşlar və onu da evdən aparmışlar, məscidin yanında tutulmamışdır. Həmin faktı bacısı da təsdiq edə bilər, çünki evdə olduğu üçün hadisənin şahidi olmuşdur. Barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə məhkəmə tərəfindən baxılarkən istintaq getdiyi üçün hadisənin reallığını bildirməmiş, həmçinin prokurorun qəbulunda olan zaman da, bununla yanaşı müdafiəçisinə də həqiqəti bildirməmişdir. Onun əynində boz şalvar olmamışdır, çünki o boz avtomobillə qəzaya düşdüyü üçün boz rəngli paltar geyinmir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs və X1suz olaraq psixotrop maddələri və ya narkotik vasitələri əldə edərək üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs və X8 cinayət əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin,psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə saat 17:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci korpusda yerləşən yeni sahənin yanında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına dəvət olunmuşdur. Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncudan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroini özü təqdim etmiş, həmçinin həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsin hədə-qorxuya məruz qalması, X8 evinin harda yerləşməsi ona məlum deyildir. Təqsirləndirilən şəxs isə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci korpusda yerləşən yeni sahənin yanında saxlanılmış, sonuncu saxlanılan zaman “Zabrat” qəsəbəsində yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxsin təhdid olunmasından xəbərdar deyildir, Təqsirləndirilən şəxs bacısının kim olmasını və harada yaşamasını ümumiyyətlə bilmir, təqsirləndirilən şəxsin bildirdiyinin əksinə olaraq sonuncu evdə deyil küçədə olan zaman saxlanılmışdır. Həqiqətən də həmin günü X14 də saxlanılmış, lakin həmin şəxsi onlar deyil, başqa polis əməkdaşları saxlamışlar. Onların əməliyyat tədbiri yalnız Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı olmuşdur. O, həm əməliyyat-tədbirində iştirak edərək təqsirləndirilən şəxsi saxlamış, həm də sonuncunun üzərinə şəxsi-axtarış keçirilməsində iştirak etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs cinayətkar əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. O, əməliyyata Şahid2 ilə birlikdə getmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə saat 17:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci korpusda yerləşən yeni sahənin yanında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına dəvət olunmuşdur. Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncudan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroini özü təqdim etmiş, həmçinin həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, onlar Novxanı kəndinə qalmaq üçün köçməli olduqlarından Fuad həmin təmir işlərini görmək və köçmələrinə kömək etmək üçün gəlmişdir. 18 sentyabr 2023-cü il tarixdə, günorta 15:30 radələrində evlərinin qapısı döyülmüş, o içəridən qapını döyənin kim olmasını soruşmuş, qapını döyən şəxs isə “işıq pulu üçün gəldiyini” bildirmiş, qapını açdıqdan sonra isə polislər evə daxil olmuşlar. Polis əməkdaşları evə daxil olan zaman evdə o, Fuad və Sergey olmuşdur. Fuad qonaq otağında divanda yatılı vəziyyətdə, Sergey isə oyaq vəziyyətdə olmuşdur. Fuadın əynində boz rəngli idman şalvarı olduğunu xatırlayır. Fuadı polis əməkdaşları yuxudan oyatmış və əl-qolunu bağlayaraq evdə axtarış aparsalar da axtarış zamanı evdən heç nə aşkar olunmamışdır. Bundan sonra polislər Sergey və Fuadı apardıqlarını, 1 saata geri gələcəklərini bildirmişlər. Onların evinə 6-7 nəfər polis əməkdaşı gəlmişdir. Axşam saat 20:30 radələrində Fuad və Sergeyi avtomobillə geri gətirmişlər. Həmçinin polislər ikinci dəfə gələn zaman da evdə axtarış keçirmişlər. Fuad 6 il olar narkotik vasitələrdən istifadə edir, lakin o birbaşa Fuadın narkotik vasitədən istifadə etməsini görməmiş, Sergey də narkotik vasitə istifadəçisi olmuşdur. Həmin günü Fuadı səhər tezdən işığı düzəltmək üçün çağırmışlar. Fuadın həmin gün narkotik vasitə istifadə edib-etməməsi barədə hər hansı bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v 1) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və X8 psioxtrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həmin şəxslərin müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (i.v 4-5) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:10-da şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən, saat 17:00-dan tutulmuş hesab edilmişdir. (i.v 24-25) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman, sonuncunun əynindəki boz rəngli idman şalvarının qabaq sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin heroin deyilən narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində Məscidin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. (i.v 37-38) Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Ekspertiza xərclərinə dair” bildirişindən görünür ki, 3-16-16/2-6/4924 nömrəli, xx.xx.2023cü il tarixli ekspertiza üzrə aparılmış tədqiqatın xərci 92 (doxsan iki) manat təşkil etmişdir. (i.v 43) xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4924 nömrəli Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243... dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs –imza, iştirakçılar; dörd- imza, M.Hüseynov –imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi – 1,199 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (i.v 44-45) Ekspert rəyinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, tədqiqat üçün 1,199 qram maddə qəbul olunmuş, 0,05 qram nümunə götürülmüş, 1,149 qram maddə geri qaytarılmışdır. (i.v 46) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v 56-57) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-984/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş, onun barəsində 3 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilərək, ev dustaqlığı qətimkan tədbirinin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v 78-84) xx.xx.2023-cü il tarixli, 6033 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görüıür. (i.v 89-90) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 1 il, 6 aya endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 4 ay, 12 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 29,177.2.1, 29.177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il, 6 ay, 21 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə həmin məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aminnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmışdır. Bundan başqa o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 22 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. (i.v 102-103) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-36/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanıldığı 02 (iki) ay, 19 (on doqquz) gün müddət, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq alınan 05 (beş) ay, 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin olunmuş cəzadan çıxılmış və üzərində 01 (bir) il, 06 (altı) ay, 21 (iyirmi bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v 104-114) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-79/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il, 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 1(008)-36/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il, 06 (altı) ay, 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 (beş) ay, 10 (on) günü, yəni azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 02 (iki) ay, 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. (i.v 115-121) xx.xx.2023-cü il tarixli “Maddi sübut qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin tədqiqatdan sonra qalıq qalan 1,149 qram olan hissəsi maddi sübut qismində tanınaraq Binəqədi RPİ-də saxlanılmış, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman qeydə alınmış video-görüntünün olduğu 01 ədəd DVD formatlı disk maddi sübut qismində tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (i.v 125) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, həmin qərarın təsviri əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs yerinin müəyyən edilib istintaqa gətirilməsinin mümkün olmadığı, onun üzürlü səbəblər olmadan istintaqa gəlməkdən yayınması, ittiham elan edilməli olan şəxs Təqsirləndirilən şəxs barəsində tutma tətbiq olunmaqla, barəsində axtarış elan edilməsi, tutulduqda cinayət prosesini həyata keçirən istintaq orqanına təqdim edilməsi göstərilərək onun barəsində axtarış elan edilmişdir. (i.v 139) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v 142) xx.xx.2024-cü il tarixli “Könüllü gəlmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq şöbəsinə gəlmiş və səhhətində yaranmış problemlərə görə bir müddət istintaqdan yayındığını bildirmişdir. (i.v 144) xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v 145) xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” qərardan görünür ki, müstəntiq qərarın təsviri əsaslanadırıcı hissəsində Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddətinin bitməməsini göstərərək onun barəsində yeni qətimkan tədbirinin seçilməli olmasını qeyd etmiş və onun barəsində həbslə bağlı olmayan “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçmişdir. (i.v 147) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərardan” görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə elan olunmuş ittiham əsaslı və qanuni hesab edilərək qüvvədə saxlanılmış, onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyişdirilməsi nəzərə alınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,149 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması nəzərə və Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmış, Təqsirləndirilən şəxs üzərinə 18 sentyabr 2023-cü il tarixdə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. Həmin qərarla eyni zamanda xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4924 rəyi, "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsin ambulator məhkəmə-narkoloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 6033 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmişdir. (i.v 151-161) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, həmin məhkəmənin 4(001)-984/2023 nömrəli xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsi barədə qərarı təqsiləndirilən şəxs X12 elektron nəzarət vasitəsinin tətbiq edilməsi hissəsində icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi X3, onun davranışına nəzarətin həyata keçirilməsi hissəsində icra edilməsi üçün isə Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. (məktubların göndərilməsi barədə reystr əlavə edilmişdir.) “AzeMis” elektron informasiya sistemindən olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci təvəllüdlü X18, xx.xx.2011-ci il təvəllüdlü X16 adlarında iki övladı var. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi, əslində ittihamda göstərilmiş ünvanda deyil, evdə saxlanılaraq polis bölməsinə aparılması, üzərində boz rəngdə şalvar olmadığı, cinayət törətməsini boynuna götürmədiyi halda bacısının polis bölməsinə gətiriləcəyi barədə hədə-qorxuya məruz qalması barədə dediklərini qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirməklə yanaşı həmin məzmunda verilmiş ifadəni özünümüdafiə xarakterli verilmiş ifadə hesab edir. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxsin əksinə məhkəmə iclasında dindirilmiş şahidlər yalan ifadə verməyə görə qanunvericlikdə nəzərədə tutulmuş qaydada məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, daha sonra onların ifadələri alınmışdır. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq şahidlərin cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadələr iş materialları ilə uyğunluq təşkil etmişdir. Məhkəmə həmçinin onu da diqqətdə saxlamışdır ki, təqsirləndirilən şəxs saxlanıldığı gün üzərində boz rəngli idman şalvarı olmadığını, ümumiyyətlə boz rəngdə hər hansı geyim geyinmədiyini bildirsə də, lakin təqsirləndirilən şəxsin doğma bacısı Aygün İsmiyeva məhkəmədə ifadə verərkən 18 sentyabr 2023-cü il tarixində qardaşının üzərində məhz boz rəngli idman şalvarının olduğunu xatırlamışdır. Təsadüfi deyildir ki, həmin gün polis əməkdaşlarının da tərtib etdiyi “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda bir ədəd şəffaf sellofana bükülmüş maddənin Təqsirləndirilən şəxs üzərində olan boz rəngli idman şalvarının ön sağ yan cibində aşkar edilərək götürüldüyü qeyd olunmuş, bunlar təqsiləndirilən şəxsin üzərində axtarış və götürmə istintaqı zamanı aparılmış videoçəkilişlə də təqsdiq edilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs istər həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin təmin edilib-edilməməsi məsələsinə baxılan zaman, istər ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qəbulunda olan zaman, istərsə də həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata baxılan zaman məhkəmə qarşısında ona hədə-qorxu gəlinməsinə, əslində üzərində narkotik vasitə olmamasına dair heç bir məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimata məhkəmədə baxılarkən o izahatında ona CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bildiyini, əməlindən çox peşman olduğunu bildirmiş, ona hədə-qorxu gəlinməsi barədə hər hansı xüsusat göstərməmişdir. Hazırkı cinayət işinə məhkəmədə baxılarkən təqsirləndirilən şəxs ilkin ifadəsində də törətdiyi əməli səmimi etiraf etmişdir. Göstərilən xüsusatlar bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs daha sonra özünün təqsirsiz olmasına dair ifadə verməklə məsuliyyətdən yayınmağa çalışır. Bundan başqa məhkəmə qeyd edir ki,əlavə şahid qismində dindirilmiş X5 məhkəmə baxışı zamanı verdiyi ifadəsi də qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirilməli, onun yaxın qohumu – qardaşı Təqsirləndirilən şəxs qarşı ifadə verməyə məcbur edilməməsi hüququ gözlənilməlidir. Belə ki, hazırkı halda Təqsirləndirilən şəxs Bəhrəm oğlu şahid X5 doğma qardaşıdır. Ona hər nə qədər bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də aydın məsələdir ki, o doğma qardaşının məsuliyyətdən kənarda qalması üçün müəyyən halları fərqli şəkildə məhkəməyə bildirməkdə maraqlıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, şahid X5 faktiki ər-arvad münasibətində olduğu X15 də CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, şahid X9 olan hadisələri hazırkı halda təqsirləndirilən şəxs qardaşı Təqsirləndirilən şəxs məsuliyyətdən kənarda qalması üçün fərqli şəkildə məhkəməyə çatdırmaqda maraqlıdır. Məhkəmə bu fikrini onunla əsaslandırır ki, X9 qardaşı Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə saat 15:30 radələrində evdə yatdığı vaxt 6-7 polis əməkdaşı tərəfindən evə daxil olaraq aparmasını bildirmişdir. Şahidin qeyd etdiyi həmin məlumatlar iş üzrə dindirilmiş digər şahidlər Şahid2 və Şahid1 ifadələri, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə aparılması barədə istintaq hərəkəti və həmin istintaq hərəkətinin aparılması barədə protokolla tam təkzib edilir. Bundan başqa şahid X5 göstərdiyi xüsusatlar Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlarla da uzlaşmır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılma saatının 18 sentyabr 2023cü il tarixdə saat 14:00 radələri olduğunu göstərmişdir. Bu ziddiyyətli məqamlar da şahid X5 göstərdiyi xüsusatların mötəbərliyini istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X16 adlı övladının olmasını CM-nin 59.1.4-cü maddəsinə, xx.xx.2007-ci təvəllüdlü X18 adlı yetkinlik yaşına çatmayan övladının olmasını isə CM-nin 59.2-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(008)-79/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il, 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona Sabunçu Rayon Məhkəməsinin 1(008)-36/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il, 06 (altı) ay, 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 (beş) ay, 10 (on) günü, yəni azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 02 (iki) ay, 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla onun üzərində qəti olaraq 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 22 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı ictimai təhlükəli əməli 18 sentyabr 2023-cü il tarixdə, yəni ona daha əvvəl az ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edildiyi tarixdən iki il müddət keçməmiş (8 ay 5 gün sonra) törətmişdir. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq cinayətlərin residivinin mövcud olmasını Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilmədiyindən və Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə onu da vurğulayır ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. Daha sonra isə təqsirləndirilən şəxsin özünün könüllü şəkildə istintaq orqanına gəlməsi barədə protokol tərtib edilərək iş materiallarına əlavə olunmuşdur. Lakin məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi barədə qərar və könüllü gəlmə barədə protokol müstəntiq tərəfindən cinayət işi üzrə icraatın dayandılması üçün formal olaraq tərtib edilmişdir. Bununla bağlı ilk öncə qeyd olunmalıdır ki, qəbul edilmiş həmin qərarların “nəticə” hissəsi ilə “təsviri əsaslandırıcı” hissələri ziddiyyətlidir. Belə ki, “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsində müstəntiq Təqsirləndirilən şəxs yerinin müəyyən edilib istintaqa gətirilməsinin mümkün olmadığını, onun üzürlü səbəblər olmadan istintaqa gəlməkdən yayınmasını, ittiham elan edilməli olan şəxs Təqsirləndirilən şəxs barəsində tutma tətbiq olunmaqla, barəsində axtarış elan edilməsini, tutulduqda cinayət prosesini həyata keçirən istintaq orqanına təqdim edilməsini göstərərək, eyni zamanda CPM-nin 147.1.2-ci və 150-ci maddələrinə istinad edərək “nəticə” hissəsində Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun saxlanılaraq Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsini göstərmişdir. Lakin cinayət işinin materiallarında təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçildiyi xx.xx.2023-cü il tarixdən axtarış elan edilməsi barədə qərarın qəbul edildiyi xx.xx.2023-cü il tarixədək təqsirləndirilən şəxsin istintaqa çağırılmasını təsdiq edən hər hansı rəsmi sənəd (çağırış vərəqi) mövcud deyildir. Eyni zamanda təqsirləndirilən şəxsin barəsində istintaq dövründə “ev dustaqlığı” qətimkan tədbiri seçilərkən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsinin tətbiq edilməsi hissəsində icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi X3, onun davranışına nəzarətin həyata keçirilməsi hissəsində icra edilməsi üçün isə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. Lakin müstəntiq tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs istintaqa çağırılması barədə hər hansı rəsmi çağırış olmadan, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən və Baş Cinayət Axtarış İdarəsi Elektron Monitorinq Mərkəzindən hər hansı rəsmi məlumat almadan təqsirləndirilən şəxsin istintaqdan yayındığı göstərilmişdir. İş materialları məhkəmə iclasında tədqiq edilərkən qeyd edilənlərlə bağlı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq istintaq dövründə istintaqdan yayınmadığını, müstəntiq tərəfindən çağırıldığı vaxt bütün çağırışlara getdiyini, bütün istintaq müddətində yaşadığı ünvan 4 ünvanında yerləşən evində olduğunu, müstəntiqə özünün, atasının və anasının əlaqə nömrələrini verdiyini, bir polis əməkdaşının yaşadığı ünvana gələrək istintaqa getməli olduğunu bildirdiyi üçün onunla birlikdə könüllü olaraq istintaqa getdiyini, lakin onun iki gün müvəqqəti saxlama yerində saxlanılaraq daha sonra buraxıldığını, müstəntiqin ona bir dəfə zəng etdiyini lakin zəng çatmadığını bildirdirdiyini, lakin istintaqa çağırılması barədə ona hər hansı rəsmi çağırışın göndərilmədiyini, telefonuna zəng çatmaması halının cəmi bir dəfə olduğunu, müstəntiqə atasının və anasının da əlaqə nömrələrini verdiyi halda istintaqa çağırılması üçün onlara belə məlumat vermədiyini bildirmişdir. Göründüyü kimi müstəntiq tərəfindən CPM-nin tələblərinə əməl edilmədən, təqsirləndirilən şəxs istintaqa rəsmi qaydada dəvət edilmədən, barəsində olan ev dustaqlığı qətimkan tədbirinin şərtlərinə əməl edib-etməməsi araşdırılmadan, bununla bağlı həmin qərarın icrası tapşırılmış qurumlardan rəsmi məlumatlar almadan formal olaraq təqsirləndirilən şəxsin barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. Bundan başqa müstəntiq xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” qərarın “təsviri əsaslandırıcı” hissəsində Təqsirləndirilən şəxs yerinin müəyyən edilib istintaqa gətirilməsinin mümkün olmamasını, onun üzürlü səbəblər olmadan istintaqa gəlməkdən yayınmasını, görülən bütün tədbirlərə baxmayaraq onun yerinin müəyyən edilib istintaqa gətirilməsinin mümkün olmadığını, daha sonra onun istintaq orqanına gələrək səhhəti imkan verdiyindən istintaq hərəkətlərində iştirak edə biləcəyini bildirməsini, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan təbirinin müddətini bitdiyindən onun barəsində yeni qətimkan tədbirinin seçilməli olmasını, onun törətmiş olduğu əməlin böyük ictimai təhlükə törətməyən cinayətlərə aid olduğunu və könüllü olaraq istintaq orqanına gəldiyini nəzərə alaraq barəsində həbslə bağlı olmayan, “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməli olmasını göstərərək “nəticə” hissəsində təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi göstərilmişdir. Müstəntiq qeyd edilən qərarda təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbirinin müddətinin keçdiyini, eyni zamanda onun əməlinin böyük ictimali təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğunu qeyd etmişdir. Lakin təqsirləndirilən şəxsə CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir ki, bu da az ağır cinayətlər kateqoriyasına aiddir. Eyni zamanda CPMnin 175.3-cü maddəsinə əsasən məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. Lakin müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərarda xx.xx.2024-cü il tarixdə tərəfindən Təqsirləndirilən şəxs “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək” polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edildiyi göstərilmişdir ki, bu da qeyd edilən normanın pozulmasını bir daha tədiq edir. Təqsirləndirilən şəxs həqiqətən belə istintaqın çağırışlarından yayınmış olduğuna görə onun barəsində axtarış elan olunsaydı belə onun törətdiyi əməl az ağır cinayətlər kateqoriyasına aid olduğundan onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri yalnız məhkəmənin qərarı ilə ləğv edilə və ya dəyişdirilə bilərdi. İş materiallarında da aydın olur ki, təqsirləndirilən şəxsin barəsində məhkəmənin qərarı ilə seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi barədə məhkəmənin hər hansı qərarı mövcud olmamışdır. Bundan başqa hesab etsək ki, təqsirləndirilən şəxs onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin şərtlərini həqiqətən də pozmuşdur, bu halda da müstəntiq onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırmalı idi. Lakin müstəntiq təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin pozulmasını formal qeyd edərək seçilmiş qətimkan tədbirinin daha ağırı, yəni həbslə əvəz edilməsi üçün vəsatət verməmişdir. Eyni zamanda CPM-nin 151.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və ya girov qətimkan tədbiri hakim tərəfindən seçilmişsə, qətimkan tədbirinin şərtlərini pozduğuna görə prokuror həmin şəxsin tutulması barədə qərar çıxarmaqla yanaşı onun həbsə alınmasına dair məhkəməyə təqdimat göndərir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, cinayət işi üzrə ictraatın dayandırılması barədə qərarlar, habelə könüllü gəlmə barədə protokol formal olaraq tərtib edilmiş, təsqiləndirilən şəxs istintaqdan yayınmamışdir. Bütün bunlarla yanaşı o da qeyd edilməlidir ki, cinayət prosessual qanunvericilikdə cinayət işi üzrə icraat dayandırıldığı halda təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin müddətinin axımın dayandırılması barədə hər hansı göstəriş də mövcud deyildir. CPM-nin 21.2-ci maddəsinə əsasən həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Göstərilənlərə əsasən də məhkəmə hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək seçilmiş 3 aylıq “ev dustaqlığı” qətimkan tədbiri ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2024-cü tarixdən hesablanmalı, onun “ev dustaqlığı” qətimkan tədbiri şəraitində keçirdiyi 3 aylıq müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-69.3), təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs edilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan 01 ədəd bükümdə təmiz çəkisi 1,199 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,149 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 92 (doxsan iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdən etibarən 3 ay ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 15 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,149 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar