Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-304/2025 25.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, himayəsində 3 azyaşlı uşağı olan, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi 17, ev 77-də müvəqqəti olaraq yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 180.1-ci, 177.2.2-ci və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən, habelə informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 01 noyabr 2024-cü il, saat 02:00 radələrində taksi sürücüsü kimi fəaliyyət göstərdiyi və idarə etdiyi “Chevrolet” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilə gələn sifariş əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən Zərərçəkmiş şəxs müştəri qismində götürərək Abşeron rayonu, Masazır kəndinə aparan zaman sonuncunun mağazadan alış-veriş etməli olması və yaxınlıqda yerləşən mağazaların birində saxlaması barədə xahişinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən “TamStore” mağazasının yaxınlığında avtomobili saxladıqdan sonra, Zərərçəkmiş şəxs avtomobildən enərək alış-veriş etmək üçün mağazaya daxil olmuş, aldığı mallara görə hesablaşmaq üçün sonuncunun nağd pulu çatışmadığından Zərərçəkmiş şəxs avtomobilə qayıdıb Təqsirləndirilən şəxs 2 manat pul istəmiş və alış-verişi bitirib avtomobilə qayıtdıqdan sonra borcunu nağdsız köçürmə ilə ödəyəcəyinə inandırmaq üçün mobil telefonunda müvafiq mobil tətbiqi açıb hesabda pul vəsaitinin olmasını göstərərək, mobil telefonu avtomobildə saxlayıb aldığı 2 manat pul ilə mağazaya qayıdan kimi tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə hərəkət edərək, avtomobildə saxlanılmış sonuncuya məxsus dəyəri 200 manat olan “Vivo Y22” markalı mobil telefonu, dəyəri 16 manat olan telefon üzlüyü və üzlüyün daxilində olan 200 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 340 manat pul vəsaitini ələ keçirərək avtomobili idarə etməklə ordan uzaqlaşıb Zərərçəkmiş şəxs məxsus qeyd olunan əmlakları gizli talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 556 (beş yüz əlli altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, daha sonra cinayətkar niyyətini davam etdirərək bir neçə dəqiqə sonra, yəni 01 noyabr 2024-cü il tarixdə, saat 02:27-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs məxsus “Vivo Y22” markalı mobil telefonda olan "xxxx" ASC-yə məxsus 5239********8389 nömrəli bank hesabı üzrə əməliyyatlar aparılması üçün açıq vəziyyətdə saxlanılmış mobil tətbiqdən 684 manat pul vəsaitini öz adına olan "xxxx" ASC-yə məxsus 5239********0123 nömrəli bank hesabına köçürüb informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs 684 (altı yüz səksən dörd) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür, ona görə ki, o, “Vivo Y22” markalı mobil telefonu üstündəki digər əşyalar və valyuta vəsaiti ilə birlikdə qanunsuz, tamah məqsədilə, əvəzsiz olaraq ələ keçirən zaman, qəsdən etdiyi hərəkətlərin zərərçəkmiş şəxs üçün aşkar olduğunu dərk etmiş və hərəkətlərinin gizliliyini təmin etmək üçün heç bir tədbir görməmiş, Zərərçəkmiş şəxs ona etibar edib bir neçə dəqiqəliyə mağazaya gedib qayıtmasını talamanı gizli törətmək üçün deyil, zərərçəkmiş şəxsin onun qarşısını almağa fiziki imkanının olmaması üçün istifadə edərək özgənin əmlakını açıq talamışdır. Cinayət qanununda soyğunçuluq cinayətinin zəruri əlamət kimi göstərilən əmlakın açıq talanmasıdır ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq şəkildə taladığını və zərərçəkmiş şəxsin də həmin şəraitdə bunu bildiyini özü dərk etməsi, eləcə də zərərçəkmiş Zərərçəkmiş şəxs əmlakının məhz onun tərəfindən açıq talanmasını bilməsi ilə Təqsirləndirilən şəxs tərəfindən soyğunçuluq cinayətinin törədilməsi sübuta yetirilir. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, həqiqətən də Zərərçəkmiş şəxs məxsus “Vivo Y22” markalı mobil telefonu və mobil bank tətbiqi hesabında olan 684,54 manat pulu oğurlamışdır. Lakin, zərərçəkmiş şəxsin dediyi kimi oğurladığı telefonun koburunda hər hansı məbləğdə pul vəsaiti, o cümlədən 200 ABŞ dolları olmamışdır. Özünü oğurluq etməkdə təqsirli bilsə də, ittihamda verilmiş soyğunçuluq maddəsi ilə özünü təqsirli bilmir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 01 noyabr 2024-cü il tarixdə təxminən gecə saat 01:00 radələrində evdə olarkən dostları ilə görüşmək üçün mobil telefonla “Bolt” şirkətindən taksi sifariş etmişdir. Bir neçə dəqiqə keçdikdən sonra təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil sifarişlə gəlmişdir. Yolüstü ilk olaraq ərzaq məhsulları satılan, hazırda ünvanını xatırlamadığı kiçik bir köşkdə sürücünü saxlatmış və həmin köşkdən bir sıra ərzaq məhsulları almışdır. Lakin, sözügedən köşkdə ona lazım olan bəzi məhsullar olmadığından, sürücünü təkrarən Binəqədi-Xırdalan şossesində yerləşən “Tamstore” marketin qarşısında saxlatmışdır. O, həmin marketə daxil olaraq bəzi məhsullar almış, lakin 2 manat pulu çatmamışdır. Buna görə də həmin taksi sürücünə demişdir ki, üstündə nağd pulu yoxdur, pulları kart hesabındadır və sürücüdən xahiş etmişdir ki, sonradan kart hesabına köçürmək şərtilə ona 2 manat versin. Taksi sürücüsündən 2 manat aldıqdan sonra telefonunu açıq vəziyyətdə avtomobildə qoyaraq, marketə qayıtmışdır. Təxminən 1-2 dəqiqə sonra marketdən çıxdıqda görmüşdür ki, gəldiyi avtomobil yerində yoxdur. Ona məlum olmuşdur ki, taksi sürücüsü telefonunu da oğurlayıb qaçıb getmişdir. "xxxx"a aid kartını bankomata daxil edib yoxlayarkən müəyyən etmişdir ki, həmin taksi sürücüsü onun mobil telefonunun açıq vəziyyətdə olmasından istifadə edərək, mobil tətbiq vasitəsilə hesabında olan 684 (altı yüz səksən) manat pulunu başqa bir bank hesabına köçürmüşdür. Aparılmış köçürməyə dair sənədləri istintaqa təqdim etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin oğurladığı telefon koburunun içərində ona məxsus 200 ABŞ dolları da olmuşdur. Hazırda oğurlanmış telefonu ona qaytarılmışdır. Özünə dəyən maddi ziyanı 684 manat kart hesabından oğurlanmış pul və 200 ABŞ dolları olmaqla, təxminən 1.000 (bir min) manat qiymətləndirilir. Daha sonra zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs şikayətçi olmadığını, ona qarşı heç bir tələbinin olmadığını bildirmiş və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır. Evdə olarkən Elvinin anası Xuraman ona zəng edərək bildirmişdir ki, evdə telefon var, həmin telefonu aparıb polisə vermək lazımdır. O, Elvingilə gəlmiş və Elvinin anası Xuramanla birlikdə polis bölməsinə gedərək telefonu təhvil vermişlər. Həmin vaxt Xuramanın şəxsiyyət vəsiqəsi üzərində olmadığından, telefonu təhvil verərkən məlumatların qeyd edilməsi üçün onun şəxsiyyət vəsiqəsindən istifadə etmişlər. Xuraman ona həmin telefonun Elvinin idarə etdiyi avtomobildə müştərilərin birindən qaldığını bildirmişdir. Telefonun oğurlanması barədə hər hansı məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “Götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan, "xxxx"ın “birkart Cashback” plastik kartını təqdim edərək Zərərçəkmiş şəxs kart hesabından mobil tətbiq vasitəsilə oğurladığı 684 manat pulu həmin karta köçürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi plastik bank kartı ondan götürülmüşdür (i.v. 21); • “Götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, Şahid bir ədəd gövdəsi tünd göy rəngli, qara rəngli koburda “Vivo” markalı smartfon tipli, eyni zamanda 02 simkart işlədən mobil telefon aparatı, telefonun üstündə “Azərcell MMC”nin ***-***-**-** nömrəli sim kartı və “Azərfon MMC”nin ***-***-**-** nömrəli simkartı olan telefonu təqdim etmişdir. Telefon işlək vəziyyətdədir, üstündə, koburunda əlavə heç nə aşkar edilməmişdir (i.v. 27); • xx.xx.2024-cü il tarixli “Tutma Protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli olan şəxs qismində tutulmuşdur (i.v. 53-54); • “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 71-72); • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)-852/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 93-98); • “Maddi ziyanın ödənilməsi haqqında” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan 500 (beş yüz) manat pul Təqsirləndirilən şəxs anası X2 tərəfindən ödənilməsi üçün təqdim edilmişdir (i.v. 136); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9309 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən “ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd “Vivo Y22” markalı mobil telefonun istifadə olunması (üzərində istismar xarakterli cızıqlar, rəng qopukları və sair) nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 200,00 manat müəyyən edilir.” Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır (i.v. 141-143); • “Sübutların qiymətləndirilməsi və əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərara əsasən: - Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 180.1, 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmiş; - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 dekabr 2024-cü il tarixli 9/9309 nömrəli rəyi “Vivo Y22” markalı mobil telefonun əmtəə vahidi kimi dəyərə malik olmasının təsdiqinə dair hissədə sübut kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs gətirdiyi dəlillər nəzərə alınmaqla “Vivo Y22” markalı mobil telefonun talanması ilə ona vurulmuş ziyanın məbləği 684,54 manat qəbul edilmiş; - Şahid götürülmüş “Vivo Y22” markalı mobil telefon, telefon koburu, ***-***-**- ** “Azərcell” və ***-***-**-** “Azərfon” nömrələri iş üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş; - Təqsirləndirilən şəxs özünə məxsus araşdırmaya təqdim etdiyi “5239********0123” şifrəli “birbank Cashback” plastik kartı cinayət işində saxlanılmış; - Təqsirləndirilən şəxs 01 noyabr 2024-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus telefonun koburunun qatında 200 ABŞ dollarının olmadığı və valyuta vəsaitlərini talamadığı barədə gətirdiyi dəlillər əsassız kimi rədd edilmişdir (i.v. 163-171); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Qaradağ Rayon Məhkəməsi tərəfindən CM-nin 76-cı maddəsinə əsasən cəzadan 07 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 149-150); “Elektron məhkəmə” İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü, xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü 3 azyaşlı uşağı vardır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 25-ci maddəsinin tələblərinə görə hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikası qanunlarının tələblərinə tabedirlər. Hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə ibtidai araşdırma zamanı alınmış etirafedici ifadələri olsa da, məhkəmə baxışı zamanı o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 3 mart tarixli 1 nömrəli Qərarının 2-ci hissəsinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 3-cü hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Göründüyü kimi, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakının talanması isə soyğunçuluq kimi tövsif edilməlidir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs avtomobilində olan, Zərərçəkmiş şəxs məxsus “Vivo Y22” markalı mobil telefonu sonuncu mağazada olarkən, yəni zərərçəkmiş şəxsin olmadığı vaxt avtomobili idarə edib uzaqlaşmaqla gizli olaraq talamışdır. Zərərçəkmiş şəxs də həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, mağazadan çıxarkən gəldiyi avtomobilin yerində olmadığını görmüş və bundan sonra taksi sürücüsünün (Təqsirləndirilən şəxs) telefonunu oğurladığını müəyyən etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 17 mart tarixli Qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. X3 Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Vivo Y22” markalı mobil telefonu və valyuta vəsaitini sonuncunun mağazada olduğu vaxt, yəni onun olmadığı və hiss etmədiyi şəraitdə taladığından və bu hal Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibini yaratdığından onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməlidir. CPM-nin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs 01 noyabr 2024-cü il tarixə keçən gecə taladığı Zərərçəkmiş şəxs məxsus telefonun koburunun altında 200 ABŞ dollarının olmadığı və həmin valyuta vəsaitlərini talamadığı ilə bağlı verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi törətdiyi cinayətlə vurduğu ziyanın həcmini az göstərməklə yüngül cəza almaq məqsədi daşıyır. Bu hal məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Eyni zamanda məhkəmə Zərərçəkmiş şəxs məxsus “Vivo Y22” markalı mobil telefonun talanması ilə ona vurulmuş ziyanın məbləğinin 684,54 manat qiymətləndirilməsi ilə bağlı ibtidai istintaq orqanın gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin mobil telefonun qiyməti 200 manat qəbul edilməlidir. Belə ki, iş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9309 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə əsasən “ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd “Vivo Y22” markalı mobil telefonun istifadə olunması (üzərində istismar xarakterli cızıqlar, rəng qopukları və sair) nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 200,00 manat müəyyən edilmişdir. CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Lakin, iş materiallarında olan “Sübutların qiymətləndirilməsi və əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq orqanı yuxarıda qeyd olunan ekspert rəyi ilə razılaşmamasını yalnız zərərçəkmiş şəxsin gətirdiyi dəlillərə bağlasa da, həmin dəlillərin nədən ibarət olmasını göstərməmiş, yəni bu barədə qərarını əsaslandırmamışdır. Zərərçəkmiş şəxs məxsus mobil telefonun üzərində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus və ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrələrinin talanması ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasının mənasına görə həmin maddədə nəzərdə tutulmuş cinayət yalnız birbaşa qəsdlə törədilə bilər. Yəni, həmin maddə ilə şəxs cinayət məsuliyyətinə o vaxt cəlb edilə bilər ki, o, cinayətin predmeti olan mobil nömrələri qanuni sahibindən onun iradəsinə zidd olaraq götürməsini dərk etsin, qeyd olunan predmetdən istifadənin və həmin predmetlə davranışın müəyyən edilmiş qaydalarının onun hərəkətləri ilə pozulacağını (əməlin ictimai təhlükəli nəticələrini) qabaqcadan görsün və bunları arzu etsin. Məhkəmə qeyd edir ki, maddənin dispozisiyasından göründüyü kimi bu cinayət əməlinin törədilməsi zamanı təqsirkar şəxsin qəsdi özgənin əmlakının oğurlamasına yönəlməlidir. İttiham tərəfi Təqsirləndirilən şəxs niyyətinin məhz mobil telefonun üzərində olan mobil nömrələri oğurlamaq olmasına yönəlməsini sübut edə bilməmişdir. Əksinə toplanmış və tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs belə bir niyyəti olmadığı təsdiq olunmuşdur. Digər tərəfdən “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 40.3-1-ci maddəsinin tələbinə görə müqavilə Azərbaycan Respublikasının dövlət dilində bağlanılmalı və həmin müqaviləyə abunəçinin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, istifadə edən fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surəti əlavə olunmalıdır. Telekommunikasiya xidmətlərinin göstərilməsi abunəçi ilə bağlanan müqavilə əsasında həyata keçirildiyindən və mobil nömrə abunəçinin adına rəsmiləşdirildiyindən, adına nömrə rəsmiləşdirilən şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə itirilmiş və ya oğurlanmış mobil nömrəsini bərpa etdirə bilər ki, məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs oğurlanmış mobil telefonunun üzərində olan mobil nömrələri bərpa etdirdiyini ifadə etmişdir. Hazırki dövrdə isə provayderlərin nömrə bərpa xidmətləri 6-7 manat civarındadır. Yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs məxsus mobil telefonun üzərində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus və ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrələri talaması ilə sonuncuya ümumilikdə 100 manat məbləğində ziyan vurması ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, həmin Məcəllənin 177.2.2-ci maddəsi təkrar törədilməsinə, 177.2.3-1-ci maddəsi elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci hissə); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci hissə); Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180, 181-ci maddələri ilə, habelə 179, 182,183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci hissə); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3,180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci hissə); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci hissə). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 22 iyun tarixli Qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları-informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, himayəsində 3 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini təqsirləndirilən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Republikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini törədənədək qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi cinayətin residivi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə uyğun olaraq cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə əvvəllər az ağır cinayətə görə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməmiş hissəsi ərzində hazırki cinayət əməlini törətmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin olunmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2024-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, maddi sübut qismində tanınmış “Vivo Y22” markalı mobil telefon, telefon koburu, ***-***-**-** “Azərcell” və ***-***-**-** “Azərfon” nömrələri onların sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının 0dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə nəzərə alaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 7 (yeddi) ay 14 (on dörd) günü hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2024-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “Vivo Y22” markalı mobil telefon, telefon koburu, ***-***-**-** “Azərcell” və ***-***-**-** “Azərfon” nömrələri onların sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 150 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-304/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-304/2025
25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver