Məhkəmə qərarları › İş №1(001)-305/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-305/2020

25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-305/2020 25.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Rövşən İntiqam oğlunun katibliyi, Dövlət İttihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Abşeron rayonu Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində bir uşağı olan, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan başqa bir nəfərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2019-cu il tarixdə saat 21 radələrində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi «RAVON» markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı- Bakı şossesi ilə hərəkətdə olduğu zaman «Hökməli Dairəsi» adlanan yerdə sərnişin adı ilə minib Hökməli qəsəbəsinə sürdürərək evlərin arasında olan yolda saxladıb sərnişin qismində minərək əvvəl «Çiçək» qəsəbəsində yerləşən «5+1» adlı marketə, sonra isə Hökməli qəsəbsinə sürdürüb, orada ara küçələrin birində avtomobili saxladaraq arxa oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 200 manat pulu alıb ələ keçirməklə, özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir.Bu hərəktələri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.1maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli kəndində anadan olmuşdur, 2009-cu ildə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə 9 il azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, cəzasının 7 il 7 ayını çəkdikdən sonra məntəqə tipli cəzaçəkmə müəssisəsinə çıxmış və həmin cəzasını da çəkib xx.xx.2018-ci il tarixdə qutramışdır. Cəzasını çəkib qurtardıqdan sonra fərdi işlə, fəhləliklə məşğul olmuşdur. Heç bir ruhi-əsəb xəstəliyi keçirməmiş, tam sağlamdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx xxx 2019-cu il tarixdə saat 22 radələrində bibisi oğlu Faiqlə kəndin aşağısına, «Hökməli Dairəsi»nə düşmüş, Şamaxı-Bakı yol ilə gedən bir taksini saxladıb əyləşmiş və Çiçək qəsəbəsinə, orada yerləşən «5+1» adlı marketin yanına sürdürmüşlər. Orada o, taksidən düşüb uşaq üçün müəyyən şeylər almaq istəmiş, lakin pulu olmadığı üçün qayıdıb taksi sürücüsünə demişdir ki, 15 manat borc pul versin, marketdən lazım olan şeyləri alsın, evə çatanda pulunu verər. Sürücü də ona 15 manat pul vermiş, o, marketdən alver edib çıxmış və taksini evin yanına sürdürmüş və taksidən düşüb evə girmiş, pul götürüb çıxanda görmüşdür ki, taksi yoxdur, gedib. Sonradan bilmişdir ki, həmin sürücü şikayət edib.Suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində dəqiqləşdirmişdir ki, Zərərçəkmiş şəxs düz demir, o, sonuncudan 15 manat pulu borc almış və demişdir ki, evdə verəcəkdir. Evdə çatdıqdan sonra isə maşından düşüb evə girib pul götürərək küçəyə çıxanda görmüşdür ki, maşın yoxdur, gedib. Zərərçəkmiş şəxs idarə etdiyi taksidə arxada solda əyləşibmiş, bibim oğlu Faiq isə qabaqda sağ tərəfdə surucunun yanında əyləşibmiş. Qeyd olunanlara əsasən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu ünvan 2 ünvanda ailəsilə birlikdə yaşayır, təxminən 7 il olar ki, taksi fəaliyyəti ilə məşğul olur, hazırda «Ravon» markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2019-cu il tarixdə saat 21 radələrində həmin avtomaşınla Şamaxı-Bakı şossesi ilə Bakı istiqamətində hərəkət etdiyi zaman «Hökməli Dairəsi»nin yaxınlığında, həmin dairəni keçdikdən 300-400 metr sonra yolun kənarında dayanmış iki nəfər əl qaldırmış, o, maşını bu şəxslərin yanında saxlamış, həmin şəxslər əyləşib demişlər ki, əvvəlcə «Çiçək» qəsəbəsində yerləşən «5+1» marketə gedib ərzaq aldıqdan sonra Hökməli qəsəbəsinə gedəcəklər. Bu şəxslərdən biri qabaqda onun yanında, digəri isə arxa oturcaqda, sağda əyləşmişlər. O, maşını sürmüş, «Çiçək» qəsəbəsində, hündür binaların yanında yerləşən «5+1» marketin qarşısında saxlamışdır. Arxada oturan şəxs maşından düşüb marketə girmiş, 3-4 dəqiqədən sonra qayıdıb ondan 50 manata xırda olub-olmamasını soruşmuş, o da bu şəxsə 15 manat xırda pul olmasını bildirmişdir. Həmin şəxs ondan 15 manatı alıb demişdir ki, Hökməli qəsəbəsində düşəndə onun pulunu verəcəkdir. Həmin şəxs ondan 15 manat pulu alıb marketə girmiş və təxminən 5 dəqiqədən sonra geri qayıdıb maşına əyləşmiş və maşını Hökməli qəsəbəsinə sürdürmüşdür. O, maşını Hökməli qəsəbəsinə sürmüş, orada tanımadığı küçədə arxada oturan şəxs bıçaq çıxararaq üstündə nə qədər pul varsa verməyini tələb etmiş, əks halda isə vuracağı ilə hədələmişdir. O da başqa çıxış yolunun olmadığını görüb qorxusundan cibində olan 200 manat pulu bu şəxslərə vermişdir. O, pulu arxada oturan şəxsə vermişdir. Bu şəxslər ondan pulu aldıqdan sonra maşından düşüb qaçıb getmişlər. Bundan sonra o, 102-yə zəng vurub hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs suallara cavab olaraq ifadəsində dəqiqləşdirmişdir ki, o, həmin şəxsləri əvvəllər tanımamış və bu şəxslər barədə heç bir məlumatı olmamışdır. Həmin şəxslərin 35-40 yaşı olarmış, həmin şəxslərdən arxada oturan, onu bıçaqla hədələyən şəxsi görsə tanıyar. Bu şəxslər ondan üstündə nə qədər pul varsa hamısını verməyini tələb etmişlər. Həmin şəxs marketə girib çıxdıqdan sonra ondan 15 manat pul istəyədəndə o, maşının günlüyündə 15 manat pulu verdiyi vaxt bu şəxslər görmüşlərlər ki, onda 200 manat pul vardır. Odur ki, ondan 200 manat pulu almışlar. Həmin şəxslər ona bıçaqla hədə-qorxu gələn zaman ona hər hansı xəsarət yetirməyiblər və bununla əlaqədar məhkəmə tibbi ekspert müayinəsindən keçmək istəmir. Arxada oturan şəxs ona bıçaqla hədə-qorxu gəlib pul tələb edəndə onun yanında oturan şəxs ona qarşı heç bir hərəkət etməmiş, bu şəxs sakit oturubmuş, o, görmüşdür ki, əgər o, müqavimət göstərərsə, onun yanında oturan şəxs də arxada oturana kömək edəcək və o, bu şəxslərin ikisi ilə bacamayacaq və ona görə də o, onlara müqavimət göstrəməmişdir. Həmin şəxs bıçağı çıxarıb açanda səsini eşitmiş və o bu şəxs onu hədələyəndə əlində bıçağın olmasına tam əmin olmuşdur. Bununla yanaşı o, bilməmişdir ki, onun yanında oturanda da hər hansı bir silah var, ya yox. Bu şəxslər ondan pulu alıb getdikdən sonra o, yenidən «Çiçək» qəsəbəsində yerləşən «5+1» marketə qayıdıb orada kamera olub-olmamasını soruşmuş, market işçiləri kamera olmasını demişlər. O, hadisə barədə 102-yə məlumat verdikdən sonra 40-cı PB-nin əməkdşları ilə həmin marketə gəlmişlər və kamera görüntülərinə baxmışlar. Kamera görüntülərində onun maşınının həmin marketin qarşısına gəlməsi, arxada oturan şəxsin maşından düşərək marketə girib heç bir şey almadan marketdən çıxması qeydə alınıbmış.Məhkəmə iclasında ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 40-cı PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Binəqədi rayonu Hökməli qəsəbəsində Zərərçəkmiş şəxs adlı taksi sürücüsünə qarşı quldurluq edilməsi ilə əlaqədar 102 xidmətindən məlumat daxil olmuş, dərhal hadisə yerinə getmişlər, şikayətçi Zərərçəkmiş şəxsla görüşüb hadisənin hansı şəraitdə baş verməsinə dair ətraflı məlumat almışlar. Bundan sonra əməliyyat tədbirləri keçirmişlər. Şikayətçi Zərərçəkmiş şəxs ona qarşı quldurluq etmiş şəxslərin iki nəfər olmalarını, Şamaxı-Bakı şosesi ilə Bakı şəhəri istiqamətində hərəkət etdiyi vaxt “Hökməli dairəsi”nin yaxınlığında, bu dairəni keçdikdən 300-400 metr sonra yolun kənarında dayanmış iki nəfərin əl qaldırdığı üçün maşını bu şəxslərin yanında saxlaması, həmin şəxslərin əyləşib əvvəlcə “Çiçək” qəsəbəsindəki “5+1” marketə gedərək ərzaq aldıqdan sonra Hökməli qəsəbəsinə gedəcəklərini demələri, şəxslərdən birinin qarşıda, digərinin arxada sağda əyləşmələrini, avtomobili “Çiçək” qəsəbəsinə sürüb “5+1” marketin qarşısında saxlaması, arxada oturan şəxsin maşından düşərək marketə girməsini, 3-4 dəqiqə sonra qayıdıb ondan 50 manata xırda olub-olmamasını soruşması, bu şəxsə 15 manat xırda pulunun olmasını söyləməsini, həmin şəxsin orndan 15 manatı alıb Hökməli qəçsəbəsində düşərkən aldığı pulu verəcəyini deməsini, bu şəxsin ondan 15 manatı alıb marketə girməsi və 5 dəqiqədən sonra geri qayıdıb maşına əyləşməsini, maşını Hökməli qəsəbəsinə sürdürmələrini, burada, tanımadığı küçədə arxada oturan şəxsin bıçaq çıxararaq üstündə nə qədər pulu varsa verməsini tələb etdiyini, əks halda isə vuracağı ilə hədələdiyini, başqa çıxış yolu olmadığı üçün cibində olan 200 manat pulu çıxarıb bu şəxslərə verdiyini, pulu aldıqdan sonra həmin şəxslərin maşından düşüb qaçıb getmələrini bildirmişdir. Hadisə barədə məlumat aldıqdan snra Zərərçəkmiş şəxsla birlikdə “5+1” adlı marketə gedib, marketdə quraşdırılmış müşahidə kamerasının qeydə aldığı görüntülərə baxmış, görüntülərdə Zərərçəkmiş şəxs ona qarşı quldurluq etmiş şəxsi tanımışdır. Həmin şəxs marketə daxil olub kassanın qarşısından keçərək o biri tərəfə getməsi müşahidə olunmuşdur. Bundan sonra həmin şəxsin kimliyinin müəyyən edilməsi üçün əməliyyat tədbirləri keçirilmiş və bu şəxsin Hökməli qəsəbəsində yaşayan , əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən edilsə də, sonuncu gizləndiyi üçün tutub istinntaqa təqdim edə bilməmişlər. Nəhayət xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tutub istintaqa təqdim etmişlər. Hadisə zamanı Təqsirləndirilən şəxsla olmuş ikinci şəxsin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilmiş, lakin həmin şəxsi müəyyən etmək mümkün olmamışdır. Cinayət işinə əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə psixiatrik ekspertizanın xx.xx.2020-ci il tarixli, 1162 №-il rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair xəstəlik əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyni dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir Cinayət işi materiallarında olan iş üzrə Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixli ərizə ilə istintaq orqanına müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra, sonuncu tərəfindən ona vurulmuş ziyan, 220 manat məbləğində pul Təqsirləndirilən şəxs qohumları tərəfindən tam şəkildə qaytarıldığından, heç bir tələbi və şikayəti yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işi materiallarında olan tutma protokolundan göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə faktiki olaraq tutulmuşdur. Cinayət işi materiallarında olan xx xxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs üzləşdirmədə dindirmə zamanı üzünə qarşı bildirilənlərə cavab verməmiş, münasibət bildirməmiş və bu barədə tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan başqa bir nəfərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2019-cu il tarixdə saat 21 radələrində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi «RAVON» markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı-Bakı şossesi ilə hərəkətdə olduğu zaman «Hökməli Dairəsi» adlanan yerdə sərnişin adı ilə minib Hökməli qəsəbəsinə sürdürərək evlərin arasında olan yolda saxladıb sərnişin qismində minərək əvvəl «Çiçək» qəsəbəsində yerləşən «5+1» adlı marketə, sonra isə Hökməli qəsəbsinə sürdürüb, orada ara küçələrin birində avtomobili saxladaraq arxa oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 200 manat pulu alıb ələ keçirməklə, özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir.Bu hərəktələri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 180.2.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi qismən öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən göründüyü kimi, , o, X1 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2010-cu il hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.4, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası ƏN-nin 14 saylı MTCM-si tərəfindən verilmiş arayışdan görünür ki, o, xx.xx.2018-ci il tarixdə cəzasını çəkib qurtardığına görə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsində nəzərdə tutulmsuşdur ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur.İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət törətdiyinə görə cəzasını çəkib xx.xx.2018-ci il tarixdə azadlığa çıxmış və cəzasını çəkib qurtardığı gündən altı il keçməmişdir, bununla da onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətlərin residivi sayılır. Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı ciddi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 62 (altmış iki) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 62 (altmış iki) saat hüquqi yardıma görə vəkil Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 372 (üç yüz yetmiş iki) manat xidmət haqqı ödənilsin. Xidmət haqqının ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar