Məhkəmə qərarları › İş №1(001)-305/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-305/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-305/2023 04.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Şamil oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1980-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 127 ünvanda qeydiyyatda olmaqla, Abşeron rayonu, Goradil qəsəbəsi, Goradil kəndində fərdi evdə yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdən saat 18 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən dayanacaqda 41 saylı sərnişin avtobusuna minib orada sərnişin Zərərçəkmiş şəxs1 qarşısında dayanaraq əvvəlcədən aralarında olan razılaşmaya əsasən tanışı Təqsirləndirilən şəxs1 öz hərəkətləri ilə Zərərçəkmiş şəxs1 diqqətinin yayındırmış, o isə Zərərçəkmiş şəxs1 yaxınlaşaraq sonuncunun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən üzərində 30 manat dəyərində "xxxx" MMC-yə aid ***-***-**-** və 20 manat dəyərində "xxxx" MMC-yə aid ***-***-**-** mobil telefon nömrələri olan 80 manat dəyərində «Samsung» markalı SM-J330F/DS» (J3 2017) modelli 3560xx/xx/124695/1 və 3562xx/xx/124695/3 İMEİ kodlu mobil telefon aparatını çıxarmaqla gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 130 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdən saat 18 radələrində Binəqədi rayonu, “Azadlıq Prospekti” metrostansiyasının yaxınlığındakı dayanacaqda 165 saylı sərnişin avtobusuna minib orada sərnişin Zərərçəkmiş şəxs2 qarşısında dayanaraq əvvəlcədən aralarında olan razılaşmaya əsasən tanışı Təqsirləndirilən şəxs1 öz hərəkətləri ilə Zərərçəkmiş şəxs2 diqqətinin yayındırmış, o isə Zərərçəkmiş şəxs2 yaxınlaşaraq sonuncunun əynindəki gödəkçənin cibindən üzərində 20 manat dəyərində "xxxx" MMC-yə aid ***-***-**-** və 20 manat dəyərində "xxxx" MMCyə aid ***-***-**-** saylı sim nömrələri olan 140 manat dəyərində «Samsung A40» markalı mobil telefonu çıxarmaqla gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 180 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdən saat 16 radələrində Binəqədi rayonu, Azadlıq prospektinin yaxınlığındakı dayanacaqda 26 saylı sərnişin avtobusuna minib orada sərnişin Zərərçəkmiş şəxs3 qarşısında dayanaraq əvvəlcədən aralarında olan razılaşmaya əsasən tanışı Təqsirləndirilən şəxs1 öz hərəkətləri ilə Zərərçəkmiş şəxs3 diqqətinin yayındırmış, o isə Zərərçəkmiş şəxs3 çiynindən asılmış çantadan 113 manat, milli məzənnə ilə 88 manat təşkil edən 50 Avro məbləğində pul olan 10 manat dəyərində pul kisəsini çıxarmaqla gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 211 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdən saat 18 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən dayanacaqda 41 saylı sərnişin avtobusuna minib orada sərnişin Zərərçəkmiş şəxs1 qarşısında dayanaraq əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, öz hərəkətləri ilə Zərərçəkmiş şəxs1 diqqətinin yayındırmış, tanışı Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 yaxınlaşaraq sonuncunun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən üzərində 30 manat dəyərində "xxxx" MMC-yə aid ***-***-**-** və 20 manat dəyərində "xxxx" MMC-yə aid ***-***-**-** mobil telefon nömrələri olan 80 manat dəyərində «Samsung» markalı SM-J330F/DS» (J3 2017) modelli 3560xx/xx/124695/1 və 3562xx/xx/124695/3 İMEİ kodlu mobil telefon aparatını çıxarmaqla gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 130 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdən saat 18 radələrində Binəqədi rayonu, “Azadlıq Prospekti” metrostansiyasının yaxınlığındakı dayanacaqda 165 saylı sərnişin avtobusuna minib orada sərnişin Zərərçəkmiş şəxs2 qarşısında dayanaraq əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, öz hərəkətləri ilə Zərərçəkmiş şəxs2 diqqətinin yayındırmış, tanışı Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs2 yaxınlaşaraq sonuncunun əynindəki gödəkçənin cibindən üzərində 20 manat dəyərində "xxxx" MMC-yə aid ***-***-**-** və 20 manat dəyərində "xxxx" MMCyə aid ***-***-**-** saylı sim nömrələri olan 140 manat dəyərində «Samsung A40» markalı mobil telefonu çıxarmaqla gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 180 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdən saat 16 radələrində Binəqədi rayonu, Azadlıq prospektinin yaxınlığındakı dayanacaqda 26 saylı sərnişin avtobusuna minib orada sərnişin Zərərçəkmiş şəxs3 qarşısında dayanaraq əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, öz hərəkətləri ilə Zərərçəkmiş şəxs3 diqqətinin yayındırmış, tanışı Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs3 çiynindən asılmış çantadan 113 manat, milli məzənnə ilə 88 manat təşkil edən 50 Avro məbləğində pul olan 10 manat dəyərində pul kisəsini çıxarmaqla gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 211 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə məhkum olunmuş, maddi durumu pis vəziyyətdə olduğundan 08 noyabr 2022-ci il tarixdə tanışı Rüfətlə görüşmüş, görüş zamanı o Rüfətə avtobusların birindən oğurluq etməyi təklif etmiş, sonuncu da onun etmiş olduğu təklif ilə razılaşmış, aralarında olan razılığa əsasən tanışı Rüfət sərnişinin diqqətini yayındırmalı, özü isə cibgirlik edəcəkdi, əsasən avtobusda sıx olan zamanı oğurluq etmək onlarauyğun gəlmşidir. Onlar birlikdə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi yerləşən dayancaqların birində 41 saylı sərnişin avtobusuna minmişlər. Qeyd olunan avtobusda sıxlıq olmuş,o tanışı Rüfətlə birlikdəəynində qara rəngli gödəkçə olan bir şəxsin yaxınlığında dayanmışlar. Belə ki, o Rüfətlə birlikdə həmin şəxsə yaxınlaşıb vaxt itirmədən gödəkçənin sağ yan cibindən mobil telefonu götürüb cibinə qoyub Rüfətə işarə edərək növbəti dayanacaqda düşərək bir qədər irəlilədikdən sonra oğurlamış olduğu “Samsung J3” markalıüzərində olan sim nömrələri xatırlamadığı yerə atıb mobil telefonu üzərində saxlamışdır. Bir müddət keçdikdən sonra polis əməkdaşlarıtərəfindən saxlanılan zaman oğurlamış olduğu mobil telefonu onlara təqdim edərək tanışı Rüfətlə törətmiş olduğu oğurluq əməlini səmimi şəkildə etiraf etmişdir.Bundan başqa o tanışı Rüfətlə birlikdə digər cinayət əməli eyni üsulla və aralarında qabaqcadan olan razılığa əsasən tanışı Rüfətlə birlikdə törətmişlər. Belə ki,xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Binəqədi rayonu, “Azadlıq Prospekti” metrostansiyasının yaxınlığındakı dayanacaqdakı 165 saylı sərnişin avtobusuna tanışı Rüfətlə birlikdə minmişlər. Avtobusda sıxlıq olmuş, eyni qayda ilətanışı Rüfətlə birlikdəəynində qara rəngli gödəkçə olan bir şəxsin yaxınlığında dayanmışlar. Belə ki, o Rüfətlə birlikdə həmin şəxsə yaxınlaşıb vaxt itirmədən gödəkçənin cibindən mobil telefonu götürüb cibinə qoyub Rüfətə işarə edərək növbəti dayanacaqda düşərək bir qədər irəlilədikdən sonra oğurlamış olduğu “Samsung A40” markalı Nərimanov rayonu ərazisində telefon dükanlarının birinə xatırlamadığı qiymətə satıb əldə etdiyi pulu Rüfətlə arasında bölüşdürmüşdür. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində “Gənclik” metrostisiyasının yaxınlığındakıdayanacaqda 26 saylı sərnişin avtobusuna tanışı Rüfətlə birlikdə minmişlər,avtobusda sıxlıq olmuş, eyni qayda ilətanışı Rüfətlə birlikdəçiynindəçanta olan bir qadının yaxınlığında dayanmışlar. Belə ki, o Rüfətlə birlikdə həmin şəxsə yaxınlaşıb vaxt itirmədən qadının çiynində olan çantadan pul kisəsini götürüb cibinə qoyub Rüfətə işarə edərək növbəti dayanacaqda düşərək bir qədər irəlilədikdən sonra oğurlamış olduğu pul kisəsinin içərisinə baxdıqda orada kartlar, şəxsiyyət vəsiqəsi, 200 manata yaxın nəğd pulun olduğunu görmüşlər. Şəxsiyyət vəsiqəsini, pul kisəsini və bank kartlarını xatırlamadıqları yerə atmışlar, pulu isə öz aralarında bölmüşlər. Əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki,maddi durumu pis vəziyyətdə olduğundan 08 noyabr 2022-ci il tarixdə tanışı Rüfətlə görüşmüş, görüş zamanı o Rəşidə avtobusların birindən oğurluq etməyi təklif etmiş, sonuncu da onun etmiş olduğu təklif ilə razılaşmış, aralarında olan razılığa əsasən o sərnişinin diqqətini yayındırmalı, Rəşid isə cibgirlik etməli olmuşdur. Əsasən avtobusda sıx olan zamanı oğurluq etmək onlara uyğun gəlmişdir. Onlar birlikdə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi yerləşən dayancaqların birində41 saylı sərnişin avtobusuna minmişlər. Qeyd olunan avtobusda sıxlıq olmuşdur. O tanışı Rəşidlə birlikdəəynində qara rəngli gödəkçə olan bir şəxsin yaxınlığında dayanmışlar. Belə ki, o Rəşidlə birlikdə həmin şəxsə yaxınlaşıb vaxt itirmədən gödəkçənin sağ yan cibindən mobil telefonu götürüb cibinə qoyub ona işarə edərək növbəti dayanacaqda düşərək bir qədər irəlilədikdən sonra oğurlamış olduğu “Samsung J3” markalıüzərində olan sim nömrələri xatırlamadığı yerə atıb mobil telefonu üzərində saxlamışdır. Bir müddət keçdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılan zaman oğurlamış olduğu mobil telefonu onlara təqdim edərək tanışı Rəşidlə törətmiş olduğu oğurluq əməlini səmimi şəkildə etiraf etmişdir. Bundan başqa tanışı Rəşidlə birlikdə digər cinayət əməli eyni üsulla və aralarında qabaqcadan olan razılığa əsasən tanışı Rüfətlə birlikdə törətmişlər. Belə ki,xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Binəqədi rayonu, “Azadlıq Prospekti” metrostansiyasının yaxınlığındakıdayanacaqdakı 165 saylı sərnişin avtobusuna tanışı Rəşidlə birlikdə minmişlər. Avtobusda sıxlıq olmuşdur. Eyni qayda ilətanışı Rəşidlə birlikdəəynində qara rəngli gödəkçə olan bir şəxsin yaxınlığında dayanmışlar. Belə ki, o Rəşidlə birlikdə həmin şəxsə yaxınlaşıb vaxt itirmədən gödəkçənin cibindən mobil telefonu götürüb cibinə qoyub Rəşid işarə edərək növbəti dayanacaqda düşərək bir qədər irəlilədikdən sonra oğurlamış olduğu “Samsung A40” markalı Nərimanov rayonu ərazisində telefon dükanlarının birinə xatırlamadığı qiymətə satıb əldə etdiyi pulu Rəşidlə aralarında bölüşdürmüşlər. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində “Gənclik” metrostisiyasının yaxınlığındakı dayanacaqda 26 saylı sərnişin avtobusuna tanışı Rəşidlə birlikdə minmişlər. Avtobusda sıxlıq olmuş, eyni qayda ilətanışı Rəşidlə birlikdəçiynindəçanta olan bir qadının yaxınlığında dayanmışlar. Belə ki, o Rəşidlə birlikdə həmin şəxsə yaxınlaşıb vaxt itirmədən qadının çiynində olan çantadan pul kisəsini götürüb cibinə qoyub Rəşid işarə edərək növbəti dayanacaqda düşərək bir qədər irəlilədikdən sonra oğurlamış olduqları pul kisəsinin içərisinə baxdıqda orada kartlar, şəxsiyyət vəsiqəsi, 200 manata yaxın nəğd pulun olduğunu görmüşlər. Şəxsiyyət vəsiqəsini, pul kisəsini və bank kartlarını xatırlamadıqları yerə atmışlar, pulu isə öz aralarında bölmüşlər. Əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 08 noyabr 2022-ci il tarixdə saat 18 radələrində qonaqlıqdan çıxıb Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən dayanacaqların birində evə getmək üçün 41 saylı sərnişin avtobusuna minmiş, avtobusda sıxlıq olduğundan ayaq üstə olmuş,növbəti dayanacaq olan Binəqədi rayonu, Binəqədi şosesi, köhnə Zəngəzur şadlıq evinin yaxınlığında ödənişi etdikdən sonra avtobusdan düşərək yaşadığı evinə getmişdir. Evə doğru gedən zaman bazarlıq etmək üçün telefon əlaqəsi saxlamaq istədikdə əynində olan qara rəngli gödəkçənin sağ yan cibinəəl atan zaman ona məxsus olan “Samsung J3” maraklı mobil telefonunun cibində olmadığını aşkar etmiş və həmin vaxt anlamışdır ki, avtobusda olan zaman mobil telefonu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Həmin gün polisə məlumat verməsə də, düşünmüşdür ki, tapar, lakin 25 noyabr 2022-ci il tarixdə telefonundan xəbər çıxmadığı üçün polis qurumuna məlumat vermişdir.Baş vermiş oğurluq hadisəsi nəticəsində 2022-ci il tarixdə aldığı ona məxsus olan üzərində 30 manat dəyərində "xxxx" MMC-yə aid ***-***-**-** və 20 manat dəyərində "xxxx" MMC-yə aid sim nömrə olmaqla 01 ədəd dəyəri 300 manat olan “Samsung J3” markalı mobil telefon oğurlanmışdır. xx.xx.2022-ci il tarixdə 41 saylı avtobusda olan zaman adam sayı çox olmuşdur. Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənildiyini, yəni ona məxsus mobil telefonun geri qaytarıldığını, təqsirləndirilən şəxslərlə aralarında barışıq olduğunu və onlara qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, 16 noyabr 2022-ci il tarixdə işdən qayıdan zaman “Azadlıq” metroslansiyasinin yaxınlığında dayanacaqda 165 saylı sərnişin avtobusuna minərək yaşadığı ünvana yollanmışdır. Həmin gün saat 18:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sərdarov” adlı zavodun qarşısında avtobusdan düşmüş və yolun əks tərəfinə keçərək, başqa bir avtobusa minib gödəkçəsinin cibində olan bir ədəd “Samsung A 40” markan mobil telefonunun oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ona 300 (üç yüz) manat məbləğində maddi ziyan dəymişdir. Onun gödəkçəsinin cibindən telefonu 165 saylı marşrut xətti üzrə sərnişin avtobusundan naməlum şəxs tərəfindən oğurlanmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Məhəmməd oğlu təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı onun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. O ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində İşlədiyim akademiyadan çıxıb «Koroğlu» metrostansiysaından metroya minib «Gənclik» metrostansiyasında metrodan çıxıb, təxminən saat 17:30 radələrində dayanacaqda dayanmış 26 saylı marşrut avtobusuna minərək, pul kisəmi çantadan çıxarıb içərisindən Bakı kartı götürüb istifadə edib yenidən çiynindən asdığı çantanın içərsinə qoymuşdur. Avtobusda yol boyu ayaq üstə dayanmış və avtobusda sıxlıq olmuşdur. Saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində avtobusdan düşmüşdür. Yaşadığı evə doğru piyada hərəkət etmiş, daha sonra Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən məhəllə marketə daxil olub alışveriş etmək istədikdə aşkar etmişdir ki, ona məxsus olan pul kisəsi naməlum şəxs tərəfindən çantasından oğurlanmışdır. Onun çantasında olan pul kisəsinin içərisində adına olan «Ekspresbanka» və «Leobanka» məxsus bank kartları, 113 manat və 50 Avro məbləğində pul, şəxsiyyət vəsiqəsi olmuşdur. Çantasında başqa heç nə olmamışdır. Pul kisəsini 10 manata almışdır. O hadisə barədə polisə məlumat vermişdir. Bank kartlarında müəyyən məbləğdə pul olduğundan o həmin günün səhərisi, yəni xx.xx.2022-ci il tarixdə Ekspress və Leobankın Bakı şəhərində yerləşən filiallarına yaxınlaşaraq bank kartlarının hər ikisini dekativ etmişdir. Həmin kartlardan heç bir məbləğdə pul çıxarılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, mən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Baseus Telekom” adlı mobil telefon dükanında satıcı işləyir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında iki nəfər, sonradan ad və soyadlarını bildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 işlədiyi dükana gələrək ona «Samsung A40» markalı mobil telefonu göstərib, həmin mobil telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün onu satmaq fikrində olduğunu bildirmiş, o da həmin mobil telefona baxıb həmin şəxslərdən birinə şəxsiyyət vəsiqəsinin olub-olmadığını soruşmuş, Rəşid sürücülük vəsiqəsini ona təqdim etmişdir. O Rəşidin ona təqdim etmiş olduğu sənədin kserosurətini çıxardıb həmin vəsiqəni yenidən ona qaytarmışdır. Daha sonra həmin mobil telefonu ondan 130 manata almağı razılaşmışlar. O həmin telefonu ondan 130 manata aldıqdan sonra həmin şəxs çıxıb getmişdir. Bir neçə müddət keçdikdən sonra o həmin mobil telefona bir sıra xərc çəkib dükana gələn tanımadığı müştəriyə 130 manata satmışdır. Həmin müştərinin anket məlumatlarını və mobil telefon nömrəsini bilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona satdığı həmin mobil telefonun oğurluq yolu ilə əldə edilməsi barədə heç bir məlumatı olmamışdır. Rüfət və Rəşid ona həmin telefonu satarkən telefonun ona məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq fikrində olduğunu bildirmişdir. O həmin şəxslərdən mobil telefon alan zaman heç bir yerdə qeydiyyat aparmamış, qeydiyyat jurnalında səhifələr dolu olduğundan heç bir qeydiyyat apara bilməmiş, lakin həmin şəxslərdən birinin sürücülük vəsiqəsinin surətini çıxarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə başlanılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq, saxlanılmaları üçün Bakı şəhəri, Binəqədi RPİ-nin MSY-yə təhvil verilmişlər. Bundan başqa, ********* saylı cinayət işinə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PŞ-də Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 şikayət ərizələri əsasında toplanmış HK-1892 və HK-1898 saylı materiallar birləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara həmin maddələrlə ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmiş və barələrində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/8861 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 01 ədəd “Samsung A40” markalı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parmetlərinə uyğun olaraq 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 140 manat müəyyən olunur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8860 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qızılı rəngli, Vyetnam istehsalı olan “Samsung” markalı SM-J330F/DS» (J3 2017) model, 3560xx/xx/124695/1 və 3562xx/xx/124695/3 İMEİ kodlu mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olmasını nəzərə alaraq 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 80 manat müəyyən olunur. Təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 18 radələrində 41 saylı sərnişin avtobusunda oğurladığı Zərərçəkmiş şəxs1 məxsusu 01 ədəd “Samsung J3” markalı mobil telefonu Binəqədi RPİ-nin 4-cü PŞ-yə təqdim etmişdir. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində 26 saylı sərnişin avtobusuna Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1lə daxil olurlar. Daha sonra avtobusda olan sıxlıqdan istifadə edərək çiynində çanta olan bir qadının yanına yaxınlaşırlar. Rəşad qadının çiynində olan çantadan pul kisəsini götürüb cibinə qoyur, daha sonra onlar növbəti dayanacaqda düşürlər. Baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 də bildirirlər ki, həmin avtobusda qadının çantasından pul kisəsini onlar oğurlayıblar. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Samsung J3” markalı mobil telefon saxlanılması üçün sonuncuya təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamələrdən və hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə həbs olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-792/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində 8 Noyabr -Zəfər Günü münasibətilə amnistya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Odur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə həbs olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə AR Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qeyd olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(002)-880/2021 saylı qərarı ilə ona Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu götürüldüyündən o məhkumluğu olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslıərin ifadəsinə, zərər çəkmiş şəxslərin ifadəsinə, şahid ifadəsinə yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetirilir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Təqsirləndirilən şəxs2 əvvəl törətdiyi cinayətə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2nın əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 oğluna azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs2 həbsdə olduğu müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 26 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əvvəl törətdiyi cinayətə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman götürülmüş olduğundan əməlində cinayətlərin residivi yaranmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs1 həbsdə olduğu müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 26 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə maddi sübut “Samsung J3” markalı 01 ədəd telefonun sahibinə, yəni Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmadır. Həmçinin, iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ndan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Şamil oğlu tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 474 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 474 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını “ciddi” rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli 26 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını “ümumi” rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 26 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Samsung J3” markalı 01 ədəd telefonun sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2, 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Şamil oğlu tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 474 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 474 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar