Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-306/2025 07.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3, 177.2.4 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla üzərində daşımış, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 3 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,295 qram, 1,231 qram və 0,320 qram olmaqla ümumi təmiz çəkisi 1,846 qram olan ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək əynində olan göy rəngli şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, 04 aprel 2024-cü il tarixdə, saat 15:37-da Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 10a yerləşən həmin polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 16:45-də üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 3 ədəd şəffaf polietilen bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı ayrı-ayrılıqda çəkiləri 0,295 qram, 1,231 qram, 0,320 qram ümumi təmiz çəkisi xeyli miqdar təşkil edən 1,846 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 31 may 2024-cü il tarixdə saat 18 radələrində bacısı oğlu X2 yaşadığı ünvan 4 mənzilin giriş qapısını öncədən əldə etdiyi açar ilə açaraq yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağında yerləşən dolabdan dəyəri 3800 manat təşkil edən ağ qızıldan ibarət dəsti, dəyəri 700 manat təşkil edən bir ədəd sarı qızıldan ibarət qızıl üzüyü və dəyəri 1500 manat təşkil edən bir ədəd sarı qızıldan ibarət qolbağı gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 6000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü oğurluq hadisəsində qismən təqsirli bilsə də, CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmir. Oğruluq hadisəsi ilə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs onun bacısı oğludur. Bacısı oğlu Elminin icazəsi ilə arada ona məxsus avtomobili götürüb idarə etmişdir. Elminə məxsus avtomobili idarə edərkən onun yaşadığı evin açarını da həmin avtomobildən götürmüşdür. Açarı götürdükdən bir neçə gün sonra pula ehtiyacı olduğundan fikirləşmişdir ki, bacısı oğlunun evinə girərək qızılları götürüb lombarda qoyub pul götürsün və işlərini həll etdikdən sonra qızılları geri qoyar. Buna görə də 31 may 2024-cü il tarixdə axşam saatlarında bacısı oğlu Elmin İlxasszadənin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov bina 41 a, 29 ünvanında yerləşən mənzildə heç kim olmadığından mənzilin qapısını əvvəlcədən bacısıoğlunun avtomobilindən götüdüyü açarla açaraq içəri daxil olmuş, yataq otağındakı şkafdan boyunbağı, üzük, bir cüt sığa və qolbaqdan ibarət bir ədəd ağ qızıl komplekt (dəst) və bir ədəd əlavə qolbaq götürüb çıxmışdır. İttiham aktında onun əlavə sarı rəngli qızıl üzük də oğurladığı qeyd edilsə də, o həmin üzüyü götürməmişdir. İstintaqdakı ifadəsini isə oxumadan imzalamış, həmin ifadə ilə onu tanış etməmişlər. Bacısı oğlunun evindən bir ədəd ağ qızıl komplektə aid olan boyunbağı, qolbaq, üzük, sırğa və bir ədəd də əlavə qolbaq götürmüş, evdə nə sarı rəngdə əlavə üzük olmuş, nə də o götürmşdür. Həmin qızılları götürdükdən sonra, 06 iyun 2024-cü il tarixdə “20 yanvar” adlanan ərazidə, "xxxx" ASC-yə qalxan yolun sol tərəfində yerləşən 1 nömrəli lombarda götürdüyü qolbağı, sırğaları və üzüyü verərək 220 manat, 210 manat və 100 manat olmaqla, ümumilikdə 530 manat pul götürmüşdür. Əlavə pula ehtiyacı olmadığından digər qızılları, yəni qızıl boyunbağı və əlavə bir ədəd götürdüyü qolbaq isə özündə qalmış, lombarda qoymamışdır. Tutulduğu zaman boyunbaq qırılmış vəziyyətdə onda olmuş və onu da sırğa kimi qeyd etmişlər. Daha sonra gedib, faizi ilə birilkdə təxminən 103 və ya 104 manat ödəyərək həmin lombarddan verdiyi üzüyü geri götürmüşdür. Digər qızıllar isə həmin lombardda qalmışdır. Bir neçə gün sonra isə həmin üzyü Xırdalanda fəaliyyət göstərən digər lombarda qoyub 100 manat götürmüşdür. Tutulduqdan sonra qardaşına etibarnamə vermiş, qardaşı lombarda olan qızılları götürərək qaytarmış, əlavə götürdüyü qolbaq isə evdə əşyalarının içərisində olmuş, onu da qaytarmış, boyunbağı isə üstündə olduğundan onu da qaytarmışdır. O, istintaqda 01 ədəd qızıl üzüyü və qızıl qolbağı metronun 20 yanvar stansiyasının yaxınlığında tanımadığı şəxsə satması barədə heçnə bildirməmiş, bu barədə ifadəsini isə oxumdan imzalamışdır. Faktiki olaraq o bacısı oğlunun evindən bir ədəd qızıl komplekt (dəst) və bir ədəd əlavə qızıl qolbaq götürmüşdür. Həmin qızılların da hamısını geri qaytarmış, zərərçəkmiş şəxslə barışmış, zərəçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Üzərindən aşkar olunmuş psixotrop maddə ilə bağlı isə qeyd edir ki, hadisə vaxtı Şamaxinka deyilən ərazidə bərbərxanada olmuş, oradan çıxan kimi isə onu saxlamışlar. Belə ki, ona sahə rəisi zəng vuraraq keçmiş qaynanasıgil ilə olan problemə görə barəsində 102 xidmətinə şikayət daxil olduğunu, ora gedərək dava saldığını bildirmiş, o isə belə bir hadisənin olmadığını qeyd etdikdə sahə rəisi onun yerini soruşmuş, o da sahə rəisinə bərbərxanada olduğunu bildirərək yerini demişdir. Bərbərxanadan çıxandan sonra isə polis əməkdaşları ona yaxılaşaraq özlərini təqdim edib 7-ci Polis Bölməsinə aparmışlar. Bölməyə aparılarkən avtomobildə üzərinə baxsalar da, metamfetaminləri gizlətdiyi üçün tapa bilməmişlər. Polis Bölməsinə gəldikdən sonra isə özü üstündə olan 2 büküm metafetamini polislərə təqdim etmişdir. Üstündə olan metamfetaminləri isə tutulduğu gün şəxsi istifadəsi üçün “Papanin” deyilən yerdən almış, lakin neçəyə aldığını hazırda xatırlamır. Daha sonra çəkiliş zamanı adını bilmədiyi təhqiqatçı stolun üzərinə 3 büküm qoyaraq həmin bükümləri cibinə qoymasını, çəkiliş zamanı təqdim etməsini bildirmişdir. Həmin bükümlərdən ikisi onun olsa da, bir büküm onun olmamışdır. Çəkiliş zamanı vəkil də çağırılmamış, çəkiliş vəkilin iştirakı olmadan aparılmışdır. Verilmiş suallara cavab olaraq isə əlavə bir bükümü də qəbul etməsəydi onu döyüb incidəcəklərini fikirləşdiyini, ona fiziki təzyiq göstərilmədiyini, lakin psixi təzyiq göstərildiyini, təhqiqatçının ona əlavə bir bükümü qəbul etməsə evindən gedib 1-2 kq əlavə çıxardacaqlarını bildirdiyi üçün razılaşdığını, istintaq zamanı 2024-cü ilin aprel ayının 4-ü və avqust ayının 6-sı olmaqla iki dəfə saxlanıldığını, xx.xx.2024-cü il tarixdə günorta radələrində saxlanıldığını, saxlanıldığı ünvanı dəqiq xatırlamadığını, Şamaxinka adlanan ərazidə “Qızıl Tac” şadlıq sarayını keçəndən sonra 5 mərtəbəli binanın altında yerləşən bərbərxanadan çıxıb, yolu əks istiqaməti keçdikdən sonra saxlanıldığını, narkotik vasitələrdən və psixotrop maddələrdən pandemiya dövründən sonra istifadə etməyə başladığını, 5-6 dəfə istifadə etdiyini, narkotik vasitlərin və ya psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmadığını, heç kimə də pay vermədiyini, üstündə olan psixotrop maddələri isə şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə himayəsində yaşlı anasının və azyaşlı övladının olmasını, tutduğu əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinində bildimişdir ki, Təqsirləndirilən şəxs onun doğma dayısıdır, oğurluq hadisəsindən sonradan onun xəbəri olmuşdur. Bununla bağlı dəfələrlə polis bölməsinə çağırılmış və bölmədə də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Onun evindən təxminən 3000-4000 manat dəyərində qızıl ziynət əşyaları götürülmüşdür. Oğurluğun dayısı tərəfindən edildiyini bilmədiyi üçün əvvəlcə şikayət etmiş, ona vurulmuş ziyan ödənildiyindən və aralarında barışıq əldə edildiyindən o, dərhal şikayətini geri götürmüşdür. Təqsirləndirilən şəxs ona məxsus qızılları ünvan 4 ünvanda yerləşən mənzilindən şkafın üzərindən götürmüş, qızıllardan başqa hər hansı pul və ya başqa əşya götürməmişdir. Təqsirləndirilən şəxs ona məxsus evin açarını hardan əldə etməsini isə dəqiq bilmədiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq isə ibtidai istintaqda verdiyi ifadəsini oxumadan, ifadəsinə tam axıra kimi baxmadan imzaladığını, evindən dəqiq olaraq boyunbağı, sırğa, üzük və qolbaqdan ibarət qızıl komplekt (dəst) və əlavə olaraq bir ədəd nazik qızıl qolbaq oğurlandığını, onun evindən əlavə 700 manat dəyərində sarı rəngli qızıl üzük oğurlanmadığını, istintaq zamanı vatsapla qızıllarınn şəkilini göndərdiyini, əlavə üzüyün şəklinin isə səhv göndərildiyini, həmin üzüyün evindən oğurlanmadığını, sarı rəngli qızıl üzüyün onda olduğunu, oğurlanmış qızılların isə tam olaraq ona qaytarıldığını, həmin qızılları sonradan pula ehtiyacı olduğu üçün lombarda qoyaraq pul götürdüyünü, hazırda da həmin qızılların lombardda olduğunu, istintaq zamanı sadəcə qızıl dəsdinin qiymətinin 3800 manat olmasını bildrirdiyini, digər qiymətləri isə özünün bildirmədiyini, götürülmüş qızılların ümumi dəyərinin 4000 manatdan yuxarı olmadığını, ittiham aktında əlavə 1500 manat dəyərində boyunbağının oğurlanmasının səhv qeyd edildiyini, 1500 manat dəyəri olduğu göstərilən boyunbağının qızıl dəstinə (komplektinə) daxil olduğunu, yəni komplektin qiymətinin qızıl boyunbağı ilə birilkdə 3800 manat olduğunu, boyunbağını ayrıca qiymətləndirmədiyini, 1500 manat 3800 manatın içərisində olduğunu, həmin qızıl dəstini (boyunbağ, üzük, bir cüt sırğa və qolbaq) 3800 manata alındığını, ittiham aktında boyunbağının səhv olaraq təkrar qeyd edildiyini, ondan oğurlanmış qızılların dəyərinin 6000 manat olmadığını, müstəntiqə də 6000 manat dəyərində qızllarının oğurlanmasını bildirmədiyini, ümumi olaraq qızıl dəstin 3800 manat, əlavə nazik qolbağın isə təxminən 150 manat civarında olduğunu, çünki həmin nazik qolbağı 150 manata aldığını, ona vurulmuş ziyanın ümumilikdə təxminən 3950 manat olduğunu, qızılların hamısının geri qaytarıldığını, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, istintaq zamanı keçirilmiş ekzpertiza rəyləri ilə qızıl komplektin (dəsdin) boyunbağısına qoyulmuş 819 manat, 1 ədəd qolbağa qoyulmuş 402 manat, bir cüt sırğaya qoyulmuş 424 manat, 1 ədəd qızıl üzüyə qoyulmuş 219 manat qiymətlə də razılaşdığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşı Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, 04 aprel 2024-cü il tarixdə Binəqədi RPİ-nin 7-ci PB-nə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 6ayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra onun rəhbərliyi və əməkdaş Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 04 aprel 2024-cü il tarixdə saat 15:37-də ünvan 7 ünvanının yaxınlığına Təqsirləndirilən şəxs saxlayaraq onun qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşıb polis bölməsinə gəlmiş, bölmədə olan zaman xidməti otaqların birində təhqiqatçı tərəfindən Pərvizə hüquq və vəzifləri elan olunduqdan sonra vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra Pərvizin özünün razılığı ilə müdafıəçininin iştirakı olmadan video çəkilişlə onun üzərinə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən üzəri göy rəngli yapışqanla bağlanmış ağ selofana bükülmüş büküm və 02 ədəd ağ rəngli sellofana bükülmüş bükümdə olan psixotrop maddə olan metamfetamini, şalvarının sağ yan cibindən isə bir ədəd üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan Samsung markalı mobil telefonu və 2 manat pulu çıxarıb masanın üzərinə qoyub üzərində başqa heçnə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdə olan psixotrop maddə olan metamfetamin tərəzidə çəkildikdə ayrı-ayrılıqda çəkilərinin 1,65 qram, 0,39 qram və 0,41 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan yerdə, tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddələr ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və iştiralçılar tərəfindən imzalanmışdır. Ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında saxlayaraq bölməyə dəvət etdiklərini, saxlanılan zaman və bölmədə olarkən ona qarşı heç bir hədə-qorxu və zorakılıq tətbiq olunmadığını, onun da hər hansı müqavimət göstərmədiyini, onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı daxil olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində bölmənin əməliyyatçısı Şahid3 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı daxil olduqdan sonra Şahid3la birlikdə 04 aprel 2024-cü il tarixdə ünvan 8 ünvanı yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu 7-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə təhqiqatçının otağında onun üzərinə video çəkiliş ilə baxış keçirlən zaman onun üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Verilmiş suallara cavab olaraq isə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 15:00-dan sonra şübhəli şəxs qisimində saxladıqlarını, onun üzərinə baxışın polis bölməsində həyata keçirdiklərini, onun barəsində əməliyyat məlumatının narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və daşınması ilə bağlı daxil olduğunu, sırf istifadə və satışla bağlı dəqiq məlumat daxil olmadığını, eyni zamanda əməliyyat məlumatının əməliyyatçı Şahid3 daxil olduğunu, özünün iştirakçı qismində iştirak etdiyini, şəxsin saxlanılan zaman hər hansı müqavimət göstərmədiyini, üzərinə baxış zamanı üstündən aşkar edilmiş psixotrop maddəni özünün istifadəsi üçün əldə etdiyini, onun həmin maddələrin satışı ilə məşğul olması barədə ona hər hansı məlumat daxil olmadığını, əməliyyatçı Şahid3 isə bu barədə məlumat daxil olub-olmamasından məlumatsız olduğunu bildşirmişdir. Şahid qismində dindirilən X10 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında lombard işlədir. 06 iyun 2024-cü il tarixdə Məmmədov X5 gələrək bir ədəd üzük təqdim edərək lombarda qoyub pul götürmək istədiyini bildirmişdir. Tərəfindən üzüyə baxış keçirildikdən sonra qəbul edilmiş və Pərvizə 100 manat pul verilmişdir. Bundan başqa 09 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən Lombarda gələrək 1 cüt sırğa təqdim edərək Lombarda qoyub pul götürmək istədiyini bildirdikdə həmin sırğalarada baxış keçrildikdən sonra Təqsirləndirilən şəxs 220 manat pul verilmişdir. 27 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adından qardaşı yaxınlaşaraq etibarnamə təqdim edərək ödəniş edərək Pərvizin lombarda qoyduğu qızılları götürmüşdür. O, əlavə olaraq ifadəsində bildirmişdir ki, Pərviz qızılları lombarda qoyan zaman qızılların oğurluq olmadığını bildirmişdir. Şahid qismində dindirilən X7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “NL”adlı lombarda zərgər işləyir. 21 iyul 2024-cü il tarixdə işdə olduğu zaman bir nəfər əvvəllər tanımadığı özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs lombarda bir ədəd 585 əyarlı qızıl üzük təqdim edərək lombarda qoyub 100 manat götürmək istədiyini bildirmişdir. O, qızılı qiymətləndirərək həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədi götürərərk müvafiq sənədləşmə apardıqdan sonra qızılı təhvil alaraq Təqsirləndirilən şəxs 100 manat pul vermişdir. 27 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adından bir nəfər şəxs lombarda yaxınlaşaraq etibarnamə təqdim edərək 109 manat pul ödəyib 21 iyul 2024-cü il tarixdə girov qoyulmuş qızılı təhvil alaraq çıxıb getmişdir. O, əlavə olaraq ifadəsində bildirmişdir k, Təqsirləndirilən şəxs qızıl üzüyü götürən zaman onun oğurluq olmasından xəbəri olmamışdır. Şahid qismində dindirilən X6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı, Zərərçəkmiş şəxs isə bacısı oğludur. Qardaşı Pərviz narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 06 avqust 2024-cü il tarixdə Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Polis bölməsində məlum olmuşdur ki, Pərviz Elminin evindən oğurluq etmiş və evdən qızıl zinyət əşyaları oğurlayaraq ayrı-ayrı lombardlara verib pul götürmüşdür. Bu səbəbdən də o, qardaşından etibarnamə alaraq lombardlara getmiş və ödənişləri edərək Pərvizin verdiyi qızıllar götürüb istintaqa təqdim etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: 07 avqust 2024-cü il il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, 06 avqust 2024-cü il tarixdə Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxs axtarış zamanı külli miqdarda təmiz çəkisi 4,605 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,116 qram narkotik vasitə heroin aşkar edilərək götrülməsi faktı üzrə AR CM-nin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 17:30-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Davidoff markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf torbada ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini, 01 ədəd şəffaf sellofona bükülmüş bükümdə psixotrop maddə olan metamfetamini, 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə narkotik vasitə olan heroini, həmçinin 01 ədəd “KGTEL” markalı mobil telefonu və əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf torbanın içərisində 01 ədəd boyunbağı və 01 ədəd sırğanın tayını, həmçinin 01 ədəd qara rəngli pul kisəsinin içərisində 06 ədəd “Kapital Bank”-a aid 6768 6771 7802 6666, 4169 7332 2277 0658, 4169 7420 9037 4527, 5239 1517 9321 2302, 4169 7388 4978 2960, 4169 7387 6602 1061 kodlu bank kartlarını, 02 ədəd lombard vizitkartlarını və ümumilikdə 23 manat olmaqla 01 ədəd 10 manatlıq əskinası, 02 ədəd 5 manatlıq əsnikası və 03 ədəd 1 manatlıq əsnikası təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf torbanda olan metamfetamin, 01 ədəd şəffaf sellofonda olan metamfetamin və 01 ədəd gümüşü rəngli kağızda olan heroini elektron tərəzidə çəkilmiş, metamfetaminin çəkisi 4,98 və 0,28 qram, heroinin çəkisi isə 0,27 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr, 01 ədəd boyunbağı və 01 ədəd sırğa tayı, 06 ədəd bank kartları, 01 ədəd “KGTEL” markalı mobil telefon ayrı-ayrılıqda içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılır və DİN-in 176 saylı möhürü ilə möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1,231, 0,320 və 0,295 qram psixotrop maddə metamfetamin aşkar olunması faktı əsasında ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:25-də şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 15:37-dən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd üzəri göy rəngli yapışqanla bağlanmış ağ rəngli sellofana bükülmüş büküm və 02 ədəd ağ rəngli sellofana bükülmüş bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini, şalvarının sağ yan cibindən 1 ədəd qızılı rəngli Samsung markalı üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan mobil telefonu və 2 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş, metamfetaminin ayrı-ayrılıqda çəkisi 1,65 qram, 0,39 qram və 0,41 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmış və DİN-in 176 saylı möhürü ilə möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verimiş suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu və həmin psixotrop maddə hesab edilən metamfetamini xx.xx.2024-cü il tarixdə günorta saatlarında Nəsimi rayonunda yerləşən, “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 30 manata alaraq üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti həmin tarixdə saat 16:45-dən 17:15-dək aparılmışdır. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1847 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 176” dairəvi möhür əksi, “1. Təqsirləndirilən şəxs(imza)” yazısı və imzalar olan bir ədəd zərfdəki 3 (üç) ədəd bükümdə təmiz çəkisi ayrı-ayrılqıda təmiş çəkiləri 0,295 qram, 1,231 qram, 0,320 qram, ümumi təmiz çəkisi 1,846 qram ağ rəngli kristallşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspertiza rəyinə əlavə edilmiş aktdan görünür ki, 1,846 qram maddə qəbul edilmiş, 0,15 qram nümunə götürülmüş, 1,696 qram maddə geri qaytarılmışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir. xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı təqdim etdiyi 01 ədəd “Samsung” markal mobil telefona baxış keçirilmiş, baxış zamanı üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan bir ədəd “Samsung” markalı mobil telefonun qalereyasında olan fotolarda və digər sosial sms mübadiləsi tətbiqlərində iş üzrə sübut əhəmiyyətini kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin səçilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübuta hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən ********* saylı cinayət işi üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübuta hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş ayrı-ayrılqıda təmiz çəkiləri 0,295 qram, 1,231 qram və 0,320 qram olmaqla ümumi təmiz çəkisi 1,846 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,696 qram metemfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən ********* saylı cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” PHŞnin xx.xx.2024-cü il tarixli 910 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət işləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsinin xx.xx.2024-cü il tarixli, 2745 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA XƏSTƏLİYİ aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli “Diskə baxış protokolundan” görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu və anten dairəsi barədə məlumatlarla əlaqədar Azercell MMC-dən alınmış «CD» diskə baxış zamanı aşağıdakı məzmunda yazışmalar aşkar edilmişdir: “Bariojnu qehpesen mal dvijenyasi eliyirsen bayaqda mene yazdiqivin seklin cekib saxlamısam yazdinki emanetin burdadi gel goturr sen xx/xx/2024,05:44:00,**********55,**********43, qehpe kimi vurulassan bariojnu dvijenya elediyive gorede xx/xx/2024,05:44:01,**********55,**********43, lir vasif de bilir xx/xx/2024,05:44:01,**********55,**********43, ersen menim yaxinlarimnan Seni si*mir o temani ozume gotururdum ya qiza gotururdum Sen bariojnu qeh**sen mal buraxirsan bunu meherremde bilir cavidde bi xx/xx/2024,05:50:58,**********55,**********43,zun dalbdal yazib zeng eledinki narahat olma tez gelecem sen pulu at karta İndide yazmisanki emanetin mendedi hazirdi her seyin seklin cekmisem yazdiqlar xx/xx/2024,05:52:45,**********55,**********43,İkinciside men kakosu qiz ucun istemisem ya ozum ucun istemisem ona gore mene heckim hecne deyen deil ureyinde kime haa kimee istiyir denen bu sohpeti” xx.xx.2024-cü il tarixli “Diskə baxış keçrilməsi barədə” protokoldan göünür ki, ********* nömrəli cinayt işi üzrə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş Bakcell MMC-yə məxsus ***-***-**-** mobil telefon nömrəsində daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu və anten dairəsi barədə məlumatlarla əlaqədar Bakcell MMC-dən alınmış «CD» diskə baxış keçirilərkən iş üçün sübut əhəmiyyəti kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.2024-cü il tarxili “Toplanmış materialın cinayət işinə biriləşdirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs evindən qızıl ziynət əşyalarının oğurlanması barədə müraciəti əsasında toplanmış material ********* nömrəli cinayət işinə biləşdiriılmişdir. xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi hqqında” protokoldan görünür ki, oğurluq hadisəsini baş verdiyi, Zərərçəkmiş şəxs məxsus ünvan 4 mənzilə baxış keçirilmiş, hadisə yerinin 4 ədəd fotoşəkili çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsiləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2024cü il tarixli qərarla ********* nömrəli cinayət işiinin icraatı təzələnməşidr. xx.xx.2024-cü il tarixli “Cinayət işinin bir icraatda birləşdirilməsi və ictimai təhlükəli əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət işi üzrə ictimai təhlükəli əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1,177.2.3,177.2.4 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü iltarixli “Təqsiləndirilən şəxs qismində cəlb edilmiş şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbyacan Respublikası CM-nin 234.1, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)-593/2024 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 234.1, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimikan tədbiri seçilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)-837/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)-920/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 ay, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ifadəsi yerində yoxlanılmış, o qızıl ziynət əşyalarını oğurladığı və həmin əşyalardan lombarda verdiyi yerləri əyani olaraq göstərmişdir. xx.xx.2024-cü il tarixli “Könüllü təqdim etmə haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxsin qardaşı X6 iş üçün əhəmiyyət kəsb edə biləcək sübutların ola biləcəyini bildirib qardaşı Təqsirləndirilən şəxs oğurayaraq lombarda verdiyi qızıl ziynət əşyalarını- üzərində 64 ədəd qaşları olan 1 ədəd qolbağı, üzərində 96 ədəd qaşları olan bir cüt sığrağanı, üzərində 25 ədəd qaşları olan 1 ədəd üzüyü istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs nortarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası, maddi və mənəvi tələbi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4100- 3/1284-9/6608 nömrəli 09 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, təhqiqata təqdim edilmiş boyunbağı üzərində olan zədə öz formasına, qurluşuna görə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb sınma zədəsidir. -Tədqiqata təqdim edilmiş qırılmış boyunbağı hissələrinin son kənarlarının ümumi əlamətlərə əsasən əvvəllər vahid tamlıq təşkil etməsi istisna edilmir. Təqdim olunmuş boyunbağıda olan qaşlarda trasoloji zədələrin olmamasına baxmayaraq, onların sonradan dəyişdirilməyə məruz qalıb-qalmamasını müəyyən etmək mümkün deyil. - Tədqiqata təqdim edilmiş üzərində 160 ədəd rəngsiz şəffaf qaş (brilyant, 32 ədəd hər biri təx.0,004 ct, 128 ədəd hər biri təxminən 0,002 ct. Ümumi 5/4 keyfiyyətlidir) və “14k SOMORO” yazısı olan, 583/585 əyarlı, qırıq vəziyyətdə olan 01 ədəd boyunbağının zədələnməmişdən əvvəl, normal vəzyyətdə 2024-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 819,00 manat, hal-hazırda zədəli vəziyyətdə, qırıntı kimi orta bazar qiyməti təxminən 553,00 manat müəyyən edilir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4893- 3/1570-9/8057 nömrəli 28 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində 64 ədəd rəngsiz şəffaf qaşları və “SOMORO 14k” damğası olan gümüş rəngli, 583/585 əyarlı qızıl qolbağın ümumi qiyməti 402 manat təşkil edir. Üzərində 96 ədəd rəngsiz şəffaf qaşları və “Somoro 14k” damğası olan, gümüşü rəngli, 583/585 əyarlı qızıl bir cüt sırğanın qiyməti 424 manat təşkil edir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 02 adda qızıl-zinyət əşyalarının xx.xx.2024-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 826,00 manat müəyyən edilir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 192 (yüz doxsan iki) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5138- 3/1753-9/9119 nömrəli 27 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, təhqiqata təqdim edilmiş bozumtul rəngli metal materialdan hazırlanmış bir ədəd üzüyün üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik zədələr yoxdur. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş üzərində 28 ədəd rəngsiz şəffaf qaşı və “Somoro 14k” damğası olan gümüşü rəngli, 583/585 əyarlı qızıl üzüyün 2024-cü ilin iyul ayına orta bazar qiyməti təxminən 219,00 manat müəyyən edilir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 192 (yüz doxsan iki) manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metafetaminin ona məxsus olması sübuta yetmədiyi üçün həmin xüsusat üzrə Təqsirləndirilən şəxs əməlinə hissəvi xitam verilməsi, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddələrindən həmin Məcəllənin 234.2, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilməsi və ona hazırki cinayət işi üzrə həmin maddələrlə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar əlavə istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından ********* saylı cinayət işindən ayrıca icraata cinayət işinin ayırılması, video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,696 qram iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə bir ədəd boyunbağı, bir ədəd qolbaq, bir cüt sırğa və bir ədəd üzük cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı təqdim etdiyi 01 ədəd Samsung markalı və 01 ədəd KGTEL markalı mobil telefonlara baxış keçrilsədə iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı bir məlumat aşkar edilmədiyi üçün təqsirləndirilən şəxsin yaxın qohumuna qaytarılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayt işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması, müvafiq sənədlərin əsli və ya surətinin həmin cinayət işinə əlavə edilməsi və qeyd edilən cinayət işinin icraata qəbul edilməsi barədə qərar qəbul edimişdir. xx.xx.2025-ci il tarixli “Təqsirləndirlən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.2-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-306/2025 saylı qərarından görünür ki, məhkəmənin hazırlıq iclası keçirilənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-306/2025 saylı cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3, 177.2.4 və 234.2-ci maddələri ilə təqsirləndirilənməsinə dair cinayət işi icraata götürülərək məhkəmə baxışına təyin edilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AZ-İİ seriyalı 188983 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, təqsilrəndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X8 adlı yetkinlik yaşına çatmayan övladı var. Hüquqi məsələlər və sübutların qiymətləndirilməsi: Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunsa da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü və 234.2-ci maddələri ilə düzgün tövsif olunmamışdır. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 177.2.4-cu maddələri ilə ittiham ona görə verilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 31 may 2024-cü il tarixdə saat 18 radələrində bacısı oğlu X2 yaşadığı ünvan 4 mənzilin giriş qapısını öncədən əldə etdiyi açar ilə açaraq yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağında yerləşən dolabdan dəyəri 3800 manat təşkil edən ağ qızıldan ibarət dəsti, dəyəri 700 manat təşkil edən bir ədəd sarı qızıldan ibarət qızıl üzüyü və dəyəri 1500 manat təşkil edən bir ədəd sarı qızıldan ibarət qolbağı gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 6000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Lakin iş materriallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən gizli olaraq talanmış boyunbağı, üzük, bir cüt sığa və qolbaqdan ibarət bir ədəd ağ qızıl komplekt (dəst) istintaq orqanına təqdim edilmiş, istintaq orqanı tərəfindən ayrı-ayrı vaxtlarda 3 dəfə ekspertiza təyin edilmiş, həmin ekspertiza rəylərinə əsasən üzərində 160 ədəd rəngsiz şəffaf qaş (brilyant, 32 ədəd hər biri təx.0,004 ct, 128 ədəd hər biri təxminən 0,002 ct. ümumi 5/4 keyfiyyətli) və “14k SOMORO” yazısı olan, 583/585 əyarlı, 01 ədəd boyunbağının 2024-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 819,00 manat, üzərində 64 ədəd rəngsiz şəffaf qaşları və “SOMORO 14k” damğası olan gümüş rəngli, 583/585 əyarlı qızıl qolbağın ümumi qiyməti 402 manat, üzərində 96 ədəd rəngsiz şəffaf qaşları və “Somoro 14k” damğası olan, gümüşü rəngli, 583/585 əyarlı qızıl bir cüt sırğanın qiyməti 424 manat, üzərində 28 ədəd rəngsiz şəffaf qaşı və “Somoro 14k” damğası olan gümüşü rəngli, 583/585 əyarlı qızıl üzüyün 2024-cü ilin iyul ayına orta bazar qiyməti təxminən 219,00 manat olaraq müəyyən edilmişdir. Göründüyü kimi zərəçəkmiş şəxs X4 məxsus olan və Təqsirləndirilən şəxs tərəfindən gizli olaraq talanmış boyunbağı, üzük, bir cüt sığa və qolbaqdan ibarət bir ədəd ağ qızıl komplekt (dəst) istintaq orqanı tərəfindən ekspertizaya təqdim edilmiş və ekspert rəyləri ilə boyunbağının dəyəri 819 manat, bir cüt sırğanın dəyəri 424 manat, qolbağın dəyəri 402 manat və üzüyün dəyəri 219 manat olmaqla həmin qızıl ziynət əşyalarının dəyəri ümumilikdə 1864 manat müəyyən edilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs da məhkəmə iclasında verdiyi ifadəsində ekspert rəyləri ilə verilmiş qiymətlərlə razılaşdığını bildirmişdir. Lakin istintaq orqanı qızıl ziynət əşyalarının istintaqa təqdim edilərək müvafiq ekspert rəyləri alınmasına baxmayaraq ağ qızıldan ibarət qızıl dəstin qiymətini əsassız olaraq 3800 manat olaraq qəbul etmiş, zərəçəkmiş şəxs tərəfindən həmin qızıl dəstinin 3800 manat olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilmədiyi halda sadəcə zərəçəkmiş şəxsin ifadəsinə əsasən qızıl ziynət əşyalarının talandığı vaxt ümumi dəyəri 1864 manat olan qızıl ziynət əşyalarını 3800 manat olaraq qiymətləndirmiş, ekspert rəylərini isə sübut növü kimi qəbul etməmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının qərarları əsasında təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4100- 3/1284-9/6608 nömrəli 09 sentyabr 2024-cü il tarixli, 6/4893-3/1570-9/8057 nömrəli 28 oktyabr 2024-cü il tarixli və 6/5138-3/1753-9/9119 nömrəli 27 noyabr 2024-cü il tarixli ekspert rəyləri əsas götürülməli, Təqsirləndirilən şəxs tərəfindən gizli olaraq talanmış ağ qızıldan ibarət qızıl dəsdin qiyməti 1864 manat olaraq qəbul edilməlidir. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində bacısı oğlu Elmin İlxasszadənin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov bina 41 a, 29 ünvanında yerləşən mənzildə heç kim olmadığından mənzilin qapısını əvvəlcədən bacısı oğlunun avtomobilindən götüdüyü açarla açaraq içəri daxil olduğunu, yataq otağındakı şkafdan boyunbağı, üzük, bir cüt sığa və qolbaqdan ibarət bir ədəd ağ qızıl komplekt (dəst) və bir ədəd əlavə qolbaq götürüb çıxdığını, ittiham aktında onun əlavə sarı rəngli qızıl üzük də oğurladığı qeyd edilsə də, o həmin üzüyü götürmədiyini, istintaqda 01 ədəd qızıl üzüyü və qızıl qolbağı metronun 20 yanvar stansiyasının yaxınlığında tanımadığı şəxsə satması barədə heçnə bildirmədiyini, bu barədə ifadəsini isə oxumdan imzaladığını qeyd etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs da məhkəmə iclasında verdiyi ifadəsində evindən dəqiq olaraq boyunbağı, sırğa, üzük və qolbaqdan ibarət qızıl komplekt (dəst) və əlavə olaraq bir ədəd nazik qızıl qolbaq oğurlandığını, onun evindən əlavə 700 manat dəyərində sarı rəngli qızıl üzük oğurlanmadığını, istintaq zamanı vatsapla qızılların şəkilini göndərdiyini, əlavə üzüyün şəklinin isə səhv göndərildiyini, bundan başqa ittiham aktında əlavə 1500 manat dəyərində boyunbağının oğurlanmasının səhv qeyd edildiyini, 1500 manat dəyəri olduğu göstərilən boyunbağının qızıl dəstinə (komplektinə) daxil olduğunu, ondan oğurlanmış əlavə nazik qolbağın dəyərinin 150 manat olduğunu, çünki həmin qolbağı 150 manata aldığını, hazırda ona vurulmuş ziyanın tam olaraq ona ödənildiyini və ekspertiza rəyləri ilə razışaldığını bildirmişdir. Göstərilənlərə əsasən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən gizli olraq talanmış qızıl ziynət əşyaları- boyunbağı, sırğa, üzük və qolbaqdan ibarət qızıl komplektdən (dəst) və əlavə olaraq bir ədəd nazik qızıl qolbaqdan ibarət olmuşdur. Qızıl komplektin (dəstin) dəyəri ekspertiza rəylərinə əsasən 1864 manat müəyyən edildiyindən, bir ədəd nazik qızıl qolbağın dəyərini isə zərəçəkmiş şəxs məhkəmə iclasındakı ifadəsində 150 manat göstərdiyindən, Təqsirləndirilən şəxs tərəfindən gizli olaraq talanmış qızıl ziynət əşyalarının ümumi dəyəri 2014 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il qərarında göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən AR CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilsə də, onun əməli eyni zamanda həmin Məcəllənin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanın miqdarının 2014.00 (iki min on dörd) manat olması öz təsdiqini tapdığından, vurulmuş ziyanın məbləğinin azalması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişdiyindən ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sankisyasında nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittihama münasibətdə isə qeyd edir ki, ibtidai istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verməklə əməlin tövsifində səhvə yol vermişdir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, xeyli miqdarda 3 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,295 qram, 1,231 qram və 0,320 qram olmaqla ümumi təmiz çəkisi 1,846 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini ona məxsus olmasına dair təqsiri əldə edilmiş sübutlarla yəni, şahidlər Şahid3 və Şahid2 ifadələri ilə, cinayət işinin materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 aprel 2024-cü il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1847 2 nömrəli materialların məhkəmə ekspertizasının rəyi və ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 2745 saylı rəyi, habelə iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilir. Bununla belə, məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi zamanı səhvə yol verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 3 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,295 qram, 1,231 qram və 0,320 qram olmaqla ümumi təmiz çəkisi 1,846 qram olan ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək əynində olan göy rəngli şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, 04 aprel 2024-cü il tarixdə, saat 15:37-da Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 10a yerləşən həmin polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 16:45-də üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 3 ədəd şəffaf polietilen bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı ayrı-ayrılıqda çəkiləri 0,295 qram, 1,231 qram, 0,320 qram ümumi təmiz çəkisi xeyli miqdar təşkil edən 1,846 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadələrində 04 aprel 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 30 manat ödəməklə psixatrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə edib yenidən yaşadığı ünvana qayıtdığını və gün ərzində həmin bükümü əynində olan göy rəngli şalvarının sol yan cibində saxladığını, bir necə saat sonra təxminən 15:30 radələrində Binəqədi rayonu 9 mikrorayon Mir Cəlal küçəsində el arasında Şamaxinka adlanan ərazinin yaxınlığında piyada gəzərkən iki nəfər mülki paltarda olan şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli bildiklərinə görə Binəqədi rayon polis idarəsinin 7-ci PB-nə aparıldığını, bölmədə üzərinə axtarış keçirilərkən üzərində gəzdirdiyi psixotrop maddələri polis əməkdaşlarına təqdim etdiyini, narkotik vasitələrdən və psixotrop maddələrdən pandemiya dövründən sonra istifadə etməyə başladığını, ümumilikdə 5-6 dəfə istifadə etdiyini, narkotik vasitlərin və ya psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmadığını, heç kimə də pay vermədiyini, üstündə olan psixotrop maddələri də şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasının anlayışı verilmişdir. Həmin qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarının 8-ci bəndində verilmiş izaha əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasında cinayət əməlinin obyektiv cəhəti satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarının 9cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təsvir edilənlər belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. İstər məhkəməyədək araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitəni əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə dair hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini ondan aşkar edilərək götürülmüş psixotrop maddənin üç büküm olmasına görə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif etsə də, cinayət işində onun digər şəxslə (istehlakçı) əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin özü tərəfindən çəkilib xırda bağlamalara bükülməsi və narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gələcək sübutlar mövcud deyil. Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 2745 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, müayinə zamanı ondan götürülmüş sidik nümunəsində AMP(+), MTD (+), THC 9+), MET9+) müəyyən edilməsi Təqsirləndirilən şəxs psixotrop maddə istifadəçisi olduğunu göstərir. Eyni zamanda nəzərə alınmalıdır ki, işdə olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı məhz özü bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. İbtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı təqsiləndirilən şəxs israrla üzərindən aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Əməli cinayət qanununun daha ağır maddəsilə qiymətləndirmiş müstəntiq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində verilmiş izaha istinad etsə də, həmin izahı tam nəzərə almamış, şəxsin CM-in 234.2-ci maddəsi ilə ittiham olunması üçün üç ədəd bükümün mövcudluğunu kifayətedici hesab etsə də, təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətində olub-olmaması, istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsi istiqamətində apardığı araşdırmanın müsbət nəticə vermədiyinə diqqət yetirməmişdir. Belə ki, işdə olan mobil telefona baxış keçirilməsi haqqında 06 aprel 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs məxsus olan və saxlanılarkən üzərindən aşkar edilmiş “Samsung” markalı telefonda olan foto, video, audio və mətn məlumatlarına baxış keçirilmiş, lakin istintaq marağı kəsb edən məlumatlar aşkar edilməmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroni və psixotrop maddə olan metamfetamini əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən edilməsi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psoxotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmiş, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarxili cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapsa da, bir sıra əməliyyat axtarış tədbiri keçirilməsinə baxmayaraq onun psixotrop maddə olan metamfeamini və narkotik vasitə olan heroni əldə etdiyi məbənin müəyyən etməyin mümkün olmaması barədə formal cavab verilmişdir. Görünüdüyü kimi əməliyyat tapşırığına formal cavab verilmiş, təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı mötəbər sübut əldə edilməmiş, həmin psixotrop maddənin satış məqsədi ilə əldə edilməsin nə ilə təsdiq edildiyi göstərilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs istifadəsində olmuş Bakcell MMC-yə məxsus ***-***-**-** mobil telefon nömrəsində daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu və anten dairəsi barədə məlumatlarla əlaqədar Bakcell MMC-dən alınmış «CD» diskə baxış keçirilərkən iş üçün sübut əhəmiyyəti əsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. Müstəntqi “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarında Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu və anten dairəsi barədə məlumatlarla əlaqədar Azercell MMC-dən alınmış «CD» diskə baxış zamanı aşağıdakı məzmunda yazışmalar aşkar edildiyini göstərmişdir. “Bariojnu qehpesen mal dvijenyasi eliyirsen bayaqda mene yazdiqivin seklin cekib saxlamısam yazdinki emanetin burdadi gel goturr sen xx/xx/2024,05:44:00,**********55,**********43, qehpe kimi vurulassan bariojnu dvijenya elediyive gorede xx/xx/2024,05:44:01,**********55,**********43, lir vasif de bilir xx/xx/2024,05:44:01,**********55,**********43, ersen menim yaxinlarimnan Seni si*mir o temani ozume gotururdum ya qiza gotururdum Sen bariojnu qeh**sen mal buraxirsan bunu meherremde bilir cavidde bi xx/xx/2024,05:50:58,**********55,**********43,zun dalbdal yazib zeng eledinki narahat olma tez gelecem sen pulu at karta İndide yazmisanki emanetin mendedi hazirdi her seyin seklin cekmisem yazdiqlar xx/xx/2024,05:52:45,**********55,**********43,İkinciside men kakosu qiz ucun istemisem ya ozum ucun istemisem ona gore mene heckim hecne deyen deil ureyinde kime haa kimee istiyir denen bu sohpeti” Bununla bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefon nömrəsində aşkar edilmiş mesajların mətnlərinin heç bir araşdırma aparmadan onun bu və ya digər cinayətin törədilməsində təqsirinin mötəbər sübutu kimi qəbul edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin mesajlar xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda qeyd edilsə də, tərtib edilmiş ittiham aktında ümumiyyətlə göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 32-ci maddəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir, müdafiə tərəfi isə cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir, məhkəmə cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların əldə edilməsinə kömək göstərir. Qanunun tələbindən də göründüyü kimi, ittiham tərəfi Təqsirləndirilən şəxs mobil telefonunda aşkar edilmiş mesajları göndərmiş şəxslərlə təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əlaqələrinin olub-olmamasını müəyyən etmək məqsədilə zəruri istintaq hərəkətlərini yerinə yetirməli, nəticəsindən asılı olaraq bu və ya digər qərar qəbul etməli idi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs mobil telefonunda aşkar olunmuş mesajlarla bağlı nəinki mesajları göndərmiş şəxslər müəyyən edilib dindirilməmiş, həmin mesajlarla bağlı Təqsirləndirilən şəxs özünə də heç bir sual verilməmiş və həmin mesajları göndərmiş şəxslərlə əlaqələrinə aydınlıq gətirilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdə, saat 15:37-da Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 10a yerləşən həmin polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 16:45-də üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 3 ədəd şəffaf polietilen bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı ayrı- ayrılıqda çəkiləri 0,295 qram, 1,231 qram, 0,320 qram ümumi təmiz çəkisi xeyli miqdar təşkil edən 1,846 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs mobil telefonunda aşkar edilmiş, onun tutulmasından 2 ay əvvəl göndərilmiş mesajların mətnlərinin heç bir araşdırma aparmadan üzərində aşkar edilmiş və təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə günorta saatlarında Nəsimi rayonu, “Papanin” adlanan yerdən əldə etdiyini bildirdiyi psixotrop maddələrin satış məqsədi ilə əldə etməsini təsdiq edən sübut kimi qəbul etməsi əsassızdır. Göründüyü kimi, ittiham tərəfi Təqsirləndirilən şəxs psixotrop maddəni satmaq niyyətində olmasını kifayətedici aydınlıqla sübut edə bilməmiş, müdafiə tərəfi isə öz sübutlarını təqdim etməklə ittihamın həmin hissəsini qəbul etməmişdir. Hər nə qədər müdafiə tərəfinin sözügedən sübutları məhkəmə iclaslarında ittiham tərəfindən mötəbər dəlillərlə təkzib edilməsə də, verilmiş ittihamın (satış niyyətinin) ittihamın özü tərəfindən də birmənalı şəkildə sübuta yetirilməməsi onun tam əsaslılığına dair şübhələr yaratmaqla müdafiə tərəfinin sübutlarının inandırıcılığını gücləndirir. İttiham tərəfi isə, yaranmış şübhələrin aradan qaldırılması, qeyd olunan ehtimalın təkzib olunması və Təqsirləndirilən şəxs psixotrop maddəni satmaq niyyətində olmasını təsdiq edən hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs psixotrop maddəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlini psixotrop maddə olan metamfetamini satma kimi qiymətləndirilməsi və əməlin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edərək satması faktına dair mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə tövsif edilə bilməz. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs “satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak məqsədilə əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətməsi kifayət qədər sübuta yetirilir. Ona görə də Təqsirləndirilən şəxs əməli “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.2-ci maddəsindən, “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə cəzalandırılmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə verilmiş ittiham xaric edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməllərini törətməkdə təqsirli bilinməli, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəm təqsirləndirilən şəxslərə cəza təyin edərkən qanunvericiliyin aşağıdakı müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.2-ci maddəsinə əsasən törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər; 58.3-ci maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət-Proessual Məcəlləsinin: 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan övladının olmasını, səmimi ifadə verməklə törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə, zərəçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə, zərəçəkmiş şəxslə barışmasını və zərəçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzanı ağırlaşıdran halla müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 177.2.4-cü maddəsi xaric edilməli, Təqsirləndirilən şəxs CM-nin 234.2ci maddəsi ilə verilmiş ittiham CM-nin 234.1-ci maddəsinə tövsif edilməli, o, CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halllar (zərəçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsi-CM 59.1.13, zərəçəkmiş şəxslə barışması və zərəçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmaması-CM 59.1.12, himayəsində xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan övladının olması, səmimi ifadə verməklə törətdiyi əməli etiraf etməs, əməlindən səmimi peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi-CM 59.2,), cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nin 177.2.3 və 234.1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli (CM 66.2), xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çxılaraq üzərində qəti cəza saxlanılmalı (CM 69.3), cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, xx.xx.2024-cü il tarixli, 2745 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,696 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərkətlərinin qeydə alındığı 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, gizli olaraq talanmış 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 cüt sırğa və bir ədəd üzüyün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 626 (altı yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 hesabına keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 177.2.4-cü maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il, 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il, 6 (altı) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,696 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış xx.xx.2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərkətlərinin qeydə alındığı 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbaq, 1 cüt qızıl sırğa və bir ədəd qızıl üzüyün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 626 (altı yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-306/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-306/2025
07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver