Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-307/2020 30.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən vət. Zərərçəkmiş şəxs məxsus fərdi tikilmiş evin pəncərəsinə təzyiq göstərərək açıb keçmə yolu ilə qanunsuz daxil olaraq uşaq otağından 40 və 50 manat dəyərində 2 ədəd uşaq üçün donu, 40 manat dəyərində uşaq ayaqqabısını, bundan sonra mətbəx otağına daxil olaraq oradan iki ədəd torba götürüb həmin torbanın içərisinə qoymuş 150 manat dəyərində qaşıq və bıçaq dəstini, 30 manat dəyərində “Bagema” markalı qabı, 300 manat dəyərində ətçəkən maşını, 100 manat dəyərində tosteri, 350 manat dəyərində 2 ədəd doğrayıcı aparatı, 300 manat dəyərində sok çəkən maşını, 150 manat dəyərində blenderi, 200 manat dəyərində elektrik tavasını, 120 manat dəyərində qabları, 350 manat dəyərində dəmir qazanları, qonaq otağından150 manat dəyərində “Samsung” markalı fotoaparatı, 100 manat dəyərində “LG” markalı video aparatı, 150 manat dəyərində DVD player aparatını, yataq otağından isə 500 manat dəyərində yay və qış alt-üst uşaq geyimləri, 70 və 100 manat dəyərində 2 ədəd fen, 130 manat dəyərində qadın gödəkcəsi, 300 manat dəyərində 5 ədəd yataq dəsti , 200 manat dəyərində bir dəst kişi kostyumu, 80 manat dəyərində bir ədəd kişi gödəkcəsi, 100 manat dəyərində “Luis Vitton” markalı yük çantası, 10 manat dəyərində bir cüt əlcək, 70 manat dəyərində “VİPLİNE” markalı kişi saatı, 50 və 120 manat həmin markadan olan qadın saatı, 60 manat dəyərində bijuteriyalar, 300 manat dəyərində 2 ədəd yataq örtüyü, 130 manat dəyərində “VİPLİNE” markalı qızdırıcı soba, 80 manat dəyərində pərdə, 150 manat dəyərində dəsmallar, 90 manat dəyərində jilet, 45 manat dəyərində 3 ədəd şərf, 60 manat dəyərində ayaqqabı, 30 manat dəyərində plastik qablar, və 150 manat dəyərində qadın geyimlərini gizli talayaraq Zərərçəkmiş şəxs 5405 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəli olmaqla himayəsində iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən fərdi tikilmiş evdə yaşamışdır. Zərərçəkmiş şəxs bir qonşu kimi tanımışdır. 2020-ci ilin fevral ayın ortalarında qonşusu Zərərçəkmiş şəxs atası Şahid evin həyətinin açarını verərək həyətə nəzarət etməsini xahiş etmişdir. Atası arada bir həmin həyətə daxil olaraq ora nəzarət etmişdir. Onun maddi durumu zəif olduğu üçün heç kimin olmadığı vaxt Rahilə məxsus evə qanunsuz daxil olaraq oradan əmlak və ya pul oğurlamaq qərarına gəlmişdir. Buna görə o, xx xxxx 2020ci il tarixdə saat təxminən 14 radələrində Zərərçəkmiş şəxs məxsus evin hasarından aşaraq həyətə daxil olmuşdur. Bundan sonra o, evin pəncərəsini açıb içəri daxil olmuşdur. O, ilkin olaraq mətbəx otağına daxil olmuş və dolabdan iki ədəd böyük ölçülü sellofan torba götürərək mətbəx otağında dolabın üzərində yerləşən bir ədəd elektron tavanı, bir ədəd ət çəkən maşın, bir ədəd meyvə şirəsi çəkən maşını, bir ədəd portağal suyu çəkən aparatı, bir ədəd tosteri götürərək əlində olan torbaya yığmışdır. Bundan sonra evin qonaq otağına keçmiş və orada yerləşən televizor dolabının üzərindən bir ədəd “DVD playeri” görərək əlində olan torbaya qoymuşdur. Daha sonra o, yataq otağına daxil olaraq orada yerləşən yataq dəstini qaldırıb onun içərisində yerləşən bir ədəd feni götürüb əlindəki torbanın içərisinə qoymuşdur. Bundan sonra evi axtarmış, lakin dəyərli əşya tapmadığı üçün oğurladığı əşyaları da götürüb çıxıb getmişdir. O, həmin günü Xırdala şəhərində yerləşən “Bərgüşad” restoranın qarşısında tanımadığı iki nəfər qadına oğurladığı əşyaları özünə məxsus olmasını bildirərək 190 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs məxsus evdən ifadəsində göstərdiyi əşyalardan başqa hər hansı bir əşya oğurlamamışdır. Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabralı küçəsində, fərdi tikilmiş evi olsa da, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ev 25 mənzil 32-də yaşayır. O, xx.xx.2020-ci il tarixdə həmin evin qapısını bağlayaraq açarı evə nəzarət etmək üçün qonşuluqda yaşayan Nazimə verib yaşadığı Nəsimi rayonunda yerləşən evə getmişdir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində o, ailəsi ilə birlikdə həmin evə gəlmişdir. Evə daxil olduqda o, görmüşdür ki, evdə olan bir çox əşyalar yoxdur. O, dərhal otaqlara baxmış və müəyyən etmişdir ki, uşaq otağında olan pəncərə açıq vəziyyətdədir. O, dərhal baş vermiş hadisə ilə əlaqədar DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra o, evə baxış keçirmiş və müəyyən etmişdir ki, evdən ona məxsus evdən 500 manat dəyərində yay və qış alt-üst uşaq geyimləri, 40 və 50 manat dəyərində 2 ədəd uşaq üçün don, 70 və 100 manat dəyərində 2 ədəd fen, 130 manat dəyərində qadın gödəkcəsi, 300 manat dəyərində 5 ədəd yataq dəsti, 150 manat dəyərində “Samsung” markalı fotoaparat, 200 manat dəyərində bir dəst kişi kostyumu, 80 manat dəyərində bir ədəd kişi gödəkcəsi, 100 manat dəyərində “Luis Vitton” markalı yük çantası, 10 manat dəyərində bir cüt əlcək, 70 manat dəyərində “VİPLİNE” markalı kişi saatı, 50 və 120 manat həmin markadan olan qadın saatları, 60 manat dəyərində bijuteriyalar, 300 manat dəyərində 2 ədəd yataq örtüyü, 130 manat dəyərində “VİPLİNE” markalı qızdırıcı soba, 80 manat dəyərində pərdə, 150 manat dəyərində dəsmallar, 90 manat dəyərində jilet, 45 manat dəyərində 3 ədəd şərf, 100 manat dəyərində “LG” markalı video aparatı, 150 manat dəyərində “DVD player” aparatı, 120 manat dəyərində qablar, 60 manat dəyərində ayaqqabı, 150 manat dəyərində qaşıq və bıçaq dəsti, 30 manat dəyərində “Bogema” markalı qab, 300 manat dəyərində ətçəkən maşın, 100 manat dəyərində toster, 350 manat dəyərində 2 ədəd doğrayıcı aparat, 300 manat dəyərində sok çəkən maşın, 150 manat dəyərində blender, 200 manat dəyərində elektrik tavası, 30 manat dəyərində plastik qablar, 350 manat dəyərində dəmir qazanlar, 40 manat dəyərində uşaq ayaqqabısı və 150 manat dəyərində qadın geyimləri oğurlanmışdır. Ümumilikdə ona 5405 manat maddi ziyan dəymişdir. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət hadisəsi nəticəsində ona vurulmuş ziyanın bir hissəsi, yəni 2200 manatı təqsirləndirilən şəxsin atası tərəfindən ödənilmiş və aralarında olan razılığa əsasən gələcəkdə ziyanın qalan hissəsi tam şəkildə ödəniləcəkdir. Ona görə də, o, təqsirləndirilən şəxsi bağışlamış və aralarında barışıq olmuşdur. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstətmişdir ki, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən fərdi tikilmiş evdə ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur və sonuncu ilə ailəli olmaqla onunla birlikdə yaşayır. Zərərçəkmiş şəxs onlarla qonşuluqda evi olsa da, sonuncu həmin evdə nadir hallarda yaşamışdır. xx.xx.2020-ci il tarixdə Rahil evinə baxmaq üçün evinin açarını ona vermişdir. Açar onda olan müddət ərzində heç bir problem olmamışdır. O, arada bir Rahilin həyətinə onun icazəsi ilə daxil olub ətrafa baxmışdır. Həmin açar həmişə onun özündə olmuş və açarı oğlu Allahşükürə heç vaxt verməmişdir. Oğlu Allahşükür polis əməkdaşları tərəfindən tutulduqdan sonra ona məlum olmuşdur ki, sonuncu Zərərçəkmiş şəxs məxsus evə qanunsuz daxil olaraq oradan oğurluq etmiş və oğurladığı əşyaları satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, naməlum şəxs və ya şəxslər tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarix saat 18:00 tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbralı küçəsində yerləşən fərdi tikilmiş evə qanunsuz daxil olaraq oğurluq etmələri faktına görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbralı küçəsində yerləşən fərdi tikilmiş evə baxış keçirilmiş və bu zaman həmin evdən əl-barmaq izləri aşkar edilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixli X1 məktubundan görünür ki, Binəqədi RPİ-nin xx.xx.2020-ci il tarixli, 059-14186-1220 №-li məktubu vasitəsi ilə xx.xx.2020-ci il tarixdə, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Binəqədi RPİ-dən daxil olan) xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız barmağının əksi ilə eynilik müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq edərək, hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, CM-in 177.2.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan və qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs atası Şahid Səhərbəy oğlu tərəfindən Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş maddi ziyanın ödənilməsi üçün 2200 (iki min iki yüz) manat pul təqdim edilmiş və Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyandan 2200 (iki min iki yüz) manat pulu Binəqədi RPİ-dən təhvil almışdır. xx.xx.2020-ci il tarixli iş üzrə Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq zamanı verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs atası Şahid Səhərbəy oğlu tərəfindən ona cinayət nəticəsində dəymiş maddi ziyan qismən ödənilmiş, yəni ziyandan ona 2200 (iki min iki yüz) manat pul verilmişdir. Qalan məbləğ isə gələcəkdə ödəniləcəkdir. Odur ki, ona dəymiş ziyan qismən ödənildiyindən Təqsirləndirilən şəxs şikayət və tələbi qalmamışdır. xx.xx.2020-ci il tarixli, 20/312R nömrəli X1 daktiloskopik ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi tikilmiş evdə baş vermiş oğurluq faktı ilə əlaqədar 15 ədəd şəffaf yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata Təqsirləndirilən şəxs adına olan əl-barmaq və ovuc əksləri tam və aydın şəkildə əks olunduğundan müqayisəli tədqiqatın aparılması üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Binəqədi RPl-dən daxil olan) xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri ilə DİN-in KTİnin ADİS-in məlumat bankında şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri eynilik müəyyən edilməmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək Zərərçəkmiş şəxs məxsus evdən ifadəsində göstərdiyi əşyalardan başqa hər hansı bir əşya oğurlamamasına dair məhkəmədə verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə tədqiq edilmiş və işdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Şahid Allahşükür oğlu və xx.xx.2011-ci il təvəllüdlü X2 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli Binəqədi rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3500 manat məbləğində cərimə cəzası icra edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkum edilmiş, hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu cinayətlərin residivini yaratmır. Belə ki, CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə də eyni xarakterli, yəni CM-in 177.2.1 və 177.2.4-cü maddələriilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cərimə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin edilmiş həmin cəzanı icra etməmişdir. Bu isə onu göstərir ki, qeyd edilən cinayət əməli üzrə Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun islah olunmasına və tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına kömək edə bilməmişdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Bununla yanaşı məhkəmə hesab edir ki, CM-in 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 3500 (üç min beş yüz) manat miqdarında cəzasının hazırkı hökmlə ona təyin ediləcək cəzaya tamamilə birləşdirilməli və CM-in 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş həmin cərimə cəzası müstəqil icra olunmalıdır. CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 68.2-ci maddəsində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəzaya tamamilə birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-307/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-307/2020
30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver