Məhkəmə qərarları › İş №1(001)-307/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-307/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-307/2025 23.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X3 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir.

2. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib bilavasitə tanış olduğuZərərçəkmiş şəxs2 sosial müavinət təyin olunmasına köməklik göstərib qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs2 istifadəsində olan "xxxx" ASC-ə məxsus 4169********8832 nömrəli bank kart hesabından atası Şahid2 adına olan və faktiki olaraq özünün istifadə etdiyi "xxxx" ASC-ə məxsus 4098********8105 nömrəli bank kart hesabına 9 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində "Turbo Servis" avtotəmir mərkəzindən 120 manat, 11 yanvar 2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla 100 manat, 10 yanvar 2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla 60 manat,12 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən eyni üsulla 180 manat, 14 yanvar 2024cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən eyni üsulla 90 manat, 15 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən eyni üsulla 15 manat, 18 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində eyni üsulla 11 manat, 25 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində "Turbo Servis" avtotəmir mərkəzindən eyni üsulla 120 manat, 27 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində "Turbo Servis" avtotəmir mərkəzindən eyni üsulla 40 manat və 1 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində "Turbo Servis" avtotəmir mərkəzindən eyni üsulla 100 manat pul vəsaitinin köçürülməsinə nail olub həmin pul vəsaitlərini ələ keçirərək, qeyriləri ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 836 (səkkiz yüz otuz altı) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.

3. Bundan başqa, o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib bilavasitə tanış olduğu Zərərçəkmiş şəxs1 ailə üzvləri üçün sosial müavinət təyin olunmasına köməklik göstərib qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs1 Bakı şəhəri və Abşeron rayonu ərazisində yerləşən müxtəlif ödəmə terminalları vasitəsi ilə atası Şahid2 adına olan və faktiki olaraq özünün istifadə etdiyi "xxxx" ASC-ə məxsus 4098********8105 nömrəli bank kart hesabına xx.xx.2024-cü il tarixdə Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 59 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 42 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 164 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 3 dəfə olmaqla 193 manat, 59 manat və 121 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 141 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla2 dəfə olmaqla 24 manat və 31 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla2 dəfə olmaqla 412 manat və 358 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 396 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 267 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 2 dəfə olmaqla 582 manat və 492 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 473 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 382 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 577 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 434 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 334 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 383 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 2 dəfə olmaqla 120 və 408 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 2 dəfə olmaqla 363 manat və 308 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 482 manat, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsindəİ.Abdullayev küçəsində yerləşən ödəmə terminalından eyni üsulla 511 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 594 manat, xx.xx.2024-cü il tarixdə Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 500 manat, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində İ.Abdullayev küçəsində yerləşən ödəmə terminalından eyni üsulla 500 manat, xx.xx.2024cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 318 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 3 dəfə olmaqla 202 manat, 220 manat və 100 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 2 dəfə olmaqla 150 manat və 250 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 2 dəfə olmaqla 522 manat və 345 manat və həmin tarixdə ünvan 4 ünvanında yerləşən ödəmə terminalından eyni üsulla 494 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 488 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 487 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 491 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 217 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 500 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 250 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 300 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 90 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 391 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 412 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 675 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 561 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından eyni üsulla 603 manat pul vəsaitinin köçürülməsinə nail olub həmin pul vəsaitlərini ələ keçirərək, qeyriləri ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmişşəxs Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə17.776 (on yeddi min yeddi yüz yetmiş altı) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.

4. Bundan başqa o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib bilavasitə tanış olduğu Zərərçəkmiş şəxs3 sosial müavinət təyin olunmasına köməklik göstərib qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs3 Masallı rayonu ərazisində yerləşən müxtəlif ödəmə terminalları vasitəsi ilə atası Şahid2 adına olan vəfaktiki olaraq özünün istifadə etdiyi "xxxx" ASC-ə məxsus 4098********8105 nömrəli bank kart hesabınaxx.xx.2024-cü il tarixdə 99 manat, xx.xx.2024-cü il tarixdəeyni ünvandan və eyni üsulla 138 manat, xx.xx.2024-cü il tarixdəeyni ünvandan və eyni üsulla 225 manat, xx.xx.2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla 95 manat, xx.xx.2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla 275 manat,xx.xx.2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla 51 manat, xx.xx.2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla 118 manat,xx.xx.2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla 30 manat, xx.xx.2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla 52 manat, xx.xx.2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla 220 manat, xx.xx.2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla 171 manat, xx.xx.2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla 175 manat, xx.xx.2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla 100 manat, xx.xx.2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla 3 dəfə olmaqla 100 manat,110 manat və 46 manat, xx.xx.2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla 2 dəfə olmaqla 90 manat və 201 manat, xx.xx.2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla 80 manat, xx.xx.2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla 2 dəfə olmaqla 121 manat və 245 manat, xx.xx.2024-cü il tarixdəeyni ünvandan və eyni üsulla 287 manat vəxx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan tarixlərdə hissə-hissə olmaqla eyni üsulla cəmi 3609 manat pul vəsaitinin köçürülməsinə nail olub həmin pul vəsaitlərini ələ keçirərək, qeyriləri ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmişşəxs Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 6.638 (altı min altı yüz otuz səkkiz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.

5. Bundan başqa o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bilavasitə tanış olduğu Zərərçəkmiş şəxs4 sosial müavinət təyin olunmasına köməklik göstərib qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs4 istifadəsində olan "xxxx" ASC-ə məxsus 4169********9073 nömrəli bank kart hesabından atası Şahid2 adına olan və faktiki olaraq özünün istifadə etdiyi "xxxx" ASC-ə məxsus 4098********8105 nömrəli bank kart hesabına Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən 9 may 2024-cü il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.A.Vahid küçəsində yerləşən ödəmə terminalı vasitəsi ilə özünün təqdim etdiyi "xxxx" ASC-ə məxsus 4169********10** nömrəli bank kart hesabına 200 manat, xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında yerləşən “Real” marketdə yerləşən ödəmə terminal vasitəsi ilə atası Şahid2 adına olan və faktiki olaraq özünün istifadə etdiyi "xxxx" ASC-ə məxsus 4098********8105 nömrəli bank kart hesabına 67 manat pul vəsaitinin köçürülməsinə nail olaraq və xx.xx.2024-cü il tarixdə eyni niyyətlə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında Zərərçəkmiş şəxs4 şəxsən 353 manat pulu qəbul edib həmin pul vəsaitlərini ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmişşəxs Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Proses iştirakçılarının ifadələri:

6. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, zərərçəkmiş şəxsləri tanımır, tik-tok platforması üzərindən tanış olub, sosial yardım düzəltmək adı ilə telefon vasitəsilə əlaqə saxlamış və pul almışdır. Zərərçəkmiş şəxs2la telefonla danışıb, tanış olmuş, onunla üzbəüz görüşməmişdir. Zərərçəkmiş şəxs2 sosial yardım düzəltmək adı ilə təxminən 700-800 manat pul almışdır. Pul onun kartına göndərilmişdir. Orxan pulu hissəhissə kartına göndərmişdir. Zərbikə xanımın qohumu ilə tik-tokda tanış olmuşdur. Onun vasitəsilə Zərbikə xanımla tanış olmuşdur. Zərbikə xanıma sosial yardım düzəltməyi vəd edib ayrı-ayrı vaxtlarda 300, 200, 400, 600, 700 və sair olmaqla ümumilikdə təxminən 15.000 manat pulunu ələ keçirmişdir. Zərbikə xanıma vəd vermişdir ki, nəvələrinə sosial yardım düzəldəcəkdir. Zərbikə xanım ondan 17776 manat pul almasını bildirsə də, həqiqətdə ondan 15776 manat pul almışdır. Zərbikə xanım 2000 manat pulu artıq yazmışdır. Əvvəllər 3 nəfər şəxsə sosial yardım düzəltmişdir. Özü əvvəllər o sahə üzrə işləməmiş, tanışı vasitəsilə sosial yardım düzəltdirmişdir. O, sadəcə olaraq vasitəçi olmuşdur. Zərərçəkmiş şəxslərdən aldığı pulları özü üçün xərcləmişdir. Zərərçəkmiş şəxs3 da nəvəsinə sosial yardım düzəltmək adı ilə 4000-5000 manat arası pulunu almışdır. Pullar onun kartına köçürülmüşdür. Təranə xanımdan 6638 manat aldığını isə qəbul edir. Təranə xanım həmin məbləği ona hissə-hissə göndərmişdir. Zərərçəkmiş şəxs4la taksidə olarkən tanış olmuş, daha sonra isə görüşmüşlər. Zərərçəkmiş şəxs4 sosial yardım düzəltmək adı ilə üzbəüz görüşmüş, Zərərçəkmiş şəxs4 əlbə-əl təxminən 200 manatdan artıq pul almış, ümumilikdə isə isə 700 manata yaxın pul almışdır. Zərərçəkmiş şəxs4 sonuncu məbləği ona Medera Hospitalın yanında vermişdir. Həmin məbləği Zərərçəkmiş şəxs4 oğluna sosial yardım düzəltdirmək adı ilə almışdır. Pullar atasının adına olan kart hesabına göndərilmişdir. Aldığı bütün pulları xərcləmişdir. Dilarə adlı xanımı tanımamışdır. Arada zərərçəkənlər ondan şübhələndikdə kafede işləyən, ya yanında olan kiməsə telefonu verərək telefonla danışdırmışdır. Bazarstorda növbədə duran insanların ayağını çəkib onlara şəkil atmışdır ki, növbə gözləyir iş düzəltmək üçün. Aldığı pulları yeyib-içib xərcləmişdir. Ayda 50-100 manat ödəyə bilər. Kart onun adına olmamış, atasının adına olmuşdur. Kartı evdən özü götürmüş, onun adına kart olmamışdır. İstintaqda da atasının heç nədən xəbəri olmadığını demişdir. Atası kartın harada olduğunu soruşduqda kartın itdiyini demişdir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr anasının adına olmuşdur. Şəxsiyyət vəsiqəsi olmadığından anasının adına olan nömrələri istifadə etmişdir. Xanım onları tapıb müraciət etsə idi, onlar kömək edib ödəyərdilər. Tutulmasa indidən xanıma hissə-hissə 500 ödəyə bilər. Könülü ilk dəfə burada görmüşdür. Xanım müavinəti özü üçün yox, uşaqları üçün istəmişdir. Uşaqların şəxsiyyət vəsiqəsini atmış, ona 2-ci dəfə ərə getdiyini demişdir. Xanım bunları ona deməsə idi bu halları bilməzdi. Xanıma uşaqları üçün 240 manat sosial müavinət ayrılacağını demiş, o da ard-arda pul almışdır. Sonra ona qohumunun pul atacağını demişdir. Zərbikə ona pul atmayacağını demişdir. Ona uşaqların adlarının Sevinc, Səbinə olduğunu demişlər, amma şəxsən onların heç birini tanımamışdır. Onun yanında qadın olmamışdır. Nömrəsini TikTok-da qoymuş və oradan görmüşlər. Səhifə onun adınadır, adı da orada Fərid olmuşdur. Zərbikə çayxanadakı xanımla danışmışdır. Ünvanlı Sosial adlı səhifəsi olmuş nömrəsini oraya yazmışdır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir.

7. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır.

8. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qayını qızı Könüllə Tiktokda tanış olmuşdur. Qayını qızı ona sevinə-sevinə zəng edib bir nəfər şəxsin ona sosial yardım düzəldəcəyini demişdir. Sonradan qayını qızı Faiqin onu aldatmasını bildiyindən pul verməyi dayandırmışdır. Bu da onu məcbur etmişdir ki, pulun qalan hissəsini göndərsin. Qayını qızı onu bloka atmışdır. Faiq də ona yalvarmışdır ki, qayını qızı Şahid4 onu blokdan çıxarsın. Faiq guya onun nəvələri üçün sosial müavinət düzəldəcəkdi. Faiq əvvəlcə ondan az pul istəmiş, o da 30, 50, 60 manat və sair məbləğdə pul vermişdir. Yoldaşı neçə dəfə onu görüşə çağırmışdır. Fevral ayının 8-də ilk dəfə onun kartına pul göndərmiş, may ayının 14-nə qədər onun kartına pul göndərməyə davam etmişdir. Pulları ödəniş terminalları vasitəsilə karta göndərmişdir. Ona elə yalan vədlər vermişdir ki, guya verdiyi pulların hamısı ona geri qaytarılacaqdı. Orada Babək müəllimin, İsmayıl müəllimin adını çəkmiş, guya şəxslərlə danışmışdır. Bir dəfə onu Dilarə adlı xanımla danışdırmış, xanım da özünü mühasib kimi təqdim etmişdir. Faiq ona qohumunun həyasız olduğunu, ona sosial müavinat düzəltməyəcəyini, amma özü üçün düzəldib onu yandıracağını demişdir. Faiq onu inandırıb pul atmağa davam etməsini və indiyə qədər göndərdiklərinin batmayacağını demişdir. Məbləğə münasibətdə isə əlində sübutların olduğunu və həmin sübutları istintaqa təqdim etdiyini bildirmişdir. Hazırda borc içində olduğunu, təqsirləndirilənə verilən pulları bir qismini bankdan götürdüyünü Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onun bu işi təkbaşına etmədiyini əlbir olduğu şəxs olduğunu bildirərərək, ondan pulunun qaytarılmasını tələb etdiyini bildirmişdir.

9. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, evlidir və 3 övladı ilə birlikdə Naxçıvanda yaşayır. Bakıda 2 il müddətində avtomobil ustası kimi çalışmışdır. Yoldaşı ona demişdir ki, işlədiyi yerdə Güllü adlı xanım vardır, şəxsin özü də həmin qadının onun bacısı olduğunu demişdir. Güllü yoldaşının yanına 1 günlük işçi gəlmişdir. Yoldaşına belə bir qohumunun olduğunu, neçə adama sosial müavinət düzəltdiyini və istəyərsə ona da düzəldə biləcəyini bildirmişdir. Yoldaşı ona vəsiqələri atmasını demişdir. Güllü yoldaşına demişdir ki, “Fərid deyir sənədləri atsın mənə, görüm sizə nə qədər düşür, 120 manat da olsa”. Başı işə qarışdığından nömrəyə zəng etməmiş, lakin bir az sonra şəxsin özü yığıb Fərid müəllim olduğunu, Güllünun vəziyyəti ona danışdığını, sosial mavinətdə işləyən qohumunun olduğunu onlara kömək edə biləcəyini demişdir. Onlar uşaqların sənədlərini göndərmiş, sonra 2 gün 120 manat göndəmələrini, onları təsdiqləyəcəklərini demişdir. Pulu olmadığından müdirindən borc istəmişdir. Faiq ona sənədləri düzəltməsi üçün 120 manat atmasını, sonda ona hörmət etməsini demişdir. Üstündən 2 gün keçdikdən sonra 80 manat, daha 2 gün keçdikdən sonra 100 manat atmasını demişdir. Sənədləri təsdiqləmək üçün pul istədiyini demişdir. Bundan sonra, gəlib evlərinə baxacaqlarını, 1 illik sosial düzəldəcəyini, daha sonra 4 illik düzəldəcəyini demişdir. Təqsirləndirilən şəxs ona 680 manat pul alacağını bildirmişdir. Pulları ancaq MilliÖn-dən, 200-300 manat olmaqla göndərmiş, daha sonra pul göndərməyə imkanı olmamışdır. Sonda onun atdığı səsləri, göndərdiyi sənədləri polisə göstərmiş, o da belə bir qurumun olmadığını, həmin şəxsin yalan danışdığını demişdir. 3 gün ard-arda zəng etmiş, şəxs ona atasının xərçəng xəstəsi olmasını, həkimə getdiyini, üzürlü saymasını, sənədlərini hazırladığını, saat 9-da gedib Kapitaldan kartını götürə biləcəyini deyib ondan 800 manat pul almışdır. Hətta bir dəfə gecə saat 11-də yığıb demişdir ki, kartına 15 manat atsın ki, gedib sənədləri götürsün. O, qonşudan pul alıb şəxsin kartına atmış, sonra ondan cavab gəlməmişdir. Səhəri gün ona hər şeyi həll etdiyini, gedib kartı götürməsini, xanımı başa salacağını, ona izah edəcəklərini demiş və onu bloka atmışdır. Daha sonra başqa nömrədən SMS gəlmiş və sənədləri götürməsi göstərilmişdir. Bundan sonra həmin polisin yanına getmişdir. Daha sonra başqa xanımdan da SMS gəlmişdir. Adı deyəsən Fəridə olmuşdur. Şəxs ona həmin xanıma yazmasını desə də, həmin xanıma yazdıqda cavab olmamış, onu yenidən bloka atmışlar. 2-3 ay sonra Faiq özü onu yığmış və Asanda sosialın təsdiq olunduğunu, sənədləri götürməsini demişdir. Onlar tərəfdən 836 manat pul verilmişdir. Şəxs ona başqa adam adı ilə zəng vurmuşdur ki, guya başqa adamdır. Başqa adam adı ilə səsini dəyişib zəng vurmuş, amma onu tanımışdır. Sonra polisdən zəng edib demişlər ki, belə bir adam vardır və tutulmuşdur. Onun da nömrəsi təqsirləndirilən şəxsin telefonundan çıxmışdır. Polis ona tək olmadığını, ondan başqa adamlardan da pul alındığını demişdir. Yoldaşı Güllüyə zəng etdikdə sonuncu yoldaşına səs çıxarsan adam göndərib uşaqların başını kəsdirəcəyini, işləyəndə şəkilərini çəkdiklərini, montaj edib yoldaşına göstərəcəklərini, yoldaşı da onun başını kəsəcəyini demişdir. Yoldaşı da qorxusundan ona heç nə deməmişdir. Sonda Təqsirləndirilən şəxs bu əməli təkbaşına törətmədiyini onlara hədə gələn qadının da onunla əlbir olduğunu, Faiqdən şikayətçi olduğunu və ondan pulunun geri qaytarılmasını tələb etdiyini bildirmişdir.

10. Məhkəmə iclasına çağırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməmələri, eləcə də tərəflərindən verilmiş müraciətlər nəzərə alınaraq, işə həmin zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələr elan olunmuşdur. O cümlədən həmin zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 şikayətçi olduğunu və Təqsirləndirilən şəxs ədalətli cəza təyin edilməsini xahiş etmiş, Zərərçəkmiş şəxs4 isə ifadəsini təsdiqləsə də şikayət və tələbənin olmadığını bildirmişdir.

11. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, oğlunun belə işlərlə məşğul olmasından xəbəri olmamışdır. Hadisədən o, gec xəbər tutmuşdur. Kart onun adına olsa da, oğlunun kartdan istifadə etməsindən məlumatı olmamışdır. Olanlardan istintaq zamanı xəbəri olmuşdur. Oğlunun vurduğu zərərdən ödəniş etməyə gücü çatmır. Zərərçəkənə isə “bunu vaxtında desəydin, hardansa tapıb verərdim”, “siz niyə bu qədər pul itirəndən sonra polisə məlumat verirsiniz? Bunu daha tez demək lazım idi” demişdir. Müstəntiq İsa bəydən onu zərərçəkmiş şəxslə görüşdürməsini, onunla danışmasını xahiş etmişdir. Amma müstəntiq şərait yaratmamışdır. Əgər daha əvvəl bilsə idi nəsə edə bilərdi. İndi isə pulu ödəməyə imkanı yoxdur.

12. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, oğlu fəhləlik etmişdir. Onlar oğlu tutulandan sonra hadisədən xəbər tutmuşlar. Faiq arada yanlarında qalmış, arabir gedib gəlmişdir. “Xanım nə üçün 16000 (on altı min) manat oğluna pul vermişdir? Ona maraqlıdır ki, bu xanım o qədər pulu haradan tapmışdır? O, özü də qanunsuz iş görmüşdür” deyə zərərçəkənə bildirmişdir. Atası fəhlə, özü xadimə olduğundan pulu ödəmək imkanları yoxdur. Müstəntiq çağırıb ona oğlunun kiminsə pulunu yediyini demişdir. Onun nömrəsini Faiq götürüb işlətmiş, özü isə həmin nömrəni ilk əvvəllər bir az işlətmişdir. Möbil nömrələr onun adına olmuş, lakin həmin nömrələri hal-hazırda xatırlamır.

13. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, sosial şəbəkədə bir xanım sosial yardım haqqında danışmış, hər kəs onları da düzəltmələri barədə rəy yazmışdır. O, həmin şəxsi tanımamış, onun üzünü görməmişdir. Xanım ona demişdir ki, nömrəni götürüb yazsın ki, onun nömrəsi həmin şəxsdə görünsün. Məhz bu qadın vasitəsilə özünü Fərid kimi tanıdan əslində sonradan adının Faiq olduqlarını bildiyi şəxsi tanımışdır. Həmin şəxs onu da and içərək inandırmışdır. Zərbikə xanım əmisi arvadıdır. Əmisi arvadına sosial yardım ala biləcəyini demişdir. Müstəntiqə deyəndə bilmişdir ki, əmisi arvadı ona bu qədər pul vermişdir. Onlar əmisi arvadı ilə danışmış, amma onun verdiyi pulu bilməmişdir. 1 ay keçdikdən sonra ondan xəbər çıxmadığını görüb pulunun geri qaytarılmasını dedikdə, Faiq onu bloka atmışdır. Sonra Zərbikə ilə danışıb Faiqə onu blokdan çıxarmasını demişdir. Faiq isə guya ona əsəbəlişməsini bəhanə etmişdir. Faiq onu bloka atmasa idi, bəlkə də ona yenə pul göndərməyə davam edəcəkdi. Çünki o, çox inandırıcı danışırdı. O, zərərçəkən kimi tanımamışdır. İsa müəllim onu çağıracağını dediyindən gözləmişdir. O, Səbinə ilə danışanda ona nömrə verəcəklərini onunla əlaqə saxlamasını demişdir. Ona bir dəfəyə 2000 manata qədər pul alacağı deyilmişdir. Sonra Dost mərkəzinə gedib oradakı adamlarla danışacağı deyilmişdir. 462 manat pul vermişdir. Bunu Zərbikəyə dedikdə onda da alınar deyə Faiqlə özü danışmağa başlamışdır. Ödəniş etdiyi sonuncu tarixi xatırlamır. Sonda isə əslində şahid yox zərərçəkən olmalı olduğunu, Faiqin onu da aldatdığını və ondan şikayətçi olduğunu və Faiqin bu işi təkbaşına deyil bir qadınla gördüyünü bildirərək məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etmişdir.

14. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə həmin şahidin iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

15. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.

16. Cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işlərinin birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, ********* nömrəli cinayət işinə icraatda olan ********* nömrəli cinayət işi birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir.

17. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.

18. İttiham elan edilməsi üçün şübhəli şəxsə axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarxli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən barəsində axtarış elan edilmişdir.

19. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutularaq saxlanılma yerinə təhvil verilmişdir.

20. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.

21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 700/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablanmışdır.

22. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinə icraatda olan ********* nömrəli cinayət işi birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmiş, ********* nömrəli cinayət işi CM-in 178.2.4-cü maddəsindən CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir.

23. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.

24. Şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarxli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyindən və yeri müəyyən edilmədiyindən barəsində axtarış elan edilmişdir.

25. Cinayət törətməsində şübhə yarandıqda şəxsin tutulması haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2024-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutularaq saxlanılma yerinə təhvil verilmişdir.

26. Cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilərək istintaqı davam etdirilmişdir.

27. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.

28. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan və raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilərək sonuncu saxlanılma yerindən azad edilmişdir.

29. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 865/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay müddətə, yəni 10 yanvar 2025-ci il tarixədək uzadılmışdır.

30. İş materiallarında olan qəbzlərə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:51-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 59 manat, xx.xx.2024-cü il tarixdə saat 16:46-da Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 42 manat, xx.xx.2024-cü il tarixdə saat 00:03-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 164 manat, xx.xx.2024-cü il tarixdə saat 10:25-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 193 manat, xx.xx.2024-cü il tarixdə saat 21:12-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 59 manat, xx.xx.2024-cü il tarixdə saat 11:55-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 121 manat, xx.xx.2024-cü il tarixdə saat 15:12-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 141 manat, xx.xx.2024-cü il tarixdə saat 18:05-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 24 manat, xx.xx.2024-cü il tarixdə saat 18:07-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 31 manat, xx.xx.2024-cü il tarixdə saat 10:29-da Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 412 manat, xx.xx.2024-cü il tarixdə saat 21:17-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 358 manat, xx.xx.2024-cü il tarixdə saat 13:57-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 396 manat, xx.xx.2024-cü il tarixdə saat 17:08-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 267 manat, xx.xx.2024-cü il tarixdə saat 14:57-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 582 manat, xx.xx.2024-cü il tarixdə saat 17:37-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 492 manat, xx.xx.2024-cü il tarixdə saat 17:00-da Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 473 manat, xx.xx.2024-cü il tarixdə saat 20:03-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 382 manat, xx.xx.2024-cü il tarixdə saat 21:45-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 577 manat, xx.xx.2024-cü il tarixdə saat 19:37-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 434 manat, xx.xx.2024-cü il tarixdə saat 22:42-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 334 manat, xx.xx.2024-cü il tarixdə saat 17:38-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 383 manat, xx.xx.2024-cü il tarixdə saat 09:50-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 120 manat,xx.xx.2024-cü il tarixdə saat 20:13-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 408 manat, xx.xx.2024-cü il tarixdə saat 15:37-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 363 manat, xx.xx.2024-cü il tarixdə saat 20:44-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 308 manat, xx.xx.2024-cü il tarixdə saat saat 14:50-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 482 manat, xx.xx.2024-cü il tarixdə saat 14:51-də Abşeron rayonu,Novxanı qəsəbəsi,İ.Abdullayev küçəsində yerləşən ödəmə terminalından 511 manat, xx.xx.2024-cü il tarixdə saat 17:28-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 594 manat, xx.xx.2024-cü il tarixdə saat 20:59-da 500 manat, xx.xx.2024-cü il tarixdə saat 16:17-də Abşeron rayonu,Novxanı qəsəbəsindəİ.Abdullayev küçəsində yerləşən ödəmə terminalından 500 manat ,xx.xx.2024-cü il tarixdə saat 19:32-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 318 manat, xx.xx.2024-cü il tarixdə saat 09:18-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 202 manat, xx.xx.2024-cü il tarixdə saat 11:12-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 220 manat, xx.xx.2024-cü il tarixdə saat 13:08-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 100 manat, xx.xx.2024-cü il tarixdə saat 23:07-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 150 manat, xx.xx.2024-cü il tarixdə saat Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 250 manat, xx.xx.2024-cü il tarixdə saat 11:37-də Bakışəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən ödəmə terminalından 494 manat, xx.xx.2024cü il tarixdə saat 14:54-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 522 manat, xx.xx.2024-cü il tarixdə saat 18:54-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 345 manat, xx.xx.2024-cü il tarixdə saat 10:58-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 488 manat, xx.xx.2024-cü il tarixdə saat 12:29-da Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 487 manat, xx.xx.2024-cü il tarixdə saat 15:14-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 491 manat, xx.xx.2024-cü il tarixdə saat 15:30-da Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 217 manat, xx.xx.2024-cü il tarixdə saat 16:01-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 500 manat, xx.xx.2024-cü il tarixdə saat 16:22-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 250 manat, xx.xx.2024-cü il tarixdə saat 16:05-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 300 manat, xx.xx.2024-cü il tarixdə saat 15:00-da Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 90 manat, xx.xx.2024-cü il tarixdə saat 17:24-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 391 manat, xx.xx.2024-cü il tarixdə saat 11:28-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 412 manat, xx.xx.2024-cü il tarixdə saat 18:20-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 675 manat, xx.xx.2024-cü il tarixdə saat 11:36-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 561 manat, xx.xx.2024-cü il tarixdə saat 10:11-də Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından 603 manat olmaqla ümumilikdə 17776 manat pulun Şahid2 adına olan kartın son 8 rəqəmi ******* nömrəli Leo Bank kartına göndərildiyi görünür.1 ədəd qəbzdə isəxx.xx.2024-cü il tarixdə saat 18:48-də Abşeron rayonu, Novxanı qəsəbəsi,İlqar Abdullayev küçəsində yerləşən ödəmə terminalından M*****S*****Z adına olan 4169*******7856 nömrəli bank kartına 68 manat pul göndərildiyi görünür.

31. İş materiallarında olan qəbzlərə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:29-da 99 manat, xx.xx.2024cü il tarixdə saat 11:34-də 138 manat, xx.xx.2024-cü il tarixdə saat 18:12-də 225 manat, xx.xx.2024-cü il tarixdə saat 16:53-də 95 manat, xx.xx.2024-cü il tarixdə saat 12:08-də 275 manat, xx.xx.2024-cü il tarixdə saat 16:41-də 51 manat, xx.xx.2024-cü il tarixdə saat 15:56-da 118 manat, xx.xx.2024-cü il tarixdə saat 05:41-də 30 manat, xx.xx.2024-cü il tarixdə 05:55-də 52 manat, xx.xx.2024-cü il tarixdə saat 11:06-da 220 manat, xx.xx.2024cü il tarixdə saat 12:09-da 171 manat, xx.xx.2024-cü il tarixdə saat 15:37-də 175 manat,xx.xx.2024-cü il tarixdə saat 17:41-də 100 manat, xx.xx.2024-cü il tarixdə saat 14:27-də 100 manat,həmin tarixdə saat 15:05-də 110 manat, həmin tarixdə saat 18:54-də 46 manat, xx.xx.2024-cü il tarixdə saat 09:18-də 90 manat, həmin tarixdə saat 12:40-da 201 manat,xx.xx.2024-cü il tarixdə saat 14:16-da 80 manat, xx.xx.2024-cü il tarixdə saat 13:00 -da 121 manat, həmin tarixdə saat 16:55-də 245 manat, xx.xx.2024-cü il tarixdə saat 17:02-də 287 manatolmaqla ümumilikdə 3029 manat pulun Şahid2 adına olan kartın son 8 rəqəmi ******* nömrəli Leo Bank kartına göndərildiyi görünür.

32. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmişşəxs ZərbikəŞıxəliyevanın istifadəsində olan Samsunq markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı mobil telefonun Vhatsap tətbiqində "sosiall" adı ilə qeydə alınmış 77-315-64-83 saylı mobil nömrə arasında 08 fevral 2024-cü il tarixdən başlayaraq mesajların olduğu görünür.Baxış zamanı 08 fevral 2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə "Salam, xahiş edirəm cavablandırın mənim zəngimi, çox ehtiyacım var, ömrüm boyu duaçı olaram, Könülün əmisi arvadıyam" yazıldığı, həmin mesaja cavab olaraq həmin tarixdə"Bismillah Alleykuma salam, bir dəfə yazdız geri dönüş edəcəm narahat olmayın, çox yazmaqla deyil" yazıldığı, ona cavab olaraq "Mənim üç uşağım var, sosial yardım istəyirəm düzəltdirmək,Sizə sual verin mən cavablandırım" yazıdlığı, qarşı tərəfdən "Ailəlisiz, dövlət işində işləyirsiz? yoldaşınınızın xəbəri var? razılıq var? sualları yazıldığı, ZərbikəŞıxəliyeva tərəfindən X6 və digər 3 nəfər şəxsin şəxsiyyət vəsiqəsiin şəkillərinin həmin nömrəyə göndərilməsi, qarşı tərəfdən "Xanım kdu atıram, Leobankdı, 4098-5844-9416-8105 , Sistem açıq qalıb siz atan kimi zəhmət olmasa qəbzi atarsınız mənə" yazıldığı, sonrakı yazımalarda "iki nömrə qeyd edəcəm əgər sizə sosial yardım düşsə, bir sizin nömrənizi, birdə bu ***-******* saylı mobil nömrəni" sonrakı yazışmalarda ZərbikəŞıxəliyevadan sosial yardım düzəldilməsi ilə bağlı rüsumların istənilməsi və onun tərəfindən ödənilən pulların qəbzlərinin "Fərid" adlışəxsə göndərilməsi, məzmununda "Sizə aylıq 466,68 manat UDSY təyin edilmişdir, kartınız hazır olduqda bu barədə sms göndəriləcək Kod 107899" mətnin olduğu şəklin ZərbikəŞıxəliyevaya göndərilməsi, sonrakı günlərdə olan yazışmalarda " Elbrus müəllimdən cavab gözlədiyini, onun nə yazacağını screen edib atacağını, sənə qarşı mən həmişə hörmət qoymuşam, Allahda şahiddir buna, inşallah ki, düzələk yazıldığı həmin mesaja cavab olaraq "Yox e Fərid bizim işimiz hazırdı, kart hazır gedib götürməy vaxtı necə imtina bura bilər mən bütün ödəmələri etmişəm, Könül etməmişdi ödəmə imtina vurdular, mən ki, ödəmə etmişəm, niyə imtina olsun" yazıldığı, "Axşamın xeyr bibi, kodu gözləyirəm inanırsan gündüzdn burda əlləşirəm, bircə bunu unutma ki, mən səni doğma bibimdən çox hörmət qoyuram and olsun qeyrətimə " kimi məzmunlu bir çox mesjaın olduğu görünür.

33. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

34. CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı “CD” formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 03 ədəd fayl olduğu müəyyən edilmişdir. 1-ci faylda Müştəri zənglərinin detallaşması, 2-ci faylda "sms mətnlərinin detallaşması", 3-cü faylda "zənglərin məxsusluq tarixçələri"-nin olduğu görünür. SMS mətnlərinə baxış keçirildikdə773156483 saylı mobil nömrəyə göndərilən və həmin nömrədən göndərilən "sms" mətnlərinin olduğu, həmin sms mətnlərində xx.xx.2024-cü il tarixdə773156483 saylı mobil nömrədən ********* saylı mobil nömrəyə "X8 sosial dyy təyin olunmuşdur" mesajının göndərilməsi, digər nömrələrdən ********* saylı mobil nömrəyə "Ay insan telefonu aç", "şərəfsiz" "Telefona cavab ver, 2-ə kimi kəlmən var idi", "Adam gərək kişi kimi sözün üstündə dayansın day məni bloka atmag lazım deyil, mənim pulumu ver bu oruclug ayı qənim olsun sənə ", "Haramın olsun sağ yeməyə sən pulumu səni oruclug ayına həvalə etmişəm", "Kişi ol arvad kimi qaçıb gizlənmə sənin haramın olsun sən o pulu yeyəbilmərsən mənim pulumu ver şərəfsiz arvad gizlən görək","Siz dələduzluq etməklə yanaşı vətəndaşışantaj edirsiz! . Qanuni cavabınızı alacaqsız." "Ay serefsiz ay cindir ay atasini tamimiyan ograw tupurum.o pulaki var yoxunan kayf tutalar indi senin nomreni de mesajlarida paylawacam her yerde 15-20 manat verib mehwur seyfelerde de seni biyabir edecem bicbala" yazıldığı görünür.

35. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-1/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 ay müddətə, yəni 10 fevral 2025-ci il tarixədək uzadılmışdır.

36. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 istifadəsində olan Redmi markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı mobil telefonun VVhatsap tətbiqində "Fərid Ecemi" adı ilə qeydiyyata keçirilmiş ***-***-**-** saylı mobil nömrə ilə 2 may 2024-cü il tarixdən başlayaraq mesajların olduğu göründü.Baxış zamanı02 may 2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən "salam" yazıldığı, ona cavab olaraq 7 may 2024-cü il tarixdə "Salam qaqanecəsən, vəzyətin necədi Anardı" yazılması, sonra qarşı tərəfin "Alekuma salam hansı Anar? yazılması onada cavab olaraq "Taksi qara şevralit yazıldığı" görünür.08 may 2024-cü il tarixdə ***-***-**-** nömrəyə Zərərçəkmiş şəxs4 özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələriin şəkillərinin göndərilməsi görünür.26 may tarixində Ferid Ecemi kontaktından "sən bizi kimləsə səhv salma" , gör nə söyüş söydüm mən, sen məni səhv saldın kimlədə, mən sənə görə gedib 11 manat tapmışam dedim ki, 10 manat sen tap sosialın düzelsin, bu gün atmasan imtina vuracaqlar itde gedecek ipde" yazıdığı,həmin mesaja cavab olaraq "ferid vallah inanmırsan e maşına tökməyə benzinim yoxdu elə pis gündəyəm" yazıldığı. sonrakı yazışmalarda "deki atqaz getsin qaqa hamı sosyal düzeldir belə sosyal düzeltmek olmaz" yazıldığı buna cavab olaraq Fərid Ecemi adlı kontakt tərəfindən "sabah sənlə görüşəcəm onsuz.Sən dava-dava deyirsən qoy ayağa qalxım, sabah sənlə görüşəcəm, sən bizi kimləsə səhv saldın anasını******" yazıldığı görünür. 12 may 2024-cü il tarixə dair Şahid2nn adına olan son 8 rəqəmi 94168105 nömrəli karta 67 və 80 manat pulun göndərilməsi, ad soyadın baş hərfləri E******M******E**** olan Kapital bank kartına 200 manat pulun göndərilməsinə dair qəbzlərin Fərid Ecemi adlı kontakta göndərilməsi görünür. Baxış zamanı qeyd olunan Vhatsap yazışmalarından 10 ədədi "Screen shoot" edilərək A4 kağız formasında çıxarılmışvə cinyaət işi üçün əhəmiyyət kəsb etdiyi üçün tərəfimdən cinayət işinə əlavə edilmişdir.

37. CD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid2 adına olan 4098 5844 9416 8105 nömrəli Unibank kartına 01 yanvar 2024-cü il tarixdə 09 yanvar 2024-cü il tarixdə saat 11:16-da 120 manat, 10 yanvar 2024-cü il tarixdə saat 18:17-də 60 manat, 12 yanvar 2024-cü il tarixdə saat 10:28-də 180 manat, 14yanvar 2024-cü il tarixdə saat 20:20-də 90 manat, 15 yanvar 2024-cü il tarixdə saat 20:21-də 11 manat, 27 yanvar 2024-cü il tarixdə saat 12:55-də 40 manat, 01 fevral 2024-cü il tarixdə saat 10:59-da 100 manat pul Kapital Bank vasitəsi ilə göndərilmişdir.Bundan əlavə diskə baxış zamanı həmçinin Zərərçəkmiş şəxs1 təqdim etdiyi qəbzlərdə yoxlanılarkən həqiqətəndə xx.xx.2024-cü il tarixdə saat 22:51-də 59 manat, xx.xx.2024-cü il tarixdə saat 16:46-da 42 manat, xx.xx.2024-cü il tarixdə saat 00:03-də 164 manat, xx.xx.2024-cü il tarixdə saat 10:25-də 193 manat, xx.xx.2024-cü il tarixdə saat 21:12-də 59 manat, xx.xx.2024-cü il tarixdə saat 11:55-də 121 manat, xx.xx.2024-cü il tarixdə saat 15:12-də 141 manat, xx.xx.2024-cü il tarixdə saat 18:05-də 24 manat, xx.xx.2024-cü il tarixdə saat 18:07-də 31 manat, xx.xx.2024-cü il tarixdə saat 10:29-da 412 manat, xx.xx.2024-cü il tarixdə saat 21:17-də 358 manat, xx.xx.2024-cü il tarixdə saat 13:57-də 396 manat, xx.xx.2024-cü il tarixdə saat 17:08-də 267 manat, xx.xx.2024-cü il tarixdə saat 14:57-də 582 manat, xx.xx.2024-cü il tarixdə saat 17:37-də 492 manat, xx.xx.2024-cü il tarixdə saat 17:00-da 473 manat, xx.xx.2024-cü il tarixdə saat 20:03-də 382 manat, xx.xx.2024-cü il tarixdə saat 21:45-də 577 manat, xx.xx.2024-cü il tarixdə saat 19:37-də 434 manat, xx.xx.2024-cü il tarixdə saat 22:42-də 334 manat, xx.xx.2024-cü il tarixdə saat 17:38-də 383 manat, xx.xx.2024-cü il tarixdə saat 09:50-də 120 manat,xx.xx.2024-cü il tarixdə saat 20:13-də 408 manat, xx.xx.2024-cü il tarixdə saat 15:37-də 363 manat, xx.xx.2024-cü il tarixdə saat 20:44-də 308 manat, xx.xx.2024-cü il tarixdə saat saat 14:50-də 482 manat, xx.xx.2024-cü il tarixdə saat 14:51-də 511 manat, xx.xx.2024-cü il tarixdə saat 17:28-də 594 manat, xx.xx.2024-cü il tarixdə saat 20:59-da 500 manat, xx.xx.2024-cü il tarixdə saat 16:17-də 500 manat, xx.xx.2024-cü il tarixdə saat 19:32-də 318 manat, xx.xx.2024-cü il tarixdə saat 09:18-də 202 manat, xx.xx.2024-cü il tarixdə saat 11:12-də 220 manat, xx.xx.2024-cü il tarixdə saat 13:08-də 100 manat, xx.xx.2024-cü il tarixdə saat 23:07-də 150 manat, xx.xx.2024-cü il tarixdə saat 250 manat, xx.xx.2024-cü il tarixdə saat 11:37-də 494 manat, xx.xx.2024-cü il tarixdə saat 14:54-də 522 manat, xx.xx.2024-cü il tarixdə saat 18:54-də 345 manat, xx.xx.2024-cü il tarixdə saat 10:58-də 488 manat, xx.xx.2024-cü il tarixdə saat 12:29-da 487 manat, xx.xx.2024-cü il tarixdə saat 15:14-də 491 manat, xx.xx.2024-cü il tarixdə saat 15:30-da 217 manat, xx.xx.2024-cü il tarixdə saat 16:01-də 500 manat, xx.xx.2024-cü il tarixdə saat 16:22-də 250 manat, xx.xx.2024-cü il tarixdə saat 16:05-də 300 manat, xx.xx.2024-cü il tarixdə saat 15:00-da 90 manat, xx.xx.2024-cü il tarixdə saat 17:24-də 391 manat, xx.xx.2024-cü il tarixdə saat 11:28-də 412 manat, xx.xx.2024-cü il tarixdə saat 18:20-də 675 manat, xx.xx.2024-cü il tarixdə saat 11:36-da 561 manat, xx.xx.2024-cü il tarixdə saat 10:11-də 603 manat olmaqla ümumilikdə 1776 manat pulun Şahid2 adına olan 4098 5844 9416 8105 nömrəli bank kartına göndərildiyi görünür.Bundan əlavə zərərçəkmişşəxs Zərərçəkmiş şəxs3 təqdim etdiyi qəbzlər yoxlanılarkən xx.xx.2024-cü il tarixdə saat 18:29-da 99 manat, xx.xx.2024-cü il tarixdə saat 11:34-də 138 manat, xx.xx.2024-cü il tarixdə saat 18:12-də 225 manat, xx.xx.2024-cü il tarixdə saat 16:53-də 95 manat, xx.xx.2024-cü il tarixdə saat 12:08-də 275 manat,xx.xx.2024-cü il tarixdə saat 16:41-də 51 manat, xx.xx.2024-cü il tarixdə saat 15:56-da 118 manat,xx.xx.2024-cü il tarixdə saat 05:41-də 30 manat, xx.xx.2024-cü il tarixdə 05:55-də 52 manat, xx.xx.2024-cü il tarixdə saat 11:06-da 220 manat, xx.xx.2024cü il tarixdə saat 12:09-da 171 manat, xx.xx.2024-cü il tarixdə saat 15:37-də 175 manat,xx.xx.2024-cü il tarixdə saat 17:41-də 100 manat, xx.xx.2024-cü il tarixdə saat 14:27-də 100 manat,həmin tarixdə saat 15:05-də 110 manat, həmin tarixdə saat 18:54-də 46 manat, xx.xx.2024-cü il tarixdə saat 09:18-də 90 manat, həmin tarixdə saat 12:40-da 201 manat,xx.xx.2024-cü il tarixdə saat 14:16-da 80 manat, xx.xx.2024-cü il tarixdə saat 13:00 -da 121 manat, həmin tarixdə saat 16:55-də 245 manat, xx.xx.2024-cü il tarixdə saat 17:02-də 287 manat olmaqla ümumilikdə 3029 manat pulun göndərildiyi bundan əlavə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ümumilikdə vahid niyyətlə 6638 manat pulun göndərildiyi görünür.

38. Əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 178.2.2 və 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir.

39. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən özünü “Dilara Adilova” kimi təqdim edən şəxs və qeyriləri barəsində CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və sonuncu nömrə altında istintaqı davam etdirilmişdir.

40. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.

41. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı əldə edilmiş 3 (üç) ədəd disk iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.

42. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 106/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 02 mart 2025-ci il tarixədək uzadılmışdır.

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 xx.xx.2025-ci il tarixli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasından “Ağciyər vərəmi VM(+) pozitiv” diaqnozu ilə İxtisaslaşdırılmış müalicə müəssisəsinə daxil olmuşdur. Xəstə stasionarda kliniki, rentgenoloji, laborator müayinələrdən keçirilmiş və onda “Sol ağciyərin infiltrativ vərəmi, dağılma mərhələsində, VM(+) pozitiv” kliniki diaqnozu təsdiqlənmişdir. Xəstə XHK-nin qərarı ilə xx.xx.2024-cü il tarixdə “Yeni” xəstəlik halı kimi 1-ci sıra vərəməleyhi dərmanlarla müalicəyə cəlb edilmişdir.

44. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)- 307/2025 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınmış və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmış və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 93-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir.

45. Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Dilarə Adilova və qeyriləri müəyyən edilənədək dayandırılmaqla tərəflərə məlumat verilmiş və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi məqsədi ilə qərar Binəqədi RPİ-nin 7-ci PB-nə göndərilmişdir.

46. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur.

47. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir və pulunun geri qaytarılmasını tələb edir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

48. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

49. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

50. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.

51. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.

52. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında ifadə verərkən özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs1 17776 manat məbləğində pul yox 15776 manat məbləğində pul almasına dair verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, zərərçəkmiş şəxsin verdiyi pul vəsaitlərinə dair istintaq dövründə məhkəmə qərarı ilə bank məlumatları əldə edilmiş (İİ cild, səh. 103-105) qeyd edilən məlumatlar Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi qəbzlər, sms yazışmaları (İİ cild, səh. 54-88) ilə də öz təsdiqini tapmışdır. Bundan başqa tərəflər arasında yazışmalardan müəyyən edilmişdir ki, zərərçəkən həqiqətən də bu pulu nəvələrinə sosial müavinat almaq məqsədilə işin həlli üçün təqsirləndirilən şəxsə vermişdir. Belə ki, tərəflər arasında olan söhbət zamanı Təqsirləndirilən şəxs pulları sənədləşmə üçün aidiyyatı orqanlara verdiyini bildirmiş, hətta Təqsirləndirilən şəxs zərərçəkənə başqa nömrələrdən zəng vurduraraq guya bankda sosial mavinat almaq üçün kartının hazır olduğunu onun müavinat üçün kart hesabında pulun yığıldığını bildirərək onu uzun müddət sakitləşdirməyə çalışmışdır. Digər zərərçəkənlərə münasibətdə isə təqsirləndirilən şəxs verilən ittihamla razılaşaraq həmin məbləğləri zərərçəkənlərdən aldığını təsdiqləmişdir.

53. Beləliklə, məhkəmə qeyd edilən hallara hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Başqa sözlə desək, təqsirləndirilən şəxsin ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir.

54. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. CM-in 177-ci maddəsinin qeyd hissəsinə görə təqsirləndirilən zərərçəkənə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə ziyan vurduğu hallarda 178.2.4-cü maddə ilə məsuliyyət daşıyır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə isə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, CM-in 61.3-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə də hüquq normasının tələbindən çıxış edərək, dələduzluğun təkrar tərdilməsini CM-in 178.2.2-ci maddəsinə görə cinayətin tərkib əlaməti kimi nəzərdə tutur. CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti təkbaşına törətməsi və Dilarə adlı qadının tanımaması fikrinə münasibət bildirərək qeyd etmək istəyir ki, onun məhkəmədə buna dair verdiyi ifadələr zərərçəkmiş şəxslərin, şahidlərin verdikləri ifadələrlə təkzib edilmişdir. Belə ki, hər dörd zərərçəkən Təqsirləndirilən şəxs bir qadın vasitəsilə tanıdıqlarını, hətta bəziləri bu qadının adının Dilarə olduğunu bildirirək, tik-tok sosial şəbəkəsində açılan səhifədə də əlaqə saxlayan zaman birinci həmin qadınla danışdıqlarını, daha sonra qadının onların telefon nömrələrini özünü Fərid kimi təqdim edən əslində isə adı Faiq olan şəxsə verdiyini bildirmişlər. Hətta məhkəmə iclas zalında ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Fəridlə (Faiq) onları tanış edən özünü Güllü adı ilə həyat yoldaşı Şahid1 təqdim edən qadın olmuşdur. Sonradan həyat yoldaşı şikayətçi olduqda isə qadın ona hədə qorxu gəlmiş uşaqların başını kəsəcəyi, özünün isə şəkillərini fotomontaj edərək ərinə göstərəcəyi hədəsi ilə hədələmişdir. Qeyd edilən qadınla bağlı şahidlərdən Şahid4 Ariz qızı da öz ifadəsində bəhs etmişdir. Bundan başqa məhkəmə iclas zalında təqsirləndirilən şəxsə “Siz bu pulları qısa zaman kəsiyində harada xərcləmisiniz?” sualına “yeyib içmişəm” deyə cavab vermiş, məhkəmənin xx.xx.2025-ci il tarixli iclas zalında şahid kimi dindirilən, təqsirləndirilən şəxsin atası olan Şahid2 isə ifadə verərkən “əvvəl xəbərim olsa idi zərəri qarşılayardım, indi isə imkanım yoxdur” deməsinə məhkəmənin “qismən də olsa ödəniş etsəniz vəziyyət yüngülləşər, əvvəldən indiyə nə dəyişibdir ki” deməsinə isə təqsirləndirilən şəxs etiraz edərək mülki iddianı ümumiyyətlə qəbul etmədiyini atasına isə ödəniş etməməyi bildirmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı dövründə verilən ifadələri iş materialları ilə ətraflı tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs verdiyi ifadə digər sübutlarla təkzib edilməklə CM-in 178.2.1-ci maddəsinə münasibətdə məsuliyyətdən yayınmaq məqsədi daşıyır.

55. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmənin hazırlıq və baxış iclasında təqsirləndirilən şəxsə CM-in 73-1.2-ci maddəsinin tələbi, yəni əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, ona dəymiş ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənişi tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi imkanı izah edilsə də təqsirləndirilən şəxs vurulmuş zərəri ödəmək üçün maddi imkanı olmadığını bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.

56. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri (Dələduzluq) cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Dələduzluq cinayəti talama cinayətləri kateqoriyasına daxil olsa da başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.

57. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməl CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq- yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.

58. Hazırkı cinayət işinin istintaqı zamanı da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, zərərçəkənlərin etibarından istifadə edərək, onlara yalan vədlər vermək və aldatma yolu ilə (guya zərərçəkənlərə sosial müavinat üçün köməklik edəcəkdir) onların pullarını ələ keçirmiş, daha sonra müxtəlif bəhanələrlə bu pulları geri qaytarmaqdan imtina etmişdir. Zərərçəkmiş şəxslər bu pulun bir hissəsini öz qazancı, bir hissəsini isə borc alaraq ödədiklərini, borc aldıqları şəxslərin də borclarını geri tələb etdiklərindən çıxılmaz vəziyyətdə qaldıqlarını bildirmiş, onların verdikləri ifadələr şahidlər tərəfindən də təsdiqlənmişdir.

59. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).

60. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

61. Təqsirləndirilən şəxs məhkəmənin ilk iclas günündən özünü zərərçənlərdən birinə X4 münasibətdə qismən təqsirli bilmiş, digər zərərçəkənlərə münasibətdə isə verilən ittihamla razı olduğunu bildirsə də, sonradan məhkəmə iclas zalında mülki iddianı ümumiyyətlə qəbul etməmiş, digər zərərçəkənlərin Bakıda yaşamadıqlarını teleqram vuraraq ifadələrini təsdiqləsələr də iclasa gəlmələrini tələb edərək məhkəmə istintaqının süni şəkildə uzanmasına səbəb olmuşdur. Bundan başqa zərərin qismən də ödənilməsi ilə bağlı məhkəmənin ailə üzvlərinə müraciətinə isə etiraz edərək valideynlərinə ödəniş etməməyi bildirmiş, məhkəmə iclas zalında iştirak edən zərərçəkənlərə “Siz bu pulları hardan alıb mənə vermisiniz deyə” iradlar bildirmiş, sonda isə zərərçəkənlərə pulu ancaq azadlıqda qalacağı şərtilə aya 50-100 manat ödəyəcəyini bildirmişdir.

62. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

63. Məhkəmə, onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.

64. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.

65. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə zərərçəkənlərə vurulmuş zərərin əvəzinin ödənilməməsini, eləcə də təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

66. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

67. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.

68. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.

69. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 09 sentyabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanılma yerindən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 sentyabr 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur.

70. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.

71. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.

72. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

73. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır.

74. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.

75. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

76. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-700/2024 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablanmış və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə olmuşdur.

77. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir.

78. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır.

79. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

80. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, ifadələr) cinayət təqibi üzrə sübutlar hesab olunur.

81. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.

82. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.

83. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.

84. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir.

85. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs vahid niyyətlə 17776 (on yeddi min yeddi yüz yetmiş altı) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 17776 (on yeddi min yeddi yüz yetmiş altı) manat məbləğində xeyli miqdar təşkil edən maddi ziyan vuraraq dələduzluq etməsi faktı istər cinayət prosesinin işirakçılarının ifadələri ilə, istərsə də cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. Ona görə də, məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın təmin edilməsi qənaətinə gəlmişdir.

86. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.

87. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır.

88. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər.

89. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır.

90. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir.

91. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 17776 (on yeddi min yeddi yüz yetmiş altı) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 144 (yüz qırx dörd) manat pul zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır.

92. Məhkəmə iş üzrə mülki iddiaçı qismində tanınan Zərərçəkmiş şəxs1 mülki iddiasına münasibətdə qeyd etmək istəyir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir.

93. Cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”.

94. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-c il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Bu zaman cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə mülki iddia qaydasında verilmiş olan 17776 (on yeddi min yeddi yüz yetmiş altı) manat məbləğində tələb cinayət işi üzrə şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqında vermiş olduğu ifadələr, zərərçəkmiş və təqsirləndirilən şəxs arasında olan “WhatsApp” yazışmaları ilə tam sübuta yetirilir.

95. Həmin qərarının 72-ci bəndində qeyd edilir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir.

96. CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir.

97. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir.

98. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

99. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

100. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 425 (dörd yüz iyirmi beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

101. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur.

102. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

103. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 187, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 sentyabr 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilsin və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 17776 (on yeddi min yeddi yüz yetmiş altı) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 144 (yüz qırx dörd) manat pul zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 xeyrinə tutulsun. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 425 (dörd yüz iyirmi beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar