Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-308/2025 06.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3321383Nümayəndə, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1992-ci il tarixdə Kürdəmir rayonu, Şahsevər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Şahsevər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu M.Davudoğlu küçəsində yerləşən “Rahat” adlanan mağazada alış-veriş edərkən bir neçə dəqiqə əvvəl təqdim etdiyi 100 manatlıq pul əskinasını xırdalamaqdan imtina edən mağazada kassa arxasında dayanmış həmin mağazanın müdir müavini Zərərçəkmiş şəxs əsassız olaraq iradını bildirib özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün, özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində əşyadan istifadə etməklə, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, törətdiyi cinayət əməllərinin ictimai təhliikəliliyini dərk edərək, ictimai təhlükəli nəticələrin başlana biləcəyini qabaqcadan görərək və belə nəticələrin baş verməsini arzulayaraq, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs bədən nahiyəsinə yumruqla, təpiklə və mağazada olan silah qismində istifadə etdiyi plastik materialdan olan zibilyığan ilə ardıcıl zərbələr vuraraq, sonuncuya burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan burun belinin qançır-şişkinliyi və əzilmiş yarası, sağ X qabırğanın yerdəyişməyən sınığı ilə müşayiət olunan döş qəfəsinin qançırı, qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan ləpə nahiyəsinin əzilmiş yarası, təpə nahiyəsinin səthi əzilmiş yarası, alın nahiyəsinin, sol üst göz qapağının, sol said nahiyəsinin, qarın nahiyəsinin qançırları, alın nahiyəsinin, sağ yanaq nahiyəsinin, sol qaşüstü nahiyənin, sağ dirsək oynağı nahiyəsinin, döş qəfəsinin sıyrıqları ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmıış qəsdən sağlamlığa az ağır zərər vurmaqla, silah qismində istifadə edilən əşya tətbiq etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 iyul 2024-cü il tarixdə təxminən saat 04-05 radələrində işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Davudoğlu küçəsində yerləşən “Mətin” şadlıq sarayında təhvil-təslim işləri görülərək, restoranın içərisi boşaldılaraq yük avtomobilinə yüklənirdi. O da bu işdə köməklik göstərirdi. İşləri tam qurtardıqdan sonra icraçı direktor Kənan Buludzadə ona 100 manatlıq pul əskinasım verərək, həmin pulu xırdalayıb fəhlələrə vermək lazım olduğunu bildirmişdir. O da pulu götürüb həmin “Mətin” şadlıq sarayının alt hissəsində yerləşən “Rahat” marketə getmişdir. Mağazada kassada duran Tamerlandan 100 manatlıq pul əskinasını xırdalamasını xahiş etmiş, lakin sonuncu kassada xırdanın olmadığını ona bildirdikdə, geri qayıtmışdır. Həmin vaxt dostu və restoranda anbardar işləyən Azad İbrahimov ona həmin 100 manatlıq pul əskinası ilə mağazadan pivə almaq lazım olduğunu bildirmişdir. O, Azada cavab olaraq, kassirin pulu xırdalamadığını, bəlkə pivə aldıqları halda pulu xırdalayacığını demişdir. Onlar birlikdə həmin marketə getmiş və iki ədəd pivə götürüb kassaya yaxınlaşmışlar. Tamerlan adlı kassir 100 manatlıq pul əskinasını Azaddan götürərək, pivələrin pulun çıxaraq xırdanı qaytarmışdır. O da həmin kassirə “bayaq deyirdin xırdan yoxdur, nə üçün mən gələndə pulu xırdalamadın?” sözlərini demişdir. Tamerlan isə ona cavab olaraq, “icazəm yoxdur, səncanı yeri get, xırdam yoxdur” sözlərini demişdir. O, Tamerlana «sən məni tanımırsan, nə üçün belə danışırsan?» sözlərini demişdir. Tamerlan yenə də onunla kobud surətdə danışmağa davam etdikdə, əsəbiləşib sonuncunun sifət nahiyəsinə bir dəfə yumuruq zərbəsi vurmuşdur. Bundan sonra Tamerlan da ona müqavimət göstərib onunla dalaşmağa başlamış, həmin vaxtı Azad onları ayırmış və o, marketdən bayıra çıxmışdır. Azad isə dalınca söyüş söydüyünə görə o, yenidən marketə daxil olaraq, Tamerlanın sifət və bədəninin müxtəlif nahiyələrinə yumruqla, təpiklə zərbələr endirməyə başlamış, bununla da sakitləşməyib marketdə olan süpürgənin çubuğunu götürüb Tamerlana xəsarət yetirmişdir. Həmin vaxt meyvə-tərəvəz dükanında işləyən adını unutduğu bir nəfər şəxs də gəlib onu sakitləşdirib aralaşdırmış və o oradan çıxıb restorana getmişdir. Həmin gün günorta saatlarında restoranda icraçı direktor vəzifəsində çalışan Kənan onu çağırıb restorana Tamerlanın atası Rövşənin gəldiyini, mobil nömrəsini qoyaraq, çıxıb getdiyini bildirmişdir. Həmin gün, yəni 26 iyul 2024-cii il tarixdə o, Tamerlanın atasına zəng vurub üzürxahlıq etmək istəmiş, lakin Tamerlanın atası restorana gələcəyini bildirmişdir. Tamerlanın atası Rövşən, restorana Tamerlanla və yanında bir nəfər əvvəllər tanımadığı şəxslə gəlmişdir. Restoranın administrator otağında Rövşən, ünvanına nalayiq ifadə işlədərək, ona əl atmış o, isə kənara çəkilmiş və Rövşən yerə yıxılmışdır. Sonra Rövşən yanında olan digər şəxslə ona xəsarət yetirmək istədikdə o, restorandan bayıra çıxmış və çöldən taxta parçasını götürüb onların üzərinə gəlmişdir, belə ki, həmin şəxslər onu təhqir edirdilər, daha sonra o, oradan uzaqlaşmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2024-cü ilin yay aylarında Bakı şəhəri, Binəqədi rayonu, M.Davudoğlu küçəsində yerləşən “Rahat” adlanan marketin müdir müavini vəzifəsinə təyin olunmuşdur. Onun əsas iş rejimi gecə saatlarına təsadüf edirmiş və saat 22:00-dan səhər saat 08:00-a kimi olan müddət ərzində olmuşdur. Əsas işi isə mağazaya gətirilən ərzaq və digər qeyri-ərzaq mallarının qəbulu və satışını, işçilərin iş fəaliyyətinə nəzarət etməkdən ibarət olmuşdur. 26 iyul 2024-cü il tarixdə saat 04 radələrində sözügedən marketin işçiləri zibil tullantılarını almaq üçün bayıra çıxmışdır. Həmin vaxt işlədiyi marketin yaxınlığında yerləşən “Mətin” şadlıq evinin mühafizəçisi kimi işləyən adını sonradan Elnur olduğunu bildiyi şəxs marketə daxil olaraq, ona yaxınlaşıb 100 manatlıq pul əskiasım xırdalamaq istədikdə, o, pulu xırdalaya bilməyəcəyini, kassada olan xırda pulun az olduğunu bildirmiş, Elnur isə heç bir söz demədən mağazadan çıxıb getmişdir. Həmin gün təxminən 10-15 dəqiqə keçdikdən sonra Elnur yenidən marketə daxil olmuş, lakin sonuncun yanında əvvəllər tanımadığı bir nəfər şəxs də olmuşdur. Elnur yanında olan tanımadığı şəxslə kassaya yaxınlaşmış, tanımadığı şəxs almış olduğu spirtli içkinin ödənişini 100 manat pul əskinazını ona təqdim etmiş və o, kassadan xırda pul təqdim eldikdən sonra Elnur ona “indi sənin xırda pulun yoxdumu” sözlərini dedikdə, yenidən Elnura xırda pula mağazada ehtiyac olduğunu bildirmişdir. Bu zaman Elnur ona “sən yaxşı oğlan deyilsən" sözlərini dedikdə, o, Elnura “sən oğlanlığı pul ilə ölçürsən, vaxt edərik dediyin bu sözü aydınlaşdırarıq” deyə cavab vermişdir. Həmin vaxt Elnur ona yaxınlaşaraq, gözləmədiyi anda sifət və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurmağa başlamış o, da Elnurun zərbələrindən özünü müdafiə etmiş, Elnuru özündən kənarlaşdırmağa çalışırmışdır. Bundan sonra Elnur kassa aparatının yanında olan süpürgənin çubuğu ilə bədəninin müxtəlif nahiyələrinə zərbə endirməyə başlamışdır. Elnurun yanında olan tanımadığı şəxs onları aralaşdırdıqdan sonra o, üst-başını səliqəyə salmışdır. Bir neçə dəqiqə keçdikdən sonra, marketin işçiləri olan Elvin və Musa adlı şəxslər marketə daxil olub, onun vəziyyətini görəndən sonra nə baş verdiyini soruşmuş o, da həmin şəxslərə hadisəni danışmış və daha sonra növbəni təhvil verib yaşadığı ünvana yollanmışdır. Həmin zaman Elnur arxasınca gedib ondan üzr istəmiş o isə Elnura rədd cavabını verib evinə getmişdir. Evə gəldikdə, atası Nümayəndə onun vəziyyətini görüb ondan nə baş veridiyini soruşduqda, marketdə baş verənləri atasına danışmış, sonuncu da ona yenidən marketə getmək lazım olduğunu deyib, onunla birlikdə marketə getmişlər. Marketə qayıtdıqda isə həmin zaman marketin müdiri İdeal müəllim də orada olmuşdur. Bundan sonra o, atası və İdeal müəllim «Mətin» adlanan şadlıq sarayına getmiş, orada onları restoranın Kənan adlı administratoru qarşılamış və Elnurun restoranda olmadığını, mobil telefonuna zəng çatmadığını demişdir. Bundan sonra o, atası ilə evə yollanmış və həmin gün saat 13 radələrində Elnur özü atasının mobil telefonuna zəng vuraraq, atası ilə görüşmək istədiyini bildirdikdən sonra, özü, atası və Mətin adlı qardaşı yenidən həmin «Mətin» adlanan restorana getmiş və orada administrator otağına daxil olmuş, orada atası Elnurdan nə səbəbə görə onu vurduğunu soruşduqda, Elnur ona cavab olaraq «hadisədir də baş verdi» sözlərini dedikdə, atası əsəbləşərək, Elnurun üzərinə gəlmək istədikdə, Kənan və onlar buna imkan verməmiş, Elnur isə restorandan bayıra çıxmış, onlar da restorandan bayıra çıxıb evinə getmək istədikdə, bayırda Elnurun əlində balta ilə üzərilərinə hücum çəkmək istəmiş, lakin Kənan, İdeal müəllim və orada olan digər şəxslər Elnuru kənarlaşdırmışlar. Bədən nahiyəsinlə olan xəsarətlərin hamısı ona 26 iyul 2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Davudoğlu küçəsində yerləşən “Rahat” adlanan marketin daxilində Təqsirləndirilən şəxs tərəfindən yetirilmişdir. Sağ X qabırğanın yerdəyişməyən sınığını ona Təqsirləndirilən şəxs süpürgənin çubuğu ilə, digər xəsarətləri isə yumruq və təpiklə yetirmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxslə barışıq əldə etmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. O, bununla bağlı məhkəməyə yazılı ərizə də təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Davudoğlu küçəsində yerləşən “Rahat” adlanan marketin meyvə-tərəvəz şöbəsində satıcı işləyir. Hadisə baş verən gün, yəni 26 iyul 2024-cü il tarixdə həmin marketdə satıcı işləyən Elvin adlı şəxslə və müdir müavini Zərərçəkmiş şəxs ilə birlikdə gecə növbəsində qalmışdır. Səhərə yaxın Elvinlə birlikdə marketdə yığılmış zibilləri arabaya yükləyib marketdən bayıra çıxmış, kassada isə Zərərçəkmiş şəxs qalmışdır. Onlar zibilləri marketdən təxminən 150 metr məsafədə olan zibil qutularına tullayıb geri qayıtmışlar. Marketə daxil olarkən, marketdə müdir müavini işləyən Zərərçəkmiş şəxs sifət nahiyəsində xəsarət izlərinin olduğunu görmüşlər. Tamerlandan nə baş yerdiyini soruşduqda, sonucu onların marketdən çıxıb zibilləri atmağa getdikdən sonra, bir nəfər şəxs marketə daxil olaraq, onunla mübahisə etdiyini və mübahisə zamanı həmin şəxsin ona xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra bu barədə marketin müdiri İdeal müəllimə xəbər verilmiş və təxminən bir saatdan sonra İdeal müəllim marketə gəlmişdir. Sonuncu Tamerlandan nə baş verdiyini ətraflı soruşmağa başlamış, onlar isə öz işlərinə dava etmişlər. Tamerlanın kim tərəfdən və hansı şəraitdə döyülməsinin bir başa şahidi olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Məhkəmə tibbi ekspertizasının 31 iyul 2024-cü il tarixli 1589 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - burun sümüyünün yerdəyişən sınığı ilə müşaiyət olunan burun belinin qançır-şişkinliyi və əzilmiş yarası, sağ X qabırğanın yerdəyişməyən sınığı ilə müşaiyət olunan döş qəfəsinin qançırı, qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşaiyət olunan təpə nahiyəsinin əzilmiş yarası, təpə nahiyəsinin səthi əzilmiş yarası, alın nahiyəsinin, sol üst göz qapağının, sol said nahiyəsinin, qarın nahiyəsinin qançırları, alın nahiyəsinin, sağ yanaq nahiyəsinin, sol qaşüstii nahiyənin, sağ dirsək oynağı nahiyəsinin, döş qəfəsinin sıyrıqları, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, göstərilən 26 iyul 2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq və s.) və eləcə də bərk küt əşya (ola bilsin süpürgənin plastmas dəstəyi) endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (cild 1, i.v 21-23). Zərər çəkmiş şəxs qismində tanınma haqqında 20 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v 36). Cinayət işinin icraata qəbul edilməsi haqqında 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi və ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır (cild 1, i.v 47). 20 noyabr 2025-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «Verbatim» markalı DVD-R formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 04 ədəd video faylların olduğu müəyyən edilmişdir. «Whatsapp video 2024.07.26 at 15.49.10» adlı fayla baxış keçirilmiş, baxış zamanı həmin faylda 01 dəqiqə 27 saniyəlik video görüntünün olduğu müəyyən edilmişdir. Görüntü Bakı şəhəri, Binəqədi rayonu, Davudoğlu küçəsində yerləşən «Rahat» adlanan marketin daxilində quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Video görüntünün yuxarı sağ hissəsində tarix və saat qeydə alınmışdır. Həmin tarix və saat qeydinə əsasən görüntünün 26 iyul 2024-cü il saat 04:52:53-dən 04:54:26-ya qədər olan müddəti əhatə edildiyi müəyyən edilmişdir. Müşahidə kamerası ilə qeydə alınmış həmin müddət ərzində görüntülərdə Təqsirləndirilən şəxs marketin daxilində kassa aparatının yanında, Zərərçəkmiş şəxs isə kassa aparatının arxasında dayandıqları, aralarında bir qədər söhbət eldikdən sonra Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsıı sifət və bədənin müxtəlif nahiyələrinə yumruqla, təpiklə zərbə endirdikdən sonra oradan uzaqlaşdığı, bir neçə saniyədən sonra qayıdaraq plastik materialdan olan zibilyığanla yenidən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbə endirdiyi, marketdə olan iki nəfər şəxslərin onları aralaşdırdıqları müşahidə olunmuşdur (cild 1, i.v 49). Şübhəli şəxsin tutulması haqqında 25 dekabr 2024-cü il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:55-də Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 71). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v 89-91). Cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif edilməsi haqqında 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilməsi və istintaqın aparılması qərara alınmışdır (cild 1, i.v 85-86). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 4(001)- 1010/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 10 fevral 2025-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanmasının əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablanmışdır (cild 1, i.v 116-124). Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 26 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş dava-dalaşı əks etdirən video görüntü 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır (cild 1, i.v 131-138). Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Emin Musayev tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 25 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli bilinib tutularaq, saxlanılması üçün Binəqədi RPİ-nin MSYyə təhvil verilmişdir. 27 dekabr 2024-cü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Elə hmin tarixdə barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən ibtidai istintaq müddətinin sonunadək, yəni 10 fevral 2025-ci il tarixədək «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş dava-dalaşı əks etdirən video görüntü 01 ədəd DVD disk 26 yanvar 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılır. Müsadirə olunması təklif edilən cinayət törədilərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alma bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə üçün əmlak müəyyən edilməmişdir (cild 1, i.v 157). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 4(001)- 104/2025 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılması müddəti 20 (iyirmi) gün, yəni 02 mart 2025-ci il tarixədək uzadılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 1(001)- 308/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlı qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün, zərər çəkmiş şəxsin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan 16 noyabr 2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, i.v 44-45). Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsaslanmaqla zərər çəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün ilə hesablanır. Qeyd olunan maddi normalara əsaslanaraq məhkəmə hesab edir ki, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs 25 dekabr 2024-cü il tarixindən 06 may 2025-ci il tarixinədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı cəmi 4 (dörd) ay 11 (on bir) gün ona təyin edilmiş cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanlarla belə məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşman olmuş, zərərçəkmiş şəxslə barışaraq etdiyi əmələ görə üzürxahlıq etmiş, məhkəmə baxışı zamanı davranışı ilə islah yoluna qədəm qoyduğunu nümayiş etdirmişdir. O, əvvəllər məhkum olunmamışdır. Bu halları nəzərə alaraq, məhkəmə cəzanın məqsədlərinə cəzanın faktiki çəkilməsi olmadan da nail olmağın mümkünlüyü qənaətinə gəlir və ona CM-in 70-ci maddəsinə əsasən şərti məhkumetmə tətbiq edərək, 2 il müddətinə sınaq müddəti müəyyən edir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini və şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini həll etməlidir. Qanunvericiliyin qeyd edilən tələbinə əsasən məhkəmə hesab edir ki, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini tərk etməmək vəzifəsi qoyulmalıdır. Həmçinin məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsini, həmin qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:..132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş dava-dalaşı əks etdirən 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 dekabr 2024-cü il tarixindən 06 may 2025-ci il tarixinədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı cəmi 4 (dörd) ay 11 (on bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 19 (on doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilsin. Sınaq müddəti 2 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət Kürdəmir rayon İcra və Probasiya idarəsinə həvalə edilsin və onun üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut – cinayət işinin materiallarına əlavə edilmiş dava-dalaşı əks etdirən 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-308/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-308/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver