Məhkəmə qərarları › İş №1(001)-309/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-309/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-309/2020 12.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi Dövlət ittihamçısı, Bakı şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Ağcabədi şəhərində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkumluğu ödənilməmiş, Ağcabədi şəhəri, Vaqif küçəsi ev 52-də pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, yaşayış yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən evin pəncərəsinin dəmir barmaqlığını əvvəlcədən özü ilə gətirdiyi alət vasitəsi ilə qırıb, plastik pəncərəni gərib açmaqla evə qanunsuz daxil olaraq, yataq otağında olan şkafdan 1 ədəd 1641 manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ şəffaf briliyant qaşları olan kulonlu qızıl boyunbağı, bilərzik, sırğa cütü və üzük dəstini, 1 ədəd 20 manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulonlu boyunbağı, sırğa cütü və üzük dəstini, 1 ədəd 20 manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kolye və sırğa cütü dəstini, 1 ədəd 15 manat dəyərində gümüşü rəngli metaldan, gül formalı, üzərində ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəstini, 1 ədəd 406 manat dəyərində üzərində ürək formalı kulonu olan qızıl boyunbağını, 1 ədəd 192 manat dəyərində qızıl qolbağı, 1 ədəd 87 manat dəyərində üzərində “Cahid” yazısı olan qızıl qolbağı, 1 ədəd 94 manat dəyərində sarı gözmuncuqlu qızıl qolbağı, 1 ədəd 309 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 21 manat dəyərində “Aşkim” yazılı kulonu üzərində ağ şəffaf qaşları olan gümüş boyunbağını, 1 ədəd 779 manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ şəffaf briliyant qaşları olan qızıl üzüyü, 1 ədəd 426 manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ şəffaf briliyant qaşları olan qızıl üzüyü, 1 ədəd 253 manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ şəffaf briliyant qaşları olan qızıl üzüyü, qonaq otağında olan qutunun içərisindən 250 manat təşkil edən qəpikləri, 1 ədəd 4 manat dəyərində taxta materialdan, zəncir toxunuşlu asılqan hissəsi olan içində quran olan quran qabını, 1 ədəd 10 manat dəyərində sarı rəngli metaldan, içərisində “CURREN” yazısı olan qol saatını, 1 ədəd 20 manat dəyərində qara rəngli metaldan, içərisində “EMPERİO ARMANİ” yazısı olan qol saatını, 1 ədəd 20 manat dəyərində gümüşü rəngli metaldan, içərisində “SWAROVSKİ” yazısı olan qol saatını, qonaq otağında olan şkafın üzərindən 1 ədəd 20 manat dəyərində tutacağında at başı formasında elementi olan xəncəri, 1 ədəd 15 manat dəyərində sarı rəngli metaldan, üzərində “Qız Qalası” təsviri olan medala oxşar predmeti, 1 ədəd 200 manat dəyərində “İphone 6” markalı mobil telefonu və qonaq otağında divara bərkidilmiş 1 ədəd 750 manat dəyərində “Sony” markalı, ** XE ***5 modelli televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 5552 manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib etirafedici ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadəsinə görə məhkum olunmuş, 2019-cu ilin sentyabr ayında cəza çəkmə müəsissəsindən buraxılmışdır. Zərərçəkmiş şəxs ilə qonuşuqda yaşamışdır. “Novruz” bayramı ərəfəsində Arazın ailəsi ilə birlikdə rayona getdiyini eşitmiş, bir neçə gün sonra Arazın evinə girib oğurluq etməyə qərar vermişdir. Bu məqsədlə xx xxxx 2020-ci ildə saat təxminən 02 radələrində Arazın evinin arxasında yerləşən boş torpaq sahəsinə hasardan aşma yolu ilə keçmiş və Arazın evinin pəncərəsinin dəmir barmaqlıqlarını əvvəlcədən özümlə gətirdiyi lom vasitəsi ilə qırıb çıxarmış, daha sonra plastik pəncərəni lomla gərib açıb evə daxil olmuşdur. Evdə otaqları axtarmağa başlamış, yataq otağında olan güzgülü şkafdan qızıl qablarının içərisindən brilyant qaşları olan ağ qızıl boyunbağı, qolbaq, üzük və bir cüt sırğadan ibarət qızıl komplekti, 1 ədəd sarı qızıl boyunbağı, 1 ədəd klonu ürək formasında sarı qızıl boyunbağı, 2 ədəd ağ qızıl briliant qaşlı nişan üzüyü, 3 ədəd sarı qızıl uşaq qolbağı, 1 ədəd sarı qızıl üzəri ağ qaşlı qadın üzüyü, bir ədəd “aşkım” yazılı klonu olan gümüş boyunbağı, 03 ədəd qol saatını, gül formalı bir cüt bijuteriya sırğanı, bir ədəd bijuteriya gül formalı qadın üzüyünü, bir cüt bijuteriya qadın sırğasını, bir ədəd bijuteriya qadın üzüyünü bir ədəd bijuteriya qadın boyunbağını, bir ədəd “Qız Qalası” şəkli həll olunmuş medalyon formalı sarı rəngli əşyanı və kiçik ölçülü quran qabını, qonaq otağında olan şkafın üzərində olan suvenir xəncəri və qonaq otağından “Sony” markalı televizoru və yataq otağında pəncərənin qarşısında olan taxta qutunun içərisindən təxminən 150 manat təşkil edən xırda qəpikləri oğurlamış. Qızılları, xəncəri və qəpikləri sellofan torbaya yığmış, birinci televizoru götürüb hasardan keçirmiş, sonra qayıdıb qızılları xəncəri və qəpikləri yığdığı sellofan torbanı götürmüşdür. Televizoru orada olan boş sahədə gizlətmiş, digər əşyaları isə özü ilə götürüb taksi ilə “Papanin” deyilən ərazidə Namiq Məlikov küçəsi dalan 7-də kirayə tutduğu evə aparıb 2-ci mərtəbəsində gizlətmişdir. Qızılları satmaq istəsəm də karantinlə bağlı hər yer bağlı olduğundan sata bilməmişdir. Sabahı gün televizoru tanışı taksi sürücüsü Qadirin maşını ilə həmin yerdən götürüb Papanində kirayə qaldığı evə gətirmiş, polislər tərəfindən saxlanıldıqdan sonra həmin evə getdikdə televizor və xəncəri polislərə təhvil vermiş, ancaq qızılları yığdığı torbanı orada tapa bilməmiş, sonradan ona məlum olmuşdur ki, qızılları Qadir oradan tapıb götürərək polislərə təhvil verib. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə “Novruz” bayramı ilə əlaqədar ailə üzvləriylə birlikdə Daşkəsən rayonuna getmişdir. xx xxxx 2020-ci il tarixdə yaşadığı Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən evinə gəlib qapını açıb içəri daxil olduqda, otaqların dağınıq vəziyyətdə olduğunu, yataq otağının plastik pəncərəsinin açıq olduğunu, pəncərənin dəmir barmaqlığının yerində olmadığını görmüş və evdən oğurluq olmasını başa düşüb DİN-nn 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmiş və ondan ərizə almışlar. O, ilkin olaraq evə baxdıqda təxmini hesablamama görə yataq otağında olan güzgülü şkafın siyirməsindən 7000 manat dəyərində olan qızıl əşyaların, yataq otağında olan qutunun içərisindən təxmini 250 manat təşkil edən xırda qəpiklərin, yataq otağında şkafın üzərindən 200 manat dəyərində “İphone 6” markalı işlənmiş mobil telefonun və qonaq otağından 1200 manat dəyərində “Sony” markalı televizorun oğurlandığını aşkar etmişdir. Sonradan evə tam baxdıqdan sonra müəyyən etmişdir ki, yataq otağından şkafın siyirməsində olan 285 manat dəyərində 3 ədəd qol saatı və qonaq otağında şkafın üzərindən 30 manat dəyərində suvenir xəncər də oğurlanmışdır. Oğurlanmış qızıl əşyalar – 1 komplekt ağ qızıl brilant qaşları olan ( boyunbağı, qolabaq, üzük və 1 cüt sırğa) 1 ədəd sarı qızıl boyunbağı, 1 ədəd sarı qızıl klonu ürək formasında olan boyunbağı, 2 ədəd ağ qızıl briliant qaşlı nişan üzüyü ( 1- kişi, 1- i qadın) 3 ədəd sarı qızıl uşaq qolbağı ( 1-i göz muncuğu asılmış), 1 ədəd sarı qızıl üzəri ağ qaşlı qadın üzüyündən ibarət olmuşdur. Bundan başqa bir ədəd “aşkım” yazılı klonu olan gümüş boyunbağı oğurlanmışdır. Ümumilikdə qızılların və gümüşün qiyməti təxminən 7000 manat təşkil etmişdir. Bundan başqa, təxminən ümumi dəyəri 150 manat olan bijuteriya sırğa, üzük, boyunbağı, “Quran” qabı və işdən hədiyyə verilmiş dəmir “Qız Qalası” rəsmi olan medalyon oğurlanmışdır. Oğurlanmış əşyaların hamısı ona və ailə üzvlərimə məxsusdur, hamısı onun tərəfindən alınmışdır. Hadisə nəticəsində ona vurulmuş ziyan ödənilmişdir, o, təqsirləndirilən şəxslə barışmışdır ona qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və məhkəmə prosesində ifadəsi elan olunmuş Şahid ifadəsindən məlum olur ki, o, yaşadığı Xocəsən qəsəbəsi ərazisində “Vaz 2106” markalı ** UL *** nömrə nişanlı avtomobilimlə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Sadiqdə Xocəsən qəsəbəsində yaşamış və onunla uzaq qohumluq əlaqələri vardır. Təxminən 2020-ci ilin mart ayının sonlarında günorta saatlarında Sadiq ona yaxınlaşıb bir nəfərin borcu olduğu pulun əvəzində televizor verdiyini deyib ondan xahiş etdi ki, televizoru götürüb “Moskva” Univermağına aparsın, 10 manat da yol haqqı verəcəyini demişdir. Sadiq orada kiməsə televizoru satacağını demişdir. Onun avtomaşını ilə qəsəbənin yuxarı hissəsinə getmişlər, Sadiq maşından düşüb getmiş və təxminən 5-6 dəqiqə sonra əlində televizor geri qayıtmışdır. Sadiq televizoru götürüb maşından düşüb getmiş, təxminən 10 dəqiqə sonra Sadiq geri qayıtdıqda televizor əlində olmuş, televizoru alan adamın sabah gələcəyini demişdir. Ondan xahiş etmişdir ki, televizoru birdə geri qaytarmamaq üçün onun “Papanin” də yerləşən ogey atası Mərdəlinin yaşadığı evə aparsınlar. Sadiq bir neçə gündür şəhərdə iş tapdığını və buna görə onun atasının Papanində yerləşən evində kirayə qaldığını demişdir. O, Sadiqi Papanində N.Məlikov küçəsində yerləşən evlərinə aparmış, Sadiq televizoru və iş paltarlarını maşından götürüb 2-ci mərtəbəyə aparmış O, Sadiqə televizorun oğurluq olmasından şübhələndiyinimi demiş, ancaq Sadiq and-aman edib borclu olduğu adamdan pul əvəzinə aldığnıı demişdir. Təxminən 5-6 gün sonra o, Papanində olan evlərində olarkən Sadiqin bacısının Sadiqə zəng edib qonuşularının evindən oğurluq olduğunu, polislərin Sadiqdən şübhələndiyini və Sadiqi axtardıqlarını dediyini eşitmişdir. O, həmin vaxt Sadiqin televizoru oğurladığını başa düşmüş və onu tənbeh etmiş, ancaq Sadiq yenə and-aman edib televizoru oğurlamadığın, sabah gedib polisə aydınlaşdıracağını demişdir. Səhər Sadiq polisə getmək adı ilə evdən çıxmış o, Sadiqdən şübhələndiyindən Sadiqin 2-ci mərtəbədə yerləşən otağına gedib otağı axtarmağa başlamış Sadiqin iş paltarları olan sumkasını açdıqda içərisində qalın sellofan paketdə qızıl əşyalar olduğunu görmüş və artıq əmin olmuşdur ki, Sadiq haradansa oğurluq edib. Sadiqin qızılları götürüb satmaması üçün seloffan paketi oradan götürüb Xocəsənə qayıtmışdır. Həmin gün axşam tərəfi xəbər Sadiqin polislər tərəfindən tutlduğunu eşidib qızılları gizlətdiyi yerdən götürərək 40 PB-nə aparıb polislərə təhvil vermişdir. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan məlum olur ki, ümumilikdə 7000 manat dəyəri olan briliant qaşlı ağ qızıl boyunbağı, qolbağ, üzük və bir cüt sırğadan ibarət qızıl komplekt, bir ədəd sarı qızıl boyunbvğı, bir ədəd ürək formasında olan klon və sarı qızıl boyunbağ, iki ədəd ağ qızıl briliant qaşlı nişan üzüyü, üçü ədəd sarı qızıl uşaq qolbağı, bir ədəd sarı qızıl üzəri ağ qaşlı qadın üzüyü, bir ədəd aşkım yazılı klonu olan gümüş boyunbağı, 30 manat dəyərində suvenir xənçəri, 285 manat dəyərində 03 ədəd qol saatları, qonaq otağında divardan asılmış 1200 manat dəyərində Sony markalı televizor maddi sübut kimi hesab edilərək saxlanması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş DİN-nin Əməliyyat və X1 tərəfindən verilmiş tələbnamədən məlum olur ki, xx.xx.1988-ci il təvəllüdlü Mirzəyev X2 rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 1 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; xx.xx.2018-ci il tarixli Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi təqsirli bilinərək 1il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, xx.xx.2019-cu il tarixdə Bakı şəhər Nizami raüon məhkəməsinin qərarı ilə 1 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/527-9/910 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olunması nəzərə alınmaqla 2020-ci il mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5102 manat müəyyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 6/527-9/910 saylı, xx.xx.2020-ci il tarixli ekspert tədqiqatının dəyəri 109,50 (yüz doqquz manat əlli qəpik) manat təşkil edir. İş materiallarında olan “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, 1 ədəd tutacağından at başı formasında elementi olan xəncər, 1 ədəd taxta materialdan, zəncir toxunuşlu asılqan hissəsi olan quran qabı (içində quran var), 1 ədəd içərisində “CURREN” yazısı olan qol saatı 1 ədəd içərisində “EMPERİO ARMANİ” yazısı olan qol saatı, 1 ədəd içərisində “SWAROVSKİ” yazısı olan qol saatı, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulonlu qızıl boyunbağı, bilərzik, sırğa cütü və üzük dəsti, 1 ədəd üzərində ağ şəffaf qaşları olan kulonlu metal boyunbağı, sırğa cütü və üzük dəsti 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan kolye və sırğa cütü dəsti, 1 ədəd gümüşü rəngli gül formalı, üzərində ağ şəffaf qaşları olan metal sırğa cütü və üzük dəsti, 1 ədəd üzərində ürək formalı kulonu olan qızıl boyunbağı, 1 ədəd sarı qızıl qolbaq, 1 ədəd üzərində “Cahid” yazısı olan qızıl qolbaq, 1 ədəd gözmuncuqlu qızıl qolbaq, 1 ədəd qızıl boyunbağı, 1 ədəd “Aşkim” yazılı kulonu olan gümüş boyunbağı, 1 ədəd üzərində ağ şəffaf briliyant qaşları olan qızıl üzük, 1 ədəd üzərində ağ şəffaf briliyant qaşları olan qızıl üzük, 1 ədəd üzərində ağ şəffaf briliyant qaşları olan qızıl üzük, 1 ədəd sarı rəngli metaldan, üzərində “Qız Qalası” təsviri olan medala oxşar predmet və 1 ədəd “Sony” markalı, ** XE ***5 modelli televizor iş üzrə maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihama əlavələr edilərək o yenindən həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və yenidən ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarıda olan Zərərçəkmiş şəxs ərizəsindən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyan ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu zərərçəkmiş şəxsin, eləcə də şahidlərin verdiyi ifadələrlə, ekspertiza rəyi və cinayət işinin bütün materialları ilə tam sübuta yetirililmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin şərh edilməsi haqqında xx xxxx 2013-cü il tarixli Qərarında olan hüquqi mövqeyindən məlum olur ki, şəxsiyyətin, cəmiyyətin və dövlətin müdafiəsinə, habelə cinayətlərin qarşısının alınmasına yönəlmiş cinayət-hüquq institutları ümumi (publik) hüquq münasibətlərinin sözügedən sahəsində şəxsin konstitusiya təminatlarına sözsüz riayət edilməklə, ədalət və cinayət məsuliyyətinin cinayət qanunvericiliyi ilə müdafiə olunan dəyərlərə mütənasibliyi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayəti residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğ ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs sonuncu məhkumluğu ilə əlaqədar azadlığa çıxmasından iki il keçmədən yenidən qəsdlə cinayət törətdiyni nəzərə alaraq məhkəmə hesab edir ki, ona cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə uyğun olaraq residivə görə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs özünü törətdiyi cinayət əməlində təqsirli bilməsini, peşmançılıq hisləri keçirməsini, vurulmuş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin onunla barışaraq ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddət azadlıqdan təcrid olunması törətdiyi əməl barəsində düşünməsinə və gələcəkdə cəmiyyətə tam yararlı insan olaraq qayıtmasına köməklik edəcəkdir. Belə ki, məhkmənin əvvəllər onun barəsində törətdiyi cinayətinə görə azadlıqdan məhrum etmə cəzası təyin etməsinə baxmayaraq o, tam islah olmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdlə cinayət törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisində çəkməli, ekspertiza tədqiqatının dəyəri 109,50 (yuz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NA BZ********************, SWİFT-BİK CTREAZ22 hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd tutacağından at başı formasında elementi olan xəncər, 1 ədəd taxta materialdan, zəncir toxunuşlu asılqan hissəsi olan quran qabı (içində quran var), 1 ədəd içərisində “CURREN” yazısı olan qol saatı 1 ədəd içərisində “EMPERİO ARMANİ” yazısı olan qol saatı, 1 ədəd içərisində “SWAROVSKİ” yazısı olan qol saatı, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulonlu qızıl boyunbağı, bilərzik, sırğa cütü və üzük dəsti, 1 ədəd üzərində ağ şəffaf qaşları olan kulonlu metal boyunbağı, sırğa cütü və üzük dəsti 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan kolye və sırğa cütü dəsti, 1 ədəd gümüşü rəngli gül formalı, üzərində ağ şəffaf qaşları olan metal sırğa cütü və üzük dəsti, 1 ədəd üzərində ürək formalı kulonu olan qızıl boyunbağı, 1 ədəd sarı qızıl qolbaq, 1 ədəd üzərində “Cahid” yazısı olan qızıl qolbaq, 1 ədəd gözmuncuqlu qızıl qolbaq, 1 ədəd qızıl boyunbağı, 1 ədəd “Aşkim” yazılı kulonu olan gümüş boyunbağı, 1 ədəd üzərində ağ şəffaf briliyant qaşları olan qızıl üzük, 1 ədəd üzərində ağ şəffaf briliyant qaşları olan qızıl üzük, 1 ədəd üzərində ağ şəffaf briliyant qaşları olan qızıl üzük, 1 ədəd sarı rəngli metaldan, üzərində “Qız Qalası” təsviri olan medala oxşar predmet və 1 ədəd “Sony” markalı, ** XE ***5 modelli televizor zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-357, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını “ciddi” rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109,50 (bir yüz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN 700326621, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005, VÖEN **********, müxbir-hesab AZ41NA BZ********************, SWİFT-BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə iş üzrə maddi sübut olan 1 ədəd tutacağından at başı formasında elementi olan xəncər, 1 ədəd taxta materialdan, zəncir toxunuşlu asılqan hissəsi olan quran qabı (içində quran var), 1 ədəd içərisində “CURREN” yazısı olan qol saatı 1 ədəd içərisində “EMPERİO ARMANİ” yazısı olan qol saatı, 1 ədəd içərisində “SWAROVSKİ” yazısı olan qol saatı, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulonlu qızıl boyunbağı, bilərzik, sırğa cütü və üzük dəsti, 1 ədəd üzərində ağ şəffaf qaşları olan kulonlu metal boyunbağı, sırğa cütü və üzük dəsti 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan kolye və sırğa cütü dəsti, 1 ədəd gümüşü rəngli gül formalı, üzərində ağ şəffaf qaşları olan metal sırğa cütü və üzük dəsti, 1 ədəd üzərində ürək formalı kulonu olan qızıl boyunbağı, 1 ədəd sarı qızıl qolbaq, 1 ədəd üzərində “Cahid” yazısı olan qızıl qolbaq, 1 ədəd gözmuncuqlu qızıl qolbaq, 1 ədəd qızıl boyunbağı, 1 ədəd “Aşkim” yazılı kulonu olan gümüş boyunbağı, 1 ədəd üzərində ağ şəffaf briliyant qaşları olan qızıl üzük, 1 ədəd üzərində ağ şəffaf briliyant qaşları olan qızıl üzük, 1 ədəd üzərində ağ şəffaf briliyant qaşları olan qızıl üzük, 1 ədəd sarı rəngli metaldan, üzərində “Qız Qalası” təsviri olan medala oxşar predmet və 1 ədəd “Sony” markalı, ** XE ***5 modelli televizor zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hadisə yerindən götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar