Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-309/2024 10.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1993-cü il tarixdə Qubadlı rayonu Mahmudlu kəndində doğulmuş,Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2an,barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, habelə öz qulluq mövqeyindən istifadə edib, xeyli miqdarda özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirməklə təkrarən dələduzluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs3 kürəkəni X3 və oğlu Fuad Bayramovun işə düzəldilməsi xahişi ilə ona müraciət etdikdə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, həmin məqsədlə Fuad Bayramovu və Rasif Ağasızadəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsinə 4000 manat müqabilində işə düzəldəcəyinə və 05 avqust 2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin Hospitalında hər ikisi həkim komissiyasından keçdikdən sonra əmrlərinin 2023-cü ilin avqust ayının 10-na kimi veriləcəyinə dair yalan vəd verməklə Zərərçəkmiş şəxs3 aldadıb inandıraraq, Fövqəladə Hallar Nazirliyinin kadrlar idarəsinə verilməsi üçün ondan ilkin olaraq 500 manat istəmiş, lakin sonuncuda həmin vaxt üzərində nəğd şəkildə pul olmadığına görə ona özünün “Leobank” və "xxxx"a məxsus kart nömrələrini verərək, pulu karta köçürməsini bildirdikdən sonra Zərərçəkmiş şəxs3 tərəfindən: Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən “Elmar” marketdə olan “Emanat” ödəniş terminalından “Leobank”a məxsus **********624693 saylı kart hesabına xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən “Oba market”dən "xxxx"a məxsus **********052605 saylı kart hesabına xx.xx.2023-cü il tarixdə səhər radələrində 400 manat, həmin tarixdə günorta radələrində 400 manat, xx.xx.2023-cii il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən “Araz market” dən "xxxx"a məxsus **********052605 saylı kart hesabına 50 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən “Oba market”dən "xxxx"a məxsus **********052605 saylı kart hesabına 200 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən “Araz market”dən "xxxx"a məxsus **********052605 saylı kart hesabına 90 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən “Oba market” dən "xxxx"a məxsus **********052605 saylı kart hesabına 300 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Yaşıl” marketdən "xxxx"a məxsus **********052605 saylı kart hesabına 500 manat köçürülməsinə, habelə o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixinədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Sumqayıt şəhər X8 İdarəsinin 21 nömrəli X2 Yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsində işlədiyi müddətdə isə öz qulluq mövqeyindən istifadə edib, vahid niyyətlə əhatə olunmuş qəsdlə özgə əmlakının etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirilməsinə yönəlmiş hərəkətlərini davam etdirərək, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən fərdi evindən “Leobank”a məxsus **********052605 saylı kart hesabına 500 və 10 manat, Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən “Araz market”dən Kapital Banka məxsus **********052605 saylı onun kart hesabına xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023cü il tarixdə 300 manat, xx.xx.2023-ci il tarixdə 150 manat pul vəsaitlərinin göndərilməsinə nail olaraq, ümumilikdə 4300 (dörd min üç yüz) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə, etibardan sui-istifadə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 həmin miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Sumqayıt şəhər X8 İdarəsinin 21 nömrəli X2 Yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsində işlədiyi müddətdə, tanışı Siyəzən rayon sakini Zərərçəkmiş şəxs1 oğlu Asif Raşayevin Sumqayıt Regional FHN-də yanğınsöndürən vəzifəsinə işə qəbul olunması xahişi ilə ona 2023-cü ilin iyul ayında müraciət etdikdə təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, həmin məqsədilə Asif Paşayevi 4000 manat müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyinə dair Zərərçəkmiş şəxs1 vəd verib aldatmaqla onu inandıraraq, 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs1lə Sumqayıt şəhərində görüşərək 2000 manatı əvvəlcədən, 2000 manatı isə iş düzəldikdən sonra verilməsinə razılaşdırmış, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində Ağasi Paşayevdən 1000 (min) manat pulu nağd şəkildə almış, daha sonra yenə həmin tarixdə Ağasi Paşayevin dostu Şahid1 tərəfindən Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Rahat” marketdəki “Milliön” ödəmə terminalı vasitəsilə Ağasi Paşayevə məxsus olan 1000 (min) manat məbləğində, xx.xx.2023-cü il tarixdə isə 500 (beş yüz) manat-cəmi 1500 manat pulu Siyəzən şəhəri, C.Cabbarlı küçəsində yerləşən “İskəndər” marketdəki “Milliön” ödəmə terminalı vasitəsilə özünə məxsus 4169-7388-0605-2605 saylı kart hesabına göndərilməsinə nail olaraq, Zərərçəkmiş şəxs1 məxsus - ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə, etibardan suiistifadə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib, Zərərçəkmiş şəxs1 göstərilən miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Sumqayıt şəhər X8 İdarəsinin 21 nömrəli X2 Yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsində işlədiyi müddətdə təkrarən öz qulluq mövqeyindən istifadə edib, xeyli miqdarda özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü tanış olduğu Şahid2 və onun vasitəsi ilə tanış olduğu sonuncunun atası Zərərçəkmiş şəxs4 polis işçisi kimi təqdim edərək Zərərçəkmiş şəxs4 oğlu X4 X9 6000 manata işə düzəldəcəyi vədini verib aldatmaqla Zərərçəkmiş şəxs4 inam və etibar yaradaraq, bundan sui-istifadə edib, sonuncunun 11 sentyabr 2023-cü il tarixdə Ağsu rayon Çaparlı kəndində yerləşən Bəxtiyar Marketdə yerləşdirilmiş «Milli Ön» ödəmə terminalı vasitəsilə ona məxsus 4169 7388 0605 2605 nömrəli kart hesabına köçürdüyü 300 manatı, Zərərçəkmiş şəxs4 oğlu Şahid2 yaşadığı ünvan 3 ünvanından 12 sentyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin 4169 7385 4331 5950 nömrəli ödəniş kartından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus "xxxx" ASC-nin 4169 7388 0605 2605 nömrəli ödəniş kartına köçürdüyü 1700 manatı, Şahid2 14 sentyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin 4169 7385 4331 5950 №-li ödəniş kartından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus "xxxx" ASC-nin 4169 7388 0605 2605 nömrəli ödəniş kartına köçürdüyü 1000 manatı, Zərərçəkmiş şəxs4 16 sentyabr 2023-cü il tarixdə Ağsu rayon Çaparlı kəndində yerləşən Bəxtiyar Marketdə yerləşdirilmiş «Milli Ön» ödəmə terminalı vasitəsilə ona məxsus 4169 7388 0605 2605 nömrəli kart hesabına köçürdüyü 300 manat pulu, Şahid2 ünvan 3 ünvanından 20 sentyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin 4169 7385 4331 5950 №-li ödəniş kartından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus "xxxx" ASC-nin 4169 7388 0605 2605 nömrəli ödəniş kartına köçürdüyü 100 manatı, Zərərçəkmiş şəxs4 24 sentyabr 2023-cü il tarixdə Ağsu rayon Çaparlı kəndində yerləşən Bəxtiyar Marketdə yerləşdirilmiş «Milli Ön» ödəmə terminalı vasitəsilə ona məxsus 4169 7388 0605 2605 nömrəli kart hesabına köçürdüyü 50 manatı, Zərərçəkmiş şəxs4 05 oktyabr 2023-cü il tarixdə Ağsu rayon Çaparlı kəndində yerləşən Bəxtiyar Marketdə yerləşdirilmiş «Milli Ön»,ödəmə terminalı vasitəsilə ona məxsus 4169 7388 0605 2605 nömrəli kart hesabına köçürdüyü 100 manat pulu, Şahid2 ünvan 3 ünvanından 07 oktyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin 5239 1517 3926 1579 №-li ödəniş kartından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus "xxxx" ASC-nin 4169 7388 0605 2605 nömrəli ödəniş kartına köçürdüyü 400 manat pulu, Şahid2 həmin tarixdə eyni ünvandan "xxxx" ASC-nin 5239 1517 3926 1579 №-li ödəniş kartından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus "xxxx" ASC-nin 4098 5844 6062 4693 nömrəli ödəniş kartına köçürdüyü 600 manat pulu, eyni ünvandan Şahid2 12 oktyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin 5239 1517 3926 1579 №-li ödəniş kartından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus "xxxx" ASC-nin 4169 7388 3736 1132 nömrəli ödəniş kartına köçürdüyü 100 manat pulu, eyni ünvandan Şahid2 həmin tarixdə "xxxx" ASC-nin 5239 1517 3926 1579 №-li ödəniş kartından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus "xxxx" ASC- nin 4169 7388 3736 1132 nömrəli ödəniş kartına köçürdüyü 200 manat pulu ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs4 məxsus 4850 manat məbləğində pulu təkrarən qulluq mövqeyindən istifadə edib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, bundan sonra Səməd və Şahid2lar dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb ondan bu işin nə zaman həll olunacağını soruşduqda Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələrlə onları aldatmaqda davam etmiş və xx.xx.2023-cü il tarixdə Bəhruz Səmədovun işə qəbul ediləcəyini bildirməklə yenə aldadaraq sonrakı günlərdə dəfələrlə edilən telefon zənglərinə cavab verməmiş, daha sonra isə onun mobil nömrəsinə zəng çatmadığına görə Zərərçəkmiş şəxs4 razılaşdıqları pulun qalan hissəsini - 1150 manatını Təqsirləndirilən şəxs kart hesabına göndərməyərək DİN-nin «102» xidmətinə məlumat verdiyi üçün təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə tamah niyyəti ilə ələ keçirməyə - bilavasitə cinayət törədilməsinə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib Zərərçəkmiş şəxs4 məxsus 6000 manat məbləğində xeyli miqdarda pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə, etibardan sui-istifadə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edib təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Sumqayıt şəhər X8 İdarəsinin 21 nömrəli X2 Yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsində işlədiyi müddətdə tanışı Zərərçəkmiş şəxs2 yaxın dostu - X6 Abıyevin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsinə işə qəbul olunması xahişi ilə ona müraciət etdikdə təkrarən öz qulluq mövqeyindən istifadə edib özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, həmin məqsədlə xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində görüş təyin edib, Zərərçəkmiş şəxs2la görüşərək, sonuncunun yaxın dostu-X6 Abıyevin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsinə 5000 manat müqabilində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq onu inandırmış, Zərərçəkmiş şəxs2 pulu tam düzəldə bilməyəcəyini, lakin hissə-hissə göndərə biləcəyini bildirdikdə onun Zərərçəkmiş şəxs2 verdiyi kart hesabına sonuncu tərəfindən Xətai rayonunun ərazisində yerləşən evindən özünə məxsus bank kartından Təqsirləndirilən şəxs 4169-7388-0605- 2605 saylı kart hesabına hissə-hissə olmaqla: xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixdə 250 (iki yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə 1000 (min) manat, yenə həmin tarixdə 1250 (min iki yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə isə 3 dəfəyə 150 (yüz əlli) manat olmaqla, cəmi 450 (üç yüz) manat, xx.xx.2023-cü il tarixdə 120 (yüz iyirmi) manat, xx.xx.2023-cü il tarixdə 300 (üç yüz) manat, xx.xx.2023-cü il tarixdə isə 200 (iki yüz) manat pulun Zərərçəkmiş şəxs2 tərəfindən Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən müxtəlif mağazalarda olan “Emanat” və “Milliön” ödəmə terminalları vasitəsilə sənədlərin hazırlanmasına lazım olduğunu, müsbət rəy verilməsi üçün həkim komissiyasına, kadrlar idarəsinə verəcəyini, işin artıq həll olunduğunu, qohumunun əmrinin qısa müddətdə veriləcəyini bildirərək təkidlə tələb etməklə göndərilməsinə nail olmuş və zərərçəkmiş şəxsdə yaratdığı inamı itirməmək məqsədilə dəfələrlə Bakı şəhəri, Biləcəri qəsəbəsində müxtəlif ünvanlarda Zərərçəkmiş şəxs2la görüş təyin etsə də, müxtəlif bəhanələrlə, sonuncu dəfə isə işin müsbət həlli ilə əlaqədar yüksək vəzifəli şəxslə görüşməsini bildirərək görüşlərə gəlməyib aldatmaqda davam edərək, ümumilikdə 4270 (dörd min iki yüz yetmiş) manat məbləğində pulu təkrarən öz qulluq mövqeyindən istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 il FHN-də işləmiş, sonuncu dəfə iş yeri 21 nömrəli X2 növbə rəisinin köməkçisi olmuş, lakin oradan ərizə yazıb 11 dekabrda işdən çıxmışdır. Barəsində şikayət edən Zərərçəkmiş şəxs1 şəxsən tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1lə ilk dəfə Sumqayıt şəhərində görüşmüş, Zərərçəkmiş şəxs1 ortaq tanışı vasitəsi ilə tanımış, sonuncu oğlunu FHN-də işə düzəltmək üçün başqa bir şəxsə pul vermiş, lakin sonradan ona məlum olmuşdur ki, onların işi alınmayıb. Ağası oğlunun nə üçün iş məsələsinin alınmadığını öyrənməsini ondan xahiş etmiş, həmin zaman maddi sıxıntılar yaşadığı üçün Ağasıya bildirmişdir ki, ona kömək etsin, o, də bunun qarşılığında gücü çatdığı qədər kömək edər. Bundan sonra o, Ağası ilə 2023-cü ilin avqust ayının 26-da Sumqayıt şəhərində görüşmüş, orada söhbət zamanı Ağasıya FHN-də yanğın söndürən vəzifəsinə işə düzəlmək üçün 6000-8000 manat pul lazım olduğunu bildirmiş, lakin Ağasının oğlunun qazi olmasını bildiyi üçün çalışdığı qədər ucuz qiymətə, təxminən 4000 (dörd min) manata işə düzəlməsinə kömək edəcəyini bildirmiş, həmin zaman Ağasının yanında Şahid1 adlı tanışı olmuş, orada Zərərçəkmiş şəxs1 ona 1000 (min) manat pul vermiş və orada ona bildirmişdir ki, hazırda pulu qalmayıb, Siyəzən rayonuna qayıtdıqdan sonra ona məxsus kart hesabına əlavə 1000 (min) manat pul göndərəcək. Həmin gün axşam saatlarında Ağası onun "xxxx" ASC-yə məxsus 4169-7388-0605-2605 nömrəli kartına 1000 (min) manat pul göndərmiş, söhbət zamanı Ağasıya bildirmişdir ki, oğlunun işi alındıqdan, yəni Ağasıya kömək edib oğlunun əmrini aldıqdan sonra Ağası ona əlavə də 2000 (iki min) pul verəcək. Ağası da onunla razılaşmış, təxminən 4 gün sonra yəni 30 avqust 2023-cü il tarixdə Ağasıya zəng edib borca 500 (beş yüz) manat pul lazım olduğunu bildirmiş, sonuncu onun həmin kart hesabına 300 (üç yüz) manat, “Milliön” ödəmə terminalı vasitəsi ilə isə 200 (iki yüz) manat pul göndərmiş, bundan sonra, yəni 10 sentyabr 2023-cü il tarixdə Ağasıya zəng edib xatırlamadığı məsələ üçün yenə də 500 (beş yüz) manat pul istəmiş, Ağası da ona yenə də kart hesabına 500 (beş yüz) manat pul göndərmiş, təxminən 10 gündən sonra Ağasıdan aldığı 500 (beş yüz) manat pulu sonuncuya qaytarmış, qalan 2500 (iki min beş yüz) manat pulu isə maddi imkanı yaxşı olmadığından geri qaytara bilməmiş. həmçinin Ağasının oğlunun işə düzəlməsinə də köməklik edə bilməmiş, Ağasıya hazırda 2500 (iki min beş yüz) manat borcu vardır. Bundan başqa barəsində şikayət edən Zərərçəkmiş şəxs2 da tanıyır. Xatırlamadığı vaxtda Zərərçəkmiş şəxs2 ona zəng edib qohumunu FHN-də yanğınsöndürən vəzifəsinə işə düzəltmək istədiyini və ondan kömək istədiyini demiş, o, da Rəşad bu işdə kömək edə biləcəyini demiş, Binəqədi rayonu Biləcəri qəsəbəsində görüş təyin etmiş və ilk dəfə xx.xx.2023-cü il tarixdə görüşmüş, görüş zamanı Rəşada qohumunu işə düzəldə biləcəyini, lakin bunun qarşılığında ona ümumilikdə 5000 (beş min) manat pul verməli olduğunu demiş, Rəşad da onunla razılaşmış, görüşdən sonra həmin gün Rəşad ona zəng edib ona pul vermək istədiyini demiş, o, da Rəşada özünə məxsus "xxxx" ASC-nin bank kartının nömrəsini demiş, Rəşad onun kart hesabına 200 manat göndərmiş, zəng edib Rəşada pulun az olduğunu, yenə də göndərməsini dedikdən sonra növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə Rəşad onun kart hesabına 250 (iki yüz əlli) manat pul göndərmişdir. Bir müddət sonra Rəşada zəng edib yenə də pul göndərməsini bildirmiş, Rəşad onun bank kartına xx.xx.2023-cü il tarixdə 500 (beş yüz) manat pul göndərmiş, xx.xx.2023-cü il tarixdə Rəşada zəng edib rəhbərliyə verməsi üçün ona pul göndərməsini demiş, Rəşad ona ilkin olaraq 1000 manat göndərmiş, o, zəng edib Rəşada bildirmişdir ki, “pul azdı heç olmasa 1500 manat da göndər”. Lakin Rəşad ona pulunun az olduğunu, ona 1250 manat göndərə biləcəyini demiş, Rəşadla onunla razılaşmış və Rəşada vermiş olduğu kart hesabına göndərməsini bildirmiş, Rəşad da onun kartına 1250 manatda pul göndərmiş, xx.xx.2023-cü il tarixdə Rəşada zəng edib pul göndərməsini, qohumu ilə bağlı xəstəxanadan arayış alacağını demiş, Rəşad onun kart hesabına 150 manat pul göndərmiş, o, zəng edib Rəşada pulun az olduğunu, yenə də göndərməsini dedikdən sonra Rəşad onun kartına yenə də 150 manat pul göndərmiş, növbəti gün isə Rəşad yenə də onun kartına 120 manat pul göndərmiş, xx.xx.2023-cü il tarixdə Rəşadla telefonla danışanda sonuncuya yenə də pul lazım olduğunu demiş, Rəşad onun kartına 300 manat pul göndərmiş, bir neçə gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Rəşada zəng edib əmrin hazır olduğunu, kadrın işçisinə pul vermək lazım olduğunu demiş, Rəşad onun kartına 200 manat pul göndərmiş, lakin Rəşadın qohumunun işini həll edə bilmədiyi üçün sonuncu ondan şikayət edəcəyini dediyi üçün Rəşadın ona vermiş olduğu 4270 manat puldan 870 manat pulunu Rəşada qaytarmış, lakin maddi imkanı yaxşı olmadığı üçün Rəşadın pulunu tam geri qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 ilə xx.xx.2023-cü il tarixdə taksidə tanış olmuş, Qalib ona oğlu Fuad və kürəkəni Rasifi işə düzəltmək istədiyini bildirmişdir. Qalibə oğlu Fuadı və kürəkəni X10 Nazirliyinin X8 idarəsinə düzəltməkdə köməklik göstərəcəyini demiş, xx.xx.2023-cü il tarixdə Qaliblə Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən Xəlifə restoranının yanında görüşmüş, həmin vaxt X11 Nazirliyinə düzəltmək üçün ondan Kadrlar İdarəsinə verilməsi üçün ilkin olaraq 500 manat pul istəmiş, Qalib isə ona hazırda üzərində pul olmadığını bildirərək, kart nömrəsini ondan istəmiş, “Leobank” və "xxxx"a məxsus kart nömrələrini Qalibə vermiş, həmçinin sonuncuya oğlu Fuadı və kürəkəni X10 Nazirliyinin X8 İdarəsinə 4000 manata düzəldəcəyini və 2023-cü ilin avqust ayının 10-dək əmrlərinin veriləcəyini bildirmişdir. Qalib isə ona əlavə olaraq işə düzəltməyə köməklik göstərdiyi üçün 300 manat pul verəcəyini demiş, Qalibə həmçinin xx.xx.2023-cü il tarixdə oğlu Fuadla yeznəsi Rasifin həkim komissiyasından keçmək üçün Fövqəladə Hallar Nazirliyinin Hospitalına gedəcəyini, bundan sonra avqust ayının 10-dək onların əmrlərinin veriləcəyini bildirmiş, Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən “Elmar” marketdən “Emanat” ödəniş terminalından onun “Leobank”a məxsus **********624693 saylı kart hesabına 300 manat pulu, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən “Elmar” marketdən “Emanat” ödəniş terminalından onun Leobanka məxsus **********624693 saylı kart hesabına 300 manat pulu göndərmiş, xx.xx.2023-cü il tarixdə Fuadla Sumqayıt şəhəri, Xəlifə restoranının yanında görüşmüş, həmin vaxt Qalib də orada olmuş, Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə səhər radələrində Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən “Oba market”dən onun Kapital Banka məxsus **********052605 saylı kart hesabına 400 manat, xx.xx.2023-cü il tarixdə günorta radələrində Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən “Oba market”dən onun "xxxx"a məxsus **********052605 saylı kart hesabına 400 manat, xx.xx.2023-ci il tarixdə Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən “Oba market”dən onun Kapital Banka məxsus **********052605 saylı kart hesabına 500 manat, xx.xx.2023-cü il tarixdə səhər radələrində Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən Araz marketdən onun "xxxx"a məxsus **********052605 saylı kart hesabına 50 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən “Oba market”dən onun Kapital Banka məxsus **********052605 saylı kart hesabına 200 manat, xx.xx.2023-cü il tarixdə günorta radələrində Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən Araz marketdən onun Kapital Banka məxsus **********052605 saylı kart hesabına 90 manat, xx.xx.2023-cü il tarixdə axşam radələrində Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən Oba marketdən onun Kapital Banka məxsus **********052605 saylı kart hesabına 300 manat, xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsində yerləşən Yaşıl marketdən onun Kapital Banka məxsus **********052605 saylı kart hesabına 500 manat, xx.xx.2023-cü il tarixdə yaşadığı Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən fərdi evdən onun Leobanka məxsus **********052605 saylı kart hesabına 500 və 10 manat pul, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən Araz marketdən onun Kapital Banka məxsus **********052605 saylı kart hesabına 300 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən Araz marketdən onun Kapital Banka məxsus **********052605 saylı kart hesabına 300 manat, xx.xx.2023-ci il tarixdə Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən Araz marketdən onun Kapital Banka məxsus **********052605 saylı kart hesabına 150 manat, ümumilikdə 4300 manat pul göndərmişdir. Bundan başqa, o, Ağsu rayon sakini olan Şahid2la ilk dəfə 2023-cü ilin sentyabr ayının əvvəllərində Sumqayıt şəhərində yerləşən Sahil restoranında tanış olmuş, Şahid2la tanış olan zaman Azim ondan mobil telefon nömrəsini istəmiş, özünün mobil telefon nömrəsini Şahid2 bildirmiş, həmin vaxtdan bir neçə gün sonra Şahid2 onunla əlaqə saxlamağa başlamış, sonra isə Şahid2 qardaşı Bəhruz Qənbərovun hərbi xidməti başa vurub gəldiyini və Bəhruzun işə düzəlməsində ondan köməklik göstərməsini istəmiş, özünün köməklik edəcəyini bildirmiş, bundan sonra Şahid2 atası Zərərçəkmiş şəxs4la da telefon vasitəsilə əlaqə saxlamış, Zərərçəkmiş şəxs4 da oğlu Bəhruz Qənbərovun polis orqanlarına dözəlməsində köməklik edəcəyini bildirmiş, bunun müqabilində Zərərçəkmiş şəxs4 4000 manat pul istəmiş, Zərərçəkmiş şəxs4 onunla razılaşmış, sonra Kapital Banka məxsus 4169 7388 0605 2605 nömrəli kartının nömrəsini Şahid2 bildirib həmin kart hesabına pul köçürmələrini demiş, onlar onunla razılaşmış, bundan sonra xx.xx.2023-cü il tarixdə onun kart hesabına 300 manat, xx.xx.2023- cü il tarixdə 1700 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, həmçinin həmin tarixdə istifadə etdiyi Leo Banka məxsus 4098 5844 6062 4693 nömrəli kart hesabına 600 manat pul köçürülmüş, həmin vaxtadək ümumilikdə kart hesabına 4550 manat pul köçürülmüş, bundan sonra sənədlərin düzəlməsi üçün Şahid2 və Zərərçəkmiş şəxs4 əlavə pullar da istəmiş, xx.xx.2023-cü il tarixdə Kapital Banka məxsus 4169 7388 3736 1132 nömrəli kart hesabına 100 manat, sonra elə həmin tarixdə 200 manat pul köçürülmüş, ümumilikdə Şahid2 və Zərərçəkmiş şəxs4 onun kart hesablarına 4850 manat pul köçürmüşdür. Şahid2 və Zərərçəkmiş şəxs4 həmin pulların bir qismini Birbank proqramı, bir qismini isə ödəmə terminalı vasitəsilə köçürmüşlər. X12 polis orqanlarına işə düzəldə bilməmiş, bundan sonra Şahid2 və atası Zərərçəkmiş şəxs4 bu barədə məlumat vermiş, Şahid2 və Zərərçəkmiş şəxs4 da ondan pullarını tələb etməyə başlamış, onların verdiyi pulları öz şəxsi məsrəfləri üçün xərclədiyindən qaytara bilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə razılıq əldə etmişdir. Onun şikayət və tələbi yoxdur. Digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 dəymiş ziyandan 1000 manat qaytarmışdır. Zərər çəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi üçün tədbirlər görəcəkdir. İİ Qarabağ Müharibəsi iştirakçısı olduğunu, ölkə Başçısı tərəfindən 44 günlük Vətən Müharibəsində göstərdiyi şücaətlərə görə 6 dəfə müxtəlif medallarla təltif edilməsini, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşaqlar olduğunu nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğlu Asif Paşayevi işə düzəltmək üçün əvvəllər tanıdığı Sumqayıt şəhərində yaşayan Eldəniz adlı şəxslə danışıb oğlu Asifi Sumqayıt Regional FHN-ə yanğınsöndürən vəzifəsində işə düzəltməyi xahiş etmişdir. Bundan sonra Eldəniz ona Asif Paşayevin sənədlərini Sumqayıt şəhər dairəsinə aparmağı və bir nəfər şəxsin həmin sənədləri götürəcəyini demişdir. Oğlu Asif Paşayev və dostu Şahid1 ilə birlikdə 2023-cü ilin iyul ayında Sumqayıt şəhərinə gedib orada bir nəfər sonradan adının Təqsirləndirilən şəxs olduğu bildiyi şəxslə Sumqayıt şəhərində görüşmüş, Asif Paşayevin sənədlərini Təqsirləndirilən şəxs verəndə sonuncu ona bu işi özünün görəcəyini demiş, lakin o, buna əhəmiyyət verməyib çıxıb getmişdir. Təxminən bir ay sonra Eldənizlə əlaqəni kəsmiş, Asif Paşayevin işə düzəlmək üçün sənədlərini verdiyi Təqsirləndirilən şəxs zəng edib sənədləri geri qaytarmasını demiş, bu zaman Təqsirləndirilən şəxs ona oğlunu özünün işə düzəldə biləcəyini deyib onunla görüşmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin avqust ayında görüşüb sonuncuya oğlu Asif Paşayevi Sumqayıt Regional FHN-ə yanğınsöndürən vəzifəsinə düzəltməyi demiş, Təqsirləndirilən şəxs iş üçün əvvəlcə onun 6.000-8.000 manat arası pul verməli olduğunu demiş, lakin o, oğlunun qazi, İİ Qarabağ müharibəsi iştirakçısı oluduğunu deyəndən sonra Təqsirləndirilən şəxs ona bu işi 4.000 manata edəcəyini telefon vasitəsi ilə demiş, danışığa əsasən ilkin olaraq Təqsirləndirilən şəxs 2.000 manat, oğlu Asif Paşayevin əmri veriləndən sonra isə qalan 2.000 manatı verəcəkmiş. xx.xx.2023-cü il tarixdə dostu Şahid1 ilə birlikdə Sumqayıt şəhərinə gedib Göyərçin deyilən yerdə Təqsirləndirilən şəxs ilə görüşüb sonuncuya 1.000 manat pul vermiş, sonra həmin günü axşam vaxtı Siyəzən şəhərinə qayıdıb kart vasitəsi ilə Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus 4169-7388- 0605-2605 saylı kart hesabına əlavə olaraq 1.000 manat da pul göndərmiş, bundan sonra Təqsirləndirilən şəxs ona zəng eləyib atasının xəstə olduğunu deyib ondan əlavə 500 manat pul istəmiş, o, xx.xx.2023-cü il tarixdə 300 manat pulu kart vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmiş, 200 manat pul isə mobil nömrəyə “MilliÖn” vasitəsi ilə göndərmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib işini həll elədiyini deyərək yuxarı rəhbərliyə özündən əlavə olaraq 500 manat verdiyini deyib ondan həmin pulu istəmiş, o, da xx.xx.2023-cü il tarixdə kart vasitəsi ilə Təqsirləndirilən şəxs Kapital Bank ASC-yə məxsus 4169-7388-0605-2605 saylı kart hesabına 500 manat pul göndərmişdir. O, həmçinin bildirmişdir ki, kart vasitəsi ilə Təqsirləndirilən şəxs bütün pulları dostu Şahid1 göndərmişdir. O, Təqsirləndirilən şəxs oğlu Asifi FHN-də işə düzəltmək üçün 2500 (iki min beş yüz) manat, borc olaraq isə 500 (beş yüz) manat pul vermiş, Təqsirləndirilən şəxs isə 500 (beş yüz) manatdan başqa heç bir pulu geri qaytarmamışdır. İlk dəfə 1000 (min) manat pulu Nahidə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində görüşüb vermiş, həmin tarixdə axşam saatlarında 1000 (min) manat pulu Siyəzən şəhərində Nahidin kart hesabına göndərmiş, xx.xx.2023-cü il tarixdə Nahidin kart hesabına yenədə 500 (beş yüz) manat göndərmiş, xx.xx.2023-cü ii tarixdə isə yenidən Siyəzən şəhərində Nahidin kart hesabına 500 (beş yüz) manat pul göndərmişdir. Təqsirləndirilən şəxs İİ Qarabağ Müharibəsi iştirakçısı olduğunu, 44 günlük Vətən Müharibəsində göstərdiyi şücaətlərə görə 6 dəfə müxtəlif medallarla təltif edilməsini, habelə himayəsində azyaşlı uşağı olduğunu nəzərə alıb ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə onu Elsevər adlı şəxs tanış etmişdir. Elsevər Nahidi onunla tanış edəndə demişdir ki, Nahid FHN-də işləyir. Nahidlə tanış olduqdan sonra ona yaxın bir qohumunu FHN-də yanğın söndürən vəzifəsində işə düzəltmək istədiyini bildirmiş, Nahid də ona problem olmadığını, bu işdə ona kömək edəcəyini demişdir. Onunla oktyabr ayında Binəqədi rayonu Biləcəri qəsəbəsində Biləcəri dairəsi deyilən yerdə görüşmüş, söhbət zamanı yaxın qohumunu FHN-də işə düzəltmək istədiyini bir daha Nahidə demiş, Nahid də problem olmadığını, bu işdə ona köməklik edəcəyini, lakin bunun qarşılığında ümumilikdə 5000 (beş min) manat pul verməli olacağını demişdir. O Nahidlə razılaşmış, ona pulu düzəltdikdən sonra verə biləcəyini bildirmiş, sağollaşıb yaşadığı evə getmiş, evdə olan zaman Nahidə zəng edib pulu tam düzəldə bilməyəcəyini, lakin hissə-hissə göndərə biləcəyini bildirdikdə Nahid ona bunun problem olmadığını demiş, ona kart hesabı vermis, həmin kart hesabının nömrəsi yadında olmasa da Nahidin kart hesabına göndərdiyi pul məbləğinin yazıldığı çeklər onda qalır. O, qohumuna məxsus sənədlərin şəkillərini “Whatsapp” ani mesajlaşma sistemi ilə göndərmiş, ilk dəfə Nahidin kart hesabına yaşadığı Xətai rayonunda yerləşən evindən özünə məxsus bank kartından xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 250 manat pul göndərmiş, bir müddət sonra Nahid ona zəng edib yenə də pul lazım olduğunu demiş, o, da həmin zaman Bakı şəhəri, Binəqədi rayonunda olduğundan, ətrafda olan mağazaların birinə daxil olub “Emanat” ödəmə terminalı vasitəsi ilə Nahidin ona vermiş olduğu kart hesabına 500 manat pul göndərmiş, bir neçə gün sonra Nahid ona zəng edib 1000 manat pul lazım olduğunu, təcili olaraq tapıb göndərməsini bildirmiş, o, da Nahidin ona vermiş olduğu kart hesabına Biləcəri qəsəbəsindən 1000 manat pul göndərmiş, lakin bir neçə dəqiqə sonra Nahid yenə zəng edib əlavə də 1500 manat göndərməsini istəmiş, əks halda işin alınmayacağını bildirmiş, o, da Nahidə “o qədər pulum yoxdu 1250 manat pul göndərə bilərəm, qalanını da növbəti günlərdə göndərərəm” dedikdə, Nahid onunla razılaşdıqdan sonra Nahidin kart hesabına 1250 manat da göndərmiş, növbəti gün yəni xx.xx.2023-cü il tarixdə Nahid onunla görüşmək istədiyini, buna görə də dediyi yerə Biləcəri qəsəbəsinə gəlməsini xahiş etmiş, o, Nahidlə görüşmək üçün Biləcəri qəsəbəsinə getmiş, lakin ora çatanda Nahid ona zəng edib gələ bilməyəcəyini, işin həll olunması üçün əlavə olaraq da pul göndərməsini bildirmiş, o, da Nahidin ona vermiş olduğu kart hesabına 150 manat göndərmiş, pulu göndərdikdən sonra Nahidə zəng edib 150 manat pul göndərdiyini dedikdə, Nahid pulun az olduğunu, əlavə də göndərməsini dedikdən sonra Nahidə yenə də 150 manat göndərmiş, Nahid xx.xx.2023-cü il tarixdə səhər saatlarında ona zəng edib görüşmək lazım olduğunu demiş, onu yenə də Biləcəri qəsəbəsinə çağırmış, Nahidlə yenə də görüşə getsə də, sonuncu onunla görüşə gəlməyib zəng edərək əlavə pul göndərməsini istəmiş, o, yenə də Nahidin ona vermiş olduğu kart hesabına 120 manat göndərmiş, Nahiddən bu pulları nə üçün istədiyini soruşduqda sonuncu ona sənədlərin hazırlanması və ya müsbət rəy verilməsi üçün həkim komissiyasına verdiyini demişdir. Növbəti gün yəni xx.xx.2023-cü il tarixdə Nahid yenə də zəng edib görüşmək üçün onu Biləcəri qəsəbəsinə çağırmış, sonuncu ilə Biləcəri qəsəbəsində görüşmək üçün dediyi yerə gəlsə də Nahid yenə də onunla görüşə gəlməmiş, hər dəfə görüşə gəlmədiyi üçün Nahidə zəng edib nə üçün onu aldatdığını deyəndə, Nahdin ona qohumunun işi ilə əlaqədar olaraq yüksək vəzifəli şəxslərin qəbuluna çağırıldığı üçün gələ bilmədiyini demiş, o, da Nahidə inanır və qohumunun işinin həll olunmasını istəyirmiş. xx.xx.2023-ü il tarixdə Nahidin kart hesabına 300 manat da göndərmiş, sonuncu dəfə Nahid ona xx.xx.2023-cü il tarixdə zəng edib onunla görüşmək istədiyini, işin artıq həll olunduğunu bildirmiş, Nahid onu yenə də Biləcəri qəsəbəsinə çağırmış, sonuncu ilə görüşə getmiş, lakin Nahid yenə də onunla görüşə gəlməmiş, zəng edib kartına 200 (iki yüz) manat da göndərməsini, kadrlara verəcəyini demiş, o, da Nahidin kart hesabına 200 (iki yüz) manat pul göndərmiş, bundan sonra Nahid ona zəng edib narahat olmamağı qohumunun əmrinin qısa müddətdə veriləcəyini, əmrdən sonra da qalan 600-700 manat pulu verməli olduğunu demiş, o, da Nahidə inanmış, gözləmiş, lakin bir müddət gözləsə də qohumunun işinin həll olunmadığını görmüş, Nahidə zəng edib işin niyə həll olunmadığını soruşduqda Nahid ona narahat olmamağı dedikdə, əsəbləşmiş və Nahiddən pulunu geri istəmişdir. Nahid bir neçə gün sonra yəni, xx.xx.2023-cü il tarixdə ona 870 manat pul qaytarmışdır. Qalan məbləği qaytarmadığına görə Nahiddən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə taksi sürücüsü kimi kirayə götürdüyü “Prius” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı maşında tanış olduğu zaman Nahidə oğlu Fuadı və kürəkəni X5 işə düzəltmək istədiyini bildirmiş, Nahid ona Fuad və X10 Nazirliyinə düzəldəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Nahidlə Sumqayıt şəhəri 10cu mikrorayonda yerləşən Xəlifə restoranın yanında görüşmüş, Nahid ona ilk dəfə görüşərkən oğlunu Fövqaladə Hallar Nazirliyinə düzəltmək üçün ondan Kadrlar İdarəsinə verilməsi üçün ilkin olaraq 500 manat pul istəmiş, o, Nahidə hazırda üzərində pul olmadığını bildirərək kart nömrəsini istəmiş, Nahid ona “Leobank” və “Kapital” Banka məxsus kart nömrələrini demiş, həmçinin Fuad və X10 Nazirliyinin X8 İdarəsinə 4000 manata düzəldəcəyini, 2023-cü ilin avqust ayının 10-dək əmrlərinin veriləcəyini bildirmişdir. O, da əlavə olaraq Nahidə işə düzəltməyə köməklik göstərdiyi üçün sonuncuya 300 manat pul verəcəyini bildirmiş, Nahid ona həmçinin xx.xx.2023-cü il tarixdə oğlu Fuadla yeznəsi Rasifin həkim komissiyasından keçmək üçün Fövqəladə Hallar Nazirliyinin Hospitalına gedəcəyini, bundan sonra avqust ayının 10-dək onların əmrlərinin veriləcəyini bildirmiş, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən “Elmar” marketdən “E-manat” terminalından 300 manat pulu Nahidin Leobanka məxsus kart hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən Elmar marketdən E-manat terminalından 300 manat pulu Nahidin Leobanka məxsus kart hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə oğlu Fuadla Nahid Sumqayıt şəhəri Xəlifə restoranının yanında görüşmüş, həmin vaxt o, da orada olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər radələrində Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən Oba marketdən X15 məxsus kart hesabına 400 manat, xx.xx.2023cü il tarixdə günorta radələrində Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən Oba marketdən X15 məxsus kart hesabına 400 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən Oba marketdən X15 məxsus **********052605 saylı kart hesabına 500 manat, xx.xx.2023-cü il tarixdə səhər radələrində Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən Araz marketdən X15 məxsus kart hesabına 50 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən Oba marketdən X15 məxsus **********052605 saylı kart hesabına 200 manat, xx.xx.2023-cü il tarixdə günorta radələrində Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən Araz marketdən X15 məxsus saylı kart hesabına 90 manat, xx.xx.2023-cü il tarixdə axşam radələrində Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən Oba market”dən X15 məxsus **********052605 saylı kart hesabına 300 manat, xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsində yerləşən Yaşıl marketdən X15 məxsus **********052605 saylı kart hesabına 500 manat, xx.xx.2023-cü il tarixdə yaşadığı Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən fərdi evdən Nahidin Leobanka məxsus **********052605 saylı kart hesabına 500 və 10 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən Araz marketdən X15 məxsus **********052605 saylı kart hesabına 300 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən Araz marketdən X15 məxsus **********052605 saylı kart hesabına 300 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 49-cu məhəllədə yerləşən Araz marketdən X15 məxsus kart hesabına 150 manat, ümumilikdə 4300 manat pul göndərmişdir. Lakin Nahid vəd etdiyi işi görməmiş və ondan aldığı pulu geri qaytarmamışdır. Ona görə də Nahiddən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şahid2 və X7 onun oğlanlarıdır. Şahid2 Sumqayıt şəhər Dövlət Universitetinin 4-cü kurs tələbəsidir və Sumqayıt şəhərində kirayədə qalır. Bəhruz isə daimi iş yeri olmadığı üçün Sumqayıt şəhərində qalaraq müxtəlif yerlərdə işləyir. 2023-cü ilin sentyabr ayının əvvəllərində oğlu Azim ona zəng edərək özünü ona polis işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olduğunu bildirmişdir. Azim, Təqsirləndirilən şəxs ilə söhbət etdiyini, Təqsirləndirilən şəxs, oğlu Bəhruzun polis orqanlarında işə düzələcəyinə köməklik edəcəyini, qarşılığında isə 6000 manat pul alacağını demişdir. Bundan sonra Azim, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini danışması üçün ona bildirmiş, o, Nahidin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək danışmış, Nahidlə danışan zaman sonuncu ona polis işçisi olduğunu bildirib oğlu Bəhruzun polis orqanlarında işə düzələcəyinə köməklik edəcəyini demiş və bunun qarşılığında ondan 6000 manat pul istəmiş, sonra isə Nahid pulu bir ay ərzində verə bilsə bu işi 4500 manata da həll edəcəyini bildirmiş, o, da Nahidlə razılaşmış, Nahid oğlu Bəhruzu 19 dekabr 2023-cü il tarixə kimi işə düzəldəcəyini, düzəlmədiyi təqdirdə onun 4500 manat pulunu geri qaytaracağını demiş, bundan sonra Nahid, Kapital Banka məxsus 4169 7388 0605 2605 nömrəli kartının nömrəsini ona bildirmiş, o, da xx.xx.2023-cü il tarixdə Ağsu rayon Çaparlı kəndində yerləşən “Bəxtiyar Market” adlı mağazada quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxsnm 4169 7388 0605 2605 nömrəli kart hesabına 300 manat pul köçürmüş, sonra isə oğlu Azimə pul göndərmiş, Nahidin kart hesabına pul köçürməsini demiş, oğlu Azim də xx.xx.2023-cü il tarixdə telefonunda olan Bir Bank mobil proqramı vasitəsilə Təqsirləndirilən şəxsnm kart hesabına 1700 manat pul köçürmüş, bundan 2 gün sonra yəni xx.xx.2023-cü il tarixdə Azim telefonunda olan Bir Bank proqramı vasitəsilə yenidən Təqsirləndirilən şəxs kart hesabına 1000 manat pul köçürmüş, bundan sonra xx.xx.2023-cü il tarixdə Ağsu rayon Çaparlı kəndində yerləşən “Bəxtiyar Market” adlı mağazada quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxsnm 4169 7388 0605 2605 nömrəli kart hesabına 300 manat pul köçürmüş, hər dəfə Təqsirləndirilən şəxs kart hesabına pul köçdükdən sonra sonuncu ilə əlaqə saxlayıb pulun köçüb-köçməməsini soruşub dəqiqləşdirirmiş. Nahid də ona pulun köçdüyünü bildirib bu işi söz verdiyi vaxtda həll edəcəyini demiş, sonra xx.xx.2023-cü il tarixdə Azim telefonunda olan Bir Bank proqramı vasitəsilə yenidən Təqsirləndirilən şəxsnm kart hesabına 100 manat pul köçürmüş, bundan sonra xx.xx.2023-cü il tarixdə Ağsu rayon Çaparlı kəndində yerləşən “Bəxtiyar Market” adlı mağazada quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxsnm 4169 7388 0605 2605 nömrəli kart hesabına 50 manat da pul köçürmüş, daha sonra xx.xx.2023-cü il tarixdə Ağsu rayon Çaparlı kəndində yerləşən “Bəxtiyar Market” adlı mağazada quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs 4169 7388 0605 2605 nömrəli kart hesabına 100 manat pul köçürmüş, bundan sonra xx.xx.2023-cü il tarixdə Azim telefonunda olan Bir Bank proqramı vasitəsilə Təqsirləndirilən şəxs kartına 400 manat pul köçürmüş, elə həmin tarixdə oğlu Azim, Təqsirləndirilən şəxs ona bildirdiyi 4098 5844 6062 4693 saylı kart hesabına isə 600 manat pul köçürmüş, həmin vaxtadək o və oğlu Azim Nahidin kart hesabına 4550 manat pul köçürmüş, bundan sonra Nahid onlarla əlaqə saxlayan zaman sənədlərin düzəlməsi üçün əlavə pullar istəmiş, onlarda pul göndərmişlər. Belə ki, xx.xx.2023-cü il tarixdə Azim telefonunda olan Birbank proqramı vasitəsilə yenidən Təqsirləndirilən şəxsmn kart hesabına 100 manat, sonra elə həmin tarixdə 200 manat pul köçürmüş, bundan sonra o və oğlu Azim dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb ondan bu işin nə zaman həll olunacağını soruşanda Təqsirləndirilən şəxs hər dəfə bizi müxtəlif bəhanələrlə aldadıb yubandırmış, xx.xx.2023cü il tarixdə Nahidə zəng edib işin nə yerdə olduğunu soruşmuş, Nahid də xx.xx.2023-cü il tarixdə oğlu Bəhruzun işə qəbul ediləcəyini bildirmiş, o, da buna görə həmin gün axşam Bakı şəhərinə getmiş, xx.xx.2023-cü il tarixdə Nahidə zəng edib iş barədə maraqlanmaq istəsə də Nahidin mobil nömrəsinə zəng çatmamış, həmin gün Nahidə dəfələrlə zəng etsə də Nahidə zəng çatmamış, bundan sonra aldadıldığını başa düşərək DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Təqsirləndirilən şəxs aldığı pulu qaytarmadığı üçün ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs4 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). ********** əməliyyat nömrəli ödəniş qəbzindən xx.xx.2023-cü il tarixdə Siyəzən rayonundan 416973******2605 nömrəli pul kartına “MilliÖn” ödəniş terminalı vasitəsilə 500 manat, ********** əməliyyat nömrəli ödəniş qəbzindən isə xx.xx.2023-cü il tarixdə Siyəzən rayonundan 416973******2605 nömrəli pul kartına “MilliÖn” ödəniş terminalı vasitəsilə 1000 manat pul köçürüldüyü görünür (cild 1, i.v 11). Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 31). ********** əməliyyat nömrəli ödəniş qəbzindən xx.xx.2023-cü il tarixdə Binəqədi rayonundan 416973******2605 nömrəli pul kartına “MilliÖn” ödəniş terminalı vasitəsilə 1000 manat, ********** əməliyyat nömrəli ödəniş qəbzindən xx.xx.2023-cü il tarixdə Binəqədi rayonundan 416973******0895 nömrəli pul kartına “MilliÖn” ödəniş terminalı vasitəsilə 150 manat, ********** əməliyyat nömrəli ödəniş qəbzindən xx.xx.2023-cü il tarixdə Binəqədi rayonundan 416973******2605 nömrəli pul kartına “MilliÖn” ödəniş terminalı vasitəsilə 200 manat, ********** əməliyyat nömrəli ödəniş qəbzindən xx.xx.2023cü il tarixdə Binəqədi rayonundan 416973******2605 nömrəli pul kartına “MilliÖn” ödəniş terminalı vasitəsilə 300 manat, ********** əməliyyat nömrəli ödəniş qəbzindən xx.xx.2023cü il tarixdə Binəqədi rayonundan 416973******2605 nömrəli pul kartına “Mpay” ödəniş terminalı vasitəsilə 1250 manat, ********** əməliyyat nömrəli ödəniş qəbzindən xx.xx.2023cü il tarixdə Binəqədi rayonundan 416973******2605 nömrəli pul kartına “MilliÖn” ödəniş terminalı vasitəsilə 500 manat pul köçürüldüyü görünür (cild 1, i.v 66). Qətimkan tədbiri seçilməsi haqqında 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Sumqayıt şəhər Polis İdarəsinin MSY-dən azad olunmuşdur (cild 1, i.v 81- 82). Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur (cild 1, i.v 88). Azərbaycan Respublikası FHN DYMX Sumqayıt şəhər X8 idarəsinin 14 fevral 2024cü il tarixli, 3-18-275/2-110/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığından Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Sumqayıt şəhər X8 İdarəsinin 21 nömrəli X2 Yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixdə xidmətkeçməsinə xitam verilmişdir (cild 1, i.v 95). ********** əməliyyat nömrəli qəbzdən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərindən 416973******2605 nömrəli pul kartına 90 manat, ********** əməliyyat nömrəli ödəniş qəbzindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərindən 416973******2605 nömrəli pul kartına “eManat” ödəniş terminalı vasitəsilə 400 manat, ********** əməliyyat nömrəli ödəniş qəbzindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərindən Təqsirləndirilən şəxs pul kartına “mpay” ödəniş terminalı vasitəsilə 300 manat, ********** əməliyyat nömrəli ödəniş qəbzindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərindən 416973******2605 nömrəli pul kartına “eManat” ödəniş terminalı vasitəsilə 300 manat və ********** əməliyyat nömrəli ödəniş qəbzindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərindən 416973******2605 nömrəli pul kartına “eManat” ödəniş terminalı vasitəsilə 50 manat pul köçürüldüyü görünür (cild 1, i.v 151). AR DİN BƏSİİ-dən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild İ i.v.194). Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, i.v 10-11). Qətimkan tədbiri seçilməsi haqqında 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlandığı Ağsu RPİ-in MSY-dən azad olunmuşdur (cild 2, i.v 36-39). AZ-İV № 908937 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü Namazəli əli uşağı var (cild 2, i.v 79). № İ-13798 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir (cild 2, i.v 80). № İ-12409 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir (cild 2, i.v 81). № İ-19730 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir (cild 2, i.v 81). № İ-5379 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir (cild 2, i.v 82). № İ-10385 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2716 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir (cild 2, i.v 82). № İ-79175 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir (cild 2, i.v 80). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə ittiham elan edilmişdir (cild 2, i.v 116-120). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayətlərin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində bir azyaşlı uşağın olmasını, CM-in 59.1.12-ci maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxslərdən biri (Zərərçəkmiş şəxs1) ilə barışıq əldə etməsini,CM-in 59.1.14cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində zərərçəkmiş şəxslərdən birinə (Zərərçəkmiş şəxs2) dəymiş ziyanı qismən ödəməsini, CM-in 59.2-ci maddəsinə əsaslanmaqla İİ Qarabağ Müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, hökmün icrası yaşayış yeri üzrə müvafiq Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023cü ilədək və xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlanıldığı 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmalıdır. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək və xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlanıldığı 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 35B, mənzil 13) Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərər çəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (üç səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-309/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-309/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver