Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-309/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9, iştirakı ilə, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X18 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 CM-in 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət olunan X3 rayon Polis bölməsində ifadəsinə əsasən, 2016-cı ildən "xxxx" MTK-da mühafizəçi vəzifəsində işlədiyini bildirmişdir. 2017-ci ildə "xxxx" MTK tikinti şirkəti ünvan 1 ünvanında iki ədəd 8 mərtəbəli binaların tikintisinə başladıqdan sonra, o həmin binalara gecə növbəsində mühafizəçi kimi işləyirdi. X16 Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsində aparlan araşdırmaya əsasən İXM-nin 192.1-ci maddəsinin pozulmasına görə məsuliyyətə cəlb edilmiş və Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərilmiş və Nəsimi rayon Məhkəməsinin 3(006)-4845/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" MTK İXM-nin 192-1 -ci maddəsində nəzərədə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 21:30 radələrində həyətdə binanın sakinləri ilə söhbət edərkən binada yaşayan qonşuları - X10, X19, X2 iştirak etmişdirlər. Qonşusu Pərviz ona bildirmişdir ki, "xxxx" MTK-da mühafizəçi kimi fəaliyyət göstərən Miryusif Məmmədov qaz idarəsinin işçiləri binaya qazı çəkmək istəyən zaman, guya o, həmin işçiləri söymüş və sonuncular da, qazı çəkməyib həmin yeri tərk etmişlər. Daha sonra bu söhbətə aydınlıq gətirmək məqsədi ilə, qonşuların yanında Miryusifi çağırıb belə bir halın baş verib-vermədiyini sonuncudan soruşmuşdur. Miryusif isə hamının yanında belə bir halın baş vermədiyini bildirmiş və onun da “başına oyun açacağını” demiş, daha sonra üzərinə hücum çəkərək fiziki zor tətbiq etməyə çalışmışdır. Onu təhqir etmiş, şərəf və ləyaqəti alçaldan ifadələr işlətmişdir. Qonşuları Miryusifi onun üzərindən aralamış, mübahisənin böyüməməsinə səy göstərmişlər.X1 qarşı heç bir zor tətbiq edilməmişdir. Bundan sonra X13 Rayon Polis İdarəsinə gedərək yalan ifadə vermiş və əsassız olaraq cinayət işinin başlanmasına səbəb olmuşdur. Barəsində böhtan xarakterli məlumatlar verərək bildirmişdir ki, guya ki, o, MTK-dan tələblərinə görə, binanın qarşısına gələrək Məmmədov Miryusifi dəfələrlə təhqir etmişdir. Daha sonra, 09 sentyabr 2024- cü il tarixində mühafizə otağının qarşısına gəldiyini və onu gecə saatlarında bayıra çağıraraq ölümlə hədələdiyini və binanı, mühafizə otağını yandıracağı barədə yalan məlumat verərək CM-nin 297.2-ci maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda xx.xx.2024-cü il tarixində saat 22:00 radələrində Məmmədov Miryusif mühafizə otağında olduğu zaman onun həyətdə olduğunu və qışqıraraq onu çağırdığını, nalayiq söyüşlər söydüyünü həmçinin, qarışıqlıqdan istifadə edərək onun başının arxa hissəsinə yumruqla zərbə endirdiyini qeyd etmişdir. Lakin bütün bunlar reallığı əks etdirmir və böhtan xarakteri daşıyır. Bununla da, onun şərəf və ləyaqətini ləkələyir. Miryusif Məmmədov, MTK-nın sədri X23 və X15 tərəfindən öyrədilərək həmin yerə göndərilmişdir. O, Binəqədi Rayon Polis İdarəsinə gələrək ifadə verən zaman Miryusif Məmmədova heç bir xəsarət yetirmədiyini bildirmiş, həmçinin bunu binada yaşayan qonşuları -X10, X19, X6 və binanın digər sakinləri də təsdiq etmiş, bu məlumatların böhtan xarakteri daşıdığını bildirmişdirlər. MTEPAB-nin Binəqədi rayon şöbəsinin ekspert həkimi X4 rəyi əsasında cinayət işi açılmasına səbəb olmuşdur. Qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, diskə baxış keçirilən zaman video görüntüdə X9 X8 xəsarət yetirməsi öz əksini tapmamışdır. Həmin video görüntüdə X5 onun üzərinə hücum çəkdiyi aydın şəkildə görünür. Bütün bunlara əsasən, Azərbaycan Respublikası CM- nin 127-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-cı maddəsinə əsasən xitam verilmişdir. X14 ona qarşı qəlbində kök salmış bu nifrətli, şəxsi- qərəzliyi üzündən onu biabır etmək məqsədi ilə böhtan ataraq, barəsində cinayət məsuliyyətinə cəlb olunmağına cəhd etmişdir.Odur ki, yuxarıda qeyd edilənlər X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2 -ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətinin Binəqədi rayon Məhkəməsinin icraatına qəbul edilərək, baxılması və sonuncunun həmin maddələrdə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi üçün tam əsaslıdır. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X18 şikayət ərizəsində göstərilənləri müdafiə edərək işin məhkəmə baxışına təyin edilməsini və X5 CM-in 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X14 məhkəmənin hazırlıq iclasının keçirilmə yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, X18 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X18 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə X5 ona böhtan atmasını təsdiq edə biləcək hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Belə ki, CPM-in 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi şikayətdə göstərilməli olduğu halda, X18 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə ona böhtan atılmasını, eləcə də həmin əməlin X14 tərəfindən törədilməsini təsdiq edən, yəni internet informasiya resurslarında dərc edilmiş məlumatların məhz sonuncu tərəfindən dərc etdirilməsini təsdiq edən heç bir sübut göstərilməmiş, həmçinin bu barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: CPM-in 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X18 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Bundan əlavə, şikayət ərizəsinin məzmunundan aydın olur ki, şikayətçi X9 böhtan hesab etdiyi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 işlətiyi ifadələr onun Binəqədi rayon Polis İdarəsində ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən zaman olan izahatlarında öz əksini tapmışdır. Belə olan halda, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin izahatında qeyd etdiyi ifadələrin böhtan kimi qiymətləndirilməsi istisna olunur. Sözügedən cinayət işi üzrə icraata xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X14 barəsində CM-in 147.1 və 147.2-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X5 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-309/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-309/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver