Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-31/2022 02.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X22 nümayəndəsi «Kermur» İxtisaslaşdırılmış Vəkil Bürosunun vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X8, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, tərcüməçi X7, ekspert X4 iştirakı ilə, 06.11.1979-cu il tarixdə Ukrayna Respublikasının Lvov şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 147.1ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X9 və X14 iddiaçıya vurulmuş maddi zərərə görə 15.914 manat 63 qəpik məbləğində pulun, cavabdeh X14 iddiaçıya vurulmuş maddi zərərə görə 48.134 manat məbləğində pulun və cavabdehlər X9 və X14 iddiaçının nümayəndəyə göstərdiyi yardıma görə 2.500 manat məbləğində xərcin, “Kermur audit və Konsalting" Məhdud Məsuliyyətli Cəmiyyətinə audit yoxlaması üçün ödənilmiş 3.000 manat xərcin, 30 manat dövlət rüsumunun, əldən çıxmış fayda üçün cavabdeh X9 20.000 manat və X14 40.000 manat, işgüzar nüfuza dəymiş ziyan üçün cavabdeh X9 30.000 manat və X14 50.000 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddianın edilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə mübahisə mahiyyəti üzrə həll edilənə qədər iddianı təmin edərək cavabdeh X15 adma "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətində Emissiya edilmiş və qeydiyyatdan keçmiş 67.000 manat dəyərində qiymətli kağızın (istiqrazın) əmlakın üzərinə həbs qoyulması, qiymətli kağızın (istiqrazın) satılması, bağışlanması, girov qoyulması, həmçinin "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətində adı: Premium Bank ASC, kod: 507473, VÖEN **********, Müxbir hesab: AZ70NABZ********************, SWİFT BİK AZALAZ22, Hesab: AZ60AZAL********************0 olan hesabın üzərinə həbs qoyulması və digər şəkildə yüklü edilməsinin cavabdehlər X15, X24 və digər şəxslərə, həmçinin "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli qərardadı ilə iddia təmin edilməsi barədə ərizə qismən təmin edilərək X15 adına "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətində olan 67.000 manat dəyərində qiymətli kağızın (istiqrazın) əmlakın üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan X15 şikayət vermişdir. Belə ki, X5 haqqında mənfi rəy yaratmaq məqsədilə böhtan ataraq, məhkəmədə çıxışında, Binəqədi Rayon Məhkəməsinə verdiyi 29.03.2021-ci il tarixli iddianın təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə, qarslıqlı iddia ərizəsində bildirmişdir ki, “Əməkdaşları qınamıram onlar rəhbərlikdən asılı vəziyyətdədirlər və rəhbərlik nə desə, onu edəcəkdir. Orxan Əliyev rəsmi direktor olsa da, o da şirkətə əslində rəhbərlik edən İsa Hüseynovdan (köhnə adı Elsən Tağıvev) asılı vəziyyətdədir və onun tapşırığından kənara çıxa bilməz. Bir ildən artıq əvvəl çoxsaylı dələduzluq cinayətləri törədilyinə görə X2 və adını X18 İsaya dəyişən digər təsisçi mənə telefon edərək bildirdi ki, həyat yoldaşın şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər şeydən sizi məhrum edəcəm, rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam, hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək, səni isə işə buraxmayacam.” Halbuki, məhkəmədə baxılan işdə onun şəxsi həyatı mübahisə predmeti deyil və o, interpolda axtarışda olmadığını, adını, soyadını dəyişmədiyini sübut etməyə borclu deyildir. İşlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində onu tanıyan insanlar, kollektiv arasında nüfuzdan salmağa, qəsdən mənfi rəy yaratmaq məqsədi ilə 19.04.2021ci il tarixdə ünvan 3 ünvanına 19.04.2021-ci il tarixli cavab məktubu göndərərək bildirmişdir ki, "2020-ci ilin yanvar ayına kimi işə gedib-gəlməyinə, əmək haqqı almağına və hazırkı vaxta kimi bu şirkətin işçisi olmağıma baxmayaraq şirkətin idarə edilməsini üzərinə götürmüş İsa Hüseynovun (əvvəlki adı Elşən Tağıyev) namizədi X28 yeni direktor təyin edildikdən sonra, 2020-ci ilin yanvar ayında ona bildirmişdir ki, həyat yoldaşı Qitlin Aleksey şirkətin həmtəsisçidir, onunla digər həmtəsisçisi, İsa Hüseynovun (əvvəlki adı Elşən Tağıyev) arasında həll edilməmiş məsələlər var və həmin məsələlər həllini tapmayınca işə buraxılmırsınız”. Həmçinin bildirmişdir ki, “çoxsaylı dələduzluq cinayətləri törətdiyinə görə X2 İsa Hüseynov (əvvəlki adı Elsən Tağıyev) mənə telefon edərək həvat yoldasın şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər sevdən sizi məhrum edəcəm, rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam, hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək, səni isə işə buraxmayacam" demişdir. X8 bu sözləri ilə onun şəxsiyyəti başqa şəxslərin gözündə alçaltmağa yönəlmişdir. X8 ifadələri ona qarşı böhtan, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuzunu, təmiz adını ləkələyən məlumatlar kimi qiymətləndirilməlidir. X8 yuxarıda qeyd olunan təqsirli hərəkətləri ilə ona iztirablar vermiş və mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. X8 bütün bu hərəkətləri isə onun psixologiyasına pis təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. X8 haqqında yalan böhtan məlumatları yaymaqla işlədiyi "Xerotek L.L.C”. MMC-də onu tanıyan insanlar, kollektiv arasında nüfuzdan salmağa, qəsdən mənfi rəy yaratmaqdır, onun bir insan kimi şərəf və ləyaqətinə ləkə yaxmaq cəhdidir. X15 apellyasiya məhkəməsində işə baxılan zaman həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə və qarşılıqlı iddia ərizəsində, "xxxx" MMC-yə ünvanladığı 19.04.2021-ci il tarixli cavab məktubunda bildirmiş olduğu fikirlərin onun şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzlarına xələl gətirən məlumatlar olub-olmamasını müəyyən edilməsi üçün "X19" vəkil sorğusu göndərilmişdir. 24 may 2021-ci il tarixli 11/21 saylı linqvistik Ekspert rəyi ilə müəyyən olunmuş ki, X8 adından olan iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, qarşılıqlı iddia ərizəsində və "xxxx" MMC-yə ünvanlanmış məktubda X25 (X23) aid edilən "Çox saylı dələduzluq cinayətləri törətdiyinə görə X2 İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev)" şirkətin idarə edilməsini üzərinə götürmüş İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev)" kimi söz və ifadələr linqvistik təhlil baxımından X17 (X23) şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzunu ləkələyən söz və ifadələr hesab edilir. Cavabdehin adından olan iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, qarşılıqlı iddia ərizəsində və "xxxx" MMC-yə ünvanlanmış məktubda X25 (X23) aid edilən "Çoxsaylı dələduzluq cinayətləri törətdiyinə görə X2 İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev) tərəfindən söylənilməsi iddia olunan “Həyat yoldaşın şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər şeydən sizi məhrum edəcəm, rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam, hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək” kimi hədə-qorxu tərkibli məlumatların X30 (əvvəlki adı Elşən Tağıyev) tərəfindən söylənməsi öz təsdiqini tapmadığı halda böhtan hesab edilir. Məhkəmə iclasında barəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X15 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun xüsusi ittihamçı X30 barəsində olan çıxışlarında böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma kimi ifadələr yoxdur. Çünki həmin məlumatlar onsuz da internet saytında mövcuddur. Kütləvi informasiya vasitələri onu fırıldaqçı (moşennik) kimi adlandırıır. Hesab edir ki, səsləndirdiyi ifadələr böhtan hesab oluna bilməz. Qeyd olunanlara əsasən barəsində bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X30 şikayət ərizəsinə uyğun çıxış edib, əlavə olaraq bildirmişdir ki, X5 barəsində məhkəmədə çıxışında, Binəqədi rayon məhkəməsinə verdiyi 29.03.2021-ci il tarixli iddianın təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə, qarşılıqlı iddia ərizəsində onu nüfuzdan salan şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli ifadələr işlətmişdir. Belə ki, X5 barəsində “dələduzluq cinayəti üzrə interpol axtarışında olması” kimi ifadələrinə münasibətdə bildimişdir ki, o, həqiqətən interpol axtarışında olmuşdur, lakin bu o demək deyil ki, dələduzluq cinayəti üzrə təqsiri sübuta yetirilmiş və barəsində yekun məhkəmə hökmü çıxarılmışdır. Hal-hazırda onun haqqında belə ittiham xarakterli ifadələr işlədilməsi birbaşa böhtan xarakteri daşıyır. Məhkəmədən bütün qeyd edilənləri nəzərə alınmasını və (təqsirləndirilən) şəxs X8 cinayət məsuliyyətinə cəlb edilməsinı xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X22 vəkili Müdafiəçi1 bildirmişdir ki, X15 məhkəmədə çıxışında, Binəqədi rayon məhkəməsinə verdiyi 29.03.2021-ci il tarixli iddianın təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə, qarşılıqlı iddia ərizəsində, “əməkdaşları qınamıram onlar rəhbərlikdən asılı vəziyyətdədirlər və rəhbərlik nə desə, onu edəcəkdir. Orxan Əliyev rəsmi direktor olsa da, o da şirkətə əslində rəhbərlik edən İsa Hüseynovdan (köhnə adı Elsən Tağıyev) asılı vəziyyətdədir və onun tapşırığından kənara çıxa bilməz, bir ildən artıq əvvəl çoxsaylı dələduzluq cinayətləri törədilyinə görə X2 və adını X18 İsaya dəyişən digər təsisçi mənə telefon edərək bildirdi ki, həyat yoldaşın şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər şeydən sizi məhrum edəcəm, rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam, hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək, səni isə işə buraxmayacam" kimi ifadələr işlətmişdir. Həmin ifadələr məhz böhtan hesab olunduğundan X8 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kulieva Galina bildirmişdir ki, Qitlina Liliya X1 guya böhtan atması kimi bir fakt mövcud deyildir. Onlar əslində bir ailə kimi olmuşlar, lakin sonradan bu kimi halların niyə baş verdiyini hələ də anlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 bildirmişdir ki, məhkəmədə mülki işə baxılarkən iclas zalının qarşısında əyləşmiş və bu zaman X15 yaxınlaşıb interpolun saytından götürdüyü şəkli göstərərək, X22 dələduzluq cinayətinə görə beynəlxalq axtarışda olduğunu bildirmiş və “baxın görün kimdir sizin rəhbəriniz, dələduzdur” kimi ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 digər şahid X13 izahatna uyğun ifadə verərək bildirmişdir ki, onlar mülki işlə əlaqədar iştirak etdiyi məhkəmə iclası zamanı zalın qarşısında əyləşərkən X15 yaxınlaşaraq X30 barəsində onun dələduz olmasını və beynəlxalq axtarışda olmasını bildirmiş və bunu təsdiq etmək üçün internet saytından götürdüyü fotoşəkili göstərmişdir. Məhkəmə iclasında ekspert X12 bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş (təqsirləndirilən) şəxs X8 məhkəmə çıxışında, iddianın təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə, qarşılıqlı iddia ərizəsində X30 barəsində irəli sürdüyü sözlərdə şəxsin dələduzluq etməsi və cinayətkar olması, qarşısındakı şəxsə başqa millətə aid olması səbəbi ilə mənfi davranması, təzyiqlər göstərməsi, hədələməsi, eləcə də, məhkəməyə qarşı hiylə işlətməsi barədə məlumatlar əksini tapır. Həmin sözlərdəki ittihamlar və məlumatlar öz hüquqi təsdiqini tapmadığı və sübuta yetirilmədiyi təqdirdə böhtan xarakterli məlumatlar hesab olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X8 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3196/2021 nömrəli qərardadından vermiş olduğu qarşılıqlı iddia ərizəsindən görünür ki, çoxsaylı dələduzluq cinayətləri törədilyinə görə X2 və adını X18 İsaya dəyişən digər təsisçi X10 telefon edərək bildirdi ki, həyat yoldaşı şirkətdə olan payından onun xeyrinə imtina etməli, etməsə başına oyunlar açacaq, hər şeydən məhrum edəcək, rus millətinin nümayəndəsi olduqları üçün onları məhv etmək dərəcəsinə çatdıracaq, hamı onu eşidəcək, rus olduqları üçün heç kim kömək etməyəcək, onu isə işə buraxmayacaqdır. 24.05.2021-ci il tarixli, 11/21 nömrəli “X16” linqvistik ekspert rəyindən görünür ki, X8 adından olan iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, qarşılıqlı iddia ərizəsində və "xxxx" MMC-yə ünvanlanmış məktubda X25 (X23) aid edilən "Çox saylı dələduzluq cinayətləri törətdiyinə görə X2 İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev)" şirkətin idarə edilməsini üzərinə götürmüş İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev)" kimi söz və ifadələr linqvistik təhlil baxımından X17 (X23) şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzunu ləkələyən söz və ifadələr hesab edilir. Cavabdehin adından olan iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, qarşılıqlı iddia ərizəsində və "xxxx" MMC-yə ünvanlanmış məktubda X25 (X23) aid edilən "Çoxsaylı dələduzluq cinayətləri törətdiyinə görə X2 İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev) tərəfindən söylənilməsi iddia olunan “Həyat yoldaşın şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər şeydən sizi məhrum edəcəm, rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam, hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək” kimi hədə-qorxu tərkibli məlumatların X30 (əvvəlki adı Elşən Tağıyev) tərəfindən söylənməsi öz təsdiqini tapmadığı halda böhtan hesab edilir. 10.11.2021-ci il tarixli, 4/1503 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməliqnvistik ekspertizası rəyindən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş (təqsirləndirilən) şəxs X8 məhkəmə çıxışında, iddianın təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə, qarşılıqlı iddia ərizəsində X30 barəsində irəli sürdüyü sözlərdə şəxsin dələduzluq etməsi və cinayətkar olması, qarşısındakı şəxsə başqa millətə aid olması səbəbi ilə mənfi davranması, təzyiqlər göstərməsi, hədələməsi, eləcə də, məhkəməyə qarşı hiylə işlətməsi barədə məlumatlar əksini tapır. Həmin sözlərdəki ittihamlar və məlumatlar öz hüquqi təsdiqini tapmadığı və sübuta yetirilmədiyi təqdirdə böhtan xarakterli məlumatlar hesab olunur. Məlumatlar bu cümlələrdə əksini tapmışdır: “çoxsaylı dələduzluq cinayətləri törədilyinə görə X2”, “adını X18 İsaya dəyişən”, “telefon edərək bildirdi ki, həyat yoldaşın şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər şeydən sizi məhrum edəcəm, rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam. Hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək, səni isə işə buraxmayacam”, “məhkəmə onun hiyləsinə aldanmamalıdır”. 05.01.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X15 əvvəllər məhkum olunmamışdır. 29.12.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X30 əvvəllər məhkum olunmamışdır. Məhkəmənin portal çıxarışından görünür ki, X8 himayəsində 02.08.2018-ci il təvəllüdlü X21 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X15 tərəfindən xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X22 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayması ilə bağlı xüsusi ittiham qaydasında şikayətin dəlillərinə münasibət bildirərək hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş, biri digərini tamamlayan mötəbər sübutlarla açıq-aşkar təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 5ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Belə olan halda aydın olur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X15 tərəfindən verilmiş şikayət və qarşılıqlı iddia ərizəsində xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X30 barəsində böhtan və təhqir xarakterli məlumatlar yaymışdır. Bununla da X8 törətmiş olduğu bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin təsiri altına düşür. Belə ki, X8 məhkəmə çıxışında, iddianın təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə, qarşılıqlı iddia ərizəsində X30 barəsində irəli sürdüyü sözlərdə şəxsin dələduzluq etməsi və cinayətkar olması, qarşısındakı şəxsə başqa millətə aid olması səbəbi ilə mənfi davranması, təzyiqlər göstərməsi, hədələməsi, eləcə də məhkəməyə qarşı hiylə işlətməsi barədə məlumatların həqiqətə uyğun olmaması öz təsdiqini tapmış, həmçinin məhkəmədə həmin məlumatların böhtan xarakterli olmasını istisna edəcək sübuta rast gəlinməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X8 məhkəmə çıxışında, iddianın təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə, qarşılıqlı iddia ərizəsində göstərdiyi xüsusatların reallığı əks etdirməsinə dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Bundan başqa, X8 xüsusi ittiham qaydasında şikayt vermiş şəxs barəsində “çoxsaylı dələduzluq cinayətləri törədilyinə görə X2” ifadəsinə münasibətdə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X22 axtarışda olmasına dair sənd mövcud olmuş olsa da, iş materiallarına əlavə edilmiş tələbnamədən və toplanmış sübutlarla müəyyən edilir ki, sonuncu cinayət məsuliyyətinə cəlb olunmamış və məhkumluğu olmamışdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri cinayət məcəlləsi ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə X10 istinad edilən (CM-in 147.1-ci maddəsi ilə) cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, xüsusi ittihamın əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu xüsusi ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində X8 təqsirliliyi tam sübuta yetirilir. X8 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə X10 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ görə (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə himayəsində bir azyaşlı işağın olmasını barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X8 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X10 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X10 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (qadın olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X10 CM-in 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edilməlidir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X9 tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. X10 təyin edilmiş cəzanın icrası onun yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti X9 tutularaq X6 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-31/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-31/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver