Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-31/2023 17.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 27 iyul 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir ona görə ki, “o, xx.xx.2022-ci il tarixdə axşam saatlarında şəxsiyyəti istintaqa məlum olmayan İran İR-in vətəndaşı tərəfindən Bakı şəhəri Nərimanov rayonu Atatürk prospektində yerləşən işıqforun yaxınlığındakı köşkün qarşısında gizlədilmiş narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,194 qram çəkidə əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 19:30-da Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanda yerləşən binanın yaxınlığında saxlanılıb oradan ünvan 4 ünvanda yerləşən 5-ci Polis Bölməsinə gətirilərək orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən içərisində ümumilikdə 02 ədəd şəffaf rəngli sellofana bükülmüş polietilen paketdə qəhvəyi rəngli ayrı-ayrılıqda təmiz çəkiləri 0,411 qram və 0,783 qram olmaqla ümumi təmiz çəkisi 1,194 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür”. Məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin cinayətinə görə ailəsi ilə münasibətləri pisləşmiş, arvadı uşaqlarını da götürüb Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsində yerləşən valideynlərinin evinə qayıtmışdır. Cəzasının sonu ilə azad olunduqdan sonra ailəsi ilə barışmağa cəhdlər göstərmiş, bir daha narkotik vasitələrdən istifadə etməyəcəyinə dair ailə üzvlərinə söz vermişdir. Həmin vaxtdan narkotik vasitələrdən istifadə etmir və ailəsilə barışaraq Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsində yerləşən evdə yaşayır. 04 aprel 2022ci ildə Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsində yerləşən evdən çıxıb “BOLT” mobil tətbiqi vasitəsilə taksi sifariş vermişdir. Sifariş əsasında həmin tarixdə saat 17:12-də **-ZL-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobil olduğu ünvana çatmış və o Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsində həmin avtomobilə əyləşmişdir. Avtomobili idarə edən sürücünün adı Elçin olmuşdur. Buna dair mobil tətbiqdən çıxarışı məhkəməyə təqdim etmişdir. Taksi sürücüsü avtomobili yerindən tərpədib hərəkətə başlayan zaman avtomobilin qarşısını qara rəngli, dövlət nömrə nişanını xatırlamadığı “Hyundai” markalı avtomobil kəsmiş, həmin avtomobildən 4 nəfər mülki geyimli şəxslər düşərək oturduğu taksi avtomobilinə yaxınlaşmış, əyləşdiyi avtomobilin qapısını oturduğu tərəfdən açaraq onu məcburi qaydada yerə düşürmüşlər. Sonra onu gəldikləri qara rəngli “Hyundai” markalı avtomobilə otuzduraraq bir müddət şəhərin ərazisində hərəkət etmişlər. Danışıqlarından anlamışdır ki, avtomobildə olan mülki geyimli şəxslər polis əməkdaşlarıdırlar. Yol boyu ondan narkotik vasitələrin istifadəçisi olduğunu sorğu-sual etmiş, o bunu qəbul etməmiş, cəzadan azad olunduqdan sonra bir daha narkotik vasitələrdən istifadə etmədiyini, buna dair ailə üzvlərinə söz verdiyini, yalnız bundan sonra ailəsilə barışdığını bildirmişdir. Bir müddət şəhərin ərazisində həmin avtomobil ilə hərəkət etdikdən sonra onu gətirib Binəqədi RPİ-in 5-ci PB-yə təhvil vermişlər. Taksi avtomobilindən düşürüldükdən sonra, istərsə də “Hyundai” markalı avtomobildə olduğu zaman üzərinə heç bir baxış keçirilməmişdir. Polis Bölməsində də üzərinə heç bir baxış keçirilməmiş, öncədən planlaşdırılmış şəkildə şəxsi axtarış görüntüsü yaradılaraq videoçəkiliş aparılmış, obyektiv istintaqın aparılmayacağını anlayaraq polis əməkdaşlarının dediklərini yerinə yetirmişdir. Həmin gün ondan şübhəli şəxs qismində ifadə alınmış və o, ifadəsində guya üzərində iki büküm narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında İran İR-in vətəndaşı tərəfindən Nərimanov rayonu Atatürk prospektində yerləşən işıqforun yaxınlığındakı köşkün qarşısında gizlədilmiş yerdən götürdüyü kimi həqiqətə uyğun olmayan məlumatlar yazmışdır. Halbuki, həmin məlumatlar həqiqəti əks etdirmir. İbtidai istintaq zamanı verdiyi izahat və ifadələri məcburiyyət qarşısında, obyektiv istintaqın aparılmayacağını görərək vermişdir. Hal-hazırda ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrindən imtina edir. Heç bir cinayət törətmədiyini nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki,o, ibtidai istintaq dövründə əməliyyatçı tərəfindən tərtib edilmiş Raportda və təhqiqatçı tərəfindən tərtib edilmiş şəxsi axtarış protokolunda göstərildiyindən fərqli olaraq ünvan 3 ünvanda yerləşən binanın yaxınlığında deyil, tamamilə ayrı istiqamətdə yerləşən Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsində sərnişin kimi əyləşdiyi taksi avtomobilindən məcburi qaydada düşürülərək saxlanılmış, onu saxlamış şəxslər arasında Binəqədi RPİ-in 5-ci PBin CA üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 olmamış, həmin şəxsləri ilk dəfə 5-ci PB-də görmüş, saxlanılarkən ona saxlanılmasının səbəbləri, onu saxlayan şəxslərin kimliyi, onu saxlamaq üçün hansı əsasa malik olmaları izah edilməmiş, üzərində qeyriqanuni əşya olub-olmaması barədə sual verilməmiş, üzərinə baxış keçirilməmişdir. İttihama əsasən o, 04 aprel 2022-ci ildə saat 19:30-da ünvan 3 ünvanda yerləşən binanın yaxınlığında saxlanılsa da, həmin gün saat 18:23-dən Binəqədi RPİ-in 5-ci PB-də olmuşdur. Hesab edir ki, tutulması və cinayət məsuliyyətinə cəlb edilməsi məqsədli xarakter daşımış, hadisədən bir müddət öncə qonşuluqda yerləşən mənzildə bir nəfər qadınla kirayədə yaşamış şəxsə qeyri-etik hərəkətlərinə görə irad tutmasından irəli gəlmişdir. Çünki, həmin şəxs onunla söhbətində kim olduğunu yaxında ona göstərəcəyini bildirmişdir. Qeyd etdiyi şəxsin kimliyi ilə bağlı hər hansı məlumata malik olmadığından bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 aprel 2022-ci ildə 5-ci PB-yə mötəbər mənbədən xx.xx.1980-ci ildə ünvan 6 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Qeyd edilən məlumat rəhbərliyə məruzə edildikdən sonra həmin şəxsin ifşa olunması və 5-ci PB-in inzibati ərazisinə aid olan Binəqədi rayonu Atatürk prospekti 65 saylı binanın yaxınlığında qeyd edilən məlumat əsasında əməliyyat tədbirləri keçirilməsi barədə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o və həmin PB-in CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 daxil olmuşlar. Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu Atatürk prospekti 65 saylı binanın yaxınlığında 04 aprel 2022-ci il tarixdə saat 19:30-da zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən bir nəfər şəxsə yaxınlaşaraq ondan özünü təqdim etməsini istədikdə, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Vüsala narkotik vasitə istifadə etməkdə və qanunsuz olaraq daşımaqda şübhəli olduğunu bildirib, onu 5-ci PB-yə dəvət etmişlər. 5-ci PB-də Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunması hüququ izah edilmiş və o, bu hüququndan istifadə etmək istədiyini bildirmişdir. Ona dövlət hesabına müdafiəçi dəvət edilərək, təqdim edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə ona və yaxınlarına məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməsi barədə məlumat verilmişdir. O, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına və videoçəkilişə etiraz etməmişdir. Onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlamış, öncə ona üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif edildikdə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən polietilen paketin içərisində olan 2 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüləri çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı qeyri-qanuni bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra ondan qara rəngli cins şalvarının və göy rəngli cins gödəkçənin ciblərini açmağı tələb olunmuş, başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Polietilen paketin içərisindəki 2 ədəd şəffaf rəngli selofana bükülmüş büküm iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin olduğunu bildirmiş və həmin narkotik vasitə olan heroini 03 aprel 2022-ci il tarixdə axşam saatlarında Atatürk prospektində yerləşən işıqforun yaxınlığındakı köşkün qarşısında gizlədilmiş yerdə tanımadığı şəxsdən 22 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əlavə qadağan olunmuş əşya aşkar edilməmiş, sonra onun üzərindən aşkar edilən şəffaf rəngli selofana bükülmüş 2 ədəd bükülü qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Atatürk prospekti 65 saylı binanın yaxınlığında 04 aprel 2022-ci il tarixdə saat 19:30-da saxlanılmış, saxlanılarkən ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında məlumat daxil olduğu, həmin məlumat əsasında onun barəsində əməliyyat tədbiri keçirildiyi dərhal izah edilmiş, üzərində qanunsuz saxladığı narkotik vasitəni də özü 5-ci PB-də təqdim etmişdir. Təqsirləndirilən şəxs 04 aprel 2022-ci ildə saat 17:12-də Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsində **-ZL-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobildən düşürülərək qara rəngli “Hyundai” minik markalı avtomobil ilə aparılması, sonra gətirilib Binəqədi RPİ-in 5-ci PB-yə təhvil verilməsi doğru deyil. Məhkəmə iclasında şahid Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2022-ci ilin aprel ayında özünə məxsus **-ZL-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobil ilə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Bu məqsədlə müxtəlif onlayn taksi sifarişi şirkətlərində, o cümlədən “BOLT” sirkətində sürücü kimi qeydiyyatdan keçmişdir. 04 aprel 2022-ci ildə saat 17 radələrində mobil tətbiq vasitəsilə mobil telefonuna müştəri sifarişi daxil olmuşdur. Sifarişi qəbul etmiş və saat 17:12-də təyinat nöqtəsi kimi göstərilən Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsinə çatmışdır. Təyinat nöqtəsi “Avesta” Konserninin yaxınlığı olmuşdur. Təyinat yerinə çatanda avtomobilə adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi cavan oğlan əyləşmişdir. Hərəkətə başlamaq istəyən zaman avtomobilin qapısı Vüsalın oturduğu hissədən açılmış və bir nəfər mülki geyimli şəxs Vüsaldan avtomobildən düşməsini tələb etmişdir. Vüsal onun tələbi ilə avtomobildən düşmüşdür. Özü üçün problem yaranmasın deyə dərhal həmin ərazidən uzaqlaşıb getmişdir. Vüsalın hara və kimlər tərəfindən aparılmasından məlumatsızdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 05 aprel 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1,i.v.1). 04 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə saat 19:30-da Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 saylı binanın yaxınlığında Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1,i.v.23-24). 04 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Binəqədi RPİ-in 5-ci PB-in əməkdaşları tərəfindən 04 aprel 2022-ci il tarixdə saat 19:30-da Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 saylı binanın yaxınlığında saxlanılmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək Binəqədi RPİ-in 5-ci PB-yə gətirilmiş, orada üzərinə baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən içərisində ümumilikdə 2 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm olan polietilen paketdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Baxış xx.xx.2022-ci il tarixdə saat 20:40-dan həmin gün saat 21:00-dək davam etmişdir (cild 1,i.v.35-37). 05 aprel 2022-ci il tarixli 6/1826 saylı “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi” ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,411 qr. və 0,783 qr., ümumi təmiz çəkisi 1,194 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir (cild 1,i.v.41-45). 06 aprel 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1,i.v.59-60). 06 aprel 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1,i.v.73-75). 21 aprel 2022-ci il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş “Tələbnamə”dən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1,i.v.82-83). 07 aprel 2022-ci il tarixli 1674 saylı “Ambulator X3” rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.112-113). 30 iyun 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalan 1,094 qram narkotik vasitə heroin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-in saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1,i.v.123). Baş Dövlət Yol Polisi İdarəsinin 05 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, “Toyota Prius (Hibrid)” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil 685796 nömrəli gömrük vəsiqəsinə əsasən xx.xx.2020-ci ildə vətəndaş Şahid3 adına qeydiyyata alınmış, xx.xx.2022-ci ildə alqı-satqı müqaviləsinə əsasən vətəndaş X4 adına qeydiyyata alınmışdır. “BOLT” mobil tətbiqindən çıxarışdan görünür ki, sürücü Şahid3 idarə etdiyi “Toyota Prius (Hibrid)” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 04 aprel 2022-ci ildə təyinat nöqtəsi Məmməd Araz 122e, çatdırma ünvanı Məmməd Araz 138 olan ünvana sifariş daxil olmuş, sürücü Şahid3 saat 17:12-də təyinat nöqtəsinə çatmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC-dən götürülmüş telefon məlumatlarından görünür ki, ********* mobil telefon nömrəsi ünvan 8 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs (təqsirləndirilən şəxs), ********* mobil telefon nömrəsi ünvan 9 ünvanda qeydiyyatda olan Şahid2 (5-ci PB-in əməliyyat müvəkkili), ********* mobil telefon nömrəsi ünvan 10 ünvanda qeydiyyatda olan Şahid1 (5-ci PB-in baş əməliyyat müvəkkili) məxsusdur. "xxxx" MMC-dən götürülmüş Zənglərin detallaşmasından görünür ki, Təqsirləndirilən şəxs məxsus olan və istifadəsində olduğu ********* mobil nömrənin anten dairəsi 04 aprel 2022-ci il tarixdə saat 18:23:13-dən gecə saatlarınadək Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 6 (Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin inzibati binası) ünvan olmuşdur. Şahid2 (Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili) məxsus olan və istifadəsində olduğu ********* mobil nömrənin anten dairəsi 04 aprel 2022-ci il tarixdə saat 19:06:22-dən 19.38:10-dək Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 107, Ağçiçəyim gül dükanı ünvan olmuşdur. Şahid1 (Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili) məxsus olan və istifadəsində olduğu ********* mobil nömrənin anten dairəsi 04 aprel 2022-ci il tarixdə saat 19:17:00-dan 20:20:50-dək Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 6 ünvan (Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin inzibati binası) olmuşdur. Telefon məlumatları götürüldükdən sonra yenidən məhkəməyə dəvət edilmiş Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə baş əməliyyat müvəkkili Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ********* mobil nömrə ona məxsusdur. Həmin mobil nömrə 04 aprel 2022-ci ildə də istifadəsində olmaqla aktiv olmuşdur. Həmin nömrə ilə bağlı 04 aprel 2022ci ilə aid zənglərin detallaşması ilə tanış olmuşdur. Bildirir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlamaq üçün əməliyyat tədbirinə gedərkən üzərində mobil telefonu olmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs saxladıqları Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 65 saylı ünvan istifadəsində olan mobil nömrənin anten dairəsinə düşməmişdir. Belə ki, əksər hallarda saxlanılan şəxslər onlara müqavimət göstərir və bu zaman mobil telefonun cibdən düşərək zədələnməsi halları baş verir. Bunun qarşısını almaq üçün əməliyyat tədbirinə gedərkən üzərində mobil telefon götürmür. Təqsirləndirilən şəxs məxsus olan və 04 aprel 2022-ci ildə üzərində olduğu ********* mobil nömrənin anten dairəsinin 04 aprel 2022-ci il tarixdə saat 18:23:13-dən Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin inzibati binasının ünvanı olan ünvan 17ası ilə bağlı hər hansı məlumata malik deyil. Eyni zamanda özünə məxsus olan ********* mobil nömrə ilə xx.xx.2022-ci ildə saat 19:08:40-dan 19:35:09-dək dəfələrlə digər mobil nömrələrə edilmiş zənglər və müxtəlif saniyələrdə aparılmış danışıqlar, habelə həmin mobil nömrənin anten dairəsinin 04 aprel 2022-ci il tarixdə saat 19:17:00-dan 20:20:50-dək Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 6 ünvan (Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin inzibati binası) olması ilə bağlı hər hansı məlumata malik deyil. Telefon məlumatları götürüldükdən sonra yenidən məhkəməyə dəvət edilmiş Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə əməliyyat müvəkkili Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ********* mobil nömrə ona məxsusdur. Həmin mobil nömrə 04 aprel 2022-ci ildə də istifadəsində olmaqla aktiv olmuşdur. Həmin nömrə ilə bağlı 04 aprel 2022ci ilə aid zənglərin detallaşması ilə tanış olmuşdur. Bildirir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlamaq üçün əməliyyat tədbirinə gedərkən üzərində mobil telefonu olmamışdır. Dəqiq xatırlamasa da xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlamaq üçün əməliyyat tədbirinə gedərkən mobil telefonu ya iş otağında qalmış, ya da əməliyyat tədbiri qurulan yerin ətrafında gözləyən avtomobildə olmuşdur.Bu səbəbdən Binəqədi rayonu A.Gəraybəyli küçəsi 65 saylı ünvan istifadəsində olan mobil nömrənin anten dairəsinə düşməmişdir. Adətən saxlanılan şəxslər polis əməkdaşlarına aktiv müqavimət göstərir və buna görə bir neçə dəfə mobil telefonu cibindən düşərək ekranı yararsız hala düşmüşdür. Bir daha belə bir halla qarşılaşmamaq üçün əməliyyat tədbirinə gedərkən üzərində mobil telefon götürmür. Təqsirləndirilən şəxs məxsus olan və 04 aprel 2022-ci ildə istifadəsində olmaqla üzərində olduğu ********* mobil nömrənin anten dairəsinin 04 aprel 2022-ci il tarixdə saat 18:23:13-dən Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin inzibati binasının ünvanı olan ünvan 17ası ilə bağlı hər hansı məlumata malik deyil. Eyni zamanda özünə məxsus olan ********* mobil nömrə ilə xx.xx.2022-ci ildə saat 19:06:22-dən 19:38:10-dək 6 dəfə digər mobil nömrələrə edilmiş zənglər və müxtəlif saniyələrdə aparılmış danışıqlar, habelə həmin mobil nömrənin anten dairəsinin 04 aprel 2022-ci il tarixdə saat 19:06:22-dən 19.38:10-dək Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 107, Ağçiçəyim gül dükanı ünvan olması ilə bağlı hər hansı məlumata malik deyil. Telefon məlumatları götürüldükdən sonra Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, ********* mobil telefon nömrəsi özünə məxsusdur. Tutulan gün, yəni 04 aprel 2022-ci ildə həmin mobil telefon nömrə üzərində olan mobil telefonun daxilində aktiv olmuşdur. Beləliklə də, məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqdim edilən şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir narkotik vasitə çıxmadığını, eləcə də, onun Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 65 saylı ünvanda yerləşən binanın yaxınlığında deyil, tamamilə ayrı istiqamətdə yerləşən Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsində saxlanıldığını, orada saxlanılmasının həmin vaxt müştəri kimi əyləşdiyi taksi sürücüsü tərəfindən də məhkəmədə təsdiq edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ittihamı təsdiq edən ifadələr versələr də, işin halları üzrə əhəmiyyət kəsb edən müəyyən xüsusatlarla bağlı məlumatsız olduqlarını bildirmiş, iş üzrə həqiqətin müəyyən edilməsi üçün vacib olan bir sıra sualları cavablandıra bilməmişlər. Məlumdur ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs Binəqədi RPİ-in 5-ci PB-in əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərlə təqsirli bilinməsində, müdafiə tərəfi isə həmin sənədləri və ifadələri mübahisələndirərək təqsirləndirilən şəxsin məsuliyyətdən yayındırmaqda maraqlı olduqları üçün, hər iki tərəfin və onların təqdim etdikləri şahidlərin ifadələri digər yazılı sübutlarla, yəni ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərin təsbit olunduğu və ittihamı sübut edən sübut növləri kimi ittiham tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli şəkildə yoxlanılmalı və qiymətləndirilməlidir. Buna görə də, aşağıda sadalanan həmin sübut növləri müvafiq qaydada məhkəmə istintaqı zamanı araşdırılmış və tədqiq edilmişdir: İş materiallarında olan Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən 04 aprel 2022-ci il tarixdə tərtib edilmiş Raportdan görünür ki, 04 aprel 2022-ci il tarixdə polis bölməsinə daxil olmuş məlumatda xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilmişdir...Həmin məlumatın yoxlanılması üçün Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 saylı binanın yaxınlığında mövqe seçib müşahidəyə başlamışlar. Həmin gün saat 19:30-da Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 saylı binanın yaxınlığında Təqsirləndirilən şəxs müşahidə olunduğunu görüb onu saxlamış və Binəqədi RPİ-in 5-ci PB-yə gətirmişlər (cild 1, i.v.11). İş materiallarında olan Binəqədi RPİ-in 5-ci PB-in təhqiqatçısı polis kapitanı X5 tərəfindən tərtib edilmiş 04 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Binəqədi RPİ-in 5-ci PB-in əməkdaşları tərəfindən 04 aprel 2022-ci il tarixdə saat 19:30-da Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 saylı binanın yaxınlığında saxlanılmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək Binəqədi RPİ-in 5-ci PB-yə gətirilmiş, orada üzərinə baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən içərisində ümumilikdə 2 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm olan polietilen paketdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Baxış xx.xx.2022-ci il tarixdə saat 20:40-dan həmin gün saat 21:00-dək davam etmiş və videoçəkiliş ilə qeydə alınmışdır (cild 1,i.v.35-37). Lakin, məhkəmədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 saylı binanın yaxınlığında deyil, Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsində mobil tətbiq vasitəsilə sifariş verib əyləşdiyi “Toyota Prius (Hibrid)” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilindən məcburi düşürülərək saxlanıldığını bildirmiş, onun qeyd edilən yerdə və şəraitdə saxlanılması məhkəmədə əlavə şahid qismində dindirilmiş sözügedən taksi avtomobilinin sürücüsü Şahid3 tərəfindən təsdiq edilmişdir. Belə ki, məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında özünə məxsus “Toyota Prius (Hibrid)” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi kimi fəaliyyət göstərmişdir. 04 aprel 2022-ci ildə saat 17 radələrində “BOLT” mobil tətbiqi vasitəsilə mobil telefonuna müştəri sifarişi daxil olmuş, sifarişi qəbul edib saat 17:12-də təyinat nöqtəsi kimi göstərilən Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsinə çatmışdır. Təyinat yerinə çatanda avtomobilə adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi cavan oğlan əyləşmiş, hərəkətə başlamaq istəyən zaman avtomobilin qapısı Vüsalın oturduğu hissədən açılmış və bir nəfər mülki geyimli şəxs Vüsaldan avtomobildən düşməsini tələb etmişdir. Vüsal həmin şəxsin tələbi ilə avtomobildən düşmüşdür. Məsələdə problem olduğunu anlayıb həmin ərazidən uzaqlaşıb getmişdir. Şahid3 2022-ci ilin aprel ayının 4-də “Toyota Prius (Hibrid)” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsinin mümkünlüyü Baş Dövlət Yol Polisi İdarəsinə müvafiq sorğu göndərilməklə yoxlanılmış, həmin idarənin 05 noyabr 2022-ci il tarixli məktubuna əsasən “Toyota Prius (Hibrid)” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin 685796 nömrəli gömrük vəsiqəsinə əsasən xx.xx.2020-ci ildə vətəndaş Şahid3 adına qeydiyyata alındığı və xx.xx.2022-ci ildə alqı-satqı müqaviləsinə əsasən vətəndaş X1 müəyyən edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi qeyd olunan dəlillər onların yoxlanılması zamanı təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, 04 aprel 2022-ci ildə saat 17:12-də Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsində mobil tətbiq vasitəsilə sifariş verib əyləşdiyi “Toyota Prius (Hibrid)” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilindən məcburi qaydada düşürüldükdən sonra onu saxlamış şəxslər ittiham aktında göstərilmiş Binəqədi RPİ-in 5-ci PB-in əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 olmamışlar. Onları ilk dəfə 5-ci PB-də görmüşdür. Verilmiş ittiham əsasən isə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:30-da Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin əməkdaşları Şahid2 və Şahid1 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanda yerləşən binanın yaxınlığında saxlanılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları olan şahidlər Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə saat 19:30-da Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 saylı binanın yaxınlığında saxladıqlarını təsdiq etsələr də, Təqsirləndirilən şəxs həmin gün saat 18:23:13-dən Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 6 ünvanda, yəni Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin inzibati binasında necə ola bilməsini izah edə bilməmişlər. Həmçinin, iş materiallarına əlavə edilmiş “gomap.az” elektron resursundan edilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 saylı bina ilə ilə Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsi tamamilə ayrı-ayrı istiqamətlərdə yerləşirlər. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında ələ keçirilmiş təqsirləndirilən şəxsin və əməliyyat müvəkkillərinin telefon məlumatlarının təhlilindən görünür ki, Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin əməliyyatçısı Şahid2 məxsus olan və istifadəsində olduğu ********* mobil nömrənin anten dairəsi 04 aprel 2022-ci il tarixdə saat 19:06:22-dən 19.38:10-dək Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 107, Ağçiçəyim gül dükanı ünvanı olmuş, Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin baş əməliyyatçısı Şahid1 məxsus olan və istifadəsində olduğu ********* mobil nömrənin anten dairəsi 04 aprel 2022-ci il tarixdə saat 19:17:00-dan 20.20:50-dək Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 6, yəni olduğu yer Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin inzibati binası olmuşdur. Halbuki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama görə o, xx.xx.2022-ci il tarixdə saat 19:30-da Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin əməkdaşları Şahid2 və Şahid1 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 65 saylı ünvanda yerləşən binanın yaxınlığında saxlanılmışdır. Polis əməkdaşları olan şahidlər Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs saxlayarkən üzərilərində mobil telefon götürmədiklərini bildirsələr də, onların ələ keçirilmiş telefon məlumatlarının təhlilindən görünür ki, Şahid2 məxsus və istifadəsində olan ********* mobil nömrədən xx.xx.2022-ci ildə saat 19:06:22-dən 19:38:10-dək 6 dəfə digər mobil nömrələrə zənglər edilmiş və müxtəlif saniyələrdə danışıqlar aparılmışdır. Digər əməliyyatçı Şahid1 məxsus olan və istifadəsində olduğu ********* mobil nömrədən 19:08:40-dan 19:35:09-dək 20 dəfədən çox digər mobil nömrələrə zənglər edilmiş və müxtəlif saniyələrdə danışılmışdır. Polis əməkdaşlarının əməliyyat tədbirinə təhlükəsizlik baxımından mobil telefonsuz getmələrinin mümkünlüyü qəbul edilən olsa da, şahidlər Şahid2 və Şahid1 məxsus olan və istifadələrində olmuş mobil nömrələr üzrə yuxarıda qeyd olunan sayda və müddətlərdə aktiv telefon danışıqlarının aparılması, habelə olduqları yerin ittihamda göstərilən yerdən (Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 65 saylı ünvan) xeyli kənarda olması onların Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:30-da Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 65 saylı ünvanda yerləşən binanın yaxınlığında saxladıqları barədə bildirdiklərinin inandırıcılığını heçə endirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 04 aprel 2022-ci ildə saat 1930-da Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 65 saylı ünvanda yerləşən binanın yaxınlığında saxlanılıb Binəqədi RPİ-in 5-ci PB-yə gətirildiyi göstərilsə də, Təqsirləndirilən şəxs tamamilə ayrı ünvanda və vaxtda, naməlum şəxslər tərəfindən - Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsində saxlanılması, həm də bu zaman onun üzərinə heç bir baxış keçirilmədiyi, onun cibindən hər hansı bir əşya çıxarıb onu saxlamış şəxslərə təqdim etmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın əsasını təşkil edən 04 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və ona əlavə edilmiş videoçəkiliş (istintaq hərəkətinin) mötəbərliyini şübhə altına alır və həmin sübut Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 1,194 qram narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxışla əlaqədar 5-ci PB-in təhqiqatçısı polis kapitanı X5 tərəfindən tərtib edilmiş 04 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol mötəbər sübut kimi qəbul edilə bilmədiyindən, eləcə də cinayət işinin materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılması və hazırkı cinayətin predmeti olan narkotik vasitənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan cəmi 1,194 qram heroinin qanunsuz əldə edilməsinə və saxlanılmasına aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dərhal ləğv edilməlidir. Bəraət aldığına görə məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutulmamalıdır. İş üzrə mülki iddia yoxdur. 07 aprel 2022-ci il tarixli 1674 saylı “Ambulator X3” rəyində göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, bəraət aldığına görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Gələcəkdə ehtiyac yaranarsa həmin məsələ “Şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə işlər üzrə icraat” qaydalarını tənzimləyəm Mülki Prosesual Məcəllənin 40-cı fəslinə uyğun həll edilə bilər. İş materiallarından görünür ki, ekspertiza tədqiqatında tədqiq edilmiş 1,194 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,094 qram hissəsi maddi sübut hesab edilərək Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və buna görə də, maddi sübut kimi saxlanılan 1,094 qram heroin qalığı həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və bəraət hökmü çıxarmış məhkəmə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 1,194 qram heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış həmin narkotik vasitənin qalığı olan 1,094 qram heroin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-31/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-31/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver