Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-310/2025 30.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1997-ci il tarixdə Ağdam rayonu, Dadaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Xındırıstan ərazi dairəsinin Dadaşlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs bankdan kredit götürmək üçün bankın əməkdaşları ilə danışıq apardığını, kredit götürmək üçün ilk əvvəl banka olan borcunu bağladıqdan sonra ona bank tərəfindən yeni kredit xəttinin açılacağını, daha sonra bankdan onlayn qaydada götürəcəyi 30.000 manat pul vəsaiti ilə anası Şahid3 Zərərçəkmiş şəxs 2020-ci ilin noyabr ayında götürdüyü məişət və digər malların pulunu ödəyəcəyinə və borcu tamamilə bağlayacağına inandıraraq buna dair yalan vədlər verərək bu adla Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində yerləşən ödəmə terminalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə 5522********9660 nömrəli bank kart hesabına köçürdüyü 700 manat, eyni ünvandan və eyni üsulla xx.xx.2024-cü il tarixdə köçürdüyü 350 manat, eyni ünvandan və eyni üsulla xx.xx.2024-cü il tarixdə köçürdüyü 750 manat pulu, eləcə də xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 1 May küçəsində yaşadığı evdə Zərərçəkmiş şəxs təqdim etdiyi 2.200 manat, 2024-cü ilin iyul ayının axırlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 1 May küçəsində yaşadığı evdə Zərərçəkmiş şəxs təqdim etdiyi 1.000 manat, 2024-cü ilin iyul ayının axırlarında Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində yerləşən ödəmə terminalı vasitəsilə 5522********9660 nömrəli bank kart hesabına köçürdüyü 1.500 manat pul vəsaitini ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 6.500 (altı min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, qonşuluqda yaşayan, adını Cəmilə kimi bildiyi Zərərçəkmiş şəxs aldadaraq, onun 6.500 (altı min beş yüz) manatını ələ keçirmişdir. Anası Şahid3 Zərərçəkmiş şəxs borcu olmuşdur. O, kredit götürərək anasının borcunu bağlayacağını deyərək, Zərərçəkmiş şəxs pul almışdır. Aldığı pulun 2.100 (iki min yüz) manatını yeznəsinə vermiş, o da əvəzində ona idarə etməsi üçün avtomobil verərək bildirmişdir ki, hər ay həmin avtomobilə görə 200-300 manat pul ödəməlidir. Avtomobili yeznəsindən qəbul edib, idarə etmişdir. Sürücülük hüququ olmadığından, DYPŞ əməkdaşları tərəfindən saxlanılmış və avtomobil cərimə meydançasına qoyulmuşdur. Yeznəsi gələrək, avtomobili cərimə meydançasından götürmüş, verdiyi pulu isə ona qaytarmamışdır. Beləliklə, Zərərçəkmiş şəxs aldığı pulun 2.100 (iki min yüz) manatını avtomobilə görə yeznəsinə vermiş, qalan pulu isə öz ehtiyaclarına xərcləmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Təqsirləndirilən şəxs ilkin ifadəsində aldığı pulun bir hissəsini yeznəsinə verməsi, yeznəsinin isə pulun əvəzində ona avtomobil verməsi ilə bağlı dediklərinin yalan olduğunu, Zərərçəkmiş şəxs aldığı pulları bütövlükdə öz şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzr istədiyini, aldığı pulu qaytaracağını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10-15 ildir ki, Türkiyə, İran və Rusiyadan məişət əşyaları gətirib satmaqla məşğuldur. Adı Səlbinaz olsa da, hamı onu Cəmilə kimi tanıyır. Təqsirləndirilən şəxsin anası Şahid3 17-18 ildir ki, qonşuluqda yaşayan şəxs kimi tanıyır və yaxın münasibətləri olmuşdur. 2020-ci ilin noyabr ayında Arzu onun yaşadığı evə gələrək ondan ümumi dəyəri 28.500 manat təşkil edən məişət əşyalarını satmaq üçün götürmüş və hər ay 1.500 manat ödəməklə borcunu bağlayacağını demişdir. Lakin, bir müddət sonra Arzu ondan götürdüyü əşyaların dəyərini ödəməkdən yayınmışdır. Hazırda Arzunun ona 23.000 manat borcu qalmışdır. O, hər dəfə Arzunun yaşadığı evə gedib pulunu istəsə də, Arzu bu gün-sabah deyərək onu aldatmağı başlamışdır. 2024-cü ilin iyul ayının əvvələrində o, Arzunun yaşadığı evə gedib pulunu istədikdə sonuncunun oğlu Təqsirləndirilən şəxs ona demişdir ki, “mamam səni aldadır, onun sənə ödəməyə pulu yoxdur, mən anamın borcunu ödəmək istəyirəm, ancaq Beynəlxalq Banka borcum olduğundan kredit götürə bilmirəm, bankla danışmışam, əgər borcumu ödəsəm mənə əlavə 30.000 manat onlayn kredit ayrılacaq, bundan sonra bankdan götürəcəyim 30.000 manat kreditlə sənin pulunu da verə bilərəm”. Elmin onu inandırmışdır ki, əgər ona borcunu ödəmək üçün 2.000 manat pul verərsə, sonuncu borcunu bağlayıb bankdan götürəcəyi 30.000 manat pulla anasının 23.000 manat borcunu bağlayacaqdır. Bu variant onun üçün əlverişli olduğundan, o, xx.xx.2024-cü il tarixdə Elminin kart hesabına 700 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, xx.xx.2024-cü il tarixdə 750 manat pulu yaşadığı evin yaxınlığındakı ödəmə terminalı ilə köçürmüşdür. Daha sonra Elmin ona demişdir ki, guya “Kapital Bank”a 2.500 manat da borcu qalmışdır, həmin məbləği də ödəmək lazımdır. O, məcbur qalaraq Elminə 2.200 manat da vermişdir. Daha sonra Elmin ona demişdir ki, artıq banka olan borcu bağlanıb, əgər kartında 2.500-3.000 manat olarsa Beynəlxalq Bank ona 30.000 manat kredit verəcəkdir. O, baldızı qızı Şahid1 borc alaraq Elminə əlavə olaraq 2.500 manat pul vermişdir. Beləliklə, o, Elminə ümumilikdə 6.500 (altı min beş yüz) manat pul vermişdir. Sonuncu dəfə Elmin ona zəng edərək, əlavə olaraq 1.500 manat pul verməsini istəmiş, həmin pulu verməyəcəyi təqdirdə nə anasının borcunu, nədə ki özünün aldığı pulları qaytarmayacağını bildirmişdir. O, məcbur qalaraq Beynəlxalq Bankın müvafiq filialına getmiş, orada filialın müdiri onu qəbul edərək, polisə müraciət etməsini tövsiyə etmişdir. Bundan sonra o, pulunu istəməyə getdikdə Elmin onu və yanında olan baldızı qızı Səmayəni döymüş və buna görə də 1 ay müddətinə inzibati həbs edilmişdir. Elmin yalandan vədlər verib onu anasının borcunu ödəyəcəyinə inandırmış, onu aldadaraq və etibarından sui-istifadə edərək pulunu ələ keçirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət əməli nəticəsində ona vurulmuş 6.500 (altı min beş yüz) manat məbləğində maddi ziyanın və ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumunun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Sonda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, mülki iddiasının təmin olunmasını və Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısının həyat yoldaşıdır, hamı sonuncunu Cəmilə kimi çağırır. O, Cəmilənin verdiyi pulları geri almaq üçün onunla birlikdə Elminin yaşadığı evə getmişdir. Həmin vaxt Elmin evdə tək olmuşdur. Elmin onları görəndə həyəcanlanmışdır. Onun hərəkətlərindən görünürdü ki, o, qaçmaq istəyir. Cəmilə xanım Elminin qarşısına keçdikdə, Elmin Cəmilə xanımı itələyərək vurmuşdur. O, Elminin Cəmilədən pul almasının şahidi olmuş, hətta bu məsələ ilə bağlı Elminlə danışıq aparmış, bundan sonra başa düşmüşdür ki, Elmin dayısının həyat yoldaşı Zərərçəkmiş şəxs aldatmışdır. Lakin, bu zaman artıq gec olmuşdur. Çünki, o vaxtadək Elmin pulları almışdı. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. Onun Təqsirləndirilən şəxs avtomobil alması, bunun üçün Elminin ona pul verməsi ilə bağlı Elminin dedikləri həqiqəti əks etdirmir. Elminin sürücülük vəsiqəsi belə yoxdur. O, bir neçə dəfə yaşadıqları məhlə daxilində özü yanında olmaq şərti ilə Elminə avtomobilini idarə etməyə icazə vermişdir. 2024-cü ilin iyul-avqust ayında Elmin yaşadığı evin qarşısında mobil tətbiqlə onun kart hesabına 2.000 (iki min) manat pul köçürmüş, o isə həmin məbləğin qarşılığında eyni məbləğdə pul vəsaitini nağd qaydada ona vermişdir. O, əvvəllər bir neçə dəfə Elminə maddi köməklik göstərmişdir. Hazırki halda da Elmin onun adını ona görə vermişdir ki, bəlkə o, Elminin vurduğu ziyanı ödəyə bilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs borcu olmuşdur. Onda olan məlumata görə oğlu Təqsirləndirilən şəxs bankdan kredit götürüb onun borcunu bağlamaq məqsədi ilə Zərərçəkmiş şəxs pul almışdır. Onun bu hadisədən xəbəri belə olmuşdur ki, Cəmilə (Səlbinaz) ona demişdir ki, oğlu Elminə bankdan kredit götürmək üçün pul vermişdir. O, isə Cəmiləyə qorxduğunu və nahaq yerə Elminə pul verməsini demişdir. Onun eşitdiyinə və Elminin dediyinə görə Elmin Cəmilədən 6.500 (altı min beş yüz) manat almışdır. O, Elmindən 6.500 manatı nə üçün almasını soruşsa da, Elmin bu barədə ona heç nə deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 1-3); • “Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 1667-ş-24 nömrəli material üzrə Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd yaddaş kartı götürülmüşdür (i.v. 26-27); • “Cinayət işini icraat qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmişdir (i.v. 45); • “yaddaş kartına baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yaddaş kartında Təqsirləndirilən şəxs aid səs yazıları aşağıdakı kimidir: • AUD-20240816-WA0025 – Bəs sən özün eləyirsən də, mən deyirəm götürüb pulları gəlirəm ora, Araz market. Harda lazımdı çıxaraq da pulumuzu. O 1250 manatnan nə fikirləşirsən ki, mən qaçaram nəbilim nə. 6500 manata kimi pul vermisən narahat olma. Yoluna qoy yaxşı olacaq hər şey arxayın ol. • AUD-20240816-WA0050 – Cəmilə xala mən səninlə nə qədər danışıram, sən mənlə də başqa cür danışırsan. Başa düşürəm ora gəlməliyəm, mən işimi burda həll eləmişəm hazır. Narahat olma, sən mənə 6500 manata qədər pul vermisən. Səni həyata boyu mən səni problemdə qoymaram. • AUD-20240816-WA0051 – Cəmilə xala, artıq əksik söz söhbət olmasın da pulu vurursan vur, vurmursansa nə mamamın borcunu görəsən nə də mənə verdiyin pulu. Pulların hamısıda batacaq. Bank indi məşğuldu götürürəm pulu. Yoluna qoydun qoydun, qoymadın getdin. • AUD-20240816-WA0052 – Cəmilə xala, deməli neynirsən. Onu tez vurursuz, üstündən bir 20 dəqiqə, 25 dəqiqə, yarım saata qədər çıxıb gəlirəm mən də. Gəlim elə ordan gedərik, gələrsən Araz marketin yanına orda çıxardarıq pulu. Burda işimi tez-bazar həll eləməliyəm. Tez-bazar yoluna qoyaram. Birdəki zəng eləmə onlayınlayam burda məşğulam. Telefonda tez bazar yoluna qoyaram işimizi həll edək. 15 dəqiqəyə qədər, yarım saata qədər çox da elə vaxt getməyəcək. • AUD-20240816-WA0053 – Xahiş edirəm Cəmilə xala, tez edin yubanmayın. Bu axırınca günümdü. Bu gün yoluna qoymalıyıq bunu. • AUD-20240816-WA0054 – Onlayından qız zəng elədi, 25-26 minə yaxın pul düşdü mənə, yəni ondan artıq verilmir. Bircədənə bu 1250 manatı karta vurağın mən pulları orda hesaba vurulsun karta, gəlim ordan sizə çıxardaq götürək. • AUD-20240816-WA0108 – Axşamın xeyir, Cəmilə xala. Mən sənə deməmişəm mənin mamamı narahat eləmə? Onun o qədər, 15 min borcunu bağlayıram. • AUD-20240915-WA0000 – Bu mamamın da məsələsini yoluna qoyaq, canı qurtarsın yazığın. O gün bir dənə də tanış adam var, onunla da danışacam. Xolodelnik götürərik inşallah. 2000 minə. Ayda da nə olacaq özüm ödəyəcəm. • AUD-20240915-WA0002 – Mən heç vaxt onun borcunu vermirəm. Cəmilə xalanın xətrinə görə yəni. Baxırdım o vaxt çox əziyyət çəkirdi, gəlirdi-gedirdi. Bağlayıram elə hər ikisinin canı sağolsun, qurtarsın. • AUD-20240915-WA0003 – Salam Vaqif əmi. Hardasa mənim 1 həftə gecikməm olduğuna görə borcum təmiz sıfırlanmalıdır. Sıfırlanandan sonra onlaynla da pul mənim kartıma köçürüləcək, belə gedib oradan da götürə bilərəm. Yəni mən Cəmilə xalaya da sözümü dedim də, dedim mən mamanın borcunu bağlayıram. Sən mamama heç nə demə. • AUD-20240915-WA0008 – Hə, heç nə. Nə qədər tapsan elə gətirərsən onu ödəyərəm tezdən, çıxıb gedərəm işə. Axşam da gələndə nə taparıq elə onu ödəyərik. Birisi gün tezdən inşallah ki pulumuzu götürərik. • AUD-20240915-WA0009 – Salam Cəmilə xala. Bankdan mesaj da gəldi. • AUD-20240915-WA0012 – Axşamın xeyir Cəmilə xala. Bəs mən səndən xahiş elədim ki, mamamı narahat eləmə. Çalışıram onun borcunu bağlayım, sən ona heç nə deməyəsən. • AUD-20240915-WA0015 – Mən indi sənnən düz söhbət eləyirəm ki, qoy şey olmasın. Mənə nə cavab deyirlər sənə deyirəm. Yəni burda aldatmaq söhbəti getmir. Mənə nə cavab gəlir sənə deyirəm. Beşinci gün də nə olacaq olmayacaq tam iş düzələcək. Mən də üstünə düşürəm, bunun borcunu bağlayaq söz söhbət olmasın. • AUD-20240915-WA0016 – Otuz min manat zarafat deyil ay Cəmilə xala. Sən 750 manata qol çəkirsən, mən 30 minə. Gəlib məni əlli ayaqlı apararlar burdan. • AUD-20240915-WA0018 – Cəmilə xala, ora məsləhət görmürəm getməyi. Yəni gedərik alınmaz. Onlayndan məlumat verilib ki, onlayndan götürməlisiz. Yəqin bir cavab gələcək narahat olmayın, səbirli olaq gözləyək. Mənim də ürəyim partlayın burda. • AUD-20240915-WA0019 – Ayın axırına qədər yaxşı olacaq. Ayın axırı pulumuzu götürəcəm. Birdənə yoluna qoy hər şeyi. • AUD-20240915-WA0020 – Cəmilə xala, ayın elə bil ki, 1-nə qaldı. Məlumat gəldi, dedi ayın 1-nə qədər gözləməli olacaqsız. İnşallah yəni gözləyək səbrnən yaxşı olacaq. Elə mən bilirdim belə olacaq. • AUD-20240915-WA0022 – Axşamın xeyir, yenə də Cəmilə xala. Üzrlü say, yəni inciklik olmasın ona heç nə demə, Allaha şükür borcunu bağlayıram pulu götürüb, dincəlsin rahat. Yoluna qoya bilibsənsə (i.v. 101-102); • xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli "xxxx" QSC-nin qəbzlərinin surətindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən həmin tarixlərdə Təqsirləndirilən şəxs (EL*** JA*****) adına olan 5***********9660 nömrəli kart hesab nömrəsinə 700 manat, 350 manat və 750 manat pul köçürülmüşdür (i.v.36); • Təqsirləndirilən şəxs imzası ilə təsdiq etdiyi xx.xx.2024-cü il tarixli əlyazmanın surətindən görünür ki, o, ABB (Azərbaycan Beynəlxalq Bankındakı) bankındakı borcunu bağlamaq və bankdan hesabına köçəcək 27.500 manat pul ilə anasının borcunu qaytarmaq üçün Zərərçəkmiş şəxs 6.500 manat pul aldığını bildirmişdir (i.v. 35); • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)- 5272/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döydüyünə görə 1 ay müddətinə inzibati həbs edilmişdir (i.v. 71-73); • “Sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 6500 manat pul almasına dair etiraf səs yazısı köçürülmüş 01 ədəd “ADATA UV100-2GB” adlı yaddaş kartı və öz xətti ilə imzalanmış əlyazmanın surəti, eləcə də sonuncunun hesab nömrəsinə ödəmə terminalları vasitəsilə ödənilmiş 03 ədəd qəbzin surətləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır (i.v. 117-128); • “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şahid3 Zərərçəkmiş şəxs məişət və digər əşyaları satıb sonradan ödəyəcəyini vəd edərək əmlakını ələ keçirməsi üzrə əlavə istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından, ********* nömrəli cinayət işindən sonuncu barəsində CM-nin 178.2.4-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işinin materialları ayrılmışdır (i.v. 130-131); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Cəfərov X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. ( i.v. 65-66). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə, həmin Məcəllənin 178.2.4-cü maddəsi isə eyni əməllərin xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir (8-ci bənd); dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun (30-cu bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, 18.4.4-cü maddəsinə əsasən isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs daha əvvəl azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan və hazırki cinayət əməlini cəzasını çəkib qurtardığı gündən bir il keçdikdən, yəni məhkumluğu ödənildikdən sonra törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə iclas zalından həbs edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs 6.500 manat almasına dair etiraf səs yazısı köçürülmüş 01 ədəd “ADATA UV100/2GB” adlı yaddaş kartı və öz xətti ilə imzalanmış əlyazmanın surəti, o cümlədən Təqsirləndirilən şəxs hesab nömrəsinə ödəmə terminalları vasitəsilə ödənilmiş 03 ədəd qəbzin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, onun mülki iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında mülki cavabdeh – təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs 6.500 manat maddi ziyan vurulduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 6.500 (altı min beş yüz manat) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 (səksən beş) manat olmaqla, ümumilikdə 6.585 (altı min beş yüz səksən) məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 35 saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat ödənilməlidir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə nəzərə alaraq və və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs 6.500 manat almasına dair etiraf səs yazısı köçürülmüş 01 ədəd “ADATA UV100/2GB” adlı yaddaş kartı və öz xətti ilə imzalanmış əlyazmanın surəti, o cümlədən Təqsirləndirilən şəxs hesab nömrəsinə ödəmə terminalları vasitəsilə ödənilmiş 03 ədəd qəbzin surətləri cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin, vurulmuş maddi ziyana görə 6.500 (altı min beş yüz manat) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 (səksən beş) manat olmaqla, ümumilikdə 6.585 (altı min beş yüz səksən) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 210 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-310/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-310/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver