Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-311/2022 13.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X16, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X8 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs, xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, «SOCAR» nəqliyyat departamentində sürücü vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə saat 07:00 radələrində AC 018302 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, SOCAR nəqliyyat idarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinə məxsus olan 2012-ci il buraxılışlı pikap tipli «Cevrolet Colorado» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi, «Mərkəz» adlanan yerdən üzü Xırdalan şəhəri istiqamətində təxminən 30 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini kobud surətdə pozaraq hərəkət üçün təhlükə yarandığını gördüyü halda nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyadanı görərək idarə etdiyi avtomobilin sürətini azaltmaqla, lazım gəldikdə tormozlama əməliyyatı aparmaqla, həmin piyadanın keçib getməsinə şərait yaratmalı olduğu halda hərəkətin təhlükəsizliyini təmin etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da, heç bir tədbir görməyərək və ehtiyatsızlıqdan avtomobilin qabaq sağ tərəfi ilə yolun hərəkət hissəsinin sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada X3 vuraraq sonuncuya alın sümüyünün ön kəllə çuxuruna keçən xətti sınığı, sağ tikişin aralanması və baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşayət olunan başın sol təpə-gicgah nahiyəsinin əzilmiş yarası və qançırı, sağ göz qapaqları və gözaltı nahiyənin, sağ dirsək oynağı nahiyəsinin, sağ bazu nahiyəsinin qançırları, sol bazu nahiyəsinin səthi əzilmiş yarası ilə, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 xx.xx.2022-ci il tarixdə saat 17:25-də “X18” PHŞ-də ölümünə səbəb olan yol hərəkəti qaydaları pozuntusunu törətmişdir. Bununla da SOCAR Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinə məxsus olan pikap tipli «Chevrolet Colorado» markalı **-PR-*** » dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edən sürücü Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, SOCAR Nəqliyyat İdarəsinin 1 saylı Nəqliyyat Texnoloji Departamentinə məxsus olan texniki cəhətdən saz vəziyyətdə olan, 2012-ci il buraxılışlı pikap tipli «Chevrolet Colorado» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini AC 018302 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında idarə edir, SOCAR Nəqliyyat İdarəsinin 1 saylı Nəqliyat Texnoloji Departamentinin rəsmi işçisi olduğu üçün həmin şirkətdən əmək haqqı alır. 12 yanvar 2022-ci il tarixdə saat 06 radələrində yaşadığı ünvandan çıxıb idarə etdiyi Chevrolet markalı avtomobili Babək prospekti yaxınlığında, S.Rəhimov 7 ünvanında yerləşən SOCAR Neft Şirkətinin nəzdində olan 1 saylı Nəqliyyat Departamentinin qarajından işə getmək məqsədi ilə götürmüş, hərəkət istiqaməti Babək prospektindən gəlib Balaxanı yolundan keçib Binəqədi rayon ərazisindən Xırdalan şəhəri istiqamətinə çıxmaq olmuş, həmin gün saat 07 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində Mərkəz deyilən yerdən düzünə istiqamətdə, yəni Xırdalan şəhəri istiqamətində hərəkətdə olmuş, idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolun sağ hərəkət hissəsində dayanacaqda marşrut avtobus dayanmış, həmin vaxt avtobusun qarşısından adi yerişlə yolu sağdan sola keçmək istəyən piyada- orta yaşlı kişi idarə etdiyi avtomobilin qarşısına çıxmış, həmin vaxt avtomobili 30 km./saat sürətlə idarə etmiş və həmin piyadanı təxminən 2 (iki) metr məsafədən görmüş, idarə etdiyi avtomobilin əyləcini bassa da, piyadanı avtomobilin qabaq sağ hissəsi ilə, yolun səki hisəsindən yolun orta hissəsinə 2,5 metr məsafədə vurmuş, dəymiş zərbə nəticəsində piyada yerə yıxılmış, o, dərhal avtomobildən yerə düşüb idarə etdiyi avtomobillə vurduğu piyadanı avtomobilə mindirib Binəqədi rayonu X20 stansiyasına aparmış, orada hadisəni olduğu kimi bildirib, piyadanı idarə etdiyi avtomobillə Mərkəz Binəqədi ərazisində vurduğunu demiş, oradan xəsarət alan piyadanı X20 stansiyasının maşını ilə «X17» aparmışdır. O onlarla birlikdə getmiş, idarə etdiyi avtomobillə vurduğu piyadanın Bakı şəhər sakini X7 olduğunu xəstəxanada olan zaman bilmiş, xəstəxanada olan zaman Hüsaməddini müayinə etdikdən sonra reanimasiya şöbəsinə yerləşdirmişlər. O, törətədiyi yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış X2 xx.xx.2022-ci il tarixdə xəstəxanada öldüyünü bilmişdir. O, yol-nəqliyyat hadisəsini törətdiyi zaman saata baxmadığını və ifadə verərkən hadisənin saat 08 radələrində baş verdiyini səhvən bildirdiyini, əslində həmin yol-nəqliyyat hadisəsini xx.xx.2022-ci il tarixdə saat 07 radələrində törətdiyini bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən X9 bildirmişdir ki, 12 yanvar 2022-ci il tarixdə saat 08:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Mərkəzi Kliniki xəstəxanaya yerləşdirilmiş və aldığı xəsarətlərdən xx.xx.2022-ci il tarixdə xəstəxanada vəfat etmiş X7 onun atasıdır. X5 birlikdə yaşamış, Bakı şəhəri, Binəqədi rayon ərazisində yerləşən avtomobillərin dayanacağında gözətçi işləmişdir. 12 yanvar 2022-ci il tarixdə saat 09 radələrində həyat yoldaşı Rüfətin mobil telefonuna zəng gəlmiş, onun qaynX13 yol nəqliyyat hadisəsi nəticəsində bədən xəsarəti aldığı və Mərkəzi Kliniki xəstəxanasına yerləşdirildiyi bildirilmiş, ona görə də həyat yoldaşı Rüfətlə birlikdə həmin xəstəxanaya getmişlər. Xəstəxanada olan zaman atasının yolnəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması aldığını, bu səbəbdən də xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini bilmiş, xəstəxanada olarkən atasının yolu keçmək istəyərkən vuran avtomobilin sürücüsünün xəstəxanada olduğunu, atasına dava-dərman alaraq yardım etdiyini, həmin sürücünün sonradan adı onlara məlum olan Təqsirləndirilən şəxs olduğunu bilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi «Cevrolet Colorado» markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Mərkəz küçəsindən üzü Xırdalan istiqamətində hərəkətdə olan zaman yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən atasının avtomobilin sağ hissəsi ilə vurduğunu, hadisədən sonra atasını xəstəxanaya çatdırdığını Arzumanın özünün ona dediyini bildirmişdir.X10 17 yanvar 2022-ci il tarixdə xəstəxanada aldığı xəsarətlər nəticəsində öldüyünü bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X9 bildirmişdir ki, o təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, buna görə də, təqsirləndirilən şəxsdən şikayətçi deyildir, bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında ifadə verən Şahid1 bildirmişdir ki, 12 yanvar 2022-ci il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Mərkəz küçəsindən üzü Xırdalan istiqamətində hərəkətdə olan avtomobilin sürücüsünün törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş X7 onun qaynatasıdır. Qaynatası onlarla birlikdə yaşamış, Bakı şəhəri, Binəqədi rayon ərazisində yerləşən avtomobillərin dayanacağında gözətçi işləmişdir. 12 yanvar 2022-ci il tarixdə saat 09 radələrində evdə olan zaman onun mobil telefonuna zəng gəlmiş, X6 yol nəqliyyat hadisəsi nəticəsində bədən xəsarəti aldığı, Mərkəzi Kliniki xəstəxanasına yerləşdirildiyi bildirilmiş, ona görə də həyat yoldaşı Məhəbbətlə birlikdə həmin xəstəxanaya getmişlər. Xəstəxanada olan zaman qaynatasının baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması aldığını, həmin səbəbdən də xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini bilmişdir. Xəstəxanada olarkən qaynatasını vuran avtomobilin sürücüsünün xəstəxanada olduğunu, qaynatasına dava-dərman alaraq yardım etdiyini bilmişdir. Həmin sürücü sonradan adı onlara məlum olan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Cevrolet Colorado» markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Mərkəz küçəsindən üzü Xırdalan istiqamətində hərəkətdə olan zaman yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən qaynatası Hüsaməddini avtomobilin sağ hissəsi ilə vurduğunu və hadisədən sonra qaynatasını xəstəxanaya çatdırdığını Arzuman özü ona bildirmişdir. X6 17 yanvar 2022-ci il tarixdə xəstəxanada aldığı xəsarətlər nəticəsində öldüyünü bildirmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, SOCAR Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentində qaraj rəisi vəzifəsində işləyir.İşlədiyi departamentdə olan avtomobillər hər gün işə buraxıldıqda texni cəhətdən saz olub-olmaması və sürücünün içkili olubolmaması yoxlanılır. Təqsirləndirilən şəxs Departamentdə rəsmi olaraq sürücü işləyir və Departamentə məxsus «Cevrolet Colorado» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi ilə BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 12 yanvar 2022-ci il tarixdə saat 07:00 radələrində Arzuman İsmayılov Departamentin qarajına gəlmiş, onun içkili olub-olmaması yoxlanılmış, Arzumanın içkili olmadığı müəyyən edildikdən sonra avtomobilin texniki cəhətdən sazlığı yoxlanılmış, saz vəziyyətdə olduğundan yol vərəqəsi verilmiş, Arzuman idarə etdiyi «Cevrolet Colorado» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salaraq qarajdan çıxıb getmişdir. Həmin gün təxminən saat 09 radələrində Arzuman ona zəng edərək saat 08 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində Mərkəz Binəqədi deyilən yerdə hərəkətdə olan zaman yolu keçmək istəyən bir nəfər piyadanı avtomobilin sağ tərəfi ilə vurduğunu, həmin piyadanın xəsarət aldığını, xəsarət alan piyadanı Mərkəzi Kliniki xəstəxanaya aparıb yerləşdirdiklərini məlumat verərək bildirmiş, ona görə Arzumanın dediyi ünvana getmiş, Departamentə məxsus olan Arzumanın idarə etdiyi «Cevrolet Colorado» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerində olmuş, avtomobilə baxmış, avtomobilin əzilmədiyini və heç bir ziyan dəymədiyini görmüşdür.SOCAR Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinə məxsus Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə heç bir maddi ziyan dəymədiyindən Departamenti zərərçəkmiş kimi tanımamasını xahiş etmişdir. İş materiallarında olan «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 12 yanvar 2022-ci il tarixli 2/1451 nömrəli aktı ilə müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 08 radələrində idarə etdiyi «Chevrolet Colorado» markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olaraq yolu keçmək istəyən piyadanı vurub yolnəqliyyat hadisəsi törədərkən ayıq olmuşdur və onda sərxoşluq əlaməti olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2022ci il tarixli 20137-1222 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək etibarlı olan) AC 018302 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materriallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ji il tarixli 211 №-li rəyindən görünür ki, 1957-ci il təvəllüdlü X2 meyitinin məhkəmə-tibbi müayinəsinə və tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında qərarda göstərilənlər nəzərə alınaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: X1 xx.xx.2022-ci il tarixdə saat 07:30-da 16 saylı TTY briqadası tərəfindən ağır vəziyyətdə “X18” PHŞ-nə gətirilmişdir. Daxil olarkən tənəffüsünün sərt olması, hər iki tərəfdən eyni keçirildiyi qənaətinə gəlinmişdir. A/T 195/110 mm.j.st, nəbzi dəqiqədə 91 vurğudur. Nevrologi statusda huşu soporozdur. Baş beyinin 3D rekonstruksiyalı KT müayinəsi zamanı sağ alın-gicgah-təpə nahiyəsində lövhəvari subdural hematoma və sağ alın nahiyəsində subdural hematoma izlənilir. Hər iki tərəfdə şırımlararası subaraxnoidal qansızma, yarımkürələrarası və tentoriumda qan izlənilir. Orta xətdə sağ tərəfdə 9 mm dislokasiya vardır. xx.xx.2022-ji il taridə xəstənin ümumi vəziyyəti ağır olaraq qalmış, huşu koma İİ tipli pozulmuşdur. Dinamikada başın KT müayinəsi olunmuş, müxtəlif ölçülü qansızma, intraparenximatoz qanamalar, solda alın, təpə, ənsə paylarına yayılan subdural hematoma, orta xəttin sağa dislokasiyası 8,7 mm qeydə alınmışdır. Xəstəyə xx.xx.2022-ci il tarixdə sol alın-gicgah-təpə nahiyəsinin rezeksion dekompression trepanasiyası, subdural hematomanın xaric olunması, sərt qişanın plastikası əməliyyatı icra olunmuşdur. Əməliyyatın sonunda beynin nəzərə çarpan pulsasiyası qeydə alınmışdır. 14-xx.xx.2022-ci il tarixlərdə xəstənin vəziyyəti kritik ağır olaraq qalmış, huşu koma İİİ tipində pozulmuşdur, A/T 97/54 mm.j.st-dur, düşməyə meyillidir. xx.xx.2022-ci il tarixdə saat 17:10-da xəstədə ürək dayanması qeyd olunmuşdur. Aparılan reanimasion tədbirlərə baxmayaraq saat 17:25-də bioloji ölüm qeydə alınmışdır. Ölümə səbəb: Artan beyin ödemi fonunda ürək-qan-damar çatışmamazlığı. Kliniki diaqnoz: Qapalı kəllə beyin travması, baş beynin ağır dərəcədə əzilməsi. Alın sümüyünün sağital sinusa keçən xətti sınığı. Sağital tikişin aralanması. Mərhum H.M.Allahverdiyevin meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir:-Alın sümüyünün ön kəllə çuxuruna keçən xətti sınığı, sağ tikişin aralanması və baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşaiyət olunan başın sol təpə-gicgah nahiyəsinin əzilmiş yarası və qançırı;- sağ göz qapaqları və gözaltı nahiyənin, sağ dirsək oynağı nahiyəsinin, sağ bazu nahiyəsinin qançırları;- sol bazu nahiyəsinin səthi əzilmiş yarası. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X18” PHŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il saat 07:30-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum H.M.Allahverdiyevin meyitində sağ və sol dirsək çuxurlarında, sol mil-bilək oynağında, sağ və sol əlin arxa səthlərində aşkar olunmuş nöqtəşəkilli yaracıqlar həmin nahiyələrdə yerləşən venoz damarlara iynə vurulması nəticəsində əmələ gəlmişdirlər. Mərhum H.M.Allahverdiyevin meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən xx.xx.2022-ci il tarixdə hərəkətdə olan minik avtomaşınının H.M.Allahverdiyevi vurması nəticəsində əmələ gələ bilər. H.M.Allahverdiyevin ölümünə səbəb baş beyinin yumşaq qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar nəticəsində inkişaf edən baş beyinin travmatik ödemi olmuşdur. H.M.Allahverdiyevin ölümü xx.xx.2022-ci il tarixdə saat 17:25-də “X18” PHŞ-də baş vermişdir. İlkin meyit əlamətləri ilə bu müddət uyğun gəlir.Mərhum H.M.Allahverdiyev 12.01-xx.xx.2022-ci il tarixlərdə “X18” PHŞ-də stasionar müalicədə olduğundan onun meyitindən etil spirtinin və narkotik maddələrin təyini üçün qan nümunəsi götürülməmişdir. Tibbi sənəddə mərhum H.M.Allahverdiyevin xəstəxanaya gətirilərkən sərxoş, yaxud ayıq vəziyyətdə olması barədə heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/209 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən «Chevrolet Colorado» markalı ** PR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbayjan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini dinləyib, ekspertiza rəylərini tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli olaraq avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması əməlini törətməsi tam sübuta yetirilmişdir. Buna görə də Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasın, ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini və ailənin yeganə qazanc gətirən şəxs olmasını, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, cinayətin xarakterini, ağırlıq dərəcəsini, hadisə nəticəsində zərərçəkmiş şəxsin ölməsini, habelə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hüquqi varisi arasında barışığın əldə edilməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə, əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə cəzaların təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Buna görə də, təqsirləndirilən şəxsə əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlanılmalıdır. Eyni zamanda, iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X15 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Bundan başqa, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs yol vərəqəsi əsasında idarə etdiyi «Cevrolet Colorado» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi «SOCAR» Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin qaraj rəisi Şahid2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlasın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X15 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs yol vərəqəsi əsasında idarə etdiyi «Cevrolet Colorado» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi «SOCAR» nəqliyyat idarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin qaraj rəisi Şahid2 qaytarılması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-311/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-311/2022
13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver