Məhkəmə qərarları › İş №1(001)-311/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-311/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-311/2023 18.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Cəbrayıl rayonu, Horovlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 10 fevral 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Cəbrayıl rayonu, Horovlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən yarımçıq qalmış “ATS” in binasındakı nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Qaraçuxur qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və içərisində 07 ədəd tramadol həbi olan konvalutu 25 (iyirmi beş) manat müqabilində əldə edib saxlayaraq daşımış, 08 fevral 2023cü il tarixdə, saat 19:20-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan yolu, Söyüdlər məhəlləsində yerləşən avtoservisin qarşısında olanz zaman Binəqədi RPİ-nin 43-cü PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş, orada saat 20:40-da üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd rəngli sellofana bükülmüş təmiz çəkisi 1,992 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 1,186 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,350 qram təşkil edən bir ədəd üzərində «Tramadol 50 mq» göstəriciləri olan blisterdə 7 ədəd ağ-göy rəngli dərman kapsulları aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitə və psixotrop maddə metamfetamindən istifadə edir. Həmin narkotik vasitə və psixotrop maddə metamfetamini müxtəlif ünvanlardan tanımadığı şəxslərdən müxtəlif qiymətə almışdır. Axırıncı dəfə 08 fevral 2023-cü ildə, saat təxminən 11 radələrində Bakı şəhəri, Qaraçuxur qəsəbəsində adını bilmədiyi, üzdən tanıdığıbir nəfərdən 25 (iyirmi beş) manata 1 ədəd el arasında «kakos» deyilən narkotik vasitə olan heroin, 1 ədəd «patı» dediyimiz psixotrop maddə metamfetamin və üzərində «Tramadol 50 mq» yazılmış içində 07 ədəd kapsul olan bir list həb almışdır. Həmin narkotik vasitələri istifadə etmək məqsədi ilə əldə edərək üstündə daşımışdır. Lakin 08 fevral 2023-cü il tarixdə axşam saatlarıda Binəqədi rayonu ərazisində, Binəqədi-Xırdalan yolunda, Söyüdlər məhəlləsində yerləşən avtoservisin qabağında 43-cü PB-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq bölməyə dəvət edilmişdir. Binəqədi RPİ-nin 43-cü PB-də üzərində axtarış keçirilmişdir. Həmin axtarış videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxış zamanı üstündə olan qansuz əşyaların təqdim edilməsi ondan tələb edildiyindən o könüllü olaraq cibində olan və istifadə etmək üçün aldığı 1 ədəd bükümdə olan və «kakos» kimi bilinən heroini, 1 ədəd bükümdə olan «patı» kimi bilinən metamfetamini və içində 07 ədəd kapsul olan və üzərində «Tramadol 50 mq» yazılmış bir list həb polis əməkdaşlarına təqdim etmişdir. Ona verilmiş suallara cavab olaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində göy rəngli cins şalvar olduğunu, üsütündəki «kakos»u, «patı»nı və «Tramadol 50 mq» yazılmış bir listi əynindəkli göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq daşıdığını, istintaq zamanı ona hər hansı fiziki və psixi zorakılıq törədilmədiyinini, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmədən cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin Binəqədi rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan 08 fevral 2023-cü il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupunun yaradıldıldığını, həmin tarixdə də əməliyyat tədbirinin keçirildiyini, əməliyyat tədbiri nəticəsində 08 fevral 2023-cü il tarixdə saat 19:20-də Təqsirləndirilən şəxs Binəqədi rayonu, Binəqədi-Xırdalan yolunda, Söyüdlər məhəlləsində yerləşən avtoservisin qarşısında olan zaman ona narkotik vasitələrin istifadə edilməsində şühəli olduğunu bildirərək Binəqədi RPİ-nin 43-cü PB-ə dəvət etdiklərini, Polis Bölməsində onun üzərinə videoçəkiliş aparılmaqla baxış keçirildiyini, Təqsirləndirilən şəxs üzərində qansusuz əşyaların könüllü olaraq təqdim edilməsi təklif edildikdə o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd rəngli sellofana bükülmüş bükülünü, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü və bir ədəd üzərində «Tramadol 50 mq» göstəriciləri olan blisterdə 7 ədəd ağ-göy rəngli dərman kapsullarını təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon aşkar edilmişdir. Aşakar edilmiş həmin bükülmlər və bir ədəd 7 kapsuldan ibarət bir ədəd list təhqiqatçı tərəfindən axtarış və baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər şahid Binəqədi RPİ-nin 43-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixatrop maddələri əldə edərək daşıması və saxlaması barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs barərəsində xx.xx.2023-cü il tarixdə saat 19:50-dan saat 20:10-dək tutma haqq;nda protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan yolunda, Söyüdlər məhəlləsində yerləşən avtoservisin qarşısında şübhəli şəxs kimi saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd rəngli sellofana bükülmüş təmiz çəkisi 1,992 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 1,186 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,350 qram təşkil edən bir ədəd üzərində «Tramadol 50 mq» göstəriciləri olan blisterdə 7 ədəd ağ-göy rəngli dərman kapsulları aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli, 6/793 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs (imza)” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,992 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 1,186 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd üzərində «Tramadol 50 mq» göstəriciləri olan bilesterdə 7 ədəd ağ-göy rəngli dərman kapsullarının əsas təsiredici maddəsi tramadoldur və həmin kapsulların tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,350 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respubliksının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vaşitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Heroinin təmiz çəkisi-1,992 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq- 1,942 qram. Metamfetaminin təmiz çəkisi- 1,186 qram, tədqiqata sərf edildi- 0,050 qram, qalıq- 1,136 qram. Tramadol kapsullarının ümumi sayı-7 ədəd kapsul, tədqiqata sərf edildi-1 ədəd kapsul, qalıq-6 ədəd kapsul. xx.xx.2023-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qərar sonuncuya xx.xx.2023-cü il tarixdə elan edilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1,992 qram çəkidə narkotik vasitə olan heroin, 1,186 qram çəkidə olan psixotrop maddə metamfetamin və bir ədəd üzərində «Tramadol 50 mq» göstəriciləri olan bilesterdə 7 ədəd ağ-göy rəngli tramadol kapsulları iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,942 qram narkotik vasitə olan heroin, 1,136 qram psixotrop maddə metamfetamin və 6 ədəd (ümumi miqdarı 0,350 qram ) tramadol kapsulları saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, istintaq zamanı Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasında, iş otağında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd rəngli sellofana bükülmüş bükülünün içərisində heroin, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində psixotrop maddə metamfetamin və blisterdə olan 7 ədəd ağgöy rəngli dərmanın tramadol kapsulları olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, 924 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ”Cinayət işini üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 240-cı maddələri ilə cinayət təqibin başlanması rədd edilmiş, onun üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma cinayət məsuliyyəti yaradır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İİ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respubliksının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vaşitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üşün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 1 və 2 saylı siyahılarına əsasən heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 - 2 qram, külli miqdarı 2 qram və ondan yuxarı olan miqdar kimi müəyyən edilmişdir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respubliksının Qanunu ilə, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə və “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı” 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Qeyd edilən qanunlara əsasən Təqsirləndirilən şəxs götürülmüş tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,350 qram təşkil edən bir ədəd üzərində «Tramadol 50 mq» göstəriciləri olan blisterdə 7 ədəd ağ-göy rəngli dərman kapsullarını şəxsi istifadəsi üçün əldə edərək saxladığı və daşıdığından, həmin kapsulları satış məqsədi ilə əldə edilmədiyindən CM-nin 234.1 və 240-cı maddədə nəzərdə tutulmuş cinayət əməllərinin tərkibini yaratmır. ”Cinayət işini üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarla iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 240-cı maddələri ilə cinayət təqibin başlanması rədd edilmişdir. Qeyd edilənlərə görə də şəxsi istifadə üçün əldə edilmiş üzərində «Tramadol 50 mq» göstəriciləri olan blisterdə 7 ədəd ağ-göy rəngli dərman kapsullarına görə şəxsə CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilə bilməz və həmin hissə şəxsə elan edilmiş ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs yalnız təmiz çəkisi 1,992 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 1,186 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək, saxladığı və daşıdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadəsi, şəxsi axtarış protokolu, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni yəni, təmiz çəkisi 1,992 qram olan narkotik vasitə heroini və təmiz çəkisi 1,186 qram olan psixotrop maddə metamfetamini əldə edərək, saxladığı və daşıdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən təmiz çəkisi 1,992 qram olan narkotik vasitə heroini və təmiz çəkisi 1,186 qram olan psixotrop maddə metamfetamini əldə edərək, saxlaması və daşıması onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təmiz çəkisi 1,992 qram olan narkotik vasitə olan heroini və təmiz çəkisi 1,186 qram psixotrop maddə olan metamfetamini əldə edərək, saxladığı və daşıdığı üçün onun əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması və əməlindən peşman olması CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa qanunvericilik qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri hazırlamağa, istehsal etməyə, əldə etmə, saxlama, daşıma və göndərməyə görə cəzanı həmin vasitələrin və maddələrin miqdarına görə fərqləndirmişdir. Belə ki şəxsi isthlak miqdarından artıq miqdara görə CM-nin 234.1-ci maddəsi ilə, külli miqdara görə isə CM- 234.1-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı və daşıdığı heronin miqdarı isə qanunvericiliklə müəyyən edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas olan siyahıda göstərilən miqdarın ən yuxarı həddində olduğundan, heroindən əlavə onun psixiotrop maddə olan metemfitamini də əldə edərək saxlaması və daşıması, habelə cinayət məsuliyyəti yaratmasa da güclü təsir edən maddə olan tramadolu da əldə edərək daşıması onun ictimai təklükəliliyini artıran və şəxsiyyətini səciyələndirən haldır və buna görə də ona CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş daha ciddi cəza daha yuxarı həddə təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 08 fevral 2023-ci il tarixdən 10 fevral 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 18 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Binəqədi RPİ-də saxlanılan-ekspertiza tədqiqatından sonra qalan çəkisi-1,942 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, çəkisi-1,136 qram olan psixotrop maddə metamfetamin və 6 ədəd tramadol kapsulları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ 43-cü PB-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 08 fevral 2023-ci il tarixdən 10 fevral 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 18 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Binəqədi RPİ-də saxlanılan-ekspertiza tədqiqatından sonra qalan çəkisi-1,942 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, çəkisi-1,136 qram olan psixotrop maddə metamfetamin və 6 ədəd tramadol kapsulları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ 43-cü PB-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar