Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-312/2020 12.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi sıra 8, ev 59 ünvanında qeydiyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “Xutor” adlanan yaşayış massivində istintaqa məlum olmayan mənbədən (şəxsdən) 25 (ihirmi beş) manata satış məqsədi olmadan öz istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,246 qram çəkidə narkotik vasitə olan heroini alaraq üstündə saxlamış, həmin narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində “Xutor” yaşayış massivində daşıyan zaman xx.xx.2020-ci il tarixdə saat 20:30 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş, polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üstünə baxış keçirilmiş və baxış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə 0,246 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-cu il tarixdə saat 20:30 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, «Xutor» adlanan yerdə uşaqlıq dostu X6 ilə piyada gəzərkən mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə baxış keçirilməsi məqsədi ilə Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər.43-cü PB-də hüquq və vəziflərim izah edilərək video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olubolmadığı soruşulduqda əynində olan açıq qəhvəyi rəngli gödəkçəsinin sağ cibindən 01 ədəd siqaret qutusu və bir ədəd alışqan, əynində olan rəngli şalvarın sağ arxa cibindən 58 manat pul, həmin şalvavarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuş bundan sonra üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirmişdir. Ondan sonra üzərinə baxış keçirilsə də, başqa heç nə aşkar olunmamışdır.Daha sonra üzərindən çıxan gümüşü rəngli kağız bükümü açmaq təklif olunmuş və həmin gümüşü rəngli kağız bükümü açaraq bükümün içərisində olan açıq qəhvəyi rəngli maddəni göstərib onun narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin gümüşü rəngli kağız bükümündə olan narkotik vasitəni həmin gün həmin gün saat 15 radələrində dostu Surac Orucovla birlikdə atışıb 25 manata «Xutor» adlanan yerdə «Sübhan» adlı şəxsdən hər birinə bir büküm olmaqla narkotik vasitə olan heroin aldıqlarını bildirmişdir. Əməlindən peşimandır, cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-də əməliyyat müvəkkil işləyən Şahid1 ifadəsində göstərmişdir ki, bölməyə Surac və Sənan adlı şəxslərin birlikdə oğurluq etmələri və narkotik vasitələr əldə edib üstlərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şəxslər bölmənin əməkdaşları tərəfindən tutularaq gətirilmiş və Surac barəsində araşdırmanın aparılması bölmənin təhqiqatçısı Fuad Alıyevə, Sənan barəsində araşdırmanın aparlıması bölmənin təhqiqatçısı Sənan Quliyevə tapşırılmışdır. Təqsirləndirilən şəxsün üzərinə baxış keçirilən zaman onunla birlikdə əməliyyat müvəkkili Şahid2 da iştirak etmişdir. İştirak etmiş və baxış keçirilməzdən əvvəl onun şəxsiyyəti müəyyən edilmiş və o, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, M.Rəsulzadə qəsəbəsi, sıra 8, ev 59-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu bildimişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilməzdən əvvəl təklif olunmuşdur ki, üzərində olan əşya və sənədləri könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli gödəkçəsinin sağ iç cibindən 1 ədəd siqaret və 1 ədəd alışqan, əynində olan göy rəngli şalvarın sağ arxa cibindən 58 manat pul, həmin şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükülüsünü çıxarıb masanın üzərinə qoyub, bunlardan başqa ciblərində heç nə olmadığını bildirmiş və baxış zamanı da onun üzərində başqa heç nə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, cibindən çıxarıb masanın üzərində qoyduğu gümüşü kağız bükülüsünü açsın və o həmin bükülünü açıb, onun içərisində olan açıq qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olmasını, həmin gün tanışı Surac Orucovla birlikdə Binəqədi qəsəbəsi, Novxanı bağlarında bir evin həyətindən elektrik naqillərini oğurladıqlarını, həmin elektrik naqillərini satıb, əldə etdikləri 142 manat pulu öz aralarında böldüklərini, hər biri atışaraq hər birinə bir büküm heroin aldıqlarını bildirmişdir. Bundan sonra içəsində narkotik vasitə olan bükülü zərəfə qoyularaq möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra videoçəkiliş nümayiş etdirilmiş və protokol tərtib edilərək ucadan oxunub, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə ondan götürülmüş maddənin narkotik vasitə olub-olmamasını və dəqiq çəkisini müəyyən etmək məqsədilə təhqiqatçı tərəfindən qərarla ekspertiza təyin edilmiş, ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş bir bükümdə təmiz çəkisi 0,246 qram olan heroin narkotik vasitədir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş RPİ-nin 43-cü PB-də əməliyyat müvəkkili Şahid2 ifadəsindən məlum olur ki, o, Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli olan şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2631 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə qablaşdırılmış təmiz çəkisi 0,246 qram olan qəhvəyi rəngi maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 2631 saylı, xx.xx.2020-ci il tarixdə aparılmış tədqiqatının dəyəri 61,0 (altmış bir) manat təşkil etmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Binəqədi rayon prokurorunun qərarından qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmişdir, Təqsirləndirilən şəxs MSY azad olunmasına dair qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başaq yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan məlum olur ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2.,177.2.3.və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində ittiham elan olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə” 4(001)-86/2020 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir və həbsetmənin əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X8 və xx.xx.2019-cu il tarixdə qız övladları doğulmuşdur. İş materiallarında olan DİN-in Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 4 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, xx.xx.2018-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunumuşdur, xx.xx.2018-ci ildə şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan “Maddi sübut kimi tanınması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş kustar üsulla hazırlanmış, çəkisi 0,202 (qalığı 0,196) qram narkotik vasitə olan heroinin maddi sübut hesab edilməsi və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 1153 nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə psixiatrik ekspertiza mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs anlaqlı hesab olunmalıdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi onun və X3 barəsində olan ********* №-li cinayət işinə birləşdirilmiş və onlara Azərbaycan Respublikası CM-nin 177.2.1,.177.2.2.,177.2.3., 177.2.3-2.və 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Lakin istintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs və S.Orucov barəsində AR CM-nin 177.2.1,.177.2.2.,177.2.3., 177.2.3-2.-ci maddələri ilə əlavə sübutlar toplanması məqsədi ilə ********* №-li cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində olan ********* №-li S.Orucov barəsində isə ********* №-li cinayət işi ayrılmışdır. ********* №-li cinayət işindən Təqsirləndirilən şəxs və S.Orucov barəsində ayrılmış ********* №-li cinayət işinin hazırda istintaqı davam etdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxs və şahid ifadələri ilə, DVD diskə keçirilmiş video baxışla və iş üzrə maddi sübutla Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlaması və daşıması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ailəli olmaqla himayəsində iki azyaşlı övladının olmasını, ailəsinin yeganə qazanc mənbəyi olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğ ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs sonuncu məhkumluğu ilə əlaqədar azadlığa çıxmasından iki il keçmədən yenidən qəsdlə cinayət törətdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ona cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə uyğun olaraq residivə görə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə işin halların nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış Binəqədi RPİ-nin saxlancına verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.196 qram çəkidə olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəlli hökm elan olunan gündən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri onun ittiham olunduğu və hazırki cinayət işindən ayrıldığı 20040076 №-li cinayət işi üzrə seçilmişdir. Məhkəmə hesab edir ki, onun hazırki cinayət işi üzrə həbsdə saxlandığı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 61 (altmış bir) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlvə edilmiş DVD diski iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356-357, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını “ciddi” rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək habsdə saxlandığı 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 61 (altmış bir) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin “maddi sübutların saxlanılması otağına” təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,196 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işi materialında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-312/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-312/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver