Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-314/2020 21.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, İmişli rayonu, H. Əliyev prospekti, ev 234 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə usta işlədiyi Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən mənzilin yataq otağında olan dolabdan l ədəd 3500 manat dəyədində qızıl boyunbağını, 1 ədəd 900 manat dəyərində kişi qol saatını, 2 ədəd hər birinin dəyəri 900 manat olmaqla 1800 manat dəyərində sırğaları, 2 ədəd 1200 manat dəyərində qızıl bilərziyi, 1 ədəd 400 manat dəyərində qızıl üzüyü, 2 ədəd 400 manat dəyərində nazik görünüşlü qızıl boyunbağını, 1 ədəd 1000 manat dəyərində qalın görünüşlü qızıl boyunbağını, 1 ədəd 700 manat dəyərində gül formalı qızıl üzüyü və 1 ədəd 300 manat dəyərində klonu ilə birlikdə nazik görünüşlü boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 10200 (on min iki yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 7 ildir ki, tanıyır və onların həmişə normal münasibətləri olmuşdur. Təxminən 2019-cu ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs ona bildirmişdir ki, onun yaşadığı evə gedib həyətdə olan avtomobillərin təmiri ilə məşğul olsun. Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evinin həyətində avtomobilləri təmir etmək üçün onu öz evinə dəvət etmişdir. O, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gedərək avtomobillərə baxmışdır və həmin avtomobillərin təmir işləri ilə məşğul ola biləcəyini bildirmişdir. O, həmin avtomobillərin təmir işləri işə məşğul olan zaman Zərərçəkmiş şəxs ona, nahar yeməyini və iş gördüyü zaman ona hər hansı bir qida məhsullarılazım oldıığu halda evin içərisindən götürə biləcəyini bildirmişdir. O da öznövbəsində həyətdə avtomobilləri təmir etdiyi zaman SamirDəmirova məxsus evə daxil olaraq nahar edib və özünə lazım olan qida məhsullarını götürmüşdür. 2019-cu ilin noyabr ayının son günlərində o, ünvan 2 ünvanda yerləşən evin həyətində avtomobilləri təmir etdiyi zaman, nahar vaxtı evə daxil olmuş və həmin zaman evdən qızıl oğurlamaq qərarına gəlmişdir. O, həmin evdə nahar etdiyi zaman, evin yataq otağına daxil olmuş və yataq otağında olan dolaba baxan zaman dolabda qızıl əşyaları olduğunu görmüşdür. O, ətrafa baxmış və heç kim olmadığını görüb, həmin dolabda olan qızıl əşyalarını götürüb, əynində olan şalvarının cibinə qoymuşdur. Sonra o, oğurladığı qızıl-zinət əşyalarını hissə-hissə olmaqla Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Moskva Univermağı” qızıl alışı mağazasına öz şəxsiyyət vəsiqəsini təqdim etməklə, bir hissəsini isə Moskva Univermağının qarşısında fərdi qaydada qızılalışı ilə məşğul olan tanımadığı şəxsə satmışdır. xx xxx 2020-ci il tarixdə Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları onu saxlayıb, Binəqədi RPİ-in 6-cı polis bölməsinə aparmışlar və sorğu zamanı o, etdiyi oğurluq əməlini etiraf etmişdir. O, həmin qızılları oğurlayan zaman onu heç kim görməmişdir. O, bu oğurluq hadisəsini törətməyi ilə bağlı olaraq heç kimə heç bir məlumat verməmişdir. O, həmin mənzildən 1 ədəd qızıldan olan qadın boyunbağısını, l ədəd qızıldan olan kişi qol saatını, 2 ədəd ayrı-ayrı sırğaları, 2 ədəd qızıl qadın bilərziyini, 2 ədəd qızıl qadın üzüklərini oğurlamışdır. Hadisəni törətdiyi vaxtdan xeyli müddət keçdiyi üçün oğurluq etdiyi günün tarixini dəqiq olaraq xatırlaya bilməmişdir. Əməlindən peşmandır. Vurduğu maddi ziyanı ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onların həmişə normal münasibətləri olmuşdur. Təxminən 2019-cu ilin avqust ayının sonlarında Şahmara bildirmişdir ki, onun yaşadığı evə gedib həyətdə olan avtomobillərin təmiri ilə məşğul olsun. Şahmar yaşadığı ünvan 1 ünvanda yerləşən evinin həyətində avtomobillərin təmir işləri ilə məşğul olmuşdur. O, həmçinin Şahmara avtomobillərin təmir işləri ilə məşğul olan nahar yeməyini yemək üçün evin mətbəxinə daxil olmağa icazə vermişdir. Bir müddət sonra aşkar etmişdir ki, Təqsirləndirilən şəxs ona məxsus ünvan 1 ünvanda yerləşən mənzilin yataq otağında olan dolabdan l ədəd 3500 manat dəyədində qızıl boyunbağını, 1 ədəd 900 manat dəyərində kişi qol saatını, 2 ədəd hər birinin dəyəri 900 manat olmaqla 1800 manat dəyərində sırğaları, 2 ədəd 1200 manat dəyərində qızıl bilərziyi, 1 ədəd 400 manat dəyərində qızıl üzüyü, 2 ədəd 400 manat dəyərində nazik görünüşlü qızıl boyunbağını, 1 ədəd 1000 manat dəyərində qalın görünüşlü qızıl boyunbağını, 1 ədəd 700 manat dəyərində gül formalı qızıl üzüyü və 1 ədəd 300 manat dəyərində klonu ilə birlikdə nazik görünüşlü boyunbağını gizli olaraq oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 10200 (on min iki yüz) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəmədiyi üçün onun ciddi şəkildə cəzalandırılmasını tələb edir. Şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Moskva Univermağında lombard işlədir. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs lombarda gələrək girov müqabilində pul götürmək istədiyini bildirmişdir. Onun təqdim etdiyi qızıllara baxaraq ona 615 manat pul verə biləcəyini bildirmişdir. Razılaşdıqdan sonra şəxsiyyət vəsiqəsi əsasında Şahmara 615 manat pul verib qızılları almışdır. Cinayət işinin materiallarında olan cinayət işi başlanması barədə xx xxx 2020-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir. (cild 1, i.v 1) Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 15:00-da Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v 31) Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir. (cild 1, i.v 52- 53) Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v 66-68) Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. (cild 1, i.v 80) Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu xeyli miqdarda maddi ziyanı ödəməməsi nəzərə alınaraq ona təqsirli bilindiyi CM-in 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Maddi sübut kimi tanınmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Cinayət işinə əlavə edilmiş vəkil Müdafiəçi tərəfindən məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-314/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-314/2020
21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver