Məhkəmə qərarları › İş №1(001)-314/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-314/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-314/2024 06.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nərima- nov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 16, mənzil 20-də yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 1(101)-288/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il 3 (üç) ay müddətinə azad- lıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Ədliyyə Na- zirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə qadağan olunmuş əşyanı üzərində saxlamış, gəzdirmiş, daşımış və istifadə etmişdir. Təqsirləndirilən şəxs cəza çəkdiyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş əşya sayılan – 1 (bir) ədəd dəstəyin əsası taxtadan, tiyəsinin uzunluğu 49,5 mm, maksimal diametri 4,5 mm olan kustar üsulu ilə biz formasında hazırlanmış deşici xassəyə malik aləti və 1 (bir) ədəd dəstəyin əsası taxtadan, uzunluğu 105 mm, qalınlığı 15 mm olan tiyəsi zavod üsulu ilə hazırlanmaqla deşici-kəsici xassəyə malik bıçağı istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və daşımış, 12 yanvar 2024-cü il tarixdə saat 13:00 radələrində müəssisənin əməkdaşları tərəfindən qeydiyyatda olduğu 2 saylı dəstənin yataqxanasında axtarış-baxış tədbirləri keçirilən zaman dolabçasının içərisində olan ona məxsus paltar çantasından həmin əşyalar aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində o, aşkar edilərək götürülmüş bir ədəd bizin və bir ədəd bıçağın özünə məxsus olduğunu, həmin əşyaları aşkar olunmamışdan təxminən bir neçə ay əvvəl, yəni 2023-cü ilin dekabr ayının əvvəllərində qeydiyyatda olduğu yataqxananın qarşısında yerləşən oturacığın yanından sellefon torbaya bükülərək torpağa basdırılmış vəziyyətdə tapdığını, bıcaqdan bir neçə dəfə meyvə-tərəvəz doğrayaraq istifadə etdiyini, bizdən istifadə etmədiyini, həmin əşyalardan başqa heç kimin istifadə etmədiyini və 12 yanvar 2023-cü il tarixdə təxminən saat 13:00 radələrində cəza çəkdiyi müəssisənin əməkdaşları tərəfindən qeydiyyatda olduğu 2 saylı dəstənin yataqxanasında axtarış-baxış tədbirləri keçirilən zaman dolabçasında olan paltar çantasının içərisindən aşkar olunaraq götürüldüyünü göstərmişdir. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadəsini, şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin Əməliyyat Şöbəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs müəssisədə cəza çəkən şəxs kimi tanıdığını, daxil olmuş əməliyyat məlumatına əsasən 12 yanvar 2024-cü il tarixdə saat 13:00 radələrində hal şahidlərinin iştirakı ilə birlikdə məhkum Təqsirləndirilən şəxs qeydiyyatda ol- duğu 2 saylı dəstənin yataqxanasında axtarış-baxış tədbirləri keçirilən zaman dolabçasının içərisində ona məxsus olan paltar çantasından gizlədilmiş vəziyyətdə “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş əşya sayılan – 1 (bir) ədəd dəstəyin əsası taxtadan, tiyəsinin uzunluğu 49,5 mm, maksimal diametri 4,5 mm olan kustar üsulu ilə biz formasında hazırlanmış deşici xassəyə malik alətin və 1 (bir) ədəd dəstəyin əsası taxtadan, uzunluğu 105 mm, qalınlığı 15 mm olan tiyəsi zavod üsulu ilə hazırlanmaqla deşici-kəsici xassəyə malik bıçağın aşkar edilərək götürüldüyünü, qadağan edilmiş əşyaların aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və məhkum Emin Aşımovun iştirakı ilə protokol tərtib edilərək həmin əşyalar qablaşdırılaraq protokola əlavə olunduğunu, protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiqlədiklərini göstərmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin Rəisinin növbətçi köməkçisi Şahid2, Rejim-nəzarət şöbəsinin nəzarətçiləri Şahid3 və Şahid4 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiqləmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin 12 mart 2024-cü il tarixli qərarından görünür ki, cinayət işi Bakı şəhəri Binəqədi rayonunun ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Peniensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyaların aşkar olunaraq götürülməsi faktına görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə başlanılmışdır. İttiham edilməsi üçün əsas verən kifayət qədər sübutlar məcmusu olduğundan 08 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə ittiham elan edilmiş, onun cinayət təqibini həyata keçirən orqandan gizlənmək, ibtidai istintaqın normal gedişinə mane olmaq, çağırışlara üzrlü səbəblər olmadan gəlməmək, digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən boyun qaçırması və Azərbaycan Respublikası CPM-nin 155.1-ci maddəsində nəzərdə tutulmuş digər hərəkətləri etməsi ehtimalı olmadığından Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsində məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə mənfi xarakterizə olunduğu və islah yoluna qədəm qoymadığı göstərilmişdir. Məhkəmə-ballistik ekspertizasının 18 mart 2024-cü il tarixli, “3-16-16/2-3/372” nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd dəstəyin əsası taxtadan, tiyəsinin uzunluğu 49,5 mm, maksimal diametri 4,5 mm olan kustar üsulu ilə “biz” formasında hazırlanmış deşici xassəyə malik alətdir və bir ədəd dəstəyin əsası taxtadan, uzunluğu 105 mm, qalınlığı 15 mm olan tiyəsi zavod üsulu ilə hazırlanmaqla deşici-kəsici xassəyə malik “bıçaq”dır. Tədqiqata təqdim edilmiş bir ədəd “biz” soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş digər bir ədəd “bıçaq” mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X5”na 11-ci əlavədən görünür ki, mobil telefon aparatının məhkumlara saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyadır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 07 mart 2024-cü il tarixli, 3-13-12/2-40549/2024 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 1(101)-288/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxsdir. Cinayət işinə əlavə olunmuş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 12 yanvar 2024-cü il tarixli protokoldan və materiallardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 1(101)-288/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs qeydiyyatda olduğu 2 saylı dəs- tənin yataqxanasında axtarış-baxış tədbirləri keçirilən zaman dolabçasının içərisində olan ona məxsus paltar çantasından gizlədilmiş vəziyyətdə “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş əşya sayılan – bir ədəd dəstəyin əsası taxtadan, tiyəsinin uzunluğu 49,5 mm, maksimal diametri 4,5 mm olan kustar üsulu ilə “biz” formasında hazırlanmış deşici xassəyə malik alət və bir ədəd dəstəyin əsası taxtadan, uzunluğu 105 mm, qalınlığı 15 mm olan tiyəsi zavod üsulu ilə hazırlanmaqla deşici-kəsici xassəyə malik “bıçaq” aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsində göstərilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir və məhz həmin maddənin müddəalarında nəzərdə tutulmuş hallarda məhkumluq ödənilmiş və ya götürülmüş hesab olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmunundan görünür ki, o təqsirli bilindiyi əməli cəzaçəkmə müəssisəsində hazırda cəza çəkməsinin davam etdiyi müddətdə törətmişdir və belə olan halda onun məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4 və 18.4.1-ci maddələrinə görə residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur və bu mənada onun əməlində cinayətin residivi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin xx.xx.2024-cü ill tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş kustar üsulla hazırlanmış biz formasında hazırlanmış 01 ədəd alət və 01 ədəd zavod üsulu ilə hazırlanmış bıçaq maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş, hüquq və vəzifələri elan edilməklə qərarın surəti təqdim edilmişdir. Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı X1 Bölməsindən xx.xx.2024-cü il tarixdə daxil olmuş arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə kimi çəkilməmiş cəzası 04 (dörd) il 06 (altı) ay 10 (on) gündür. Azərbayan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 35 iş saatı müddətində müdafiə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X3 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bununla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 67.3-67.4-cü maddələrinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə cəza təyin edilərkən onun barəsində həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə təyin ediləcək cəzaya əvvəlki hökm üzrə təyin edilmiş 11 (on bir) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 (dörd) il 06 (altı) ay 10 (on) gün hissəsi qismən birləşdirilməklə ona, qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi hazırki əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olsa da, bundan əvvəlki cinayət əməlinə görə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində cəkdiyindən hökmlərin məcmusu qaydasında ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu mənada cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş kustar üsulla hazırlanmış biz formasında hazırlanmış 01 ədəd alət və 01 ədəd zavod üsulu ilə hazırlanmış bıçaq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməlidir. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkməsi ilə əlaqədar törətdiyi hazırki əmələ görə haqqında qətimkan tədbirinini seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 128 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 saylı Qərarına uyğun olaraq təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə 210 manat məbləğində pul köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə məhkum olunduğu 11 (on bir) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 (dörd) il 06 (altı) ay 10 (on) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 04 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş cəzanın əvvəli 06 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş kustar üsulla hazırlanmış biz formasında hazırlanmış 01 ədəd alət və 01 ədəd zavod üsulu ilə hazırlanmış bıçaq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm sözügedən müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar