Məhkəmə qərarları › İş №1(001)-316/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-316/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-316/2024 06.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Masallı rayonu Köçəkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu Köçəkli kəndində qeydiyyatda olan və Abşeron rayonu “Gənclər şəhərciyi” qəsəbəsi ev 48 mənzil 36-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edib özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 10 yanvar 2024-cü il tarixdə saat 03 radələrində, Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi 28 saylı fərdi yaşayış evinin qarşısında saxladığı 04 yanvar 2023-cü il tarixli, ƏN-Vİİİ 690507 nömrəli etibarnamə ilə idarə etdiyi və faktiki mülkiyyətində olan “X9 yük” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısını açmaqla avtomobilin salonuna qanunsuz daxil olub Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 523915******7103 nömrəli “MC BirBank CashBack” növlü bank hesab kartını gizli olaraq özü ilə götürmüş, elektron məlumat daşıyıcı hesab olunan həmin hesab kartından 10 yanvar 2024-cü il tarixdə saat 07:50:11-də Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən “Oba Market” adlı mağazadakı AP200366 nömrəli terminal vasitəsi ilə 6,20 manat, saat 07:50:27-də həmin mağazada yerləşən AP200366 nömrəli terminal vasitəsi ilə 9,30 manat, saat 07:56:09-da Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən “Araz Market” adlı mağazadakı AP005323 nömrəli terminal vasitəsi ilə 13,50 manat, saat 07:56:26-da həmin mağazada yerləşən AP005323 nömrəli terminal vasitəsi ilə 9,00 manat, saat 08:02:56-da Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən “Oba Market” adlı mağazadakı AP001703 nömrəli terminal vasitəsi ilə 22,50 manat, saat 08:03:51-də həmin mağazada yerləşən AP001703 nömrəli terminal vasitəsi ilə 22,50 manat, saat 08:04:58-də həmin mağazada yerləşən AP001703 nömrəli terminal vasitəsi ilə 38,00 manat, saat 08:07:52-də həmin mağazada yerləşən AP001703 nömrəli terminal vasitəsi ilə 34,00 manat, saat 08:12:29-da Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən “Al Market” adlı mağazadakı P1636447 nömrəli terminal vasitəsi ilə 84,00 manat, saat 08:13:18-də həmin mağazada yerləşən P1636447 nömrəli terminal vasitəsi ilə 85,50 manat, saat 08:13:52-də həmin mağazada yerləşən P1636447 nömrəli terminal vasitəsi ilə 42,00 manat, saat 08:20:07-də Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən “Oba Market” adlı mağazadakı AP003961 nömrəli terminal vasitəsi ilə 42,00 manat, saat 08:21:06-da həmin mağazada yerləşən AP003961 nömrəli terminal vasitəsi ilə 17,30 manat, saat 08:21:31-də həmin mağazada yerləşən AP003961 nömrəli terminal vasitəsi ilə 45,00 manat, saat 08:22:09-da həmin mağazada yerləşən AP003961 nömrəli terminal vasitəsi ilə 31,50 manat, saat 08:29:54-də Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən “X11” adlı mağazadakı 71015206 nömrəli terminal vasitəsi ilə 42,00 manat, saat 08:30:15-də həmin mağazada yerləşən 71015206 nömrəli terminal vasitəsi ilə 42,00 manat ödəniş etməklə, ümumilikdə 586,3 manat dəyərində müxtəlif markalı tütün məmulatları alaraq Zərərçəkmiş şəxs 586.3 (beş yüz səksən altı manat otuz qəpik) manat məbləğində maddi ziyan vurmaqla elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edib əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Masallı rayonu Köçəkli kəndində anadan olmuş, Masallı rayonu Köçəkli kəndində qeydiyyatda olmuş və Abşeron rayonu “Gənclər şəhərciyi” ev 48 mənzil 36-da yaşamışdır. O, fərdi əməklə məşğul olmuşdur. 2024-cü ilin yanvar ayının əvvəlində o, maddi sıxıntıdan əziyyət çəkmiş və pul ehtiyacı olmuşdur. Bu səbəbdən o, yaşadığı ərazidən kənar bir əraziyə gedib oğurluq etmək və əldə etdiyi pulla tələbatını qarşılayıb dolanışığını təmin etmək qərarına gəlmişdir. Buna görə o, 09 yanvar 2024-cü il tarixdə axşam saatlarında marşurut avtobusu ilə yaşadığı ərazidən çıxıb Bakı şəhəri “pasyolka kirov” adlanan M.Ə.Rəsulzadə qəsəbəsinə gəlmişdir. O, küçədə gəzərkən saat 03 radələrində “Ford” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu görmüşdür. O, həmin avtomobilə yaxınlaşıb qabaq sol qapısını yoxlamış və açıq vəziyyətdə olduğunu müəyyən etmişdir. Gecə saatları olduğu üçün ətrafda heç kim olmamışdır. O, avtomobilin qapısını açıb salonuna daxil olmuşdur. O, avtomobilin salonunu axtarmışdır. Həmin vaxt o, avtomobilin bardaçokundan bir ədəd ətir və bir ədəd qol saatı tapmış, həmin əşyaları götürmüşdür. Sonra o, avtomobilin salonunu axtaran zaman “günlük” adlanan yerdən bir ədəd "xxxx" kartı tapmışdır. Bundan başqa o, avtomobildən başqa əşya, pul tapmamış və götürməmişdir. Gecə saatlarında o, küçələrdə gəzişmiş və səhər açıldıqdan sonra Binəqədi rayonu “Mərkəz” adlanan əraziyə gedib orada yerləşən “Oba”, “Araz”, “Al market” və “Qız qalası” adlı mağazalardan siqaret alıb pulunu oğurladığı bank kartı vasitəsi ilə post terminalda ödəmişdir. O, ümumilikdə bank kartının balansında olan 586,3 manat pulu sərf etmişdir. Sonra bank kartında pul qurtardığı üçün o, daha həmin kartdan istifadə edə bilməmişdir. O, aldığı siqaretləri Xırdalan şəhərinə aparmışdır. O, siqaretləri Xırdalan şəhərində 120 nömrəli marşurutun sonuncu dayanacağında yerləşən mağazaya 400 manata satmışdır. Kartın balansında pul qalmadığı üçün o, həmin kartı sındırıb xatırlamadığı əraziyə atmışdır. O, qol saatını özündə saxlamışdır. Ətiri isə istifadə etmiş, qurtardıqdan sonra şüşə qabını xatırlamadığı əraziyə atmışdır. O, əldə etdiyi pulu gündəlik tələbatına xərcləmişdir. 12 yanvar 2024-cü il tarixdə o, Abşeron rayon polis idarəsinə çağırılmış və orada polis əməkdaşlarının oğurluq etdiyini müəyyən etdiklərini bilmişdir. Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşları gəlib onu polis bölməsinə gətirmişlər. O, oğurladığı ağ rəngli qol saatını polis əməkdaşlarına təqdim etmişdir.Təqsirləndirilən şəxs həmçinin, ifadəsində göstərmişdir ki, o, oğurluğu tək etmiş, oğurluqda başqa şəxs iştirak etməmiş və hər hansı bir şəxs ona kömək etməmişdir. Törətdiyi əməldən peşman olduğunu və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Füzuli rayonu Qarğabazar kəndində anadan olmuş və ailəsi ilə birlikdə ünvan 3-də yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Ona məxsus “X9” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili olmuşdur. Həmin avtomobil X2 adına qeydiyyatda olsa da, baş etibarnamə əsasında ona məxsus olmuşdur. Həmin avtomobillə meyvə alqı-satqısı ilə məşğul olmuşdur. O, hər gün axşam saatlarında işdən evə gələrkən “X9” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yaşadığı evin yerləşdiyi küçədə dayandırmışdır. 09 yanvar 2024-cü il tarixdə saat 20 radələrində o, işdən çıxaraq idarə etdiyi “X9” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yaşadığı evə getmişdir. O, həmin avtomobili yaşadığı evin yerləşdiyi küçədə, evinin yaxınlığında dayandırmışdır. O, avtomobilinin qabaq sağ qapısını kilidləmiş, lakin, sol qapının kilid yeri xarab olduğu üçün qapını örtsə də, kilidləyə bilməmişdir. Bundan sonra o, yaşadığı evə getmişdir. 10 yanvar 2024-cü il tarixdə saat 08 radələrində o, yuxudan oyanarkən istifadə etdiyi ***-***-**-** nömrəli “Samsung A80” markalı mobil telefonuna "xxxx"dan sms gəlməyə başlamışdır. O, smsləri oxuyan zaman ona məxsus 5239 1517 8604 7103 nömrəli bank kartından müxtəlif məbləğlərdə pulun məxaric olunduğunu görmüşdür. Bundan sonra o, küçədə dayandırdığı “X9” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxmışdır. Həmin vaxt o, avtomobilinin salonunda günlüyə qoyduğu həmin bank kartının yerində olmadığını görmüşdür. O, gecə saatlarında avtomobilinə naməlum şəxsin girib ona məxsus həmin bank kartını oğurladığını, bank kartı ilə alış-veriş etdiyini və kartın balansında olan pulu sərf etdiyini bilmişdir. O, avtomobilinə baxarkən həmçinin, sürətlər qutusunun yanına qoyduğu bir ədəd qol saatının və bir ədəd şüşə qabda ətirinin yerində olmadığını görmüşdür. O, istifadə etdiyi mobil telefonla 102-yə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmiş, fotoşəkillər çəkmişlər. O, bir ədəd ətirinin, bir ədəd qol saatının və bir ədəd bank kartının oğurlanması barədə 4cü polis şöbəsinə ərizə yazmışdır. Polis əməkdaşı onun izahatını almışdır. 11 yanvar 2024-cü il tarixdə o, "xxxx"dan çıxarış almışdır. O, həmin çıxarış əsasında bank kartından məxaric edilmiş müxtəlif məbləğlərdə pulları hesablamış və ümumilikdə kartından 586,3 manat pulun oğurlandığını müəyyən etmişdir. Zərərçəkmiş şəxs həmçinin, ifadəsində göstərmişdir ki, ona məxsus oğurlanmış qol saatı gümüşü rəngli dəmir materialdan ibarət olmuşdur. Saat hissəsi dairəvi formada, içərisi qara rəngli, nasaz olmuşdur. Oğurlanan zaman qol saatının qiyməti 20 manat olmuşdur. Bir ədəd ətir 5 manat dəyərində olmuş, ətir kiçik ölçülü şüşə qabda, təxminən 5 qramlıq olmuş, ətirin yarı hissəsi istifadə edilmişdir. Kapital bank kartı ona bank tərəfindən pulsuz verilmiş, hadisədən əvvəl kartın balansında 700 manat pul olmuşdur. O, həmin 700 manatdan 108,67 manatını istifadə etmişdir. Oğurluq zamanı isə kartın balansında 591,33 manat pul olmuş, həmin pulun da 586,3 manatı məxaric olunmuşdur. Kartın balansında 5,03 manat pul qalmış, həmin pul isə oğurlanmamışdır. Ona məxsus “X9” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobildən göstərdiklərindən başqa hər hansı bir əşya oğurlanmamışdır. xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın ödənilmədiyini,lakin buna baxmayaraq, heç bir iddia və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanılmışdır. 240040038 nömrəli cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə saat 03 radələrində, Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsi 28 saylı ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında dayandırdığı “Ford Connect” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan elektron məlumat daşıyıcı hesab olunan Zərərçəkmiş şəxs məxsus **********047103 nömrəli "xxxx" adlı bank kartını götürüb Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən müxtəlif mağazalardan post terminal aparatı vasitəsilə ödəniş etməklə Zərərçəkmiş şəxs ümumilikdə 586 manat maddi ziyan vurması barədə sonuncunun Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinə ünvanladığı 10 yanvar 2024-cü il tarixli müraciəti əsasında toplanaraq istintaq aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmiş 10 yanvar 2024-cü il tarixli HK-1/49 nömrəli material olmuşdur. 12 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin şərtlərini pozduğuna görə axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 25 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. 25 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaq davam etdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X3 27 mart 2024-cü il tarixli 4(001)-207/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 10 may 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi istintaq zamanı onun etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış keçirilməsi haqqında, könüllü təqdim etmə, əşyaya baxış keçirmə və götürmə haqqında, ifadənin yerində yoxlanılması haqqında protokollar, maddi sübut və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 27 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanın həyət darvazasının qarşı tərəfində yerləşən yolu göstərib 10 yanvar 2024-cü il tarixdə saat 03 radələrində orada dayanmış “X9” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan bir ədəd qol saatı, bir ədəd şüşə qabda ətir və bir ədəd "xxxx" kartı götürdüyünü bildirmişdir. O, avtomobildən götürdüyü bir ədəd qol saatını istintaqa təqdim etdiyini, ətiri istifadə etdiyini, bank kartı ilə isə Binəqədi qəsəbəsində yerləşən mağazalarda siqaret alıb post terminal vasitəsi ilə ödəniş etdiyini, kartın balansında olan puldan 586,3 manat istifadə etdiyini, sonra həmin kartı xatırlamadığı əraziyə atdığını bildirmişdir. O, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən “Qız Qalası” adlı mağazanı götürüb 10 yanvar 2024-cü il tarixdə səhər saatlarında həmin mağazadan xatırlamadığı miqdarda siqaret aldığını, pulunu avtomobildən götürdüyü "xxxx" adlı bank kartı vasitəsi ilə terminalda ödədiyini bildirmişdir. O, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən “Oba Market” adlı mağazanı götürüb 10 yanvar 2024-cü il tarixdə səhər saatlarında həmin mağazadan xatırlamadığı miqdarda siqaret aldığını, pulunu avtomobildən götürdüyü "xxxx" adlı bank kartı vasitəsi ilə terminalda ödədiyini bildirmişdir. O, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən “Al Market” adlı mağazanı götürüb 10 yanvar 2024-cü il tarixdə səhər saatlarında həmin mağazadan xatırlamadığı miqdarda siqaret aldığını, pulunu avtomobildən götürdüyü "xxxx" adlı bank kartı vasitəsi ilə terminalda ödədiyini bildirmişdir. O, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən “Araz Market” adlı mağazanı götürüb 10 yanvar 2024-cü il tarixdə səhər saatlarında həmin mağazadan xatırlamadığı miqdarda siqaret aldığını, pulunu avtomobildən götürdüyü "xxxx" adlı bank kartı vasitəsi ilə terminalda ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs verdiyi əvvəlki ifadəsi yerində yoxlanılarkən ifadələr arasında heç bir ziddiyyət müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, 10 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yeri hesab olunan ünvan 3 ünvanın qarşısında dayandırılmış “Ford Connect” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilə daxil olan naməlum şəxsin oradan bir ədəd qol saatı, bir ədəd ətir və balansında 575 manat pulun olduğu "xxxx" kartını oğurladığı müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “könüllü təqdim etmə, əşyaya baxış keçirmə və götürmə haqqında” 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd qol saatını təqdim edərək həmin qol saatını 10 yanvar 2024cü il tarixdə saat 03 radələrində “Ford Connect” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin, “Ford Connect” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobildən bir ədəd "xxxx" adlı bank kartı və bir ədəd ətir oğurladığını, kartın balansından 586,3 manat pulla alış-veriş etdiyini, sonra kartı xatırlamadığı əraziyə atdığını, şüşə qabda olan ətiri istifadə edib qurtardığını, həmin şüşə qabı da xatırlamadığı əraziyə atdığını bildirmişdir. Baxış zamanı saatın gümüşü rəngli dəmir materialdan, saat hissəsinin dairəvi formada, içərisinin qara rəngli və nasaz olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 11 yanvar 2024-cü il tarixli "xxxx" ödəniş kartı üzrə çıxarışından görünür ki, Zərərçəkmiş şəxs məxsus 523915******7103 nömrəli “MC BirBank CashBack” növlü kartın balansında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində 700,00 manat pul olmuş, 07 yanvar 2024-cü il tarixdə 20,00 manat, 08 yanvar 2024-cü il tarixdə 20,00 manat və 08 yanvar 2024-cü il tarixdə 12,37 manat, cəmi 52,37 manat, 01 yanvar 2024-cü il tarixədək olan qalıqla birlikdə cəmi 108,67 manat pul məxaric edilmişdir. 10 yanvar 2024-cü il tarixdə saat 07:50:11-də “X10 7 Bakı Az” ünvanında AP200366 nömrəli terminal vasitəsi ilə kartın balansından 6,20 manat, 10 yanvar 2024-cü il tarixdə saat 07:50:27-də “X10 7 Bakı Az” ünvanında AP200366 nömrəli terminal vasitəsi ilə kartın balansından 9,30 manat, 10 yanvar 2024-cü il tarixdə saat 07:56:09-da “Pasha Pos H2H X12” ünvanında AP005323 nömrəli terminal vasitəsi ilə kartın balansından 13,50 manat, 10 yanvar 2024-cü il tarixdə saat 07:56:26-da “Pasha Pos H2H X12” ünvanında AP005323 nömrəli terminal vasitəsi ilə kartın balansından 9,00 manat, 10 yanvar 2024-cü il tarixdə saat 08:02:56-da “Oba Binəqədi 12 Baku Az” ünvanında AP001703 nömrəli terminal vasitəsi ilə kartın balansından 22,50 manat, 10 yanvar 2024-cü il tarixdə saat 08:03:51-də “Oba Binəqədi 12 Baku Az” ünvanında AP001703 nömrəli terminal vasitəsi ilə kartın balansından 22,50 manat, 10 yanvar 2024cü il tarixdə saat 08:04:58-də “Oba Binəqədi 12 Baku Az” ünvanında AP001703 nömrəli terminal vasitəsi ilə kartın balansından 38,00 manat, 10 yanvar 2024-cü il tarixdə saat 08:07:52-də “Oba Binəqədi 12 Baku Az” ünvanında AP001703 nömrəli terminal vasitəsi ilə kartın balansından 34,00 manat, 10 yanvar 2024-cü il tarixdə saat 08:12:29-da “Pos ASB Al Market 6221 Bakı Az” ünvanında P1636447 nömrəli terminal vasitəsi ilə kartın balansından 84,00 manat, 10 yanvar 2024-cü il tarixdə saat 08:13:18-də “Pos ASB Al Market 6221 Bakı Az” ünvanında P1636447 nömrəli terminal vasitəsi ilə kartın balansından 85,50 manat, 10 yanvar 2024-cü il tarixdə saat 08:13:52-də “Pos ASB Al Market 6221 Bakı Az” ünvanında P1636447 nömrəli terminal vasitəsi ilə kartın balansından 42,00 manat, 10 yanvar 2024-cü il tarixdə saat 08:20:07-də “X10 16 Baku Az” ünvanında AP003961 nömrəli terminal vasitəsi ilə kartın balansından 42,00 manat, 10 yanvar 2024-cü il tarixdə saat 08:21:06-da “X10 16 Baku Az” ünvanında AP003961 nömrəli terminal vasitəsi ilə kartın balansından 17,30 manat, 10 yanvar 2024-cü il tarixdə saat 08:21:31-də “X10 16 Baku Az” ünvanında AP003961 nömrəli terminal vasitəsi ilə kartın balansından 45,00 manat, 10 yanvar 2024-cü il tarixdə saat 08:22:09-da “X10 16 Baku Az” ünvanında AP003961 nömrəli terminal vasitəsi ilə kartın balansından 31,50 manat, 10 yanvar 2024-cü il tarixdə saat 08:29:54-də “X11 Baku Az” ünvanında 71015206 nömrəli terminal vasitəsi ilə kartın balansından 42,00 manat, 10 yanvar 2024-cü il tarixdə saat 08:30:15-də “X11 Baku Az” ünvanında 71015206 nömrəli terminal vasitəsi ilə kartın balansından 42,00 manat pul çıxarılmışdır. İstintaq zamanı aşkar edilərək götürülmüş bir ədəd qol saatı 03 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, tanınma zamanı Zərərçəkmiş şəxs qol saatını gümüşü rəngli dəmir materialdan, saat hissəsinin dairəvi formada, içərisinin qara rəngli və nasaz olmasından tanıdığını, həmin qol saatının ona məxsus olduğunu və 10 yanvar 2024-cü il tarixdə gecə saatlarında ona məxsus “X9” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən oğurlandığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığına verilmiş Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin 12 yanvar 2024-cü il tarixli cavab məktubundan görünür ki, həmin polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus əmlakı xx xxxxxx 1997ci il təvəllüdlü, Masallı rayonu Köçəkli kəndində anadan olmuş, Masallı rayonu Köçəkli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs oğurladığı müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığına verilmiş Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin 12 mart 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2in yerləşdiyi küçədə dayandırılmış “Ford Connect” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək həmin avtomobilin salonuna daxil olmuş, avtomobildən bir ədəd qol saatı, bir ədəd ətir və bir ədəd "xxxx" ASC-yə aid bank kartı oğurlamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanmış bir ədəd qol saatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən oğurluğu tək törətmiş, o, həmin oğurluğu edərkən başqa hər hansı bir şəxs ona kömək etməmişdir. Təqsirləndirilən şəxs başqa cinayət törətməsi müəyyən edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs oğurladığı bir ədəd "xxxx" kartının və bir ədəd şüşə qabda ətirin olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs oğurladığı istintaq zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus bir ədəd qol saatı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən 16 aprel 2024-cü il tarixdə tərəfimdən qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış keçirilməsi haqqında, könüllü təqdim etmə, əşyaya baxış keçirmə və götürmə haqqında, ifadənin yerində yoxlanılması haqqında protokollar, maddi sübut və digər istintaq materialları yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. AzərbaycanRespublikasıCinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilətətbiqedilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını,aralarında barışıq olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir . Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 1 gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qol saatının zərərçəkmiş şəxs X1 qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə Müdafiəçi sərf etdiyi 35 iş saatına görə 6 manat hesab edilməklə, 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qol saatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar