Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-316/2025 12.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,
1. xx.xx.1998-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs MMC-nin anbarında ekspeditor işləmiş, ünvan 1 ünvanında qeydiyyatında olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,
2. xx.xx.1991-ci il tarixdə Ağsu rayonu, Bəyimli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, Zərərçəkmiş şəxs MMC-nin anbarında ekspeditor işləmiş, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Ağsu şəhəri, Bəyimli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X18 küçəsi 1 ünvanında yaşayan, barəsidə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
müəyyən etdi:
İşin faktiki halları:
1. Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir.
2. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə Zərərçəkmiş şəxsndə birlikdə ekspeditor vəzifəsində işlədikləri Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 4 ünvanında yerləşən həmin Cəmiyyətə məxsus anbardan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində 1 ədədinin dəyəri 1.049,99 manat təşkil edən cəmi 3 ədəd 3.149,97 manat dəyərində “Taube 2400 BTU (TB24R410JP)” markalı kondisioner dəstini, 1 ədədinin dəyəri 739,99 manat təşkil edən cəmi 2 ədəd 1.479,98 manat dəyərində “AUX 9000BTU” markalı kondisioner dəstini və dəyəri 499,99 manat təşkil edən 1 ədəd "xxxx" markalı soyuducunu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5.129,94 (beş min yüz iyirmi doqquz manat doxsan dörd qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir.
3. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir.
4. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə Zərərçəkmiş şəxsndə birlikdə ekspeditor vəzifəsində işlədikləri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 4 ünvanında yerləşən həmin Cəmiyyətə məxsus anbardan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində 1 ədədinin dəyəri 1.049,99 manat təşkil edən cəmi 3 ədəd 3.149,97 manat dəyərində “Taube 2400 BTU (TB24R410JP)” markalı kondisioner dəstini, 1 ədədinin dəyəri 739,99 manat təşkil edən cəmi 2 ədəd 1.479,98 manat dəyərində “AUX 9000BTU” markalı kondisioner dəstini və dəyəri 499,99 manat təşkil edən 1 ədəd "xxxx" markalı soyuducunu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5.129,94 (beş min yüz iyirmi doqquz manat doxsan dörd qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Proses iştirakçılarının ifadələri:
5. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, anasının müalicəsinə pul tapmadığı üçün bu yola əl atmışdır. Təqsirləndirilən şəxs2 ilə ikisi İrşad Elektronics MMC-də ekspeditor işləmişlər. Şahid6 isə sürücü olmuşdur. Onun avtomobili ilə malları götürmüşlər. Sakitin isə hadisədən xəbəri olmamışdır. 5 ədəd kondisoiner və bir ədəd mini soyuducu oğurlamışdır. Malları Şahid1 adlı şəxsə vermişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, əşyaları 1 həftə ərzində hissə-hissə çıxarmışlar. Hazırda vurulmuş zərəri ödəmişlər. İrşad Elektronics MMC-dən 6 ədəd əşya oğurlamış, hal-hazırda isə mallar hamısı geri qaytarılmışdır. Malları satdıqları adamlara isə 3000 manat pul vermişlər. Pulu Azad adlı şəxsə ödəmişlər. Oğurluğu həftənin 4-cü günləri etmişlər. Oğurluq hadiəsini etmək ilk onun ağlına gəlmişdir. Təqsirləndirilən şəxs2 də birlikdə oğurluq etməyi təklif etmişdir. İrşad Elektronics MMC-də 4 ay idi işə başlamışdır. Anası xəstə olduğundan, əməliyyat olunmuş və onun müalicəsinə pul lazım olmuşdur. Ona görə, oğurluq hadisəsini törətmişdir. Maddi durumunun pis olduğunu anasının əməliyyat olunduğunu və təcili pula ehtiyacı olduğunu bildirmişdir. İrşad Elektronics MMC-də çox mal əksik olmuş, mal əksik olanda bunu işçinin ayağına yazırdılar. Onlar da düşünmüşlər ki, malın əksik olması müəyyən olunarsa bu onların ayağına yazılar və maaşından hissə-hissə tutular. Lakin belə olacağını düşünməmişlər. Oğurladıqları əşyalardan 600 manat ona, 600 manat Adilə çatmışdır. Mallar maya dəyərindən 2-3 dəfə ucuz satılmış və oradan çox az pul çatmışdır. Mallar anbarda olduğundan onlar nəzarətdə olmamışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu, vurulmuş maddi ziyanın tamamilə ödənilərək barışığın əldə edilməsini, ona qarşı heç bir şikayət və tələbin olmadığını qeyd edib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir.
6. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1 il olardı ki, İrşad Elektroniks MMC-də ekspeditor işləmişdir. Əli ona yaxınlaşıb demişdir ki, belə bir şey etmək olar. O da cavabında olmaz demişdir. Sonra Əli ona anbardan kondisoner götürdüyünü demişdir. Ondan sonra həftədə bir dəfə anbardan əşya götürüb avtomobilə yükləmişdir. O, heç nəyə əl vurmamış, əşyanı avtomobilə Əli yükləmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Əli oğurlanan malların qarşılığı olaraq ona 600 manat pul vermişdir. Onlar 6 ədəd əşya oğurlamışlar, onlardan 5 ədədi kondisioner və 1 ədədi soyuducu olmuşdur. Əli əşyaları tanışına vermişdir. Əvvəlcə Əli, daha sonra da o, tutulmuşdur. Maddi problemləri olduğuna görə oğurluq etməyə məcbur olmuşdur. Oğurladıqları əşyanı hansı ünvana çatdırmaq lazım idiasə, Şahid1 həmin yerə çağırıb orada əşyanı ona vermişlər. Şahid1 əşyaların oğurluq olmasını bilməmişdir. Ona demişlər ki, həmin əşyalar guya satılmıyan anbarda qalan əşyadır və aparıb Sədərək Ticarət Mərkəzində ucuz qiymətə sata bilər. Törətdiyi əməldən peşman olduğunu, kirayədə yaşadığını, ailəli olmaqla 4 və 6 yaşlarında olan iki azyaşlı övladının olmasını, səhhətində narahatçılıq olduğunu, ayağında şiş olduğunu, həmçinin vurulmuş maddi ziyanın tamamilə ödənilərək barışığın əldə edilməsini, ona qarşı heç bir şikayət və tələbin olmadığını qeyd edib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir.
7. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır:
8. Məhkəmə iclasına çağırılmış zərərçəkmiş hüquqi şəxs İrşad Elektronics MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməməsi ərizə nəzərə alınaraq, işə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur.
9. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 1 ay olar ki, İrşad Elektronics MMC-də sürücü işləmişdir. Adil və Əli adlı şəxslər isə orada ekspeditor işləmişdir. Hər şey öz qaydasında getmişdir. Çatdırılma siyahısı onlara verilmişdir. Ekspeditorlar malları həm avtomobilə yükləmiş, həm avtomobildən boşaltmış, həm də ünvanlara çatdırılmanı təmin etmişlər. Sürücü isə həmin vaxt avtomobilin yanında dururdu. Mallar anbardan kodları ilə avtomobilə yüklənmişdir. İrşad Elektronics MMC-nin bir nəfər nümayəndəsi isə kodlarla malları yoxlayırdı ki, həqiqətən də mallar düzgün qaydada avtomobilə yüklənir ya yox. Lakin bu qaydanı heç kim həyata keçirməmiş, malları yoxlayan olmamışdır. O isə 1 ay idi ki, işə düzəldiyindən təcrübəsiz olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, malların oğurlanmasından onun xəbəri olmamışdır. Təqsirləndirilən şəxs2lə Lökbatan filalında olarkən bir də görmüşdür ki, mülki geyimli polis əməkdaşları gəlib özlərini təqdim edərək Adili bölməyə aparmışlar. O da avtomobili onların arxası ilə sürüb bölməyə getmişdir. Bölmədə olarkən ona məlum olmuşdur ki, Əli və Adil oğurluq etmişlər. Adil və Əlinin oğurluq etməsindən heç vaxt şübhələnməmişdir. Ailəsi, uşağı vardır, əgər şübhələnsə idi, ən azından Əli və Adil ilə işləmək istəmədiyini deyərdi. Onların oğurluq etməsini eşidəndə təəccbülənmişdir. Həmin ərəfədə kompaniya vaxtı olduğundan gecə saat 3-4-ə qədər ünvanlara mal aparmış, ona görə də, onlardan şübhələnməmişdir.
10. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, İrşad Elektronics MMC-də 13 ildir ki, Logistika şöbəsinin rəisi vəzifəsində işləmişdir. Avqust ayının 5-dən sentyabr ayının 2-nə qədər rəsmi məzuniyyətdə olmuşdur. Məzuniyyətdən qayıtdıqdan bir müddət sonra anbara nəzarət şöbəsinin müdiri Elvin bəy və problemli şöbənin müdiri Vüsal bəy gəlib-getmiş və daxili kameralara baxmışlar. Daha sonra onlardan öyrənmişdir ki, anbarda çatışmayan kondisionerlər vardır. Bir neçə gün sonra Vüsal müəllim ona telefonda şəkil göstərib həmin şəxsin kim olmasını soruşmuşdur. O da şəkildəki şəxsin Əli olduğunu və logistika şöbəsinin işçisi olduğunu demişdir. Məlum olmuşdur ki, kondisoinerləri Əli götürmüşdür. Həmin günü Əlinin istirahət günü olmuşdur. O, Əliyə zəng edib onu işə çağırmışdır. 40 dəqiqə sonra Əli anbara daxil olmuş, o da Vüsala zəng edib Əlinin anbara gəlməsini bildirmişdir. Ondan sonra Vüsal müəllim polislərlə anbara daxil olub, Əlini götürüb bölməyə aparmışdır. Yarım saat sonra Vüsal müəllim ona yenidən zəng edib Adil və Sakitin harda olduğunu soruşmuşdur. O da ərazidə mal payladığını demişdir. Vüsal müəllim də Adillə Sakiti bir yerə göndərməsini, onları da götürməsini demişdir. O da Adil və Sakiti Lökbatan qəsəbəsindəki filiallarına göndərmişdir. Bir müddət sonra Vüsal müəllimgil onları da bölməyə aparmışlar. Daha sonra Sakit ona zəng edib demişdir ki, o bölmədə ifadə verib çıxmışdır. O da anbara gəlməsini demişdir. Sakit də anbara gəlmiş və avtomobili anbarda saxlamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hansı malların oğurlandığı barədə məlumatı yoxdur. Sadəcə olaraq Vüsal müəllim ona anbarda çatışmayan kondisonerlər olduğunu bildirmişdir. Oğurlanan əşyaların sayı barədə onun məlumatı olmamışdır.
11. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımamışdır. Şahid1 adlı şəxs var, həmin şəxs “Tapaz” saytına elan yerləşdirmişdir. O da ona zəng edib məhsulu haradan əldə edə biləcəyini soruşmuşdur. Həmin şəxs ona uşağının xərçəng xəstəsi olmasını və qızının müalicəsi üçün evini və əşylarını satdığını bildirmişdir. O da məhsulları cəm şəklində almışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxsin dediyinə görə qohumlarının adına kreditlə 5 ədəd kondisoner götürmüş və indi onları satıb pula çevirir. Şahid1 adlı şəxsdən 5 ədəd kondisoner almışdır. Kondisionerlərin üçü böyük, ikisi balaca kondisioner olmuşdur. Şəxsiyyət vəsiqəsini və kondisonerin sənədlərini göstərdiyinə görə şübhələnməmişdir. Kondisonerin birini 80 manat ucuzuna, digərini isə 25 manat ucuzuna almışdır. O da kondisonerləri qohumuna satmışdır. kondisonerləri Mehdinin Sədərəkdəki dükanına qoymuşdur ki, oradan Sabirabada gedən avtomobillərlə kondisonerləri rayona göndərmişdir. Mehdi də İrşad Elektronicsdən məhsullar almışdır. İrşad Elektronics MMCdən eksperti mağazada həmin kondisonerləri görmüş və soruşmuşdur ki, bu məhsullar kimindir. Mehdi də tanış adamın kondisionerləri olduğunu, gəlib götürəcəyini demişdir. Həmin ekspert də məhsulların İrşad Elektronics MMC-yə məxsus olduğunu demişdir. Daha sonra ona zəng edib kondisionerləri kimdən almasını soruşmuşdur. O da demişdir ki, “Tapaz” saytından elandan almışdır. Daha sonra onu Binəqədi Rayon Polis İdarəsinə çağırmışlar. Orada ifadəsi alınmış və üzləşmə aparılmışdır. Polislər ona kondisonerlərin İrşad Elektronics MMC-yə qaytarılmalı olmasını demişdir. O da dəymiş zərərin nə olacağını soruşdurqda, polis əməkdaşı ona dəymiş ziyanın məhkəmə prosesində ödəniləcəyini demişdir. Ona 2910 manat ziyan dəymişdir. Onun 1000 manatını Təqsirləndirilən şəxs2, 1000 manatını isə Sadıqli Əli ödəməklə, 2000 manat geri ödənilmiş, 910 manat borc qalmışdır. İstintaq zamanı ona dəymiş ziyanın 3 nəfər şəxs arasında bölünəcəyini demişlər. Təqsirləndirilən şəxslər öz üzərlərinə düşən pulları ödəmişlər, lakin Şahid1 yerdə qalan məbləği ödəməmişdir. Şahid1 yalan vədlər verərək, bu vaxta qədər ona olan borcu geri ödəməmişdir. O, Moskva şəhərində olanda Şahid1 ona görünütülü zəng edib danışmışdır. Sonra da o malları əmisinin həyətinə qoymuşdur. Sürücü də oradan götürüb Sədərəkdəki mağazaya aparmışdır. O, təqsirləndirilən şəxsləri tanımamışdır. Onlarla heç bir alış-verişi olmamışdır. Onun şikayəti Şahid1 olmuşdur.
12. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Əli ona zəng etmişdir ki, onlarda kompaniya malları vardır, onlar işdə olduğundan başqa avtomobil deyil, onun avtomobili onlara sərf etmişdir. O da problem olmadığını demişdir. Sonra zəng etmişdir ki, malı satmağa adam olub-olmadığını soruşmuşdur. O da adam olmasa da, internet vasitəsilə sata biləcəyini demişdir. Birinci dəfə kondisioneri internetə qoyanda “Azad” adlı şəxs zəng etmişdir. Azad ona zəng edib Moskvada yaşadığını, bu qiymətə ala biləcəyinin bildirmişdir. O da Əliyə zəng edib malı bu qiymətə alan olduğunu, satıbsatmamasını soruşmuşdur. Azad ona adam olduğunu, konum atacağını, malı aparıb həmin yerə qoymasını demişdir. O da kondisioneri Badamdar qəsəbəsində Azadın evinə apardıqda, qapını yaşlı qadın açmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Əli həm dostu, həm də qonşusudur. Kondisionerin markası “AUX” olmalı idi. Azad onu 400 manata almışdır. Həmin kondisioneri o, Əlidən götürmüşdür. Sonra Azad ona belə mallar olanda xəbər etməsini Sədərəkdə elektroni mallar satdığı mağazasının olduğunu demişdir. Azadla fiziki olaraq görüşməmişdir. Azad ona belə mallar olduqda ona deməsini və aparıb evə qoymasını demişdir. Azadın evi Badamdarda həyət evi olmuşdur. Hər dəfə ayrı-ayrı yerlərdən götürmüşdür. 3 böyük ölçülü “AUX”, 2 kiçik kondisioner, bir ədəd mini soyuducu olmuşdur. Böyük ölçülü kondisionerləri 400 manata, digərlərini 300- 350 manata, mini soyuducunu 220 manata satmışdır. Cəmi məbləğ 1950 manat olmuşdur. Azadın təklif etdiyi qiymətləri Əliyə yazıb bildirmiş, Əli razılıq verdikdə satmışdır. Malı 400 manata satdıqda Əli həmin pulun 350 manatını ona atmasını, 50 manatının isə ona qalmasını demişdir. Əli ona bu malların kompaniya malları olduğunu bildirmişdir. O, həmin malların oğurluq olduğunu bilməmişdir. Əli ona kompaniya işçisi olduqları üçün malların ona endirimli qiymətlərlə verildiyini, Bakını yaxşı tanımadığını, bu işdə ona kömək lazım olduğunu demişdir. Əli onun əvvəllər işçisi olduğundan və Bakını yaxşı tanımadığından ona inanmışdır. O, Şıxovda yerləşən “Green City” adlı hoteldə təhlükəsizlik şöbəsinin müdiri olmuşdur. O, müdir olmuş, Əli onun mühafizəçisi olmuşdur. Ona kompaniya olduğu deyilmişdir. Oğurluq mal olduğunu bilsə idi belə etməzdir. Pul ona 3-4 dəfə nəğd, 2-3 dəfə kartla ödənilmişdir. Təqsirləndirilən şəxs2 tanışı olmuş və münasibətləri normal olmuşdur. Onu Əlinin iş yoldaşı kimi tanımışdır. Onu sakit təbiətli biri kimi xatırlayır. O, Adilə pul göndərməmiş, onunla 1-2 dəfə salam-sağolu olmuş və onun nömrəsini də bilməmişdir. Onu sadəcə Əlinin iş yoldaşı kimi tanımışdır. Əlini isə həm qonşuları kimi, həm də dostu olduğu üçün yaxşı tanımışdır. Malları Gənclikdən götürüb avtomobillə aparmışdır. İrşadın avtomobili ilə malı aparmışdır. Belə hal 6 dəfə olmuş, hamısını da İrşadın avtomobili ilə aparmışdır. Onlar zəng edəndə başqa yerdə olmuş, ona görə malları müxtəlif yerlərdən götürmüşdür. Bir yer təyin edib görüşüb malları götürmüdür. Onlar görüşdükdə avtomobildə Əli, Adil və sürücü olmuşdur. Həmin kondisionerdən həmin ölçüdə müxtəlif vaxtlarda 3 ədədini Azada aparmışdır. Bundan əlavə ona 2 ədəd kondisioner və 1 ədəd soyuducu aparmış, ümumilikdə verilən mal 6 ədəd olmuşdur. 6 malın hamısını Azada satmışdır. Artıq Azadı tanıdığına görə və özü təklif etdiyinə görə başqa alıcı axtarmamış, elə ona satmışdır. Azad ona qardaşının Sədərəkdə işlədiyini, aparıb ona verməsini demişdir. Oradan təqribən ona 300 manata yaxın pul qalmışdır. Azadın ona qarşı fikirləri ola bilər. Azad zaman-zaman fərqli fikirlərə düşmüşdür. Ondan pul qaldığını hər ikisi bilmişdir. O zaman sürücü olduğundan, hər yerə getmişdir. Azadın onlara qarşı çox tələbi olmuşdur. Zaman-zaman onlara bir neçə vəkil adı ilə zəng edib məbləği böyüdüb ya da başqa şey demişdir. İrşad Elektronics MMC-nin auditorlarının gəlib malların oğurluq olmasını Azad ona demişdir. Auditorlar Azadın qardaşının mağazasına girib malların oğurluq mallar olduğunu deyib ona xəbərdarlıq etmişlər. O da, auditorlara onun adını vermişdir. Malların pulundan Təqsirləndirilən şəxs2lə nə verib məlumatı yoxdur, onun nömrəsini belə bilmir. Adilin bu işin içində olub-olmasından məlumatı yoxdur. Azad ona zəng edəndə bilmişdir ki, bu mallar oğurluqdur. Daha sonra da Hüquq Mühafizə orqanları işə qarışmışdır.
13. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2, X8 və Şahid7 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə həmin şahidlərin iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələr elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
14. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.
15. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.
16. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.
17. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
18. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 738/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilərək, onun həbsdə saxlanılma müddəti 27 sentyabr 2024-cü il tarixdən hesablanmışdır.
20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 737/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilərək, onun həbsdə saxlanılma müddəti 27 sentyabr 2024-cü il tarixdən hesablanmışdır.
21. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəni bir daha təsdiqləyərək hadisə yerini göstərib, hadisənin necə baş verməsini əyani şəkildə təsvir etmişdir.
22. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəni bir daha təsdiqləyərək hadisə yerini göstərib, hadisənin necə baş verməsini əyani şəkildə təsvir etmişdir.
23. İrşad Elektronics MMC-nin xx.xx.2024-cü il tarixli Binəqədi RPİ-nin İŞ-nə ünvanladığı məktubdan görünür ki, 3 ədəd “Taube 2400 BTU (TB24R410JP)” markalı kondisioner, 2 ədəd “AUX 9000BTU” markalı kondisioner və 1 ədəd "xxxx" markalı soyuducu xx.xx.2024-cü il tarixdə İrşad Elektronics MMC-yə təhvil verilmişdir.
24. Üzləşdirmədə dindirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, XXX Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və XXX Şahid1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir.
25. Üzləşdirmədə dindirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, XXX Şahid1 ilə X14 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və XXX Şahid1 istintaqa verdiyi ifadəni təsdiq etməklə X7 üzünə qarşı demişdir.
26. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır.
27. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır.
28. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8860 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 06 adda malların yeni vəziyyətdə qiyməti 2024-cü ilin iyul-sentyabr aylarına olan ümumi dəyəri nəzəri qaydada təxminən 5129,94 manat müəyyən olunmuşdur.
29. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 969/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti barəsində 2 ay müddətə, yəni 27 fevral 2025-ci il tarixdən hesablanmışdır.
30. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 967/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti barəsində 2 ay müddətə, yəni 27 fevral 2025-ci il tarixdən hesablanmışdır.
31. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(103)-1398/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-969/2024 nömrəli qərarı ləğv edilərək, barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından azad edilmiş və ev dustaqlığının müddəti 27 fevral 2025-ci il tarixədək müəyyən edilmişdir.
32. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 3 ədəd “Taube 2400 BTU (TB24R410JP)” markalı kondisioner, 2 ədəd “AUX 9000BTU” markalı kondisioner və 1 ədəd "xxxx" markalı soyuducu xx.xx.2024-cü il tarixdə İrşad Elektronics MMC-yə qaytarılması nəzərə alınmışdır.
33. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur.
34. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur.
35. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 153/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 ev dustaqlığında saxlanılma müddəti barəsində 20 gün müddətə, yəni 19 mart 2025-ci il tarixdən hesablanmışdır.
36. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 153/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilərək, sonuncu məhkəmə iclas zalından azad edilmiş və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilərək, ev dustaqlığında saxlanılma müddəti 19 mart 2025-ci il tarixədək müəyyən edilmişdir.
37. AA4688775 və AA4688772 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X9 adlı iki azyaşlı uşağı vardır.
38. Azərbaycan Tibbi Universitetinin Onkoloji Klinikası Nazirliyinin xx.xx.2025-ci il tarixli ultrasəs müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 sağ qalça qasıq nahiyyəsində dəri qalınlaşmış toxumalar qeyri-həmcinsdi, ödemlidir, limfastaz əlamətləri izlənilir max-,25.0x14.0 mm, 24.0x13. mm, 24.0x16.0 mm, 21.0x16.0 mm qabıq qatı qeyri bərabər qalınlaşmış və exogenliyi aşağı olan 1\d aşkar olunur.
39. Milli Hemotologiya Mərkəzinin ultrasəs müayinə kartoçkasından çıxarışından görünür ki, Təqsirləndirilən şəxs2 qarın boşluğu və eləcə də periferik limfa düyünlərinin US incələməsi zamanı sağ qasıq nahiyəsində konqlomerant, hilusi izlənməyən, rəngli dopplerdə periferik vaskulyarizasiyalı patoloji dəyişilmiş limfa düyünləri izlənilir.
40. AZ-İ 180805 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 doğum haqqında şəhatnaməsinin ata qrafasında X4, ana qrafasında X2 adı qeyd olunmuşdur.
41. Akademik M.A.Topçubaşov adına X11 PHS-nin Xəstaxanadan çıxanın statistik kartından görünür ki, Təqsirləndirilən şəxs1 anası X6 “C 20.8. UX: gərginlik hemokardiyası f1 İİ-İİİ epizodik paroksismal pozğunluqları E47 İ İİ Hipertoniya xəstəliyi İİ B. (boyun nahiyyəsinin törəməsi)” Diaqnozu ilə müayinə olunmuşdur.
42. Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuş və barəsində şikayət daxil olmamışdır.
43. İrşad Elektronics MMC-nin xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara vurulmuş 5129,94 manat ziyan tam şəkildə ödənilmişdir. Onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
44. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
45. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
46. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək, həmin sübutlara və müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.
47. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, bu sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.
48. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs kimi, xeyli miqdarda törətmişdir.
49. CM-in 177.1 ci maddəsinə görə oğurluq, yəni özgə əmlakının gizli yolla talama kimi ifadə edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür.
50. Eyni Qərarın 2-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti bitmiş hesab edilir.
51. CM-in 34.2-ci maddəsinə müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət dedikdə qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 6 may 2022-ci il tarixli Plenum Qərarında CM-nin 34.2-ci maddəsinə münaibətdə belə izah verilir ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir.
52. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 10-cu bəndində göstərilir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının barəsindəki sübutlara qiymət verilməlidir.
53. Qanunvericilyin izahından da göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan razılıq əldə etməklə birgə icraçı kimi Zərərçəkmiş şəxs dən vahid niyyətlə oğurladıqları əşyalara münasibətdə əməllərində CM-in 177.2.1-ci maddəsinin tərkib əlamətləri yaranmışdır.
54. Əməlin xeyli miqdarda törədilməsinə münasibətdə məhkəmə bildirmək istəyir ki, eyni adlı Plenum qərarının 26-cı bəndində görstərilmişdir ki, oğurluq, cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Həmin qeyd hissəsinə görə isə xeyli miqdar dedikdə talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə olsun və qəsd məhz xeyli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. Plenum qərarının 27-ci bəndinin sonuncu abzasında o da göstərilmişdir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8860 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs dən talanan malların 2024-cü ilin iyul-sentyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5129,94 manat müəyyən edilmişdir.
55. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.
56. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur.
57. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).
58. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
59. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi və ya aradan qaldırılmasını CM-in 59.1.13-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-in 59.1.12-ci maddəsinə və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
60. Məhkəmə, onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.
61. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
62. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini (anasının ağır xəstə (boyun nahiyyəsinin törəməsi) olmasını) nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.
63. CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
64. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.
65. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.
66. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.4 maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.
67. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir.
68. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 21:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
69. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 27 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-738/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablanmış, bundan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-969/2024 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 27 fevral 2025-ci il tarixədək, daha sonra isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-154/2024 nömrəli qərarı ilə isə həbsdə saxlanılma ev dustaqlığı ilə əvəz edilərək müddəti 20 gün müddətə, yəni 19 mart 2025-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 27 sentyabr 2024-cü il tarixdən 12 may 2025-ci ill tarixinədək ümumilikdə 7 (yeddi) ay 15 (on beş) gün müddətində həbs və evdustaqlığında saxlanılmışdır.
70. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.
71. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.
72. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
73. Beləliklə Təqsirləndirilən şəxs1 27 sentyabr 2024-cü il tarixdən 12 may 2025-ci ill tarixinədək həbs və ev dustaqlığında saxlanıldığı ümumilikdə 7 (yeddi) ay 15 (on beş) gün müddəti həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır.
74. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
75. Məhkəmə, digər Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi və ya aradan qaldırılmasını CM-in 59.1.13-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-in 59.1.12-ci maddəsinə və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
76. Məhkəmə, onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.
77. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
78. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, ağır xəstəliyini, qrupun digər üzvü olan Təqsirləndirilən şəxs1 tərəfindən cinayəti törətməyə meyilləndirilməsini, sağlamlıq vəziyyətini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.
79. CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
80. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.
81. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.
82. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamında törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tələbi qoyulmuş və məhz həmin Sərəncamdan sonra 20 oktyabr 2017-ci il tarixində CM-in 42.0.9-1-ci maddəsinə yeni cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası daxil edilmiş və CM-in 177.2-ci hissəsinin sanksiyasında dəyişiklik edilərək, azadlığın məhdudlaşdırılması cəzası da daxil edilməklə sanksiya yeni redaksiyada verilmişdir. Məhkəmə hesab edir ki, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı nəzərə alınmalı və bu mövqe məhkəmə-hüquq islahatları çərçivəsində əsas mövqe kimi nəzərdən keçirilməlidir.
83. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.4 maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.
84. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir.
85. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X18 küçəsi, ev 1, ünvanını axşam saat 21:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
86. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 27 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-737/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablanmış, bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-967/2024 nömrəli qərarı ilə həbsdə saxlanılma ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək müddəti 27 fevral 2025-ci il tarixədək, daha sonra isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-153/2024 nömrəli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin müddəti 20 gün müddətə, yəni 19 mart 2025-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 27 sentyabr 2024-cü il tarixdən 12 may 2025-ci ill tarixinədək ümumilikdə 7 (yeddi) ay 15 (on beş) gün müddətində həbs və evdustaqlığında saxlanılmışdır.
87. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.
88. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.
89. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
90. Beləliklə Təqsirləndirilən şəxs2 27 sentyabr 2024-cü il tarixdən 12 may 2025-ci ill tarixinədək həbs və ev dustaqlığında saxlanıldığı ümumilikdə 7 (yeddi) ay 15 (on beş) gün müddəti həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır.
91. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
92. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.
93. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.
94. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.
95. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 3 (üç) ədəd 24-lük ölçüdə “TAUBE” markalı kondisioner, 1 (bir) ədəd “TAUBE” markalı soyuducu, 2 (iki) ədəd 9-luq ölçüdə “AUX” markalı kondisionerin "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalıdır.
96. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2, qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs1 tutulmalıdır.
97. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 10 (on) saat vaxt, sərf etmişdir.
98. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
99. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
100. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.
101. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.
102. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).
103. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
104. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
105. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 27 sentyabr 2024-cü il tarixdən 27 fevral 2025-ci il tarixədək həbsdə olduğu 5 (beş) ay və 27 fevral 2025-ci il tarixdən 12 may 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 15 (on beş) gün müddət, yəni ümumilikdə 7 (yeddi) ay 15 (on beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 21:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27 sentyabr 2024-cü il tarixdən 27 dekabr 2025-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay və 27 dekabr 2025-ci il tarixdən 12 may 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay 15 (on beş) gün müddət, yəni ümumilikdə 7 (yeddi) ay 15 (on beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X18 keçəsi, ev 1, ünvanını axşam saat 21:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 3 (üç) ədəd 24-lük ölçüdə “TAUBE” markalı kondisioner, 1 (bir) ədəd “TAUBE” markalı soyuducu, 2 (iki) ədəd 9-luq ölçüdə “AUX” markalı kondisionerin "xxxx" MMC-yə geri qaytarılması nəzərə alısın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2, qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs1 tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova