Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-317/2021 06.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Biləcəri qəsəbəsi, Şimal küçəsi fərdi tikili evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixdə, saat 00:15-də Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti 80 saylı yaşayış binasının yaxınlığında ərazidə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində bir qədər əvvəl qayatasının ona evə gedərkən “ayıq sürücü” xidmətindən istifadə etməsini məsləhət görməsi və arvadı Zərərçəkmiş şəxs həmin sözləri təsdiq etməsi səbəbindən aralarında ailə münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunu idarə etdiyi avtomobilində yumruq və təpiklə vurub avtomobildən düşürdərək sol gözün ağılı qişasına qansızma ilə müşaiyət olunan sol alt göz qapağı və gözaltı nahiyədən sol almacıq nahiyəsini əhatə edən qançırı, burun əsasının ön səthinin, sağ bazu, sağ diz oynağı, sağ baldır nahiyələrinin, sağ əlin arxa səthinin və döş qəfəsinin sol arxa səthinin qançırları kimi xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan üç azyaşlı uşaqları var. O, ailə qurduqdan sonra ailəsi ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal küçəsində fərdi tikilidə yaşayırmışdır. Ailədə əvvələr də ailə məişət zəminində münaqişələri olmuş, lakin bu bərədə arvadı şikayətçi olmamışdır. 02.03.2021-ci il tarixdə, saat 19:30-da qaynanasının ad günü məclisi keçirildiyi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən «Xan bağları» restoranına gəlmiş, iştirak etdiyi məclisdə normadan artıq spirtili içki qəbul etmiş, 03.03.2021-ci il tarixdə, saat 00:15-də restorandan çıxmış, alkoqol sərxoş vəziyyətdə qaynatası Qahir ona «Kia» markalı **-CY-*** qeydiyyat nişanlı avtomobili idarə etməməyi, “ayıq sürücü” çağırmağı təklif etmiş, qaynatasının bu sözləri onu əsəbləşdirdiyindən o, avtomaşına oturaraq, avtomaşını idarə etməyə başlamış, həmin vaxtı arvadı S.Pireyeva də ona sakit olmasını bildirsədə o, avtomaşınını irəli sürərək Binəqədi rayon Azadlıq prospekti 180 saylı yaşayış binasının qarşısında saxlamış o, arvadına əsəbləşdiyindən avtomaşının salonunda yumruqla sol göz nahiyəsindən zərbə ilə vurmuş, bundan sonra ardıcıl olaraq əl zərbələri ilə baş nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq arvadı Zərərçəkmiş şəxs xəsarətlər yetirmiş, onu avtomaşınından düşməsini bildirdikdə arvadı buna etiraz etdiyi üçün avtomaşından düşərək arvadı Zərərçəkmiş şəxs qolundan tutub salonundan dartıb yerə yıxmış, orada təpik zərbələri ilə vuraraq xəsarətlər yetirmişdir. O, tutduğu əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhdlər göstərməsini, lakin sonuncunun barışmaq istəməməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib medalla təltif olunmasını, himayəsində az yaşlı uşaqlarının olmasını nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan üç azyaşlı uşaqları var. O, ailə qurandan sonra həyat yoldaşı ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi Şimal küçəsində fərti tikili evədə birgə yaşamış, əvvələr aralarında ailə məişət zəminində münaqişələri olmuş, dəfələrlə Təqsirləndirilən şəxs tərəfindən döyülmüşdür. Bununla bağlı səlahiyyətli orqanlara müraciətlər etmişdir. Belə ki, 02.03.2021-ci il tarixdə, saat 19:30-da anasının ad günü məclisi keçirildiyi Binəqədi rayonu, 8-ci mikrarayon ərazisində yerləşən «Xan bağı» restoranına gəlmişlər. 03.03.2021-ci il tarixdə, saat 00:15-də onlar restorandan həyətə çıxmış, Təqsirləndirilən şəxs avtomobilinə yaxınlaşan vaxtı, atası ona avtomobili idarə etməməsini, “ayıq sürücü” çağırmağı bildirmiş, lakin Təqsirləndirilən şəxs atasının təklifi ilə razılaşmamış, atasının sözlərindən əsəbləşərək avtomobilini idarə edib oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs avtomobili idarə edərək Binəqədi rayonu, Azadlıq prospekti 180 saylı yaşayış binasının qarşısında saxlamış, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğu üçün nalayiq ifadələr işlətmiş, Təqsirləndirilən şəxs atasının pulu olduğu üçün ona “ayıq sürücü” çağırmağı bildirmiş, lakin Təqsirləndirilən şəxs buna razı olmamış o, isə mübahisə baş verməməsi üçün onu sakitləşdirməyə çalışmışdır. Təqsirləndirilən şəxs orada avtomobilin içərisində onunla mübahisə edərək yumruq-təpik zərbələri ilə onun sol gözündən baş nahiyəsindən vuraraq bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirmiş, onu əlindən tutaraq avtomaşından zorla çıxartmış, yerə yıxaraq sürüməyə başlamış, həmin vaxtı o, sağ əli, sağ ayağı və bel nahiyəsindən xəsarətlər almışdır. Hadisə yerində özü və əri Təqsirləndirilən şəxs olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçi olmaqla sonuncu barəsində azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31.03.2021-ci il tarixli qərardan görünür ki, 03 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs mübahisə zamanı əri Təqsirləndirilən şəxs tərəfindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül bədən xəsarətləri yetirməsi faktına görə CM-in 128-ci maddəsi ilə başlanmış sadələşdirilmiş icraat materialı üzrə tərtib edilmiş yekun protokol ləğv edilərək, həmin maddə ilə cinayət işi başlanmışdır. (i.v 1-2) 03.03.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri yetirməsinə dair cinayət hadisəsi Binəqədi rayon Azadlıq prospekti 180 saylı yaşayış binasının qarşısında baş vermişdir. (i.v 9-12) 03.03.2021-ci il tarixlə 2/2629 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə prtokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən olmuşdur. (i.v 16) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin 06.03.2021-ci il tarixli, 278 nömrəli rəyindən görünür ki, X1- sol gözün ağlı qişasına qansızına ilə müşaiyət olunan sol alt göz qapağı və gözaltı nahiyədən sol almacıq nahiyəsini əhatə edən qançırı,burun əsasının ön səthinin, sağ bazu, sağ diz oynağı,sağ baldır nahiyələrinin, sağ əlin arxa səthinin və döş qəfəsinin sol arxa səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 03.03.2021-ci il tarixdə yumruq və təpiklə yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər.(i.v 26-28) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. (i.v 56) 30.04.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. (i.v 77) 31.05.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. (i.v 80) 03 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan olunmuşdur.(i.v 109-110) 03 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tətbiq olunmuşdur. (i.v 119-120) 05.03.2021-ci il tarixli Bakı şəhəri Qazax Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Salahlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15.04.2015-ci il təvəllüdlü X4, 26.11.2016-cı il təvəllüdlü X3 və 07.07.2018-ci il təvəllüdlü təvəllüdlü X5 adlı üç azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının Silahlı qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi 16.07.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir, sonuncunun həbs olunmasını xahiş edir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsini, yaşadığı ərazidə müsbət xasiyyətləndirilməsini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, Şimal küçəsi, fərdi tikili evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, Şimal küçəsi, fərdi tikili evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-317/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-317/2021
06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver