Məhkəmə qərarları › İş №1(001)-317/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-317/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-317/2025 27.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş c inayət əməllərini törətməkdə təqsirləndirilməsinə, xx xxxxxx 1993-cü ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 14 avqust 2024-cü il tarixdə saat 19 radələrində Nümayəndə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097-ci məhəllədə yerləşən Zərərçəkmiş şəxs MMCnin saxlanc yeri hesab edilən plastik məhsulların istehsalı sexinə qapının üzərindən aşmaq yolu ilə qanunsuz daxil olaraq sexin içərisindən uzunluqları 0,5-1 metr, diametri təxminən 22 mm, bir kiloqramı 1 manat olan 240 manat dəyərində 240 kiloqram dəmir armaturları gizli olaraq talamaqla, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə 240 (iki yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 18 avqust 2024-cü il tarixdə saat 19 radələrində Nümayəndə məxsus Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi 3097-ci məhəllədə yerləşən "Altus” MMC-nin saxlanc yeri hesab edilən plastik məhsulların istehsalı sexinə qapının üzərindən aşmaq yolu ilə qanunsuz daxil olaraq sexin içərisindən 1 ədədinin qiyməti 700 manat olan cəmi 10 ədəd 7000 manat dəyərində plastik məhsulların istehsalı üçün nəzərdə tutulmuş dəmir qəlibləri gizli olaraq talamaqla, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə 7000 (yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs1 2018-ci il tarixdən tanımışdır. Orxanla onun arasında dostluq münasibətləri olmuşdur. Toğrul əvvəllər Bakı şəhəri Binəqədi rayonu DSK-1 adlı ərazidə yerləşən Nümayəndə məxsus Zərərçəkmiş şəxs MMC-nin plastik məhsullarının istehsalı sexində fəhlə işləmişdir. O, isə həmin sexdə heç vaxt işləməmişdir. 14 avqust 2024-cü il tarixdə günorta saatlarında Toğrul istifadə etdiyi mobil telefon nömrəsi ilə onun istifadə etdiyi mobil telefona zəng edərək daşınması üçün əşyalar olduğunu, həmin əşyaları daşımaqda Toğrula kömək etməsini demişdir. O, Toğrula dediyi işə kömək edəcəyini demişdir. Toğrul ona hara gəlməli olduğunu zəng edib deyəcəyini bildirmişdir. Həmin gün saat 17:30 radələrində Toğrul yenidən onun telefonuna zəng edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Elit” ticarət mərkəzinin qarşısına gəlməsini, oraya çatdıqda isə Toğrula məlumat verəcəyini demişdir. O, Toğrulun dediyi kimi etmiş və həmin ünvana gedib Toğrulun mobil telefonuna zəng etməklə məlumat vermişdir. Toğrul ona yaxınlıqdakı dəmir yolu xəttinin ətrafında yerləşən köhnə zavodun yanında olduğunu və oraya gəlməsini demişdir. O, həmin yerə getmiş və Toğrulun orada olduğunu görmüşdür. O, Toğrulla görüşmüşdür. Toğrul əvvəllər işlədiyi sexdə dəmir qırıntılarının olduğunu, həmin əşyaları avtomobilə yükləyib aparmaqda kömək etməsini demişdir. Toğrul əvvəllər həmin sexdə işlədiyi üçün o, Toğrulun aparmaq istədiyi dəmirin sonuncuya məxsus olduğunu yəqin etmişdir. Bu səbəbdən də o, Toğrula kömək etməyə razılaşmışdır. O və Toğrul yaxınlıqdan ötən “Toyota Pirius” markalı taksi avtomobilini saxlatmışdır. Toğrul avtomobilin tanımadığı sürücüsünə sexi göstərib oradan dəmir əşyaları yığıb metal qəbuluna sexinə aparacağını demiş və 20 manat pulun müqabilində taksi sürücüsü Toğrulla razılaşmışdır. Sürücü avtomobilini idarə edib sexə daxil olmuşdur. Sexdə olan əşyalardan Toğrulun göstərdikləri dəmir qırıntılarını o, sonuncu ilə birlikdə avtomobilin yük yerinə yığmışlar. Həmin dəmirlər təxminən 0,5-1 metr uzunluqda, diametri 22 mm olan dəmir armaturlar olmuşdur. Bir neçə dəqiqə ərzində onlar armaturları avtomobilin yük yerinə yığmış, bundan sonra Toğrul sürücüyə metal qəbulu məntəqəsinə getmələrini demişdir. Taksi sürücüsünün idarə etdiyi avtomobillə o, Toğrulla birlikdə metal qəbulu məntəqəsinə getmişlər. Saat 20 radələrində onlar həmin məntəqəyə çatmışlar. Toğrul məntəqədə işləyən şəxsə satmaq üçün dəmir əşyaları gətirdiklərini demiş və dəmirin bir kiloqramını hansı qiymətə aldığını soruşmuşdur. Həmin şəxs dəmirin bir kiloqramını 45 qəpiyə aldığını demişdir. Toğrul dəmiri 45 qəpiyə metal qəbulu sexinə satmağa razı olmuşdur. Həmin şəxs dəmirin kimə məxsus olduğunu və oğurluq olub-olmadığını soruşmuşdur. Toğrul dəmirin özünə məxsus olduğunu, oğurluq olmadığını demişdir. Həmin şəxs Toğruldan şəxsiyyət vəsiqəsini istəmişdir. Toğrul şəxsiyyət vəsiqəsini həmin şəxsə təqdim etmiş, həmin şəxs öz dəftərində qeydiyyat aparmışdır. Bundan sonra o, Toğrulla birlikdə dəmirləri avtomobildən metal qəbulu məntəqəsinə boşaltmışlar. Həmin şəxs dəmirləri çəkib 240 kiloqram olduğunu demiş və hesablayaraq Toğrula 108 manat pul vermişdir. Toğrul həmin puldan taksi sürücüsünə 20 manat, ona isə 50 manat pul vermişdir. Qalan pulu isə Toğrul özünə götürmüşdür. Bundan sonra onlar oradan getmişlər. Sonuncu dəfə “Altus" MMC-nin plastik məhsullarının istehsalı sexindən dəmir əşyalarını o, Toğrulla birlikdə 18 avqust 2024-cü il tarixdə götürmüşdür. Belə ki, həmin gün Toğrul istifadə etdiyi mobil telefonla onun istifadə etdiyi telefona zəng edərək yenə də həmin sexdən dəmir əşyaları daşımaqda Toğrula kömək etməsini demişdir. O, Toğrulla razılaşmış və saat 18 radələrində Bakı şəhəri Sabunçu rayonu “Sabunçu keçidi” adlanan ərazidə Toğrulla görüşmüşdür. Bundan sonra o, Toğrulla birlikdə Binəqədi rayonunda yerləşən həmin sexə gəlmişlər. Saat 19 radələrində sexin qarşısına çatmışlar. Toğrul dəmirləri aparmaq üçün yaxınlıqdan taksi avtomobili sifariş verib gətirməsini ona demişdir. O, yaxınlıqda olan “Azsamand" markalı taksi avtomobilini saxladıb tanımadığı sürücüyə sexdən dəmir götürüb metal qəbulu məntəqəsinə aparacaqlarını demişdir. Taksi sürücüsü razılaşmışdır. Bundan sonra o, taksi avtomobili ilə sexin qarşısına gəlmiş, Toğrul əli ilə sürücüyə işarə verib sexə daxil olmasını demişdir. Sürücü avtomobilini idarə edib sexə daxil etmişdir. O, avtomobildən aşağı düşmüşdür. O, Toğrulla birlikdə sonuncunun göstərdiyi 10 ədəd dəmir qəlibləri avtomobilin yük yerinə yığmışlar. Həmin dəmir qəliblər paslanmış, köhnə vəziyyətdə olmuşdur. Onlar taksi avtomobili ilə sexdən götürdükləri 10 ədəd dəmir qəlibləri Biləcəri qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. Toğrul məntəqədə işləyən şəxsə yenə də dəmir gətirdiyini, həmin dəmirlərin özünə məxsus olduğunu demişdir. Həmin şəxs dəmir qəliblərə baxıb oğurluq olub-olmadığını soruşmuşdur. Toğrul isə dəmirlərin oğurluq olmadığını demişdir. Bundan sonra həmin şəxs qəlibləri almağa razı olmuşdur. O, Toğrulla birlikdə qəlibləri avtomobildən məntəqəyə boşaltmışlar. Həmin şəxs qəlibləri çəkərək 666 kiloqram olduğunu müəyyən etmişdir. Həmin şəxs qəliblərin pulunu hesablayıb Toğrula 300 manat pul vermişdir. Toğrul həmin puldan taksi sürücüsünə 20 manat, ona isə 70 manat vermişdir. Qalan puiu isə Toğrul özünə götürmüşdür. Bundan sonra onlar oradan geri qayıtmışlar. Həmin vaxt Toğrul sexdən götürüb satdığı dəmir armaturların və qəliblərin əslində sonuncuya məxsus olmadığını, dəmirləri sexdən oğurladığını demişdir. Bundan sonra o, Toğrulla birlikdə sexdən apardıqları dəmir əşyalarının oğurluq olduğunu bilmişdir, Qeyd olunan oğurlanmış dəmir armaturların ümumi dəyərinin 240 manat olması, dəmir qəliblərin bir ədədinin 700 manat, on ədədinin 7000 manat olması ilə bağlı o və Toğrul zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ilə razılaşmış, Toğrulla birlikdə Nümayəndə dəymiş ziyanı tam olaraq ödəmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 uzun müddətdir dostluq əlaqəsi olan Təqsirləndirilən şəxs1 kömək məqsədi ilə getdiyini, oğurluq niyyəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş zərəri Təqsirləndirilən şəxs1la birlikdə ödədiyinin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, əvvəllər Bakı şəhəri Binəqədi rayonu DSK-t adlı ərazidə yerləşən Nümayəndə adlı şəxsə məxsus Zərərçəkmiş şəxs MMC-nin plastik məhsullarının istehsalı sexində fəhlə işləmiş və təxminən dörd il əvvəl işdən çıxmışdır. Həmin sexdən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə iki dəfə oğurluq etmişdir. Birinci dəfə 14 avqust 2024-cü il tarixdə onun pula ehtiyacı yaranmışdır. Bu səbəbdən o, oğurluq etmək qərarına gəlmişdir. O, “Altus" MMC-yə məxsus sexdən dəmir əşyaları oğurlamağı planlaşdırmışdır. Lakin, o, həmin dəmir əşyalarını tək apara bilməyəcəyini düşündüyü üçün dostu Təqsirləndirilən şəxs2 məxsus mobil telefona zəng edib dəmir əşyaları olduğunu, həmin dəmir əşyalarını sexdən götürüb metal qəbulu məntəqəsinə aparmaq üçün ona kömək lazım olduğunu, gəlib kömək etməsini demişdir. Orxan etiraz etməyərək onunla razılaşmışdır. O, Orxana axşam saatlarında zəng edəcəyini, Binəqədi rayonu ərazisində yerləşən “Elit” ticarət mərkəzinin qarşısına gəlməsini, oraya çatdıqdan sonra onunla əlaqə saxlamasını və sexin yerini başa salacağını demişdir. Həmin gün saat 19 radələrində o, həmin sexin yerləşdiyi ünvana getmişdir. O, müşahidə aparıb ətrafda heç kimin olmadığına əmin olmuş və həyət qapısının üzərindən aşaraq sexin içərisinə daxil olmuşdur. O, mobil telefonu ilə Orxana zəng edərək sexdə olduğunu və “Elit” Ticarət mərkəzinin qarşısına gəlməsini demişdir. Bundan sonra o, sexin içərisində olan dəmir əşyalarından təxminən yarım metr və bir metr uzunluqda olan dəmir armaturları seçib sexdə bir yerə toplamışdır. Bir neçə dəqiqə sonra Orxan ona zəng edib “Elit” ticarət mərkəzinin qarşısına çatdığını demişdir. O, Orxana sexin olduğu yeri izah etmiş və dəmirləri aparmaq üçün taksi avtomobili sifariş verib avtomobillə gəlməsini demişdir. Bir neçə dəqiqə sonra Orxan mobil telefonuna zəng edərək gəldiyini və sexin qarşısında olduğunu demişdir. O, içəri tərəfdən sexin qapısını açmış, Orxan “Toyota Pirius" markalı taksi avtomobili ilə sexə daxil olmuşdur. O, seçib topladığı dəmir armatur hissələrini Orxanla birlikdə taksi avtomobilinin yük yerinə yığmışlar. O, tanımadığı taksi sürücüsünə avtomobili Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə sürməsini demişdir. Sürücü avtomobilini idarə edərək birlikdə qeyd etdiyi məntəqəyə getmişdir. Saat 20 radəiərində onlar həmin məntəqəyə çatmışlar. O, məntəqədə işləyən şəxsə satmaq üçün dəmir əşyaları gətirdiyini demiş və dəmirin bir kiloqramını hansı qiymətə aldığını soruşmuşdur. Həmin şəxs dəmirin bir kiloqramını 45 qəpiyə aldığını demişdir. O, dəmiri 45 qəpiyə metal qəbulu sexinə satmağa razı olmuşdur. Həmin şəxs dəmirin kimə məxsus olduğunu və oğurluq olub-olmadığını soruşmuşdur. O, dəmirin özünə məxsus olduğunu, oğurluq olmadığını demişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsi təqdim etməsini, bundan sonra dəmirləri alacağını demişdir. O, şəxsiyyət vəsiqəsini həmin şəxsə vermiş, həmin şəxs öz dəftərində qeydiyyat aparmışdır. Bundan sonra o, Orxanla birlikdə dəmirləri avtomobildən metal qəbulu məntəqəsinə boşaltmışlar. Həmin şəxs dəmirləri çəkib 240 kiloqram olduğunu demiş və hesablayaraq ona 108 manat pul vermişdir. O, həmin puldan taksi sürücüsünə 20 manat, Orxana isə 50 manat pul vermişdir. Qalan pulu isə o, özünə götürmüşdür. Bundan sonra onlar oradan getmişlər. O, Nümayəndə məxsus Zərərçəkmiş şəxs MMC-nin plastik məhsullarının istehsalı sexindən sonuncu dəfə oğurluğu 18 avqust 2024-cü il tarixdə etmişdir. Belə ki, həmin gün pula ehtiyacı olduğu üçün o, sexdən yenidən oğurluq etmək qərarına gəlmişdir. O, kömək məqsəd ilə mobil telefon vasitəsi ilə Orxana zəng etmiş və ona sexə gəlməsini demişdir. Saat 17 radələrində o, Orxanla Bakı şəhəri Sabunçu rayonu “Sabunçu keçidi” adlanan ərazidə görüşmüş, oradan birlikdə qeyd etdiyi sexin yaxınlığına gəlmişlər. O, Orxana sexdən götürəcəkləri dəmir əşyaların ona məxsus olmadığını, oğurlayacaqlarını demişdir. Orxana yalnız yolda olan zaman oğurluq edəcəyini bildirmiş və o etiraz etməmişdir. Həmin gün saat 19 radəiərində o, sexin qapısının üstündən aşaraq içəri daxil olmuş, içəri tərəfdən qapını açmışdır. Bundan sonra Orxan da sexin içərisinə daxil olmuşdur. O, Orxanla birlikdə sexin içərisində olan dəmir qəliblərdən paslanmış formada olan 10 ədədini götürüb bir yerə toplamışlar. O, Orxana gedib taksi avtomobili gətirməsini, dəmir qəlibləri həmin avtomobilə yükləyib satmağa aparmalarını, Orxanı sexdə gözləyəcəyini demişdir. Orxan gedərək bir neçə dəqiqə sonra tanımadığı şəxsin idarə etdiyi “Azsamand” markalı taksi avtomobili ilə sexə gəlmişdir. O və Orxan sexdə olan 10 ədəd dəmir qəlibləri avtomobilə yükləmişlər. Sonra birlikdə Biləcəri qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə getmişlər. O, məntəqədə işləyən şəxsə yenə də dəmir gətirdiyini, həmin dəmirlərin özünə məxsus olduğunu, oğurluq olmadığını, artıq bir dəfə həmin şəxsə dəmir əşyaları satdığını demişdir. Həmin şəxs onu tanıdığı və gətirdiyi dəmir qəliblərə baxaraq həmin dəmirlərin də bir kiloqramını 45 qəpiyə alacağını demişdir. O, Orxanla birlikdə qəlibləri avtomobildən məntəqəyə boşaltmışlar. Həmin şəxs qəlibləri çəkərək 666 kiloqram olduğunu müəyyən etmişdir. Sonra həmin şəxs qəliblərin pulunu hesablayıb ona 300 manat pul vermişdir. O, həmin puldan taksi sürücüsünə 20 manat pul vermişdir. Qalan 270 manat pulun 70 manatını Orxana vermiş və 200 manatı isə özünə götürmüşdür. Bundan sonra onlar oradan getmişlər. Onun Orxanla birlikdə oğurladığı dəmir armaturların ümumi dəyərinin 240 manat olması, dəmir qəliblərin bir ədədinin 700 manat, on ədədinin 7000 manat olması ilə bağlı o, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ilə razılaşmış və Orxanla birlikdə Nümayəndə dəymiş ziyanı tam olaraq ödəmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini, Təqsirləndirilən şəxs2 ilə birlikdə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəmədən göstərilənlərin nəzərə alınmasını və barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş və Bakı şəhərində yaşamışdır. Zərərçəkmiş şəxs 2003-cü ildə anası X7 tərəfindən təsis edilmişdir. O, 2019-cu il tarixdən etibarən həmin MMC-nin direktoru vəzifəsində işləmişdir. Cəmiyyətin hüquqi ünvanı ünvan 5raq Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi 3097-ci məhəllə yerləşmişdir. Zərərçəkmiş şəxs MMC-nin tərkibində olan plastik məhsulların istehsalı sexi həmin ünvanda yerləşmişdir. Həmin sexdə plastik ev əşyaları istehsal olunmuşdur. 19 avqust 2024-cü il tarixdə səhər saatlarında o, həmin sexə gəldikdən sonra bəzi qəliblərin yerində olmadığını və yerdə qəliblərin sürtünmə izlərinin olduğunu görmüşdür. O, sexə baxış keçirdikdə 10 ədəd qəlibin və dəmir armaturların yerində olmadığını müəyyən etmişdir. O, sexdə quraşdırılmış müşahidə kameralarının qeydə aldığı video çəkilişlərə monitor vasitəsi ilə baxış keçirmişdir. Həmin vaxt o, əvvəllər sexdə fəhlə işləyən Təqsirləndirilən şəxs1 tanımadığı bir nəfər şəxslə birlikdə bir neçə dəfə sexə daxil olub oğurluq etdiklərini görmüşdür. Belə ki, o, video çəkilişə baxdıqda Toğrulun 02 avqust 2024-cü il tarixdə və 10 avqust 2024-cü İl tarixdə ona məxsus sexə tək olaraq daxil olduğunu, Toğrulun sexdə olan əşyalara baxdığını, sonra sexdən çıxıb getdiyini görmüşdür. Həmin vaxt Toğrul sexdən hər hansı bir avadanlıq və ya əşya götürməmişdir. 14 avqust 2024-cü il tarixdə saat 19 radələrində isə Toğrul yanında olan bir nəfər tanımadığı şəxslə birlikdə sexə daxil olaraq içəridən bir neçə sayda dəmir armaturlar götürüb taksi avtomobilinə yükləyib aparmışlar. Sonuncu dəfə isə Toğrul eyni şəxslə birlikdə sexə 18 avqust 2024-cü il tarixdə saat 19 radələrində yenidən daxil olmuş və sexin içərisindən 10 ədəd dəmir qəlib götürərək taksi avtomobilinə yükləyib aparmışlar. O, Toğrulla əlaqə saxlayıb götürdüyü dəmir armaturları və dəmir qəlibləri qaytarması tələb etmək qərarına gəlmişdir. Bu səbəbdən o, Toğrulla əlaqə saxlamaq üçün bir neçə gün çalışmış, lakin, Toğrulla əlaqə saxlaya bilməmişdir. Bu səbəbdən də o, hadisəni aşkar etdiyi gündən bir həftə sonra, yəni 26 avqust 2024-cü il tarixdə ərizə ilə Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə müraciət etmişdir. Nümayəndə həmçinin, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona məxsus sexdən oğurladıqları dəmir armaturlar 0,5-1 metr uzunluqda, diametri təxminən 22 mm, təxminən 200-300 kiloqram çəkidə olmuşdur. Dəmir armaturların qiyməti təxminən 200 manat məbləğində olmuşdur. Qəliblər 10 ədəd olmuş, təxminən beş il müddətində istifadə olunmuş və istifadəyə yararlı vəziyyətdə olmuşdur. Dəmir qəliblərin bir ədədi 700 manat, 10 ədədi isə 7000 manat dəyərində olmuşdur. Bununla da, ona məxsus sexdən edilmiş oğurluq nəticəsində ona 7240 manat məbləğində maddi ziyan dəymişdir. Həmin maddi ziyan oğurluq etmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam olaraq ödənilmiş, onun heç bir şikayət və ya tələbi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İsmayıllı şəhərində anadan olmuş, ismayıllı rayonu Mican kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ev 56-da yaşamışdır. Abşeron rayonu Xırdalan-Binəqədi şossesi "Mir İnşaat" adlı tikinti materialları mağazasının yaxınlığında ona məxsus metal qəbulu sexi olmuş, o, həmin sexdə işləmişdir. 15 avqust 2024-cü il tarixdə saat 20 radələrində iki nəfər tanımadığı şəxs taksi avtomobili ilə ona məxsus sexə gəlmişlər. Həmin şəxslərdən biri ona dəmir əşyaları gətirdiklərini demiş və dəmirin bir kiloqramını hansı qiymətə aldığını soruşmuşdur. O, dəmirin bir kiloqramını 45 qəpiyə aldığını demişdir. Həmin şəxs razılaşıb avtomobilin yük yerində olan dəmir əşyalarını ona təhvil vermişdir. O, həmin əşyaların kimə məxsus olduğunu, oğurluq olub-olmadığını soruşmuşdur. Həmin şəxs dəmir əşyalarının həmin şəxsə məxsus olduğunu və oğurluq olmadığını demişdir. O, həmin şəxslərin adını soruşmuş, ona Toğrul və Orxan olduqlarını demişlər. O, həmin şəxslərdən şəxsiyyətini təsdiq edən sənəd tələb edərək həmin sənəd olmadığı təqdirdə alış həyata keçirmədiyini bildirmişdir. Bundan sonra Toğrul şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O, şəxsiyyət vəsiqəsinə baxdıqda Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. O, Toğrul və Orxanın gətirdiyi dəmir əşyalarını tərəzidə çəkmiş və 240 kiloqram olduğunu görmüşdür. O, Toğrulun ad və soyadını, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini qeydiyyat dəftərinə yazmış və sonra şəxsiyyət vəsiqəsini Toğrula qaytarmışdır. O, Toğrula 108 manat pul vermiş və sonuncu Orxanla birlikdə getmişlər. 18 avqust 2024cü tarixdə saat 20 radələrində Toğrul və Orxan “Azsamand” markalı taksi avtomobili ilə ona məxsus sexə gəlmişlər. Toğrul dəmir qəliblər gətirdiyini və həmin qəlibləri satdığını demişdir. O, Toğruldan həmin dəmir qəliblərin kimə məxsus olduğunu və oğurluq olubolmadığını soruşmuşdur. Toğrul dəmir qəliblərin özünə məxsus olduğunu və oğurluq olmadığını demişdir. O, yenə də Toğrulun şəxsiyyət vəsiqəsini tələb etmiş, sonuncu şəxsiyyət vəsiqəsini ona vermişdir. O, qeydiyyat dəftərimə Toğrulun ad və soyadını, həmçinin vəsiqəsinin nömrəsini qeyd etmişdir. O, Toğrul və Orxanın gətirdiyi dəmir qəlibləri tərəzidə çəkmiş, çəkisinin 666 kiloqram olduğu məlum olmuşdur. O, Toğrula 300 manat pul vermiş, bundan sonra sonuncu və Orxan getmişlər. Şahid həmçinin, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 avqust 2024-cü il tarixdə ona satdıqları dəmir əşyaları dəmir armaturlar olmuş, həmin armaturlar təxminən yarım metr uzunluğunda olmuşdur. Toğrul və Orxanın 18 avqust 2024-cü il tarixdə ona satdıqları 10 ədəd dəmir qəlibləri köhnə, paslı, dördkünc dəmir qəliblər olmuşdur. O, aldığı dəmir armaturları 16 avqust 2024-cü il tarixdə, dəmir qəlibləri isə 19 avqust 2024-cü il tarixdə Xırdalan şəhərində yerləşən dəmir zavoduna satmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aldığı dəmir armaturların və dəmir qəliblərin qeydiyyatını apardığı dəftər dolduğu üçün o, həmin dəftəri atmış, özündə saxlamadığı üçün təqdim edə bilməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş CMin 177.2.1 və 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış protokolu və fotocədvəl” dən görünür ki, həmin oğurluq hadisəsi Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən "xxxx" MMC-yə məxsus sexdə baş vermişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 23:10-da CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 00:55-də CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-657/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-658/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətinin əvvəli 28 avqust 2024-cü il tarixdən hesablanmışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. xx.xx.2024-cü il tarixli, 8İ-8776 nömrəli ərizədən görünür ki, Ağamalı X8 rayon Polis İdarəsinə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, işlə bağlı onlara qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-782/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs2 ev dustaqlığında saxlanma müddəti 28 noyabr 2024-cü il tarixədək müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-789/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs1 ev dustaqlığında saxlanma müddəti 27 noyabr 2024-cü il tarixədək müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-895/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti istintaq müddətinin sonuna kimi, yəni 27 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-896/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 02 (iki) ay müddətə, yəni 27 yanvar 2025-ci il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. 07 dekabr 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edib Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. 12 dekabr 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdiyi xüsusatları təsdiq edib Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. 17 dekabr 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdiyi xüsusatları təsdiq edib Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. 23 dekabr 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi 3097-ci məhəllədə yerləşən “Altus" MMC-nin plastik məhsulların istehsalı sexini göstərib oradan 2024-cü ilin avqust ayının 14-də və 18-də saat 19 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə dəmir armaturlar və dəmir qəliblər oğurladığını, oğurladıqları həmin dəmirləri Biləcəri qəsəbəsində yerləşən metal qəbulu sexinə satdıqlarını bildirmişdir. O, sexin yerləşdiyi ərazinin darvazasını göstərib həmin darvazanın üstündən aşmaqla içəri daxil olduğunu və arxa tərəfdən darvazanı açdığını bildirmişdir. O, sexin içərisini göstərib Orxanla birlikdə dəmir armaturları və dəmir qəlibləri oradan götürüb taksi avtomobilinə yükləyib apardıqlarını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2024-cü il tarixli 9/8210 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunələr əsasında diametri təxminən 22 mm olan armaturların (metal qırıntı kimi) 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 240,00 (240kqx1man) müəyyən olunur. Tədqiqata təqdim edilən nümunələrə əsasən 10 ədəd dəmir qəliblərin satışı və qiymətinə dair məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17 fevral 2025-ci il tarixdə saat 10:15-də Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə könüllü olaraq gəlmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 17 fevral 2025-ci il tarixdə saat 10:25-də Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə könüllü olaraq gəlmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, ibtidai istintaq həmin maddələrlə davam etdirilmişdir. xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Hazırki cinayət işində iki nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq hissi keçirməsini, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməllərində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi nömrəsiz evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı, Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayorunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq 27 avqust 2024-cü il tarixdə, saat 23:10-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 29 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-657/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-789/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs1 ev dustaqlığında saxlanma müddəti 27 noyabr 2024-cü il tarixədək müəyyən edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-896/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 02 (iki) ay müddətə, yəni 27 yanvar 2025-ci il tarixədək uzadılmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi ilə bağlı 27 avqust 2024-cü il tarixdən 27 yanvar 2024-cü il tarixə kimi həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay müddət həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azemis” elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X1 Orxan Xalıq oğlunun övladıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 1 azyaşlı uşağının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını onun cəzasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməllərində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməsi və ya götürülməsini), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, oğurladığı əşyaları qaytarmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan ünvan 2ı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı, Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayorunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 28 avqust 2024-cü il tarixdə saat 00:55-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 29 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-658/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətinin əvvəli 28 avqust 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-782/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs2 ev dustaqlığında saxlanma müddəti 28 noyabr 2024-cü il tarixədək müəyyən edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-896/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 02 (iki) ay müddətə, yəni 27 yanvar 2025-ci il tarixədək uzadılmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı 28 avqust 2024-cü il tarixdən 27 yanvar 2024-cü il tarixə kimi həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 və Müdafiəçinın təqdim etdikləri hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə hər biri ayrı-ayrılıqda 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən, dövlət hesabına hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə(vəkillərə) ödənilən haqqın məbləği artırılaraq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, 29 aprel 2025-ci il tarixədək 24 (iyirmi dörd) saat, cinayət işi üzrə hökm çıxanadək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, 29 aprel 2025-ci il tarixədək 24 (iyirmi dörd) saat, cinayət işi üzrə hökm çıxanadək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 29 aprel 2025-ci il tarixədək göstərdiyi 24 (iyirmi dörd) saat hüquqi yardıma görə 144 (yüz qırx dörd) manat, 29 aprel 2025-ci il tarixdən hökm çıxanadək sərf etdiyi 16 (on altı) saat hüquqi yardıma görə 176 (yüz yetmiş altı) manat, cəmi 320 (üç yüz iyirmi) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 29 aprel 2025-ci il tarixədək göstərdiyi 24 (iyirmi dörd) saat hüquqi yardıma görə 144 (yüz qırx dörd) manat, 29 aprel 2025-ci il tarixdən hökm çıxanadək sərf etdiyi 16 (on altı) saat hüquqi yardıma görə 176 (yüz yetmiş altı) manat, cəmi 320 (üç yüz iyirmi) manat, ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 02 (iki) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 29 aprel 2025-ci il tarixədək göstərdiyi 24 (iyirmi dörd) saat hüquqi yardıma görə 144 (yüz qırx dörd) manat, 29 aprel 2025-ci il tarixdən hökm çıxanadək sərf etdiyi 16 (on altı) saat hüquqi yardıma görə 176 (yüz yetmiş altı) manat, cəmi 320 (üç yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 29 aprel 2025-ci il tarixədək göstərdiyi 24 (iyirmi dörd) saat hüquqi yardıma görə 144 (yüz qırx dörd) manat, 29 aprel 2025-ci il tarixdən hökm çıxanadək sərf etdiyi 16 (on altı) saat hüquqi yardıma görə 176 (yüz yetmiş altı) manat, cəmi 320 (üç yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar