Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-318/2020 09.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs3, Müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və fərdi qaydada fəaliyyət göstərən vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Ucar rayonunun Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Abşeron rayonu Xırdalan şəhəri X9 küçəsi ev 3 mənzil 188-də qeydiyyatda olan və həmin mənzildə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Bakı şəhərində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərvurmasına səbəb olmuş cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə saat 12:30 radələrində Bakı- Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 7,5-ci kilometrində «X10» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub idarə etdiyi “VAZ 21041” minik markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolla Xocasən qəsəbəsi istiqamətində yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə 70-80 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X10» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşıda yol ayrıcı daş çəpərin arakəsmə hissəsində sola dönməyə istiqamətlənib 20 km/saat sürətlə hərəkətdə olan X1 idarə etdiyi “Mercedes 200” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tin hissəsi ilə toqquşmuş, zərbədən həmin avtomobil əks istiqamətli hərəkət yoluna çıxmış, bu zaman Bakı şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz 308” yük markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes 200” minik markalı avtomobilin sağ arxa qapı hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Mercedes 200" minik markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 insan həyatı üçün təhlükəli olan baş beyin əzilməsi, basılması və pnevmoensofaliya (kəllə boşluğuna havanın toplanması) ilə nəticələnən sağ təpə sümüyünün basılmış sınığı, sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, dərialtı hematoması xəsarətlərini yetirməklə sağlamlığına ağır zərər vurmasına, “Mercedes 200” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək Zərərçəkmiş şəxs2 6504 manat əmlak ziyanı vurmasına və “Mercedes Benz 308” yük markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək Zərərçəkmiş şəxs3 5960 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüquq vardır və xx.xx.2016-cı ildə ona «BC» dərəcəli sürücülük vəsiqəsi verilmişdir. xx xxxxxx 2020-ci ildə saat 12:30 radələrində Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 7,5-ci kilometrində etibarnamə ilə idarə etdiyi “VAZ 21041” minik markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xocasən qəsəbəsi istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən qarşıda yol ayrıcı daş çəpərin arakəsmə hissəsində qəflətən “Mercedes 200” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil heç bir xəbərdarlaq işarəsi etmədən əks hərəkət yoluna dönməyə başlamışdır. Bu anda hərəkətiüçün təhlükə yaranaraq ayağını tormoz pedalına qoymuş, buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq sol tin hissəsi həmin avtomobilin arxa hissəsi ilə toquşmuşdur. Həmin avtomobil əks istiqamətli hərəkət yoluna çıxmış, bu zaman Bakı şəhəri istiqamətində hərəkətdə olan “Mercedes Benz 308” yük markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin avtomobillə toqquşmuşdur. Hadisə təhqiqatçı tərəfindən qeydə alınmış və özünün iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə zamanı xəsarət almamışdır. Hadisə zamanı avtomobilində yük və sərnişin olmamışdır. “Mercedes 200” minik markalı avtomobildə sərnişin qismində olan azyaşlı oğlan uşağı xəsarət aldığı üçün atası tərəfindən xəstəxanaya aparılmışdır. Hadisə zamanı avtomobili əzilərək özünə maddi ziyan dəymişdir.Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyini və onlarla barışdığını bildirərək məhkəmədən bu xüsusatın nəzərə alınmasını və barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki,onun nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüquq vardır və xx.xx.2018-ci ildə ona «BC» dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Şahid adına olan “Mercedes 200” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxxx 2018-ci ildə Şahid ona satmışdır. Həmin tarixdən ona notariusda təsdiq olunmuş etibarnamə verilməklə avtomobil faktiki olaraq özünə məxsusdur. xx xxxxxx 2020-ci ildə saat 12:30 radələrində Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 7,5-ci kilometrində idarə etdiyi “Mercedes 200” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xocasən qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkət edərək, yaşadığı evə getmək məqsədi ilə qarşıda yol ayrıcı daş çəpərin arakəsmə hissəsindən dönmək üçün sürəti azaldaraq 20 km/saata endirmişdir. Bu zaman arxadan “VAZ 21041” minik markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə gəldiyini görüb dönməyib ona yol vermək məqsədi ilə avtomobili mümkün qədər sola çəkib arakəsmədən bir qədər içəri daxil olmuşdur. Buna baxmayaraq həmin avtomobilin qabaq hissəsi onun idarə etdiyi avtomobilin arxa sol tin hissəsi ilə toqquşmuşdur. Zərbədən avtomobili yolayrıcı beton səddə istiqamətləndiyi üçün sol əli ilə sükanı tutub sağ əli ilə isə arxa oturacaqda oturmuş 2013-cü il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs1 tutmuşdur ki, xəsarət almasın. Avtomobili idarəetmədən çıxıb əks hərəkət yoluna keçərək həmin yolda əks istiqamətdə hərəkətdə olan “Mercedes Benz 308” yük markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi onun avtomobilinin sağ arxa qapı hissəsi ilə toqquşmuşdur. Nəticədə oğlu Həsən xəsarət almış və avtomobili əzilərək ona 6504 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs – mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüquq vardır və xx.xx.2018-ci ildə ona «B» dərəcəli sürücülük vəsiqəsi verilmişdir. xx xxxxxx 2020-ci ildə saat 12:30 radələrində Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 7,5-ci kilometrində idarə etdiyi özünə məxsus “Mercedes Benz 308” yük markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkətdə olub, qarşıda yol ayrıcı daş çəpərin arakəsmə hissəsinə təxminən 20 metr məsafə qalmış Xocasən qəsəbəsi istiqamətində yol ayrıcı daş çəpərin arakəsmə hissəsində əks hərəkət yoluna dönməyə hazırlaşan “Mercedes 200” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə Xocasən qəsəbəsi istiqamətində hərəkətdə olan “VAZ 21041” minik markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən toqquşmuşdur. Bu anda həmin avtomobil hərəkətə gələrək onun qarşısına çıxaraq hərəkəti üçün təhlükə yaranmışdır. Dərhal ayağını tormoz pedalına qoymuş, buna baxmayaraq idarə etdiyi avtomobil tormozda olarkən qabaq hissəsi “Mercedes 200” minik markalı avtomobilin sağ arxa qapı hissəsi ilə toqquşmuş və bu səbəbindən idarəetməni itirmiş, avtomobili sağa, sonra sola istiqamətlənib yolayrıcı beton piltələrə dəyib dayanmışdır. “Mercedes 200” minik markalı avtomobil isə yolun Bakı istiqamətinə olan hissəsindən çıxıb səkini aşaraq torpaq yolda dayanmışdır. Hadisə təhqiqatçı tərəfindən qeydə alınaraq özünün iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə zamanı xəsarət almamışdır. Hadisə zamanı avtomobilində təxminən 300 kq yük olmuş, sərnişin isə olmamışdır. “Mercedes 200” minik markalı avtomobildə sərnişin qismində olan azyaşlı oğlan uşağı xəsarət aldığı üçün atası tərəfindən xəstəxanaya aparılmışdır. Hadisə zamanı avtomobili əzilərək özünə maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Şahidifadəsində göstərmişdir ki, onun adına olan “Mercedes 200” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxxx 2018-ci ildə Zərərçəkmiş şəxs2 satmışdır və həmin tarixdən Zərərçəkmiş şəxs2 notariusda təsdiq olunmuş etibarnamə verilməklə avtomobil faktiki Zərərçəkmiş şəxs2 məxsusdur. Odur ki, xx xxxxxx 2020-ci ildə Bakı-Xocasən yolunda “Mercedes 200” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi zamanı avtomobilin əzilməsi nəticəsində maddi ziyan məhz Zərərçəkmiş şəxs2 dəymişdir. “Mercedes 200” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilməsi nəticəsində dəymiş ziyanın özünə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında müdafiəçi A.Məmmədov bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən 263.1-1-ci maddədə nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxlə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Ona görə də o, məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Müdafiəçi digər müdafiəçi X2 çıxışını təsdiq edərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3 xx.xx.2020-ci il tarixli 422 saylı rəyindən görünür ki, 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyin əzilməsi, basılması və pnevmoensofaliya (kəllə boşluğuna havanın toplanması) ilə nəticələnən sağ təpə sümüyünün basılmış sınığı, sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, dərialtı hematoması bərk küt əşyanın təsirindən xx.xx.2020-ci ildə salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 5359 saylı ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən göstərilən şəraitdə “VAZ 21041” minik markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X10» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 21041 minik markalı avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «X10» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə “Mercedes Benz 200” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə - hərəkət üçün təhlükə yaranan anda “Mercedes Benz 308” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 36 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs3 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətində «X10» Azaybaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. – hərəkət üçün təhlükə yaranan anda “Mercedes Benz 308” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 36 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs3 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «X10» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən məlum olur ki, xx.xx.2020-ci il tarixli, 5359 saylı aparılmış ekspert tədqiqatının dəyəri 109 (yüz doqquz) manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21041” minik markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes 200” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz 308” yük markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut hesab edilmiş və avtomobillər saxlanılması üçün sahiblərinə qaytarılmışdır. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “qanuni nümayəndə təyin edilməsi haqqında” xx xxxxx 2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 anası Qanuni nümayəndə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi təyin olunması və onun cinayət prosesində iştirakının təmin olunması qərara alınmışdır. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs3 Nurəddin oğlunun məhkəməyə təqdim etdiyi mülki iddadan məlum olur ki, maddi ziyana görə 8960 manat, mənəvi ziyana görə 5000 manat təqsirləndirilən şəxsən tutulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır.“Mercedes 200” minik markalı **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 qəbul edilməsi, sürücülər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 əməllərində cinayət tərkibi olmadığına görə barələrində cinayət işinin başlanması rədd edilməsi, cinayət işinin bəzi sənədlərində hadisənin baş verdiyi yer "Abşeron rayonu" kimi və hadisənin baş verdiyi vaxt "saat 13-30" kimi yazılanlar hadisənin baş verdiyi yer Binəqədi rayonu, hadisənin baş verdiyi vaxt isə saat 12-30 oxunması, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21041” minik markalı 9**-HJ- *** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə ilə ona məxsus olduğu üçün hadisə zamanı həmin avtomobilin əzilməsi nəticəsində dəymiş ziyan Təqsirləndirilən şəxs elan ediləcək ittihama daxil edilməməsi, Zərərçəkmiş şəxs3 barəsində Azaybaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə inzibati qaydada tənbeh görülməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizədən məlum olur ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona qarşı heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də heç bir şikayəti və tələbi olmayacaqdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə ərizəsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmış, onlara dəymiş ziyan tamamilə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə ünvanlanmış ərizədən məlum olur ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona qarşı heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş tələbnamədən məlum olur ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona istinad edilən cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxslərin ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X5 rəyi və cinayət işində olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydinin 2-ci bəndinə əsasən Məcəllənin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Azərbaycan Respublikası CPM-nin 186.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən dəyən maddi ziyanın tam ödənilməsinə, onunla barışıq əldə edilməsinə, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasına dair ərizə verdiyi üçün, onun ərizəsi üzrə mülki iddia üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və onların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və həmin ittiham üzrə cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar məhkəmənin qərarının icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Yuxarıda qeyd olunan normanın məzmunundan da göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat pul Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, (KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “VAZ 21041” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 1 ədəd “Mercedes 200” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin və 1 ədəd “Mercedes Benz 308” yük markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏR A R A A LDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən, yəni zərərçəkmiş şəxslərlə barışdığı və onlara vurulmuş ziyanı ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən dəyən maddi ziyanın tam ödənilməsinə, onunla barışıq əldə edilməsinə, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasına dair ərizəsi əsas götürülərək mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar məhkəmənin qərarının icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat pul Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, (KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “VAZ 21041” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 1 ədəd “Mercedes 200” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin və 1 ədəd “Mercedes Benz 308” yük markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-318/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-318/2020
09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver