Məhkəmə qərarları › İş №1(001)-319/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-319/2020

06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-319/2020 06.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət iş daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında dövləti ittihamçısı Dövlət ittihamçısı bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə müəyyən edilmiş cinayətin törədildiyi yer Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, törədilməsi ehtimal edilən cinayət əməli xx xxxxxx 2020-ci ildə saat 12 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 27,5-ci kilometrində baş vermişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsini təklif etmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin hazırlıq müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin hazırlıq Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək, cinayət işinin materiallarını öyrənib, məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsini araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş cinayət əməli Abşeron rayonu ərazisində baş verdiyindən sözügedən cinayət işi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə hazırlıq iclasının gedişatında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 2020-ci ildə saat 12 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 27,5-ci kilometrində idarə etdiyi “TOFAŞ ŞAHİN” minik markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə piyada keçidinin qarşısında dayanmış Şahid1 idarə etdiyi “FORD FOCUS” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbədən “FORD FOCUS” minik markalı avtomobil hərəkətə gələrək piyada keçidindən keçən piyada 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 dəymiş, nəticədə Zərərçəkmiş şəxs1 ağır dərəcəli xəsarət alması faktına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan, eləcə də ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi xx xxxxxx 2020-ci ildə saat 12 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 27,5-ci kilometrində baş vermişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, işsiz, Abşeron rayonunun Novxanı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə saat 12 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 27,5-ci kilometrində idarə etdiyi “TOFAŞ ŞAHİN” minik markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun orta zolağı ilə Quba rayonu istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, piyada keçidinin qarşısında sağ zolaqda piyadaya yol vermək məqsədi ilə dayanmasını və piyada keçi dincə piyadanın keçməsini nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, avtomobili piyada keçidinə çatmadan öz hərəkət zolağında dayandırmalı və hərəkətin təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşıda eyni istiqamətdə piyada keçidinin qarşısında sağ zolaqda dayanmış Şahid1 idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus “FORD FOCUS” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsi ilə toqquşmuş, zərbədən “FORD FOCUS” minik markalı avtomobil hərəkətə gələrək piyada keçidindən keçən piyada Zərərçəkmiş şəxs1 dəymiş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 qızma insan həyatı üçün təhlükəli olan qapalı kəlləbeyin travması, baş- beyinin ağır dərəcəli əzilməsi, ödəmi və dislokasiyası (yerini dəyişməsi), baş-beyinin sol alın-gicgah-təpə nahiyələrinin subdural hematoması (yumşaq qişanın altına qanın toplanması), sol təpə və gicgah sümüklərinin sınıqları, koma halı ilə xəsarətlərini yetirməklə sağlamlığına ağır zərər vurmasına və “FORD FOCUS” minik markalı, 99XE982 dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək Zərərçəkmiş şəxs2 2070 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə baş vermiş yol nəqliyyat hadisəsi xx xxxxxx 2020ci ildə saat 12 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 27,5-ci kilometrində olmuşdur. Bununla belə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət əməlinin törədildiyi yer Abşeron Rayon Məhkəməsinin yurisdiksiyasına aid olduğundan, həmin cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılması mümkün deyildir. Ona görə də, məhkəmə sözügedən cinayət işinin aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksıyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul edilir. Beləliklə məhkəmə, qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş cinayət əməli Abşeron rayonu ərazisində baş verdiyindən, sözügedən cinayət işi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67, 74, 75, 299 və 300-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar