Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-319/2023 18.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1975-ci il tarixdə Masallı rayonu, Sərçuvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi evdə qeyri rəsmi həyat yoldaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edib sonuncunu yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurub ona ənsə nahiyəsinin sol yarısının, sol gözaltı nahiyənin və sol yanağın yuxarı yarısının şişkinlik fonunda qançırları, burun sümüyünün cərrahi repozisiya (sınıq fraqmentlərinin cərrahi yolla yerinə oturdulması) əməliyyatına ehtiyacı olan qapalı yerdəyişmiş sınığı, burunun şişkinliyi, sol yan çəpərinin, sol burun dəliyi kənarlarının qançırı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burunun küt travması, sağ çiyinüstü nahiyənin qançırı, sol əlin İİİ və İV barmaqlarının uc falanqalarında dırnaq sədəflərinin ön uclarının hissəvi yerində olmaması və İV barmağın dırnaq yatağına məhdud sahədə qansızma ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1998-ci ildə Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuşdur. Onların bir oğlan və bir qız övladı vardır. Qeyri-rəsmi həyat yoldaşı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəmnində mütəmadi olaraq aralarında münaqişə baş vermişdir. Onu dəfələrlə döydüyündən münasibətləri korlanmışdır. xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində qeyri-rəsmi həyat yoldaşı Zərərçəkmiş şəxs yenidən qısqanclıq zəmnində onunla münaqişə etdiyindən əsəbləşərək Elnarəyə əli ilə qəsdən 10-12 dəfə zərbə vuraraq xəsarət yetirmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş ziyan tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməyini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1998-ci ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuşlar və onların 2 övladlarıvar. Təqsirləndirilən şəxsla uzun illərdir ki, aralarında qısqanclıq zəmnində münəqişələr baş verir. Mübahisələri müəyyən vaxtlarda sözlü olsa da, Elxan çox vaxt onu və övladlarını döymüşdür. Bu hadisələr 24 ildir ki, mütəmadi olaraq davam etmişdir. Elxanın 2020-ci ildə onu yumruqla vurması nəticəsində qaş nahiyəsi yarılmış, burnu sınmışdır. Həmin vaxt qaşına tikiş qoyulmuşdur. Belə hadisələr dəfələrlə təkrarlanmışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində evdə olan zaman Elxan evə gələrək onunla səbəbsiz olaraq münaqişə yaratmağa başlamışdır. Həmin vaxt o, evdə tək olmuşdur. Elxan səbəbsiz yerə onu yumruq və təpik zərbələri ilə vurmağa başlamışdır. Daha sonra yerdə olan taxta parçasını götürərək bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Həmin vaxt zərbələrdən biri onun burun nahiyəsinə tuş gəldiyindən, burnu qanamağa başlamışdır. O, qışqıraraq ətrafda olan şəxsləri köməyə çağırmağa başlayanda, Elxan evdən çölə çıxaraq uzaqlaşmışdır. Bundan dərhal sonra DİN-nin 102 XZM-nə baş vermiş hadisə barəsində məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, hazırda ondan heç bir şikayət və tələbinin olmamasını və təqsirləndirilən şəxsin həbs olunmasını istəmədiyini nəzərə alaraq, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs, atası Təqsirləndirilən şəxs, bacısı X3 ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə səhər saatlarında baş vermiş hadisə ilə əlaqədar hər hansı bir xəbəri olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 14:15 radələrində anası Elnarə onun mobil telefonuna zəng edərək, birgə yaşadıqları evdə atası ilə mübahisə etdiklərini və mübahisə zəminində atasının onu döyərək bədəninin müxtəlif hissələrinə xəsarətlər yetirdiyini və vəziyyətinin pis olduğunu bildirmişdir. Bu səbəbdən işdən icazə alaraq yaşadığı evə gəlmişdir. Evə daxil olan zaman anası Elnarənin burnundan qan axtığını və əynində olar paltarlarının qan içində olduğunu görmüşdür. Yenidən anasından nə baş verdiyini soruşduqda, anası ona atasının heç bir əsaslı səbəb olmadan, onunla mübahisə etdiyini və daha sonra evdə yerdən tapdığ taxta parçası ilə bədəninin müxtəlif hissələrinə vuraraq xəsarətlər yetirdiyini bildirmişdir. Bundan sonra anası DİN 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Baş vermiş hadisə ilə əlaqədar atasının mobil telefonuna zəng etməsinə baxmayaraq, o telefon zənglərinə cavab verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Binəqədi rayon prokurorunun 25.07.202-ci il tarixli böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair tərtib edilmiş yekun protokolun təsdiq edilməməsi və cinayət işinin başlanması haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə fakta görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli 1277 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” nin tibbi müayinə rəyindən görünür ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir və onlar 2 (iki) qrupa bölünürlər, "a”-ənsə nahiyəsinin sol yarısının, sol gözaltı nahiyənin və sol yanağın yuxarı yarısının şişkinlik fonunda qançırları, burun sümüyünün cərrahi repozisiya (sınıq fraqmentlərinin cərrahi yolla yerinə oturdulması) əməliyyatına ehtiyacı olan qapalı yerdəyişmiş sınığı, burunun şişkinliyi, sol yan çəpərinin, sol burun dəliyi kənarlarının qançırı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burunun küt travması, sağ çiyinüstü nahiyənin qançırı, sol əlin İİİ və İV barmaqlarının uc falanqalarında dırnaq sədəflərinin ön uclarının hissəvi yerində olmaması və İV barmağın dımaq yatağına məhdud sahədə qansızma; “b”- qarının ön divarında sağ qabırğaaltı nahiyənin və göbəyin yuxarı kənarının zolaqvari yanıq yaraları; “a"-bəndində göstərilmiş bədən xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 21 iyun 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə yumruq və taxta parçası ilə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər; “b”-bəndində göstərilmiş bədən xəsarətləri yüksək hərarətə malik qızdırılmış əşya ilə qarının ön divarının qeyd olunan nahiyələrinin bilavasitə qısamüddətli kontaktı nəticəsində törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni, 18 iyun 2022-ci il tarixdə kənar şəxs tərəfindən yüksək hərarətli qızdırılmış ütünün kənarlarının təsirindən əmələ gələ bilinmələri istisna edilmir və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi yeni yaşayış massivində baş vermişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2022-ci il tarixli 1365 nömrəli Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində inşa edilmiş özbaşına tikilidə qeydiyyatsız yaşayır. xx.xx.2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərərk və ibtidai istintaqı davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaq orqanına təqdim edilmədiyindən cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına təqdim edildiyindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 31 (otuz bir) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 31 (otuz bir) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 31 (otuz bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 186 (bir yüz səksən altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı ödədiyi üçün Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 31 (otuz bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 186 (bir yüz səksən altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-319/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-319/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver