Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-319/2025 06.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 05 avqust 2024-cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində tanışı Zərərçəkmiş şəxs istifadə etmək üçün götürdüyü mobil telefonu geri qaytarmamasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmaqla cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq Zərərçəkmiş şəxs ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çoxlarının mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etməklə silah qismində istifadə etdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağ qoluna zərbə vuraraq ona sağ bazu nahiyəsinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini, özünü həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirli billdiyini göstərərək bildirmişdir ki, o, avtovağzalda rayonlara gedən taksilərə sərnişin yığmaraq pul qazanmaqla məğul olmuşdur. 05 avqust 2024-cü il tarixdə, günorta saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən kafedə oturarkən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq nömrəsində balansın olmadığını bildirərək danışmaq üçün ondan telefonunu istəmişdir. Onun əvvəllər Zərərçəkmiş şəxs ilə heç bir münasibəti olmamış, sadəcə həmin yerdə arabir görmüşdür. O, telefonunu danışmaq üçün Zərərçəkmiş şəxs vermişdir. Zərərçəkmiş şəxs isə telefonu ondan aldıqdan sonra bir qədər aralaşmışdır. Bir qədər sonra baxarkən Zərərçəkmiş şəxs görməmişdir. O, Zərərçəkmiş şəxs getdiyi istiqamətdə hərəkət etmişdir. Həmin ərazidə meşə kimi sahə var, o, Zərərçəkmiş şəxs həmin meşə kimi sahədə tapmışdır. Vaqif telefonla danışıb qutardıqdan sonra o telefonunu geri istəmişdir. Lakin Vaqif telefonu ona verməmiş, onu sinəsindən itələmiş, həmçinin ünvanına nalayiq ifadə işlətmişdir. Zərərçəkmiş şəxs boyca hündür olduğu üçün onun Zərərçəkmiş şəxs gücü çatmazdı. Həmin zaman onun üzərində olan çantanın içərisində evə aparmaq üçün aldığı mətbəx bıçağı var idi. Həmin bıçağı çantasından çıxararaq Zərərçəkmiş şəxs qoluna vurmuş, bundan sonra Zərərçəkmiş şəxs qışqırmış, o isə həmin yerdən qaçıb getmişdir. Zərərçəkmiş şəxs cəmi bircə dəfə bıçaq vurmuş, daha sonra qorxusundan bıçağı atmışdır. Həmin zaman Zərərçəkmiş şəxs içkili olmamış, yalnız onlar sonra danışdıqda sonuncu ona narkotik vasitənin təsiri altında olduğu üçün elə bir hərəkət etdiyini bildirmişdir. Hadisə vaxtı ətrafda insanlar olmamışdır, sadəcə bir nəfər görüb onlara yaxınlaşmış, o isə hadisəni törətdikdən sonra qaçıb getmişdir. Törətdiyi əməldən də peşmandır, yanlarında olan şəxsin kim olmasını bilmir. O, zərərçəkmişi bıçaqla vurduqdan sonra qaçıb getdiyi üçün telefonu ala bilməmiş, həmin telefonunda olan nömrəsini unutmuşdur. Zərərçəkmiş şəxs onun telefonunu işlətmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verdikdən sonra Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs yalan danışdığını, Zərərçəkmiş şəxs onun telefonunu götürərərək danışdığını, özünün isə Zərərçəkmiş şəxs telefonunu götürmədiyini, Zərərçəkmiş şəxs yaxınlaşıb telefonu istədiyini, lakin onun telefonunu qaytarmadığını, onun ünvanına söyüşlər söydüyü üçün Zərərçəkmiş şəxs bir dəfə qolundan bıçaqla vurduğunu, yanlarında olan Asif adlı şəxsin Vaqifin tanışı olduğunu, onun Zərərçəkmiş şəxs hər hansı borcu olmadığını bildirmişdir. İş materiallarında olan hadisənin video görüntüsünü əks etdirən diskə baxış keçirilərkən isə həmin videoda Zərərçəkmiş şəxs əlində olan və danışdığı telefonun ona məxsus telefon olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsi vurmaq istəmədiyini, bir səhvə yol verdiyini, zərərçəkmiş şəxsin ona qarşı nalayiq ifadələr işlətdiyinə görə vurduğunu bildirərək barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona 30 manat borcu olsa da həmin pulu qaytarmamışdır. Belə ki, rayona gedən taksilərə adam yığdıqlarına görə Şahin 60 manat almış, həmin 60 manatın 30 manatı Şahinin olmalı, 30 manat isə ona çatmalı idi. Ancaq pulun hamısını Şahin götürmüş və qaytaracağını bildirsə də qaytarmamışdır. Bu hadisəyə qədər isə aralarında heç bir ədavət olmamışdır. Hadisə olan günü “Şəki” kafesi adlanan yerdə o, Şahin və Asif adlı şəxs birlikdə oturub çay içmişlər. Şahinə o köməkilik göstərib iş tapmışdır. Həmin zaman telefonunda kontur olmadığı üçün Şahinin telefonunu götürüb danışmaq məqsədi ilə çölə çıxmışdır. Onun telefonu isə stolun üstündə qalmışdır. O, telefonla danışdıqdan sonra geri qayıdan zaman Şahinin orada olmadığını, onun da telefonunu götürüb getdiyini görmüşdür. O, Şahinin telefonunu Asifə verərək Şahinə qaytarmasını, onun da telefonunun gətirməsini bildirməsini tapşırmışdır. Ona məxsus olan telefonu 35 manata almışdır. O, Şahinin harda olsa gələcəyini düşünərək gözləmiş, təxminən 2-3 saatdan sonra Asif gələrək Şahinin onu çağırdığını bildirmişdir. O, Şahinin olduğu yerə tərəf, yəni «Şəki» kafesinin arxasına getmiş, heç ağlına gətirmədiyi halda Şahin əlində olan bıçaqla onu yaxınlaşdığı an bir dəfə vurmuşdur. Bu hadisə təxminən günorta radələrində baş vermişdir. Qolundan qan axmağa başladığı üçün Şahinə qaçmasını bildirmişdir. Asif də həmin zaman orada olmuşdur. Şahin onu həmin yerə pul vermək adı ilə çağırmışdır. Həmin yerdə yalnız Şahin, Asif və o olmuşdur. Bıçaq qoluna girdiyi üçün onu Asif taksi ilə Sabunçu xəstəxanasına aparmışdır. Həmin zaman telefonu da Şahində qalmışdır. Xəstəxanada təxminən 8 gün yatmış, qoluna tikiş qoymuşlar. Həmin vaxtları ona zəng etmişlər ki, narahat olmasın xərcləri qarşılayacaqlar. Lakin, 5-6 ay keçsə də, heç bir köməklik göstərilməyib. Təqsirləndirilən şəxs onu bıçaqla vurduqdan təxminən 10 gün sonra tutulmuş, lakin o şikayətçi olmadığına görə Təqsirləndirilən şəxs buraxmışlar. O xəstəxanada müalicə olunanda ona xərclərinin ödəniləcəyini bildirmişlər, lakin heç bir ödəniş edilməmişdir. Onun qolunda hazırda çürümə gedir. Ona dəymiş zərər ödənilmədiyindən hazırda təqsirləndirilən şəxslə barışmamışdır. Əgər zərər ödənilərsə, barışmağa razıdır. Hazırda onun 2 barmağı işləmir, heç olmasa həmin barmaqlarının işləməsi üçün əməliyyat edilməyi üçün pulun ödənişi edilsin. Həmin ziyan ödənilərsə, şikayəti olmayacaqdır. Hal-hazırda isə şikayətçidir. Hadisə vaxtına qədər heç vaxt Təqsirləndirilən şəxs üzərində bıçaq olduğunu görməmişdir. Bundan başqa onun telefonunu da hadisədən 3 gün sonra 45 manata satmışdır. O, sonradan gedib, Şahinin satdığı yerdən nömrəni geri almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “Beynəlxalq Avtovağzal” ərazsində tanışı Zərərçəkmiş şəxs oğu ilə aralarında yaranmış mübahisə zamanı sonuncuya bıçaqla bir dəfə vuraraq sağ bazu nahiyyəsinin kəsilmiş yarası xəsarəti yetirib Zərərçəkmiş şəxs sağlamlığına dərəcəsinə görə sağlamlığın qısa müddətə pozan yüngül zərər vurma faktına görə AR CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və əlavə edilmiş foto-cədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Beynəlxalq Avtovağzalın yaxılığında yerləşən “Motodrom” kimi tanınan yaşayış massivindədir. Hadisə yerinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən göstərilmişdir. Hadisə yerində fərdi yaşayış evlərinin olması qeyd edilmişdir. Hadisə yerində maddi sübut və ya təhqiqat və istintaq marağı kəsb edə biləcək hər hansi əşya(lar) aşkar edilməmişdir. Baxış zaman çəkilmiş fotoşəkillərin materiala əlavə edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 xx.xx.2024-cü il tarixli, 1818 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət-sağ bazu nahiyyəsinin kəsilmiş yarası kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “X9” PHŞ-nə müraciət etdiyi xx.xx.2024-cü il saat 20:00-dan bir qədər əvvəl əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət xx.xx.2024-cü il tarixdə bıçağın tiyəsinin kəsici təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin bədənin əl çatan nahiyəsində yerləşməsinə baxmayaraq, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi üçün xarakterik deyildir. xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs zərəçəkmiş şəxs qismində verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, 05 avqust 2024-cü il tarixdə saat 14 radələrində “Şəki” kafesinə çay içməyə getmiş, kafeyə daxil olarkən masanın arxasında onunla həmin avtovağzalda taksi avtomobillərinə müştəri yığan, yəni makler kimi işləyən Təqsirləndirilən şəxs və Asifi gördüyündən o da həmin şəxslərlə bir masada oturmuşdur. Təqsirləndirilən şəxs ona borc verdiyi 35 manat pulu nə vaxt qaytaracağını soruşduqda Şahin ona yaxın günlərdə qaytaracağını bildirmişdir. Bu vaxt mobil telefonuna zəng gəlmiş, həmin şəxslə danışdıqdan sonra zəng getmək istəyəndə konturunun olmadığını gördüyü üçün Asif və Şahindən zəng etmək üçün mobil telefon istəmişdir. Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonu danışmaq üçün ona vermiş, o da telefonu götürüb danışmaq üçün bayıra çıxmışdır. Bayırda telefonla danışdıqdan sonra yenidən kafeyə qayıdanda Asifin masanın arxasında oturduğunu, Şahinin isə olmadığını görmüş, Asifdən Şahinin hara getdiyini soruşduqda Şahinin ona (Zərərçəkmiş şəxs) məxsus telefonu götürüb onun arxasınca getdiyini bildirdiyindən o da Şahinin arxasınca bayıra çıxanda onu görmədiyindən Şahində olan özünə məxsus mobil telefona zəng etsə də Şahin onun zənglərinə cavab verməmişdir. Daha sonra “Şəki” kafesində oturub çörək yeyərkən tanımadığı bir sürücü gələrək Şahinin parkın içində olduğunu, onu bayıra çağırdığını bildirmişdir. Çörəyini yedikdən sonra bayıra çıxanda Şahini orda görməmiş, onu kafenin arxasında olan yolun sağ tərəfində məişət tullantıları üçün nəzərdə tutulmuş yeşiklərin yanında Asiflə dayandığını görmüşdür. Həmin vaxtı Şahinin onda olan mobil telefonuna zəng gəlmiş, o telefonla danışan zaman Təqsirləndirilən şəxs üzərinə gələrək gözlənilmədən əlində tutduğu bıçaqla bir dəfə onun sağ qolunun iç tərəfinə vuraraq ordan qaçıb getmişdir. Daha sonra həyət evində asılmış dəsmallardan birini götürüb qolunu sarıyaraq Sabunçu rayon xəstəxanasına getmişdir. Üzləşdirmə zamanı Şahin Müstafayev ifadə verdikdən sonra verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, Təqsirləndirilən şəxs onu bıçaqlayan zaman yanlarında heç kimin olmamasını bildirməsinə baxmayaraq, həmin hadisəyə Asif kimi tanıdığı, ankent məlumatlarını bilmədiyi şəxsin Şahinin onu vurmasının şahidi olduğunu, həmçinin Şahinin onun bıçaqla vurmamışdan əvvəl onun sinəsinə yumuruq vurması barədə göstərdiklərinin yalan olduğunu bildirmişdir. Üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Əli oğlu isə şübhəli şəxs qismində verdiyi ifadəsini təsdiq etdiyini bildirərərək göstərmişdir ki, 05 avqust 2024-cü il tarixdə saat 14 radələrində işi ilə əlaqədar Beynəlxalq Avtovağzala gedərkən orada əvvəllər tanıdığ Vaqif adlı şəxsi görmüş, Vaqiflə görüşən zaman ondan danışmaq üşün mobil telefonu istədiyindən özünə məxsus “Samsung” markalı mobil telefonu danışmaq üçün ona vermiş, lakin danışdıqdan sonra onun telefounu geri qaytarmamış, dəfələrlə istəsə də yenə də qaytarmadığından aralarında mübahisə düşmüşdür. Vaqif hücum çəkib onun bir neçə dəfə sinəsindən vurmuş, bu vaxtı geri çəkilmiş, daha sonra onun hərəkətlərindən əsəbləşib cibində olan mətbəx bıçağını çıxarıb onun arxasınca qaçaraq bıçaqla Vaqifin sağ qolundan vurmuş, Vaqifin zədə aldığı qolunu tuduğunu görüb ordan qaçıb getmişdir. Xəsarət yetirdiyi bıçağı Biləcəri dairəsində yolun kənarına atmışdır. Vaqifdən 35 manat borc almadığını, onun dediklərinin şər böhtan olduğunu bildirmiş, verilmiş suallara cavab olaraq hadisə zamanı onun və Vaqifin yanında heç kimin olmadığını, Zərərçəkmiş şəxs da ona xəsarət yetirdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokolda göstərilmişdir ki, baxış zamanı 1 (bir) ədəd ağ rəngli kağız zərfinin üzərində “ Təqsirləndirilən şəxs bıçaqlama” yazıları aşkar edilmiş və həmin 1 ədəd diskdə əks edilmiş görüntülər xx.xx.2024-cü il tarixdə saat 14 radələrində qeydə alınmışdır. Videogörüntü ümumi olaraq 00 dəqiqə 55 saniyədir. Görüntüdə Bakı şəhəri, Binəqədi rayonu, “Beynəlxalq Avtovağzal”ın arxasında yerləşən küçələrdən biri görsənir. Təqsirləndirilən şəxs həmin küçəsinin yuxarı hissəsinə gəlir və orada gözləyir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dayandığı yerdən təxminən 40-50 metr aşağıda olan binanın 1-ci mərtəbəsindən çıxır. Zərərçəkmiş şəxs istintaqa “Asif kimi tanınan bir şəxs yaxınlaşır. Bundan sonra “Asif” aralaşır və Təqsirləndirilən şəxs qaçaraq Zərərçəkmiş şəxs yaxınlaşır və ona bıçaqla bir dəfə xəsarət yetirir. Xəsarət yetirdikdən sonra, Təqsirləndirilən şəxs hadisə yerindən qaçaraq uzaqlaşır. Lakin Məhkəmə iclasında maddi sübut kimi tanınmış həmin diskə baxış keçirilərkən xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokolun videogörüntüyə uyğun tərtib edilmədiyi müəyyən olunmuşdur. Belə ki, video görüntünün sağ üst küncündə yerləşən zaman nişanına əsasən görüntü 05 avqust 2024-cü il tarixində, saat 17:53-də qeydə alınmışdır. Yəni Təqsirləndirilən şəxsun Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi ittiham aktında göstərildiyi kimi 05 avqust 2024-cü il tarixdə saat 14 radələrində deyil, 05 avqust 2024-cü il tarixdə saat 17:53 radələrində yetirmişdir. Bundan əlavə görüntünün ümumi müddəti 54 saniyə təşkil edir. Videogörüntüdə Bakı şəhəri, Binəqədi rayonu, “Beynəlxalq Avtovağzal”ın arxa hissəsində yerləşən ərazi əks olunur. Ərazidə ümumilikdə park edilmiş çoxsaylı avtonəqliyyat vasitələri, həmçinin təmir işləri aparılan iki mərtəbəli qeyri-yaşayış binası, binanın arxa tərəfində isə məişət tullantıları üçün nəzərdə tutulmuş iri zibil konteynerləri müşahidə edilir. Görüntünün başlanğıcında Təqsirləndirilən şəxs adıçəkilən binanın arxa hissəsinə – məişət tullantı konteynerlərinə tərəf yaxınlaşaraq qara rəngli sedan tipli avtomobilin qarşısında dayanır. Təxminən 10-12 saniyə sonra digər bir şəxs onun yanına yaxınlaşır və onlar arasında qısa söhbət başlayır. Bu vaxt görüntünün fonunda, binanın birinci mərtəbəsinin qapısından Zərərçəkmiş şəxs əlində telefonla çölə çıxır və düz istiqamətdə yeriməyə başlayır. O, sağa doğru baxdıqda Təqsirləndirilən şəxs və onun yanında dayanan şəxsi gördüyü üçün onların dayandığı istiqamətə yönəlir. Bununla paralel olaraq, Şahinin yanında dayanan şəxs də Vaqifə tərəf addımlayır. Görüntüdə Zərərçəkmiş şəxs çıxdığı qapı ilə Təqsirləndirilən şəxs dayandığı yer arasındakı məsafənin təxminən 10-15 metr olduğu müşahidə edilir (baxış protokolunda göstərildiyi kimi 40-50 metr deyil). Zərərçəkmiş şəxs həmin istiqamətə addımlayarkən əlləri ilə jestlər edir və sanki nəsə dediyi müşahidə olunur. Bu hərəkətlərdən sonra Təqsirləndirilən şəxs bir neçə saniyə dayanaraq Vaqif Mustafeyvə baxdıqdan sonra cibindən bıçaq çıxarır və sürətlə Vaqifə yaxınlaşaraq onun qol nahiyəsinə bir dəfə zərbə endirərək dərhal ərazidən uzaqlaşır. Videogörüntüdən Təqsirləndirilən şəxs hər hansı ifadə işlətməsi müəyyən edilmir. Həmin zaman bıçaq zərbəsinin vurulması və sonrakı hərəkətlər yalnız hadisə yerinə yaxın məsafədə olan və əvvəldən Şahinin yanında dayanan bir nəfər tərəfindən müşahidə olunur. Digər şəxslərin həmin hadisənin şahidi olması isə müşahidə edilmir. X4 Rəhimovu gördükdən sonra bıçaqla onu vurması ümumilikdə 7-8 saniyə vaxt ərzində baş verdiyi müəyyən edilir. xx.xx.2024-cü il tarixli “Əməlin tövsif olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsiləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsiləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli qərarla elan edilmiş ittiham qüvvədə saxlanılmış, onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 2 (iki) ay 9 (doqquz) gün müddətinə xx.xx.2025-cü il tarixinədək həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,120, 177, 180, 181, 221.2.1, 221.2.2 və 228-ci maddələri ilə cinayət ışının başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs oglu barəsində Azərbaycan Respublikası CMnin 177 və 180-cı maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsi ilə fakta görə ********* saylı cinayət işindən ayrıca cinayət işi ayrılması və cinayət işində olmuş zəruri sənədlərin əsilləri və surətləri icraata ayrılmış cinayət işinə əlavə edilməsi qərara alınmış, cinayət işi üzrə baş vermiş hadisəni əks etdirən videogörüntülər olan 01 ( bir) ədəd disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. 13 fevral 2025-ci il tarixli “Cinayət işindən iş ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs və iş üzrə zərəçəkmiş şəxs X2 əməllərində bir-birinin mobil telefonlarını ələ keçirməklə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlaknı ələ keçirmək məqsədi ilə, yəni dələduzluğun əlamətləri aşkar edildiyindən Azərbaycan Respublikası CM-nin 178.1-cı maddəsi ilə fakta görə ********* saylı cinayət işindən ayrıca nömrəli cinayət işi ayrılmalı və ayrılan cinayət işində olmuş zəruri sənədlərin əsilləri və surətləri icraata ayrılmış cinayət işinə əlavə edilməli olması və ayrılmış cinayət işində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməli olması göstərilərək fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 -ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 16 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs OMSK şəhəri Lenin Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə 4 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1995-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa OMSK şəhəri Lenin Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa OMSK şəhəri Lenin Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Türkiyə Respublikasının İstanbul 9-cü Sülh Cəza Məhkəməsi tərəfindən həbs edilmiş, xx.xx.2018ci il tarixdə azad edilmişdir. Bundan başqa OMSK şəhəri Lenin Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 1 il şərti sınaq müddəti müəyyən edilmişdir. Bundan başqa Omsk şəhəri Kuybışev Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü il 4 il 1 ay müddəti azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-643/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il, 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 3 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il, 02 (iki) ay, 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə fərdi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması hökm edilmiş və hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. Sumqayıt şəhər probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 21-2/3- 2800 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-643/2024 saylı hökmü və hökmün icra olunması haqqında hakimin göstərişi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər probasiya şöbəsinə daxil olmuş və Təqsirləndirilən şəxs qeydiyyata düşmədiyinə görə cəza müddəti hesablanmamışdır. Təqsirləndirilən şəxsin azadlığının məhdudlaşdırılmasına dair prosessual sənədlər: xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilnərək xx.xx.2024-cü il tarixdə, saat 19:15-də şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-966/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində 2 (iki) ay, 9 (doqquz) gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-1160/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-319/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkəməyə verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 05 avqust 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 05 avqust 2024-cü il tarixdə, saat 17:53 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Zərərçəkmiş şəxs onun telefonunu danışmaq adıyla götürdükdən sonra qaytarmadığına görə aralarında yaranan mübahisə zamanı bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağ qoluna zərbə vuraraq ona sağ bazu nahiyəsinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir ki, həmin vaxt da onun qəsdi ictimai qaydanın pozulmasına yaxud cəmiyyətə açıqca hörmətsizliyə yönəlməmişdir. Eyni zamanda cinayət işinə əlavə edilmiş videogörüntüdən X6 Rəhimovu bıçaqla vurması və hadisə yerindən uzaqlaşması ümumilikdə 7-8 saniyə ərzində baş vermiş, həmin zaman da hadisənin yeganə şahidi onların tanışı “Asif” adlı şəxs olmuşdur. Yəni Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanı kobud qaydada pozmağa deyil, zərərçəkmiş şəxsin onun telefonunu danışmaq adıyla götürərək qaytarmadığı üçün aralarında yaranmış mübahisəyə görə bir başa zərərçəkmiş şəxsin həyat və sağlamlığına qarşı yönəlmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 05 avqust 2024-cü il tarixdə saat 17:53 radələrində baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə məxsus telefonu danışmaq adıyla götürdükdən sonra qaytarmaması səbəbi ilə başlamış, həmçinin, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən olunmamışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun telefonunda kontur olmadığından Şahinin telefonunu danışmaq üçün götürərək bayıra çıxmış, öz telefonu həmin vaxtı masanın üzərində qalmış, geri qayıdarkən Şahinin orda olmadığını və onun telefonunu götürərək getdiyini, Şahinin telefonunu isə “Asif” adlı şəxsə verərək həmin telefonu Şahinə çatdırmasını, eyni zamanda “Asifə” onun telefonunun qaytarmasını Şahinə deməsini göstərmişdir. Lakin zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə ibtidai istintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs məxsus telefonun özündə olduğunu və həmin telefonu təqdim edə biləcəyini bildirmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaqı hərəkəti zamanı Zərərçəkmiş şəxs Taqdıq oğlu xx.xx.2024-cü il tarixdə çörəyini yedikdən sonra bayıra çıxarkən Şahinin onda olan mobil telefonuna zəng gəldiyini, o telefonla danışan zaman Təqsirləndirilən şəxs üzərinə gələrək gözlənilmədən əlində tutduğu bıçaqla bir dəfə onun sağ qolunun iç tərəfinə vuraraq ordan qaçıb getdiyini göstərmişdir. Məhkəmə iclasında hadisənin görüntüləri əks olunan diskə baxış keçirilən zaman təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs videoda Zərərçəkmiş şəxs əlində olan və danışdığı telefonun ona məxsus telefon olduğunu göstərmişdir. Həmin videoda Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirdikdən dərhal sonra oranı tərk etməsi, həmin vaxtı mobil telefonu götürməməsi müəyyən edilmiş, iş materiallarından isə Təqsirləndirilən şəxs məxsus telefonun qaytarılması barədə hər hansı sübut mövcud deyildir. Əksinə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin bir-birilərinin telefonlarını götürməsi barədə göstərdiyi xüsusatların araşdırıması üçün cinayət işinin materiallarından CM-nin 178.1-ci maddəsi ilə ayrıca cinayət işinin ayrılması müəyyən edilir. Göstərilənlərə əsasən də Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin telefonunu götürməsi, həmin telefonu hadisə baş verənədək Təqsirləndirilən şəxs qaytarmaması, aralarındakı mübahisənin də məhz buna görə yaranması işin mübahisəsiz halıdır. Bundan başqa X3 verilmiş ittihamda onun “ictimai qaydanı kobud surətdə pozaraq Zərərçəkmiş şəxs ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib” ifadəsi qeyd edilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə iclası zamanı hadisənin video görüntüsünə baxış keçirilərkən həmin videogörüntüdə səsin olmadığı, yalnız görüntünün qeyd olunduğu müəyyən olunmuşdur. Digər maraqlı məqam isə ondan ibarətdir ki, hadisənin video görüntüsündə heç bir səs qeydə alınmadığı halda yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsasən istintaq orqanı təqsirləndirilən şəxsin CM-nin 221.3cü maddəsinə nəzərdə tutulmuş əməli törətdiyi qənaətinə gəlmişdir. Halbuki, istintaq orqanı zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş ziddiyətli məqamları nəzər almamışdır. Zərərçəkmiş şəxs istintaq orqanına xx.xx.2024-cü il tarixdə verdiyi izahatında təxminən 10 gün əvvəl skamiyanın üzərində əyləşib yuxuladığı zaman ona məxsus mobil telefonu oğurladığını, bunu bildikdən sonra tanışları vasitəsi ilə ona telefonu qaytarması barədə söz göndərdiyini, lakin onun telefonunu qaytarmadığını, xx.xx.2024-cü il tarixdə Şahini Binəqədi rayonu Matadrom yaşayış massivində tapdığını, onun telefonunu qadın işlətdiyini, ondan telefonu istəyərkən qadının qaçıb getdiyini, Şahinin isə onunla mübahisə edərək bıçaqla qoluna vurub ordan qaçdığını bildirmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ziddiyətli ifadələr vermiş, lakin ibtidai istintaq orqanı tərəfindən həmin ziddiyətlər nəzərə alınmadan təqsirləndirilən şəxsin əməlini CM-nin 221.3-cü maddəsinə tövsif edərkən əsas sübut kimi zərərçəkmiş şəxsin ifadəsinə istinad edilmişdir. Bundan başqa məhkəmə iclasında hadisənin görüntüsü əks etdirilən diskə baxış keçirilərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs istiqamətə addımlayarkən əlləri ilə jestlər etdiyi və sanki nəsə dediyi müşahidə olunsa da, Şahin Mustafeyin hər hansı ifadə işlətməsi müəyyən edilmir və o, Zərərçəkmiş şəxs əl ilə jestlər edərək nəsə deməsindən sonra sürətlə ona yaxınlaşaraq əlindəki bıçaqla onu bir dəfə vuraraq hadisə yerindən uzaqlaşır və bu umumilikdə 7-8 saniyə ərizində baş verir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, 13 fevral 2025-ci il tarixli “Cinayət işindən iş ayrılması və icraata qəbul edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs və iş üzrə Zərərçəkmiş şəxs Tadıq oğlunun əməllərində bir-birinin mobil telefonlarını ələ keçirməklə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlaknı ələ keçirmək məqsədi ilə, yəni dələduzluğun əlamətləri aşkar edildiyindən hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-nin 178.1-cı maddəsi ilə ayrıca cinayət işinin ayrılması zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin hadisəyə qədər aralarında mübahisənin mövcud olduğunu, onların bir birinə qarşı qərəzli mövqedə olmasını təsdiq edir. Lakin istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edərkən onun qəsdinin məhz ictimai qaydanı pozmağa yönəlməsini təsdiq edən hər hansı sübut toplamamış, sadəcə əvvəldən sona qədər ziddiyətli ifadələr vermiş zərərçəkmiş şəxsin ifadələrini mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamın məzmunundan da göründüyü kimi cinayətin baş vermə səbəbi məlum olsa da istintaq orqanı tərəfindən cinayətin baş verməsinin səbəbi düzgün müəyyən edilməmiş, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə xuliqanlıq əməli kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, sonuncunun onun telefonunu götürüb qaytarmaması səbəbindən aralarında yaranmış mübahisə zamanı onun sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə tövsif etmişdir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə kifayət qədər zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsinə dair sübutlar toplanılmamış, toplanılmış sübutlar isə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasını, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsini inkar etmişdir. Eləcə də toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə həmin maddə ilə ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. Məhkəmə, əslində mübahisənin iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus mobil telefonu danışmaq adıyla götürdükdən sonra əsasız olaraq qaytarmamasını hadisənin baş verməsində əsaslı səbəb kimi qiymətləndirir. Bu baxımdan məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində, hətta hadisənin gedişində Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarətlər yetirilsə belə, əməl xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri səbəbsiz və bəhanə olmamış, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması kimi deyil, zərərçəkmiş şəxsin onun telefonunu götürüb qaytarmaması barədə davranışlarına olan cavab hərəkətlər kimi təzahür etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə işin faktik hallarına əsaslanaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı hərəkətlərini, o cümlədən onun zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmasını qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümum qəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq əməlinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, Zərərçəkmiş şəxs ona məxsus telefonu geri qaytarmaması barədə hərəkətləri nəticəsində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsə xəsarət yetirdiyi qənaətinə gəlir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq əməli kimi deyil, sadəcə sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 xx.xx.2024-cü il tarixli, 1818 saylı ekspert rəyi, üzləşdirmə protokolu və istintaq hərəkətlərinin aparılması haqqında digər protokollar, baş vermiş hadisənin qeydə alındığı videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırki iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığı üçün hazırkı cinayət işi üzrə CM-nin 72-ci maddəsinin qeyd hissəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi mümkün deyildir. Beləliklə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.2-ci maddəsinə əsasən törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət-Proessual Məcəlləsinin: 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun 14 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi ifadə verərək törətdiyi əməli etiraf etməsini (CM 59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə az ağır cinayət törətməyə görə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından xx.xx.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-643/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il, 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs hazırkı ictimai təhlükəli əməli 05 avqust 2024-cü il tarixdə, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-643/2024 saylı hökmündən əvvəl törətdiyindən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail oluna bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilərək o, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-643/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 1 (bir) il, 1 (bir) ay, 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı (CM 68.1.1-1), həmin cəza hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli (CM 66.5), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-643/2024 saylı hökmü ilə təqsirli bilindiyi cinayət işi üzrə onun məhkəməyədək icraat dövründə şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 3 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM 69.3), ona təyin edilmiş cəzanın əvvəli 18 dekabr 2024-cü il tarixdən hesablanlanmalı (CPM 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut kimi tanınmış cinayət işi üzrə baş vermiş hadisəni əks etdirən video-görüntülər olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək göstərilmiş hüququ yardımın hər iş saatı üçün 6 manat, xx.xx.2025-ci il tarixdə göstərilmiş hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 175 (yüz yetmiş beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-643/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanaraq 1 (bir) il, 1 (bir) ay, 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və ona qəti olaraq 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-643/2024 saylı hökmü ilə təqsirli bilindiyi cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 3 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) 5 (beş) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 18 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 175 (yüz yetmiş beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-319/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-319/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver