Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-320/2023 26.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Kazımov Araz Nurəddin oğlunun sədrliyi Ağayev Taleh Valeh oğlunun katibliyi Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun mudafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci ildə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, cəzasını tam çəkməmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 iyul 2023-cü il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, 25 yanvar 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin ərazisində 20 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd siqaretin gümüşü kağızından olan bükümdə təmiz çəkisi 0,349 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və həmin tarixdə saat 12:00da Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 17 saylı evin yanında olarkən Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli parça şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızından olan bükümdə təmiz çəkisi 0,349 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli aşağıda şərh olunan qaydada sübuta yetirilir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, özünü ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə olan ittihamda təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, birinci dəfə xx.xx.2010-cu il tarixdə Nəsimi rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, ikinci dəfə Binəqədi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, xx.xx.2022-ci il tarixdə 1 il 11 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Üçüncü dəfə guya narkotik vasitə ilə tutulması belə olmuşdur ki, 25 yanvar 2023-cü il tarixdə günorta vaxtı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, 17 saylı evin yanında küçədə olarkən, bir avtomaşın yaxınlaşıb, onu avtomaşına əyləşdirib, 6-ci Polis Bölməsinə gətirmiş, Polis Bölməsində polis əməkdaşları onu döyərək, narkotik vasitəni ona göstərib, tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etmə barədə izahat verməyi tələb etmişlər. O, isə demişdir ki, bu narkotik vasitə onun olmadığı halda boynuna ala bilməz. Bu zaman polis əməkdaşları onu yenidən 30 dəqiqə döyərək, ona təzyiq göstərmişlər. O, isə yenidən döyülməməsi naminə boynuna almışdır ki, həmin narkotik vasitə onunkudur və onun üzərindən çıxmışdır. Sonradan o, polis əməkdaşları tərəfindən döyülməsi barədə rayon prokuroruna şikayət ərizəsi ilə müraciət etmişdir. Onun şikayətinə baxılmasının nəticəsi barədə prokurorluq tərəfindən ona heç bir məlumat verilməmişdir.Onu təkrarən təxminən 2 ay sonra, yəni 19 mart 2023-cü il tarixdə, 6-cı Polis Bölməsinin əməkdaşları gəlib evdən aparmış və polis bölməsində çox pis döyərək işgəncələr vermişlər. Onun üzərindən hər hansı narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməmişdir, o, polis əməkdaşları tərəfindən döyüldüyünə görə polis əməkdaşlarının istədikləri qaydada hər şeyi etiraf etmişdir. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 25 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, 17 saylı evdə yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş,əməliyyat qrupu yaradlmış, əməliyyat qrupuna o da, daxil edilmişdir. Daha sonra 25 yanvar 2023-cü il tarixdə saat 12:00 radələrində Təqsirləndirilən şəxs onun və əməliyyat qrupunun digər üzvü Şahid2 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, 17 saylı evin yanında saxlanılmış, onlar özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələri saxlamaqda şübhəli şəxs kimi Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs könüllü olaraq onlarla birlikdə 6-cı PB-nə gəlmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin təhqiqatçısı polis kapitanı Rəvan İsmayılova həvalə edilmişdir. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarından birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı ilə vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində hər hansı qanunsuz bir əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Sonuncu əynində olan tünd boz rəngli parça şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş halda olan bükümü çıxararaq masanın üzərinə qoymuşdur.Bündan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmış, başqa hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümdəki narkotik vasitə olan heroindir, Bakı şəhəri, Yeni Yasamal adlanan ərazidə 20 manata tanımadığı şəxsdən özünün istifadəsi üçün alaraq üzərində gəzdirmişdir.İştirakçılar tərəfindən protokol tərtib edilərək imzalanmış, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş büküm isə qablaşdırılaraq götürülmüşdür. İş üzrə şahid qismində dindirlmiş Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Şahid2 həmin ifadəyə tam uyğun ifadə verdi. Təqsirləndirilən şəxs cinayət əməli onun özünü ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməsə də, iş üzrə dindirilmiş şahid ifadələri ilə yanaşı, iş materialları ilə də, tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini səmimi hesab etmir, özünü müdafiə xarakterli ifadə kimi qəbul edib qiymətləndirir. Belə ki, iş materiallarının 43-47-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/466 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,349 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. İş materiallarının 98-99-cu vərəqlərindəki ambulator-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 434 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarının 84-86-cı vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs birinci dəfə Nəsimi rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ikinci dəfə Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarının 32-34-cü vərəqlərindəki Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması» haqqında protokoldan görünür ki, axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli parça şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş halda olan bükülüdəki tünd qəhvəyi rəngli maddə barədə bildirmişdir ki, həmin vasitə heroindir, heroini Bakı şəhəri, Yeni Yasamal adlanan ərazidə şəxsi istifadəsi üçün 20 AZN ödəməklə tanımadığı şəxsdən almışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şəxsi axtarış və maddi sübutun götürülməsi protokoluna əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin xidməti otağında Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtarış və götürmədən əvvəl bu barədə qərar və iştirakçıların tərkibi elan olunaraq hüquqları izah edilir.Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanır. Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli parça şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümünü çıxararaq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı əşya olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır. Lakin, hər hansı bir əşya aşkar edilmir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunur, sonuncu 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan maddənin kokos deyilən narkotik vasitə olduğunu bildirir, ondan həmin bükülünün haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə özünün narkotik vasitədən istifadə etməsini, həmin bükümü səhər saatlarında Yasamal rayonu, Yeni Yasamal adlanan ərazidə 20 manat ödəyərək tanımadığı şəxsdən öz istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirir. Daha sonra aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılır, tədbirin nəticələrinə dair protokol tərtib olunaraq iştiarkçılar tərəfindən imza edilir. İş materiallarının 21-ci vərəqindəki şübhəli şəxsin tutulması haqqında 25 .01.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:10da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarının 76-77-ci vərəqlərindəki Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Vüsal Rzayevin təqsirləndirilən şəxsin MSY-dən azad olunması və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarının 146-148-ci vərəqlərindəki Binəqədi rayon məhkəməsinin hazırlıq iclasının xx.xx.2023-cü il tarixli, 1(001)-320/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. iş materiallarının 173-178-ci vərəqlərindəki Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli,7(103)130/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-214/2022 saylı hökmü ilə təyin olunmuş 01 il 11 ay 26 gün azadlığüın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 1 il 1 ay 23 günü Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanaraq 06 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərilənlərin araşdırılması üçün Binəqədi rayon prokurorluğuna məktub göndərilmiş, Binəqədi rayon prokurorluğunun müstəntiqi, üçüncü dərəcəli hüquqşünas Əlövsət Vəlizadə tərəfindən həmin məsələ ilə əlaqədar qəbul edilmiş 13 mart 2023-cü il tarixli qərarın surəti məhkəməyə göndərilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmamışdır. Toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ona tam sübutdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarının 84-86-cı vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs birinci dəfə Nəsimi rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ikinci dəfə Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli,7(103)130/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-214/2022 saylı hökmü ilə təyin olunmuş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 1 il 1 ay 23 günü Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanaraq 06 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının CM-nın 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 (iki) il keçdikdə məhkumluğu ödənilmiş sayılır. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(103)130/2023 saylı qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını hələ çəkib qurtarmamışdır və məhkumluğu ödənilməmişdir. Odur ki, Azərbaycan Respublikasının CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o, məhkum olunmuş hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də, işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki,cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən,hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də, məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəzasının əvvəli iş üzrə hökm çıxarıldığı tarixdən hesablanmalıdır, Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan məcburi müalicə təyin edilməlidir, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on manat) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,299 qram narkotik vasitə - heroin məhv edilməlidir. Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd DVD disk iş materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia, başqa maddi sübut və başqa ekspertiza xərci yoxdur. Binəqədi rayon məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərdiyi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməlidir və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə qismən birləşdirilsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssissində çəksin, cəzasının əvvəli 26 iyul 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. (Keçiriləcək hesab:Büdcə təsnifatının kodu142319 ,büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı-X1,kodu 21005,VÖEN **********, müxbir hesab AZ41NABZ********************,SFİFT CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi –VÖEN **********, hesab AZ34CTRE********************) İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,299 qram narkotik vasitə - heroin məhv edilsin. Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd DVD disk iş materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 300 (yç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Araz Kazımov
Məhkəmə qərarları › İş №1(001)-320/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-320/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver