Məhkəmə qərarları › İş №1(001)-321/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-321/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-321/2021 13.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Binəqədi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2020-ci il tarixdə saat 17:00 radələrində ünvan 3 ünvanda yerləşən binanın həyətində ilk dəfə gördüyü Zərərçəkmiş şəxs nişanlısı Şahid1 zəng etməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan əxlaq normalarını və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını pozub, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyaraq, gücünü nümayş etdirməklə, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə yumruq və bir dəfə təpiklə vuraraq ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın alın və sağ təpə nahiyələrinin əzilmiş-cırılmış yaraları, üzün sağ almacıq, yanaq və gözaltı nahiyələrinin, göz qapaqlarının dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızma, sağ almacıq sümüyünün cisminin və almacıq qövsünün, əng sümüyünün bayır divarının qapalı yerdəyişən sınıqları, üst dodağın əzilmiş-cırılmış yarası ilə nəticələnmiş xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, dörd ildir ki, o, Şahid1 ilə tanışdır va hazırda onunla nişanlıdır. Ofeliya əslən Gəncə şəhərindəndir və orada təhsil alıb və orta məktəbi də Gəncə şəhərində bitirmişdir.Ofelya ilə eyni məktəbdə təhsil almış və Ruhin adlı şəxsi o, Ofelya ilə tanış olandan sonra tanımışdır.Ofelyanın dediyinə görə Ruhin uzun müddət idi ki, Ofelyanı narahat edirdi. Onun gəldiyi nəticəyə görə Ruhinin onun nişanlısından xoşu gəlir və o (Ruhin) onları ayırmağa çalışır. O, dəfələrlə Ruhinlə telefon əlaqəsi saxlamış və Ofelya ilə nişanlı olmasını bildirərək Ofelyanı narahat etməməsini ondan xahiş etmişdir.Lakin Ruhin onun dediklərinə məhəl qoymamış və Ruhin həmişə telefon danışıqları zamanı onu söyüb təhqir etmiş və gec-tez onunla görüşəcəyini bildirmişdir.19 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs bir neçə dəfə zəng edərək Bakı şəhərində olmasını bildirmiş və “kişisənsə qorxmursansa gəl görüşək” sözlərini deyərək təkidlə onunla görüşməyi təklif etmişdir.O, da məcburiyyət qarşısında qalıb Ruhinlə görüşməyə razılıq vermişdir.Həmin gün, təxminən saat 17.00 radələrində onlar Bakı şəhərində Azadlıq metro stansiyasının yaxınlığında görüşmüşlər.Görüş zamanı Ruhin ona sakit yerə keçməyi təklif etmiş və sonuncunun təklifi ilə onar yaxınlıqdaki məhəllənin həyətinə keçmişlər.Həmin həyətdəki binanın qarşısında o, Ofelyanın onun nişanlısı olmasını bildirərək Ruhindən Ofelyadan əl çəkməyi xahiş etmişdir.Lakin Ruhin buna cavab olaraq bildirmişdir ki, Ofelyanı harda görsə sürüyəcək.Hətta Ruhin ona demişdir ki, indi bu dəqiqə onun yanında o (Ruhin), Ofelyaya zəng edib ona (Ofelyaya) təhqiredici sözlər deyəcək və Ofelya onun təhqirlərini qəbul edəcəkdir.Bu sözlərlə də, Ruhinin dediklərinə görə o (Ruhin), əlindəki mobil telefonla Ofelyanın nömrəsini yığmağa başlamışdır.O, sol əli ilə Ruhinin mobil telefonu olan əlindən tutub Ofelyaya zəng etməməsini Ruhindən tələb etmişdir.Lakin Ruhin onun xahişinə məhəl qoymamış, təhqiredici ifadələr işlədərək, Ofelyaya zəng edəcəyini bildirmişdir.Bununla bağlı onların arasında narazılıq yaranmışdır. Ruhin nalayiq sözlər işlətməyi davam edərək əynindəki gödəkcənin sağ yan cibindən onun üstünə düyməli bıçaq çıxartmışdır.Bunu görən kimi o, dözməyib sağ əli ilə Ruhinə zərbə endirmişdir.Endirdiyi zərbədən Ruhin yerə yıxılmışdır.Lakin yerdə olan vaxtı da Ruhin əlindəki bıcaqla onu vurmağa çalşmışdır.Bunun qarşısını almaq üçün o, Ruhinə əli ilə bir neçə dəfə zərbə endirmiş, sonra isə sağ ayağı ilə Ruhinin sol əlinə vurduqdan sonra, bıcaq əlindən düşmüşdür.Ruhinin mobil telefonunu isə o, hadisə yerinin yaxınlığında yerə çırpıb qırmışdır ki, o, Ofelyaya zəng edib onu təhqir etməsin.Hadisə zamanı onun əlində heç bir “beşbarmaq” və ya silah qismində istifadə edilə biləcək başqa bir küt alət olmamışdır.Məhkəmə baxışı zamanı, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını və Şahid1 ilə yeni ailə həyatı qurmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, baş vermiş hadisədən əvvəl o, Təqsirləndirilən şəxs görməmiş və onunla şəxsi tanışlığı olmamışdır.X3 ilə isə o, Gəncə şəhərində 11 saylı tam orta məktəbdə paralel siniflərdə təhsil almış və 2009-cu ildə 11 sinifi bitirmişlər.Orta məktəbdə təhsil aldıqları vaxtı Ofelya ilə münasibətləri yaxşı olmuş, aralarında narazılıqları olmamışdır.Ümumilikdə də orta məktəbdən sonra da Ofelya ilə münasibətləri yaxşı olmuş, mütəmadi olaraq telefon əlaqələri saxlamışlar.2010-cu ilin aprel ayında o, həqiqi hərbi xidmətə getmiş və 2011-ci ilin oktyabr ayına kimi xidmətdə olmuşdur. Xidmətdə olduğu hərbi hissədə rejim ciddi olduğuna görə o, Ofelya ilə heç telefon əlaqəsi də saxlaya bilməmiş, lakin ezamiyyətə gəldiyi müddət ərzində onunla əlaqə saxlamışdır.Hərbi xidmətdən qayıdandan sonra ona məlum olmuşdur ki, o, xidmətdə olduğu dövr ərzində Ofelya sinif yoldaşı olan Toğrul ilə telefon əlaqəsi saxlayır.Onun özünün də Toğrul ilə dostluq əlaqələri olmuş və aralarında heç bir narazılıqları olmamışdır.Ofelyanın Toğrul ilə telefon əlaqəsi saxlaması ilə bağlı onun Toğrul ilə söhbətləri olmuş və bununla bağlı aralarında narazılıqları yaranmışdır. Bunu biləndən sonra Ofelya hesab etmişdir ki, guya o, onun (Ofelya) barəsində “söz” yaratmış və Ofelya onunla prinsip aparmağa başlamışdır. Beləliklə də, 2012-ci ildən sonra Ofelya ilə onun münasibətləri pozulmuşdur.Ofelya onun üstünə tanımadığı adamları salaraq onu hədələməyə başlamışdır.Ofelya həmin şəxslərə yalandan demişdir ki, guya o, onu (Ofelyanı) incidir.Həmin tanımadığı şəxslər zəng edib onu hədələmişdirlər ki, o, Ofelyadan əl çəksin, onu incitməsin. Həmin şəxslərə o, bildirsə də ki, Ofelya yalan deyir, nəinki o, Ofelyanı incitmir, hətta onun Ofelya ilə heç bir əlaqəsı yoxdur.Lakin həmin şəxslər ona inanmayıb hədələrini davam etdirmişlər.2017-ci ildən sonra isə özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş şəxs ona zəng edərək onunla görüşməyi təklif etmişdir.Əlinin dediyinə görə o, Ofelya ilə ailə qurmaq istəyir.Hər dəfə də o, Əliyə demişdir ki, onun Ofelya ilə heç bir əlaqəsi yoxdur, Ofelyanın onun barəsində dediklərinə inanmasın.Lakin Əli niyə görə isə ona inanmaq istəməmişdir.Hətta bir dəfə Əli onunla görüşmək üçün Gəncəyə də gəlmiş, lakin o, Əli ilə görüşməkdən imtina etmişdir.Lakin bundan sonra da Əli ondan əl çəkmir, Bakıya onunla görüşə dəvət etməyi davam etmişdir.2020-ci ilin sentyabr-oktyabr aylarında Vətən müharibəsi zamanı ermənilər tərəfindən Gəncə şəhərinə atdıqları raket zərbələrindən ehtiyat edərək onlar 2020-ci ilin oktyabr ayında müvəqqəti olaraq Bakı şəhərinə gəlmişlər.O, Bakıda olduğu dövrdə də Əli zəng edib nalayiq sözlərlə söyüb təhqir edərək onu görüşə dəvət etməyi davam etmişdir. O, da Əlinin təhqirlərinə dözməyib 19 oktyabr 2020-ci il tarixdə Əlinin son zəngindən sonra onunla görüşməyə razılıq vermişdir. Əli onu Bakı şəhərindəki «Azadlıq» metro stansiyasının yaxınlığına görüşə dəvət etmişdir. Beləliklə də, 19 oktyabr 2020-ci il tarixdə, təxminən saat 17:00 radələrində Əli ilə o, «Azadlıq» metro stansiyasının yaxınlığında görüşmüşlər.Həmin vaxtı o, ilk dəfə idi ki, Əlini görürdü.Əli ilə o, söhbət edərək Metro stansiyasının yaxınlıqdaki binalara tərəf kənarlaşmağa başlamışlar.Söhbət zamanı o, Əliyə demişdir ki, onun Ofelya ilə heç bir işi olmayıb və yoxdur, Ofelya özü onunla prinsip aparır, buna görə də Ofelyanın dediklərinə inanmasın.O, Əliyə Toğrul ilə aralarında olan söhbət barədə məlumat vermişdir.Əli ona bildirmişdir ki, Toğrul ilə Ofelyanın münasibətləri barədə onun xəbəri vardır.Bundan sonra o, Əlinin öz razılığı ilə Ofelyaya zəng edib demək istəmişdir ki, bu söhbətə son qoysun və onun üstünə kənar adamlar göndərməsin.O, Əlinin razılığı ilə Ofelyaya zəng etdiyi zaman Əli qəfil arxadan onun sağ əlindəki “beşbarmaq” la onun üz nahiyyəsindən vurmuşdur.Əlinin “beşbarmaq” ilə yetirdiyi ilk zərbədən sonra o, huşunu itirərək yerə yıxılmış və huşunu itirəndən sonra nə baş verdiyini bilməmişdir.O, özünə yalnız 2020-ci il oktyabrın 20-də Bakı şəhəri 3 saylı Sabunçu xəstəxanasında gəlmişdir.Onun vəziyyəti çox ağır olmuş, bədənində, xüsusən də başında və üzündə çoxsaylı xəsarətlər olmuşdur, üzündə almacıq sümüyünün üç yerdən sınığı ilə bağlı ağır əməliyyat keçirmişdir.Beləliklə də o, 12 gün stasionar şəraitdə 3 saylı Sabunçu xəstəxanasında müalicədə olmuşdur.Bundan sonra da o, iki həftə ev şəraitində ambulator müalicədə olunmuşdur.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onunla barışmadığını bildirmiş və qanun çərçivəsində təqsirləndirilən şəxsin cəzalanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır.Təqsirləndirilən şəxs və Şahid1 o, baş vermiş hadisəyə qədər tanımamış və onlarla heç bir münasibəti olmamışdır.19 oktyabr 2020-ci il tarixdə Bakı şəhər Binəqədi RPİ-nin 5-ci Polis Bölməsindən ona zəng edib qardaşı Zərərçəkmiş şəxsın döyülməsi barədə ona məlumat verilmişdir. Vətən müharibəsi zamanı ermənilər tərəfindən Gəncə şəhərinə atılmış raketlərdən ehtiyyat edərək həmin vaxtı onlar müvəqqəti olaraq Bakı şəhərinə gəlmişlər. Beləliklə də, Polis Bölməsindən ona bildirilmişdir ki, qardaşını ağır vəziyyətdə təcili yardım həkimləri Bakı şəhər 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. Buna görə də, o, təcili olaraq 3 saylı Sabunçu xəstəxanasına getmişdir. Xəstəxanaya çatanda görmüşdür ki, Ruhin huşsuz vəziyyətdə qan içində palatada çarpayının üzərində uzanıb, həkimlər isə onun ətrafında olmuşdurlar. Həkimlərin dediylərinə görə Ruhin ağır baş-beyin travması, baş təpə nahiyəsində, dodaqlarında və damaqlarında cırılmış yaraları, gözündən ağır xəsarətlər, almacıq sümüyünün üç hissədən yerini dəyişmiş sınığı diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya daxil olmuşdur.Ruhinin üz nahiyəsində almacıq sümüyünün əməliyyatı keçirilmişdir.20 oktyabr 2020-ci il tarixdə Ruhinin huşu özünə qayıtmışdır.Onun dediklərinə görə Təqsirləndirilən şəxs adlı şəxs qardaşına xəsarətlər yetirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 qızı bildirmişdir ki, o, orta məktəbi 2009-cu ildə Gəncə şəhər 11 saylı tam orta məktəbdə rus sektorunda bitirmişdir.Zərərçəkmiş şəxs də onun təhsil aldığı Gəncə şəhər 11 saylı tam orta məktəbin azərbaycan sektorunda oxuyurdu.Ruhin ilə o, bir ildə yəni 2009-cu ildə təhsillərini başa çatdırmışdırlar.Orta məktəbdə təhsil aldıqları zaman Ruhin onu istədiyini və ondan xoşu gəldiyini bildirmişdir.Lakin o, buna etiraz etmişdir.Məktəbi bitirdikdən sonra, Ruhin ondan əl çəkməmiş və onu tez-tez narahat etmişdir.Daha sonra o, işi ilə əlaqədar ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdürlər.Bura da da Ruhin onun mobil telefon nömrəsini, bir yerdə oxuduqları sinif yoldaşlarından alaraq, onu narahat etməyə başlamışdır.Belə ki, Ruhin onu tez-tez hədələyir, onunla münasibət qurmasa, onu biabır edəcəyini bildirirdi.Bütün bunlarla bağlı o, məcmur qalıb nişanlısı Əliyə məlumat vermişdir.Əli Ruhinə dəfələrlə zəng edərək onu narahat etməməsini tələb etsə də Ruhin öz davranışlarından əl çəkməmişdir.Sonradan onda olan məlumata əsasən Ruhin və Əli görüşmüş və söhbət zamanı onlar arasında mübahisə baş vermişdir.Mübahisə zamanı o, onların yanında olmamışdır.O, bu barədə sonradan polisdən xəbər tutmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizasının 18 noyabr 2020-ci il tarixli 1817 saylı rəyinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın alın və sağ təpə nahiyələrinin əzilmiş-cırılmış yaraları, üzün sağ almacıq, yanaq və gözaltı nahiyələrinin, göz qapaqlarının dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızma, sağ almacıq sümüyünün cisminin və almacıq qövsünün, əng sümüyünün bayır divarının qapalı yerdəyişən sınıqları, üst dadığın əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsiriındən onun 3 nömrəli Şəhər Kliniki xəstəxanasına daxil olduğu və qərarda göstərilən 19 oktyabr 2020-ci il tarixdə törədilmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs (şəxslər) tərəfindən yumruq, təpik və s. ilə endirilmiş zərbələrin və eləcə də bərk küt əşya ilə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər xarakterinə və yerləşmə yerinə görə demək olar ki, onların onun öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gəlməsi və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 05 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan hadisə yerinə baxış zamanı götürülmüş video görüntüyə əsasən məlum olur ki, Bakı şəhərində Azadlıq metro stansiyasının yaxınlığındakı ərazidə torpaq üzərində qan ləkələri aşkar olunmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Həmçinin, iş materiallarında olan AZ İİ seriyalı, 456671 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs ilə Şahid1 09.10.2021-ci il tarixdə Bakı Nikah Evində rəsmi nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və yeni ailə qurmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halar da cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını, yeni ailə qurmasını nəzərə alaraq o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdən 18 may 2021-ci il tarixədək həbsdə olduğu və 18.05.2021-ci il tarixdən 13.10.2021-ci il tarixədək “ev dustaqlığı”nda olduğu – cəmi 5 ay 24 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan şübhəli şəxsin tutulması haqqında Binəqədi RPİ İŞ-nin baş müstəntiqi, polis kapitanı Nahid Məmmədov tərəfindən qəbul edilmiş 19 aprel 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdə tutulmuşdur.Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-377/2021 saylı, 22.04.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 28 gün müddətində həbs qətimakn tədbiri seçilməsi qərara alınmışdır.Sonradan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-446/2021 saylı, 18.05.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz olunmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, CPM-nin 353.5.5.-ci maddəsinə əsasən iş üzrə maddi sübut - hadisə yerinə baxış zamanı götürülmüş video görüntünün 1 ədəd diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci, 65.3-cü və Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdən 18 may 2021-ci il tarixədək həbsdə olduğu və 18.05.2021-ci il tarixdən 13.10.2021-ci il tarixədək “ev dustaqlığı”nda olduğu – cəmi 5 (beş) ay 24 (iyirmi dörd) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut - hadisə yerinə baxış zamanı götürülmüş video görüntünün 1 ədəd diski cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar