Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-321/2024 24.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakı ilə, xx xxxxxx 1958-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Dilağardı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, nömrəsiz yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxx 1980-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli – himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Dilağardı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi,nömrəsiz yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxx 1984-cü ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli – himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Dilağardı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi,nömrəsiz yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs3 qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında 23 iyul 2023-cü il tarixdə saat 22:02-də ictimai yerdə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, fərdi yaşayış evinin qarşısında küçədə Zərərçəkmiş şəxs bir qədər əvvəl ailə üzvü Şahid6 məxsus avtomobilə daş atmasını bəhanə edib, əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə birgə yaşayış qaydalarına riayət etməyərək, ucadan nalayiq sözlər deyərək, orada toplaşan vətəndaşların gözü qarşısında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə vuraraq ona döş qəfəsinin sağ və sol yarısının sıyrıqları, sol bazu və boyun nahiyəsinin sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmayan, habelə başını dəmir boruya vuraraq sağ gicgah nahiyəsinin cərrahi tikilmiş əzilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmayya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanliq etmişlər. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir ona görə ki, “o, bacısı Təqsirləndirilən şəxs2 və anası Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs tərəfindən 23 iyul 2023-cü il tarixdə saat 22:02 radələrində ictimai yerdə Binəqədi rayonu Sulutəpə qəsəbəsi, fərdi yaşayış evinin qarşısında olan zaman küçədə Zərərçəkmiş şəxs bir gədər əvvəl Şahid6 məxsus avtomobilə daş atmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə birgə yaşayış qaydalarına riayət etməyərək, ucadan nalayiq sözlər deyərək, orada toplaşan vətəndaşların gözü qarşısında Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib Təqsirləndirilən şəxs2 sonuncunu bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə vuraraq döş qəfəsinin sağ və sol yarısının sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmayan, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə vuraraq sol bazu və boyun nahiyəsinin sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmayan, o isə qəsdən Zərərçəkmiş şəxs bel nahiyəsindən təpiklə vurduqdan sonra sonuncunun baş nahiyəsinin dəmir borusuna dəyməsi nəticəsində sağ gicgah nahiyəsinin cərrahi tikilmiş əzilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir.” Məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma orqanı tərəfindən cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi tam sübuta yetirilmiş, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi isə sübuta yetirilməmişdir. Buna görə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirli bilinərək cinayət məsuliyyətinə edilməli və cəzalandırılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs1 bəraət verilməlidir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, oğlu Şahid6 qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. Oğlu Məqsəd ailəlidir. Onun evli olduğu halda Nisə ilə qeyri-rəsmi münasibətdə olduğunu ailəsi bildikdən sonra mübahisəli vəziyyət yaranmışdır. Bu səbəbdən Məqsəd Nisədən ayrılmışdır. Bundan sonra onlar arasında mütəmadi olaraq mübahisələr yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs bir neçə dəfə oğlu Məqsədə məxsus olan avtomobilin şüşələrini sındıraraq onlara maddi ziyan vurmuşdur. xx.xx.2023-cü ildə axşam saat 21 radələrində nəvəsi Kənan evə gələrək ona bildirmişdir ki, Nisə Məqsədə məxsus olan avtomobilin şüşəsinə daş parçası ataraq şüşəni sındırmışdır. Bu məlumatı aldıqdan sonra o və qızı Rüxsarə evdən çıxaraq Nisənin yaşadığı evə getmişlər. X6 həyətinə girməmək üçün evinin çölündə durub sonuncunun evinin damına bir neçə dəfə daş atmışdır ki, Nisə narahat olaraq çölə çıxsın. Lakin Nisə küçəyə çıxmamışdır. Daha sonra Nisənin evinin həyətinə qızı Rüxsarə daxil olmuş, ardınca isə o daxil olmuşdur. Nisəyə maşının şüşəsini sındırması ilə bağlı iradını bildirmiş, bu zaman Nisə onu söyüşlərlə söymüş, əlini saçına ataraq yolmuşdur. Nisənin bu hərəkətindən sonra X6 saçından yapışmış, dartışmağa başlamışlar. Rüxsarə ilə Nisə tutaşaraq həyətdən ümumi küçəyə çıxmışlar. Nisə bu zaman yenə onun saçından tutub dartmışdır. Küçədə olduqları zaman Rüxsarə ilə Nisə yenidən tutaşmışlar, onları aralamaq üçün Rüxsarəni dartmışdır. Bu zaman Rüxsarə Nisəni özünə doğru çəkib yerə yıxmışdır. Hadisə avtomobil yolunda baş vermiş və onlar dalaşan zaman avtomobil gəldiyini görüb yolu açmaq üçün Nisəni yoldan kənara çəkmişlər. Həmin yolun kənarından dəmir boru keçir. Yolun kənarında qızı Rüxsarə ilə birlikdə Zərərçəkmiş şəxs ilə dartışdıqda Nisənin ayağı sürüşüb yerə yıxılmış və başı dəmir boruya dəymişdir. Bundan sonra aralaşmışlar. Dava-dalaş onlar arasında olmuş, oğlu Qismət onlara müdaxilə etməmiş, Zərərçəkmiş şəxs belindən təpiklə vurmamışdır. Bunu hadisənin videogörüntüsü və ekspertiza rəyi də təsdiq edir. Zərərçəkmiş şəxs onlardan qisas almaq məqsədilə oğlu Qismətin adını sonradan istintaqda çəkməyə başlamış və bu yolla onları cəzalandırmaq məqsədi güdmüşdür. Hadisəni xuliqanlıq niyyətilə törətməmişlər, Zərərçəkmiş şəxs bir neçə dəfə Məqsədə məxsus olan avtomobillərin şüşələrini sındıraraq onlara maddi ziyan vurduğuna, sonuncu dəfə xx.xx.2023-cü ildə axşam saatlarında yenidən Məqsədin avtomobilinin şüşəsini daş parçası ataraq sındırdığına görə hadisə şəxsi münasibətlər zəminində baş vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qardaşı Şahid6 qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. Qardaşı Məqsəd ailəlidir. Onun ailəli olduğu halda Nisə ilə qeyri-rəsmi münasibətdə olduğunu ailəsi bildikdən sonra mübahisəli vəziyyət yaranmışdır. Bu səbəbdən Məqsəd Nisədən ayrılmışdır. Bundan sonra onlar arasında mütəmadi olaraq mübahisələr yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs bir neçə dəfə qardaşı Məqsədə məxsus olan avtomobilin şüşələrini sındıraraq onlara maddi ziyan vurmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü ildə axşam saatlarında qardaşı Məqsədin evində anası Nərminə ilə birlikdə olduğu zaman Məqsədin oğlu Kənan evə gələrək Nisənin Məqsədin avtomobilinin üzərinə daş ataraq şüşəsini sındırdığını bildirmişdir. Bundan sonra məsələyə aydınlıq gətirmək məqsədilə o və anası Nərminə qonşuluqda yaşayan Nisənin evinə getmişlər. O, birinci olaraq evə çatmış və Nisənin yaşadığı evin hasarının kənarında dayanıb bir neçə dəfə daş parçalarını Nisənin evinin damına atmışdır ki, Nisə səsə küçəyə çıxsın. Lakin nəticəsi olmamışdır. Daha sonra Nisənin evinin girişinə doğru getmişdir. Nisə qapını açdıqda həyətə daxil olmuş, Nisədən hansı səbəbdən avtomobilə ziyan vurmasını, ailəsindən nə istədiyini soruşduqda, Nisə söyüşlə cavab verdiyinə görə onu saçından dartaraq həyətdən ümumi küçəyə çıxarmışdır. Bu zaman yanına anası Nərminə və qonşuluqda yaşayan şəxslər gəlmişlər. Küçədə olduqları zaman Nisə ilə tutaşmış, anası Nərminə yanında olduğuna görə o da mübahisəyə qatılmışdır. Nisə anasının saçından tutub dartdığına görə əsəbləşərək Nisənin başını tutub aşağı əymiş, daha sonra isə özünə doğru dartıb yerə yıxmışdır. Nisə yerdə olduğu zaman bir neçə dəfə onun baş nahiyəsindən şillə zərbələri vurmuşdur. Bu zaman yanlarına bir avtomobil gəlmişdir. Dava-dalaş yolun hərəkət hissəsində baş verdiyinə görə avtomobil hərəkət edə bilməmişdir. Buna görə Nisəni ayağa qaldırıb yolun kənarına çəkmişlər. Yolun kənarında olduqları zaman mübahisə yenidən davam etmiş, Nisə ilə tutaşıb dartışmışlar. Dartışan zaman Nisənin ayağı sürüşmüş, başı yolun kənarında olan dəmir boruya dəyib başından qan axmışdır. Bundan sonra aralaşmışlar. Bununla da dava-dalaş sona çatmış və hərə öz evinə getmişdir. Dava-dalaş onlar arasında olmuş, qardaşı Qismət onlara müdaxilə etməmiş, Zərərçəkmiş şəxs belindən təpiklə vurmamışdır. Bunu hadisənin videogörüntüsü və ekspertiza rəyi də təsdiq edir. Zərərçəkmiş şəxs onlardan qisas almaq məqsədilə qardaşı Qismətin adını sonradan istintaqda çəkməyə başlamışdır ki, bu yolla onları cəzalandırsın. Hadisəni xuliqanlıq niyyətilə törətməmişlər, Zərərçəkmiş şəxs bir neçə dəfə Məqsədə məxsus olan avtomobillərin şüşələrini sındıraraq onlara maddi ziyan vurduğuna, sonuncu dəfə xx.xx.2023-cü ildə axşam saatlarında yenidən Məqsədin avtomobilinin şüşəsini daş parçası ataraq sındırdığına görə hadisə şəxsi münasibətlər zəminində baş vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qardaşı Məqsədin qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. Məqsədin evli olduğu halda Nisə ilə qeyri-rəsmi münasibətdə olduğunu ailəsi bildikdən sonra mübahisəli vəziyyət yaranmış, Məqsəd Nisədən ayrılmışdır. Bundan sonra onlar arasında mütəmadi mübahisələr yaranmışdır. Zərərçəkmiş şəxs bir neçə dəfə qardaşı Məqsədə məxsus olan avtomobillərin şüşələrini sındıraraq onlara ziyan vurmuşdur. xx.xx.2023-cü ildə axşam saatlarında işdən evə gəldikdə küçədə xeyli sayda insanların yığışdığını görmüşdür. Kənardan baxıb görmüşdür ki, Nisə ilə anası Nərminə və bacısı Rüxsarə mübahisə edirlər. Qadınların mübahisəsinə qarışmamaq üçün kənardan durub onları izləmişdir. Bu zaman onların yanına qonşuluqda yaşayan şəxsin idarə etdiyi avtomobil yaxınlaşmışdır. Dava-dalaş yolun hərəkət hissəsində baş verdiyinə görə avtomobil hərəkət edə bilməmişdir. Eyni zamanda avtomobilin yaxın vuran işıqları qoşulu olmuşdur. Qadınlar yerə doğru əyilmiş vəziyyətdə olduğundan avtomobili idarə edən şəxsə yaxınlaşaraq xahiş etmişdir ki, avtomobilin yaxın vuran ön işıqlarını söndürsün ki, qadınlar bu vəziyyətdə görünməsinlər. Xahişindən sonra sürücü avtomobilin işıqlarını söndürmüşdür. Bundan sonra Nisə, habelə anası Nərminə və bacısı Rüxsarə yolun kənarına çəkilmişlər. Hadisə yerinə xeyli sayda qonşular yığışmış və yaxınlaşaraq onları aralamaq istəmişlər. Bu zaman o da anası Nərminə və bacısı Rüxsarəyə yaxınlaşmış, onları kənara çəkmişdir. Qonşular isə Nisənin ayağa qalxmasına köməklik göstərmişlər. Bundan sonra hərə öz evinə getmiş və mübahisə sona çatmışdır. Dava-dalaş qadınlar arasında olmuş, o, müdaxilə etməmiş, Zərərçəkmiş şəxs belindən təpiklə vurmamışdır. Bunu hadisənin videogörüntüsü və ekspertiza rəyi təsdiq edir. Zərərçəkmiş şəxs onlardan qisas almaq məqsədilə onun adını sonradan çəkməyə başlamışdır ki, bu yolla onları cəzalandırsın. Əgər Zərərçəkmiş şəxs belindən təpiklə vurmuş olsa idi, onun belində zərbənin izi qalardı. Çünki, ittihama əsasən Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxılmış və başı dəmir boruya dəymişdir. Belə zərbənin izi isə mütləq bel nahiyəsində qalmalı idi. Halbuki, ekspert tərəfindən müayinə olunan zaman Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər arasında bel nahiyəsində təpik izinə uyğun gələni yoxdur. Hadisənin videogörüntüsündən də göründüyü kimi o, kənarda dayanıb qadınları müşahidə etmişdir. Əgər onun Zərərçəkmiş şəxs vurmaq niyyəti olsa idi, hadisəni görən kimi bunu edərdi. Lakin o bunu istəməmiş və etməmişdir. Odur ki, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmədiyini nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yeni məhəllə massivində yerləşən həyət evini 2012-ci ildə Təqsirləndirilən şəxs1 satın almışlar. 2015-ci ildə övladı ilə birlikdə həmin evə köçmüşdür. Təxminən 2014cü ildə qonşuluqda yaşayan Məqsəd onu görüb bəyənmiş və münasibət qurmağa cəhd göstərmişdir. 2016-cı ildə aralarında qeyri-rəsmi ər-arvad münasibətləri yaranmışdır.2020ci ildə ayrılmışlar. Buna baxmayaraq Məqsəd şəxsi həyatına müdaxilə edib, başqa şəxslə münasibət qurmasına razılıq verməmiş, qısqanclıq zəminində onu narahat etmişdir. 2023cü ildə eyni hadisələr davam etdiyinə görə iki dəfə Məqsədə məxsus olan avtomobillərin şüşələrinə daş parçası atıb sındırmışdır ki, Məqsədi bir qədər narahat etsin ki, ondan əl çəksin. xx.xx.2023-cü ildə saat 14 radələrində xalasıoğlu Ramal idarə etdiyi özünə məxsus olan “Mersedes E klass” markalı **-RZ-*** dövlət qeydiyyat nömrəli avtomobillə onun yaşadığı evə qonaq gəlmişdir. Ramal avtomobilini onun yaşadığı evin qarşısında küçədə saxlamışdır. Həmin günü saat 15 radələrində Ramal evdən çölə çıxdıqda görmüşdür ki, avtomobilinin yük hissəsinin üzərinə iri həcmli daş parçası qoyulmuşdur. Anlamışdır ki, bunu qısqanclıq zəminində Məqsəd etmişdir. Ramal Məqsədlə görüşüb hansı səbəbdən daşı avtomobilin üzərinə qoymasını soruşduqda Məqsəd bildirmişdir ki, daşı o qoymamışdır, kim tərəfindən qoyulduğunu bilmir. 2023-cü ilin iyun ayının xatırlamadığı günündə günorta saatlarında xalasıoğlu Ramal yenidən onu görmək məqsədi ilə özünə məxsus olan həmin avtomobillə yaşadığı evə gəlmiş və avtomobili evinin qarşısında yerləşən küçədə saxlamışdır. Həmin günü saat 16 radələrində evdən çölə çıxdıqda Ramal görmüşdür ki, avtomobilinin sol yan tərəfi cızılaraq avtomobilin boyasına ziyan dəymişdir. Başa düşmüşlər ki, bunu da edən Məqsəddir. Məqsədin ondan əl çəkmədiyini gördükdə Ramalın intiqamını almaq məqsədi ilə Məqsədin avtomobilinin şüşəsini sındırmaq qərarına gəlmişdir. xx.xx.2023-cü ildə axşam saat 21:30 radələrində yaşadığı evə doğru gəldikdə qonşuluqda yaşayan Məqsədin evinin qarşısında ona məxsus olan avtomobili görüb yerdən daş parçası götürüb avtomobilin şüşəsinə doğru atıb şüşəni sındırmışdır. Bu zaman avtomobilin yanında dayanmış Məqsədin oğlu Kənan bunu görüb ona doğru gələrək söyüb təhqir etmişdir. Daha sonra öz evinə getmişdir. Qısa müddət sonra evində olduğu zaman saat 22 radələrində evinin damına daş parçalarının atıldığını eşidib xoşagəlməz hadisənin baş verəcəyini bildiyinə görə 102 zəng xidmətinə məlumat vermişdir. Evin dam hissəsinə atılan daşların səsindən narahat olub evdən çıxmışdır. Evin həyətyanı sahəsinin giriş qapısını açdıqda qarşısında Məqsədin bacısı Rüxsarəni görmüşdür. Rüxsarənin arxasınca anası Nərminədə gəlmişdir. Rüxsarə onu görən kimi küçəyə çıxmağını tələb etmiş, çıxmaq istəmədikdə Rüxsarə anası Nərminə ilə birlikdə saçından tutaraq ona qarşı fiziki zor tətbiq edib zorla yaşadığı evin qarşısına küçəyə çıxarmışlar. Bu zaman Rüxsarənin yanına qonşuluqda yaşayan şəxslər də gəlmişlər. Evin qarşısında Rüxsarə və anası Nərminə birlikdə onun saçından tutaraq əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarətlər yetirmişlər. Özünü qorumaq üçün Rüxsarə və anası Nərminəni tutaraq özündən aralaşdırmağa çalışsada, buna müvəffəq olmamış, onlar daha güclü olmuşlar. Yerdə uzanıqlı vəziyyətdə olduğu zaman kənardan gələn avtomobilin işığını görmüş və həmin avtomobil onlara görə yolunu davam edə bilmədiyinə görə Rüxsarə onu ayağa qaldırıb anası ilə birlikdə dartaraq yolun kənarına çəkmişlər. Yolun kənarında olduğu zaman Rüxsarə və anası Nərminə yenidən onu əl və ayaq zərbələri ilə vuraraq döyməyə davam etmiş, saçından tutub dartmışlar, o isə qarşısını görmədiyinə görə özünü qoruya bilməmişdir. Özünü toplayıb ayağa qalxdıqda Məqsədin qardaşı Qismət onun bel nahiyyəsinə təpik zərbəsi vurmuşdur. Təpik zərbəsindən yerə yıxılmış, başının sağ gicgah nahiyəsi yolun kənarında olan dəmir boruya dəymişdir. Ətrafa toplanmış şəxslər Qisməti, Nərminəni və Rüxsarəni ondan aralayaraq aparmışlar. O isə evinin giriş qapısına doğru getmiş və əlini başına vurduqda anlamışdır ki, başından qan axır. Bundan sonra evinə həkimlər gəlib ona köməklik göstərmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü ildə təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri üçün 40-cı PB-in rəisinə yazdığı ərizədə ona qarşı cinayət törətmiş şəxslərin arasında Təqsirləndirilən şəxs1 adını unutduğu üçün qeyd etməmiş, Rüxsarə və anası Nərminənin onu sürüyərək başını qaz borusuna vurduqlarını yazmışdır. Eyni hal xx.xx.2024-cü ildə məhkəmə-tibbi ekspertizadan keçirilən zaman da yaşanmışdır. Sonradan azyaşlı qızı Damla ona xatırlatmışdır ki, hadisə zamanı Qismət onu arxadan bel nahiyəsindən təpiklə vurmuş, zərbənin təsirindən yıxılaraq başı qaz borusuna dəymişdir. Qismətin onu vurmasını görməsədə, zərbənin gücündən hiss etmişdir ki, onu arxan vuran şəxs kişi olmuşdur. Təqsirləndirilən şəxslərdən şikayətçidir və onların cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş azyaşlı Şahid1 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Anasının qonşuluqda yaşayan Məqsədin ailəsilə mübahisəsi olduğunu bilir. xx.xx.2023-cü ildə axşam saatlarında anası ilə birlikdə yaşadığı evə doğru gəldikdə anası yerdən daş parçası götürüb Məqsədin avtomobilinə doğru atmışdır. Bundan sonra evlərinə getmişlər. Evdə olduqları zaman evin damına daş parçalarının atıldığını, evin qapısının döyüldüyünü eşitmişdir. Bundan sonra anası evin qapısına doğru çıxmış, ona isə evdə qalmağı tapşırmışdır. Anasının arxasınca baxanda Rüxsarə və Nərminənin qapının önündə anasına hücum çəkib yola doğru dartdıqlarını görmüşdür. Daha sonra yolda avtomobilin olduğunu görüb Nərminə və Rüxsarə anasını yolun kənarına çəkmişlər. Onların yanında olan zaman Qismət anasının belindən təpiklə vurub yerə yıxmışdır. Anasının başı yolun kənarında yerləşən dəmir borusuna dəymişdir. Anası yerdə olan zaman Qismət ona arxadan daha bir təpik vurmuşdur. Anasının xəsarət aldığını görən şəxslər çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qonşudurlar, övladları bir sinifdə təhsil alıblar. Münasibətləri normal olmuşdur. İslamovlar ailəsi də qonşuluqda yaşadıqlarına görə onların bütün ailə üzvlərini tanıyır, onlarla da münasibəti normaldır. xx.xx.2023-cü ildə axşam saatlarında özünə məxsus “Toyota Camry” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə doğru hərəkət edərkən Zərərçəkmiş şəxs yaşadığı yaşayış evinin qarşısından ümumi istifadədə olan yolla keçərkən yolun hərəkət hissəsində Zərərçəkmiş şəxs ilə Nərminə və Təqsirləndirilən şəxs2ların dalaşdıqlarını görmüşdür. Həmin şəxslər bir-birini tutub dartışdırmışlar. Qadınların dalaşdıqlarına görə onların mübahisəsinə müdaxilə etmək istəməmiş və avtomobildə qalıb yolun boşalmasını gözləmişdir. Avtomobilin işıqları onlara doğru yönəldiyinə görə qonşusu Qismət yaxınlaşaraq ondan xahiş etmişdir ki, avtomobilin işıqlarını söndürsün ki, qadınlar geyimləri pis halda görünməsinlər. O, belədə etmiş, avtomobilin işıqlarını söndürmüşdür. Qısa müddət sonra qadınlar yolun sol tərəfinə doğru keçdiklərinə görə yol boşalmış, o hərəkətinə davam edib yaşadığı evə getmişdir. Orada olduğu müddətdə Qismətin qadınlara yaxınlaşmasını, onların dava-dalaşına qoşulmasını, habelə Nisəni təpiklə vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Nisə onun qızıdır. Nisənin qonşusu Məqsədlə qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. Bir müddətdən sonra Nisə Məqsəddən ayrılmış, həmin vaxtdan Məqsədlə qızı Nisənin mübahisələri yaranmağa başlamışdır. Belə ki, Məqsəd müxtəlif yollarla qızını narahat etmişdir. xx.xx.2023-cü ildə qızı onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, Məqsədin ailə üzvləri yaşadığı evə gələrək zor tətbiq etməklə onu evdən çıxardıb küçədə döymüşlər. Qızının döyülməsi ilə bağlı 102 zəng xidmətinə məlumat vermişdir. Hadisə baş verib bitdikdən sonra özüdə hadisə yerinə gəlib qızı Nisənin xəsarət alması ilə bağlı həkimlərin ona tibbi yardım göstərdiklərini görmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1,i.v.1). Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində Zərərçəkmiş şəxs məxsus evin qarşısında baş vermişdir (cild 1,i.v.9-13). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1395 nömrəli ekspert rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sağ gicgah nahiyəsinin cərrahı tikişli əzilmiş yarası, boyun nahiyəsinin, sol bazunun, döş qəfəsinin sağ və sol yarısının ön səthlərinin sıyrıqları, sol bazunun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən sağ gicgah nahiyəsinin cərrahı tikişli əzilmiş yarası dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə həm ayrılıqda, həmdə ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini, lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq və s.) ilə endirilmiş zərbələr nəticəsində və eləcədə sağ qicgah nahiyəsinin ətrafda olan qaz borusuna dəyməsi nəticəsində əmələ gələ bilərdilər (cild 1,i.v.36-38). Əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir (cild 1,i.v.124). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1,i.v.135-136). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1,i.v.152-153). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1,i.v.165-167). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1,i.v.182-183). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1,i.v.192-193). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1,i.v.219-220). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisənin görüntüsünün köçürüldüyü bir ədəd dvd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1,i.v.265). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xəsarət alması faktı ilə bağlı Azərbaycan Respublikası CM-in 128-ci maddəsilə cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1,i.v.280-281). Maddi sübut kimi tanınmış bir ədəd dvd diskdəki videofayllara cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmədə baxış keçirilən zaman müəyyən olundu ki, diskdə 2 ədəd videofayl vardır. Onlardan biri 54 saniyə, digəri 2 dəqiqə 19 saniyədir. 54 saniyəlik videodan görünür ki, yolun kənarında park edilmiş ağ rəngli dövlət nömrə nişanları görünməyən avtomobilə doğru əynində qara rəngli şalvar, qara rəngli köynək olan bir nəfər qadın gələrək yerdən daş parçası götürüb həmin avtomobilin ön alın şüşəsinə ataraq oradan uzaqlaşır. Sorğu-sual zamanı Zərərçəkmiş şəxs bildirdi ki, videoda görünən əynində qara rəngli şalvar, qara rəngli köynək olan və yerdən götürdüyü daş parçasını ağ rəngli avtomobilin ön alın şüşəsinə atan şəxs özüdür. Avtomobil Şahid6 məxsusdur. 2 dəqiqə 19 saniyəlik videodan görünür ki, hadisə yerində bir neçə yolun kəsişməsi və fərdi yaşayış evləri vardır. Yolların kəsişməsində işıqlandırma olsa da, fərdi yaşayış evlərinin qarşısında işıqlandırma yoxdur. Görüntüyə baxdıqda bir nəfər qadının iti addımlarla yolun sağ yan tərəfində yerləşən yaşayış evinə doğru getdiyi görünür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, iti addımlarla yolun sağ yan tərəfində yerləşən yaşayış evinə, yəni Zərərçəkmiş şəxs yaşadığı evə doğru gedən şəxs özüdür. Görüntünün davamında bir nəfər qadının Təqsirləndirilən şəxs2 arxasınca həmin istiqamətdə getdiyi müşahidə olunur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 bildirdi ki, qızı Rüxsarənin ardı ilə Zərərçəkmiş şəxs yaşadığı evə doğru gedən şəxs özüdür. Bundan sonra başqa şəxslərində həmin evə doğru getdikləri görünür. Həmin şəxslər təqsirləndirilən şəxslərin ailə üzvləri və qonşulardır. Daha sonra evin həyətindən ağ köynəkli bir nəfər qadının saçlarından tutularaq küçəyə çıxarıldığı və yolun ortasında yerə yıxıldığı müşahidə olunur. Sorğusual zamanı Zərərçəkmiş şəxs bildirdi ki, yaşadığı evin həyətindən saçlarından tutularaq küçəyə çıxarılan ağ köynəkli qadın odur. Onu saçlarından tutub küçəyə çıxaran şəxsin isə Təqsirləndirilən şəxs2 olduğu görünür. Görüntüdə ətrafda yaşayan qonşuların kənardan hadisəni seyr etdikləridə müşahidə olunur. Kənarda dayanmış şəxslərdən biri əynində qara rəngli şalvar və sarı rəngli köynək olan şəxsdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, əynində qara rəngli şalvar, sarı rəngli köynək olan şəxs odur. Daha sonra görüntünün 30-cu saniyəsində hadisə yerinə qara rəngli “Toyota Camry” markalı dövlət nömrə nişanları görünməyən avtomobil yaxınlaşır və yolun ortasında dalaşan qadınların qarşısında dayanır. Sorğu-sual zamanı müəyyən edildi ki, avtomobillə hadisə yerinə yaxınlaşan şəxs qonşuluqda yaşayan Şahid3dur. Avtomobilin ön işıqları qoşulu olduğundan həmin vaxt yolda baş verənlər aydın şəkildə görünür. Belə ki, Rüxsarə və Təqsirləndirilən şəxs3lar yerdə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə döyürlər. Bu zaman kənarda dayanan Təqsirləndirilən şəxs1 avtomobili idarə edən Şahid3 yaxınlaşaraq əl işarəsilə yolun ortasında dalaşan qadınları göstərib avtomobilin ön işıqlarını söndürməsini istəyir. Bundan sonra Şahid3 avtomobilin ön işıqlarını söndürür. Sonra Rüxsarə və Təqsirləndirilən şəxs3lar yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs ayaqüstə qaldıraraq yolun kənarına sol yan tərəfə doğru çəkirlər. Görüntünün 1-ci dəqiqə 10-cu saniyəsində Şahid3 avtomobilin işıqlarını yandıraraq yol açıq olduğundan hərəkətinə davam edərək gedir. Yolun sol yan tərəfində isə qadınların bir-birinə qarşılıqlı zərbələr endirdikləri görünür. Eyni zamanda yolun sol yan tərəfində divar boyunca qaz borusunun çəkildiyi görünür. Bir qədər sonra mübahisəni kənardan izləyən şəxslər, onların ardınca isə Təqsirləndirilən şəxs1 qadınlara doğru gedirlər. Qaranlıq olduğundan, habelə dalaşan qadınların ətrafına çoxsaylı qonşular yığıldığından yolun sol yan tərəfində baş verənləri, o cümlədən Zərərçəkmiş şəxs başından aldığı xəsarəti hansı şəraitdə aldığı görünmür. Görüntünün 1 dəqiqə 40-cı saniyəsində mübahisə edən şəxslərin bir-birindən aralanmaları və yaşadıqları evlərə doğru hərəkət etdikləri görünür. Beləliklə də, məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqdim edilən şəxslər dindirilməklə və cinayət işinin materiallarında olan sübutlar tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Təsvir olunanlardan görünür ki, təqsirləndirilən şəxslər Rüxsarə və Təqsirləndirilən şəxs3lar məhkəmə baxışı zamanı ittiham olunduqları Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli üzrə özlərini təqsirli bilməmiş və hadisənin şəxsi münasibətlər zəminində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs avtomobilin şüşəsini sındırdığı üçün ona qarşı barışmazlıq hissindən yarandığını bildirmişlər. Təqsirləndirilən şəxs1 da məhkəmə baxışı zamanı ittiham olunduğu Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli üzrə özünü təqsirli bilməmiş və dava-dalaşın qadınlar arasında olduğunu, onlara qoşulmadığını, Zərərçəkmiş şəxs belindən təpiklə vurmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş qızı Şahid1 ittihamı təsdiq edən ifadələr versələr də, iş üzrə həqiqətin müəyyən edilməsi üçün vacib olan bir sıra suallara ziddiyyətli cavablar vermişlər. Məlumdur ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin təqsirli bilinməsində, müdafiə tərəfi isə həmin ifadələri mübahisələndirərək təqsirləndirilən şəxsləri məsuliyyətdən qurtarmaqda maraqlı olduqları üçün, hər iki tərəfin və onların təqdim etdikləri şahidlərin ifadələri digər yazılı sübutlarla, yəni ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərin təsbit olunduğu və ittihamı sübut edən sübut növləri kimi ittiham tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan sübutlarla müqayisəli şəkildə yoxlanılmalı və qiymətləndirilməlidir. Buna görə də, aşağıda sadalanan həmin sübut növləri müvafiq qaydada məhkəmə istintaqı zamanı araşdırılmış və tədqiq edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1395 nömrəli ekspert rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisənin səhəri günü Məhkəmə Tibbi Ekspertiza və X2 Binəqədi rayon şöbəsində tibbi ekspertiza müayinəsindən keçirilmişdir. Müayinə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs demişdir: “xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində yaşadığım evin qarşısında qonşularım Qismət, Rüxsarə və Nərminə adlı şəxslər əllə məni vuraraq itələmiş, bu zaman sağ gicgah nahiyəm ətrafda olan qaz borusuna dəyərək xəsarət almışam. Tibbi yardım üçün “X7” PHŞ-yə müraciət etmişdir. Şikayəti baş nahiyəsində olan ağrılardır.” Ekspert rəyində istinad olunmuş “X7” PHŞ-dən verilmiş PHŞ-6-2/2-3901/2023 nömrəli tibbi arayışda göstərilmişdir: “xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə X5 müraciət etmişdir. Xəstənin dediyinə görə qonşusu tərəfindən döyülərək xəsarət almışdır. Xəstəyə baş boyun birincili işlənmiş, aseptik sarğı qoyulmuşdur. Diaqnoz: sag gicgah nahiyəsinin, əzələnin cırılmış yarası.” Tibbi ekspertiza müayinəsi zamanı Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər: “sağ gicgah nahiyəsinin cərrahı tikişli əzilmiş yarası, boyun nahiyəsinin, sol bazunun, döş qəfəsinin sağ və sol yarısının ön səthlərinin sıyrıqları, sol bazunun qançırı.” Göründüyü kimi tibbi ekspertiza müayinəsi zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədəni üzərində bel nahiyəsindən təpiklə vurulmasına xarakterik xəsarət izi aşkar edilməmişdir. Onun özüdə hadisədən dərhal sonra tibbi yardım üçün “X7” PHŞ-yə müraciət edərkən bu barədə bildirməmiş, həmin Mərkəzdən verilmiş tibbi arayışda bu haqda yazılmamışdır. Tibbi ekspertiza müayinəsi zamanı isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs demişdir ki, qonşuları əllə onu vuraraq itələmiş, bu zaman sağ gicgah nahiyəsi ətrafda olan qaz borusuna dəyərək xəsarət almışdır. Şikayəti baş nahiyəsində olan ağrılardır. Bundan başqa zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü ildə Binəqədi RPİ-in 40-cı PB-in rəisinə yazdığı ərizədə göstərmişdir ki, xx.xx.2023-cü ildə qonşuları Rüxsarə və anası Nərminə onu küçədə yerə yıxıb yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, sonra sürüyərək başını qaz borusuna vurub xəsarət yetirmişlər. Qeyd olunanlar məcmu halda Zərərçəkmiş şəxs sonrakı ifadələrində göstərdiyi xüsusatların, yəni Rüxsarə və Təqsirləndirilən şəxs3ların əlindən çıxıb ayağa qalxarkən Təqsirləndirilən şəxs1 onun bel nahiyəsindən təpiklə zərbə vurması, zərbənin təsirindən yerə yıxılaraq başının qaz borusuna dəyməsi barədə bildirdiklərinin həqiqiliyini şübhə altına alır. Çünki, şəxsin yerə yıxılmasına və başının zərblə ətrafda olan qaz borusuna dəyərək xəsarət almasına səbəb ola bilən təpik zərbəsinin yeri bədən üzərində qalmalı və ağrıya səbəb olmalı idi. Halbuki, tibbi ekspertiza müayinəsi zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədəni üzərində bel nahiyəsindən təpiklə vurulmasına xarakterik xəsarət izi aşkar edilməmiş və o bel nahiyəsində ağrılardan şikayətlənməmişdir. Digər tərəfdən təqsirləndirilən şəxslər olan qadınların dava-dalaş zamanı Zərərçəkmiş şəxs əl və ayaqla yetirdikləri xəsarətlər sıyrıqlar və qançır kimi onun bədəni üzərində aşkar edildiyi halda, daha qüvvətli kişi tərəfindən təpiklə yetirilən zərbənin onun bel nahiyəsində qançır yaratmaması və ağrıya səbəb olmaması inandırıcı deyil. Şahid1 ifadəsilə bağlı məhkəmə qeyd edir ki, o Zərərçəkmiş şəxs qızıdır və bu mənada onun ifadəsi anasının mənafeyinə uyğun verilmişdir. Bununla yanaşı həmin şahid ifadəsi kifayət qədər ziddiyyətlidir. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs2 qapısına gəldiyi üçün küçəyə çıxarkən qızı Damlanı evdə qoymuş və evdən çıxmamasını tapşırmışdır. Hadisənin videogörüntüsündə Şahid1 evdən çıxan şəxslər arasında görünmür. Belə olan halda Şahid1 Təqsirləndirilən şəxs1 anası Nisəni arxadan bel nahiyəsindən təpiklə vurmasını necə görə bilərdi? Bundan əlavə Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ona arxadan bel nahiyəsindən təpiklə bir zərbə endirilmişdir. Şahid1 ifadəsində Təqsirləndirilən şəxs1 anası Nisəyə bel nahiyəsindən təpiklə iki zərbə vurduğunu gördüyünü bildirmişdir. Göründüyü kimi şahid qismində dindirilmiş Şahid1 ittihamı təsdiq edən ifadələr versə də, iş üzrə həqiqətin müəyyən edilməsi üçün vacib olan bir sıra suallara verdiyi cavablar ziddiyyətlidir. Halbuki, hadisənin maddi sübut kimi tanınmış videogörüntüsündən görünür ki, hadisə yerində dalaşan şəxslərdən başqa qonşuluqda yaşayan çoxsaylı şəxslər olmuşdur. İstintaqı aparan şəxslər tərəfindən əməliyyat tapşırığı verilərək onların kimliyi müəyyən edilməmiş, bitərəf şəxslərdən ibarət şahid bazası yaradılmamış, nəticədə hadisə yerində olduğu şübhə doğuran azyaşlı Şahid1 sonradan anası Zərərçəkmiş şəxs Qismətin hadisə zamanı onu arxadan təpiklə vurması barədə bildirdikləri, bundan sonra Zərərçəkmiş şəxs da bu barədə qızının ifadəsinə istinadən verdiyi ifadələri əsasında Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsilə ittiham verilmişdir. Bunlardan başqa, hadisənin hər iki tərəfin istintaqa təqdim etdiyi videogörüntüsü vardır. Həmin görüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 bacısı Rüxsarənin və anası Nərminənin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə dalaşdıqlarını görür, lakin onlara yaxın getmir. Yolun ortasında dalaşan qadınlar yolun kənarına sol yan tərəfə doğru çəkilib bu hərəkətlərinə davam etsələrdə, Təqsirləndirilən şəxs1 yenə də onlara yaxınlaşmır. Daha sonra mübahisəni kənardan izləyən şəxslər qadınlara yaxınlaşıb onları aralamağa çalışan vaxtı Təqsirləndirilən şəxs1 da ora yaxınlaşır və onun Zərərçəkmiş şəxs vurması müşahidə edilmir. Nəzərə alınmalıdır ki, tərəflər arasında qeyri-rəsmi ailə münasibətlərindən irəli gələn 2020-ci ildə başlayıb bu günədək davam edən münaqişəli vəziyyət vardır, bir-birilərinə qarşı dəfələrlə hüquqazidd hərəkətlərə yol vermiş, polis və digər hüquq mühafizə orqanlarına müraciətlər etmişlər. Buna görə də onların ifadələri digər sübutlarla müqayisəli şəkildə yoxlanılmış və qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın əsasını təşkil edən sübutların mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsilə elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla həmin sübutlar Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, təsvir və tədqiq edilən zərər çəkmiş şəxs və şahid ifadəsi, habelə istintaq sənədləri ilə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs1 cinayət işi üzrə bir qrup şəxs halında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı qərəzli xuliqanliq edilməsinə aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dərhal ləğv edilməlidir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və bəraət hökmü çıxarmış məhkəmə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir. Məhkəmə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istinad edilən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tututan cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, həmin ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, baş vermiş hadisənin videogörüntüsü, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onlara düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onların həmin hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsirləri tam sübuta yetirildiyinə görə həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hadisəni xuliqanlıq niyyətilə törətmədikləri, hadisənin şəxsi münasibətlər zəminində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs avtomobilin şüşəsini sındırdığı üçün ona qarşı barışmazlıq hissindən yarandığını barədə bildirdikləri əlaqədar qeyd edir ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli plenum qərarının 3-cü bəndində qeyd edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət işinin təsvir edilmiş mübahisəsiz hallarından görünür ki, təqsirləndirilən şəxslər Rüxsarə və Təqsirləndirilən şəxs3larla Zərərçəkmiş şəxs arasında başlanmış mübahisə və dalaşma şəxsi münasibətlər zəminində törədilsədə, belə hərəkətlər sonradan ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmişdir. Belə ki, Rüxsarə və Təqsirləndirilən şəxs3lar Zərərçəkmiş şəxs ictimai yer hesab olunan küçəyə çıxarmış, çoxsaylı insanların gözü qarşısında yolun ortasında yerə yıxıb döymüş, onların bu hərəkətləri nəqliyyat vasitəsinin hərəkətinə mane olmuş, nəticədə avtomobillə evinə doğru getmək istəyən vətəndaş avtomobildə bir müddət oturub onların yolu boşaltmalarını gözləmiş, ictimai qaydanı kobud surətdə pozmalarının fərqində olan Rüxsarə və Təqsirləndirilən şəxs3lar belə hərəkətlərini dayandırmaq əvəzinə cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edərək yolun ortasından kənarına doğru çəkilib dalaşmağa davam etmişlər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Rüxsarə və Təqsirləndirilən şəxs3ların belə hərəkətləri ictimai qaydanı kobud surətdə pozduğundan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə etdiyindən məhz xuliqanlıq kimi qiymətləndirilməlidir. Məhkəmə həmin təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. İşdə olan Təqsirləndirilən şəxs2 qohumluq məlumatlarından görünür ki, onun himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla qadın olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla qadın olmasını və yaşını Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, zərər çəkmiş şəxslə barışıq əldə edilməməsini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində onların üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadıqları şəhərin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış hadisənin görüntüsünün əks olunduğu bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ayrı-ayrılıqda cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs3 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs1 izah edilsin. Maddi sübut bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ayrı-ayrılıqda göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 hər birinə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-321/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-321/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver