Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-321/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 oğlu Zaur Kiyasovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə həbsdən azad olunmasında köməklik göstərilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs1 özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında 15.000 manat və eyni niyyətlə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Şimal massivi 57 ünvanında yerləşən yaşadığı evin qarşısında 5.000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 10 ildir ki, tanıyır. Əvvəllər aralarında heç bir söz-söhbət və narazılıq olmamışdır. Təxminən 4 ay bundan əvvəl Kiyas onun evinə gələrək oğlu Zaurun narkotik vasitə ilə tutuluduğu üçün həbs edildiyini və köməklik etməsini xahiş etmiş, o da Kiyasdan hadisənin məzmununu soruşmuş, Kiyasda ona oğlu Zaurun bir qutu narkotik vasitə ilə tutulduğunu demişdir. Bundan sonra o, adını demək istəmədiyi tanışının yanına gedərək bu barədə danışmış, həmin şəxs onun xahişindən sonra bu işlə maraqlanmış və ona Kiyasın oğlu Zaurun 20 kq-dan çox narkotik vasitə ilə tutulduğunu demişdir. O, da bu barədə Kiyasa demiş, Kiyas isə cavabında guya oğlunun məlumatı olmadığını, həmin narkotik onunla birlikdə tutulan şəxsin narkotiki olduğunu demişdir. Bundan sonra Kiyas ona oğlunun işini danışmasını və cəzanı aşağı həddinə salınmasını istəmiş, o, da Kiyas ilə razılaşaraq adını və iş yerini çəkmək istəmədiyi şəxslə danışmış və ondan Kiyasın oğluna köməklik etməsini xahiş etmişdir. O yalnız 1 büküm narkotikə münasibətdə Kiyasın oğlu Zaurun “işini yüngülləşdirəcəyini” boynuna götürmüşdür. Həmin şəxs “bu iş üçün 15.000 manat lazım olduğunu” demiş, O da bu barədə Kiyasa dedikdən sonra Kiyas onunla razılaşmışdır. Bundan sonra o, Bakı Ağır Cinayətlər məhkəməsinin qarşısında tarixini xatırlaya bilmədiyi bir gün Kiyasla görüşmüşdür. Həmin yerdə özünə məxsus olan Daewo Lanus markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Kiyas ilə oturmuş və Kiyas avtomobildə ona 15.000 manat pul vermişdir. Həmin vaxt Kiyas ilə gələn sonradan adının Ədalət olduğunu bildiyi şəxs avtomobilin kənarında dayanaraq onları gözləmişdir. Həmin on beş min manat pulun qarşılığı olaraq Kiyasın oğluna yüngül cəza təyin edilməsinə nail olmuşdur. X8 məhkəməsi barədə danışarkən ona bir büküm narkotik vasitəyə görə saxlanıldığını demişdilər, bu səbəbdən sonuncunu həbsdən azad etdirə biləcəyi barədə vəd vermişdir. Daha sonra Kiyasın oğluna 6 il azadlıqdan məhrum etmə cəzası verilmiş, bundan sonra Kiyas ondan pulu geri istəməyə başlamışdır. Kiyasın işinə görə apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Kiyas bundan sonra ondan pulu tələb etməyə başlamışdır. O, da Kiyasa oğlunun işini azadılması üçün pulu aldığını demiş, buna baxmayaraq Kiyas ondan şikayət etməyə davam etmişdir. Həmçinin Kiyasın ona işi düzəldikdən sonra 10000 manat pul verəcəyini söz verdiyini lakin həmin pulu verməmək üçün ondan şikayət etdiyini bildirmişdir. O, Kiyasdan almış olduğu pulu heç kimə verməmiş, öz müalicəsi üçün xərcləyərək adını demək istəmədiyi tanışından sadəcə xahiş etmişdir. O, Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında 5000 manat pul almadığını Kiyasın yalan danışdığını, Kiyasın oğlunun həbsdən azad edilməsi üçün heç bir vəd vermədiyini sadəcə veriləcək cəzanın ilinin az verilməsinə köməklik etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zaur Kiyasovu həbsdən azad etdirmək üçün hər hansı hüquqi səlahiyyəti yoxdur, lakin müharibə iştirakçısı olduğu üçün ona məhkəmələrdə hörmət edirlər. Zərərçəkmiş şəxsdən Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının qarşısında on beş min manat məbləğində pulu aldığını etiraf edir, lakin iyirmi manat pul almağı həqiqəti əks etdirmir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğlu Zaur Kiyasov xx.xx.2023-cü il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulmuşdur. Həmin cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır cinayətlər məhkəməsinə göndərilmişdir. Həmin ərəfədə təxminən 10 il bundan əvvəl Şağan Əlillər mərkəzində tanış olduğu X3 ona zəng etmiş, onunla telefonda söhbət zamanı halını soruşmuş, o, da yaxşı olmadığını deyərək oğlunun tutulmasını bildirmişdir. Gülbala ona irad tutaraq nə səbəbə ona bu barədə heçnə demədiyimi söyləmiş və onunla görüşməyi təklif etmişdir. Buna görədə o, Gülbalanın yaşadığı Hökməli qəsəbəsində yerləşən evində gedərək Gülbala ilə görüşmüşdür. Gülbala ondan hadisəni soruşmuş, o, da Gülbalaya hadisəni danışmışdır. Bundan sonra Gülbala ona bu məsələni həll edə biləcəyini oğlu Zauru həbsdən azad etdirəcəyini demişdir. Həmin söhbətdən 5 gün sonra Gülbala ona zəng edərk oğlu Zaurun işini 15.000 manata yüngülləşdircəyini 30.000 manat isə həbsdən azad edəcəyini demiş. O, da Gülbalaya 30000 manat pulunun olmadığını sadəcə 20.000 manat pul düzəldə biləcəyini demiş və həmin pulu da 15-20 günə hazır edəcəyini bildirmişdir. Gülbala da ona “işi düzəldən adamla danışıb xəbər edəcəyini” demiş . Bir neçə dəqiqədən sonra Gülbala yenidən ona zəng edərək həmin şəxsin 20.000 manata həbsdən azad etmək üçün razılaşdığını bildirmişdir. Gülbala xx.xx.2024-cü il tarixdə ona zəng edərək pulu Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısına gətirməyimi demiş, o, da bacısı oğlu Şahid zəng edərək 15.000 manat pulu götürüb Bakı Ağır cinayətlər məhkəməsinin qarşısına gətirməsini xahiş etmişdir. Ədalət də pulu götürüb deyilən yerə gəlmiş və birlikdə hazırda markasını xatırlamadığı avtomobilin içərisində əyləşərək Gülbala ilə görüşmüşlər. Həmin vaxt avtomobilin içərisində Ədalət 15.000 manat pulu Gülbalaya vermişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə o 5.000 manat pulu şəxsən Gülbalaya vermiş və həmin vaxt yanlarında heç kim olmamışdır. Daha sonra oğlunun bir neçə dəfə məhkəməsi olmuş, Gülbala da gəlib məhkəmələrdə iştirak etmişdir. O, Gülbaldan oğlunun nə üçün buraxılmamasmı soruşan zaman Gülbala ona “narahat olma buraxılacaqlar” demişdir. Sonuncu məhkəmə zamanı isə oğlu Zaura 6 il azadlıqdan məhrum etmə cəzası verilmişdir. O, Gülbaladan verdiyi vədə əməl etməməsini bildirmiş, Gülbala da işi danışdığı adamla söhbət edəcəyini demiş, daha sonra zəng edərək həmin adam ilə danışdığını oğlu Zaura 12 il verəcəkləri halda azaldıb 6 il verdiklərini demiş, o, da Gülbalaya oğlunu azadlığa buraxdıracağı barədə danışdığını demiş və vermiş olduğu vədi yerinə yetirə bilmədiyi üçün şikayət edəcəyini bildirmişdir. Gülbala isə ona hara istəyirsənsə şikayət et demişdir. Bundan sonra aldadıldığını bilmiş və Təqsirləndirilən şəxs barəsində şikayət etmişir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ona dəymiş zərərdən 5000 (beş min) manat məbləğində ödəniş edildiyini, hazırda ona 15000 (on beş min) manat məbləğində maddi zərər vurulduğunu, ona dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Ona dəymiş ziyan tam ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir, vurulmuş ziyanın tam olaraq ödənilməsini, verilmiş mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, oğlu Zaur Kiyasov xx.xx.2023-cü il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulmuşdur. Həmin cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır cinayətlər məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı Kiyas təxminən 10 ildir ki, tanıyır. Kiyasla Gülbala söhbət edən zaman X5 həbs edilməsini demişdir. Gülbala da Kiyasa əlaqələrinin olmasını, oğlu Zauru həbsdən azad etdirə biləcəyini demişdir. Gülbala oğlu Zauru həbsdən azad etdirmək üçün əvvəlcə 30000 manat pul istəmişdir. Lakin Kiyas o qədər pullarının olmamasını, 20000 manat pul olmasını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Kiyas ona zəng edərək kürəkəni Ədalətin gəlib evdə olan 15000 manat pulu götürəcəyini bildirmişdir. Həmin gün Ədalət gəlmişdir. Ədalətə 15000 manat pul vermişdir. Həmin gün axşam Kiyas pulu Gülbalaya verdiyini bildirmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə Kiyas ona bildirmişdir ki, Gülbala aparıb evində 5000 manat pul verəcəkdir. Kiyas həmin gün axşam pulu Gülbalaya yaşadığı evində verdiyini bildirmişdir. Daha sonra oğluna 6 il azadlıqdan məhrum etmə cəzası verilmişdir. Gülbaladan nə üçün Zaurun həbs edilməsini soruşmuşdur. Sonra Gülbala sözünü dəyişərək guya oğluna az iş düşməsi üçün kiməsə pul verməsini bildirmişdir. Lakin Gülbala yalan danışmışdır. Bu barədə maraqlanan zaman oğluna 6 il iş düşməsini bilmişdir. Gülbaladan pullarını tələb etmişdirlər. Lakin Gülbala pulu verməmişdir. Gülbala zəng etmişdir. Gülbaladan telefonda pulu verməsini tələb etmişdir. Gülbala da pulu guya başqa adama verməsini bildirmişdir. Telefonda danışdıqlarını yazdırmış və sonra flaşkarta köçürmüşdür. Həmin səs yazısına dair flaşkartı da Kiyas Korrupsiyaya qarşı Mübarizə İdarəsində təqdim etmişdir. Gülbala onları aldadaraq 20000 manat pullarını ələ keçirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma dayısı eləcə də qayıntasıdır. O, qaynı, yəni Kiyasın oğlu Zaurun xx.xx.2023-cü il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulmuşdur. Həmin cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır cinayətlər məhkəməsinə göndərilmişdir. Kiyasm tanışı Gülbala adlı şəxs Zauru həbsdən azad etdirə biləcəyini Zərərçəkmiş şəxs1 demişdir. Buna görədə Gülbala dayısı Kiyasa, Zauru həbsdən azad etdirmək üçün 30000 manat pul lazım olmasını demiş, lakin dayısı Kiyas 30.000 manat ilə razı olmamışdır. Bundan sonra Gülbala 20.000 manat pula Zauru həbsdən azad etdirə biləcəyini dedikdən sonra xx.xx.2023-cü il tarixdə dayısı Kiyas ona zəng edərək pulu Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısına gətirməyimi demişdir. O, da 15.000 manat pulu evdən götürüb Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısına gətmişdir. Orada dayısı Kiyas ilə görüşmüş, birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında Gülbalanın avtomobilində ağ rəggli markasını nömrəsini bilmədiyi avtomobilində Gülbalaya dayısı Kiyas 15.000 manat pulu vermiş, bundan sonra Gülbala qalan 5.000 min manat pulun nə vaxt hazır olacağını demişdir. Kiyas da tez bir müddətdə hazır edəcəyini bildirmişdir. Gülbala Kiyasa oğlunun həbsdən azad ediləcəyini bildirmişdir. Buna görədə o, Gülbaladan “bunlar qurban alıb kəsmək istəyirlər, qurban alsınlar yoxsa almasınlar” demiş, Gülbala “arxayın olun, qurbanınızı alın” deyərək onları arxayın salmışdır. Daha sonra, yəni 2023-cü ilin mart ayının sonlarında yaxın dayısı Kiyas qalan 5.000 manat pulu Binəqədi rayonu, Hökməli qəsəbəsində Gülbalanın evinin qarşısında Gülbalaya vermişdir. Lakin qaynı Zaur həbsdən azad edilməmiş. Zaura 6 il həbs verilmişdir. Gülbaladan Zaurun həbsddən azad edilməsinin səbəbini soruşduqda Gülbala da həll edəcəyini demişdir. Lakin Gülbala sonradan sözünü dəyişərək guya Zaurun işini azaltmaq üçün pulu aldığını deyərək dayısı Kiyası aldatmadığı bildirmişdir. Gülbalamın dayısını aldatdığını və 20000 manat pulu dayısı Kiyasdan dələduzluq yolu ilə ələ keçirdiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 istintaq orqanına vermiş olduğu ifadəsini təsdiqləyərək baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs üzünə söyləmiş, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini üzləşdirmə istintaq hərəkətində ifşa etmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-693/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və ev dustaqlığının son müddəti xx.xx.2024-cü il tarixi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “flaşkarta baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin flaşkartda 01 ədəd AUD-20240727 nömrəli fayl vardır. Həmin faylı açan zaman 03 dəqiqə 04 saniyəlik səs yazısı açılır. Səs yazısında əvvəlcə telefon zənginin çağırışı gəlir. Daha sonra Təqsirləndirilən şəxs telefona cavab verir. Telefonda Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla danışmağa başlayırlar. Əvvəlcə onlar birbiriləri ilə hal-əhval soruşurlar. Zərərçəkmiş şəxs2 Gülbalaya deyir ki, Kiyasın vəziyyəti pisdir, üstünə təcili tibbi yardım çağırılır. Sən gətir 20000 manat pulu az-az qaytar. Təqsirləndirilən şəxs da bildirir ki, pulu məhkəmədə verdiyi adam 10-dan sonra gəlir. Deyir ki, onlar niyə qarışdırırlar, 10 ildən azaldılıb iş. Həmçinin Təqsirləndirilən şəxs həmin adama pul sahiblərinin pulun çatmadığını iddia etdiklərini dediyini, bundan başqa özünü yandırmaq istədiyini bildirir, həmçinin həmin puldan ona 500 manat qalmasını qeyd edir. Bundan sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul verdiyi adamın onu aldatmasını bildirir, pulu hissə-hissə qaytarmasını və borclarını verməsini tələb edir. Həmin adamın heç bir iş görmədiyini, Təqsirləndirilən şəxs həmin adamın onu da aldatmasını bildirir. Təqsirləndirilən şəxs da həmin adam gəlsin, danışarıq deyir. Sonra isə sağollaşırlar. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işində 01 səs yazısı olan flaşkart maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Şərifov X2 Ş.Komsomol rayon Məhkəməsinin xx.xx.1984-cü il tarixli hökmü ilə CM-nin 206-cı maddəsinin 2-ci hissəsi, 24cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 01 il şərti əməyə mütləq cəlb olunmaqla azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Kürdəmir rayon Xalq Məhkəməsinin xx.xx.1990-cı il tarixli hökmü ilə CM-nin CM-nin 144-cü maddəsinin 4-cü hissəsi 40, 207-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 05 il müddətinə əmlakı müsadirə olunmaqla azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nəsimi rayon Xalq Məhkəməsinin xx.xx.1998-cü il tarixli hökmü ilə CM-nin 90-cı maddəsinin 2-ci hissəsi, 147-ci maddəsinin 2-ci hissəsi, 192-ci maddəsinin 1-ci hissəsi, 194-cü maddəsinin 1-ci hissəsi, 38-ci maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.1998-ci il tarixdə AR Milli Məclisinin xx.xx.1998-ci il tarixli amnistiya qərarına əsasən azad edilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.1, 178.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinərək, Ş, M.V. 3000 misli miqdarında cərimə cəzası təyin edilmiş, xx.xx.2007-ci ildə AR MM xx.xx.2007-ci il tarixli Amnistiya qərarının 1.8-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. xx.xx.2024-cü il tarixli “telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, telefon danışıqlarına dair məlumatdan həqiqətən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 5000 manat pulu verməsini qeyd etdiyi tarixdə, yəni xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Hökməli qəsəbəsində olması, bu halın bir daha Təqsirləndirilən şəxs 5000 manat pulu almasına dəlalət etdiyi təsdiqini tapır. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 26987 nömrıli məktubu ilə daxil olmuş, cinayət işinə əlavə edilmiş 01 ədəd CD-R formatlı disk və cinayət işinə 1 ədəd “USB flaş kart”da əlavə edilmiş səs yazıları maddi sübut əhəmiyyətinə malik olduğu üçün maddi sübut hesab edilmiş və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı qaldırılmış olan mülki iddiaya münasibətdə bildirmişdir ki, zərərçəkmiş şəxslərdən yanız 15000(on beş min) manat məbləğində pul vəsaiti almış və hazırda həmin puldan 5000 (beş min) manat ödəniş etmişdir. Lakin iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 5(001)- 2147/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə 01 mart 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə daxil olan, həmin nömrədən xaric olan zənglərin nömrəsini, mesaj mətnlərini və antena dairələrini, həmçinin həmin nömrələrin sahiblərinin adı, soyadı,atasının adı və ünvanı barədə məlumatların "xxxx" MMC-dən götürülməsi barədə qərara alınmışdır. Sözügedən məlumatlar xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin tərəfindən Binəqədi Rayon Polis İdarəsinə təqdim olunmuşdur. Telefon danışıqlarını özündə əks etdirən 01 ədəd CD-R formatlı diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 5000 manat pulu verməsini qeyd etdiyi tarixdə, yəni xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Hökməli qəsəbəsində olmuşdur. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs həqiqətən də 5000 manat məbləğində pulu zərərçəkmiş şəxslərdən almışdır. Göstərilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair verdiyi ifadələrə tənqidi yanaşıb, təqsirləndirilən şəxsin ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığını hesab edir və hazırki cinayət işi üzrə CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarında olan DSMF Ağsu rayon Şöbəsi tərəfindən verilmiş 023379 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi səbəbindən müddətsiz 1-ci qrup əlillik verilmiş, həmçinin vəsiqədə “milli qəhram” statusu qeyd olunmuşdur. Sözügedən vəsiqənin həqiqiliyi barədə məhkəmədə şübhə yarandığından və vəsiqənin əsli məhkəmədə təqdim olunmadığından, məhkəmə 023379 nömrəli vəsiqənin surətini sübut növü kimi qiymətləndirmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli sənəddən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbində müddətsiz birinci dərəcə əlillik verilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyə görə 401.05 manat məbləğində pensiya alır. Məhkəmə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli sənədlə elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumat arasında olan ziddiyətə münasibətdə qeyd edir ki, elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatın həqiqiliyi şübhə doğurmadığından sübut kimi qiymətləndirilir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyandan 5000 (beş min) manat məbləğində ödəniş etməsini və 2-ci dərəcə əlil olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında zərərçəkmiş şəxslərə şikayətlərini geri götürmədikləri təqdirdə, Kiyasın oğlu Zaura daha da yüksək həddə cəza təyin etdirəcəyini bildirməsini və onlara hədə qorxu gəlməsini, bundan başqa, məhkəmə hakimiyyətinin nüfuzu və etibarına xəlil yetirə biləcək ifadələrə yol verərək, törətdiyi əməldən səmimi peşmançılıq hiss keçirməməsini onun şəxsiyyətini xarakterizə edən mənfi hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də eyni xarakterli cinayət əməlini törətməyə görə məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-693/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və ev dustaqlığının son müddəti xx.xx.2024-cü il tarixi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdən bugünədək həbsdə saxlanılmışdır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırki cinayət işi üzrə 10 sentyabr 2024-cü il tarixdən 10 noyabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 2 (iki) ay müddət, həbsdə və ya ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri ilə Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı və ona təyin edilmiş cəza müddətinin əvvəli 20 may 2025-ci il tarixdən hesablanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş dələduzluq nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan başqa - CPM) 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiasının təmin edilməsi qənaətinə gəlir. Belə ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 oğlu Zaur Kiyasovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə həbsdən azad edilməsində köməklik göstərilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs1 özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsilə qeyd edilən məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək həmin məsələnin müsbət həlli üçün xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında 15.000 manat və eyni niyyətlə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Şimal massivi 57 ünvanında yerləşən yaşadığı evin qarşısında 5000 manat pul vəsaitini ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs kimi ona ümumilikdə 20.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Mülki cavabdeh tərəfindən ona dəymiş ziyanın 5000 manatı ödənilmiş, 15000 manatı isə ödənilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs 15000 manat məbləğində dəymiş maddi ziyanın əvəzi kimi pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilməli, ona dəymiş maddi zərərə görə 15000 manat pul vəsaiti iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut növü kimi tanınmış 01 ədəd CD-R formatlı disk və 01 ədəd “USB flaş kart” cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X4 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 02 (iki) ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 dəymiş maddi zərərə görə 15000 (on beş min) manat pul vəsaiti iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. İş üzrə maddi sübut növü kimi tanınmış 01 ədəd CD-R formatlı disk və 01 ədəd “USB flaş kart” cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüzx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-321/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-321/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver