Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-322/2021 03.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta ixtisas təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının əvvəllərində, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisindən «Papanin» adlanan yerdən istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 0.187 qram çəkidə psixotrop maddə metafetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13.03.2021-ci il tarixdə, saat 02:30-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq gətirildiyi Polis Şöbəsinin ünvan 4 ünvanda yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində 0,187 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bir ədəd kağız büküm və əynindəki qara rəngli gödəkçənin sol üst sinə cibindən içərisində narkotik vasitə heroinin izləri olan bir ədəd baş hissəsi sınmış boş dərman ampulu aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, artıq uzun müddətdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə məşğul olur narkotik vasitələrin aludəçisidir. 2011-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olmuş, cəzasını çəkib 2015-ci ildə azadlığa buraxılmışdır. Son vaxtlar yenə də narkotik vasitələr və psixotrop maddələrin qəbuluna başlamışdır. Bu məqsədlə təxminən «Papanin» adlanan əraziyə gedərək tanımadığı bir şəxsdən öz istifadəsi üçün bir büküm «şüşə» adlanan psixotrop maddə almışdır, üzərindən bir qədər istifadə edib, qalan hissəsini isə üzərində saxlamışdır. 13.03.2021-ci il tarixdə, saat 01 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu «Lada» markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 5 ünvanının qarşısında saxlayıb salonunda istirahət edərkən ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirərək barəsində məlumat daxil olduğunu, məlumatı yoxlamaq üçün onlarla Polis Şöbəsinə getməli olduğunu bildirmişlər, buna etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə getmiş, oradakı xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla üzərinə baxış keçirtmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki qara rəngli şalvarının sağ yan cibindən içərisində «şüşə» adlanan psixotrop maddə metamfetamin olan bir ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün içərisindəki kütlələrin psixotrop maddə metamfetamin olmasını təsdiq etmişdir. Təqdim etdiyi həmin kağız büküm və gödəkçəsinin sol yan cibindən aşkar olunan bir ədəd «Limon turşusu» paketi və bir ədəd əvvəllər istifadə etdiyi narkotik vasitə heroindən qalma boş şüşə ampula ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzasıyla təsdiq etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni satan şəxs dəqiq yadında qalmamışdır. Məhkəmədən təqsirini səmimi etiraf etməsini, cinayət əməlindən peşman olmasını nəzərə alınaraq ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respublikası DİN-in Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 13.03.2021-ci il tarixdə şöbələrinə ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəflərindən rəhbərliyə məruzə olunmuş və yoxlanılması məqsədi ilə «Əməliyyat-Axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 10,11,12-ci maddələrinin və Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələbləri rəhbər tutularaq əməliyyat tədbirinin keçirilməsi barədə qərar verilmişdir. Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birlikdə 13.03.2021-ci il tarixdə, saat təxminən 02:30-də ünvan 5 ünvanına yollanmışlar və məlumatda göstərilən Təqsirləndirilən şəxs həmin ünvanın qarşısında «Lada Granta» markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşmiş vəziyyətdə müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib barəsində məlumat daxil olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər, o, etiraz etməmiş və onu avtomobili ilə birlikdə yaxınlıqdakı Binəqədi RPİ-nin 4-cü PŞ-nin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirmişlər. Orada növbədə olan təhqiqatçı Faiq İsayev müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil, videoçəkiliş aparılması üçün Polis İdarəsindən inspektor-kriminalist Altay Kərimov dəvət olunmuşlar, sonuncuların və onların iştirakı ilə saxlanılan Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağı bildirilərək ona təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasını etiraf edərək əlini əynindəki qara rəngli şalvarın sağ yan cibinə salaraq oradan bir ədəd içərisində ağ kristallar şəkilli kütlə olan ağ rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində «şüşə» adlandırılan psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün təxminən 10-15 gün əvvəl Bakı şəhərindəki «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol üst sinə cibindən bir ədəd limon turşusu bükümü və bir ədəd istifadə olunmuş boş dərman ampulu çıxarıb təqdim edərək həmin əşyaları “kakos” adlanan narkotik vasitə heroin qəbul edərkən bişirmək üçün istifadə etdiyini bildirmişdir. Qeyd olunanların hamısı kriminalist tərəfindən videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə və limon turşusu ilə boş ampula kağız zərfə qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasına çağırılmış şahid Azərbaycan Respublikası DİN-in Binəqədi rayon Polis idarəsinin 4-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13.03.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1 ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v. 1) 13.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 8) 13.03.2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə 13.03.2021-ci il tarixdə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim etmiş, həmin kağız bükümü açdıqda içərisində ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən idarə etdiyi avtomobilin bir ədəd açarı və üst cibindən bir ədəd “Limonnaya kislota” sözləri olan qablaşdırılmış kristal halında kütlə və bir ədəd sınmış vəziyyətdə olan şüşə ampula aşkar edilərək götürülmüşdür. Digər geyim əşyalarına, ayaqqabısına, corablarına baxış keçirilmiş, lakin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (i.v. 28-29) Məhkəmə Ekspertizası Mərkəzinin 13.03.2021-ci il tarixli 6/1029 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərflərdə təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,187 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 46-50) Binəqədi rayon məhkəməsinin 13.03.2021-ci il tarixli, 5(001)-355/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasına keçirilmiş əməliyyat-axtarış təbdiri və buna dair 13.03.2021-ci il tarixli müvafiq qərar qanuni və əsaslı hesab edilmişdir. (i.v. 53-55) 14.03.2021-ci il tarixli qərarından görünür ki, Mehdiyev X3 RPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 63-64) 15.03.2021-ci il tarixli video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs müraciət edərək paltarlarında, əşyalarında və ya bədənində olması etimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs ayağa qalxaraq əynindəki qara rəngli gödəkçənin sol üst sinə cibindən bir ədəd üzərində limon şəkli olan iri kağız bükümü və istifadə olunmuş boş şüşə ampulanı, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü, əynindəki qara rəngii gödəkçənin sağ yan cibindən bir ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoyaraq əynindəki paltarların digər ciblərini, ayaqqablarını çıxararaq içlərlərini göstərərək boş olduğunu nümayiş edir, ciblərindən çıxararaq masanın üzərinə qoyduğu əşyaların nə olmasına dair təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, üzərində limon şəkli olan iri kağız bükümün içərisində olan məhlul limon turşusudur, həmin limon turşusundan və cibindən çıxardığı istifadə olunmuş boş şüşə ampuladan “Kakos" adlanan narkotik vasitə heroini bişirib inyeksiya yolu ilə vurmaq üçün istifadə edir, lakin hazırda, “Kakos" adlanan narkotik vasitə heroin üzərində yoxdur, şalvarının cibindən çıxarıb təqdim etdiyi digər nisbətən bala ölçülü kağız bükümün içərisində olan ağ rəngli xırda kristallar formalı kütlə “Şüşə” adlanan psixotrop maddə “metamfetamindir’', həmin psixotrop maddəni 10-15 gün əvvəl Bakı şəhəri “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır, təqdim etdiyi avtomobil açarı isə özünə məxsus “Lada Granta” markalı avtomobilin açarıdır. İkinci diskə köçürülmüş “00508” adlı MPEG-TS Video FİLE (.MTS) tipli 402 MB həcmli 04 dəqiqə 38 saniyyə müddətli səsli videogörüntüdə Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Qranta” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyini elan edilərək iştirakçılara hüqüq və vəzifələrini izah edilmiş, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs müraciət edilərək ona məxsus nəqliyyat vasitəsində olması etimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs orada dayanmış “Lada Qranta” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilə sürücü oturacağı tərəfdən yaxınlaşaraq ön sol qapısını açmış və salonun işıqlarını yandıraraq avtomobilini baxış üçün təqdim emiş, baxışda iştirak edən polis əməkdaşları tərəfindən avtomobilin qapı cibləri, oturacaqlarının cibləri, ön saxlanc yerləri, arxa yük yeri yoxlanılaraq araşdırma üçün sübut əhəmiyyəti və maraq kəsb edən hər hansı bir predmet və ya əşya aşkar olunmamışdır. (i.v. 64-64a) Maddi sübut kimi tanıma haqqında 15.03.2021-ci il tarixli qərarlardan görünür ki, video görüntülərin köçürüldüyü 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş xalis çəkisi 0,147 qram çəkidə qalıq qalan psixotrop maddə metamfetamin və içərisində narkotik vasitə heroinin izləri olan bir ədəd baş hissəsi sınmış boş dərman ampulu maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (i.v. 65, 95) 15.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 66-66a) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-248/2021 saylı, 15.03.2021-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 15.03.2021-ci il tarixdən hesablanmışdır.(i.v. 92-94) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 27.03.2021-ci il tarixli tələbnamədə qeyd olunmuşdur ki, Mehdiyev X4 Ağır Cinayətlər Məhkəməsinin 11.08.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.3, 66.3-cü maddələrinə müvafiq olaraq təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 01.12.2011-ci il tarixli qərarı həmin hökm dəyişdirilməklə əməli CM- nin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilmiş, üzərində qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 05.11.2015-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Bundan başqa, Nərimanov Rayon Məhkəməsinin 17.04.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. (i.v. 100-102) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X1 ekspert komissiyasının 07.06.2021-ci il tarixli, 1779 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən “asılılıq sindromu” - narkomaniya xəstəliyinin aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.114-115) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-579/2021 saylı, 14.06.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti 20 gün uzadılmışdır.(i.v. 157) Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı, nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 13.03.2021-ci il tarixdə, saat 02.30-da məhdudlaşdırılaraq, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və 14.03.2021-ci il tarixdə, saat 21.00-da Mehdiyev X3 RPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 15.03.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Çünki məhkəmə, Təqsirləndirilən şəxs hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə tutulduğu 13 mart 2021-ci il tarixdə saat 02:30-dan 14.03.2021-ci il tarixdə, saat 21.00-dək Mehdiyev X3 RPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Binəqədi RPİ-nin MSY-dən azad edildiyi müddətin 2 (iki) gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 15.03.2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi təmiz çəkisi 0,147 qram metamfetamin və 01 ədəd baş hissəsi sınmış boş dərman ampulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə 01 ədəd “CD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,9 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 50 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli 15.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,147 qram metamfetamin və 01 ədəd baş hissəsi sınmış boş dərman ampulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “CD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,9 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-322/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-322/2021
03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver