Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-322/2025 21.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) X5 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Şamaxı rayonu, Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “See Breze” yaşayış kompleksi, 1-ci villa ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. X9, etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir.
2. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bilavasitə tanıdığı Zərərçəkmiş şəxs qızı X10 və Təhsil Nazirliyi tərəfindən işə qəbul üçün keçiriləcək sertifikasiya imtahanlarında yüksək nəticə əldə etməsinə köməklik göstərilməsi barədə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs əri Şahid tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisindən sonuncunun istifadəsində olan "xxxx" ASC-ə aid 4169********9404 nömrəli bank kart hesabından özünün təqdim etdiyi "xxxx" ASC-ə aid 4098********3164 nömrəli bank kart hesabına xx.xx.2024-cü il tarixdə köçürülmüş 2.000 manat, xx.xx.2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla köçürülmüş 2.000 manat, xx.xx.2024-cü il tarixdə eyni ünvandan və eyni üsulla köçürülmüş 4.000 manat pul vəsaitini ələ keçirib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 8.000 (səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Proses iştirakçılarının ifadələri:
3. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X9 CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi tanımamış, üzbəüz görməmişdir. Vasitəçi Ülviyyə adlı xanım olmuşdur. Pul vəsaiti onun kartına göndərilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsdən 8000 manat pul almışdır. İşlə bağlı Ülviyyə adlı qadına pul verməmişdir. Pula ehtiyacı olduğu üçün bu yola əl atıb zərərçəkmiş şəxsi aldatmışdır. 2000 manatı məhkəməyədək mərhələdə geri qaytarmışdır. Pul kartına göndərilmiş və pulu Masazır qəsəbəsində bankomatdan çıxartmışdır. Pulu işə düzəltmək adı ilə almışdır. Guya zərərçəkmiş şəxsin qızını işə düzəltmək üçün onu müəllimlər imtahanından keçirdəcəkdir. 8000 manat pulu hissə-hissə almış, ayrı-ayrı vaxtlarda 2000-2000, daha sonra isə 4000 manat almışdır. Məhkəmə istintaqı dövründə qalan 6000 manat borcdan 3000 manatını da geri qaytarmışdır. Mülki iddianı qəbul etdiyini, qalan 3000 manat borcu isə azadlığa çıxdıqdan sonra işləyib ödəyəcəkdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışaraq onunla razılığa gəldiyini qeyd edib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir.
4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən X7 elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır:
5. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X8 şəxsən tanımır. Onu qardaşının baldızı Ülviyyə vasitəsilə tanıdığını bildirən zərərçəkən Fəxri Məcidova pulu qızının MİQ imtahanından keçməsi üçün verdiyini təqsirləndirilən şəxsin ona “mən bu işin içindəyəm, mənim orada adamlarım var” dediyini, əvvəlcə ondan 10.000 manat pul istədiyini, daha sonra 8000 manata razılaşdıqlarını ifadəsinə əlavə etdmişdir. Daha sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, ona təqsirləndirilən şəxs tərəfindən vurulan ziyanın 8000 manatdan 5000 manatı artıq ödənilmişdir (2000 manatı məhkəməyədək, 3000 manatı isə məhkəmə istintaqı dövründə ödənilmişdir). Zərərçəkmiş onu da bildirmişdir ki, təqsirləndirilən şəxsin qardaşı X2 təklifi ilə 3000 manata münasibətdə aralarında borc müqaviləsi bağlanmışdır. Zərərçəkmiş təqsirləndirilən şəxsin borcunu ödədiyi halda qardaşı ilə bağladığı borc müqaviləsini etibarsız hesab edəcəyini bildirərək, məhkəmədən mülki iddianın təmin edilməsini, təqsirləndirilən şəxslə aralarında barışıq olduğunu nəzərə alınmasını xahiş etmişdir.
6. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisələr aprel ayında baş vermişdir. Həyat yoldaşı Mətanət ona qızlarının işinin düzələsi üçün 8000 manat pulun karta göndərilməsinin lazım olduğunu demişdir. Onun da bu qədər pulu olmadığından həmin məbləği hissə-hissə ödəməli olmuşlar. Pulun bir qismi həyat yoldaşının olmuş, qalan məbləği isə borc alıb vermişdir. Aprel ayının axırında 2 dəfəyə 2000-2000, may ayında isə bir dəfəyə 4000 manat pulu təqsirləndirilən şəxsin kart hesabına göndərmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onlara elə təqdim olunmuşdur ki, guya o, böyük vəzifədə işləyir və bu cür işlər düzəldir. Təqsirləndirilən şəxslə ancaq WhatsApp üzərindən zəngləşib danışmışlar və onu üzbəüz görməmişlər. Pulu verdikdən sonra aylar keçməsinə baxmayaraq, nə bu adamdan, nə də işdən xəbər çıxmamışdır. Təqsirləndirilən şəxsə isə zəng etdikdə arxayın olmasını, işin düzələcəyini demişdir. Hər şey ortaya çıxandan sonra isə Fəxri pulu geri qaytaracağını demişdir. Fəxriyə dəfələrlə görüşüb söhbət etmələrini bildirmiş, lakin o, görüşməkdən qaçmışdır. Bundan sonra onlar polisə müraciət etmək məcburiyyətində qalmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
7. Cinayət işinin başlanması və icraata qəbul etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.
8. Təqdim etmə və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 01 ədəd A4 formatında X7 məxsus üzərində 4098 5844 9738 3164 nömrələri əks olunmuş “Leobank” kartının fotoşəkli və 03 ədəd A4 formatında “Birbank” mobil tətbiqi ilə ödəniş qəbzləri əks olunan fotoşəkilləri təqdim etmiş, həmin 04 ədəd A4 formatında olan sənədlər götürülmüşdür.
9. Ödəmə qəbzinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 01 ədəd “Birbank” mobil tətbiqinə aid qəbzlərə baxış zamanı 25 aprel 2024-cü il tarixdə saat 14:21-də X5 adına olan “Leobank”-a məxsus 4098 5844 9738 3164 nömrəli kart hesabına 2000 manat, 30 aprel 2024-cü il tarixdə saat 11:44-də X5 adına olan “Leobank”-a məxsus 4098 5844 9738 3164 nömrəli kart hesabına 2000 manat, 02 may 2024-cü il tarixdə saat 09:57-də X5 adına olan “Leobank”-a məxsus 4098 5844 9738 3164 nömrəli kart hesabına 4000 manat köçürülməsi müəyyən edilmişdir.
10. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, X9 əvvəllər məhkum olunmamışdır.
11. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X9 27 dekabr 2024-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur.
12. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X9 CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 1015/2024 nömrəli qərarından görünür ki, X9 barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablanmışdır.
14. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 03 ədəd ödəmə qəbzi iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 158/2025 nömrəli qərarından görünür ki, X5 həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 19 mart 2025-ci il tarixədək uzadılmışdır.
16. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X6 tərəfindən qardaşı X5 vurmuş olduğu maddi ziyandan 3000 manatı ödənilmiş və sonuncunun onlara 3000 manat borcu qalmışdır.
17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)- 322/2025 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X7 qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmış və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, təqsirləndirilən şəxs X9 mülki cavabdeh qismində tanınmış və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 93-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir.
18. 7 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Notariat ofisinin xx.xx.2025-ci il tarixli Borc müqaviləsindən görünür ki, həmin tarixdə iş üzrə Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs X5 qardaşı X6 arasında borc müqaviləsi bağlanmışdır.
19. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs X9 ilə barışmışdır. Təqsirləndirilən şəxsin qardaşı X2 təklifi ilə 3000 manata münasibətdə aralarında borc müqaviləsi bağlanmışdır. Vermiş olduğu mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmədən təqsilrəndirilən şəxslə aralarında barışığın olmasının nəzərə alınmasını xahiş etmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
20. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
21. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
22. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.
23. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar təqsirləndirilən şəxs X9 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsini mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.
24. Təqsirləndirilən şəxs X9 məhkəmə iclasında özünü təqsirli bilərək əməlindən peşman olduğunu, zərərçəkəni şəxsən tanımadığını, üzbəüz görmədiyini ondan qızının imtahan məsələsinə görə 8000 manat pul aldığını bu pulun 2000 manatını məhkəməyədək mərhələdə istintaq dövründə qaytardığını, 3000 manatını isə məhkəmə istintaqı gedişatında qaytardığını bildirmişdir. Hal-hazırda zərərçəkənə 3000 manat borcu qalmış və borcu tam qaytara bilməməsini uzun müddət həbsdə olması ilə əlaqələndirmişdir. Daha sonra mülki cavabdeh kimi öhdəlik götürdüyünü və borcunu qısa müddətdə geri qaytaracağını bildirmişdir.
25. Beləliklə, məhkəmə qeyd edilən hallara hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq orqanı tərəfindən elan edilmiş, ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir.
26. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə təqsirləndirilən zərərçəkənə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə ziyan vurduğu hallarda 178.2.4-cü maddə ilə məsuliyyət daşıyır.
27. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X5 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, X9 əvvəllər təqsirləndirildiyi CM-in 178.1-ci maddəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-162/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə CM-in 73.1.1-ci maddəsinə əsasən bir dəfə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. CM-in 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə görə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.
28. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında belə izah verilmişdir ki, qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən yenidən cinayət əməlinin törədilməsi cinayətin ilk dəfə törədilməsi hesab edilməməlidir. Çünki əməli ilk dəfə törətmiş şəxs qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri yerinə yetirdiyi halda artıq ictimai təhlükəli olmadığını ifadə etməklə, cinayət məsuliyyətinə cəlb edilmədən də onun belə davranışlardan çəkinməsinə, islah olunmasına nail olmaq mümkün olur. Lakin şəxsin bir neçə cinayət əməlinin törədilməsində və ya eyni əməli bir neçə dəfə törətməsində təqsirləndirilməsi artıq həmin şəxsin şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir. Bu kimi hallarda şəxsi cinayət məsuliyyətindən azad etmək, yəni onu dövlət adından mühakimə etməmək, hüquq qaydalarının qorunmasına mane olmaqla və şəxsin təkrar cinayət törətməsinə imkan yaratmaqla bərabər, cinayət qanunvericiliyinin qarşısında duran vəzifələrin həllinə imkan verməmiş olar. Qanunverici tərəfindən Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi ilə məhdudiyyətin tətbiq edilməsi, yəni şəxsin müvafiq qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilə bilməsinin müəyyənləşdirilməsi şəxsin məhdudiyyətsiz şəkildə məsuliyyətdən azad edilməsinin qarşısını alır ki, burada da məqsəd cəmiyyətdə cəzasızlıq və məsuliyyətdən yayınmağın mümkünlüyü hissinin yaranmasının qarşısını almaq, məsuliyyətdən azad etmə institutunun tətbiqi zamanı Cinayət Məcəlləsinin qarşısında duran vəzifələrə mütənasibliyi qoruyub saxlamaqdır. Qeyd edilməlidir ki, cinayət məsuliyyətindən azad etmə dövlət adından mühakimə edilməməsi və barəsində ittihamedici hökm çıxarılmaması ilə əlaqədar təqsirləndirilən şəxs üçün tanınan imkandır. Lakin şəxs barəsində cinayət mühakiməsinin aparılmasından müxtəlif əsaslarla və dəfələrlə imtina edilməsi, həmçinin yalnız bir dəfə deyil, dəfələrlə cinayət törətmiş şəxsə münasibətdə məsuliyyətdən azad etmənin tətbiq edilməsi Cinayət Məcəlləsinin 2.1-ci maddəsi ilə müəyyən edilən cinayətlərin qarşısını almaqla bağlı Cinayət Məcəlləsinin vəzifəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə müəyyən edilən şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək kimi cinayət mühakimə icraatının vəzifələrinə uyğun gəlməməklə bərabər, yuxarıda qeyd olunduğu kimi, digər şəxslərdə cəzasızlıq və məsuliyyətdən yayınmağın mümkünlüyü hissinin yaranması, eyni zamanda sosial ədalətin pozulması ilə nəticələnə bilər. Odur ki, məhkəmə hesab edir ki, X7 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.
29. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı X5 təqsirləndirildiyi CM-in 178.2.4-cü maddəsi (Dələduzluq) cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Dələduzluq cinayəti talama cinayətləri kateqoriyasına daxil olsa da başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.
30. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməl CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluqyəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
31. Hazırkı cinayət işinin istintaqı zamanı da müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X9, Zərərçəkmiş şəxs etibarından istifadə edərək, ona yalan vədlər vermək və aldatma yolu ilə (guya zərərçəkənin qızını MİQ imtahanlarından keçirəcəkdir) 8000 manat pulunu ələ keçirmiş, daha sonra müxtəlif bəhanələrlə bu pulu geri qaytarmaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs bu pulun bir hissəsini öz qazancı, bir hissəsini isə borc alaraq ödədiyini, borc aldıqları şəxslərin də borclarını geri tələb etdiklərindən çıxılmaz vəziyyətdə qaldığını bildirmiş, onun verdiyi ifadələr şahid və təqsirləndirilən şəxsin özü tərəfindən də təsdiqlənmişdir.
32. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).
33. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X7 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.
34. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
35. Məhkəmə, təqsirləndirilən şəxs X5 zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini CM-in 59.1.14-cü maddəsinə və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
36. Məhkəmədə, təqsirləndirilən şəxs X5 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
37. Məhkəmə, təqsirləndirilən şəxs X7 cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.
38. CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
39. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.
40. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxs X5 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X7 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.
41. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamında törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tələbi qoyulmuş və məhz həmin Sərəncamdan sonra 20 oktyabr 2017-ci il tarixində CM-in 42.0.9-1-ci maddəsinə yeni cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası daxil edilmiş və CM-in 178.2-ci hissəsinin sanksiyasında dəyişiklik edilərək, azadlığın məhdudlaşdırılması cəzası da daxil edilməklə sanksiya yeni redaksiyada verilmişdir. Məhkəmə hesab edir ki, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı nəzərə alınmalı və bu mövqe məhkəmə-hüquq islahatları çərçivəsində əsas mövqe kimi nəzərdən keçirilməlidir.
42. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.
43. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir.
44. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X5 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “See Breze” yaşayış kompleksi, 1-ci villa ünvanını axşam saat 22:00dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
45. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, X9 27 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-1015/2024 nömrəli qərarı ilə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-158/2025 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 19 mart 2025-ci il tarixədək uzadılmış və sonuncu 27 dekabr 2024-cü il tarixindən hazırkı vaxtadək həbsdə olmuşdur.
46. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.
47. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.
48. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
49. Beləliklə, X5 27 dekabr 2024-cü il tarixindən hazırkı vaxtadək həbsdə saxlanıldığı ümumilikdə 4 (dörd) ay 24 (iyirmi dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır.
50. Bununla yanaşı məhkəmə hesab edir ki, X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
51. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Beləliklə, CPM-in 124.1-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, ifadələr) cinayət təqibi üzrə sübutlar hesab olunur.
52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.
53. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.
54. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bank qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır.
51. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın təqsirləndirilən şəxs (mülki cavabdeh) X4 tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir.
52. Belə ki, məhkəmə istintaqı zamanı X5 vahid niyyətlə 8.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 8.000 (iyirmi beş min) manat məbləğində xeyli miqdar təşkil edən maddi ziyan vuraraq dələduzluq etməsi faktı istər cinayət prosesinin işirakçılarının ifadələri ilə, istərsə də cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. Ona görə də, məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə mülki iddianı təmin edərkən təqsirləndirilən şəxs (mülki cavabdeh) X9 tərəfindən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilmiş 5.000 (beş min) manatı nəzərə alır və hesab edir ki, hər iki tərəfin qəbul etdiyi kimi 3.000 (üç min) manata münasibətdə mülki iddia təmin edilməldir.
53. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.
54. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır.
55. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər.
56. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır.
57. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir.
58. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) X7 qarşı mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) X4 cinayət əməli nəticəsində vurulmuş 3.000 (üç min) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 51 (əlli bir) manat pul zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır.
59. Məhkəmə mülki iddiaya baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərini əsas götürür. O cümlədən nəzərə alır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir.
60. Cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”.
61. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-c il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Bu zaman cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə mülki iddia qaydasında verilmiş olan 3.000 (üç min) manat məbləğində tələb cinayət işi üzrə şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqında vermiş olduğu ifadələrlə tam sübuta yetirilir.
62. Həmin qərarının 72-ci bəndində qeyd edilir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir.
63. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir.
64. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
65. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
66. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X7 göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 260 (iki yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.
67. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir.
68. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).
69. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
70. Beləliklə, məhkəmə bildirir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
71. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 187, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 27 dekabr 2024-cü il tarixdən 21 may 2025-ci il tarixədək həbsdə olduğu ümumilikdə 4 (dörd) ay 24 (iyirmi dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. X5 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X5 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “See Breze” yaşayış kompleksi, 1-ci villa ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X9 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) X7 qarşı mülki iddiası təmin edilsin və təqsirləndirilən şəxs (mülki cavabdeh) X4 cinayət əməli nəticəsində vurulmuş 3000 (üç min) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 51 (əlli bir) manat pul zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim etdiyi bank qəbzləri cinayət işinin materiallarında saxlanılsın. X7 göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 260 (iki yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova