Məhkəmə qərarları › İş №1(001)-324/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-324/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-324/2022 21.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X9, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili X2, təqsirləndirilən şəxs (mülki cavadeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsi, 1260-cı məhəllə, bina B, mənzil 10 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 24 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində “BC” kateqoriyalı, AC seriyalı 098563 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, ağ rəngli Hyundai Accent markalı, **-SK-***” dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq, yəni sürücü avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq saatda təxminən 68-75 km/saat sürətdə idarə edərək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsində yerləşən “Kəmalə Nərmin” şadlıq sarayının qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbini pozaraq, yəni sürücü avtomobili işıqforun qırmızı işığında hərəkətini dayandırmalı olduğu halda, qanunun bu tələbinə əməl etməyərək “Bolluq bazarı” istiqamətində hərəkətdə olduğu yolda olan işıqforun qırmızı işığından keçərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək hərəkətdə olduğu yolu soldan sağa doğru keçmək istəyən piyada xx.xx.1963-cü il təvəllüdlü X10 avtomobilin ön qabaq sağ hissəsi ilə vuraraq baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol təpə-gicgah nahiyəsinin sıyrığı, sol körpücük sümüyü proyeksiyasında boyuna yaxın çiyinüstü nahiyənin qançırı, sol körpücük sümüyünün distal ucunun qapalı qəlpəli, sol ll-lll-İV-V qabırğaların orta qoltuq xətti üzrə qapalı yerdəyişmiş sınıqıları, döş qəfəsinin sağ ön-yan səthində ön qoltuq xətti ilə orta körpücük xətti arasında Vİİİ qabırğa proyeksiyasının sıyrığı, sol ağciyərin total kontuziyası ilə müşayiət olunan döş qəfəsinin küt travması, sol bazu oynağına yaxın çiyinüstü nahiyənin, sol bazunun orta-yuxarı 1/3-nin ön-bayır qançırları, sol bazu sümüyünün yuxarı 1/3-nin və sol baldırın incik sümüyünün ikili qapalı yerdəyişmiş sınıqları, sağ əl pəncəsinin arxa səthində İİ daraq sümüyü proyeksiyasının, sağ budun bayır səthinin, sağ diz oynağının ön səthinin aşağı yarısının, sol diz oynağının ön və bayır, sol baldırın yuxarı 1/3nin bayır, orta 1/3-nin arxa-bayır səthlərinin, sol baldırın aşağı 1/3-də iç topuq nahiyəsinin, sağ ayaq pəncəsinin İİ, İİİ və İV barmaqlarının uc falanqalarının ayaqarxası səthlərinin sıyrıqları, ağır dərəcəli travmatik şokla müşayiət olunan bədənin küt travması kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan mərhum zərərçəkmiş şəxs Səlim Cəfərovun xx.xx.2021-ci il tarixdə KTM-də ölümünə və Hyundai Accent markalı, **-SK-***” dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə Zərərçəkmiş şəxs 490 manat maddi ziyan vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, dolanışığı pis olduğundan "xxxx" MMC-yə məxsus olan Hyundai Accent markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etməklə günü 25 manata çörək pulu qazanmaq üçün “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 24 oktyabr 2021-ci il tarixdə avtomobillə axşam tərəfi üzü “Kəmalə Nərmin” şadlıq sarayından 7-ci mikrorayonda yerləşən “Bravo” market istiqamətində evinə doğru gedərkən saatda təxminən 68-75 km\saat sürətlə öz yolu olan sağ zolaqla hərəkət etmişdir. İşıqforun yaşıl işığı yanıb-sönməyə başlayarkən yoluna davam etməyi fikirləşmiş və yolu sağdan sola keçən piyada qəfildən yoluna çıxmışdır. Piyadanı təxminən 5 metrdən gördüyündən və sağ tərəfdə dayanacaq olduğundan avtomobilin sükanını məcburən sola çəkərək sol zolağa çıxmışdır. Həmin ərazidə piyada keçidi olmamış və piyada onun yoluna qəfildən çıxmışdır. Avtomobilin sükanını sola çəkərkən maşının qabaq sağ yan bamperi, sağ güzgü və farası sonradan adını bildiyi X3 qol-çiyin nahiyəsinə dəymiş və piyada avtomobilin qabaq sağ hissəsindən avtomobilin üzərinə yıxılmışdır. Avtomobil isə əyləc basılı vəziyyətdə bir neçə metr hərəkət etdikdən sonra dayanmışdır. Sonra o, avtomobildən düşüb gəlib həmin vurduğu X11 yaxınlaşmışdır. Səlimi qucağına alıb avtomobilə qoyaraq 6 nömrəli Ə.Məlikov adına xəstəxanaya çatdırmışdır. Orada Səlimə ilkin təcili tibbi yardım göstərilmiş və sonuncu reanimasiya şöbəsinə yerləşdirilmişdir. Hadisə baş verdikdən sonra o, şokda olmuşdur. X14 xəstəxanada ölməsi xəbərini eşitmiş və sonuncu öldüyü üçün özünü çox pis hiss etmişdir. Daha sonra ailə üzvləri Səlim Cəfərovun yas mərasimi ilə əlaqədar müəyyən ərzaq alıb, mərhumun yaşamış olduğu ünvana getmişlər. Lakin sonradan xəbər tutmuşdur ki, alınmış ərzaqlara dair xatırlamadığı məbləğdə pul mərhumun ailəsi tərəfindən onlara geri qaytarılmışdır. Məhkəmədən baş vermiş hadisə ilə əlaqədar təqsirinin olmamasını nəzərə alaraq, ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X17 ifadəsində göstərmişdir ki, mərhum X15 onun atası olmuşdur. 24 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində evdə olan zaman tanışı Qulam yaşadığı ünvana gələrək “Hyundai” markalı avtomobilin atası Səlim Cəfərovu yolu keçən zaman vuraraq xəsarət yetirdiyini demişdir. O da həmin vaxt nə baş verdiyinə aydınlıq gətirmək məqsədilə atası Səlim Cəfərovla mobil telefon əlaqəsi saxlamış, telefona atası cavab verən zaman vəziyyətinin necə olduğunu maraqlandıqda sonuncu ona vəziyyətinin ağır olduğunu bildirmişdir. O, dərhal yaşadığı ünvandan çıxıb atasının yerləşdirildiyi xəstəxanaya getmişdir. Xəstəxanada olan zaman atasının bədənin müxtəlif nahiyələrində ciddi xəsarətlərin olması ona aydın olmuşdur. Səhəri gün yəni, 25 oktyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində o, xəstəxanadan çıxıb yaşadığı evə getmişdir. Həmin gün səhər saat 06 radələrində yaşadığı evdə olan zaman ona polis əməkdaşı tərəfindən atası Səlim Cəfərovun vəfat etməsi barədə məlumat verilmişdir. 25 oktyabr 2021-ci il tarixdə mərhum atası Səlim Cəfərovun dəfn mərasimi olmuşdur. Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən mərhum atasının yas mərasimi ilə bağlı müəyyən ərzaqlar alınaraq, onlara verilmişdir. Sonra isə gətirilən ərzaqları istəmədiklərindən həmin ərzaqlar müqabilində Lətifin ailəsinə 500 manat pul qaytarılmışdır. Hesab edir ki, Təqsirləndirilən şəxs atası mərhum Səlim Cəfərovu qəsdən avtomobillə vuraraq öldürmüşdür. Məhkəmədən maddi və mənəvi ziyanla bağlı vermiş olduğu iddia ərizəsinin təmin edilməsini, həmçinin Təqsirləndirilən şəxs şikayətçi olduğunu qeyd edib sonuncuya ən yüksək həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, Hyundai Accent markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, avtomobili təxminən 2 il bundan əvvəl 13500 manata almışdır. Həmin nəqliyyat vasitəsini demək olar ki, tez-tez idarə etməmişdir. Nəticədə isə o, qərara gəlmişdir ki, özünə məxsus olan Hyundai Accent markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə versin. Bu məqsədlə o, həmin nəqliyyat vasitəsini ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-yə icarəyə vermişdir. Belə ki, qeyd olunan şirkətlə aralarında olan razılığa əsasən yalnız etibarnamə sənədi əsasında ona məxsus olan Hyundai Accent markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil icarə veriləcəkdi, onunla "xxxx" MMC-nin aralarında heç bir müqavilə bağlanmamış, icarəyə verildiyi müddətdən hər-hansı bir baş vermiş hadisə zamanı avtomobilə dəyən zərər formasında ziyan şirkət nümayəndəsi və hadisə zamanı avtomobili idarə edən şəxs tərəfindən ona veriləcəkdir. 25 oktyabr 2021-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları tərəfindən ona zəng olunaraq ona məxsus Hyundai Accent markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil Binəqədi rayonu, 7-ci mikrorayon, “Bolluq Bazarı” istiqamətində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verməsi barədə bildirmişlər. O, Hyundai Accent markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili tez-tez istifadə etmədiyi üçün belə qərara gəlmişdir ki, həmin avtomobili icarəyə versin. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ona 490 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yol kənarında dayanıb telefonla danışan zaman “Bolluq bazarı” istiqamətində işıqforun qırmızı işığında hərəkətə olan “Hyudai Accent” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilin yolu sağdan sola keçmək istəyən əvvəllər tanıdığı, qonşusu olan Cəfərov Səlimi vurduğunu görmüşdür. Avtomobil Səlimi vurduqdan sonra Səlim yerə yıxılaraq yerdə hərəkətsiz vəziyyətdə qalmışdır. Sürücü dərhal avtomobildən düşüb vurduğu piyadanı öz avtomobilinə yerləşdirib, xəstəxanaya aparmışdır. Hadisə zamanı sürücü hadisə yerindən yayınmamışdır. Avtomobildən dərhal enərək vurduğu piyadanın səhhəti ilə maraqlanmış və piyadanı dərhal avtomobilə yerləşdirib xəstəxanaya aparmışdır. Hadisə zamanı avtomobildə sürücüdən başqa heç bir şəxs olmamışdır. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid3 və Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X5 yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ölməsi faktına görə toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsində üzü “Bolluq bazarı” istiqamətində olan yolda olması, hadisənin baş verdiyi yolun hamar və düz asfalt olması, piyadanın vurulma yerinə qədər 3 metr qət etməsi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 2/30580 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni xx.xx.2021-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. xx.xx.2021-ci il tarixli, 196 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X22 rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol təpə-gicgah nahiyəsinin sıyrığı, sol körpücük sümüyü proyeksiyasında boyuna yaxın çiyinüstü nahiyənin qançırı, sol körpücük sümüyünün distal ucunun qapalı qəlpəli, sol ll-lll-İV-V qabırğaların orta qoltuq xətti üzrə qapalı yerdəyişmiş sınıqıları, döş qəfəsinin sağ ön-yan səthində ön qoltuq xətti ilə orta körpücük xətti arasında Vİİİ qabırğa proyeksiyasının sıyrığı, sol ağciyərin total kontuziyası ilə müşayiət olunan döş qəfəsinin ket travması, sol bazu oynağına yaxın çiyinüstü nahiyənin, sol bazunun orta-yuxarı 1/3-nin ön-bayır qançırları, sol bazu sümüyünün yuxarı 1/3-nin və sol baldırın incik sümüyünün ikili qapalı yerdəyişmiş sınıqları, sağ əl pəncəsinin arxa səthində İİ daraq sümüyü proyeksiyasının, sağ budun bayır səthinin, sağ diz oynağının ön səthinin aşağı yarısının, sol diz oynağının ön və bayır, sol baldırın yuxarı 1/3-nin bayır, orta 1/3-nin arxa-bayır səthlərinin, sol baldırın aşağı 1/3-də iç topuq nahiyəsinin, sağ ayaq pəncəsinin İİ, İİİ və İV barmaqlarının uc falanqalarının ayaqarxası səthlərinin sıyrıqları, ağır dərəcəli travmatik şokla müşayiət olunan bədənin küt travması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 24 oktyabr 2021-ci il tarixli avtomobil travması, o cümlədən, piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb yuxarıda göstərilmiş travma kompleksi nəticəsində inkişaf etmiş ağır dərəcəli travmatik şok olmuşdur. Tibbi sənəddəki məlumatlara əsasən demək olur ki, S.H.Cəfərov 25 oktyabr 2021-ci il tarixdə saat 03:00-da “X20”də ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Accent markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı qeyd olunan avtomobilin ön şüşəsinin çatlamış, ön sağ farasının sınmış, ön sağ qanadnın zədlənmiş, sağ güzgüsünün tamamilə sınmış və sağ ön, qapı ilə arxa qapının batmış vəziyyətdə olması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanması zamanı, Təqsirləndirilən şəxs hadisənin baş vermə mexanizmini əyani şəkildə təsvir edərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 098563 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.2021-ci il tarixli 8/2988 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Accent markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təhqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onların hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. xx.xx.2021-ci il tarixli 9/8548 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2011-ci il buraxlışlı “Hyundai Accent” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 490,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 390,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 100,0 manat. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, “Təhlükəsiz şəhər” sisteminin ərazidə quraşdırılmış TŞ8-007.3 nömrəli, Təhlükəsiz Şəhər görüntü kamerası vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 18:16:00-dan saat 18:18:00-dək olan müddətdə qeydə alınan video görüntülərə baxış keçirilən zaman xx.xx.2021-ci il tarixdə saat 18:16:36-da ağ rəngli Hyundai Accent markalı avtomobilin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi ilə “Bolluq bazarı” istiqamətində hərəkət edərək hərəkətdə olduğu yolun sağ kənarında olan işıqforun sarı rəngli işığının qırmızı rəngli işığa keçməsinə və onunla eyni istiqamətdə hərəkətdə olan avtomobillərin işıqforda dayanmasına baxmayaraq hərəkətini davam etdirib hərəkətdə olduğu yolun sol kənarından anidən avtomobilin istiqamətini hərəkətdə olduğu yolun sağ kənarına doğru döndərib yolun kənarında saxlaması müşahidə olunmuşdur. xx.xx.2022-ci il tarixli Piramida MTK tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs istintaq orqanına ərizə ilə müraciət edərək ona məxsus Hyundai Accent markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı heç bir şikayəti tələbi yoxdur. xx.xx.2022-ci il tarixli 8/775 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Accent markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 68-75 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs alınmış qəbzdən görünür ki, Hyundai Accent markalı, **- SK-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Hyundai Accent markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmış, “Təhlükəsiz şəhər” sistemindən alınmış 1 (bir) ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli teleramdan görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X16 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 2535 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin ümumi uşaqları xx.xx.2020-ci il təvəllüdlü X6 iddiaçı X7 yanında saxlanılması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək zərərçəkmiş şəxsin hüquqi varisi X17 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinin arayışından görünür ki, Təqsirləndirilən şəxs atası X18 İİ qrup müharibə əlilliyinə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) görə aylıq 350 (üç yüz əlli) manat məbləğində Prezident təqaüdü alır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin, eləcə də şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İstintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterlidir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlinin törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini (atasının İİ müharibə əlilliyinin olmasını) nəzərə alır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməməsini və cinayət məsuliyyətinə cəlb edilməməsini, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını, yəni onun hadisə yerindən qaçmayaraq zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi məqsədi ilə onu avtomobilinə yerləşdirib xəstəxanaya aparmasını, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində bir başa təqsirləndirilən şəxsin təqsirinin mövcudluğunu, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi kimi halları nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Hyundai Accent markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, eləcə də iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 235 (iki yüz otuz beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə, verilmiş mülki iddiaya münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə mülki iddiaçı qismində tanınmış zərərçəkmiş şəxsin hüquqi varisi X9 mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, müraciətdə maddi və mənəvi ziyanla bağlı müəyyən hallar göstərilsə də, həmin halları təsdiq edən heç bir sübut müraciətə əlavə olunmamış və buna dair məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Belə olan halda qeyd olunan xüsusat ilə bağlı mülki mühakimə qaydasında araşdırma aparılmalı olduğundan və cinayət işi üzrə süründürməçiliyə yol verilməməsi baxımından məhkəmə, sözügedən mülki iddianın baxılmamış saxlanılması qənaətinə gəlmişdir. Həmçinin iş üzrə mülki iddiaçı qismində tanınmış zərərçəkmiş şəxsin hüquqi varisi X12 izah edilməlidir ki, hazırda baxılan cinayət işi üzrə məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. CPM-in 180.1-ci maddəsinə əsasən eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. CPM-in 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Hyundai Accent markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 235 (iki yüz otuz beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə mülki iddiaçı qismində tanınmış zərərçəkmiş şəxsin hüquqi varisi X17 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və ona baxılmadan saxlanılmış mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar