Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-325/2021 29.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, İ.Əlipaşayev küçəsi ev 7-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, 2-li sovxoz, ev-515 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 may 2020-ci il tarixdə, saat 20 radələrində işlədiyi ünvan 2 ünvanda yerləşən təkər sexində alçipandan düzədilmiş arakəsməni üzərində gəzdirdiyi vintaçanla açıb sökərək həmin sexə bitişik olan Zərərçəkmiş şəxs işlətdiyi “Classic” avtomobil ehtiyat hissələri mağazasına qanunsuz daxil olmuşdur. Həmin mağazada saxlanc yeri hesab olunan kassa aparatından 20, 50, 100 manat əskinaslardan ibarət, ümumilikdə 500 manat və məzənnə ilə 255 manat təşkil edən 150 ABŞ dolları gizli olaraq talayıb Zərərçəkmiş şəxs, ümumilikdə 755 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci sovxoz, ev-515 ünvanıdır. 2019-cu ilin noyabr ayından o, tanıdığı Zərərçəkmiş şəxs icarə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən “Classic” avtomobil ehtiyat hissələri mağazasının bir hissəsini avtomobil təkər təmiri sexi kimi işlətmişdir. Belə ki, sexlə mağaza alçipanla ayrılmışdır. Zərərçəkmiş şəxsla aralarında olan razılığa əsasən işlətdiyi yerə görə sonucuya aylıq icarə haqqı kimi 150 manat pul ödəməli idi, həmçinin də gündəlik qazancını sonuncu ilə aralarında bölürdü. Bir neçə ay o, icarə haqqını ödəsə də sonradan işləri yolunda getmədiyindən Zərərçəkmiş şəxs icarə haqqını ödəyə bilməmişdir. 10 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxsla aralarında olan iş münasibətinə son qoymağa qərar vermişdir. Həmin tarixdə, axşam saat 20 radələrində Zərərçəkmiş şəxs işlətdiyi mağazanın bağlı olduğunu görüb oradan oğurluq etməyə qərar vermişdir. Bu məqsədlə o, ətrafda kimsənin olmadığına əmin olduqdan sonra mağaza ilə arakəsmə halda olan alçipanı vintaçan vasitəsilə aralayıb Zərərçəkmiş şəxs işlətdiyi mağazaya daxil olub kassa aparatına tərəf getmişdir. Kassa aparatının bağlı olduğunu görüb orada olan vintaçan vasitəsi ilə kassa aparatını açmış və kassadan 20, 50, 100 manat əskinaslardan ibarət ümumilikdə 500 AZN və 150 ABŞ dollar məbləğində olan pulu götürüb cibinə qoyub mağazaya daxil olduğu yerdən çıxıb işlətdiyi təkər təmiri sexini bağlayıb oradan Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeyri-rəsmi yaşamış olduğu Şahid yaşadığı evə getmişdir. Evdə olan zaman o, Şahid Zərərçəkmiş şəxsla aralarında olan işə son qoyduğu üçün haqq-hesab edib ona düşən pulunu sonuncudan götürdüyünü və orada işləməyəcəyini bildirmişdir. O, polis əməkdaşları tərəfindən Binəqədi RPİ-nin 4cü PŞ-nə dəvət edilmiş və törətmiş olduğu oğurluq əməlini səmimi şəkildə etiraf etmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmış və sonuncunun ondan heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hal-hazırda ünvan 5 ünvanda yerləşən “Emil-Petrol” yanacaqdoldurma məntəqəsində olan “Classic” avtomobil ehtiyat hissələri dükanını icarədarıdır. O, dükanı icarəyə götürən zaman dükanın sahəsinin təxminən 14 kv.m olan hissəsini alçipanla arakəsmə formasında ayırıb həmin yeri təkər sexi işlətməyə qərar vermişdir. Lakin həmin müddətdə qeyd olunan təkər sexini başqa bir şəxsə işlətmək məqsədilə işçi axtarmağa başlamışdır. Belə ki, 2019cu ilin noyabr ayında Təqsirləndirilən şəxsla tanış olmuş və həmin şəxs dükana bitişik olan təkər sexini işlətməyə başlamışdır. Təqsirləndirilən şəxsla aralarında olan razılığa əsasən sonuncu ona ayda icarə haqqı olaraq 150 manat ödəniş etməli idi. Belə ki, Təqsirləndirilən şəxs ona bir neçə aylıq icarə haqqını ödəsə də, sonrakı aylarda özünün dediyinə görə iş olmadığından ödəniş edə bilməmişdir. Bəzən Təqsirləndirilən şəxs gündəlik qazancı onunla yarı-yarıya bölürdü. 2020-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs belə bir qaydada işləməyi onu qane etmədiyindən sonuncu ilə işini bitirməyə qərar vermişdir. 10 may 2020-ci il tarixdə, axşam saat 18 radələrində həmişə olduğu kimi dükanı bağlayıb yaşadığı evinə yollanmışdır. 11 may 2020-ci il tarixdə, səhər saat 09 radələrində işlədiyi dükana gələn zaman ilk öncə ətrafda dağınıq vəziyyətdə olmadığını aşkar etməmiş, daha sonra isə ona pul lazım olduğundan kassa aparatını açan zaman burada pul olmadığını görmüşdür. Ətrafa göz gəzdirdikdən sonra pulu tapa bilməmiş, sonradan ona Təqsirləndirilən şəxs təkər sexinin alçipanını vintaçan vasitəsilə aralayıb dükana daxil olaraq kassa aparatında olan, ümumilikdə 800 manat pulu götürüb oğurluq etdiyi məlum olmuşdur. O, baş vermiş hadisə ilə bağlı Binəqədi RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cəzalandırılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01.06.2020-ci il tarixli qərardan görünür ki, fakt üzrə ********* saylı cinayət işi başlanılmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. (i.v 1) 30.05.2020-ci il tarixli protokoldan görünür ki, 10 may 2020-ci il tarixdə, saat 20 radələrində olan oğurluq hadisəsi ünvan 2 ünvanında yerləşən “Classic” avtomobil ehtiyat hissələri mağazasında baş vermişdir. (i.v. 7-12) 01.06.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (i.v 38-39) 03.06.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 51-52) Binəqədi rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli, 4/(001)-487/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. (i.v 67-70) 03.06.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 71-73) 01.07.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v 83) 01.03.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən təzələnmişdir. (i.v 90) 04.03.2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs protokol əsasında götürülmüş 01 “Redmi Note 7” markalı mobil telefonun ana menyusunda yerləşən “Whatsapp” olan bölümünə daxil olan zaman burada “09.03.2021-ci il tarixdə saat 12:30-da ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan mobil nömrəyə “Salam Azər. Həyatımda bir səhv etdim. Özü də sənə qarşı. İndiyə kimi də özümü bagişlaya bilmirəm. Utaniram. Xəcalət cəkirəm. Bu yaşda etmediyim bir hərəkət etdim. Azer xais edirəm bagisla məni. Pulunu qaytaracam qəpiyinə kimi. Mən etmədiyim bir səhvi etmisəm. Heç kimin üzünə çıxa bilmirəm. Soz verirəm nə qədər varidi hamısını qaytaracam. Xaiş edirəm mənə möhlət verəsen. May ayina kimi. Xaiş edirm. Hal hazirda vəziyyətim pisdi. May ayında soz verirəm hamısını qaytaracam” tipli cavab mesajın olduğu müəyyən edilmişdir. (i.v 93-94) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış 14.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayandır. (i.v 103) 15.03.2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış və 10.05.2021-ci il tarixdə qeyd olunan iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən təzələnmişdir. (i.v 104, 108) 10.05.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (i.v. 117-120) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 29.10.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cəzalandırılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12, 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, 2-li sovxoz, ev-515 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından göründüyü kimi 01.06.2020-ci ildə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 03.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01.06.2020-ci il tarixdən 03.06.2020-ci il tarixədək, yəni 2 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun, hazırkı cinayət işi ilə bağlı 01.06.2020-ci il tarixdən 03.06.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 50 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01.06.2020-ci il tarixdən 03.06.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, 2-li sovxoz, ev-515 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-325/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-325/2021
29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver