Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-325/2022 14.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 07 09.1978-cı il tarixdə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayış evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə edərək 08 fevral 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri XPŞ-nin xidməti ərazisində yerləşən X4 ərazisinə daşımış, həmin gün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri XPŞ-nin xidməti ərazisində yerləşən X4 yaxınlığında keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahın saxlanılması, daşınması və gəzdirilməsində şübhəli olduğu üçün saat 20:20-də Biləcəri st. XPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən Biləcəri st. XPŞ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 21:30-da üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman onun üzərindən “Fashion” yazısı olan qara rəngli idman çantasının içərisindən üzərində zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsal olunmuş, Kİ-9697 №-li 01 ədəd “Kalaşnikov” konstruksiyalı AKM modelli, odlu yivli, texniki cəhətdən saz, atəş üçün yararlı, döyüş təyinatlı avtomat, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş 30 ədəd 7,62 x 39 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli «Kalaşnikov» konstruksiyalı avtomatın komplekt hissəsi olan daraq, 12 ədəd SSRİ dövlətində zavod üsulu ilə hazırlanmış 7,62 x 39 mm kalibrli olmaqla, həmin kalibrli «Kalaşnikov» konstruksiyalı silahlardan atəş üçün nəzərdə tutulmuş döyüş sursatları hesab olunan patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 15 gün əvvəl axşam saatlarında Şirvan şəhərində olarkən “Şirvan” kanalı adlanan gölün ətrafında metallom dəmirlər yığarkən orada qamışlığın içərisində bir ədəd iri sellofan torba görmüş, həmin torba diqqətini çəkdiyindən torbanı yerdən götürərək açmış və içərisində 1 ədəd “Kalaşnikov” tipli avtomat, ona aid 1 ədəd sandıqça və 12 ədəd patron olduğunu görmüşdür. Həmin avtomat ona maraqlı gəldiyi üçün onu götürərək özündə saxlamış və Abşeron rayonu, Xırdalan şəhəri, İlham Cəfərov küçəsində 119 saylı maşrutun sonuncu dayanacağının yaxınlığında yarımtikili olan yerləşən fərdi yaşayış evinin həyətində ağacın dibində evdə heç kəsin görməyəcəyi yerdə gizlətmişdir. Lakin yaşadğı evin ətafında kənar şəxslərin görə biləcəyindən ehtiyat edib avtomatın yerini dəyişmək qərarına gəlmişdir. 08 fevral 2022-ci il tarixdə əşyalarını çantalara yığmış, həmin avtomatı sandıqça ilə birlikdə götürüb özünə məxsus qara rəngli idman çantasının paltarlarının arasına yerləşdirib onların yerini dəyişərək daha etibarlı yerdə gizlətmək üçün Biləcəri qəsəbəsinə gəlmişdir. Həmin gün, saat 19:50-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində dəmir yolu xəttinin yaxınlığında olarkən 1 ədəd avtomatı, ona aid 1 ədəd sandıqçanı,12 ədəd patronlar ona məxsus çantanın içərisində olmuşdur. Biləcəri dəmir yolu stanasıyasının ərazisində olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini Biləcəri stansiyasında X5 əməkdaşları kimi təqdim etmiş, ona qanunsuz odlu silah əldə edib, saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən Biləcəri stansiyasında X7 dəvət etmişlər. Şöbəyə gətirildikdən sonra o müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Polis əməkdaşları onu təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmiş, üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Şəxsi axtarış video görüntü ilə həyata keçirilmişdir. Üzərində keçirilən şəxsi axtarış zamanı, üzərində hər hansı bir qanunla qadağan edilən əşyanın olub-olmaması soruşulmuş, olduğu təqdirdə isə orada olan masanın üzərinə qoyması təklif edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli paltonun sağ yan cibindən 1 qutu “Prima” marakalı siqaret,1 ədəd alışqan, əynindəki qara rəngli cins şalvarın sol yan cibibndən 5 manat pul aşkar edilmişdir. Daha sonra ona məxsus üzərində “Fashion” sözləri yazılmış qara rəngli idman çantasının içərisində paltarları,döşək və yastıq üzlükləri,üzərində rus əlifbası ilə yazılmış Kİ-9697 №-li “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomat və ona aid 1 ədəd sandıqça və 12 ədəd patron aşkar edilmişdir. Məhkəmədən törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasının nəzərə alınaraq ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o DYNPİnin Biləcəri stansiyasında X5 Xırdalan st. XPM-nin rəisi vəzifəsində çalışır. Ona Biləcəri dəmir yolu stansiyası ərazisində «Ramiz» adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməsi barədə 08 fevral 2022-ci il tarixdə məxfi mənbədən məlumat daxil olmuşdur. O, bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmiş və daha sonra əldə etdiyi əməliyyat məlumatlarına əsasən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul etmişdir. Qərar əsasında o, Biləcəri st. X5 CAB-nin baş əməliyyat müvəkkili Şahid1 və Biləcəri st. X5 əməliyyat müvəkkili, baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərliyi özü həyata keçirmişdir. Məlumatı yoxlamaq və “Ramiz” adlı şəxsin qanunazidd əməllərinin ifşa edilməsi məqsədi ilə “Ramiz” adlı şəxsin zahiri görünüşünü və Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri XPŞ-nin xidməti ərazisində yerləşən X4 yaxınlığında olmasını dəqiqləşdirib 08 fevral 2022-ci il tarixdə həmin yerə Şahid1 və Şahid3la birlikdə həmin yerə getmişdir. X8 ərazisində, zahiri görünüşündən “Ramiz” adlı şəxsə oxşar təxminən 42-45 yaşlarında bir nəfər şəxsin orada olduğunu görüb, saat 20:00-də ona yaxınlaşmışlar. Özlərini ona təqdim edib odlu silah əldə edib saxlamasında və daşımasında şübhəli olduğunu bildirərək onu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən Biləcəri stansiyasında X7 gətirmişlər. Həmin şəxs özünü onlara xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və onu Biləcəri stansiyasında X7 növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs odlu silah əldə edib daşımasında şübhəli olduğu üçün təhqiqatçı dəvət olunmuş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin oldunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona hüquq və vəzifələri izah olunmaqla təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Daha sonra növbətçi hissənin qarşısında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olmuş qanunsuz əşyaları və sənədləri orada olan masanın üzərinə qoyması təklif edilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı paltonun sağ yan cibindən 1 qutu “Prima” maakalı siqaret,1 ədəd alışqan,əynindəki qara rəngli cins şalvarın sol yan cibibndən 5 manat pul aşkar edilmişdir. Daha sonra ona məxsus üzərində “Fashion” sözləri yazılmış qara rəngli idman çantasının içərisində paltarları,döşək və yastıq üzlükləri,üzərində rus əlifbası ilə yazılmış Kİ-9697 №-li “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomat və ona aid 1 ədəd sandıqça və 12 ədəd patron aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin avtomatı saxlanılmamışdan 15 gün əvvəl Şirvan şəhərində “Şirvan” kanalı adlı gölün ətrafında metallom dəmirlər yığarkən torbanın içərisində tapmış, diqqətini çəkdiyindən özündə saxlamışdır. Şəxsi axtarış və götürmə zamanı onun üzərindən iş üzrə əhəmiyyət kəsb edən başqa əşya aşkar olunmamış, üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd avtomat, ona aid 1 ədəd sandıqça və 12 ədəd patronlar təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə idarənin “Zərflər” üçün möhürü vurulmuşdur. Həmin zərf iştirakçılar tərəfindən imzalanmaqla götürülmuş, bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmə və götürmə haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmamış, protokol doğru hesab edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz heç bir əşya, predmet aşkar edilməmişdir Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid1 Təvəkkül oğlu və Şahid3 məhkəmə istintaqı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (i.v.1-2) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i. v. 30-31) xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı paltonun sağ yan cibindən 1 qutu “Prima” maakalı siqaret,1 ədəd alışqan,əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 5 manat pul aşkar edilmişdir. Daha sonra ona məxsus üzərində “Fashion” sözləri yazılmış qara rəngli idman çantasının içərisində paltarları, döşək və yastıq üzlükləri,üzərində rus əlifbası ilə yazılmış Kİ-9697 №-li “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomat və ona aid 1 ədəd sandıqça və 12 ədəd patron aşkar edilmişdir. ( i. v. 40- 41) Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/119R nömrəli məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd üzərində rus əlifbası ilə yazılmış Kİ-9697 N-li silah zavod üsulu ilə keçmiş SSRİ-də 1973-ci ildə istehsal olunmuş, 7,62 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı AKM avtomatdır, yivli odlu döyüş silahıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim olunmuş 12 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronlarıdır, həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır,istifadəyə və atəş üçün yararlıdır. Tədqiqata təqdim olunmuş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuşdur, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş,həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. (i. v.51-54) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (i.v. 70-74) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. ( i. v. 77-78) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-273/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə qətimkan tədbiri qismində həbs seçilmişdir və həbsetmənin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. (i. v.99-103) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən təqdim edilmiş 01 ədəd 7,62 mm kalibrli üzərində rus əlifbası ilə yazılmış Kİ-9697 №-li Kalaşnikov konstruksiyalı “AKM” modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (i.v. 104) xx.xx.2022-ci il il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus üzərində “Fashion” sözləri yazılmış qara rəngli idman çantasının içərisində paltarları, döşək və yastıq üzlükləri,üzərində rus əlifbası ilə yazılmış Kİ-9697 №-li “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomat və ona aid 1 ədəd sandıqça və 12 ədəd patron aşkar edilmişdir. (i.v. 105) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntüləri əks olunmuş 1 (bir) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 106) xx.xx.2022 və xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 7,62x39 mm kalibrli, “Kalaşnikov” (AKM) konstruksiyalı, üzərində rus əlifbası ilə yazılmış Kİ-9697 №-li nömrəli avtomat, həmin avtomata aid daraq və 7 ədəd patron iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün NBPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. (5 ədəd patron tədqiqat zamanı istifadə olunnmuşdur.) (i.v. 136-137, 153-163) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2022-ci il tarixli, 3/396 №-li rəyində qeyd edilmişdir ki, təqdim edilmiş silah 1973-cü ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli, qundağ hissəsi qırılıb qopmuş,“Kalaşnikov” konstruksiyalı AKM markalı rus sözləri ilə yazılmış, “Kİ-9697” nömrəli “döyüş təyinatlı avtomatdır, yivli-odlu döyüş silahdır, texniki cəhətdən nazasdır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Silahın üzərində təyinatını dəyişdiriən əlavə və dəyişiklər edilməmişdir. Təqdim edilmiş 9 (doqquz) ədəd patron 7,62 mm kalibrli olmaqla,həmin kalibrə malik “AKM”,”AKMS”AK-47 avtomatlarda,”SKS”karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən patronlardır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd predmet “Kalaşnikiov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə istehsal edilmiş sandıqçadır(daraqdır). (i.v. 127- 128) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkolji Mərkəzi» X6 xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mərkəzdə müalicədə olmamışdır. X2 Tibbi yoxlamanın xx.xx.2019-ci il tarixli, 1255 saylı rəyinə əsasən tiryək narkomaniyası diaqnozu ilə qeydiyyatdadır. (i.v. 139) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və hökmdən görünür ki, təqsirləndirilən şəxs Əmirov X3 rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixində cəzanın sonu ilə azad olunmuşdur.(i.v. 143-145, 146- 150) Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində indiyədək şifahi və yazılı formada şikayət daxil olmamışdır. (i.v. 152) Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-273/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə qətimkan tədbiri qismində həbs seçilmişdir və həbsetmənin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, , iş üzrə maddi sübut kimi tanınmış və NBPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 7,62x39 mm kalibrli, “Kalaşnikov” (AKM) konstruksiyalı, üzərində rus əlifbası ilə yazılmış Kİ-9697 №-li nömrəli avtomat, həmin avtomata aid daraq və 7 ədəd patron xüsusi müsadirə edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntüləri əks olunmuş 1 (bir) ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 30 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan 7,62x39 mm kalibrli, “Kalaşnikov” (AKM) konstruksiyalı, üzərində rus əlifbası ilə yazılmış Kİ-9697 №-li nömrəli avtomat, həmin avtomata aid daraq və 7 ədəd patron xüsusi müsadirə edilsin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış axtarış və götürmənin görüntülərini özündə əks etdirən cəmi 1 (bir) ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-325/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-325/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver