Məhkəmə qərarları › İş №1(001)-325/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-325/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-325/2023 03.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci ildə Ağdam rayonu, Quzanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Quzanlı qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib lazer aparatını və masaj aparatını icarəyə götürüb gözəllik salonunda işlədədib icarə haqqı verəcəyi barədə yalan vəd verib aldadıb, 2022-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, S.Axundov küçəsində yerləşən «MG Gözəllik» salonunda hər birinin dəyəri 8000(səkkiz min) manat, ümumi dəyəri 16.000(on altı min) manat olan 02 ədəd İPL SHİRE markalı lazer aparatını və hər birinin dəyəri 800(səkkiz yüz) manat, ümumi dəyəri 1600(min altı yüz) manat olan 02 ədəd G5 massaj aparatını götürüb ələ keçirdikdən sonra, girovdan çıxartmaq niyyəti olmadan 08 fevral 2022-ci il tarixdə 02 ədəd İPL SHİRE markalı lazer aparatını və 22 mart 2022-ci il tarixdə 02 ədəd G5 massaj aparatını Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon Svetlana Məmmədova 108E ünvanında yerləşən lombarda girov qoyub ümumilikdə 6600(altı min altı yüz) manat pul əldə etmiş və verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 17600(on yeddi min altı yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ildən sosial şəbəkə vasitəsi ilə elanlar saytında tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs internetdə lazer aparatları və massaj aparatları icarəyə verməsi ilə əlaqədar reklam yerləşdirmişdir. O da onunla özünə məxsus telefon nömrəsini yığıb əlaqə saxlayıb icarəyə verdiyi aparatları icarə götürmək istədiyini bildirmişdi. 2021-ci ilin may ayının ortalarında Zərərçəkmiş şəxs işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, S.Axundov küçəsində yerləşən «MG Gözəllik» salonunda onunla görüşüb aparatlara baxmışdı. Onlar razılığa gəlib ilkin olaraq Zərərçəkmiş şəxs təzə vəziyyətdə 01 ədəd Çin istehsalı olan G5 markalı massaj aparatını işlətmək üçün icarəyə götürmüşdü. Bir neçə müddət həmin aparatdan istifadə edib Zərərçəkmiş şəxs aylıq icarə haqqını ödəmişdi. Sonra 05 yanvar 2022-ci ildə Zərərçəkmiş şəxs işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, S.Axundov küçəsində yerləşən «MG Gözəllik» salonunda onunla görüşüb başqa aparatlara baxmışdı. Onunla razılığa gəlib hər birinin dəyəri 8000(səkkiz min) manat olan istifadə olunmuş 02 ədəd İPL SHİRE markalı lazer aparatını və dəyəri 800(səkkiz yüz) manat olan istifadə olunmuş 02 ədəd G5 markalı massaj aparatlarını işlətmək üçün icarəyə götürmüşdü. O, Günel xanıma həmin götürdüyü aparatları işlədəcəyi salona qoyub, həmin salonları Günel xanıma göstərəcəyinə söz vermişdi. Həmin arada iş olmadığından Günel xanımdan götürdüyü aparatlar evdə qalmışdı. O, aparatlardan gəlir əldə edə bilmədiyi üçün Zərərçəkmiş şəxs pul ödəyə bilməmişdi. Zərərçəkmiş şəxs ona zəng vuranda o, ona vəziyyəti izah edib icarə haqqını ödəyə bilməməyinin səbəbini izah edib gözləməsini xahiş etmişdi. Təxminən 10 mart 2022-ci ildə atasının yas mərasiminə pul lazım olduğundan Zərərçəkmiş şəxs götürdüyü aparatları lombarda qoyub 3100 manat pul götürmüşdü. Aparatları lambarda öz sənədiylə qoyduğu üçün, orada aparatların ona məxusus olduğunu düşünüb etiraz etməmişdilər. 20 aprel 2022-ci ildə Zərərçəkmiş şəxs ondan aparatlarına baxmaq istədiyini bildirmişdi. O da ona aparatları lombarda qoyub pul götürdüyünü bildirmişdi. Zərərçəkmiş şəxs onunla telefonda mübahisə edib, ona birlikdə gedib lombartdan aparatlarını götürüb ona qaytarmağını bildirmişdi. Onlar birlikdə Günellə həmin lombarda gəlmişdilər. Onlar aylıq haqqını gecikdirdiyi üçün aparatları satdıqlarını bildirmişdilər. Bundan sonra o, Zərərçəkmiş şəxs aparatların pulunu ödəyə bilmədiyi üçün ondan hüquq mühafizə orqanına şikayət etmişdi. Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, halhazırda dəymiş ziyanı tam olaraq ödəməsini, dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsini, zərər çəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə məhkəmə iclasında tədqiq olunmuş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, özü gözəllik salonunda lazer şöbəsində lazeroloq kimi fəaliyyət göstərir. O, Çin Xalq Respublikasından lazer aparatlarını və massaj aparatlarını gətizdirib icarəyə verir. Lazer Aparatının birini 3500 manatdan, massaj aparatını isə 350 manatdan gətizdirmişdi. Həmin lazer aparatlarını və massaj aparatlarını Bakı şəhərində olan gözəllik salonlarına icarəyə verib işlədəcəkdi. 2021-ci ilin təxminən may ayında Təqsirləndirilən şəxs onunla telefonla əlaqə saxlayıb, həmin aparatları icarəyə götürmək istədiyini bildirmişdi. İlk əvvəl Təqsirləndirilən şəxs G5 Massaj aparatını icarə götürüb aylıq pulunu ödəmək istədiyini ona təklif eləmişdi. O, onunla razılaşıb 01 ədəd G5 Massaj aparatını ona icarəyə vermişdi. Təqsirləndirilən şəxs G5 Massaj aparatını götürüb hər ay icarə haqqını ödəməyə başlamışdı. O, 2022-ci ilin fevral ayının əvvəllərində yenidən Çin Xalq Respublikasından 3 ədəd İPL SHİRE lazer aparatlarını və 2 ədəd G5 Massaj aparatlarını gətizdirmişdi. Lazer Aparatının birini 3500 manatdan, massaj aparatını isə 350 manatdan gətizdirmişdi. Həmin lazer aparatlarını və massaj aparatlarını Bakı şəhərində olan gözəllik salonlarına icarəyə verib işlədəcəkdi. Həmin aparatları Lalafo internet elanı üzərindən yerləşdirmişdi. 2022-ci ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxs onunla telefonla əlaqə saxlayıb, həmin aparatları icarəyə götürmək istədiyini bildirmişdi. Sonra salona yaxınlaşmışdı. Gecə saatlarında gəlib 2 ədəd lazer və 2 ədəd arıqlama aparatlarını götürmüşdür. Demiş ki, sabah işlədəcəyi salonu göstərəcək. 3 gün ərzində yoxa çıxmışdır. Müxtəlif bəhanələr gətirmişdir. Sonra salona gəlmiş, demiş ki, aparatları rayona vermişdir. O, da narazılıq etmiş ki, nəyə görə rayona qoymusan. Etiraz etmişdir. Sonra dostu Məhəmmədin vasitəsi ilə aparatları Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində yerləşən lombarda qoymalarını eşitmişdir. Lombard müdiri ilə də dəfələrlə danışanda demiş ki, ödənişi gecikdirdiyi üçün satmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon Svetlana Məmmədova 108E ünvanında yerləşən lambardda işləyir. Təqsirləndirilən şəxs 2021-ci ilin sonunda lombarda lazer aparatlarını girov qoyub pul götürüb, sonradan həmin aparatın pulunu ödəyib aparatları götürmüşdür. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi lombarda gəlmiş və işlədiyi lombarda girov kimi 02 ədəd lazer aparatını qoymuşdur. O, ona 4000 manat pul vermişdir. Təqsirləndirilən şəxs aylıq olaraq hər ay 800 manat faiz ödəməli idi. xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs yenidən lombarda gəlmişdir. 02 ədəd aparatı girov qoymuş və lombardan ona 2600 manat pul ayrılmışdır. İkinci girov üçün Təqsirləndirilən şəxs aylıq faiz kimi 520 manat ödəməli idi. 2600 manat pulun 800 manatı Asənin birinci aylığının əvəzinə tutulmuşu, qalan 1800 manat pul ona verilmişdir. Məhkəmə iclasında ibtidai istintaq dövründə ifadə verən Şahid2 ifadəsi elan edilmişdir. O ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon Svetlana Məmmədova 108E ünvanında yerləşən lombardda müdir vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında lombarda lazer aparatını girov qoyub 1500 manat pul götürmüş, sonradan həmin aparatın pulunu ödəyib aparatı götürmüşdür. Sonradan yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs işlətdiyi lombarda gəlmiş və lombarda girov kimi 02 ədəd lazer aparatını qoymuşdur. Ona 4000 manat pul verilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən lombarda gəlmişdir. 02 ədəd aparatı girov qoymuş və lombardan ona 2600 manat pul ayrılmışdır. 2600 manat pulun 800 manatı Asənin birinci aylığının əvəzinə tutulmuş, qalan 1800 manat pul ona verilmişdir. Təqsirləndirilən şəxs ödənişlərində gecikmə olduğundan müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə girov qoyulmuş 02 ədəd aparat satılaraq borcuna yönəldilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli girova görə ödənişlərində gecikmə olduğundan müqavilənin şərtlərinə uyğun olaraq həmin 02 ədəd aparat satılaraq borcuna yönəldilmişdir. Sonradan Məhəmməd və Günel adlı şəxslər lombarda gələrək «aparatlar bizimdir, qaytarın və pulu Asəndən tələb edin» demişlər. O, isə aparatların satıldığını bildirmişdir. Günel xanım isə ona hədə qorxu gələrək ona problem yaradacağını bildirmiş və aparatları geri qaytarmağını tələb etmişdir. O, ondan Asənin aparatları oğurladığını soruşmuşdur. Günel xanım isə aparatları Asənə icarəyə verdiyini, Asənin isə aparatları girov qoyduğunu demişdir. O, onlara bu mənim problemim deyil sizə Asəndən tələb edin demişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2016-2017-ci illərdə tanış olmuş, aralarında sevgi münasibətləri olmuşdur. Günel xanımın iş yerinə sadəcə bir dəfə aparatlara baxması üçün getmişdir. Onun iştirakı ilə götürülmüş aparatın isə sadəcə yoxlanışı üçün orada iştirak etmişdir. Onlar özü aralarında şərtləri danışmışlar. Bu hadisə isə 2021-ci ilin sonlarında baş vermişdir. Ondan sonra nə danışdıqlarından və neçə aparatın verilməsindən məlumatı olmamışdır. Bu hadisə barədə Günel xanım ona aprel ayında məlumat vermişdir. Günel xanım Asənə zəng çatmadığı üçün onunla əlaqə saxlamış və ona onun kartından pul gəldiyini bildirmişdir. Həmin gün o, Günelin Asənə apparat verməsini bilmişdir. Bunu bildikdən sonra kartını bağlamışdır. İş materiallarında olan: ********* №-li cinayət işi Binəqədi RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Kamran Əliyev tərəfindən 07 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə fakta görə başlanılmışdır. xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Kamran Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat AR CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Kamran Əliyev tərəfindən iş üzrə dayandırılmış icraat təzələnmiş və həmin tarixdə iş üzrə icraat AR CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. 05 dekabr 2022-ci ildə Təqsirləndirilən şəxs tutularaq Binəqədi RPİ İŞ-nə təqdim olunması səbəbindən tərəfimdən iş üzrə dayandırılmış icraat təzələnmiş və cinayət işi icraata qəbul edilmişdir. 05 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 06 dekabr 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 06 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə Binəqədi rayon prokurorluğuna vəsatət verilmiş, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı ilə vəsatət təmin olunmamışdır. 06 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «Başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs dəymiş ziyanın 25 faizi miqdarında məbləğini, yəni 4400 manat vəsaiti dövlət büdcəsinə ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs təqsirli olaraq CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş dələduzluq cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və təqsirləndirilən şəxsin özünün etirafedici, zərərçəkmiş şəxs və şahid ifadəsi, həmçinin iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə məhkəmə hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədilyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanunun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzanı çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə görə onu məsuliyyətindən azad edən, onun vəziyyətini yaxşılaşdıran norma ona münasibətdə tətbiq edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini, dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməli, habelə barəsində seçilmiş «başqa yerə getməmək» haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, müsadirə edilsi əmlak və ekspertiza xərci yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci, mülki iddia və müsadirə ediləsi əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar