Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-325/2025 18.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirəndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1967-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Kürkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası Şərur rayonu Kürkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 55, mənzil 60-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid4 və Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xüsusi Riskli Xilasetmə dəstəsində xilasedici vəzifəsinə işə qəbul olunmasına köməklik göstərməsi ilə əlaqədar 2022-ci ilin aprel ayında cinayətkar qrupun digər üzvü Şahid4 müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həll üçün Zərərçəkmiş şəxs Şahid1 vasitəsi ilə Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “MilliÖn” ödəniş terminalından Şahid4 adına olan 4174********8468 nömrəli bank hesab kartına 19 yanvar 2021-ci il tarixdə, saat 16:13-də göndərdiyi 1000 manat, eyni niyyətlə 21 yanvar 2021-ci il tarixdə, saat 15:50-də göndərdiyi 700 manat, eyni niyyətlə 26 yanvar 2021-ci il tarixdə, saat 16:20-də göndərdiyi 2800 manat, eyni niyyətlə 2021-ci ilin may ayının əvvəlində göndərdiyi 1000 manat pulu, eyni niyyətlə Zərərçəkmiş şəxs Şahid1 vasitəsi ilə 2021-ci ilin mart ayının əvvəlində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Poliklinikasının qarşısında Şahid4 verdiyi 6000 manatı, eyni niyyətlə 2021-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində Zərərçəkmiş şəxs qardaşı Şahid2 vasitəsi ilə özünün aldığı 2000 manatı, eyni niyyətlə Zərərçəkmiş şəxs Şahid1 vasitəsi ilə Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki 147 nömrəli “eManat” ödəniş terminalından Şahid4 təqdim etdiyi 4169********1204 nömrəli bank hesab kartına 08 sentyabr 2022-ci il tarixdə saat 11:19-da göndərdiyi 800 manatı, eyni niyyətlə 2022-ci ilin sentyabr ayında Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki ödəniş terminalından cinayətkar qrupun digər üzvü Şahid5 istifadəsində olan bank kartına hissə-hissə göndərdiyi cəmi 1200 manatı, eyni niyyətlə Şahid4 və Şahid5 ilə birlikdə cinayətkar əməllərini davam etdirərək həminki tarixədək verdikləri pul vəsaitlərinin əvəzində Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 0,3 ha torpaq sahəsini Zərərçəkmiş şəxs adına özəlləşdirilməsi üçün sonuncunun Şahid1 vasitəsi ilə Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki 147 nömrəli “eManat” ödəniş terminalından Şahid5 adına olan ********62099803 nömrəli bank hesab kartına 08 oktyabr 2022-ci il tarixdə, saat 19:23-də göndərdiyi 200 manatı, eyni niyyətlə 10 oktyabr 2022-ci il tarixdə, saat 14:19-da göndərdiyi 300 manatı, eyni niyyətlə 2022-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində Zərərçəkmiş şəxs qardaşı Şahid2 vasitəsi ilə cinayətkar qrupun digər üzvü Şahid5 verilən 1500 manatı, eyni niyyətlə Şahid4 və Şahid5 ilə birlikdə cinayətkar əməllərini davam etdirərək yenidən Zərərçəkmiş şəxs oğlu Şahid1 qeyd olunan vəzifəyə işə qəbul etdirəcəklərini söz verib yenidən inandıraraq, eyni niyyətlə Zərərçəkmiş şəxs Şahid1 vasitəsilə Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki 147 nömrəli “eManat” ödəniş terminalından Şahid4 istifadəsində olan 4******4366 nömrəli bank hesab kartına 12 may 2023-cü il tarixdə, saat 13:03-də göndərdiyi 1000 manatı, eyni niyyətlə 2023-cü ilin may ayının ortalarında göndərdiyi 1500 manatı və Zərərçəkmiş şəxs 2023-cü ilin may ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Poliklinikasının yaxınlığında Şahid4 şəxsən verdiyi 2000 manat nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Şahid4 və Şahid5 ilə qəbaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 22.000 (iyirmi iki min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq törətmişdir. Məhkəmənin 11 aprel 2024-cü il tarixində keçirilmiş baxış iclası zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və Şahid1 tanımamış, hər hansı bir münasibəti olmamışdır. O, Sədi kimi tanıdığı Sədrəddin adlı şəxsi təxminən 5 il əvvəl tanımış, Sədrəddinlə onun yoldaşlıq münasibəti olmuşdur. O, Şahid4 2022-ci ilin əvvəllərində Sədrəddinin vasitəsi ilə tanımışdır. Mahirlə tanış olduqdan təxminən 15-20 gün sonra Mahir və Sədrəddinlə birlikdə Qax şəhərinə onun tanışının yanına qonaq getmişlər. Həmin vaxt ona pul lazım olmuş və Mahirdən ona 1000 manat borc pul verə bilib-bilməyəcəyini soruşmuşdur. Mahir verə biləcəyini deyib, həmin vaxt Sədrəddinin yanında ona 1000 manat borc vermişdir. Təxminən bir həftə sonra o, Mahirin sıxıntı keçirdiyini, tez-tez kənara çəkilərək mobil telefonla danışdığını görmüşdür. Bu səbəbdən o, Mahirdən nə baş verdiyini soruşmuşdur. Mahir Cabir adlı şəxsdən oğlunu Fövqəladə Hallar Nazirliyinin X8 işə düzəltmək üçün pul aldığını, pulu iki nəfər şəxsə verdiyini, həmin şəxslərdən pulu geri ala bilmədiyini demişdir. Təxminən 10 gün sonra Mahir ona Cabirin oğlunun sənədlərinin hazır olduğunu, sənədlərinin həmin Şöbədə rəisin stolunun üstündə olduğunu, Cabirin oğlundan başqa 5-6 nəfər şəxsin də komissiyadan keçdiyini demişdir. Mahir ona Cabirlə danışmasını, onun danışıq qabiliyyətinin yaxşı olduğunu, Cabirə oğlunun sənədlərinin X5 rəisin stolunun üstündə olmasını, qısa müddətdə oğlunun həmin şöbəyə işə düzələcəyini deməsini xahiş etmişdir. O, razılaşaraq, Mahirin mobil telefonu ilə Cabirə zəng etmiş, Cabirə özünü Mahirin dostu kimi təqdim etmişdir. O, Mahirin dediklərini Cabirə bildirmiş, həmçinin Cabirə oğlunun işi ilə özünün də maraqlandığını, oğlunun qısa zamanda işə düzələcəyini demişdir. Cabir ona minnətdarlığını bildirmişdir. Bundan sonra o, adını bildirmək istəmədiyi bir nəfər yaxın tanışına zəng edərək, Fövqəladə Hallar Nazirliyinin X8 bir nəfər şəxsin işə düzəlmək üçün komissiyadan keçdiyini, sənədlərinin stolun üstündə olduğunu bildirmiş və Cabirin oğlunun işə düzəlməsi ilə bağlı sənədlərin tez bir zamanda qeydə alınmasına köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Tanışı ona köməklik edə biləcəyini demişdir. O, tanışından bunun qarşılığında nə qədər pul istədiyini soruşmuş, tanışı məbləğ demədiyi üçün o, 2000 manat verəcəyini demişdir. O, tanışı ilə etdiyi söhbəti Mahirə demişdir. Bundan sonra o, Cabirə zəng edib, bir nəfər tanışının olduğunu, həmin tanışının vasitəsilə oğlunun işə düzəlməsinə kömək edə biləcəyini, bunun üçün 2000 manat pul verməli olduğunu bildirmişdir. Cabir onunla razılaşmış, ona Bakı şəhərində yaşayan qardaşından 2000 manat pul götürməsini demişdir. Bundan sonra o, Sədrəddinlə birlikdə Cabirin qardaşı ilə Suraxanı rayonu ərazisində görüşmüşlər. Həmin vaxt Cabirin qardaşı 2000 manat pulu Sədrəddinə vermiş, Sədrəddin də Cabirin qardaşının yanında həmin pulu ona vermişdir. O, tanışı ilə görüşüb həmin pulu tanışına vermiş, tanışı isə Cabirin oğlunu işə düzəldəcəyinə söz vermişdir. Təxminən 7-10 gün sonra tanışı onunla görüşüb 2000 manat pulu geri qaytarmış, Cabirin oğlunun komissiyadan keçmədiyini və sənədinin orada olmadığını bildirmişdir. O, mobil telefonla Sədrəddinə zəng edib bu barədə demiş, həmin pulu qaytarmaq istədiyini bildirmişdir. Sədrəddin onun mobil telefonuna bank kartının şəklini göndərmiş, o isə pulu Sədrəddinin adına olan bank kartına köçürmüşdür. Bundan sonra o, Mahirlə telefonda danışaraq Cabirin oğlunun komissiyadan keçmədiyini, aldığı 2000 manat pulu Sədrəddinə verdiyini demişdir. O, həmçinin Mahirdən aldığı 1000 manat borcu hissə-hissə Mahirə qaytarmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hazırda təqsirləndirlən şəxslə barışdıqlarını, ona dəyən ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən hər hansı şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Şahid1 işsiz olduğundan, o, oğlunu Fövqəladə Hallar Nazirliyinin X6 Xüsusi Riskli Xilasetmə dəstəsində xilasedici işinə qoymaq qərarına gəlmişdir. 2020-ci ilin sentyabr ayında o, X4 iş icraçısı işləyərkən, o, Şahid4la tanış olmuşdur. O, Mahirlə söhbət edərkən, sonuncu ona yaxın dost və tanışlarının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə çalışdığını demişdir. O, Mahirə oğlu Babəkin işsiz olduğunu, onu Fövqəladə Hallar Nazirliyinin X8 işə qəbul etdirə bilib-bilməyəcəyini soruşmuşdur. Mahir ona yüksək vəzifədə işləyən tanışlarının vasitəsi ilə Babəki həmin yerə işə düzəldə biləcəyini demiş, Babəkin əmrinin veriləcəyi gün ondan 11500 manat pul alacağını, həmin pulu Babəki işə düzəltdirən şəxsə verəcəyini bildirmişdir. O, Mahirlə razılaşmış və Babəkin işə qəbul ediləcəyi gün 11500 manat pulu verəcəyini demişdir. Bir neçə gün sonra Mahir ona zəng edərək, Babək barəsində sənədlər toplamağı tapşırmışdır. Babək Mahirin dediyi sənədləri toplamışdır. Bundan sonra Mahir ona zəng edərək, Babəkin işə qəbul edilməsi ilə bağlı bəzi şəxslərə, kadr xidmətinə, Babəkin işə düzəlməsində rolu olan şəxslərə pul verəcəyini, ona hissə-hissə pul göndərməsini demişdir. Mahir özünə məxsus bank kartının foto şəklini onun mobil telefonuna göndərmişdir. Onun vaxtı olmadığı üçün Babəkə Mahirin bank kartına pul göndərməsini tapşırmışdır. O, hissə-hissə olmaqla ilkin mərhələdə Mahirə ümumilikdə 4500 manat pul göndərmişdir. Mahir pulun qalan hissəsini də Babək tibb komissiyasından keçərkən verməsini demişdir. 2021-ci ilin mart ayında Mahir ona zəng edərək, Babəkin topladığı sənədləri götürüb Bakı şəhərinə Tibb Komissiyasına gəlməsini bildirmişdir. 2021-ci ilin mart ayında xatırlamadığı gün o, Babəkə 6000 manat pul vermiş, Babək pulu və sənədləri götürüb Bakı şəhərinə gəlmişdir. Həmin gün Babək Xaçmaz rayonuna qayıtmışdır. Babək ona X9 Nazirliyinin Poliklinikasının qarşısında görüşdüyünü, sonra tək olaraq həmin poliklinikaya daxil olub analizlər verdiyini və həkim müayinəsində keçdiyini, tibbi müayinədən keçdikdən sonra poliklinikanın qarşısında Mahirə 6000 manat pulu və sənədləri verdiyini demişdir. Bir gün sonra Babəkin telefonuna tibbi komissiyadan keçməsi, göstəricilərinin qənaətbəxş olması barədə sms gəlmişdir. 17 mart 2021-ci il tarixdə Babəkin telefonuna 02 aprel 2021-ci il tarixdə idman və fiziki hazırlıq imtahanına gəlməsi barədə sms gəlmişdir. 02 aprel 2021-ci il tarixdə Babək Xüsusi Xilasetmə Xidmətinə gəlmişdir. Babək həmin Xidmətdə normativləri vermişdir. 28 aprel 2021-ci il tarixdə Babəkin telefonuna idman və fiziki hazırlıq üzrə imtahanın nəticələrinin qənaətbəxş olması barədə sms gəlmişdir. Bundan sonra Mahir ona zəng edərək, Babəkin işinin hazır olduğunu, təxminən bir ay ərzində Babəkin işə qəbul edilməsi ilə bağlı əmrin veriləcəyini bildirmişdir. Həmin ərəfədə Babək Mahirin kartına qalan 1000 manat pulu da göndərmişdir. Bununla da o, Babəkin işə qəbul edilməsi ilə bağlı Mahirə 11500 manat pul vermişdir. Təxminən 4-5 ay sonra, yəni 2021-ci ilin avqust-sentyabr ayında o, Babəkin işə qəbul olunmadığını, Mahirin söz verdiyi vaxtdan xeyli müddət keçdiyini görüb Mahirlə danışmışdır. Mahir hər dəfə ona gözləməsini, bir neçə gün sonra Babəkin işə qəbul edilməsi ilə bağlı əmrin veriləcəyini bildirib vaxtı uzatmışdır. 06 oktyabr 2021-ci il tarixdə Babəkin 30 yaşı tamam olduğu üçün o, həmin yaşdan sonra Babəkin işə qəbul edilməsinin mümkün olmadığını bilmişdir. Bu səbəbdən o, Mahirdən verdiyi 11500 manat pulu ona qaytarmasını tələb etmişdir. Mahir ona Azər adlı tanışının olduğunu, pulun hamısını Azərə verdiyini, Azərin qohumunun Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işlədiyini, Azərin həmin qohumunun vasitəsi ilə Babəki işə qəbul etdirə biləcəyini demişdir. Bundan sonra Azər adlı şəxs ona zəng edərək, adının Azər olduğunu, Mahirlə yaxın münasibətinin olduğunu, yaxın qohumunun Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işlədiyini, həmin qohumunun vasitəsilə Babəki işə qəbul etdirəcəyini, maksimum iki ay ərzində Babəkin əmrini verdirəcəyini demişdir. Həmin ərəfədə Mahir onunla telefon vasitəsilə danışaraq, Babəkin əmrinin verilməsi üçün təcili 2000 manat pul verməli olduğunu demişdir. O, Mahirə Əmircan qəsəbəsində yaşayan qardaşı Ədalətlə görüşməsini, Ədalətdən 2000 manat pul götürməsini demişdir. Xatırlamadığı vaxt Azər Sədrəddin adlı şəxslə birlikdə Əmircan qəsəbəsinə getmiş, həmin qəsəbədə onun qardaşı Ədalət Azərə 2000 manat pul vermişdir. 2021-ci il də bitmiş, lakin Mahir və Azər vədlərinə əməl etməyərək, Babəkin əmrini verdirməmişlər. Buna görə də o, Azərdən 13500 manat pulu istəmişdir. Azər ona bank kartı nömrəsini verməsini, pulun hamısını həmin karta göndərəcəyini demişdir. O, Azərə bank kartının şəklini göndərmiş, lakin Azər həmin karta pulu göndərməmişdir. O, Azərin mobil telefonuna zəng etsə də, sonuncu zəngə cavab verməmişdir. Bundan sonra o, Mahirə zəng edərək Azərin 13500 manat pulunu qaytarmadığını, pulu ona verdiyindən pulun hamısını qaytarmasını demişdir. Mahir Eynur adlı tanışının olduğunu, Eynurun nazir Kəmaləddin Heydərovun oğlu ilə yaxın münasibətdə olduğunu demişdir. Eynur ona zəng edərək nazir K.Heydərovun oğlunun dostu olduğunu, həmin şəxsin vasitəsilə Babəkin işini düzəldəcəyini, bununla bağlı bəzi şəxslərə pul verməyin lazım olduğunu bildirmişdir. Eynur özünü dindar adam kimi təqdim edərək Allaha inandığını, yalan danışmadığını bildirib, onu özünə inandırmışdır. Eynura inandığı üçün sonuncuya pul verməyə razı olmuşdur. Eynur hissə-hissə olmaqla ondan pul istəməyə başlamışdır. Bundan sonra Azər Ədalətdən aldığı 2000 manat pulu Sədrəddin adlı şəxsə vermişdir. Sədrəddin adlı şəxs ilə onunla danışaraq həmin pulu ona qaytarmaq istədiyini demişdir. Lakin, Mahir ona 2000 manat pulu Sədrəddindən almamasını, həmin pulla Babəkin işini düzəldəcəyini bildirmişdir. Bir neçə gün sonra Mahir həmin 2000 manat pulu Eynura verdiyini bildirmişdir. 2022-ci ilin sentyabr ayında Eynur və Mahir Xaçmaz rayonuna gəlib onunla görüşmüşlər. Eynur və Mahir X5 rəislə görüşüb söhbət etdiklərini, həmin şöbəyə kadr lazım olması barədə məktub alacaqlarını demişlər. Eynur haram tikə yemədiyini, yalan danışmadığını, Babəkin işini həll edəcəyini demişdir. Eynur və Mahir Regionalın rəisinə 1000 manat pul lazım olacağını demiş və ondan həmin pulu istəmişlər. Lakin, həmin vaxt o, Eynur və Mahirə pul verməsə də, sonuncular ondan həmin pulu istədikləri üçün 08 sentyabr 2022-ci ildə Babək vasitəsilə Mahirin bank kartına 800 manat pul göndərmişdir. Sonra o, Eynurun bank kartına müxtəlif vaxtlarda hissə-hissə olmaqla 1200 manat pul göndərmişdir. Məsələ uzandığı üçün o, Mahir və Eynurdan pulunu qaytarmalarını tələb etmişdir. Eynur pulun əvəzində Maştağa qəsəbəsində yerləşən özünə məxsus 0,10 ha torpaq sahəsinin 0,3 ha hissəsini ona verəcəyini demişdir. O, Eynurla razılaşmış və 03 oktyabr 2022-ci il tarixdə Eynur həmin torpaq sahəsini onun qardaşı Ədalətə verməsi ilə bağlı etibarnamə vermişdir. Eynur torpağı onun adında sənədləşdirib çıxarış almaq üçün ondan 2000 manat pul istəmişdir. Buna görə də o, Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki terminaldan Eynurun bank kartına bir dəfə 200 manat, bir dəfə isə 300 manat köçürmüşdür. Eynur torpağa çıxarış alınması üçün qalan 1500 manat pulu da ondan istəmişdir. O, Eynura Əmircan qəsəbəsinə gedib qardaşı Ədalətdən 1500 manat pulu götürməsini demişdir. 2022-ci ilin oktyabr ayında Eynur Ədalətin yaşadığı yerə getmiş və Ədalətdən 1500 manatı götürmüşdür. O, hər dəfə Eynurdan torpağın sənədləşdirilməsi ilə bağlı soruşduqda sonuncu ona müvafiq işlərin görüldüyünü bildirsə də, ona sənəd verməmiş və vaxtı uzatmışdır. Sonradan ona məlum olmuşdur ki, Eynur Ədalətə verdiyi etibarnaməni ləğv etdirmişdir. Bir müddət sonra Mahir Babəkin işini həll edəcəyinə söz verib ondan yenidən 2500 manat pul istəmişdir. Onun tapşırığı ilə oğlu Babək Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki terminaldan Mahirin bank kartına 1000 manat bir, 1500 manat bir olmaqla 2500 manat pul göndərmişdir. Həmin pulun göndərilməsi ilə bağlı o, çekləri saxlamamışdır. 2023-cü ilin may ayının sonlarında Mahir ona zəng edərək onu Bakı şəhərinə çağırmışdır. O, FHN-in poliklinikasının yanında Mahirlə görüşmüş, Mahir Babəkin işinin tam hazır olduğunu demiş və ondan sonuncu dəfə 2000 manat pul istəmişdir. O, həmin ünvanda Mahirə 2000 manat pul vermişdir. Bununla da o, Mahir, Eynur və Azərə Babəkin işə qəbul edilməsi ilə bağlı cəmi 20.000 manat, Eynurun torpağı adına keçirib çıxarış alması üçün isə 2000 manat olmaqla, ümumilikdə 22.000 manat pul vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 4-5 il bundan qabaq Quba şəhərində tikintidə işləyən zaman tanımışdır. O, Cabirin oğlu X11 Nazirliyinə işə düzəltmək üçün ondan ümumilikdə 16.000 manat pul almışdır. O, götürdüyü pulu ilk öncə başqa şəxsə vermiş, daha sonra həmin şəxsin bir neçə nəfəri aldatdığını eşitdiyindən verdiyi pulu həmin şəxsdən geri almışdır. Bundan sonra o, Babəki işə düzəltmək üçün Sədrəddin adlı dostunun vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs 8000 manat pul vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Şahid4 ilə dostluq münasibətlərində olmuşdur. Onlar birlikdə Qax şəhərinin Çinarlı kəndində Təqsirləndirilən şəxs dostunun evində istirahət etməyə getmişlər və təxminən 15 gün Qaxda qalmışlar. Bu zaman bütün xərcləri Azər qarşılamışdır. Bir gün oturub çay içdikləri zaman Azər pulunun qurtardığını, hansımızın ona borc pul verə biləcəyini soruşmuşdur. Mahir bank kartında pul olduğunu, lakin həmin pulun özünə məxsus olmadığını, Cabir adlı şəxsin oğlunu işə düzəltmək üçün verildiyini bildirmişdir. Həmin vaxt Azər Mahirə həmin puldan 1000 manat pul verməsini, özünün Fövqəladə Hallar Nazirliyində işləyən qohumunun olduğunu, Cabirin oğlunu işə düzəldə bilərsə, bunun üçün tələb olunacaq puldan 1000 manat çıxacağını, əgər alınmazsa aldığı pulu geri qaytaracağını bildirmişdir. Bundan sonra hər üçü onun idarə etdiyi maşınla Çinarlı kəndindən Qax şəhərinə gəlmişlər. O, şəhərin mərkəzinə sürərək bankomatın yanında maşını saxlamışdır. O, maşında qalmış, Mahirlə Azər bankomata tərəf getmiş, təxminən 5-10 dəqiqə sonra qayıtmışlar. X12 danışığından belə başa düşmüşdür ki, Mahir kartından 1000 manat pul çıxararaq, Azərə vermişdir. Bir neçə gün daha istirahət etdikdən sonra Bakıya qayıtmışlar. Bir müddət sonra Azər ona zəng vuraraq, onun yaşadığı evə gəlmişdir. Onun evində olarkən Azər ona bildirmişdir ki, Cabir müəllimin oğlunun işini danışmaq üçün Fövqəladə Hallar Nazirliyində işləyən tanışı ilə görüşə gedir, lakin bunun üçün pul lazımdır. Ola bilsin həmin şəxslə restorana getsinlər və ya cibinə şirinlik qoymaq lazım oldu. O, Azərə Cabirlə danışmağı təklif etmişdir. Cabirlə telefonda danışaraq 2000 manat pul lazım olduğunu bildirmişlər. Cabir də Suraxanıda qardaşının yaşadığını və pulu qardaşından götürə biləcəklərini deyərək, qardaşının telefon nömrəsini vermişdir. O, Azərlə birlikdə Suraxanıya gedərək, Cabirin qardaşı ilə görüşmüşdür. Cabirin qardaşı onun maşınında əyləşmiş, Azərə 2000 manat pul vermişdir. Bu hadisədən təxminən 15-20 gün sonra Azər onun yaşadığı ünvana gələrək, Fövqəladə Hallar Nazirliyində işləyən tanışı ilə görüşdüyünü, həmin şəxsin X13 Nazirliyinə pulla işçi götürmədiklərini dediyini və Cabirin qardaşından götürdükləri 2000 manatı qaytarmaq istədiyini bildirmişdir. O, bu barədə telefonla Cabirə məlumat vermiş, Cabir isə Mahirin yanında bir “əxi”nin olduğunu və Mahirin həmin “əxi” vasitəsilə Cabirin oğlunu işə düzəltdirə biləcəyini demiş, bu səbəbdən onda olan 2000 manatı Mahirə göndərməsini tapşırmışdır. O, da evinin yaxınlığında yerləşən “Bolmart” mağazasında olan aparatdan 2000 manatı Mahirin kartına göndərmiş və bu barədə Cabirə məlumat vermişdir. O, Mahirdən eşitmişdir ki, Mahir Azərə ümumilikdə 8000 manat pul vermişdir. Lakin, o, bunu şəxsən görməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda xatırlamadığı tarixdə qardaşı Cabir ona zəng edərək, Azər adlı şəxslə görüşməsini və Azərə 2000 manat pul verməsini demişdir. O, Azərlə Əmircan qəsəbəsində görüşmüş və Azərə 2000 manat pul vermişdir. O, sonradan bilmişdir ki, həmin pul qardaşı Cabirin oğlu X10 Nazirliyində işə düzəlməsi üçün verilmişdir. Məhkəmə iclasına çağırılmalarına baxmayaraq, şahidlər Şahid1 və Şahid5 məhkəmə iclasına gəlməmişlər. Proses iştirakçılarının razılığı ilə şahidlər Şahid1 və Şahid5 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunmuş hesab edilmişdir. Məhkəmənin 18 iyun 2025-ci il tarixində keçirilən baxış iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanın 8000 manatının onun payına düşdüyünü, 8000 manatı və həmin məbləğin 25 faizi miqdarında vəsaiti dövlət büdcəsinə ödədiyini, zərərçəkmiş şəxslə barışdığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən halları nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan: - “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması və cinayət işi başlanması haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, fakta görə Binəqədi RPİ-nin İŞ-də toplanmış material üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild İ, i.v. 5-6); - “təqdim olunmuş sənədlərin götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli Protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi ödəniş qəbzləri, etibarnamə və smslərin mətni iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild İ, i.v. 42); - “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli Protokoldan görünür ki, X2 təqdim etdiyi ödəniş qəbzlərinə, etibarnaməyə və sms mətninə baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: Birinci qəbzdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:50 dəqiqədə Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki 00379 nömrəli MillÖn terminalından M**T**T adlı şəxsə məxsus bank kartına 700 manat pul köçürülmüşdür. İkinci qəbzdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 16:20 dəqiqədə Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki 00379 nömrəli MilliÖn terminalından M**T**T adlı şəxsə məxsus 41742*******8468 nömrəli bank kartına 2800 manat pul köçürülmüşdür. Üçüncü qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:23 dəqiqədə Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki 147 nömrəli eManat terminalından Şahid5 məxsus son 8 rəqəmi 62099803 nömrəli bank kartına 200 manat pul köçürülmüşdür. Dördüncü qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:19 dəqiqədə Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki 147 nömrəli eManat terminalından Şahid5 məxsus son 8 rəqəmi 62099803 nömrəli bank kartına 300 manat pul köçürülmüşdür. Beşinci qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:19 dəqiqədə Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki 147 nömrəli eManat terminalından T**M**T adlı şəxsə məxsus 416974******1204 nömrəli bank kartına 800 manat pul köçürülmüşdür. Altıncı qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:03 dəqiqədə Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki 147 nömrəli eManat terminalından AD**SA adlı şəxsə məxsus 4******4366 nömrəli bank kartına 1000 manat pul köçürülmüşdür. Etibarnamədən görünür ki, 03 oktyabr 2022-ci il tarixdə Şahid5 Şahid2 09 il 07 ay 4 gün müddətinə həmin mülki etibarnaməni vermişdir. Birinci sms mətnindən görünür ki, həmin sms xx.xx.2021-ci il tarixdə fhn.gov.az internet səhifəsindən göndərilmişdir. Sms-də “Hörmətli, Şahid1! Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığınız müraciət əsasında, sizi 02 aprel 2021-ci il tarixdə saat 09:00-da idman və fiziki hazırlığın yoxlanılması məqsədilə keçiriləcək imtahana dəvət edirik. İmtahan, ünvan 2 ünvanında yerləşən X7 hissəsində keçiriləcək. İmtahana gələrkən: şəxsiyyət vəsiqəsini, hərbi biletinizi, attestatınızı, sağlamlıq haqqında arayış (Forma 86), tərcümeyi halınızı, idman geyimi gətirmək mütləqdir. Xahiş edirik nəzərə alasınız”. İkinci sms mətnindən görünür ki, həmin sms xx.xx.2021-ci il tarixdə fhn.gov.az internet səhifəsindən göndərilmişdir. Sms-də “Hörmətli, Şahid1! Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığınız müraciət əsasında keçdiyiniz idman və fiziki hazırlığın yoxlanılmasının imtahan nəticələri qənaətbəxş qiymətləndirilir. Qısa zaman ərzində ərazi üzrə vakant yerinin təyinatı zamanı aidiyyəti üzrə dəvət olunacaqsınız. Bu haqda sizə məlumat veriləcəkdir” (cild İ, i.v. 43-44); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild İ, i.v. 247); - “sübutların qiymətləndirilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında” xx.xx.2024-cü il tarixli Qərara əsasən Şahid4 və Şahid5 Zərərçəkmiş şəxs 22000 manat pulunu ələ keçirib dələduzluq edərkən qabaqcadan əlbir olan bir qrup şəxs halında çıxış etdiyi Təqsirləndirilən şəxs barəsində cinayət işinin materiallarından CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmış, istintaq zamanı Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi ödəniş qəbzləri cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (cild İİ, i.v.1-19); - “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v.131-134); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 178.3.2, 62, 310, 66.3-cü maddələri ilə 01 il 11 ay 29 azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir (cild İİ, i.v.138-139). Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin ADM Baş Ofisinin xx.xx.2025-ci il tarixli 17259 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş zərərin ona aid olan hissəsinin (8000 manat) iyirmi beş faizi miqdarında (2000 manat) vəsaiti X1 hesabına köçürmüşdür. Zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı vermiş olduğu ərizədə, həm də məhkəmə istintaqında ifadə verərkən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını və ona qarşı hər hansı şikayətinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulmuş ziyanı tam ödədiyini (özünün payına düşən 8000 manat pulu) və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, habelə prosessual qanunverciliyin yuxarıda salananan normalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2021ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmış və həmin Qərar xx.xx.2025-ci il tarixdə dərc edilərək qüvvəyə minmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək sərf etdiyi hər iş saatı üçün 6 manat, həmin tarixdən sonra isə 11 manat haqq hesablanaraq ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321.2.1, 344-347, 356, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2021ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 48 saat üçün nəzərdə tutulan 408 (dörd yüz səkkiz) manat pul ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-325/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-325/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver