Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-326/2020 18.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının mü-da-fiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müda-fiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Füzuli şəhərində doğulmuş, subay, AR vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsində yerləşən X2 yataqxanasında məskunlaşaraq yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 04 ədəd bükümdə ümumi xalis çəkisi 0.351 qram olan kustar üsulla hazırlanmış pisxotrop maddə metamfetamin və bir ədəd bükümdə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşıyarkən, Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxx 2020-ci il tarixdə saat 12:00-da Bakı şəhəri Binəqədi rayonu K.Rəhimov küçəsi 9 nömrəli peşə liseyinin yataqxanasının qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasına gətirilərək, orada xidməti otaqların birində saat 13:40-da video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman, onun əynində olan qara rəngli uzunqol gödəkçənin sol yan cibindən göy rəngli siqaret qutusunun içərisində 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.059 qram. 0.105 qram, 0.088 qram, 0.099 qram olan ağ rəngli, kristalşəkilli, eyni tərkibli, ümumi təmiz çəkisi 0,351 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd kağız bükümdə təmiz çəkisi 0.323 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasındatəqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-cimaddəsiilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Füzuli rayonundan məcburi köçkün kimi Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsində yerləşən Azərbaycan Dillər Univerisitetinin yataqxanasında məskunlaşmışdır. Özü subay olmuş, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx xxx 2020-ci il tarixdə o, etibarnamə ilə idarə etdiyi “Daewoo- Centra” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 19 radələrində Koroğlu metrosu tərəfdən üzü 20 yanvar istiqamətində Dərnəgül yolu ilə gələrkən avtomobilində sərnişin olmamışdır. Dərnəgül şosessində “Həkəri” kafesinin yaxınlığından keçərkən yolun kənarında bir nəfər, təxminən 35-38 yaşlarında, qarayanız, arıq bədən qurluşlu bir nəfər tanımadığı şəxs əl ilə işarə edib onu saxlatmış, onu sərnişin kimi avtomobilə götürmüş və o, avtomobildə qabaq oturacaqda sağında əyləşmişdir. O, onu “Azadlıq” metrosunun yanına aparmasını demişdir. O, razı olmuş və Azadlıq metrosunun yanına gəlmişlər və orada həmin şəxsi avtomobildən düşürtmüş və o, ona gediş haqqı kimi 5 manat pul vermişdir. Həmin şəxs onun avtomobilində olarkən onunla tanış olmamış, heç bir söhbət etməmişdir. Bundan sonra, həmin şəxs avtomobildən düşüb getmiş və o, avtomobili sürüb dönər yemək üçün bir qədər aralıda Tenis Akademiyası yaxınlığında avtomobilini saxlamış və avtomobildən yerə düşərkən, qabaq sağ oturacaqda sol tərəfdə barın küncündə bir ədəd göy rəngli siqaret qutusu görmüş və əl uzadıb onu götürmüş və açıb içərisinə baxmış, onun içərisində 4 ədəd siqaretin gümüşü kağızına bükülmüş şüşə adlanan, metamfetamin və bir büküm az miqdarda marixuana ot kütləsi, xırda lampa və 2 ədəd şirə çöpünə bənzər trubka aşkar etmişdir. Qutuda siqaret olmamışdır. O, başa düşmüşdür ki, bir az əvvəl sərnişin kimi Azadlıq metrosunun yaxınlığına gətirdiyi şəxsin ya cibindən düşmüş, yada ki, əlində olub unudub avtomobilin oturacağında qalmışdır. Bundan sonra o, həmin psixotrop maddəni və marexuananı cibinə qoymuş və özü üçün düşəndə istifadə etməsini qərara almışdır ki, gələcəkdə şəxsi istifadəsi üçün qəbul etsin. Həmin psixotrop maddələr olan siqaret qutusunu əynində olan uzunqol gödəkcəinin sol yan cibinə qoymuşdur. Bundan sonra təxminən saat 20 radələrində avtomobilimin ön faralarını təmir etdirmək məqsədi ilə Koroğlu Rəhimov küçəsində yerləşən 9 saylı peşə litseyinin qarşısına gəlmiş və orada usta işləyən tanıdığı Şahid3 yanına getmiş və avtomobili ona təmir etmək üçün vermişdir. Bundan bir qədər sonra o, tapdığı siqaret qutusundan bir büküm metamfetamin çıxarıb onun yarsını lampoçkanın içərisinə qoymuş və alışqan ilə istilətmiş və tustü şəkilində çəkməyə başlamışdırm. Bu zaman ona Rabil yaxınlaşmış və maraqlanmışdır ki, varsa ver çəkim. O, Rabilə çəkdiyi metamfetamin, yəni şüşə olduğunu bildirmişdir. Rabil, ondan bir ki, qullab çəkməyi istəmiş və o, etiraz etmədən çəkdiyi həmin psixotrop maddəni ona uzatmış və o, trubkanı ondan almış və bir iki qullab edib onun özünə qaytarmışdır. Bundan sonra, o, işinə davam etmiş və o onun yaxınlığında dayanıb işinə nəzarət etmişdir. İş gec qurtardığından və tamamlanmadığından işləri səhərə qalmışdır. Səhər təxminən saat 10 radələrində o, Rabilin yanına gəlmiş o, təmir işini davam etdirmiş və bundan sonra saat 12 radələrində sexə 4 nəfər mülki geyimdə polis əməkdaşları yaxınlaşmışlar və özlərini DİNnin Baş Narkotiklər İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polislər onlara narkotik vasitələr saxlanılmasında şübhəli olduğlarını demişlər və üzərlərində video çəklişlə şəxsi axtarış keçirləcəklərini söyləmişlər. Bundan sonra onları 5-ci polis bölməsinə dəvət etmişlər. 5-ci polis bölməsində inzibati otaqların birində ayrı-ayrı otaqlarda saxlanılmışlar və onun qanunda nəzərdə tutulmuş hüquqları izah edilmiş, hüquqlarının müdafiəsi ilə bağlı onun razılığı ilə müdafiəçi dəvət edilmiş və bundan sonra video çəklişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona, üzərimdə hər hansı bir qanunsuz əşya varsa onu təqdim edilməsi təklif olunmuşdur. O, gödəkcəsinin sol yan cibindən saxladığı və dünən təsadüfən tapdığı həmin siqaret qutusunu, bir ədəd qara rəngli və bir ədəd ağ rəngli Samsunq markalı özünə məxsus telefonları və şəxsiyyət vəsiqəsni çıxarıb masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisini açmaq təklif edilmiş və o, siqaret qutusunu əlinə alımış, onun içərisini açıb içərisindən 4 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş şüşə, yəni metamfetamini, bir ədəd kişik həcmli lama, bir ədəd bükümdə az miqdarda olan qrudulmuş marixuananı təqdim etdim və həmin əşyaları dünən avtomobilimdən tapdığımı və götürüb özündə şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan əlavə, dünən həmin mütafetamindən sexin yanında çəkib qəbul edən zaman usta işləyən Rabil də bir ki, qullab çəkməyə verməsini demişdır. O, əməlimdən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini söz verdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə idarəsinə Füzuli şəhəri, R. Əliyev küçəsi ev 163-də qeydiyyatda olan, hazırda Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsində yerləşən Azərbaycan Dillər Univerisitetinin yataqxanasında yaşayan 1991-ci il təvəlüdlü Təqsirləndirilən şəxs Binəqədi rayonunun ərazisində narkotik vasitələr və psixotrop maddələrin qanunsuz olaraq üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması ilə bağlı rəhbərliyə məruzə edildikdən sonra, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat qrupunun tərkibinə o, və digər əməkdaşlar daxil edildikdən sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Keçirilmiş tədbirlər nəticəsində xx xxx 2020-ci il tarixdə saat 12-də qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etmə, saxlama və daşıma əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər tanımadığı və heç bir münasibəti olmadığı Təqsirləndirilən şəxs və Şahid3 Bakı şəhəri Binəqədi rayonu, 9 saylı peşə liseyinin yataqxanasının qarşısında saxlanılmış və onlara özlərini təqdim etmişlər, həmin şəxslərin şəxsiyyəti müəyyən edildikdən sonra onlara üzərlərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamaları ilə bağlı video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra, onları Binəqədi RPİ-nin 5-ci polis bölməsinə dəvət etmişlər və orada ayrı-ayrı otaqlara keçirmişlər. Hər ikisi təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış və onlara qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçilərlə təmin edilmişlər. Qeyd olunanlar icra edildikdən sonra təhqiqatçı tərəfindən video kamera vasitəsi ilə operatorun iştirakı ilə çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində, paltarlarında ehtimal edilən narkotik vasitələr və yaxud dövriyyəsi qanunla qadağan edilmiş digər əşyaların təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əli ilə əynində olan qara rəngli uzunqol gödəkcəsinin sağ yan cibindən bir ədəd qara rəngli və bir ədəd ağ rəngli üzərində “Samsunq” mobil telefonları, şəxsiyyət vəsiqəsini çıxardaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sol əli ilə əynində olan qara rəngli uzunqol gödəkcəsinin sol yan cibindən bir ədəd göy rəngli siqaret qutusunu çıxardaraq təqdim etmiş və həmin siqaret qutusunun içərisindən iki ədəd içərisi boş olan ağ rəngli kiçik ölçülü borular, içərisində bükülmüş halda kağız olan bir ədəd şüşə lampa, dörd ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə və bir ədəd kağıza bükülmüş içərisində narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs, taksi fəaliyyəti ilə məşğul olduğunu, həmin narkotik və psixotrop maddələri həmçinin şüşə bankanı, tubaları avtomobilinin salonunda tapıb götürdüyünü və özünün istifadəsi üçün saxladığını bildirmişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də, əlavə heç nə aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs onunla birlikdə olan və saxlanılmış Şahid3 özündə olan psixotrop maddədən bir-iki qullab çəkməyə verdiyini bildirmişdir. Əvvəllər də bir neçə dəfə narkotik vasitə qəbul etdiyini demişdir. Bundan sonra, aşkar edilmiş maddələr qablaşdırılaraq möhrlənmiş və zərifə qoyularaq ekspertizaya göndərilmişdir. Video kamera vasitəsi ilə aparılmış çəkiliş video-diskə köçürülərək protokola əlavə olunmuşdur. Protokol ucadan oxunulmuş və iştiraçılar tərəfindən imzalanmışdır. Bundan sonra, digər saxlanılan şəxs Şahid3 üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı onun üzərində qanunsuz saxlanılan hər hansı bir narkotik vasitə və yaxud psixotrop maddə aşkar edilməmiş və heç nə götürülməmişdir. Bu barədə müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs və Şahid3 saxlanılarkən, polis bölməsinə gətrilərkən və şəxsi axtarış keçirilərkən tərəfindən onlara qarşı hər hansı bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovniki Şahid1 ifadəsindən məlum olur ki, o, Şahid2 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “şübhəli olan şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması və Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxx 2020-ci il tarixdə saat 12:00 dəqiqədən hesablanması qərara alınmışdır. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxx 2020ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürülmə aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 7/257 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan 01(bir) ədəd kağız paketdəki kəsilmiş siqaret qutusunda 01(bir) ədəd kağız bükümdə təmiz çəkisi- 0,323 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş iki ədəd plastmas boru və bir ədəd lampanın içərisində olan kağız boruda heç bir bitki hissəcikləri yoxdur.Tədqiqata sərf edildi – 0.02 qr, qalıq -0.303 qr. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx xxx 2020ci il tarixli, 7/257 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 69 (altmış doqquz) manat səksən iki (səksən iki) qəpik təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/891 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 7” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazısı olan zərfdəki 01 ədəd siqaret qutusunda 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.059 qram, 0.105 qram, 0.088 qram, 0.099 qram, ümumi təmiz çəkiləri 0.351 qram ağ rəngli, kristalşəkilli rəngli kütlələr eyni tərkibli olub, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Zərfdəki siqaret qutusunun daxilində, kağız borucuğu olan lampa başlığının daxilində və 02 ədəd plastmas borucuğun daxilində metamfetaminin izləri müəyyən edilmişdir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı l) daxildir. Tədqiqata sərf edildi – 0.08 qr, qalıq -0.271 qr. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx xxx 2020ci il tarixli, 6/891 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 109 ( yüz doqquz) manat 90 (doxsan) qəpik təşkil etmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad etmə barədə” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx xxxx 2020-ci il tarixli, 1462 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olmuşdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı NARKOMANİYA xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham əsaslı və qanuni olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılması və haqqında seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli uzunqol gödəkçənin sol yan cibindən göy rəngli siqaret qutusunun içərisində 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.059 qram, 0.105 qram, 0.088 qram, 0.099 qram olan ağ rəngli, kristalşəkilli, eyni tərkibli, ümumi təmiz çəkisi 0.351 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd kağız bükümdə təmiz çəkisi 0.323 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və zərfdəki siqaret qutusunun daxilində, kağız borucuğu olan lampa başlığın daxilində və 02 ədəd plastmas borucuğun daxilində metamfetamin izləri olduğundan həmin borular və lampa iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, cinayət işinə əlavə edilərək və narkotik vasitə qurudulmuş marixuananın ümumi qalığı 0.303 qram və 04 ədəd bükümdə olan ümumi qalıq çəkisi 0.271 qram olan metamfetamin ilə birlikdə istintaqın sonunda saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi və s. qərara alınmışdır. İş materiallarında olan “materialın ayrılması barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin naməlum mənbədən əldə etməsi ilə bağlı, cinayət işindən həmin xüsusat üzrə əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi məqsədi ilə ********* saylı cinayət işindən material ayrılaraq Binəqədi RPİ-nin 5ci PB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxs və şahid ifadələri ilə, CD diskə keçirilmiş video baxışla və iş üzrə maddi sübutla Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini, marixuananı və çətənə(kannabis) bitkisinin toxumlarını əldə edib saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini və eyni zamanda yüngülləşdirici halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsində yerləşən X2 yataqxanasında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 179 (yüz yetmiş doqquz) manat 72 (yetmiş iki) qəpik Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkiləri 0,303 qram marixuana, 04 bükümdə olan ümumi qalıq çəkisi 0,271 qram olan metamfetamin ilə birlikdə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd CD video disk cinayət işi materiallarında saxlanılmalıdır. İbtidai istintaq və məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 300 (üç yüz) manat məbləğində pul (“Kapitalbank” X5 Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və üzərinə həbs qoyulması təklif olunan əmlak yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1cimaddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 179,72 (yüz yetmiş doqquz manat yetmiş iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş narkotik vasitə qurudulmuş marexuananın ümumi qalığı 0,303 qram və 4 bükümdə olan ümumi qalıq çəkisi 0,271 qram olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi materiallarına əlavə edilmiş bir ədəd video-disk cinayət cinayət işi materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Kapitalbank” X5 Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-326/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-326/2020
18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver