Məhkəmə qərarları › İş №1(001)-326/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-326/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-326/2023 23.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 2010-cu il tarixdən qeyri-rəsmi nikahda yaşadığı Zərərçəkmiş şəxs dəfələrlə mobil telefonla kənar şəxslə danışaraq həmin şəxsin kimliyini ondan gizlətdiyini əsas gətirib 29 avqust 2022-ci il tarixdə saat 13 radələrində yaşadıqları ünvan 1 ünvanında əl və ayaq zərbələri, taxta parçası ilə vurmaqla Zərərçəkmiş şəxs sol göz qapaqları və gözaltı nahiyənin, sağ bazu nahiyəsinin,sağ dirsək oynağı nahiyəsinin, sağ said nahiyəsinin, döş qəfəsinin sağ və sol yarısının ön səthlərinin, sağ və sol süd vəzilərinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, sol said nahiyəsinin, bel nahiyəsinin, sağ sağrı nahiyəsinin, sağ bud nahiyəsinin, sol baldır nahiyəsinin qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmayan xəsarətlər yetirib mütəmadi döyərək çimdikləməklə güclü fiziki ağrı vermiş, 30 avqust 2022-ci il tarixdə saat 23 radələrində həmin ünvanda əl və ayaq zərbələri ilə vurmaqla Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşaiyət olunan sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirib mütəmadi döyərək çimdikləməklə güclü fiziki ağrı vermiş, 31 avqust 2022-ci il tarixdə saat 21 radələrində həmin ünvanda, əl və ayaq zərbələri ilə, rezin boru ilə vurmaqla Zərərçəkmiş şəxs sağ bazu nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, sol bazu nahiyəsinin, sağ bud nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sol bud nahiyəsinin dərialtı hematomaları, sağ gicgah və sol sağrı nahiyələrinin qançırları kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirib mütəmadi döyərək çimdikləməklə güclü fiziki ağrı vermiş, 31 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs atasının yaşadığı ünvan 2 ünvanında əl zərbələri ilə vurmaqla Zərərçəkmiş şəxs boyunun sol yan səthinin yuxarı-orta və ön sol-yan səthinin aşağı 1/3-nin, döş qəfəsinin ön səthinin sol yarısında sol döş yanı xətt üzrə İİİ qabırğa proyeksiyasının, orta körpücük xətti üzrə İİİ- İV qabırğalararası sahənin, sol bazunun orta 1/3-nin ön və iç, aşağı 1/3-nin ön, sağ saidin yuxarı orta, sol saidin orta 1/3-nin arxa səthlərinin qançırları, sağ əlin İİ barmağının əsasorta falanqalararası oynağının arxa səthinin sıyrığı, sol budun orta-aşağı 1/3-nin iç səthinin qançırı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmayan xəsarətlər yetirib mütəmadi döyərək çimdikləməklə güclü fiziki ağrı verərək əzab vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 133.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi nikahda olsalar da bir ailə kimi yaşamışlar. Onların həmin münasibətdən 9 yaşlı Rəşid və 11 yaşlı Aynur adlı uşaqları vardır. Onun digər qadınla rəsmi nikahdan övladı olsa da, həmin qadınla yaşamır. Zərərçəkmiş şəxs ilə, onunla qeyrirəsmi nikahdan olan 2 uşağı ilə özünə məxsus ünvan 1 ünvanında 10 ildən çoxdur ki yaşayır. Zərərçəkmiş şəxs ilə bu illərlə mehriban münasibətlərdə olmuşlar. 2022-ci ilin avqust ayının əvvəllərindən ona olan münasibəti dəyişmişdir. Belə ki, Nazilənin mobil telefonda bir nəfər hərbiçi ilə mesajlaşmasını bildikdən sonra onunla mübahisələri başlamışdır. Bu barədə ona iradını bildirdikdən sonra Nazilə uşaqları da götürüb qardaşının evinə aparmışdır. O, bir neçə dəfə gedib Naziləni və uşaqlarını götürüb evə gətirmişdir. 29 avqust 2022-ci il tarixdə saat 13 radələrində evdə olmuş ona demişdir ki, mobil telefonla kənar şəxslə danışır, həmin şəxs kimdir. Nazilə ilk olaraq kimləsə danışdığını boynuna almamış, onunla söhbətdən qaçıb həyətə çıxmışdır. Nazilənin bu hərəkəti onu əsəbiləşdirmişdir. Evin həyətində onu əli ilə vuranda Nazilə qaçıb evə girmişdir. Lakin ona demişdir ki, başqa kişi ilə danışmağını ona sübut edəcək. Evə girən kimi də Nazilə uşaqlar olan otağa keçmişdir ki, onunla söhbətdən qaçsın. 30 avqust 2022ci il tarixdə səhər tezdən o çıxıb işə getmişdir. Axşam üstü evə qayıtmış və həmin gün gecə saat 23 radələrində onunla bu barədə yenə də söhbəti olmuşdur. Uşaqlar yatmış və Naziləni mətbəxə çağırmışdır. Ondan telefonla kimlə danışdığını soruşanda yenə Nazilə ona konkret cavab verməyərək ona demişdir ki, guya anası ilə danışıb, kənar şəxslə danışmayıb. Daha sonra demişdir ki, birgə yaşayışları mümkün deyil, ev satılsın və ayrı yaşasınlar. Ona dəfələrlə bildirmişdir ki, yaşadıqları ev bacısının adınadır, onu satmaq olmaz. Naziləyə demişdir ki, söhbətin məzmununu dəyişməsin, ona sualı budur ki, telefonda kənar şəxslə danışdığı şəxs kimdir? Nazilənin həmin söhbətdən fikrini yanındırmağı onu əsəbiləşdirdiyi üçün onu şillə ilə vurmuşdur. Bu zaman o qaçıb yataq otağına girmiş və ona demişdir ki, səhər uşaqları da götürüb atası gilə gedəcək. 31 avqust 2022-ci il tarixdə səhər o çıxıb işə getmiş və axşam evə qayıtmışdır. Saat 21 radələrində sonuncu dəfə onunla bu barədə söhbəti olmuşdur. Uşaqlar yatmış və səs-küy olmaması üçün onunla hamam otağında söhbət etməyə başlamışdır. Söhbəti yenə də onun kimlə mobil telefonla danışması olmuşdur. Nazilə demişdir ki, onunla yaşayışı mümkünsüzdür və atası gilə gedəcək. Onu söyüb hamam otağından çıxanda ona bir dəfə əli ilə zərbə vurmuşdur. Bu zaman o bayıra çıxmışdır. Bayıra çıxandan sonra mobil telefonla anasına zəng vurub bir xeyli danışmışlar. Çox keçmədən evə polislər gəlmiş və Nazilə polislərlə çıxıb getmişdir. Belə ki, Nazilə ondan Binəqədi RPİ 43-cü PB-nə şikayət etmişdir. Həmin gündən sonra Nazilə evə gəlməmiş, atasının yaşadığı, ünvan 3 ünvanına getmişdir. Bu müddət ərzində o, dəfələrlə zəng vuraraq evə qayıtmağını xahiş edərək bildirmişdir ki, ortada uşaqlar var, onların xətrinə barışmalıdırlar. Nəhayət o razılaşmış və 31 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində özünə məxsus Vaz 2107 markalı avtomobillə onun atasının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Stroydetal küçəsi 41 ünvanındakı evinə getmişlər. Uşaqlarından biri evdə olmuş, digəri isə dərsdə olmuşdur. O, bir az uşaqla söhbət etmiş və sonra uşaq otaqda qalmış, o qapını örtüb digər otağa keçib Nazilə ilə söhbət etməyə başlamışdır. Nazilə sərxoş olmuşdur. Onunla söhbət etməyə başlayanda Nazilə demişdir ki, əgər yenə onu döyəcəksə onunla getməyəcək. Çox keçmədən Nazilə hamam otağına girmiş və hamamda olanda eşitmişdir ki, Nazilə kimləsə telefonla söhbət edir. O, danışıb qurtarandan sonra hamamdan çıxmış və ondan soruşmuşdur ki, kimlə danışır? Həmin vaxt onun mobil telefonu hamamda olmuşdur. O telefonu götürüb baxmışdır ki görsün Nazilə kimlə danışır. Lakin Nazilə nömrəni telefonundan silmişdir. Naziləni əli ilə vuranda o qaçıb bayıra çıxmışdır. Bir az gözləmiş, lakin Nazilə gəlmədiyi üçün o bayıra çıxmışdır. Öz avtomobilinə əyləşib sürüb evə getmişdir. Sonra eşitmişdir ki, bu dəfə o həmin gün Binəqədi RPİ 4-cü PŞ-nə şikayət etmişdir. O, Naziləyə işgəncə verməmiş və belə bir fikri olmamışdır. Nazilənin hərəkətləri və başqa bir kişi ilə danışması onu əsəbiləşdirdiyindən Naziləni əli ilə vurmuşdur. Ona görə də, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2010-cu il tarixdən etibarən Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi nikahda yaşamışdır. Qeyri-rəsmi nikahda olsa da bir ailə kimi yaşamışlar. Onların 9 yaşlı Rəşid və 11 yaşlı Aynur adlı uşaqları vardır. Uşaqları ilə birlikdə Məmmədin ünvan 1 ünvanında yaşamışlar. Məmmədin digər rəsmi nikahdan da övladarı vardır, lakin Məmməd həmin qadınla yaşamır. Təqsirləndirilən şəxslə bu illərdə mehriban münasibətlərdə olmuşlar. Lakin 2022ci ilin iyun ayından Təqsirləndirilən şəxs ona olan münasibəti dəyişmişdir. Belə ki, qısqanclıq zəminində onunla tez-tez mübahisələr etməyə başlamışdır. O, uşaqların yanında onu təhqir etmiş, mübahisələri münaqişəyə çevrildiyinə görə o, məcbur olub uşaqları da götürüb qardaşının, atasının evinə getmişdir Bir müddət qalandan sonra Məmməd yenə də şirin dilini işə salıb uşaqları da, onu da götürüb yenidən evə aparmışdır. 29 avqust 2022-ci il tarixdə saat 13 radələrində evdə olmuşdur. Məmməd ona irad bildirərək demişdir ki, guya o mobil telefonla kənar şəxslə danışır. Məmmədə bildirmişdir ki, heç bir kənar şəxslə danışmır. Buna baxmayaraq Məmməd ona demişdir ki, yalan danışır və onu həyətə çıxarmışdır. Evin həyətində əl və ayaq zərbələri ilə vuraraq ona xəsarət yetirmiş, hətta ürəyi soyumayıb həyətdəki taxta parçası ilə də onu vurmuşdur. O Məmmədə demişdir ki, kənar şəxslə danışmır. Məmməd ona demişdir ki, kənar şəxslə danışdığını ona sübut edəcək və birtəhər ondan əl çəkmişdir. 30 avqust 2022-ci il tarixdə gecə saat 23 radələrində o yatmaq istəmiş, lakin Məmməd imkan verməmişdir. Onu yataq otağından çıxarıb mətbəxə aparmışdır. Mətbəxdə onun saçından tutaraq yerdə sürüyərək əl və təpiklə sifətinə, bədəninin müxtəlif nayihələrinə zərbələr vurmuşdur. Məmmədə bildirmişdir ki, onu döyməyə görə evə gətirmişdir ? Məmmədə demişdir ki, səhər tezdən uşaqları da götürüb atası gilə gedəcək və bir daha geri qayıtmayacaq. Yenə də bir təhər Məmmədin əlindən çıxıb uşaqlar yatan otağa keçib uşaqların yanında yatmışdır ki, Məmməd onu döyməsin. Lakin gecəni yata bilməmiş, belə ki, bədəni Məmmədin onu vurduğu zərbələrdən bərk ağramışdır. O bədəninin ağrısından yuxudan gec durmuşdur. Həmin gün , yəni 31 avqust 2022-ci il tarixdə saat 21 radələrində Məmməd yataq otağıma girərək uşaqlar yatdığı üçün sakitcə onu çölə çağırmışdır. O əvvəlcə çıxmaq istəməsə də fikirləşmişdir ki, səs-küy salıb uşaqları da yuxudan durğuzacaq. Durub bayıra çıxmış, Məmməd ona demişdir ki, atası gilə getməyəcək. Ona bildirmişdir ki, atası gilə gedəcək. Məmməd onu yumruqla vurmuş və onun əlindən hamam otağına qaçmışdır. Çox keçmədən Məmməd hamam otağına gəlmiş, onun əlində uzun rezin boru olmuşdur. O həmin rezin boru ilə onu vurmağa başlamışdır. Məmməd onun bədənimin müxtəlif nahiyələrinə zərbələr vurmağa başlamışdır. Ona demişdir ki, telefonda danışdığın kənar şəxs kimdir? Məmməd onu o qədər vurmuşdur ki, halsız vəziyyətə düşmüşdür. Halsız vəziyyətdə olduğunu görüb Məmməd hamamdan çıxmışdır. O birtəhər otağa getmiş, anasına zəng vurub Məmməd tərəfindən döyülməsini bildirmişdir. Çox keçmədən evə polis əməkdaşları gəlmişlər.O Binəqədi RPİ 43-cü PB-nə gedərək şikayət ərizəsi yazmışdır. Daha sonra isə o xəstəxanaya müraciət etmiş , belə ki, Məmmədin onu döyməsindən sonra bədəninin demək olar ki, bütün hissələri ağramışdır. Xəstəxanadan çaxandan sonra o atası gilə getmişdir. Bir müddət atasının yaşadığı Binəqədi rayonu, Stroydetal küçəsi 41 ünvanında qalmışdır. Bu müddət ərzində Məmməd ona dəfələrlə zəng vuraraq barışmağını xahiş etmişdir. Bildirmişdir ki, ortada uşaqlar var, onların xətrinə barışmalıdırlar. O uşaqların xətrinə razılaşmış və onu atası gilə gəlməyə icazə vermişdir. 31 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Məmməd atasının yaşadığı həmin evə gəlmişdir. Məmməd oturmuş, onunla və uşaqla söhbət etməyə başlamışdır. Yenə də ona demişdir ki, telefonda danışdığın şəxs kimdir? Məmmədə demişdir ki, sən bura mübahisə etməyə gəlmisən? Bundan sonra Məmməd sakitləşmiş və düzünü deməyi xahiş etmiş, hətta onu öpmüşdür. Məmməd həmin vaxt uşaqla danışmağa, deyib-gülməyə başlamışdır. Bu zaman o hamam otağına keçmişdir. Bir azdan Məmməd də hamam otağının qapısını açaraq ona demişdir ki, sən kimlə telefonda danışırdın? Məmməd əlini atıb onun mobil telefonunu götürmüşdür. O yarıçılpaq vəziyyətdə hamamdan çıxaraq Məmmədə demişdir ki, telefonunu qaytarsın. Ondan mobil telefonu almaq istəyəndə Məmməd mobil telefonu verməyərək onu əl zərbələri ilə vurmuşdur. O görmüşdür ki, mobil telefonu verməyəcək. Gedib əynini geyinmiş, ona demişdir ki, evdən çıxıb getsin, əks halda özü evdən çıxacaq. Bu zaman görmüşdür ki, Məmməd bıçağı götürüb onun otağındakı alt paltarını kəsib doğrayır. Yenə də ona bildirmişdir ki, çıxıb getsin. Məmməd ona demişdir ki, heç yerə getməyəcək, əksinə gəldiyi maşını da həyətə salıb onu maşının yük yerinə qoymaqla dəniz qırağına aparıb öldürəcək. Bundan sonra Məmmədin evdən çıxmadığı görüb özü evdən çıxmağa məcbur olmuşdur. Evə evə gələn yol Binəqədi RPİ X12 Şöbəsinin yanından keçdiyindən o həmin yerdən keçəndə DYPİ tanımadığı işsçisi onun həyəcanlı olduğunu görüb ora Post Patrul Xidməti naryadını çağırmışdır. Çox keçmədən ora PPX-nin polis nəfərləri gələrək ona yaxınlaşmışlar. Məmməd isə onun yanında polislərin olduğunu görüb, avtomobilin istiqamətini dəyişməklə sürüb getmişdir. O da polislərlə birlikdə Binəqədi RPİ 4-cü PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir.Məmməd onu döyməklə yanaşı güclü ağrılarla müşaiyət edilən çimdik xəsarətləri də yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və onunla barışmamışdır. Təqsirləndirilən şəxs onu daha ağır xəsrət yetirməsindən qorxur. Ona gör də, məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında həyat yoldaşı, uşaqları və atası Vaqiflə yaşayır. X1 ayrı yaşayır. Bacısı Zərərçəkmiş şəxs 2010-cu ildən etibarən Təqsirləndirilən şəxs ilə birgə yaşayır, onların rəsmi nikahı olmasa da iki azyaşlı övladları vardır. Onlar bu müddət ərzində ünvan 1 ünvanında yaşamışdır. Onların birgə yaşayışı normal olsa da, son vaxtlar aralarında teztez mübahisələr baş vermiş, həmin mübahisə münaqişəyə çevrildiyinə görə bacısı Nazilə uşaqlarını da götürüb onun yaşadığı ünvana gəlmişdir. Belə ki, Nazilə yaşadığı ünvan 5xsa da həyat yoldaşı Məmməd yenə də onu sakit buraxmayaraq onu hədələmişdir. Belə ki, 31 oktyabr 2022-ci il tarixdə bacısı ona zəng vuraraq bildirmişdir ki, Həşimov Məmməd onu döyüb, buna görə də DİN-in 102 xidmətinə zəng vurmuşdur. Məmməd Naziləni döydüyünə görə Nazilə uşaqlarını da götürüb evdən çıxmışdır. Yaşadıqları ev Binəqədi DYPŞ-nin binası ilə demək olar ki, bitişik yerləşir. Bacısı evdən çıxıb DYPŞ-nin əməkdaşına demiş, DYPŞ-nin əməkdaşı isə bu barədə PPXB-nə bildirmiş, PPXB-nün əməkdaşları hadisə yerinə gələrək bacısını da, uşaqlarını da götürüb Binəqədi RPİ 4-cü PŞ-nə aparmışlar. O, bu barədə DİN-in 102 xidmətinə zəng vurub bildirmişdir. Nazilə də həmin gün Binəqədi RPİ 4-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. O, 31 oktyabr 2022-ci il tarixdə X9 döyəndə evdə olmamışdır. Nazilə onun evində artıq 2022-ci ilin sentyabr ayından yaşayır. Məmməd Naziləni 2022-ci ilin avqust ayının sonlarında, üç gün ərzində vəhşicəsinə döymüşdür. Buna görə də, Nazilə məcbur olub həmin vaxtdan etibarən onun evinə sığınmışdır. 31 oktyabr 2022-ci il tarixdə Nazilənin zəngindən sonra evə gəlmiş, evdə heç kim olmamışdır. Nazilə uşaqlarını götürüb getmiş, Məmməd də onların arxasınca çıxmışdır. Evin qapısı sındırılmamışdır. Tərəflər arasında baş verən münaqişə qısqanclıq zəminində baş vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ PPXB-də polis nəfəri işləyir və polis serjantıdır. AP 64-68 marşrutu üzrə xidməti iş yoldaşı Şahid2 ilə Binəqədi RPİ-nin inzibati ərazisində xidmət aparır. 31 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində efir vasitəsilə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində Binəqədi RPİ DYPŞ-nin qabağında bir nəfər qadın polisə getmək istəyir, yolu tanımır və onu həyat yoldaşı döymüşdür. Dərhal həmin ünvana getmişlər. DYPŞ-nin qarşısında bir nəfər qadının uşaqları ilə birlikdə dayandığını görmüşlər. Həmin qadın özünü Nazilə kimi təqdim edərək həyat yoldaşı tərəfindən döyüldüyünü bildirmişdir. Eyni zamanda da bir az aralıdakı avtomobili göstərərək demişdir ki, həmin avtomobildəki şəxs onun həyat yoldaşıdır. Belə ki, artıq həmin avtomobili idarə edən şəxs sürərək getmişdir. Həmin xanımı uşaqları ilə birlikdə ərazi üzrə Binəqədi RPİ 4cü PŞ-nə apararaq bu barədə növbətçi hissəyə raport təqdim etmişlər. Nazilə adlı qadın ona demişdir ki, həyat yoldaşı Məmməd üşaqlarını görmək bəhanəsi ilə onun atasının yaşadığı evə gəlmiş və onu döymüş, buna görə də evdən çıxmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ PPXB-də polis nəfəri, polis serjantı Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1878 nömrəli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sol göz qapaqları və gözaltı nahiyənin, sağ gicgah nahiyəsinin qançırları,sağ bazu nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, sol bazu nahiyəsinin, sağ bud nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sol bud nahiyəsinin dərialtı hematomaları, sağ diz oynağı nahiyəsinin, sol sağrı nahiyəsinin, sol göz qapaqları və gözaltı nahiyənin, sağ bazu nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sağ said nahiyəsinin, döş qəfəsinin sağ və sol yarısının ön səthlərinin, sağ və sol süd vəzilərinin, döş qəfəsinin sağ yarısının arxa səthinin , sol said nahiyəsinin, bel nahiyəsinin, sağ sağrı nahiyəsinin, sağ bud nahiyəsinin, sol baldır nahiyəsinin qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən qapalı kəlləbeyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sol göz qapaqları və gözaltı nahiyənin, sağ gicgah nahiyəsinin qançırları,sağ bazu nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, sol bazu nahiyəsinin, sağ bud nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sol bud nahiyəsinin dərialtı hematomaları həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur.

2. Vət.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sağ bazu nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, sol bazu nahiyəsinin, sağ bud nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sol bud nahiyəsinin dərialtı hematomaları, sağ gicgah vəə sol sağrı nahiyələrinin qançırları onun məhkəmə-tibbi müayinə olunduğu xx.xx.2022-ci il tarixdən 3- 5 gün əvvəl, qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması müayinədən 4-6 gün əvvəl, sol göz qapaqları və gözaltı nahiyənin, sağ bazu nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sağ said nahiyəsinin, döş qəfəsinin sağ və sol yarısının ön səthlərinin, sağ və sol süd vəzilərinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, sol said nahiyəsinin, bel nahiyəsinin, sağ sağrı nahiyəsinin, sağ bud nahiyəsinin, sol baldır nahiyəsinin qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı müayinədən 5-7 gün əvvəl qərarda göstərilən tarixlərdə və şəraitdə, yəni 29-xx.xx.2022-ci il tarixlərdə insan bədəninin hissələri, (əl, yumruq, təpik və s.) taxta parçası və rezin boru ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər.

3. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 2305 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – boyunun sol yan səthinin yuxarı-orta və ön sol-yan səthinin aşağı 1/3-nin, döş qəfəsinin ön səthinin sol yarısında sol döş yanı xətt üzrə İİİ qabırğa proyeksiyasının, orta körpücük xətti üzrə İİİ-İV qabırğalararası sahənin, sol bazunun orta 1/3-nin ön və iç , aşağı 1/3-nin ön, sağ saidin yuxarı-orta, sol saidin orta 1/3nin arxa səthlərinin qançırları ,sağ əlin İİ barmağının əsas-orta falanqalararası oynağının arxa səthinin sıyrığı, sol budun orta-aşağı 1/3-nin iç səthinin qançırı bərk küt əşyanın ( əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 31 oktyabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən əl ilə boyun, sol bazu, sağ və sol said və sol bud nahiyələrindən tutub bərk sıxmaqla fiziki güc tətbiq etmə, döş qəfəsinə və sağ əl pəncəsinə əl ilə vurma nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 128-ci maddəsindən həmin Məcəllənin 133.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-326/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. AZ-İİİ 083130 və AZ-İİİ 083131 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair məhkəmə iclasında verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 133.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 133.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmasını, əvvəllər məhkum olunmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 133.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-326/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək, dərhal məhkəmə iclas zalından həbs edilmiş və sonuncu 30 mart 2023-cü il tarixdən həmin tarixdən hazırkı vaxtadək həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar